MÖVZU 3: Ekoloji amillər və onların təsir qanunauyğunluqları Bütün canlı orqanizmlər mürəkkəb və dəyişkən bir aləmdə yaşayır,daim ona uy-
ğunlaşır,onun dəyişməsi ilə öz həyat fəaliyyətini nizamlayır.
Planetimizdə canlı orqanizmlər öz xüsusiyyətlərinə görə biri-birindən kəskin
fərqlənən dörd məskunlaşma mühitini mənimsəmişlər.Su mühiti birinci meydana
gəlmiş və həyat burada yayılmışdır.Sonradan canlı orqanizmlər yerüstü hava mü-
hitini zəbt etmi.,torpağı yaratmış və burada məskunlaşmışdır.Dördüncü mühit isə
31
canlı orqanizmlərin özləridir ki,onların da hər birində külli miqdarda parazitlər və
simbiotlar məskunlaşa bilir.
Bəs mühit özü nədir?
Orqanizmlərin bilavasitə və ya bilvasitə (dolayısı ilə) qarşılıqlı münasibətdə