İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə28/109
tarix08.04.2022
ölçüsü1,69 Mb.
#54989
1   ...   24   25   26   27   28   29   30   31   ...   109
umumi ekologiya

8.Atmosfer təzyiqi.Uzun zamanlar insanlar havanın çəkisinin olmadığını zənn 
edirdilər.Lakin,XVII əsrdə sübut olundu ki,1m
3
 quru havanın çəkisi 1293q-a 
bərabərdir və Yer səthinə 1033,3q/sm
2
 təzyiq düşür.Okean səviyyəsində,45
o
  en 
dairəsində 0
o
 S temperaturda en kəsik sahəsi 1sm
2
 olan 760mm hündürlüklü civə 
sütununun göstərdiyi təzyiq normal atmosfer təzyiqi adlanır.Atmosfer təzyiqi 
Paskalla (Pa) ölçülür (1mm.c.s.=133,322Pa).Dənix səviyyəsindən yüksəkliyə 
qalxdıqca atmosfer təzyiqi azalır.Çünki,20km yüksəklikdə havanın xüsusi çəkisi 
4q/m
3
 təşkil edir və uyğun olaraq təzyiq də azalır. 
                                       Torpaq qatının abiotik amilləri 
    Torpaq yerin hava mühiti ilə təmasda olan nazik səth qatıdır.Nazik qalınlığa ma-
lik olmasına baxmayaraq,Yerin bu qatı həyatın yayılmasında böyük rol oyna-
yır.Torpağın bərk hissəcikləri arasındakı məsamələr qaz qarışıqları və su məhlul-
ları ilə doyaraq çoxsaylı mikro-və makroorqaniznlərin həyatı üçün əlverişli şərait 
yaradır.Atmosferin yerüstü hissəsinə nisbətən torpaqda temperatur dəyişməsinin 
daha “hamar” olması və qrunt sularının mövcudluğu nəmlik ehtiyatı yaradır ki,bu 
da su və yerüstü mühit arasında aralıq nəmlik rejimini təmin edir. 
    Torpaqda bitki qalıqları və heyvan cəsədlərinin parçalanması nəticəsində üzvi və 
mineral maddələrin ehtiyatı toplanır.Bu isə öz növbəsində torpağın həyatla zəngin 
olmasını təmin edir.Torpağın işıqlanan səthinin hər qramında yüz minlərlə canlı 
hüceyrə mövcuddur.Canlı orqanizmlər torpağa onun cansız elementləri qədər xas-
dır.Ona görə də,V.İ.Vernadski torpağı biocansız cisimlərə aid etmişdir. 
    Torpaq üçün aerasiya böyük əhəmiyyət kəsb edir.Torpaqda mühit bircinsliliyi 
şaquli istiqamətdə daha kəskin dəyişir.Dərinliyin artması ilə torpaqda 
məskunlaşmış canlıların həyatına təsir göstərən bir sıra ekoloji amillər də kəskin 
dəyişir (məs.məsamələr kiçilir,canlıların miqdarı azalır və s.). 

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin