İnsan resurslarının idarə edilməsi ” mühazirələrin icmalı Mövzu İnsan resursları: mahiyyəti və məzmunu


Əməyin ödənilməsinin işəmuzd-mükafatlı sistemi



Yüklə 0,58 Mb.
səhifə43/60
tarix01.01.2022
ölçüsü0,58 Mb.
#50532
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   60
referat 3325

11.4. Əməyin ödənilməsinin işəmuzd-mükafatlı sistemi.
İşəmuzd-mükafatlı əmək haqqı sistemində işəmuzdçu fəhlə müstəqim əmək haqqından əlavə işin konkret kəmiyyət və keyfıyyət göstəriciləri üzrə planın yerinə yetirilməsi və artıqlaması ilə ödənilməsi üçün müəyyən məbləğ mükafat alır. Bu, işəmuzd - mükafatlı əmək haqqının əsas mahiyyətini təşkil edir. Fəhlələrin mükafatlandırılması ayrı-ayrılıqda kəmiyyət və keyfıyyət göstəricisi və eyni zamanda hər iki göstəricilər üzrə birlikdə aparıla bilər. Adətən, mükafatlanma göstəricisi sayca iki-üçdən çox olmur.

Mükafatlanmada əsasən aşağıdakılar nəzərə alınır:

1) mükafatlanma göstəricisi və amilləri; 2) mükafatlanmanın şərtləri; 3) mükafatın sex, sahə, peşə və ayrı-ayrı işlər üzrə konkret həcmi; 4) mükafatların verilməsi qaydası və müddəti.

Keyfiyyət göstəriciləri böyük əhəmiyyət kəsb edən bir çox müəssisələrdə bu sistemin tətbiqi daha çox effektli olur. Belə keyfiyyət göstəricilərinə misal olaraq: növlülüyün yüksəlməsi, buraxılan məhsulun etibarlılığı və davamlılığı, zay məhsulun azaldılması, yararlı məhsul buraxılışının artırılması, qiymətli materiallara qənaət və s. misal göstərmək olar.

Bəzi müəssisələrdə texniki hesablama norması ilə işləyən fəhlələr hasilat normasını 100% yerinə yetirdikdə texniki norma ilə qazandıqları məbləğin 10%-i və 100%-dək artıq yerinə yetirilən hər % üçün 2% miqdarında mükafatlandırılırlar. Lakin bu mükafatın ümumi məbləği yaxşı keyfıyyətli məhsul istehsal zamanı işəmuzdla qazandıqlarının 25-30%-dən artıq olmamalıdır. Bundan başqa, müəssisədə mükafatlandırma göstəricisi olaraq xammala, materiala qənaət edilməsi və məhsulun birinci tələblə qəbul edilməsi də mükafatlandırma göstəricisi kimi götürülə bilər.

Kəmiyyət göstəricilərinin artması həlledici əhəmiyyət kəsb edən istehsal sahələrində belə göstəricilər aşağıdakılar ola bilər: məhsul tapşırığı üzrə planın yerinə yetirilməsi, texniki cəhətdən əsaslandırılmış normaların yerinə yetirilməsi və artıqlaması ilə yerinə yetirilməsi, işin yerinə yetirilməsi müddətinin ixtisar edilməsi və s.

Hər bir müəssisədə istehsalın konkret şəraitindən asılı olaraq mükafatlandırmanın daha məqsədəuyğun göstəriciləri və şərtləri, mükafatlandırılan fəhlələr və mükafatın miqdarı seçilir və bu, fabrik-zavod yerli komitəsinin razılığı ilə müəssisə tərəfindən təsdiq edilən mükafatlandırma haqqında əsasnaməyə daxil edilir.

Maşınqayırma sənayesində olan tipik əsasnaməyə görə konveyerlərde, axın xətlərində və aqreqatlarda işləyən işəmuzdçular planın yerinə yetirilməsinə görə orta aylıq əmək haqqının 10%-i həcmində və artıqlaması ilə yerinə yetirilmiş hər faizə görə 2% məbləğində mükafat ala bilərlər. Fəhlələrə göstəricilərin yerinə yetirilməsi və artıqlaması ilə yerinə yetirilməsinə görə verilən mükafatlar əmək haqqı və maddi həvəsləndirmə fondlan vəsaiti hesabma verilir. Əmək haqqı fondundan mükafatlanan fəhlələrə mükafat bu fondun xərclənməsi vəziyyətindən asılı olmayaraq verilir.

Fəhlələrin mükafatlandırılması ay ərzindəki nəticələrə əsasən həyata keçirilir. İşə çıxmayan fəhlələr qismən, ya da tamamilə mükafatdan məhrum edilirlər.

Fəhlələrin ümumi qazancı aşağıdakı düsturla müəyyən edilir:



Burada, Uə - müstəqim işəmuzd qiymətlə işəmuzd qazanc;

M1 - planın yerinə yetirilməsinə görə mükafatların faizi;

M2 - artıqlaması ilə yerinə yetirilmiş hər faizə düşən

mükafatların faizi;

M3 - istehsal planının artıqlaması ilə yerinə yetirilməsi faizidir.

Məsələn, fəhlə ay ərzində hasilat normasını artıqlaması ilə yerinə yetirmişdir. O, müstəqim işəmuzd qiymət ilə 90 manatlıq iş görmüşdür. Onun üçün planı yerinə yetirdiyinə görə 10% məbləğində və hər artıq faiz üçün orta aylıq əmək haqqının 2%-i miqdarında mükafat tə'yin edilmişdir. Planı 105% yerinə yetirdiyini nəzərə alaraq, fəhlənin aylıq qazancı aşağıdakı kimi hesablanılır:

İşəmuzd-mükafatlı əmək haqqı sisteminin düzgün tətbiq edilməsinin əsas şərtləri aşağıdakılardır:

a) mükafatlandırmanın göstəricilərinin çox olmasına yol verməmək və əsas istehsal vəzifələrini əks etdirən göstəriciləri müəyyən etmək;

b) hər mükafatlandırılma göstəricisi üzrə mütərəqqi norma və normativlərin olması;

v) əmək haqqı fondunun artıq xərclənməsinə və məhsulun maya dəyərinin artmasına yol verməmək üçün əməyin ödənilməsi üçün tətbiq edilən mükafat sistemi iqtisadi cəhətdən əsaslandırılmış olmalıdır.

İşəmuzd-mükafatlı əmək haqqı sistemində fəhlələr yalnız fərdi iş göstəricilərinə görə deyil, həm də kollektiv göstərici əsasında da mükafatlanırlar. Məsələn, kimya sənayesi müəssisələrində işəmuzdçu fəhlələr aqreqatın, sahənin növbənin və ya sexin aylıq planlarının yerinə yetirilməsi və artıqlaması ilə ödənilməsi, habelə plandan əlavə birinci növ məhsul istehsalı, normativə nisbətən xammal və materiallara qənaət, qrafık və texnoloji parametrlərə əməl etmək, yeni növ xammal və material növlərini mənimsəmək üçün mükafat alırlar.




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin