2012-ci ildə dünyaya
gələn qız, çox güman,
təqribən 73 il, oğlan isə
68 il ömür sürəcək ki, bu rəqəm də
1990-cı ilin oxşar göstəricisindən
altı il çoxdur. Həmin vaxtdan
etibarən inkişaf etməkdə olan
ölkələrdə ömür müddəti doqquz
il uzanıb. Gəlir səviyyəsi yüksək
olan ölkələrdə bu rəqəmlər
fərqlənir: 0,2 ildən (Rusiya) 9,2 ilə
(Koreya Respublikası) qədər. Bu
barədə məlumat DST-nin səhiyyə
sahəsində statistikasında yer alıb.
AzərTAc xəbər verir ki, DST-nin
məlumatına görə, ürəyin işemiya
xəstəliyi, respirator xəstəliklər
və insult vaxtsız ölümün əsas
səbəbləridir.
Ömür müddətimiz artsa da,
uşaqlarımız getdikcə daha çox
artıq çəkiyə meyilli olur. DST-
nin məlumatına görə, 2012-ci ildə
yaşı beşdən aşağı olan 44 milyon
uşaq (bu yaşda olan uşaqların
təqribən 7 faizi) artıq çəkidən və ya
piylənmədən əziyyət çəkib. Bu isə
fəsad və vaxtsız xəstəliklər riskini
artırır.
Eyni zamanda bu il 6,6 milyon
uşaq beş yaşına çatmayıb. Hərçənd
2000-ci ildən başlayaraq ölüm
halları hər min uşağa 75-dən 48-ə
qədər azalıb.
Dostları ilə paylaş: |