İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə17/109
tarix08.04.2022
ölçüsü1,69 Mb.
#54989
1   ...   13   14   15   16   17   18   19   20   ...   109
umumi ekologiya

Göstəricinin adı 
Ölçü vahidi 
Kəmiyyətin 
qiyməti 
Sıxlığı  (20
0
C-də) 
kq/m

998,2 
Ərimə temperaturu 
0


Qaynama temperaturu 
0

100 
Xüsusi kütlə 
N /m
3
 
9790 
Molekul kütləsi 
a.k.v 
18,01528 
İstilik keçiriciliyi  (0
0
C-də) 
Vt/m 

o

0,56 
Xüsusi istilik tutumu 
Coul/(kq
x
o
C) 
4200 
Dinamiki özlülük  (20
o
C-də) 
Pa 

san. 
0,00101 
Kinematik özlülük  (20
o
C-də)  Sm
2
/san. 
0,01012 
 
   Su  Yerdə  bütün  həyatın  əsasıdır.Atmosferdə  olan  su  buxarı  planetimizin  istilik 
balansını nizamlayır.Hidrosferdə istiliyin yayda toplanması və qişda verilməsi ilə 
Yerin iqlimi mülayimləşir(yumşalır). 
    Canlı  orqanizmlərdə  maddələr  mübadiləsi  ilə  bağlı  olan  əksər  biokimyəvi  və 
biofiziki  proseslər  su  mühitinin  olduğu  şəraitdə  mümkündür.Fotosintez  prosesin-
dən atmosferə daxil olan oksigenin mənbəyi yalnız sudur.Su bütün canlı orqanizm-
lərin toxuma və hüceyrələrinə daxildir. 
   
 
    Su  təbiətdə  yeganə  mineral  maddədir  ki,onu  başqa  maddələrlə  əvəz  etmək 
mümkün deyil. 
 
          Litosfer 
    Litosfer  yer  kürəsinin  bərk  örtüyüdür.Onun  qalınlığı  30...40km-dir.Litobiosfer 
isə litosferin canlı orqanizmlər yayılan hissəsidir(3...8km dərinliyə qədər).Litosfer 


27 
 
dedikdə əsasən Yerin quru hissəsi nəzərimizdə canlanır.Bu isə Yer qabığının sahə-
sinin(510mln.km
2
) 149mln.km
2
-nı (29%) təşkil edir. 
    Litosferin üst qatını torpaq təşkil edir.Torpaq canlı və cansız təbiətə xas olan bir 
sıra  xüsusiyyətlərə  malik  varlıqdır.Onun  əsas  xassəsi  bitkilərin  inkişafını  təmin 
edən  münbitlikdir.Lakin,torpaq  təkcə  bitkilər  üçün  mühit  deyil,xalq  təsərrüfatının 
bütün sahələrinin yerləşməsi üçün bazisdir. 
    Torpaq üzvi və mineral elementlərin qarışığından ibarətdir.Torpağın mineral tər-
kibinin 50%-dən artığını silisium oksidi(SiO
2
), 1...25%-ə qədər gil(Al
2
O
3
),1...10% 
dəmir  oksidi(F
2
O
3
),0,1...5%-ni  maqnezium,kalium,fosfor   və kalsium(MgO,K
2
O, 
P
2
O
5,
CaO)oksidləri təşkil edir. 
    Torpağın əsas fiziki xassələrindən biri onun mexanikintərkibidir ki,onun da dörd 
dərəcəsi müəyyən olunmuşdur:qum,qumluca,gil-torpaq və gil.Torpağın sukeçirmə, 
nəmliyi saxlama qabiliyyəti və s.mexaniki tərkibdən asılıdır.Bundan başqa,hər bir 
torpaq  növü  sıxlıq,istilikudma,istilik  tutumu,istilik  keçirmə,nəmlik  tutumu  və  s. 
xassələrlə səciyyələndirilir. 
    Torpaq litosferin digər qatlarından fərqli olaraq sadəcə bərk cisim deyil,bərk his-
səciklərin hava və su ilə əhatə olunduğu üçfazalı mürəkkəb sistemdir. 
    Torpaq insanı əhatə edən mühitin tərkib hissəsi olmaqla Yerdə həyatın təminatı-
nın əvəzsiz şərtlərindən biridir.Torpaq biosferin digər elementləri ilə maddələr mü-
badiləsini təmin edən açıq sistemdir.Planetimizin bütün torpaq ehtiyatlarının 3/4 
hissəsi aşağı məhsuldarlığa malikdir ki,buna da səbəb istilik və nəmliyin şatışma-
masıdır.Bütün torpaqların yarısı quraqlıq və yarımquraqlıq zonalardadır.Dünyada 
əkinçiliyə yararlı torpaqların sahəsi 3,3mlrd.ha-dır ki,bundan da cəmisi 1,5mlrd.ha 
hazırda istifadədir. 
 
 
 

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin