THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
76
26-27 October 2018, Baku, Azerbaijan
İpək yolunun Azərbaycandan keçən hissəsinin cəlbediciliyini artırmaq üçün bu dəhlizdə olan
ölkələrin yüklərə vahid tarif tətbiq etməsi, yüklərin keçməsi prosedurunun sadələşdirilməsi və
təkmilləşdirilməsi üçün sistemli, fəal iş görməlidirlər. Dəhliz boyunca olan ölkələr gömrük sahəsində
informasiya mübadiləsində əməkdaşlığı genişləndirməli, gömrük nəzarətinin nəticələrinin qarşılıqlı
tanınması, karantin, setifikatlaşdırma, ststistika və s. kimi məsələlərdə ikitərəfli və çoxtərəfli
əməkdaşlıq, gömrük infrastrukturunu yaxşlaşdırmaq, qeyr-itarif sədləri azaltmaq və s. kimi çoxlu
məsələləri həll etməlidirlər ki, Rusiyaya nisbətən bir neçə ölkənin ərazisindən keçən Azərbaycan
dəhlizi öz cəlbediciliyini artırsın.
ƏDƏBIYYAT
1.
А.П.Девятов, Взгляд в общее будущее (апрельские тезисы) http://trinitas.ru/rus/doc/0012/001f/00124140.htm
(Baxılma tarixi: 20.09.2018)
2.
А.Дынкин Предсказанному верить, https://rg.ru/2017/06/28/aleksandr-dynkin-bez-reform-rossii (Baxılma tarixi:
20.09.2018)
3.
С.М.Небренчин Актуальные проблемы евразийской безопасности https://www.geopolitica.ru/article/aktualnye-
problemy- (Baxılma tarixi: 26.09.2018)
4.
Экономический пояс Шелковый путь. http://aprcenter.ru/(Baxılma tarixi: 25.09.2018)
5.
Индия разрабатывает собственный Шелковый путь https://www.pravda.ru/news/world/02-07-2017/1340319
(Baxılma tarixi: 25.09.2018)
6.
Xi on «Belt and Road»: Not China’s solo but inspiring chorus
http://www.xinhuanet.com//english/2015-
03/28/c_134105208.htm (Baxılma tarixi: 20.09.2018)
7.
М.О.
Тураева
Транспортно-инфраструктурные проекты в Евразии
http://doc.knigi-x.ru/(Baxılma tarixi:
25.09.2018)
8.
М.В.Аманова,
Интеграция транспортной системы Казахстана во Всемирную экономическую систему
https://cyberleninka.ru/article/n/
(Baxılma tarixi: 21.09.2018)
9.
Островский А. Орел, дракон и косолапый мишка http://argumenti.ru/society/n589/534129 (Baxılma tarixi:
22.09.2018)
10.
Прекрасные перспективы и практические действия по совместному созданию экономическогопояса Шелкового
пути и Морского шелкового пути XXI века.
http://group-global.org/ru/node/32109 (Baxılma tarixi: 29.09.2018)
11.
Российская газета, 2015. 27 марта.
http://www.rg.ru/2015/11/05/kreml-site.html (Baxılma tarixi: 25.09.2018)
12. T.Миллер, Рост влияния Китая мало чем ограничивается - разве нам не стоит беспокоиться по поводу его
Нового шелкового пути? The Guardian , 4 сентября, 2017г. http://inosmi.ru/politic/20170904/ (Baxılma tarixi:
22.09.2018)
13. Vision and Actions on Jointly Building Silk Road Economic Belt and 21st-Century Maritime Silk Road.
http://en.ndrc.gov.cn/newsrelease
(Baxılma tarixi: 25.09.2018)
İQTİSADİ İNKİŞAFDA İNNOVASİYANIN
TƏTBİQİ VƏ PROBLEMLƏRİ
İlknur TANRIVERDİ
Bakı Mühəndislik Universiteti
itanriverdi@beu.edu.az
XÜLASƏ
Məqalədə iqtisadiyyatın innovasiyalı inkişafının əsas istiqamətləri araşdırılmışdır. İnnovasiya fəaliyyəti
müəyyən özəlliklərə malikdir. Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən hər bir iqtisadi subyekt də bu
xüsusiyyətlər nəzərə almaqla fəaliyyətini davam etdirməlidir. Bununla bərabər innovasiya fəaliyyəti elm, texnika
və texnologiyaların müasir səviyyəsi ilə uzlaşmalıdır. İnnovasiya prosesinin həyata keçirilməsində mühüm
mərhələ olan innovasiya layihələrindən də bəhs edilmişdir.
Açar sözlər: innovasiya, bazar iqtisadiyyatı, inovasiya layihəsi, innovasiya fəaliyyəti, texnologiya
INNOVATION IMPLEMENTATION IN ECONOMIC GROWTH AND ITS PROBLEMS
ABSTRACT
This article focuses on the primary directions of innovative development. Innovation activities have some
specific features. Any economic subject that is operating within market economy should continue its activities
taking into account these characteristics. Apart from this, innovation activity should meet the modern
requirements of science, technique and technology. Innovation project being the essential phase of innovation
process has been examined even further.
Keywords: innovation, market economy, innovation project, innovation activity, technology
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
77
26-27 October 2018, Baku, Azerbaijan
Giriş
Dünyada baş verən texnoloji inkişaf prosesini öyrənmək və izləmək , texnoloji dəyişiklilikləri
müəyyənləşdirmək, eləcə də elmi tədqiqat işlərinin iqtisadi əhəmiyyətliliyini artırmaq məqsədi ilə
texnologiya siyasətindən istifadə olunur. Bu isə texnologiya siyasətinin texnolji dəyişikliklərin baş
verdiyi prosesə təsir etməsi (və ya prosesdə rol oynaması), dövlətin iqtisadiyyata innovativ
yanaşmalarda müdaxilə formalarını müəyyənləşdirməsi deməkdir[5]. İnnovasiya prosesinin sadəcə
texniki sahə ilə məhdudlaşa bilmədiyini dünya təcrübəsi bir daha sübut edir. Müxtəlif növ məhsul və
xidmətlər istehsal edən, iqtisadiyyatın inkişafının hərəkətverici qüvvələrindən biri müəssisələrin
fəaliyyətinin çoxşaxəli olması, innovasiya fəaliyyətinin geniş texniki, texnoloji, təşkilati və sosial
yeniliklər kompleksini əhatə etməsini vacib bir nüansa çevirir. Bu vacib nüansı nəzərə alaraq, deyə
bilərik ki, ölkənin sənaye siyasəti texnoloji yeniliklərin işlənməsi və tətbiqi də əsas götürülərək, təbii
resurs və istehsal imkanları, həmçinin dünyada baş verən texnoloji yeniliklər nəticəsində ortaya çıxan
tələblər əsasında formalaşdırılmalıdır. Sərbəst bazar şəraitində texnoloji yenilik və ona olan ehtiyac
bazarın iştirakçıları tərəfindən müəyyənləşdirilir. Bazarda yeni rəqiblərin meydana çıxması, rəqiblərin
öz istehsalını təkmilləşdirməsi, rəqiblərin önə keçməsi, məhsula olan marağın azalması, daxili
ziddiyyətlər, istehsalın genişləndirilməsi, yenidənqurma, yeni məhsulun mənimsənilməsi və buraxılışı,
məhsulların yeni çeşid və modellərinin hazırlanması və s. kimi zəruri amillər varki, bu amillər
istehsala innovasiyanı tətbiqini zəruri edir.Bu cür zəruri amillər nəticəsində müəssisələr istehsala öz
sahələri üzrə geniş diapozonda texniki innovasiyalar, böyük çeşiddə xidmət innovasiyaları və
idarəçilik və sosial innovasiyalar tətbiq edirlər. Müasir dövrdə müəyyən təsərrüfat fəaliyyəti ilə
məşğul olan müəssisələr arasında rəqabət qabiliyyətliliyinin artırılması və rəqabətin yüksəldilmə
yollarından biri də innovasiyaların tətbiqinin genişləndirilməsidir.
İnnovasiyanın və ya texnoloji yeniliyin əldə olunmasının iki yolu mümkündür:
a.
Texnologiyanın idxalı
b.
Texnologiya istehsalı
İdxal üsulu bir ölkə və ya firma üçün yalnız qısa müddətli dövrdə düşünülə bilər. Bunun səbəbi
qısa dövrdə transfer fayda təmin etsə də, uzun dövrdə alınmış texnologiya etibarlılığını itirməsinə
gətirib çıxarır.Bu itirilmə üçün isə yenilənmə lazım olacaq ki, artıq yeniliklərin çox sürətli həyata
keçməsi ilə texnologiyaların köhnəlmə sürəti də artmışdır. Bu hal isə tez-tez xarici ölkəyə və ya
firmaya yenidən müraciət edilməsi və açıq-aşkar asılılıq deməkdir. Əslində, texnologiyanın idxalı yolu
ilə “texnologiya istehsalçısı” deyil, yalnız "texnologiya istehlakçısı" olmaq mümkündür. Bunun əksinə
texnologiya istehsalı isə, qısa dövrdə dərhal nəticə verməyən ancaq uzun dövrdə ölkəyə fayda verə
biləcək bir təşəbbüsdür. Texnologiya isthesalı səbr, zaman, mühüm elmi tədqiqatların aparılması kimi
vacib məqsədlər tələb edir. Məsələn, texnoparklardan gözlənilən nəticələrin alınması və ya
sərmayələrin öz nəticələrini verməsi üçün bəzən uzun illər tələb olunur.Texnologiya istehsalı yolu ilə
yenilik əldə etmək siyasəti çətin və uzunmüddətli olmasına baxmayaraq, texnologiyanın idxalına
nisbətən daha çox gəlirlidir.
İnnovasiya layihəsi dedikdə, konkret elmi-texniki problemin (məsələnin) həllinə yönəlmiş və
innovasiyaya gətirib çıxaran məqsəd və proqramların və onların yerinə yetirilməsi üçün lazım olan
elmi tədqiqat, sınaq-konstruktor, istehsalat, təşkilati, maliyyə, kommersiya və digər tədbirlərin
qarşılıqlı əlaqələndirilmiş sistemi başa düşülür ki, bu da resurslar, icraçılar və icra müddətləri
göstərməklə tarazlaşdırılmış layihə sənədləşməsi dəsti ilə rəsmiləşdirilir. İnnovasiya layihəsinin idarə
olunması onun tərtibi və reallaşdırılmasının səmərərliliyi yönündən çox vacib məqamdır. İnnovasiya
layihəsinin idarə olunması, innovasiyanın tətbiqinə yönəlmiş məqsədlərin müəyyənləşdirilməsi,
təşkilati strukturu, iqtisadi fəaliyyət üçün alternativ variantların seçilməsi, tədbirlərin planlaşdırılması
ilə bağlı idarəetmə qərarlarının qəbul edilməsi və həyata keçirilməsi prossesidir.Alternativ variantların
seçilməsi və idarəetmə qərarların qəbulu, bu seçimlər arasında xüsusi əhəmiyyət kəsb edir. Prosesin
ilkin mərhələsi innovasiya layihəsinin işlənib hazırlanmasından ibarətdir. Xərclər və faydalardan əlavə
seçim edərkən risklərin nəzərə alınması da vacib şərtlərdən biridir. Hər bir innovasiya fəaliyyəti də
müxtəlif cür risklərlə bağlı oldur. İnnovasiya fəaliyyəti ilə məşğul olan təşkilatlarda meydana çıxan
risklərin müəyyən bir qismi məhz İnnovasiya layihəsinin düzgün seçilməməsi və ya layihənin
maliyyələşməsindəki məhdudiyyətlərlə bağlıdır.
Risklərin mimimuma endirilməsi üçün ilk növbədə layihələrin seçilməsini diqqətlə araşdırmaq,
müəyyənlik və qeyri-müəyyənlik amillərinə diqqət yetirmək lazımdır. Müəyyənlik şəraitində qərar
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
78
26-27 October 2018, Baku, Azerbaijan
qəbul edilməsi, həll ediləcək problem barəsində kifayət qədər informasiyanın toplanması və
alternativlərin maksimum sayda olması vacib şərtdir. Bu halda risk, seçiləcək alternativin səmərəlilik
dərəcəsinin minimum və ya maksimum olması ilə səciyyələnə bilər. Qeyri-müəyyənlik şəraitində isə
əksinə, informasiyanın olmaması səbəbindən qərar variantlarının hazırlanmanın mümkünsüzlüyü baş
verir ki, bu da menecer tərəfindən nəticəsi bəlli olmayan vahid bir qərarın qəbul edilməsini zəruri edir.
Bu isə, öz növbəsində böyük risk yarada və çox böyük itkilərə səbəb ola bilər. Belə halda qərar qəbul
edilməsi yalnız ehtimala əsaslana bilər. Ehtimal isə elmi və təcrübi biliklərə deyil, yalnız intuisiyaya
söykəndiyindən onun müsbət nəticə verməsi şübhəlidir. Bu səbəblə qərar qəbul edərkən risk amilini
zəiflətmək və ya aradan qaldırmaq üçün, ilk növbədə qeyri-müəyyənliyi azaltmaq və bunun üçün, həll
ediləcək problemlə bağlı informasiya məhdudluğunu aradan qaldırmaq vacibdir. Bu səbəbdən hər
hansı innovasiya layihəsini seçərkən daha çox aşağıdakı informasiyalara diqqət yetirilməlidir:
a) İnnovasiya işlərinə yönəldilən xərclərin həcmi;
b) Maliyyə vəsaitlərinin məhdudluğu;
c) Daha çox səmərə verə biləcək layihələrin seçilməsi zərurəti;
d) Layihənin müəssisənin strategiyasına uyğunlaşması zərurəti
Bu variantlardakı informasiyalar haqqında məlumat olduqda innovasiya layihəsinin seçimi daha
effektiv və daha səmərəli olur. Buna görə də müəssisədə riskin səviyyəsi aşağı salmaq üçün,
müəssisənin gələcək perspektivində inkişafına müsbət təsir edəcək doğru qərar vermək üçün hər bir
müəssisə lazımi informasiyaları əldə etməkdə maraqlı olmalıdır. Layihələrin düzgün seçimindən sonra
öz fəaliyyətinə innovasiyanı tətbiq edən hər bir iqtisadi subyekt özünün inkişafından əlavə Milli
iqtisadiyyatın inkişafına da təkan verir. Dövlət iqtisadiyyatın tənzimlənməsində, şəraitə uyğun, çevik,
məqsədyönlü, tədbirlərin həyata keçirməklə, proqnozlara əsaslanan dövlət proqramları həyata
keçirməklə və nəticə etibarilə, informasiya-kommunikasiya texnologiyasının bütün sahələrdə tətbiqi
əsasında innovasiyalı iqtisadiyyat formalaşdırmalıdır. Bu həm də qloballaşma və dünya iqtisadiyyatına
inteqrasiyanının tələblərindən irəli gələn vəzifələrin həllini təmin edə bilər.
İnnovativ sahibkarlıq haqqında əhəmiyyətli fikirləri ilə seçilən Jozef Şumpeter "The Theory of
Economic Development" (1934) adlı kitabında yenilik anlayışına xüsusi əhəmiyyət verərək, yenilikçi
yanaşmaları iqtisadi sistemlərin başlıca gücü olaraq qəbul edir. O, yeniliyin tətbiqi üçün beş istiqaməti
qeyd etmişdir:
1. Müştərinin hələ ki, tanımadığı yeni bir məhsul növünü və ya mövcud bir məhsul növünün
daha keyfiyyətli, yenilənmiş versiyasının ortaya qoyulması,
2. Yeni bir istehsal texnologiyasının formalaşdırılması (inkişaf etdirmək, icad etmək
3. Ölkədəki hər hansı istehsal müəssisəsinin daha əvvəlcədən girmədiyi yeni bir bazarın
tapılması,
4. Yeni xammal və ya yarımfabrikatların tapılması,
5. Hər hansı sənaye sahəsində yeni təşkilatçılıq (idarəetmə) texnologiyasının formalaşdırılması[4]
İnnovasiyaların inkişafı və tətbiqi, eləcə də innovativ məhsulların rentabelli istehsalı
baxımından ABŞ nümunəsi dünyada lokomotiv rolunu hələ də oynamaqdadır. Bu mənada, ABŞ-da
(Silikon Vadisi) formalaşdırılmış ekosistem dünyanın digər ölkələrində meydana çıxan
innovasiyaların da inkişafı və tətbiqi imkanları baxımından əlverişli imkanlar ortaya qoyur. Belə
vəziyyət isə, dünyanın müxtəlif yerlərindən beyin gücünün bu istiqamətə "axını"na zəmin yaradır.
