24
Atmosfer Yerin istilik rejimini nizamlayır,istiliyin yer kürəsində paylanmasına
şərait yaradır.GünəşYer səthi üçün yeganə istilik mənbəyi olmaqla bərabər,həm də
isıqlanma rejimini müəyyənləşdirir.Əgər,atmosfer olmasa ,Yerin temperatur reji-
minin necə olacağını təsəvvür etmək çətin deyil:gecələr və qışda yerin özünün şüa-
lanması nəticəsində həddindən artıq soyuq,yayda və gündüzlər günəş radiasiyasın-
dan həddindən artıq isti olardı.Məsələn,atmosferi olmayan Ayda belədir.
Əgər,Yer atmosferlə əhatə olunmasaydı,gün ərzində planetimizin temperaturu-
nun dəyişməsi 200
0
S (gündüz güclü isti,+100
0
S,gecə şaxta,-100
0
S) olardı.Bu halda
yay və qış temperaturlarının fərqi daha çox olardı.Həqiqətdə isə Yerin orta tempe-
raturu +15
0
S-yə yaxındır.Amosfer bütün canlıları ultrabənövşəyi,rentgen və kos-
mik şüalardan qoruyur.Atmosferin yuxarı qatları bu şüaların bir hissəsini udur,bir
hissəsini isə səpələyir.
Atmosfer bizi “ulduz qəlpələrindən” də qoruyur.Əksər hallarda yer səthinə çatan
meteoritlərin ölçüsü noxuddan böyük olmur.Meteoritlər Yerin cazibə qüvvəsi nəti-
cəsində böyük sürətlə(11...64km/san.)atmosferə daxil olaraq hava ilə sürtünmə nə-
ticəsində 60...70km yüksəklikdə yanırlar.Atmosferin olmaması Yerə nəhəng me-
teoritlərin düşməsinə səbəb olardı.
Atmosfer işığın paylanmasında da böyük rol oynayır.Atmosfer havası günəş
şüalarını kiçik şüalara parçalayaraq səpələyir və insanın uyğunlaşdığı işıqlanmanı
təmin edir.
Atmosfer səsin yayıldığı mühitdir.Hava olmasa Yerdə tam sükut olar.
Yer kürəsində nəmliyin paylanmasında da atmosfer əhəmiyyətli rol oynayır.At-
mosferə buxar şəklində daxil olmuş su uzaq məsafələrə yayılır
və yenidən Yerə dü-
şür.Ən zəif yağışda belə,1m
2
yer səthinə 1kq-a qədər,1ha-ya isə 10000kq su düşür.
Əgər,nəzərə alsaq ki, 1q suyun buxarlanması üçün 2512Coul istilik tələb olunur,
onda atmosfedə baş verən proseslərə nə qədər böyük enerji sərf olunduğunu təsəv-
vür etmək olar.
Hidrosfer
Hidrosfer
Yerin su örtüyü olub,okean,dəniz,göl,çay,buzlaq,yeraltı və atmosfer
sularının məcmusundan ibarətdir(Şəkil2.4).
25
Şək.2.4. Hidrosferin quruluşunun sxemi
Yerin bir planet kimi fərqli cəhəti onun səthinin əksər hissəsinin su ilə örtülmə-
sidir.Dünya okeanının səthinin sahəsi 361mln.km
2
olmaqla qurunun sahəsindən
(149mln.km
2
)2,4 dəfə çoxdur.
Yerdə suyun ümumi ehtiyatı 1386mln.km
3
təşkil edir ki,bunun da 97,5%-i duzlu
və minerallaşmış sulardır.Dünya okeanı ümumi suyun 96,5%-ni özündə cəmləşdi-
rir.Okean suları orta hesabla 3,5% duzluluğu və 3,7
0
S temperaturu daim saxlayır.
50...60m dərinlikdən sonra suda həll olunmuş oksigenin miqdarı əhəmiyyətli dərə-
cədə azalır.
Yeraltı sular duzlu,az duzlu və şirin olur.Temperaturu 30
0
S-dən artıq olan yeraltı
sular geotermal sular hesab olunur.
İnsanın istehsalat fəaliyyəti və təsərrüfat-məişət təlabatı üçün şirin su tələb olu-
nur ki,bunun da ehtiyatı Yerdəki suyun həcminin 2,7%-ni təşkil edir.Şirin suların
36%-i asan mənimsənilən yerlərdə,qalan hissəsi isə qar və buzlaqlarda(şirin sulu
aysberqlərdə)cəmlənmişdir.
Dünyanın ən böyük şirin su hövzəsi Baykal gölüdür.Onun suyu Baltik dənizin-
dən xeyli,Azov dənizininkindən 93 dəfə çoxdur.20mln.ildən çox yaşı olan bu gölə
1123 çay tökülür.
Materik sularının Dünya okeanına axını ildə 45mln.km
3
təşkil edir.
Təbiətdə su üç aqreqat halında:bərk(buz),maye(suyun özü) və qaz(buxar)-rast
gəlinir.Su canlı orqanizmlərin əvəzolunmaz tərkib hissəsi olmaqla,bir sıra nadir
xassələrə malikdir.Suyun sıxlığı +4
0
S-də ən b öyük həddinə çatır.Suyun özünütə-
mizləmə xassəsi var.Donma anında maye suya nisbətən həcmin 10% artması pro-
sesi baş verir.Bu xassə böyük əhəmiyyət kəsb edir və bir sıra təbii proseslərin xa-
Dostları ilə paylaş: