Verilmiş ərazidə coğrafi şəraitlə müəyyən olunan atmosfer təzahürlərinin çoxillik rejiminə iqlim deyilir. Yerin iqlimi olduqca müxtəlif olmaqla,bir sıra amillərə (Günəşin şüalanma enerjisi,işıqlanma,atmosfer havasının nəmliyi,yağıntılar,atmosferin qaz tərkibi,yer səthinin temperaturu,külək və atmosfer təzyiqi) səciyyələndirilir.
1.Günəşin şüalanma enerjisi.Bütün canlı orqnizmlərə həyat fəaliyyəti prosesləri-
ni yerinə yetirmək üçün kənardan daxil olan enerji lazımdır.Bunun da əsas mənbə-
yi günəş şüalanmasıdır.Günəşdən daxil olan şüalanma enerjisi Yerin ümumi enerji
balansının 99,9%-ni təşkil etməklə,fəzada elektromaqnit dalğaları şəklində yayıl-
mışdır.Bu şüaların 48%-i spektrin görünən hissəsinin (dalğa uzunluğu0,4...0,76
mkm),45%-i infraqırmızı şüaların (dalğa uzunluğu 0,76mkm-dən 10
-3
m-ə qədər)
və 7%-ə qədəri ultrabənövşəyi şüaların (dalğa uzunluğu 0,4mkm-dən az) payına
düşür.Günəşin Yerə yönəlmiş enerjisinin19%-i atmosferdən keçərkən udulur,
34%-i kosmik fəzaya əks olunur,47%-i yer səthinə birbaşa və ya səpələnmiş şəkil-
də çatır.
Həyat üçün infraqırmızı şüalar,fotosintez prosesi üçün isə çəhrayı-qırmızı və ul-
trabənövşəyi şüalar daha böyük əhəmiyyətə malikdir.Atmosferdən keçərək Yer sət-
hinə çatan Günəş enerjisinin miqdarı nisbətən sabit olmaqla 21
x
10
23
kC qiymətlən-
dirilir ki,bu da “Günəş sabiti” adlanır.
Məlumdur ki,Yerin oxu ekliptika müstəvisinə maili olduğu üçün onun ayrı-ayrı
sahələri müxtəlif miqdarda günəş enerjisi alır.Ona görə də,Günəş sabiti vahid za-
manda səthə düşən enerji ilə ifadə olunur və orta hesabla 0,14C/sm
2
x
san. bərabər-
dir.
Yer səthinə düşən günəş enerjisinin miqdarı günün uzunluğu,şüaların düşmə
bucağı,atmosferin şəffaflığı və s. parametrlərdən asılıdır.Məsələn,arktik zonada
60,6
x
10
3
C/sm
2
x
il,mülayim zonalarda 3446
x
10
3
C/sm
2
x
il enerji qəbul edilir.
Günəş enerjisinin bir hissəsi Yer səthi tərəfindən udulduğu halda,bir hissəsi səth
tərəfindən əks olunaraq qaytarılır.Məsələn,təmiz qar 80...95%,çirklənmiş qar
40...50%, qara torpaqlar 5%,açıq rəngli torpaqlar 35...45% günəş enerjisini əks
etdi-rir.