"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". "Biz neft kapitalını insan kapitalına çevirməliyik"


-1920-CI İLLƏRDƏ QAFQAZDA REGİONAL İNTEQRASİYA



Yüklə 8,12 Mb.
Pdf görüntüsü
səhifə67/78
tarix15.10.2019
ölçüsü8,12 Mb.
#29353
1   ...   63   64   65   66   67   68   69   70   ...   78
Conferance Book Economy.(3)


1918-1920-CI İLLƏRDƏ QAFQAZDA REGİONAL İNTEQRASİYA 

CƏHDLƏRİ VƏ PROBLEMLƏRİ 

 

İlhamə Nadir qızı Novruzlu 



Bakı Mühəndislik Universiteti 

ilhamanovruzlu@icloud.com 

 

XÜLASƏ 

Müasir beynəlxalq münasibətlərin və dünya siyasətinin əsas tendensiyalarından biri beynəlxalq inteqrasi-

ya hesab olunur. Bu proses əsasən müəyyən bölgələrdə həyata keçirildiyinə görə siyasi ədəbiyyatda onu beynəl-

xalq regional inteqrasiya adlandırırlar. Qafqaz regionunda da müəyyən dövrlər çərçivəsində müxtəlif inteqrasiya 

cəhdləri həyata keçirilmiş və bu yöndə bir sıra problemlərlə qarşılaşmışdır.1918-ci ilin may ayında Cənubi Qaf-

qazda  üç  dövlət  özünün  müstəqilliyini  elan  etmiş  və  dövlətçilik  siyasətlərini  qurmaqla  yanaşı,  eyni  zamanda, 

xarici siyasət əlaqələrini genişləndirməyə çalışmış, regional məsələlərdə müstəqil bir dövlət kimi yaxından iştirak 

etmək, problemlərin həlli ilə məşğul olmaq kimi xarici və daxili siyasət yönümdə addımlar atmışlar.Məqaləmiz-

də 1918-1920-ci illərdə Qafqaz, xüsusən Cənubi Qafqazda baş verən hadisələrdən bəhs olunur.Eyni zamanda bu 

dövr ərzində Cənubi Qafqazda demokratik respublikaların yaranışı, bununla bağlı cəhdlər, dövrün mövcudprob-

lemləri kimi məsələlərə də toxunulmuşdur. Məhs bu aspektdən 1918-1920-ci illərdə Qafqazdaregioanal əlaqələr, 

regional inteqrasiya prosesleri təhlil edilmişdir. 

Açar sözlər: Qafqaz, Azərbaycan, Gürcüstan, Ermənistan, konfrans, inteqrasiya 

REGIONAL INTEGRATION ATTEMPTS IN THE CAUCASUS AND ITS PROBLEMS IN 1918-1920  

ABSTRACT 

International  integration  is  considered  one  of  the  main  tendencies  of  modern  international  relations  and 

world politics. It is called “regional integration” in political literature as this process is applied only in certain 

areas. In Caucasus region, there has been tries about integration movements and some hindrances were faced in 

the  process.  In  May  of  1918  three  countries  in  South  Caucasus  declared  their  independency  and  started 

establishing their internal and foreign policy, and tried to take part in the regional issues as a sovereign republic. 

Our article addresses the events especially happened in South Caucasus in the period of 1918-1920. At the same 

time we have mentioned about the establishment processes of democratic republics, and the problems during that 

time. From this aspect, regional relations in Caucasus in 1918-1920, played role of regional integration. 

Key words: Caucasus, Azerbaijan, Georgia, Armenia, conferences, integration 

 

Giriş 

Regional  inteqrasiya  mahiyyətinə  görə  obyektiv  və  kortəbii  baş  verən  bir  proses  olsa  da, 

məqsədlərinə görə dövlətlərin düşünülmüş şəkildə həyata keçirdiyi və tənzimlənən qarşılıqlı fəaliyyət 

növü  hesab  olunur.Regional  inteqrasiya  prosesi  dünyada  ilk  dəfə  olaraq  üzv  dövlətlərin  bərabər 

hüququ gözlənilmək şərti ilə Qərbi Avropada başlamışdır. Belə ki, ikinci dünya müharibəsindən sonra 

ciddi  iqtisadi  böhran  yaşayan  Qərbi  Avropa  ölkələri  bəzi  iqtisadi  sahələrdə  birgə  hərəkət  etmək 

haqqında qərar qəbul edirlər. 

Hər  zaman  maraq  dairəsində  olan  Qafqaz  regionu,  xüsusən  Qafqaz  xalqlarının  inteqrasiya 

hərəkatı XVIII əsr Rusiyanın imperialist siyasətinə qarşı olaraq başlamışdır ki, bu proses də müəyyən 

dövrlər  arasında  gah  sürətlə,  gah  da  zəifləmişdir.XX  əsrin  əvvəllərində  imperiyanın  dağılması  ilə 

Qafqaz regionunda, xüsusən Cənubi Qafqazda bu proses yenidən sürətlənməyə başlamışdır.  

1918-ci  ilin  əvvəllərində  Cənubi  Qafqazda  vəziyyət  son  dərəcə  mürəkkəb  idi.  Rusiyanın 

Almaniya  ilə  Brest-Litovsk  sülh  danışıqları  boşa  çıxdıqdan  sonra  alman-türk  qoşunları  hücuma 

keçdilər.  Türk  qoşunlarının  irəlilədiyini  görən  Zaqafqaziya  Komissarlığı  1918-ci  il  fevralın  6-da 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

331  

26-27 October 2018, Baku, Azerbaijan 

Qafqaz  cəbhəsinin  komandanı  Vehib  paşaya  teleqram  göndərərək,  Türkiyə  ilə  sülh  danışıqları  apar-

maq istədiyini bildirdi.Lakin regionda nüfuzu və güclü hakimiyyəti olmayan Zaqafqaziya komissarlığı 

tezliklə  özünü  buraxmaq  məcburiyyətində  qaldı.  1918-ci  il  fevralın  10-da  Zaqafqaziya  seymi 

yaradıldı.Qafqaz  cəbhəsində  vəziyyət  və  Cənubi  Qafqazın  müstəqilliyinin  elan  edilməsi  məsələləri 

seymin fəaliyyətində mühüm yer tuturdu. Belə ki, seym Cənubi Qafqazı müstəqil dövlət elan etmədən 

nə bu regionu beynəlxalq hüququn subyekti kimi təqdim etmək, nə də xarici dövlətlərlə sülh bağlamaq 

səlahiyyətinə malik deyildi.Seymdə olan mövcud ziddiyyətlət getdikcə artır, bu da seymin vəziyyətini 

çətinləşdirirdi.  1918-ci  il  aprelin  9(22)-da  müsəlman  fraksiyasının  təkidi  ilə  Zaqafqaziya  seyminin 

geniş  iclası  keçirildi  və  müstəqil,  federativ  Zaqafqaziya  Demokratik  Respublikasının  (ZDFR)  elan 

olunması  haqqında  qətnamə  qəbul  edildi.

2,  s.452



Lakin  ZDFR  nə  daxili,  nə  də  xarici  siyasətində 

ciddi  bir  dəyişiklik  etməmişdi.  Siyasi  partiya  nümayəndələri  Zaqafqaziya  seymində  ümumi  dil  tapa 

bilmirdilər, onların ümumi fəaliyyət proqramı yox idi və fraksiyaların hər biri öz siyasi xəttini həyata 

keçirməyə  çalışırdı.  Artıq  1918-ci  il  mayın  sonuncu  ongünlüyündə  Zaqafqaziya  seyminin  dağılacağı 

açıq-aydın hiss olunurdu. 

Elə  həmin  günlərdə  seymin  sosial-demokrat  fraksiyasının  lideri  İ.Q.Sereteli  Cənubi  Qafqaz 

xalqlarının konfederasiya halında birləşmək ideyasının özünü doğrultmadığını bildirdi. Sereteli Türki-

yə ilə Batum danışıqlarında təklənmələrini bəhanə gətirərək Gürcüstanın Seymdən çıxıb müstəqil res-

publika  elan  olunmasını  zəruri  hesab  etdi.  Nəticədə  ZDFR  devrilərək  Cənubi  Qafqazda  üç  müstəqil 

respublika – 26 mayda Gürcüstan, 28 mayda Azərbaycan və Ermənistan müstəqil respublikaları yara-

dıldı. 


3, s.423


 

Regional ziddiyyətlər 

Seymin  dağılmasından  sonra  region  hökumətləri  arasındabir  sıra  əməkdaşlıqlarla  yanaşı  bəzi 

mübahisələr  də  ön  plana  çıxmışdır.  Bunlardan  biri  1918-ci  ilin  iyununda  baş  verən  Borçalı  məsələsi 

idi.  Gürcülər  bu  ərazilərin  özlərinə  aid  olduğunu  iddia  edir  və  Alman  əsgərlərinin  köməyi  ilə  yerli 

əsgərləri göndərərək taxıl ehtiyatlarına əl atmaq istəyirdilər. Bu daAzərbaycan və Gürcüstan arasında 

kiçik  müharibəyəgğtirib  çıxardırdı.  Son  anda  Osmanlı  qüvvələrinin  komandiri  Nuri  Paşanın 

müdaxiləsi  ilə  tərəflər  mövcud  vəziyyətin  qorunması  və  torpaq  mübadiləsi  məsələsini  dinc  yolla 

müzakirə  etməyə  razılaşdılar. 

4,  s.64



  Qeyd  edək  ki,  Gürcüstan  hökümətinin  ərazi  iddiası  Borçalı 

mahalına ilə kifayətlənmir, bütün Zaqatala mahalına ərazi iddiası edirdi. 

Digər  mübahisəli  məsələ  pul  dövriyyəsi  idi.  Həmin  dövrdə  keçmiş  Çarın  və  Müvəqqəti 

Hökumətin  pulları  dövriyyədə  idi.  Öz  valyutası  olmayan  yeni  respublikalar  öz  aralarında  müqavilə 

bağladılar və bu köhnə pullar dövriyyəsinin davam etməsini razılaşdılar. Pul çap işi Tiflisdə aparalırdı. 

Belə ki, bu dövrdə Tiflisdə Azərbaycan Respublikası ilə razılaşdırılmadan bir neçə dəfə Ermənistanla 

banknot çıxarılmış və nəticədə Azərbaycan iqtisadi olaraq çətin vəziyyətə düşmüşdür.  

1918-ci ilin sonlarında Gürcüstan və Ermənilər arasında daha şiddətli qarşıdurmalar baş vermiş-

dir. Ahalkelek və Borçalı rayonlarında ermənilər yaşayan məntəqələrin Erməni Respublikasına verilməsi 

tələbi nəticəsindəonlar arasında olan iki tərəfli münasibət pozulmuş və Gürcüstan hakimiyyəti tərəfin-

dən  təşkil  edilən  ilk  birgə  Qafqaz  konfransı  təxirə  salınmışdır.  Mübahisə  şiddətlənərək  Gürcüstan-

Ermənistan  arasında  müharibə  olacaq  dərəcəyə  çatmışdır.  1918-ci  il  dekabrın  14-dən  31-dək  davam 

edən  gürcü-erməni  qarşıdurmaları  yalnız  regiondakı  müttəfiqlərin  nümayəndələrinin  iştirakı  ilə 

dayandırılmışdır.

1, s. 317



 

Regional əməkdaşlıq və inteqrasiya 

Bu mübahisələrə baxmayaraq, bölgə dövlətləri arasında regional əməkdaşlığın inkişafına da yer 

verilmişdir.  Belə  ki,  bölgə  dövlətləri  arasında  xüsusilə  Azərbaycan  Respublikası  bu  məsələdə  daha 

fərqlənmiş  və  hətta  konfederasiya  çərçivəsində  birləşmək  kimi  təkliflər  də  etmişdir.  Azərbaycan 

rəhbərləri bu fikirləri bir çox platformada ifadə etməklə bir sıra ciddi addımlar atmışlar. Bu yöndə əsas 

uğurlardan biri kimi Paris Sülh Konfransında iştirakı hesab etmək olar. Lakin Paris Sülh Konfransın-

dan öncə Azərbaycan Respublikasının əhəmiyyətli dövlət adamlarından Ə.M.Topçubaşov 1918-ci ilin 

payızında  səfir  qismində  getdiyi  İstanbulda  olan  fəaliyyəti  də  bu  addımda  mühüm  önəm  kəsb  edir. 

Osmanlı və xarici dövlətlər nümayəndələrinə təqdim etdiyi memorandumda Ə.M.Topçubaşov Cənubi 

Qafqazın  son  bir  ilini  dəyərləndirmiş  və  Qafqaz  dövlətlərində  konfederasiya  düşüncəsinin  məşhur 

olduğunu ifadə etmişdi. Bir müddət sonra “Azərbaycanın Teşekkülü” adıyla İstanbulda nəşr olunan bu 

memorandumun  son  hissəsi  "Mavera-nı  Qafqaz  millətlərinin  Konfederasiya  Mefkûresi"  başlığı  ilə 

yayınlanmışdır. Müellif burada Cənubi Qafqazın üç milləti arasında İsveçrəyə bənzər bir konfederasi-



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

332  

26-27 October 2018, Baku, Azerbaijan 

ya qurulmasını həm iqtisadi, həm də təbii şərtlərin tələb etdiyini ifadə edərək, bölgədə konfederasiya 

düşüncəsinin məşhur olduğunu, bir çox partiya nümayəndəsinin bunu müdafiə etdiyini və mövzunun 

Şimali qafqazlılara da şamil edilməsi lazım olduğunu vurğulamışdır. Topçubaşov Qafqazlıların Paris 

Sülh Konfransına "konfederasiya fikrini müdafiə üçün" gedəcəklərini ümid etdiyini bildirmişdir. Eyni 

zamanda da, konfederativ formanın Qafqaz mövcud münaqişələrin də həllində müsbət rol oynayacağı-

nı xüsusilə vurğulamışdır.

 6, s. 45-46



 

Milli müstəqilliyinin tanınması xahişi ilə çıxış edən respublikalarla birgə Azərbaycan hökuməti 



də  oktyabrın  5-də  Paris  sülh  konfransının  sədri  Jorj  Klemansoya  nota  ilə  müraciət  etdi.  Notada 

müstəqilliyini  yenicə əldə etmiş  respublikaların böyük  dəstəyə  ehtiyacı  olduğu  vurğulanır  və  onların 

milli istiqlaliyyətini tanımağın vacibliyi göstərilirdi. Sənəddə qeyd edilirdi ki, “bizim dövlətlərimizin 

məsələlərinin  beynəlxalq  həlli  bundan  sonra  yubadılmamalıdır  və  rus  məsələsindən  asılı  olmayaraq 

həll edilməlidir. Bunu sülhün, humanizmin və tərəqqinin mənafeyi tələb edir”. Bu notada göstərilmiş 

məsələlər  və  Azərbaycan,  Gürcüstan  nümayəndələrinin  müraciəti  nəzərə  alınaraq,  oktyabrın  29  da 

Fransa müstəmləkə liqasının xarici siyasət bölməsində Zaqafqaziya məsələsi müzakirə olundu. Lakin 

Zaqafqaziya  Respublikaları  de-yure  tanınmadığı  və  öz  aralarındakı  ərazi  məsələləri  tam  həllini 

tapmadığı  üçün  onların  Millətlər  Cəmiyyətinə  qəbul  edilməsiAntonio  Qunetsin  sədrliyi  altında  olan 

komissiya  tərəfindən  müvəqqəti  olaraq  dayandırıldı.  Belə  bir  zamanda  artıq  Sovet  Rusiyasının 

mövqeləri  getdikcə  güclənirdi.  Belə  ki,  1919-cu  il  16  iyun  Gürcüstan  və  Azərbaycan  arasında  xarici 

təhdidlərə qarşı (Şimaldan gələn Denikin təhlükəsinə qarşı) hərbi müqavilə imzalanmışdır. Müqavilə-

nin  10-cu  paraqrafına  əsasən  Ermənistan  bu  müqaviləyə  2  həftəyə  qoşula  bilərdi.

2,  s.  111



  Lakin 


Ermənistan  müqaviləyə  qoşulmur  hətta  bu  yöndə  Denikinə  silah  yardımı  göstərir  və  onunla  strateji 

ortaqlıq  nümayiş  etdirirdi.  Eyni  zamanda,  Paris  Sülh  Konfransında  da  çəkinməz  mövqe  ilə  torpaq 

iddiaları edirdi. Denikin təhlükəsinə qarşı Dağlılar parlamentində də müzakirələr getmiş, müzakirələr 

zamanı  Dağıstanın  Azərbaycan  Respublikasına  federasiya  və  ya  konfederasiya  formasında 

birləşdirilməsi təklif olunmuşdur. Bu ideya sürətlə yayılmağa başlayırdı ki, bununla bağlı bir neçə dəfə 

Dağlılar Respublıkasının diplomatik nümayəndəliyi Ə.B.Haqverdiyeva müraciət etmişdir. 

1, s. 195



 

Bu dövrdə əməkdaşlıq və regional inteqrasiya yönümlü digər məqam da Qafqaz konfranslarının 



qurulması idi. Bu konfranslardan nəticə əldə etmək mümkün olmasa da, burada yaxşı bir təcrübə əldə 

edildiyini deyə bilərik. Belə ki, 25 aprel 1919-cu ildə Tiflisdə yuxarıda qeyd etdiyimiz konfransdan başqa 

ikinci konfrans keçirilmiş və müxtəlif məsələlərdə işləmək üçün altı komitə yaradılmışdır. Lakin Deni-

kin qüvvələrinin şimaldan hücumu konfransın işlərinin yarım qoyulması ilə nəticələndi. 

4, s. 99-102



 

1919-cu  il  23  noyabr  Tiflisdə  Azərbaycan  və  Ermənistan  arasında  5  maddədən  ibarət  saziş 



imzalandı. 4-cü maddəyə əsasən tərəflər arasında 26 noyabr Bakıda konfrans keçirilməli idi. Lakin bu 

konfrans  yalnız  dekabrın  4-21-də  baş  tutdu.

1,  s.  153



  Burada  problemlərindinc  yolla  həll  edilməsi 

yönündə  prinsipial  razılaşma  əldə  edildi.  Bundan  əlavə,  M.H.Hacinski  tərəfindən  Cənubi  Qafqaz 

Konfederasiyası məsələsi gündəliyə salındı. Bu məsələni müzakirə etmək üçün gələn il yenidən Tiflis-

də  görüşmək  qərara  alındı.  Eyni  zamanda,  Gürcüstan  Azərbaycanla  hərbi  münasibətlərini  yaxşılaş-

dırmış, bu istiqamətdə onlarla zabit və bəzi hərbi sursat Bakıya göndərilmişdir. 5 fevral 1920-ci ildə 

iki ölkə arasında ticarət sazişinin imzalandığı və Bakının Tiflisə ucuz qiymətlə neft satmaq öhdəliyi ilə 

əlaqələr daha da yaxınlaşmışdır.

 1, s.139



 

Son  Qafqaz  Konfransı  9  aprel  1920-ci  ildə  Tiflisdə  keçirildi.  Azərbaycan  nümayəndə  heyəti 



tərəfindən  konfransa  təqdim  edilən  "Cənubi  Qafqaz  Respublikaları  Şurası"  yaradılması  ilə  bağlı  bir 

layihə  digər  iştirakçılar  tərəfindən  də  müsbət  qarşılanmışdır.  Bu  layihəkonfederatif  bir  quruluşu 

öngörmekteydi. Lakin sonrakı iclaslar 28 aprel tarixində Bolşeviklər tərəfindən Azərbaycanın işğalı ilə 

bağlı dayandırıldı.

5, s. 138-140



 

Qonşu  dövlətlərlə  əlaqələrə  baxdıqda,  Azərbaycan,  Gürcüstan  və  Osmanlı  Türkiyəsi  arasında 



birinci saziş Baki-Batum neft kəməri ilə bağlı olub. Hər 3 dövlət kəmərin öz ərazilərində təhlükəsizlik-

lərini öhdələrinə alıblar. Eyni zamanda bu həmçinin Xəzər neftinin dünya bazarına çıxmasına təminat 

yaradırdı. Növbəti saziş dəmir yolları ilə əlaqədar idi. Belə ki, Osmanlı Türkiyəsi,Ermənistan, Gürcüs-

tan və Azərbaycan arasında olan saziş keçmiş Rusiya dövlətinin mülkiyyəti olan dəmir yolu nəqliyyatı 

vasitəsilə tərəflərin ərazi hüdudlarına müvafiq olaraq onlar arasında bölüşdürülməsini nəzərdə tuturdu. 

Lakin bu saziş Cənubi Qafqaz respublikaları arasındakı ərazi iddialarına görə reallaşmır. 

1,s.139


 

Nəticə 

Tarixən  Qafqaz  çoxsaylı  müxtəlif  millətlərin  və  cəmiyyətlərin sakinləri  kimi  yaşadığı  bir coğ-

rafiya olmuşdur. Unutmamalıyıq ki, Qafqaz xalqları problemlərin həlli, əməkdaşlıq və inteqrasiyada 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

333  

26-27 October 2018, Baku, Azerbaijan 

müəyyən bir tarixi təcrübəyə  malikdir. 20-ci əsrin əvvəllərində Qafqazda  əməkdaşlıq və federasiyası 

ilə bağlı fikirlərin irəli sürülməsi, danışıqlar aparılması, layihələrin hazırlanması buna nümənədir. Qaf-

qaz xalqlarının 1917-ci ildən sonra ortaya çıxan mühitdə ortaq bir dövlət çətiri altında yaşamağa çalış-

dıqlarını qeyd etməmək mümkün deyil. 

Qısa sürən müstəqillik dövründə Qafqaz respublikaları arasında əməkdaşlıq meylləri və bir kon-

federasiya qurma fikri mövcud olsa da, bunların müvəffəqiyyətə çata bilmədiyi məlumdur. Bu uğur-

suzluğun  səbəbləri  arasında  mövcud  liderlərin  dövlət  və  idarəçilik  təcrübələrinin  qeyri-kafi  olması, 

planlaşdırılan layihələri həyata keçirmək üçün maddi resursların kifayət olmaması və ayrıca zamanın 

da məhdud olmasını qeyd etmək olar. 

 Bu  dövrdə  Azərbaycan,  Gürcüstan  və  Şimali  Qafqaz  Dağlılar  Respublikası arasında  müəyyən 

səviyyədə bir yaxınlaşma və hətta aralarında müəyyən bir strateji ortaqlığın da olduğunu gördük. Hətta 

qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cumhuriyyəti tərəfində Şimali Qafqaz Cumhuriyyətinə 50 

milyon Azərbaycan manatı məbləğində yardım göstərilmiş, eyni zamanda, əməkdaşlıqla bağlı müxtəlif 

layihələr  hazırlanmış  və  bununla  əlaqədar  bir  neçə  bəyanat  verimişdir.

1,s.60



Lakin  Ermənistan 

Respublikası  yuxarıda  göstərilən  tendensiyalardan  uzaq  davranırdı.  İrəvandakı  idarəçilər  regional 

inteqrasiya yerinə xarici dövlət və güclərin köməyini alaraq irredentist niyyətlərlə "Böyük Ermənistan" 

qurmağa çalışırdılar. Bu idarəçilər nə Denikinə, nə də bolşevik təhdidinə qarşı bölgə içində ortaq bir 

müqavimət meyli göstərməmiş, nə də Paris Sülh Konfransında digər Qafqaz ölkələri ilə əməkdaşlığa 

yanaşmamışlardı. 1918-1920-ci illərdə Qafqaz dövlətləri arasında inteqrasiya və əməkdaşlıq səylərinin 

bir  nəticə  verməməsi,  onların  şimaldan  gələn  Bolşevik  istilası  qarşısında  da  zəyif  müqavimət 

göstərmələrinə yol açmış və nəticədə müstəqilliklərini təkrar itirmişdi. 

Son olaraq, Qafqaz konfranslarının bölgədəki digər dövlətlərin vasitəsilə deyil, yerli hökümətlər 

tərəfindən  həyata  keçirildiyini,  tərəflərin  birbaşa  danışıqlar  etdiyini,  danışıqların  Qafqaz  içində 

edildiyini  və  danışıqlara  bölgə  xaricindən  dövlətlərin  qatılmadığını  qeyd  etmək  lazımdır.  Digər 

tərəfdən  maraqlı  bir  xüsus  da  aralarında  döyüş  daxil  yaşanan  bir  çox  ixtilafa  baxmayaraq  hər  bir 

dövlətin  digər  paytaxtlarda  diplomatik  nümayəndələrinin  mövcudluğudur  ki,  bu  da  əməkdaşlıq 

cəhətdən müsbət bir xüsusiyyət olaraq görülə bilər. 

 

ƏDƏBIYYAT SIYAHISI 

1.  


Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild. Bakı, “Lider nəşriyyat”, 2005, 440 s. 

2.  


Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild. Bakı, “Lider nəşriyyat”, 2005, 472 s. 

3.    N.L. Nəsibzadə. Azərbaycan Xarici Siyasəti (1918-1920), Bakı, “Ay-Ulduz”, 1996, 304 s. 

4.    R.O.Qurbanov. Qafqaz tarixi. Bakı, “Zərdabi LTD” MMC, 2008, 583 s. 

5.    A.M. Topçubaşı. Azerbaycan'ın Teşekkülü, İstanbul 1918. 

6.    O.N. Mirza-Kriçinski. Kafkasya Konfederasyonu İdesi Tarihine Dair. Kurtuluş, s. 5 (Mart 1935), Berlin 193, 138-140 s. 

 

 



 

BEYNƏLXALQ İCTİMAİYYƏTİN ETNİK MÜNAQİŞƏLƏRİN 

TƏNZİMLƏNMƏSİNƏ MÜMKÜN YANAŞMALARI 

 

Məmmədova İlahə Vahid qızı 

Bakı Mühəndislik Universiteti 

ilahememmedova95@mail.ru 

 

XÜLASƏ 

Məqalədə etnik münaqişələrin tənzimlənməsinə dair mümkün yanaşmalardan bəhs olunmuşdur. Digər sa-

hələrdə olduğu kimi, etnosiyasi münaqişələr sahəsində də köhnə bir qayda keçərlidir: münaqişələri əvvəlcədən xəbər 

vermək onları sonradan həll etmədən daha asandır. Dovlətin milli siyasəti də məhz buna istiqamətləndirilməlidir. 

Açar sözlər: etnik münaqişə, beynəlxalq təşkilatlar, münaqişə, sülh 

INTERNATIONAL COMMUNITY’S POSSIBLE APPROACHES TO                                                               

THE REGULATION OF ETHNIC CONFLICTS 

ABSTRACT 

The article discusses possible approaches to the regulation of ethnic conflicts. As in other areas, ethnopolitical 

conflicts are the old rule: the premature disclosure of conflicts is easier than their resolution later. It should also be 

directed national policy of the state. 



Key words: ethnic conflict, international organizations, conflict, peace 

THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

334  

26-27 October 2018, Baku, Azerbaijan 

Giriş 

Etnik  münaqişələrin  analizi  onların  tənzimlənməsinə  dair  bəzi  yeni  yanaşmaların  hazırlanma-

sına ehtiyac olduğunu göstərir. Xüsusi halda, ərazi ilə birləşdirilən əhalinin hər qrupu ümumi mənşə, 

dil, mədəniyyət, şəxsi dövlətə  malik olmalıdır.  Yeni dövlətlərə  müstəqilliyin  verilməsi ehtiyacı haqqında 

bəzi məsələlər müstəmləkə imperiyalarının iflası ilə əlaqədar BMT Nizamnaməsində qeyd edilmişdir. 

Ancaq XX əsrin sonunda baş verən hadisələr bu beynəlxalq təşkilatda öz hökmranlığını itirmiş sənaye 

cəhətdən inkişaf etmiş  ölkələrin  siyasətinə  gözə  çarpan  düzəlişlər  daxil  etdi. Məlum  oldu  ki,  bir  çox 

regionlarda etnik qruplar yığcam yaşayış yerlərinə malik deyil və beləliklə, sərhəd qoymaq mümkün 

deyil.  Və  hətta  yaşamanın  real  görünürdüyü  bəzi  yerlərdi  (məsələn,  keçmiş  Yuqoslaviyanın  ərazisi), 

yeni münaqişələr mütləq yaranırdı, bəzən əvvəlkilərə nisbətən daha kəskin olurdu.[6, s.33] 

Təklif edilən yeni yanaşmalar əsasən aşağıdakı kimidir: 

*  dünyanın  bütün  bölgələrinə  Qərb  demokratiyası  ideyalarını  yaymaq,  tərəfdarlara  yardım 

göstərmək və inadkar ölkələrə qarşı sanksiyalar tətbiq etmək. Qərb liderlərinin rəsmi mövqeyi belədir: 

etnik  münaqişələr  demokratik  rejimlərə  nisbətən  diktatorluq  və  repressiya  rejimlərinə  daha  çox 

xarakterikdir; 

* öz növbəsində, demokratiya etnik azlıqlar üçün heç bir real zəmanət vermir, buna görə də on-

ların ayrılıq cəhdləri deyil,muxtariyyətidəstəklənməlidir. Bu halda, bəzi özünüidarəetməyə malik etnik 

azlıqlar, demokratik normalardan istifadə edən çoxluğun onlara zülm edəcəyindən qorxmaya bilər. 

*  silahlı  etnik  münaqişələrin  həlli  üçün  beynəlxalq  müdaxilənin  müəyyən  qaydaları  və 

mexanizmləri  hazırlanmalıdır.  Əsas  beynəlxalq  təşkilatların  qəbul  etdiyi  bu  qaydalar  və  mexanizm 

legitim olmalıdır, lakin hansı təşkilatlar məsələsinə gəldikdə isə ciddi fikir ayrılığı var (BMT, NATO, 

MDB). Bəzi tədqiqatçılar və diplomatlar BMT-nin çox sayda münaqişələrin hər birinə müdaxilə edə 

bilməyəcəyinə  inanırlar,  buna  görə  regional  təşkilatlar  bu  qayğıları  özləri  üzərinə  götürməlidirlər. 

Digərləri etiraz edirlər ki, münaqişə tərəflərinə yalnız öz maraqlarını (məsələn, NATO) həyata keçirən 

bir təşkilatdan bərabər və ədalətli münasibət gözləmək olmaz; 

* beynəlxalq münasibətlər üçün ənənəvi prinsip yenidən nəzərdən keçirilməlidir. Buna görə bir 

dövlət  ərazisində  etnik  münaqişələrin  tənzimlənməsi  həmin  dövlətin  daxili  məsələsidir.  Müdaxilə 

hazırda qonşuların iqtisadi və siyasi həyatını ciddi şəkildə pozmaqda olan sərhədlər daxilində mümkün 

olan  qaçqın  axınının  təhlükəsi  ilə  əsaslandırılır.  Beynəlxalq  terrorizmə  qarşı  güc  tətbiq  etmək  də 

qanunidir  (Etnik  münaqişələrə  məruz  qalan  Əfqanıstan  ərazisində  1998-ci  ilin  yayında  döyüşçü 

düşərgələrini  ABŞ  raketlərinin  bombardm  etməsi  demək  olar  ki,  bütün  NATO  ölkələri  tərəfindən 

təsdiqləndi); 

*yeni yaranan dövlətlərin BMT və digər beynəlxalq təşkilatlar tərəfindən tanınması və qəbul olun-

ması şərtləri inkişaf etdirilməlidir. Bu baxımdan xarici, ən çox silahlı təsirlər altında yaradılan dövlət-

ləri  tanımaq  təklif  olunur.  Bundan  əlavə,  tanınma  üçün  ön  şərt  insan  hüquqlarına  hörmət,  mövcud 

sərhədlərə hörmət etmə öhdəliyi, milli azlıqların öz müqəddəratını təyin etmək hüququdur.[2, s.54] 

Bu  gün  beynəlxalq  sülh  təmin  olunması  və  müharibənin  qarşısının  alınması,  stabiliyin 

qorunması,  dövlətlərarası  münasibətlərin  beynəlxalq  hüquqi  tənzimlənməsi  məhz  beynəlxalq 

təşkilatlar  çərcivəsində  həyata  keçirilir.  Dövlətlərarası  münasibətlərin  tənzimlənməsi  tələbinin  real 

ifadəsi olan beynəlxalq təşkilatlar bir çox sahələri əhatə edir və çoxtərəfli fəaliyət göstərirlər. Ancaq 

qeyd  etmək  olar  ki,  təyinatından  asılı  olmayaraq  bütün  beynəlxalq  təşkilatların  fəaliyyətinin  əsas 

məqsədi məhz beynəlxalq sülhün, təhlükəsizliyin təmin edilməsi və qorunmasıdır. 

Beynəlxalq  təşkilat  müəyyən  məqsədləri  həyata  keçirmək  üçün  beynəlxalq  müqavilə  əsasında 

yaradılmış daimi fəaliyyət göstərən, müvafiq orqanlar sisteminə malik olan, üzv dövlətlərin hüquq və 

öhdəliklərindən fərqli hüquq və vəzifələrə malik olan dövlətlər birliyi adlanır [8, s.129]. 

Sülhün  və  təhlükəsizliyin təmin  edilməsi  sahəsində  beynəlxalq təskilatların  həyata  keçirdikləri 

tədbirlərin  əhəmiyəti  son  dövrlərdə  xüsusilə  artmışdır.  Bu  təşkilatların  həyata  keçirdikləri  tədbirlər 

aşağıdakıları əhatə edir: 

1. 

xüsusi  sülhpərvərlik,  daha  doğrusu  vasitəçiliyin  təşkili  ilə  bağlı  diplomatik  cəhdlər  və  ya 



münaqişə  edən  tərəflər  arasında  sülh  müqaviləsinin  əldə  olunmasını  nəzərdə  tutan  danışıqların 

aparılması; 

2. 

əldə  edilən  razılaşmaları  yerinə  yetirmək  məqsədi  ilə  tərəflərin  razılığı  əsasında  həyata 



keçirilən qeyri-hərbi xarakterli əməliyatlar; 


Yüklə 8,12 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin