simmetrik və
asimmetrik inkiĢafda olur. Yuxarıda Ģərh
olunan paralel və çarpaz transakt da bu zəmində baĢ tutur.
Doğma dilimizdə replika əvəzinə
«atmaca» terminindən
istifadə edə bilərik. Lakin atmaca bir qədər qaba səsləndiyindən
və xoĢagəlməz assosiasiyalarla bağlı olduğundan danıĢan və
dinləyən arasında fikir mübadiləsinin replikalarla reallaĢması
fikri ilə qənaətlənirik. Replikalar əsasən aĢağıdakı Ģəkildə olur:
1. Qoşulma replikası – özündən əvvəlki replikada
səslənən fikrin davamı olan replikadır. Bu zaman danıĢanın
fikirlərinə Ģəriklik münasibəti nəzərə çarpır. Dinləyici mövzunu
davam etdirmək istəyini qoĢulma replikaları ilə reallaĢdırır.
2. Kontekstual-situativ replika – dialoqu təĢkil edən iki
replikadan sonuncusu. Bu replika əvvəlkindən asılı olur, yəni
sinsemantikdir.
3. Situativ replika – dialoqu təĢkil edən iki replikadan
birincisidir. Mövzunu müəyyənləĢdirən replika olduğundan avto-
semantikdir, yəni müstəqildir.
4. Sual- cavab replikası -s
üjetli dialoqun əsas göstəricisidir.
Bir növ müzakirədir.
5. Təkrar replika – deyilən fikrə qarĢı ekspressiv reak-
siyayadır.
Bir atalar məsəlində deyildi kimi «Söz sözü gətirər, arĢın
bez
gətirər». Dialoq nitq mədəniyyəti və etiketin bütün incə-
liklərini əks etdirməklə yanaĢı, həm də müzakirəyə və
mübahisəyə aparan yoldur.
Mübahisə etməyin də öz qaydaları və Ģərtləri mövcuddur.
Yerli-
yersiz mübahisə yalnız baĢağrısı gətirdiyindən bu
xoĢagəlməz vərdiĢdən bacardıqca qaçmaq məsləhətdir. Təəs-
süf ki, bu da mümkünsüzdür. Polemikasız bəĢər övladının həyat
tərzini təsəvvürə gətirmək çətindir. Ġnsanların sosial varlıq
olaraq cəmiyyətin hadisə və proseslərinə, bir-birlərinə müna-
sibətləri polemikada cilalanır.