Ümumiyyətlə, ABŞ və digər nümunələri nəzərə alaraq, Azərbaycanda innovasiyaların inkişafı və
tətbiqi sahəsində uğur qazanmaq üçün aşağıdakıların nəzərə alınmasının zəruri olduğu qənaətindəyik:
1. İxtisaslaşma imkanları və potensialının qiymətləndirilməsində yeni texnologiyaların tətbiqi
məsələlərinə əhəmiyyət verilməsi;
2. Təbii potensial imkanlarının istifadəsində səmərəliliyin təmin olunması (regional imkanların
elmi əsaslandırılmasına əhəmiyyət verilməli;
3. Təşəbbüskar yanaşmanın kütləviləşdirilməsi;
4. Sərbəst bazar şəraitinin formalaşdırılması;
5. Nəticə əsaslı elmi tədqiqat işlərininin maliyyələşdirilməsi prosesinə tolerant yanaşmanın
təmin olunması və s.
Kapitalist sistemdə innovasiya hər bir müəssisə üçün olduqca önəmlidir. Rəqabətin mövcud
olduğu bazar iqtisadiyyatında hər bir firma uzun müddət bazarda qalmaq istəyirsə, aid olduğu sahədə
yeniliklər etməli, məhsulun maya dəyərini aşağı salmaqla, daha keyfiyyətli xidmət göstərməlidir.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
79
26-27 October 2018, Baku, Azerbaijan
Fastcompany-ni 2018-ci ildə dünyanın ən innovativ şirkətlərinin siyahısını açıqlayıb. Listin
başında mobil texnologiya nəhəngi Apple dayanır. Heç şübhəsizdir ki, Apple-ın innovasiyaya il
ərzində milyardlarla vəsait xərcləməsinin əsas səbəbi bazarda rəqiblərinə rəqabətdə geri qalmamaq
istəyidir[2].
İnnovasiyaların araşdırılması haqqında dünyanın müxtəlif beynəlxalq təşkilatları, araşdırma
şirkətləri dövrü olaraq hesabat açıqlayırlar. Avropa Komissiyasının 1995-ci ildə yayınladığı “Green
Paper on İnnovation” adlı hesabatında innovasiyanı ölkələr üçün əhəmiyyətini belə açıqlayır:
“İnnovasiya müxtəlif rollara malikdir. Müəssisələr öz məqsədlərinə çatmaq üçün uzunmüddətli
innovativ strateji planları vardır və eyni zamanda iqtisadi fəaliyyətləri üçün yeni sektorların
yaranmasına və sənaye strukturlarının yenilənməsinə gətirib çıxara bilən strateji olmalıdır. İnnovasiya
sahibkarlıq ruhunun qəlbindədir. Bütün yeni müəssisələr ən azından rəqibləri kimi yenilikçi
olmalıdırlar. Onlar bazarda qalmaq üçün yavaş böyüsələr belə innovativ olmalıdırlar” [1].
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) açıqladığı hesabatda süni zəkanın sənaye
sahələrinə əlavə edilməsi ilə innovasiyanın sürətini daha da artırmışdır. Hesabatda 2012 – 2015-ci illər
ərzində Çin, Tayvan, Cənubi Koreya, Yaponiya və ABŞ ilk ondakı yüksək texnologiyaların 70- 100
%-ni inkişaf etdirirlər. İlk beş IP bürosunun (IP5) patentini aldığı məhsullarla ölçüldüyündə süni zəka
(AI) texnologiyaları 2010 – 2015-ci illər arası ortalama 6% artmışdır. Bu da bütün patentlərdə orta
illik artımdan iki qat artıqdır. 2015-ci ildə 18000 AI məhsulu üçün müraciət edilmişdir. Bu
müraciətlərin 62%-dən artığı Yaponiya, C Koreya və ABŞ-ın payına düşür[3].
Nəticə
Hazırda ölkələrin inkişaf səviyyəsi texnoloji yenilik yanaşmasına əsaslanaraq, bu sahəyə
qoyulan sərmayənin miqdarı və inkişaf etdirdikləri innovasiyaların nəticələri ilə ölçülür. Bunu nəzərə
alaraq planlanan iqtisadi siyasəti müəyyənləşdirən və icra edən təşkilatlar təşviqedici və dəstəkləyici
funksiyalar nümayiş etdirməlidirlər. Texnoloji yeniliyin ən əhəmiyyətli komponenti tədqiqat və inkişaf
fəaliyyətləri nəticəsində əldə edilən informasiyanın iqtisadi fəaliyyətə çevrilməsidir. İnformasiyanın
texnologiya ilə yenilikçi prosesin iştirakçıları arasında problemsiz bir şəkildə paylaşılması lazımdır.
Əldə edilən texnoloji yeniliyin paylaşılmasının önündəki maneələr, qəbul edilən innovasiya siyasəti ilə
ortadan qaldırılmalıdır.
Nəticədə, innovasiya tətbiq etmək istəyən sahibkar, və ya menecer tətbiq edəcəyi innovasiya
layihələrini seçərkən onları çox dəqiqliklə araşdırmalı, riskli olub-olmaması, səmərəliliyi nöqteyi-
nəzərindən seçməli, uğrlu və rəqabətə davamlı fəaliyyət göstərməsi üçün düzgün qərarlar verməlidir.
Düzgün seçilmiş innovasiya layihəsinin nəticəsində isə, məhsulun çeşidi təzələnir, rəqabət qabiliyyəti
yüksəlir, əhalini tələbatının ödənilməsinə kömək edir, istehsalın səmərəliliyi yüksəlir, məhdud
resurslardan qənaətlə istifadə olunur, istehsal xərcləri azalmaqla mənfəət artır, yeniliklər sosial
nəticələrlə səciyyələnir. Buna görə də fəaliyyətində uğur qazanmaq istəyən hər bir sahibkar istehsala
innovasiyanı tətbiq etməlidir. Uzunmüddətli innovasiya siyasəti əsasında, Azərbaycanın inkişaf etmiş
ölkələr ilə arasındakı fərqi azalda bilməsi üçün, texnologiyanın çox istifadə edildiyi, eləcə də ixrac
yönümlü fəaliyyət göstərən texnoparkları inkişaf etdirməyə istiqamətlənmiş yeni strategiyaların tətbiqi
zəruridir.
ƏDƏBIYYAT:
1.
Commission, E. (December.1995). European Commission. Green Paper On Innovation.
2.
(n.d.). https://www.fastcompany.com/most-innovative-companies/2018.
3.
OECD. ( Paris. 2001). OECD. Cities and Regions in the New Learning Economy.
4.
Scumpeter, J. A. (1934). The Theory of Economic Development. In J. A. Scumpeter, The Theory of Economic
Development (p. 66). Harvard University Press.
5.
Taymaz, E. (1993). “Sanayi ve Teknoloji Politikaları: Amaçlar ve Araçlar”. In E. Taymaz, “Sanayi ve Teknoloji
Politikaları: Amaçlar ve Araçlar” (p. 550). ODTÜ Gelişme Dergisi, 20(4.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
80
26-27 October 2018, Baku, Azerbaijan
TANAP-IN AZƏRBAYCAN İQTİSADİYATINA TƏSİRİ
Elçin Süleymanaov
Bakı Mühəndislik Universiteti
elsuleymanov@beu.edu.az
Jalə Nadirova Qabil
Azərsun Holding
Jale.Nadirova@bazarstore.az
XÜLASƏ
Azərbaycan neft və qazla zəngin bir ölkədir. Təbii sərvətləri ilə zəngin olan bir ölkə kimi Azəraycan mü-
tərəqqi, durrsifikasiya edilmiş qərarlar verməlidi. TANAP bu qərarlardan biridi. TANAP layihəsi Bakı-Tbilisi-
Ceyhan neft kəmərindən sonra əhəmiyyətli bir layihədir. TANAPın məqsədi təbii qazın Azərbaycan ŞahDəniz 2
qaz yatağından Türkiyəyə və Avropaya ixracıdır. TANAP`ın uzunluğu 1850 kilometrdir. Təqribən 6 milyard
kubmetr qazın Türkiyəyə, qalan hissəsinin isə Avropaya ixracı planlaşdırılır.
Açar sözlər: Azərbaycan, Türkiyə, Qaz, TANAP, Avropa
IMPACT OF TANAP TO AZERBAIJAN’S ECONOMY
ABSTRACT
The Republic of Azerbaijan is one of the oil and gas rich country.As resource-rich country, Azerbaijan
should make progressively diversified and global decisions.TANAP is one of this decisions.TANAP is an
important project after Baku –Tiblisi- Ceyhan oil pipeline.The aim of the TANAP project is to bring natural gas
produced from Azerbaijan’s Shah Deniz-2 gas field, and other areas of the Caspian Sea, primarily to Turkey, but
also on to Europe.The length of TANAP is 1850 kilometers with an initial capacity of billion cubic meters of
gas.Around six billions cubic meters of this gas is meant to be delivered to Turkey with the remaining volume to
be supplied to Europe.
Dostları ilə paylaş: |