olduğu təbiət cisim və təzahürlərinə mühit deyilir. Orqanizmləri əhatə edən mühit zaman və məkan daxilində dinamik olan bir çox
element,təzahür və şəraitlərin məcmusu ilə səciyyələndirilir ki,bunlara da amil ki-
mi baxılır.
Canlı orqanizmlərin fərdi inkişafının heç olmazsa birfazasında ona birbaşa və ya dolayısı ilə təsir göstərə bilən hər-hansı mühit şəraitinə ekoloji amil de- yilir.
Ekoloji amillər müxtəlif təbiətə və təsir xüsusiyyətlərinə malikdirlər.Ona görə
də,ekoloji amillərin təsnifatının da müxtəlif variantları mövcuddur. Məsələn,müəy-
yən orqanizmlərin sayından asılı olan və asılı olmayan ekoloji amillər.Aydındır
ki,makroiqlim amili (hər-hansı ərazinin iqlimi) bu ərazidə məskunlaşmışcanlıların
(bitki,heyvan və hətta insanların) sayından asılı deyil.Eyni zamanda müəyyən bir
epidemiyanın baş verməsi və yayılması həmin ərazidə məskunlaşmış canlıların sıx-
lığından çox asılıdır.Çünki,əksər hallarda epidemiyalar fərdlərin həddindən çox ol-
duğu yerlərdə baş qaldırır.
Canlı orqanizmlər də öz növbəsində ekoloji amillərə özünəməxsus uyğynlaşma
reaksiyası ilə cavab verirlər və bu uyğunlaşmanın da ekoloji amillərin təsirinin dai-
milik dərəcəsindən asılı olmasını nəzərə alaraq A.S.Monçadski orijinal təsnifat ver-
mişdir.O,birinci dövri,ikinci dövri və dövri olmayan amilləri ayırır.