34
Yaşıl bitkilər daim karbon qazını udub,fotosintez prosesi hesabına oksigen ayı-rır
ki,bu da atmosferdə oksigenin miqdarının nisbi sabitliyini təmin edir.Bütün tə-
zahürlərində orqanizmlərin fəaliyyəti enerji tələb edir.Enerji isə oksidləşmə-bərpa
reaksiyalarında əmələ gəlir ki,bunun da daimi iştirakçısı oksigendir.Oksigen olma-
sa,orqanizmi enerji ilə təmin edən bütün oksidləşmə prosesləri dayanar
və orqa-
nizmlərin hüceyrələri iflic olar.Ona görə də,oksigen “həyat eliksiri”adlandırılır.
Azot öz kütləsinə görə atmosferin tərkibinin əsasını təşkil edir.Həyat azota “bor-
clu”
olduğu kimi,yer atmosferinin azotu da öz mənşəyinə görə həyata
və həyat pro-
seslərinə”borcludur”.Faktiki olaraq insan oksigenlə qarışıq azot mühitində yaşa-
yır.Azot atmosferdə özünü təsirsiz kimi aparır.Atmosfer
azotu bitkilərin mənimsə-
diyi fiksasiya olunmuş azotun mənbəyidir.
Atmosfer havasının tərkibinə daxil olan bütün qazlar(Cədvəl.....-də) rəngsiz və
iysiz
olsalar da,təzyiq dəyişməsindən asılı olaraq xassələrini dəyişirlər.
Məsələn:2atm.-dən artıq təzyiq altında olan oksigen insan orqanizminə zəhərli
təsir göstərir.5atm.-dən artıt təzyiqdə azot narkotik təsir (azot kefliliyi) göstərir.Də-
rinlikdən yüksək sürətlə qalxma zamanı azot qabarcıqlarının qandan intensiv ayrıl-
ması və qanın köpüklənməsi nəticəsində kesson xəstəliyi yaranır.Nəfəs alınan qarı-
şığın tərkibində karbon qazının miqdarının 3%-dən artıq olması ölümlə nəticələnir.
Ümumiyyətlə,təzyiqin müəyyən həddə qədər
yüksəlməsi ilə,havanın tərkibinə
daxil olan hər bir komponent orqanizmi zəhərləmə qabiliyyətinə malik zəhərə çev-
rilə bilir.
Dostları ilə paylaş: