-ci diaqram. 2000-2012-ci illərdə kənd təsərrüfatının üstün templərlə inkişaf edən sahələrində məhsulun artımı*
*Azərbaycanın kənd təsərrüfatı 2013. S. 53, 80,111-112 məlumatları əsasında müəllif tərəfindən tərtib edilmişdir.
Aqrar sahədə əsas prioritetlərin reallaşdırılması istehsalın strukturunda müvafiq dəyişiklikləri şərtləndirmişdir. Kənd təsərrüfatının ümumi məhsulunun strukturunda heyvandarlıq məhsullarının xüsusi çəkisi 2012-ci ildə 2000-ci il ilə müqayisədə 4.8% artaraq 49.3%-ə çatmışdır. Eyni zamanda, son illərdə bu istiqamətdə struktur dəyişikliyinin tempi sürətlənmişdir. (6-cı diaqram)
-cı diaqram. Kənd təsərrüfatının ümumi məhsulunun strukturu*
*Azərbaycanın kənd təsərrüfatı 2013. S. 61 məlumatları əsasında müəllif tərəfindən tərtib edilmişdir.
Aqrar sahədə göstərilən struktur dəyişiklikləri son nəticədə ölkəmizin milli iqtisadiyyatı sistemində ərzaq məhsullarına olan daxili tələbin səmərəli ödənilməsi vəzifəsinin həllinə yönəlmiş və həmin istiqamət üzrə əhəmiyyətli irəliləyişlərin təmin olunmasına şərait yaratmışdır. (cədvəl 1)
Cədvəl 1.
Ərzaq təyinatlı kənd təsərrüfatı məhsullarına daxili tələbatın ödənilməsi səviyyəsinin dəyişilməsi
s.№-si
|
Məhsulun
adı
|
2007-2012-ci illərdə istehsalın orta illik artım tempi(%)
|
Özünü təminetmə səviyyəsi(%)*
|
2007
|
2012
|
Dəyişilmə (artım+,
azalma -)
|
1.
|
Dənli və dənli paxlalılar
|
139.8
|
57.1
|
64.3
|
+7.2
|
2.
|
Buğda
|
138.8
|
48.0
|
56.8
|
+8.8
|
3.
|
Qarğıdalı
|
|
76.4
|
67.3
|
-9.1
|
4.
|
Kartof
|
93.4
|
98.0
|
98.2
|
+0.2
|
5.
|
Bütün növ tərəvəz
|
99.1
|
98.8
|
98.9
|
+0.1
|
6.
|
Bostan məhsulları
|
102.5
|
100.1
|
100.9
|
+0.1
|
7.
|
Meyvə və giləmeyvə
|
119.5
|
138.1
|
125.7
|
-12.4
|
8.
|
Üzüm
|
146.0
|
93.7
|
94.3
|
+0.6
|
9.
|
Mal-qara, quş əti və ət məhsulları
|
129.8
|
85.2
|
92.1
|
+6.9
|
10.
|
Süd və süd məhsulları
|
128.2
|
86.8
|
72.8
|
-14.0
|
11.
|
Kərə yağı
|
|
76.6
|
50.5
|
-26.1
|
12.
|
Yumurta
|
140.0
|
97.9
|
96.2
|
-1.7
|
*Cədvəl Azərbaycanın kənd təsərrüfatı 2013B., s. 80, 89, 111; Azərbaycanın ərzaq balansları (statisika məmuəsi) B., 2012 s.168-189; http://www.stat.gov.az/source/food_balances/ 2013. məlumatları əsasında müəllif tərəfindən tərtib edilmişdir.
Görüdüyü kimi, ölkəmizdə aqrar sahənin inkişafı sahəsində ardıcıl həyata keçirilən tədbirlər kompleksi sayəsində iqtisadiyyatın bu sahəsinin inkişafı üzrə qarşıya qoyulmuş əsas vəzifənin - ərzaq təyinatlı məhsullarla özünütəminetmə səviyyəsinin yüksəldilməsində əhəmiyyətli irəliləyişlər təmin edilir. Bunlar son nəticədə əhali tərəfindən qida istehlakının çoxalmasında mühüm rol oynayır.
Eyni zamanda qeyd edilən istiqamətlərdə irəliləyişlər hələlik qarşıda duran problemin həlli - əsas ərzaq məhsulları ilə tam özünütəminetməyə nail olunması ilə nəticələnməmişdir.
Birincisi, milli ərzaq təhlükəsizliyi baxımından xüsusi önəmi olan bəzi məhsullar, ilk növbədə taxıl məhsulları ilə özünütəminetmə səviyyəsi zəruri tələblərdən aşağı olaraq qalmaqdadır. Prioritet istiqamətlər üzrə həyata keçirilən tədbirlər müvafiq sahələrdə nisbətən yüksək artım templərinə gətirib çıxarsa da, bəzi mühüm məhsulların daxili istehsalı ərzaq təhlükəsizliyinə nail olunma baxımından kritik hədlərdən aşağıdır.
İkncisi, etibarlı ərzaq təminatı konsepsiyasının reallaşdırılması baxımından ərzaq məhsullarının istehsalında struktur problemləri saxlanılmaqdadır. Ayrı-ayrı əsas məhsul növlərinin istehsalının zəruri tələblərlə uyğunsuzluğunun saxlanılması özünütəminetmə səviyyəsində kritik hədlərdən nisbətən daha çox geri qalmasına (ərzaq buğdası) və yaxud da bu göstəricinin daha da aşağı düşməsinə (qarğıdalı, kərə yağı) səbəb olur.
Üçüncüsü, prioritet istiqamətlər üzrə təmin olunan artım miqyasları bütün hallarda müvafiq məhsullara əhalinin dinamik olaraq yüksələn tələblərinə uyğun gəlmir. Bunun nəticəsində bəzi məhsullar üzrə özünütəminetmə səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsi (süd və süd məhsulları) halları meydana gəlmiş, istehlakın yüksəlməsində idxalın rolu yüksəlmişdir. Bu istiqamətdə proseslərin davam etməsi milli ərzaq təhlükəsizliyi göstəricilərinin pisləşməsi təhlükəsi yaradır.
Dördüncüsü, ərzaq təhlükəsizliyinə nail olunma baxımından kifayət qədər yüksək göstəricilərə çatıldığı bir sıra məhsul növlərinin (kartof, tərəvəz) istehsalında zəruri stabilliyin təmin edilməməsi tam özünütəminetmə səviyyəsinə çıxmağa imkan vermir. Həmin sahələrdə artımın stabilləşməsi və surətləndirilməsi dövlət siyasəti çərçivəsində müəyyən edilmiş strateji hədəflərə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda qoyulmuş hədəflərə çatmağın zəruri şərtinə çevrilir.
Göstərilən problemin kənd təsərrüfatının ümumi inkişafında zəruri stabilliyin təmin edilməsi çərçivəsində həllini tapması vacibdir. Aşağıdakı qrafikdən aydın olduğu kimi, Azərbaycan Respublikasının kənd təsərrüfatında 2000-ci illərin başlanığıcında yüksək artım templərinin yavaşıması meyili müəyyən müddətdən sonra dayansa da inkişafda müəyyən qeyri-stabillık özünü bürüzə verməkdədir. İllər üzrə artım templərinin dəyişilməsində kəskin artıb-azalmalar ayrı-ayrı məhsul növləri üzrə daha qabarıq şəkildə özünü büruzə verməkdədır. Dənli və dənli paxlalıların həcmində artıb azalmalar bəzi hallarda 30%-i də keçmişdir. İstehsalın artıb-azalmasında kəskin dəyişmələr kartof istehsalı və yumurta istehsalı üçün də səciyyəvi olmuşdur. Belə volatillik isə əhalinin ərzaq məhsulları ilə etibarlı təmin edilməsi strategiyasının davamlı reallaşdırılması yolunda maneəyə çevrilir. Bu baxımdan həmin problemin həlli də aqrar sahənin inkişafının strateji vəzifələri sırasında özünə yer alır.
Aqrar sahənin inkişafında digər mühüm meyil kənd təsərrüfatının qlobal iqtisadiyyata inteqrasiyası istiqamətində irəliləyişlərin baş verməsi ilə səciyyəvidir. İlk növbədə prioritetlik verilən istehsal sahələri üzrə aqrar istehsalın ixrac potensiyalı inkişaf etdirilmişdir. Kənd təsərrüfatı məhsulları və sahənin məhsullarının emalından alınan ərzaq məhsulları və içkilərin ixracının dəyər ifadəsində həcmi postislahat dövründə sürətlə çoxalmışdır. 2000-2012-ci illər ərzində bu göstərici 9.2 dəfə artmışdır. İqtisadiyyatın qeri-neft sektoruna aid məhsulların ixracının ümumi həcmində aqrar –sənaye məhsullarının payı həmin dövrdə 35.9%-dən 51.9%-dək yüksəlmişdir.
Eyni zamanda, ixracın ümumi sürətli artımı fonunda ayrı-ayrı məhsullar üzrə fərqli dinamika müşahidə edilir. Bu sahədə aşağıdakı əsas cəhətlər diqqəti cəlb edir.(7-ci diaqram)
7-ci diaqram. Kənd təsərrüfatı mənşəli məhsullarının ixracının dinamikası*
*http://www.stat.gov.az/source/trade/ 2013, məlumatları əsasında müəllif tərəfindən tərtib edilmişdir.
Bir tərəfdən, aqrar sahədə reallaşdırılan ümümi struktur prioritetlərinə uyğun olaraq, ərzaq təyinatlı məhsulların, o cümlədən kartof, tərəvəz, meyvə istehsalının həcminin artırılması ilə yanaşı bu məhsulların təzə və emal olunmuş halda ixracı da çoxalmışdır. Həmin məhsulların ixracından ümumi valyuta gəlirlərinin daxil olmasında rolu da kəskin artmışdır.
Digər tərəfdən, tütün və pambıq kimi texniki bitki məhsullarının ixracı dəfələrlə aşağı düşmüş, aqrar ixracatdan əldə olunan gəlirlərdə bu məhsulların payı azalmışdır. Qeyd edilən məhsullar əvvəlki dövrlərdə aqrar ixracdan daxil olan valyuta gəlirlərinin həlledici hissəsini təşkil etsə də hazırda onların payı çox kiçikdir.(8-ci diaqram) Aqrar ixracın strukturunda bu meyil bir tərəfdən pambiq və tütün istehsalının azalması ilə, digər tərəfdən isə sahənin başqa məhsullarının ixracının nisbətən sürətli artması ilə şərtlənmişdir.
8-ci diaqram. Aqrar ixracda struktur dəyişiklikləri*
*http://www.stat.gov.az/source/trade/ 2013 məlumatları əsasında müəllif tərəfindən tərtib edilmişdir.
Qeyd edilənlərlə yanaşı, qlobal maliyyə və iqtisadi böhranla əlaqədar xarici bazarlarda ümumi konyunkturanın dəyişilmələri şəraitdə ölkəmizdən ixrac olunan aqrar sahə məhsullarının artım templərinin xeyli zəifləməsi müşahidə edilmişdir. Bəzi məhsulların (təzə meyvələr, meyvə-tərəvəz şirələri) ixracının natural həcmində isə azalmalar olmuşdur. Belə vəziyyət öz növbəsində qlobal amilləri nəzərə almaqla aqrar sahədə ixracın dəstəklənməsi ilə bağlı məsələlərə diqqətin artırılmasını daha da aktuallaşdırmışdır.
Ümumilikdə müasir mərhələdə ölkəmizdə aqrar sahənin dünya iqtisadiyyatına inteqrasiyasının ardıcıl surətdə genişləndirilməsi prosesinin getdiyini söyləmək mümkündür. Təzə halda və ilkin emaldan keçmiş əkinçilik və heyvandarlıq məhsullarının ixracının dəyər ifadəsində həcminin kənd təsərrüfatının ümumi məhsulunda xüsusi çəkisi postislahat dövründə ardıcıl surətdə yüksəlmişdir. Başqa sözlə, aqrar sahədə açıq iqtisadiyyat çərçivəsində qloballaşma meyillərinin genişlənməsi tələblərinə uyğun inkişaf xətti reallaşdırılmaqdadır. Bu istiqamətdə irəliləyişlər barədə Dünya Bankının müvafiq hesabat məlumatları əsasında aparılan hesablamaların nəticələri də təsəvvür əldə etməyə imkan verir.(2-ci cədvəl)
Cədvəl 2.
Ərzaq məhsulları və kənd təsərrüfatı xammalı ixracının nisbi göstəriciləri*
|
|
Ərzaq və kənd təsərrrüfatı xammalı ixracını dəyərinin kənd təsərrüfatında yaradılmış əlavə dəyərə nisbəti, %-lə
|
2012-ci ildə adambaşına ərzaq və kənd təsərrüfatı xammalı ixracı
|
ABŞ dolları
|
Azərbaycanın göstəricisinə nisbətən, %-lə
|
2000
|
2012
|
Dəyişilmə
|
|
|
1.
|
Azərbaycan
|
9.7
|
23.2
|
+13.5
|
103
|
100.0
|
2.
|
Gürcüstan
|
14.7
|
50.1
|
+35.4
|
158
|
153.4
|
3.
|
Türkiyə
|
13.3
|
23.6
|
+10.3
|
227
|
220.4
|
4.
|
Orta gəlirli ölkələr
|
21.3
|
27.7
|
+6.4
|
126
|
122.3
|
5.
|
Avropa və Mərkəzi Asiya ölkələri
|
22.3
|
49.6
|
+27.3
|
306
|
297.1
|
*“World Development Indicators 2013” Table 2.1, Table 4.2, Table 4.4 http://wdi.worldbank.org/table məlumatları əsasında müəllif tərəfindən hesablanılmışdır.
Son dövrlərdə Azərbaycanda ərzaq məhsulları və kənd təsərrüfatı xammalının həcminin dinamik artması onun nisbi həcm göstəricisinə görə ölkəmizin qonşu dövlətlərdən bəziləri, habelə gəlirlilik səviyyəsinə görə aid edildiyi ölkələr qrupu ilə sıx yaxınlaşmasına imkan vermişdir. Bununla yanaşı ölkəmizdə qeyd edilən göstəricinin səviyyəsi daxil olduğu region ölkələrinin orta göstəricisi ilə müqayisədə xeyli aşağı olaraq qalmaqdadır. Müvafiq istiqamət üzrə ixracın dəyər ifadəsində həcminin adambaşına düşən həcminə görə də Azərbaycanın göstəricisi müqayisə aparılan digər ölkələrin və ölkələr qruplarının göstəricisindən geri qalır.
Göstərilənlər, öz növbəsidə, Azərbaycanda aqrar ixracın genişləndirilməsi sahəsində imkanlardan tam istifadə edilmədiyini sübut edir. Bu istiqamətdə aqrar ixracın artırılmasında daha yüksək potensiyalı olan sahələrdə məhsul istehsalının azaldılmasının təsiri xüsusilə güclüdür.
Aqrar istehsalın inkişafında məhsuldarlıq və modernləşdirmə amillərinin rolu
Ümumiyyətlə, müasir mərhələdə Azərbaycanın kənd təsərrüfatının inkişafı üçün ekstensiv və intensiv amillərin culğaşması səciyyəvidir. Təsərrüfat dövriyyəsinə cəlb edilən əkin sahələri, habelə aqrar sahədə məşğul olanlarının sayının artması həm də məhsuldarlıq göstəricilərinin yüksəlməsi ilə müşayiət olunur.
Qeyd edilən istiqamətdə bütövlükdə intensiv amillərin fəallaşması meyili müşahidə edilir. Eyni zamanda, həmin prosesin ayrı-ayrı sahələr üzrə dinamikasında əhəmiyyətli fərqlər mövcuddur. (9-cu diaqram)
9-cu diaqram. 2000-2012-ci illərdə bitkiçilik məhsulları üzrə istehsalın həcmi, əkin sahəsi və məhsuldarlığın dəyişməsi (dəfə)*
*Azərbaycanın kənd təsərrüfatı 2013. s.74, 80-83 məlumatları əsasında müəllif tərəfindən tərtib edilmişdir.
Məlumatlardan aydın olduğu kimi, ərzaq təyinatlı bitkiçilik məhsulları üzrə əkin sahələri və məhsuldarlığın paralel yüksəlişi baş vermişdir. Bunun nəticəsində həmin məhsulların, həcminin nisbətən sürətli artımı təmin olunur. Həm də kartof, şəkər çuğunduru, ərzaq üçün bostan bitkiləri üzrə məhsuldarlığın, dənli və paxlalı bitkilər, tərəvəz və meyvələr üzrə isə sahələrin nisbi artım sürəti daha böyük olmuşdur. Texniki bitkilər üzrə isə məhsuldarlıq və əkin sahələrinin kəmiyyətinin dəyişilməsində əks meyillər müşahidə edilir. Pambığın əkin sahələri 3.5 dəfə, tütünün əkin sahələri isə 4 dəfə azalmış, hər hektardan yığılan məhsulun həcmi isə müvafiq surətdə 2.1 və 1.3 dəfə artmışdır. Əkin sahələrinin sürətlə azalması ilə əlaqədar, məhsuldarlığın yüksəlməsinə baxmayaraq hər iki bitki üzrə istehsal həcminin aşağı düşməsinin qarşısını almaq mümkün olmamışdır.
Bitkiçilikdə olduğu kimi, heyvandarlığın sahələri üzrə də ekstensiv və intensiv amillərin rolunda fərqlər mövcuddur.(10-cu diaqram)
10-cu diaqram 2000-2012-ci illərdə Heyvandarlı və quşluq məhsullarının istehsal göstəriciləri
(* Azərbaycanın kənd təsərrüfatı 2013 statistik məcmuə. s. 109, 113; məlumatları əsasında müəllif tərəfindən tərtib edilmişdir.)
İntensiv amillərin aktivləşməsi ilə əlaqədar, əsas heyvandarlıq məhsullarından mal ətinin və sudun artım miqyasları heyvanlarının baş sayı üzrə müvafiq göstəricini xeyli qabaqlayır. Həmin meyil quşçuluq üçün də səciyyəvidir və bu sahədə daha qabarıq özünü ifadə etdirir. Ölkəmizdə postislahat dövründə quşçuluq məhsulları istehsalının bərpası və genişləndirilməsi üçün modern texnologiyaları tətbiq edən müəssisələrin yaradılması əsasında həyata keçirilməsi bu sahədə məhsuldarlıq amilinin rolunun xeyli yüksək olmasını şərtləndirmişdir. 2000-2012-ci illərdə mal əti istehsalının həcminin mal-qaranın sayının artmasını qabaqlama əmsalı 1.1, qoyun və keçilərin sayının artması əmsalını qabaqlama əmsalı 1.2, süd istehsalının artımının mal-qaranın sayının artmasını qabaqlama əmsalı 1.2, quş əti istehsalının və yumurta istehsalının həcmlərinin quşların sayını qabaqlama əmsalları isə müvafiq surətdə 2.2 və 1.6 olmuşdur. Modernləşdirmə amilinin üstün rolu yuxardakı qrafikdən də göründüyü kimi, quş əti istehsalının nisbətən daha yüksək templə artmasına yol açmışdır. Nəticədə ölkə üzrə ət istehsalının ümumi həcmində quş ətinin payının təxminən 2 dəfə yüksəldilməsi mümkün olmuşdur. Göstərilənlərlə yanaşı, qoyunçuluq sahəsinin inkişafında intensiv amillərin hissediləcək rola malik olmadığı da nəzərə alınmalıdır.
Yuxarıda göstərilən meyillər əsas kənd təsərrüfatı məhsullarının artımının amillər üzrə strukturunda da öz əksini tapmışdır. (11-ci diaqram)
11-ci diaqram. Bitkiçilk məhsulları istehsalının artımının amillərə görə strukturu*
* Azərbaycanın kənd təsərrüfatı 2013 statistik məcmuə. AR DSK. 2013. s. 77, 80, 83, 89, məlumatları əsasında müəllif tərəfindən tərtib edilmişdir.
Göründüyü kimi, bitkiçilikdə məhsuldarlıq amilinin rolu sahələr üzrə xeyli fəqli olaraq qalmaqdadır. Bu amil katrofçuluq, tərəvəzçilik, habelə şəkər çuğunduru istehsalında kifayət qədər yüksək qiymətləndirilə bilər. Lakin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından ən mühüm sahə olan taxılçılıqda məhsul istehsalının artımı əsasən ekstensiv amilin, yəni əkin sahələrinin genişləndirilməsinin hesabına baş vermişdir. Taxılçılıqda məhsuldarlığın səviyyəsi son dövrlərdə qeyri-stabil dinamika nümayiş etdirməklə hər hektar hesabı ilə 20-27 sentner arasında dəyişir. Belə vəziyyət bu göstərici üzrə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda qoyulmuş hədəfə çatmaq 2015-ci il üçün 32 s/ha məhsuldarlığa nail olmaq perspektivi baxımından əlverişli hesab edilə bilməz. Meyvə istehsalının artması sahəsində də məhsuldarlıq amilinin rolu kifayət qədər yüksək olmamışdır.
Heyvandarlıq sahəsində də postislahat dövründə məhsuldarlıq amili istehsalın həcminin yüksəlməsində fəal rol oynamağa başlamışdır. 2000-2012-ci illərdə süd istehsalının artımının 2/5 hissəsinə yaxın hissəsi həmin amilin payına düşmüşdür.
Əkinçilik və heyvandarlıq məhsulları istehsalında irəliləyişlər əhəmiyyətli dərəcədə aqrar sahənin modernləşdirilməsi prosesləri ilə bağlıdır. Postislahat dövründə aqrar sahədə sistem transformasiyalarının əvvəlində başlamış olan deindustializasiya proseslərinin qarşısı alınmış və sahənin texnika və mineral gübrələrlə təminatı sahəsində müsbət meyillər qərarlaşmışdır.
Aqrar istehsalda modernləşdirmə proseslərinin dirçəldilməsinə bu sahəyə dövlət köməyi tədbirlərinin genişləndirilməsinin həlledici əhəmiyyəti olmuşdur. Xüsusilə “Aqrolizinq” sisteminin formalaşdırılmasının və onun vasitəsilə kənd təsərrüfatı texnikasının əlverişli şərtlərlə fermerlərə lizinqə verilməsi, habelə yanacağın və mineral gübrələrin istehsalçılara güzəştli satışının həyata keçirilməsi müvafiq istiqamətlər üzrə ciddi irəliləyişlərə yol açmışdır.
“Aqrolizinq” ASC-nin aktiv fəaliyyət göstərdiyi 2005-2012-ci illərdə kənd təsərrüfatında istifadə olunan traktorların və onların mühərriklərinin ümumi gücü 1.3 dəfədən, taxılyığan kombaynların sayı 1.2 dəfədən çox artmışdır. (12-ci diaqram) Eyni zamanda nəzərə almaq lazımdır ki, bu dövrdə həm də kənd təsərrüfatında istifadə edilən köhnə texnika növlərinin geniş miqyaslarda işdən çıxması prosesləri getmişdir. Bununla əlaqədar, müasir şəraitdə arqrar sahənin sadəcə texniki təchizatının genişləndirilməsi deyil, həm də texniki yeniləşdirməsi həyata keçirilir.
12-ci diaqram. Traktor və taxılyığan kombaynlarla təminat göstəriciləri*
-
lent- traktorların sayı(1000 ədəd);
-
lent -1000 ha əkin sahəsinə traktor düşür;
-
lent- taxılyığan kombaynlar(1000 ədəd);
4 lent-1000 ha taxıl sahəsinə kombayn düşür, ədəd
* Azərbaycanın kənd təsərrüfatı 2013 statistik məcmuə. s. 66, 70-72, məlumatları əsasında müəllif tərəfindən tərtib edilmişdir.
Aqrar sahənin modernləşdirilməsi sahəsində dirçəliş ölkəmizin kənd təsərrüfatında istifadə edilən mineral gübrələrin həcminin ardıcıl olaraq artmasında da ifadə olunur. Mineral gübrələrin alınmasına subsidiyaların tətbiqi bu sahədə sıçrayışlı artıma imkan yaratmışdır. 1999-2012-ci illərdə kənd təsərrüfatında əkinlərə mineral gübrələrin verilməsi 100% qidalı maddə hesabı ilə 21.6 dəfə, o cümlədən hər hektar əkinə görə 3.2 dəfə çoxalmışdır. Şübhəsiz ki, bu, öz növbəsində bitkiçilik sahələrində məhsuldarlığın yüksəldilməsində əhəmiyyətli rol oynamışdır.
Eyni zamanda, modernləşdirmənin nəzərdən keçirilən istiqamətləri üzrə gələcəkdə də dinamik irəliləyişlərin davam etdirilməsinə ehtiyac saxlanılmaqdadır.
Birincisi, kənd təsərrüfatının texniki təminat səviyyəsi zəruri tələblərdən aşağı olaraq qalmaqdadır. Bununla belə 12-ci qrafikdən də göründüyü kimi son illərdə traktor və taxılyığan kombaynların sayının artması templəri aşağı düşmüş və əslində stabilləşmə meyili özünü büruzə verməyə başlamışdır. Belə vəziyyət, əsas kənd təsərrüfatı bitkilərinin əkin sahələrinin genişləndiyi bir şəraitdə müvafiq texnika növləri ilə təminat səviyyəsini səciyyələndirən göstəricilərin yaxşılaşdırılmasına imkan vermir. Qeyd etmək lazımdır ki, göstərilən hal traktor və taxılyığan kombaynlarla yanaşı, texnikanın digər mühüm növləri ilə təminat göstəricilərinə də aıddir. Belə ki, 2007-ci illə müqayisədə 2012-ci ildə bir qarğıdalıyığan kombayna düşən əkin sahəsi 4.9 dəfə, bir çuğunduryığan kombayna düşən əkin sahəsi isə 1.4 dəfə çox olmuşdur.
İkincisi, aqrar sahənin texnika ilə təminatında zəruri komplektlilik təmin olunmur. Kənd təsərrüfatı maşınlarının ayrı-ayrı növləri ilə təchizatda geriqalmalar müşahidə edilir. Bu, öz növbəsində ölkəmizin kənd təsərrüfatı üçün tarıxən səciyyəvi olmuş güc və iş maşınları arasındakı disproporsionallığın daha da güclənməsinə gətirib çıxarır. 2005-ci il ilə müqayisədə 2012-ci ildə hər 100 traktora düşən kotanların sayı 20%, kultuvatorların sayı isə 43% az olmuşdur. Qeyd edilən istiqamətdə mövcud olan disproporsionallıq kənd təsərrüfatı işlərinin optimal aqrotexniki müddətlərdə yerinə yetirilməsi tələblərinə uyğun gəlmir.
Üçüncüsü, hələlik kənd təsərrüfatında mineral gübrələrin və kimyəvi mübarizə vasitələrinin tətbiqi miqyasları kifayət qədər genişləndirilməmişdir. Son illərdə hər hektar əkin sahəsinə verilən mineral gübrələrin həcminin stabil və dinamik templərlə artması təmin edilmir. Bütün əsas bitki növləri üzrə gübrələrdən istifadə müvafiq normalardan əhəmiyyətli dərəcədə aşağıdır. Bununla yanaşı, ümumi əkin sahələrinin 2/5 hissəsinə qədəri gübrələnmir. Gübrələrin və digər kimyəvi vasitələrin tətbiqi miqyaslarının zəruri tələblərə uyğun vəziyyətə gətirilməsi hazırkı şəraitdə bitkiçiliyin əsas sahələrində məhsuldarlığın lazımı templərlə yüksəldilməsinə nail olunmasının əsas amillərindən biri olaraq qalmaqda davam edir.
Aqrar inkişafda prioritetlər
Postislahat dövründə ümumi inkişaf meyillərinin reallaşdırılması aqrar sahəni yeni mövqelərə çıxarmışdır. Eyni zamanda, bu mövqelərdən açılan horizontlar nəzərə alınmaqla gələcək inkişafla bağlı yeni tələblər və vəzifələr meydana gəlmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020:Gələcəyə baxış” inkişaf konsepsiyasında müəyyən edilmiş müvafiq hədəflər nəzərə alınmaqla bunlardan prioritetliyə malik olan bir neçəsinin üzərində dayanılması məqsədəuyğun hesab edilə bilər.
Milli iqtisadiyyat sistemində aqrar sahənin inkişafında başlıca hədəflərdən birinin, ölkənin ərzaq təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi qalmaqdadır. Bu prosesin qarşıdakı dövrdə də bir tərəfdən ölkə əhalisinin ümumən dinamik artımının davam edəcəyi, digər tərəfdən, sosial-iqtisadi inkişaf sahəsində reallaşdırılan strategiyaya uyğun olaraq vətəndaşların ərzaq məhsullarına tədiyəqabiliyyətli tələblərinin ardıcıl yüksələcəyi ilə əlaqədar, daxili bazarın əhəmiyyətli dərəcədə genişlənəcəyi şəraitdə həll ediləcəyi də göz önündə saxlanılmalıdır.
Bununla yanaşı, qeyri-neft sektorunun üstün inkişafı strategiyası çərçivəsində ölkə iqtisadiyyatının diversifikasiyası əsasında ixracın strukturunun təkmilləşdirilməsi tələbinə uyğun olaraq, xarici bazarlara çıxarılan aqrar sahə məhsullarının həcminin artması və çeşidinin genişlənməsi imkanlarından dolğun istifadə edilməsinə ehtiyac güclənəcəkdir.
Qeyd edilənləri nəzərə almaqla, istər ərzaq təhlükəsizliyinin təmin edilməsi və istərsə də ixrac potensialının artırılması problemlərinin səmərəli həlli baxımından orta və uzunmüddətli dövrdə aqrar sahənin nisbətən yüksək templərlə inkişafı təmin edilməlidir. Bu məsələyə konseptual planda iqtisadi inkişaf sahəsində dövlətin müəyyən etdiyi strateji hədəflərdən çıxış etməklə yanaşılması məqsədəuyğun hesab edilməlidir.
Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasında karbohidrogen ixracatından asılılığın aradan qaldırılması əsasında ölkəmizin “yuxarı orta gəlirli ölkələr” arasında tam hüquqlu mövqe tutması əsas strateji hədəflərdən biri kimi müəyyən edilmişdir. Konsepsiyaya uyğun olaraq adambaşına ÜDM-in 2 dəfə artırılmasına iqtisadiyyatımızın əsas sahələrindən olan aqrar sahə də öz töhfəsini verməlidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, hazırda kənd təsərüfatında yaradılan əlavə dəyərin əhalinin hər nəfərinə düşən həcmi Azərbaycanda yuxarı orta gəlirli ölkələr qrupunun orta göstəricisindən təxminən 1.5 dəfə geri qalır. Bu da öz növbəsində ölkəmizdə aqrar sahənin artımının üstün templərlə davam etdirilməsi zəruriliyinə dəlalət edir.
Göstərilən inkişaf istiqamətinin uğurla reallaşdırılması aqrar sahənin artımında zəruri stabilliyin təmin edilməsi ilə bağlıdır. Bununla əlaqədar kənd təsərrüfatı istehsalının həcminin dinamikasında nisbətən yüksək olan volatillik aradan qaldırılmalıdır.
Kənd təsərrüfatının inkişafında dinamikliyin gələcəkdə təmin edilməsi və bu zaman ölkənin həmin sahədə malik olduğu müqayisəli üstünlüklərin dolğun reallaşdırılması ilə bağlı problemlərin həllinə ilk növbədə hazırda qərarlaşan və qarşıdakı dövrdə təşəkkül tapacaq şəraitin xüsusiyyətlərini nəzərə almaqla yanaşılması zəruri olacaqdır.
Konseptual planda Azərbaycanın kənd təsərrüfatının dinamik inkişafının başlıca şərti kimi istifadə olunan insan, təbii və bioloji resusrsların səmərəliliyinin yüksəldilməsi təmin edilməlidir.
Ölkədə məşğul olan əhalinin 2/5 hissəsini əhatə etməklə aqrar sahə iqtisadiyyatın yüksək əməktutumlu sahəsi olaraq qalmaqdadır. Müasir şəraitdə Azərbaycan əmək ehtiyatlarının kənd təsərrüfatında istifadə edilməsi səviyyəsi ən yüksək olan ölkələr qrupuna daxildir. 2012-2013-cü illərdə bu göstəriciyə görə ölkəmiz dünya dövlətləri arasında ilk iyirmiliyə daxil olmaqla 13-cü yerdə dayanmışdır. Eyni zamanda aqrar sahədə əmək məhsuldarlığının səviyyəsi (sahədə çalışan hər bir işciyə düşən əlavə dəyərin həcminə) və onun artım tepləri ölkəmizdə regionun digər dövlətlərinin müvafiq göstəricilərindən geri qalmaqdadır. Əmək məhsuldarlığının yüksəldilməsi problemi qarşıdakı dövrlərdə aqrar istehsalın rəqabət qabiliyyətliliyinin təmin edilməsinin əsas amili kimi dəyərləndirilməlidir.
Azərbaycan aqrar sahədə istifadə edilən torpaq resurslarının və heyvanların məhsuldarlığı göstəricilərinin səviyyələri də nisbətən aşağıdır. Hazırda Azərbaycan Respublikası iri buynuzlu mal-qaranın və qoyunların adambaşına sayına görə dünyanın yüksək göstəriciyə malik olan dövlətləri sırasına daxil olsa da, həmin sahənin məhsulları ilə tam təmin olunma məsələsi həll edilməmişdir. Təbii, iqtisadi və ekoloji amillərlə əlaqədar olaraq, problemin bu sahədə ekstensiv artım hesabına həlli imkanları isə demək olar ki, tükənmişdir.
Aqrar sahədə artım üçün resurs məhdudiyyətlərinin doğurduğu çətinliklərin məhsuldarlığın yüksəldilməsi əsasında aradan qaldırılması, öz növbəsində sahənin modernləşdirilməsi amilinin rolunun daha da yüksəldilməsini şərtləndirir. Göstərildiyi kimi, son dövrlərdə bu sahədə əhmiyyətli addımlar atılsa da, hələlik problemin tam həllinə yaxınlaşmaq mükün olmamışdır. Hazırda Azərbaycan hər hektar əkin sahəsinə verilən mineral gübrələrin həcminə görə dünya üzrə aşağı göstəricilərə malik olan dövlətlərin sırasındadır. Kənd təsərrüfatı texnikası ilə təminat səviyyəsi də nisbətən aşağıdır. Bu istiqamətdə əsas göstəriricilər regionun digər ölkələri ilə müqayisədə xeyli aşağı olaraq qalmaqdadır. Heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması yönümündə görülmüş işlərin miqyasları bu sahədə məhsuldarlığın ümumi səviyyəsinə güclü təsir göstərən amilə çevrilə bilməmişdir.
Bütün bunlarla yanaşı, aqrar modernləşdirmədə istər bilavasitə kənd təsərüfatı məhsullarının istehsalının nəticələrinin yaxşılaşdırılması və istərsə də istehsal olunmuş məhsulun əlverişlı qaydalar və satışı ilə bağlı problemlərin həllində əhəmiyyətli rol oynayan amillərinin, hər şeydən öncə isə müasir informasiya telekommunikasiya texnologiyalarının geniş tətbiqi məsələləri getdikcə daha böyük önəm kəsb etməyə başlayır. Həmin istiqamət üzrə bir sıra inkişaf etməkdə olan ölkələrin müsbət təcrübələrindən yararlanmaqla uğur qazanmaq mümkündür.
Müasir mərhələdə Azərbaycan iqtisadiyyatının aqrar sahəsində resurs səmərəliliyinin zəruri səviyyəsinin və modernləşdirmə proseslərinin sürətləndirilməsinin təmin olunması bu sahədə institusional islahatların dərinləşdirlməsi ilə sıx bağlı olduğu nəzərə alınmalıdır.
Əsaslı islahatlarının həyata keçirilməsi nəticəsində formalaşmış olan yeni aqrar struktur kənd təsərrüfatı istehsalında kiçik ölçülü təsərrüfatların mütləq üstünlük qazanması ilə nəticələnməsi kəndlinin öz əməyinin nəticələrinə görə yüksək stimul qazanması amili hesabına əkinçilik və heyvandarlıq məhsulları istehsalının genişləndirilməsinə yol açmışdır. Bununla yanaşı, yeni şəraitdə bəzi sahələrdə miqyas effekti amilinin yaratdığı imkanları reallaşdırmağa əngəllər yaradır və daha başlıcası isə, modernləşdirmə imkanlarından istifadənin məhdudlaşdırılmasına səbəb olmuşdur. Bununla əlaqədar, aqrar strukturun təkmilləşdirilməsi istiqamətində islahatların davam etdirilməsi, fermer və ailə təsərrüfatlarının böyük miqyaslarda təşkilinin səmərəli olduğu məhsullar istehsalının cəmləşdiyi iri təsərrüfatlarla optimal əlaqələndirilməsinin probleminin həlli xüsusi önəm kəsb edir.
Eyni zamanda, aqrar sistemdə ailə təsərrüfatlarının dayanıqlığından irəli gələn üstünlüklərin tam reallaşdırılmasına imkan verən institusional dəyişikliklərin aparılması, həmin təsərrüfatların inkişafı üçün əlverişli institusional mühitin yaradılması təmin olunmalıdır.
Modernləşdirmə və islahatların dərinləşdirilməsi əsasında aqrar sahənin dinamik inkişafının təmin edilməsi bu sahəyə fəal dövlət dəstəyinin davam etdirilməsi xəttinin ardıcıl reallaşdırılması ilə bağlıdır. Gələcəkdə kənd təsərrüfatının inkişafına dövlətin maliyyə köməyinin miqyaslarının genişləndirilməsi ilə yanaşı, onun strukturunun təkmilləşdirilməsi və səmərəliliyinin yüksəldilməsi məsələlərinin ön plana keçirilməsi daha böyük aktuallıq qazanacaqdır.
Dostları ilə paylaş: |