29
sadəcə yerdəyişməsini və ya onların aqreqat halının dəyişməsini (məsələn,suyun
buxara və ya buza çevrilməsi) həyata heçirir.
-
Özünütörətmə (reproduksiya) və irsiyyət.Canlı orqanizmlərin artıb-törəmə
prosesində yeni nəsil (övlad,nəvə,nəticə və s) adətən öz valideynlərinə oxşayır
(itdən küçük,inəkdən buzov və s. törəyir).Deməli,çoxalma canlı orqanizmin
özükimiləri «istehsal» etmək xassəsidir.
Özünütörətmənin əsasını DNT-də
qoyulmuş informasiya əsasında yeni molekul və strukturun yaranması təşkil edir.
Reproduksiya sayəsində nəinki bütöv orqanizm,hətta hüceyrələr də,bölünmədən
sonra sələfləri ilə oxşar olurlar.Belə ki,bir DNT molekulundan onun ikiləşməsi
zamanı başlanğıc molekulu tam təkrarlayan iki «qız» molekul yaranır.Yəni,
özünütörətmə irsiyyətlə sıx bağlıdır.İrsiyyət isə orqanizmin əlamət,xassə və inkişaf
xüsusiyyətlərinin nəsildən nəslə ötürülməni təmin etmək qabiliyyətidir ki,bu da
varisliyi şərtləndirir.
-
Dəyişkənlik,inkişaf və böyümə.Dəyişkənlik dedikdə,DNT molekulunun
dəyişməsi əsasında orqanizmin yeni əlamət və xassələr qazanma qabiliyyəti
nəzərdə tutulur.Dəyişkənlik çoxsaylı müxtəlif « materiallar»yaratmaqla orqanizmin
inkişafı və böyüməsi üçün zəmin yaradır.İnkişaf,canlı və cansız təbiət
obyektlərinin qanunauyğun istiqamətlənmiş dönməz dəyişməsi prosesidir.İnkişaf
nəticəsində sistemin keyfiyyətcə yeni vəziyyəti meydana çıxır.Materiyanın
mövcudluğunun canlı formasının inkişafı orqanizmlərin fərdi inkişafı (ontogenez)
və növlərin tarixi inkişafından (filogenez) ibarətdir.İnkişaf prosesində tədricən və
ardıcıllıqla canlı orqanizmin səciyyəvi struktur təşkili formalaşır.Onun kütləsinin
artması isə makromolekulların,hüceyrələrin elementar strukturunun və
hüceyrələrin özlərinin reproduksiyası ilə şərtlənir.Filogenez,canlı təbiətin yeni
növlərin yaranması və mütərəqqi mürəkkəbləşməsi ilə müşayət olunan dönməz və
istiqamətlənmiş inkişafıdır.
-
Qıcıqlanma və enerjidən asılılıq.İstənilən canlı orqanizm ətraf mühitlə qırılmaz
surətdə bağlıdır:ətraf mühitdən özünə zəruri olan maddələri çıxarır,mühitin
əlverişsiz amillərinin təsirinə məruz qalır,digər orqanizmlərlə qarşılıqlı əlaqəyə
girir və s.Təkamül prosesində canlı orqanizmlərdə qıcıqlanma-xarici təsirlərə
seçmə reaksiya yaranmış və möhkəmlənmişdir.Ətraf mühit şəraitinin hər-hansı
dəyişikliyi orqanizmdə qıcıqlanma yaradır və orqanizmin xarici qıcıqlandırıcılara
cavab reaksiyası onun həssaslıqının göstəricisi rolunu oynayır.Bundan başqa,canlı
orqanizmlər enerjidən asılılıq qabiliyyətinə də malikdir.Enerjinin daxil olması üçün
açıq olan bu sistemlər yalnız onlara kənardan fasiləsiz olaraq enerji və materiya
daxil olduğu şəraitdə dayanıqlıdır. Canlı orqanizm ətraf mühitdən enerji və
materiya qəbul etdiyi müddətdə mövcuddur(yaşayır).
Dostları ilə paylaş: