Ipf – B05 analiTİk həNDƏSƏ


V BÖLMƏ. QİYMƏTLƏNDİRMƏ MEYARLARI



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə13/16
tarix20.09.2023
ölçüsü0,89 Mb.
#146317
1   ...   8   9   10   11   12   13   14   15   16
1203.01-Kompüter elmləri (riyaziyyat)

V BÖLMƏ. QİYMƏTLƏNDİRMƏ MEYARLARI 
Metodik göstərişlər 
Doktorantların 
1203.01 - Kompüter elmləri ixtisası “Riyaziyyat” elm sahəsi 
üzrə ali ixtisaslı kadrların hazırlanması üçün fəlsəfə doktoru imtahanı proqramı üzrə 
attestasiyası şifahi imtahan şəklində aparılır. Doktorantın fəlsəfə doktoru imtahanına 
hazırlığı “Riyaziyyat” elm sahəsinə aid fənlər üzrə mühazirələr və praktiki 
məşğələlər dövründə, həmçinin auditoriyadankənar saatlarda müstəqil iş 
çərçivəsində həyata keçirilir. 
Qiymətləndirmə meyarları
.
İmtahan zamanı doktorant proqrama daxil edilmiş 
suallara ətraflı cavab verməlidir. İmtahanda komissiya əlavə suallar da verə bilər. 
Cavab zamanı doktorant sadalanan bilik, bacarıq və vərdişlərini nümayiş 
etdirməlidir: 
- nəzəri və praktiki tədqiqat üsullarına aid biliklər; riyaziyyata aid tədqiqatların 
metodoloji xarakteristikaları; riyaziyyat elminin nəzəri əsasları, tədqiqat 
məsələlərinin qoyuluşu üsulları, riyazi inkişafın qanunauyğunluqları; 
- riyazi tədqiqatların forma, üsul və texnologiyalarının tətbiqi; riyaziyyatın 
inkişaf qanunauyğunluqlarının tədqiqatı zamanı riyaziyyat elminin nəzəri əsasların-
dan istifadə edilməsi üzrə bacarıq və vərdişlər; texniki və texnoloji proseslərin və 
hadisələrin öyrənilməsinə müasir metodoloji yanaşmaları anlamağı və tətbiq etməyi, 
riyaziyyat elminin problemlərinə dair əsaslandırılmış şəxsi fikrini ifadə etməyi 
bacarmaq, elmi-tədqiqat fəaliyyətinə aid məlumatların toplanmasını, təhlil 
olunmasını, analizini və təsnifatını həyata keçirə bilmək. 
- baxılan sahədə yaranmış mövcud elmi-metodoloji yanaşmaları təhlil etmək, 
riyazi tədqiqatların metodologiyasının bu və ya digər məsələləri barədə şəxsi 
nöqteyi-nəzərini ifadə etmək və əsaslandırmaq qabiliyyəti. 
Cavabın tamlığı təhsilin planlaşdırılan nəticələrinin qiymətləndirilməsi göstə-
ricilərinə əsasən təyin edilir.
Elmi ixtisas üzrə fəlsəfə doktoru imtahanını qəbul edən imtahan komissiyasının 
üzvləri (qapalı iclasda açıq səsvermə yolu ilə) 

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin