İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə10/109
tarix08.04.2022
ölçüsü1,69 Mb.
#54989
1   ...   6   7   8   9   10   11   12   13   ...   109
umumi ekologiya

BİTKİ EKOLOGİYASI 
HEYVAN EKOLOGİYASI 
İNSAN EKOLOGİYASI 
MİKROORQANİZM  EKOLOGİYASI 
NƏZƏRİ EKOLOGİYA 
TƏTBİQİ EKOLOGİYA 
ÜMUMİ EKOLOGİYA 
EKOLOGİYA 
POPULYASİYA EKOLOGİYASI 
SİNEKOLOGİYA 
AUTEKOLOGİYA 
                MÜNİT  (ATMOSFER, HİDROSFER, LİTOSFER, KOSMOS ) 
Şək.1.    Ekologiya elminin təsnifatının sxemi 


14 
 
birini  fərdlər  və  populyasiyalar  səviyyəsində,suda,torpaqda,atmosferdə  və  kosmik 
fəzəda tədqiq etmək olar. 
    Canlı  orqanizmlər  tropik,mülayim  və  qütb  zonalarında,insan  tərəfindən 
dəyişdirilmiş  və  ya  yaradılmış,eləcə  də  çirklənmiş  və  çirklənməmiş  mühitlərdə  
məskunlaşmışdır. 
    Hazırda ekologiyanın ətraf mühitin çirklənməsinə həsr olunmuş istiqamətlərində 
intensiv tədqiqatlar aparılır.İnsan və insan cəmiyyətinin ekologiyası xüsusi statusa 
malikdir. 
    İnsan ekologiyası dedikdə,biosfer və antroposistemin qarşılıqlı münasibətlərinin 
ümumi  qanunauyğunluqlarını  kompleks  tədqiqi,təbii  mühitin  insanlara  təsirinin 
öyrənilməsi nəzərdə tutulur. 
    Hazırda insan öz məskunlaşdığı mühiti olduqca genişləndirmişdir.O,artıq yalnız 
yerətrafı  deyil,həm  də  uzaq  kosmik  fəzanı  fəth  edir.Bu  şərait  də  kosmik 
antropoekologiyanın predmetini təşkil edən bir sıra yeni problemlər yaradır. 
    Sənaye  müəssisələrinin  inkişafı  şəraitində  insan  və  maşınların  qarşılıqlı 
münasibətləri  olduqca  mürəkkəb  və  çoxşaxəli  xarakter  alır.Belə  ki,burada 
temperatur,səs-küy,işıqlanma  və  s.ekoloji  amillərin  özünəməxsus  rejimləri 
meydana çıxır.  
 Əvvəldə  qeyd  olunan  anlayışlardan  bir  elm  kimi  ekologiyanın  vəzifələrini 
aşağıdakı kimi formalaşdırmaq olar: 
--təbii  sistemlərə  və  bütövlükdə  biosferə  göstərilən  antropogen  təsirlər  də  nəzərə 
alınmaqla həyatın təşkilinin ümumi qanunauyğunluqlarının tədqiqi; 
--bioloji resursların səmərəli istismarının elmi əsaslarının yaradılması; 
--insan fəaliyyəti nəticəsində təbiətin dəyişməsinin proqnozlaşdırılması; 
--biosferdə baş verən proseslərin idarə olunması və insanın məskunlaşdığı mühitin 
qorunub saxlanması; 
--populyasiyaların miqdarının nizamlanması; 
--zərərverici  növlərlə  mübarizədə  kimyəvi  vasitələrdən  minimum  istifadəni  təmin 
edən 
tədbirlər 
sisteminin  hazırlanması;--landşaftın  bu  və  ya  digər 
komponentləeinin 
və 
elementlərinin 
xassələrinin 
qiymətləndirilməsi;                       
--çirklənmiş 
ekoloji 
sistemlərin 
vəziyyətinin 
ekoloji 
indikasiyası;                                                      
--pozulmuş təbii ekosistemlərin bərpası; 
--biosferin etalon sahələrinin qorunub saxlanması.      
    Elmi-təcrübi nöqteyi-nəzərdən ekologiyanı nəzəri və tətbiqi ekologiyaya bölmək 
olar. 
    Nəzəri ekologiya həyatın təşkilinin ümumi qanunauyğunluqlarını tədqiq edərək 
“açır”. 
    Tətbiqi  ekologiya  biosferin  insan  tərəfindən  “dağıdılmasını”,bu  proseslərin 
qarşısının alınmasın yollarını tədqiq edir və təbii ehtiyatların səmərəli istifadəsinin 


15 
 
prinsiplərini  işləyib  hazırlayır.Tətbiqi  ekologiyanın  elmi  əsasını  ümumekoloji 
qanunlar,qaydalar və prinsiplər sistemi təşkil edir. 
    Nəzəri ekologiyanın vəzifələrinə aşağıdakıları aid etmək olar: 
-ekoloji sistemlərin dayanıqlığının ümumi nəzəriyyəsinin işlənib hazırlanması; 
-mühitə uyğunlaşmanın ekoloji mexanizmlərinin tədqiqi; 
-populyasiyaların miqdarının tənzimlənməsinin tədqiqi; 
-biomüxtəliflik və onun saxlanması mexanizmlərinin öyrənilməsi; 
-məhsuldar proseslərin tədqiqi; 
-biosferdə gedən prosesləri onların davamlılığını qorumaq məqsədilə tədqiqi; 
-ekosistemlərin vəziyyətinin və qlobal biosfer proseslərinin modelləşdirilməsi.  
    Tətbiqi  ekologiyanın  həll  etməli  olduğu    vəzifələri  isə  aşağıdakı  kimi  ifadə 
etmək olar: 
-insan fəaliyyətinin təsiri altında ətraf təbii mühitdə baş verə biləcək mümkün 
mənfi nəticələri proqnozlaşdırmaq və qiymətləndirmək; 
 -ətraf təbii mühitin keyfiyyətinin yaxşılaşdırılması; 
-təbii ehtiyatların saxlanması.təkrar istehsalı və səmərəli istifadəsi;  
- dayanıqlı ekoloji təhlükəsiz inkişafı təmin etmək üçün mühəndis,iqtisadi,təşkilati-
hüquqi,sosial və digər qərarların optimallaşdırılması. 
   İlk  baxışda biri-birindən uzaq  görünən bilik sahələrini  birləşdirən  bir    “ümumi”         
vardır  ki,bu  da  onların  ekolojiliyidir.Bütün  bu  sahələrin  hamısı  müxtəlif 
terminləri,anlayışları  və  ümumi  qanunları  özündə  birləşdirən  bir  “əlifbaya”           
əsaslanır.Bu  əlifbanı  bilmək,ondan  istifadə  etməyi  bacarmaq  hər  bir  mütəxəssis 
üçün zəruridir. 
    Lakin,bir tədris fənni kimi texniki ali təhsil ocaqlarında ekologiyanın vəzifələri 
başqadır.Həyatın 
təşkilinin 
ümumi 
qanunauyğunluqlarının 
öyrənilməsi 
mühəndis,texnoloq,iqtisadçı mütəxəssislərin birbaşa vəzifəsinə aid olmasa da,onlar 
öz  peşə  fəaliyyəti  prosesində  canlı  orqanizmlərə  və  ətraf  mühitə  təsir  göstərirlər.       
Təbiətdən  istifadənin  onlara  etibar  olunmuş sahəsində neqativ halların  minimuma 
endirilməsi  və  ya  ləğv  olunmasını  nə  dərəcədə  peşəkar  həll  edəcəkləri  təbiətin 
quruluşunu və qanunlarını hansı səviyyədə bilmələrindən bilavasitə asılıdır.  
    Texniki tərəqqi ilə üzvi aləmin qarşılıqlı təsirlərini bilmədən və nəzərə almadan 
təbii ehtiyatların və sistemlərin istismarı hökmən dönməz mənfi proseslərə gətirib 
çıxarır.Keçmişdə və hazırda təbiəti onun qanunlarının əksinə olaraq dəyişdirməyə 
insanın göstərdiyi düşünülməmiş cəhdlər mahiyyət etibarilə ekoloji böhran adlanan 
problemləri yaratmışdır. 
    Təbiət üzərində”qələbəsinə”görə cəmiyyət öyünməməlidir.Hər belə “qələbəyə” 
görə  təbiət  bizdən  qisas  alır.Hər  belə  qələbə  ilk  növbədə  bizim  istədiyimiz 
nəticələri,daha  sonra  isə  digər  nəticələri  biruzə  verir.Bir  çox  hallarda  sonrakı 
nəticələr birinci nəticələri məhv edir. 


16 
 
    Beləliklə,ekologiyanın  vəzifələrini  istehsalat  və  ya  layihə-konstruktor  nöqteyi-
nəzərindən aşağıdakı kimi ifadə etmək olar: 
1.Texnoloji,mühəndis  və  layihə-konstruktor  işlərinin  ətraf  mühitə  və  insanların 
sağlamlığına minimum zərərli olmasını optimallaşdırmaq. 
2.Mövcud  və  layihələndirilən  müəssisələrin(texnoloji  proseslərin)ətraf    mühitə,       
insanlara  və  digər  canlılara  göstərə  biləcəyi  mənfi  təsirləri  proqnozlaşdırmaq  və 
ekoloji cəhətdən qiymətləndirmək. 
3.Ətraf mühitə,insanlara təhlükə yaradan,təbii və antropogen sistemlərə mənfi təsir 
göstərən texnoloji proseslərin vaxtında müəyyənləşdirilməsi və təkmilləşdirilməsi. 
    Deməli,haqlı  olaraq,ekologiya  ətraf  mühitin  mühafizəsi  üçün  elmi  baza,əsas 
hesab olunur. 
    Ekologiyanın  tətbiq  obyekti  təbii  sistemlərin  fəaliyyətinin  fiziki,kimyəvi  və 
bioloji parametrləridir. 
 
 

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin