Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ


Cədvəl 1. 2008-2012-ci illərdə Azərbaycan Respublikasında istehsal olunmuş üzümün istifadəsi istiqamətləri



Yüklə 1,7 Mb.
səhifə5/15
tarix29.11.2016
ölçüsü1,7 Mb.
#434
1   2   3   4   5   6   7   8   9   ...   15

Cədvəl 1.

2008-2012-ci illərdə Azərbaycan Respublikasında istehsal olunmuş üzümün istifadəsi istiqamətləri

Sıra№-si


İstifadə istiqa-məti

2007

2008

2009

2010

2011

2012

2007-

2012-ci

illərdə

artım,

dəfə



Min ton

Yekuna nisbə-tən

%-lə

Min ton

Yeku-

na nisbə-tən

%-lə

Min ton

Yeku-na nisbə-tən %-lə

Min ton

Yekunanisbə-tən %-lə

Min

ton

Yekuna nisbətən

%-lə

Min

ton

Yeku-na nisbə-tən %-lə

1.

Ərzaq məhsu-lu kimi birbaşa istifadə (emal edilmə-dən)

61.8

56.4

72.5

58.1

80.2

56.3

76.9

52.4

86.0

56.3

93.4

57.6

1.51

2.

Şərab istehsa-lına

45.6

41.6

50.0

40.1

60.0

42.1

63.7

43.4

63.4

41.5

65.0

40.1

1.43


3.

İxrac

0.16

0.1

0.31

0.2

0.22

0.2

0.98

0.7

0.08

0.1

0.31

0.2

1.94

4.

İtkilər

2.0

1.9

1.9

1.6

2.1

1.4

5.2

3.5

3.2

2.1

3.4

2.1

1.7

5.

Yekunu

1096

100.0

124.7

100.0

142.5

100.0

146.8

100.0

152.7

100.0

162.1

100.0

1.48

Göründüyü kimi, istehsal olunan üzümün istifadəsində emal olunmadan, yəni təzə halda istehlak nisbətən böyük paya malikdir. Eyni zamanda bu istiqamət üzrə istifadəyə yönəldilən məhsulun həcminin artım tempi də bir qədər yüksəkdir. Belə vəziyyət əhalinin istehlakına yönəldilən süfrə üzümünün həcminin ardıcıl çoxalmasına imkan verir. Lakin nəzərə almaq lazımdır ki, süfrə üzümünün artımı əhalinin son dövrlərdə dinamik surətdə yüksələn tədiyə qabiliyyətli tələbinin ödənilməsində yerli istehsalın rolunun davamlı olaraq gücləndirilməsi vəzifələrinə uyğun deyildir.

2007-2012-ci illərdə ərzaq məhsulu kimi birbaşa istifadə edilən üzümün həcmi 1.5 dəfədən çox artsa da, bu istiqamət üzrə istehlakın ümumi həcmində yerli istehsalın payında azalma hallarına yol verilmişdir. Nəticədə qeyd edilən dövrün ayrı-ayrı illərində ölkənin süfrə üzümü ilə özünütəminat səviyyəsi aşağı düşmüşdür. Rəsmi statistika məlumatlarına əsasən, həmin göstəricinin kəmiyyəti 2007-ci ildə 93.7%, 2009-cu ildə 90.7%, 2011-ci ildə 89.9% təşkil etmişdir.(5, səh.185) Yalnız 2012-ci ildə həmin istiqamətdə əlverişsiz meylin qarşısı alınmış və özünütəminetmə göstəricisinin səviyyəsi 94.3%-ə çatmışdır. (7)

Qeyd edilənlərlə yanaşı, süfrə üzümünün ixracının genişləndirilməsi imkanları da reallaşdırılmır. Bu istiqamət məhsulun ümumi istifadəsində çox kiçik paya malikdir.

Hazırkı mərhələdə şərab istehsalı üçün istifadə edilən üzümün həcmi də davamlı surətdə artır. Cədvəl 1-dən göründüyü kimi istehsal olunan məhsulun 2/5 hissəsi həmin istiqamət üzrə istifadə edilir. Eyni zamanda nəzərə almaq lazımdır ki, hələlik ölkəmizin şərabçılıq sənayesinin xammala olan tələbatının bir hissəsi xaricdən idxal olunan şərab materialı hesabına ödənilir. Bu sahədə tam özünütəminetməyə keçilməlidir. Digər tərəfdən, xarici bazarlara rəqabətqabiliyyətli hazır şərab ixracının geniş miqyaslarda artırılması imkanları reallaşdırılmalıdır. Bütün bunlar isə texniki üzüm sortlarının istehsalının üstün sürətlərlə yüksəldilməsi vəzifələrini irəli sürür.

Yuxarıda göstərilənlər nəzərə alınmaqla dövlətin qəbul etdiyi təzə və keyfiyyətli süfrə üzümünə olan tələbatın daha dolğun ödənilməsi, sərabçılıq və üzüm emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, şərab və üzüm məhsullarının ixracının artırılması üçün ölkədə üzümçülüyün inkişafının stimullaşdırılması strategiyası çərçivəsində bu sahəyə investisiya qoyuluşlarının genişləndirilməsi məsələsinə xüsusi diqqət yetirilməsi məqsəduyğundur.

Bu zaman nəzərə almaq lazımdır ki, son dövrlərdə üzümçülüyun iqtisadi göstəricilərində sahənin investisiya cəlbediliciliyi baxımından əlverişli olmayan meyillər qərarlaşmışdır. Rəsmi statistika məlumatlarına görə 2005-2012-ci illərdə istər kənd təssərüfatı müəssislərində, istərsə də fərdi sahibkar təsərrüfatlarında üzüm məhsulun hər sentnerinin maya dəyəri sürətlə yüksələn bitkiçilik məhsullarından olmuşdur. Eyni zamanda, əksər məhsullardan fərqli olaraq üzümün satış qiymətlərinin dinamik artması müşahidə edilmir. Bununla əlaqədar qeyd edilən dövrdə üzüm satışdan əldə edilən rentabellik göstəricisi ən yüksək olan məhsuldan ən aşağı göstəriciyə malik olan bitkiçilik məhsuluna çevrilmişdir. (2-ci diaqram. Rəsmi statistika tərəfindən kənd təsərrüfatı müəssisələri və fərdi sahibkar təsərrüfatları üzrə məhsulların maya dəyərinin fərqli qaydada hesablanılması ilə əlaqədar göstərilən təsərrüfat kateqoriyaları üzrə rentabellik səviyyəsində də fərqlər müşahidə edilir.)

Diaqram .

.
2012-ci ildə kənd təsərrüfatı müəssisələri və fərdi sahibkar təsərrüfatlarında məhsul satışından əldə edilən rentabellik(faiz)

Üzüm satışından əldə edilən rentabellik göstəricisinin mütləq və nisbi səviyyəsinin aşağı olması plantasiyaların sahəsinin genişləndirilməsinə investisiya qoyuluşlarına yüksək marağın təmin edilməsi baxımından əlverişsiz vəziyyət yaradır. Bununla əlaqədar, üzümçülükdə əsas kapitala investisiyaların təsirli şəkildə stimullaşdırılmasına ehtiyac yaranmışdır.

Hazırda üzümçülüyün inkişafı məqsədilə investorlar Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kreditlər ala bilirlər. Lakin məlumdur ki, üzümçülük yüksək kapital tutumludur. Aşağı rentabellik səviyyəsi şəraitində isə qoyulmuş vəsaitin iqtisadi cəhətdən səmərəli müddətlər ərzində qaytarılması çətin olur. Bu baxımdan güzəştli kreditdən istifadə imkanı da bir çox hallarda üzümçülüyün zəruri investisiya cəlbediciliyini təmin etmir.

Qeyd edilənlərlə əlaqədar, bir sıra xarici ölkələrin, o cümlədən MDB dövlətlərinin müvafiq təcrübəsini nəzərə almaqla yeni üzüm plantasiyalarının salınması və cavan plantasiyalara qulluqla əlaqədar çəkilən xərclərin müəyyən hissəsinin maliyyələşdirilməsinə dövlət tərəfindən subsidiyaların verilməsi məqsəduyğundur. Dövlət köməyinin son nəticələr baxımından səmərəliliyini təmin etmək məqsədilə subsidiyanın verilməsi şərtlərinə yeni salınan üzümlük sahəsinin minimum ölçüləri, habelə yüksək məhsuldarlıq və digər vacib göstəricilərə malik sortlardan istifadə də aid edilə bilər.

Üzüm istehsalı ilə yanaşı bu məhsulun saxlanılması üçün bazanın inkişaf etdirilməsinə investisiya qoyuluşlarının stimullaşdırılması da mühüm əhəmiyyətə malikdir. 1-ci cədvəlin məlumatlarından da göründüyü kimi hazırkı şəraitdə üzüm itkilərinin artım templəri istehsalın artım templərini əhəmiyyətli dərəcədə qabaqlayır. Buna görə də itkilərin mütləq həcmi ilə yanaşı, onun nisbi kəmiyyəti də yüksəlir. Belə vəziyyətin qarşısını ilk növbədə müasir texnologiyalara əsaslanan saxlama kameralarının yaradılması yolu ilə almaq mümkündür. Son dövrlərdə bölgələrdə istifadəyə verilmiş saxlama kameraları ümumi təyinatlı olduğuna görə cox zaman üzümün zəruri keyfiyyətdə saxlanılması tələblərinə cavab verə bilmir. Üzümün saxlanılması üçün müasir saxlama bazasının inkişaf etdirilməsinin aqrar-sənaye sferasına yönəldilən güzəştli kredit resurslarının istifadəsinin prioritet istiqamətlərindən birinə çevrilməsi həm də əhalinin bütün mövsümlərdə üzümlə təminatı və süfrə üzümünün ixrac potensialının dolğun istifadəsi baxımından xüsusi əhəmiyyə malikdir.

Bununla yanaşı, üzümçülüyün kompleksli inkişafına əlverişli iqtisadi şərait təmin etmək üçün üzüm emalı və şərab istehsalı müəssisələrinin yaradılmasını stimullaşdırmaq, bu istiqamətdə investisiya layihələrinin maliyyələşdirilməsinə güzəştli kreditlərin ayrılmasına da prioritetlik verilməsi məqsədəuyğundur.


ƏDƏBİYYAT

1. İlham Əliyev və müasir aqrar siyasət. B., “Azərnəşr”, 2013, 936 s. 2. Салахов С. В. Место и роль сельского хозяйства в экономике./Azərbaycan Elmi-Tədqiqtat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun 50 illik yubileyinə həsr olunmuş “Aqrar iqtisadiyyatın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransın materialları.B., 2012, s. 27-42. 3. Салманов М.М., Исригова Т., А. Пути повышения конкурентоспособности столового винограда и продуктов его переработки./ Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun Elmi Əsərləri 2012, № 4. B., 2012 s. 71-75. 4. Azərbaycanın kənd təsərrüfatı 2013, Statistik məcmuə. B., 2013, 636 s. 5. Kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının əsas iqtisadi göstəriciləri (Statistik toplu) B., 2013, 375 s. 6. Azərbaycanın ərzaq balansları (statistic məcmuə). B., 2012, 311 s. 7. http://www.stat.gov.az/source/food_balances/ 2013

Современные тенденции развития виноградарства в Азербайджанской Республике и стимулирование инвестиционных вложений в отрасли

РЕЗЮМЕ

Виноградарства, имея древней истории в Азербайджане, и в нынешних условиях преобладает высоким потенциалом роста. В статье исследуются тенденции развития виноградарства в нашей стране на современном этапе, дается оценки основным сдвигам. Показывается необходимость совершенствование механизма стимулирование инвестиционных вложений в отрасли в соответствии с задачами реализации государственной стратегии по развитию виноградарства и виноделии, а также выдвигается соответствующие предложения в данном направлении.



Ключевые слова: виноградарство, стратегия по развитию виноградарства и виноделию, тенденции развития, рентабельность, стимулирование инвестиций, субсидии.
Modern trends in the development of viticulture in the Republic of Azerbaijan and promotion of investments in the industry
SUMMARY
Viticulture, with ancient history in Azerbaijan, and in the present circumstances dominates high growth potential. The article examines trends in the development of viticulture in our country at the present stage and estimates major shifts. The necessity of improving the mechanism for stimulating investments in the sector in accordance with the objectives of the implementation of state policy on the development of viticulture and winemaking, as well as the proposals put forward in this direction.

Key words: viticulture, the strategy for the development of viticulture and winemaking, development trends, profitability, investment incentives, subsidies.

Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/4 səh.50-61
ÜMUMİ İQTİSADİYYAT
UOT 332.1(479.24)

Kənd yerlərində istehsal infrastrukturunun mövcud vəziyyəti və inkişaf istiqamətləri
Qasımova Elmira İsmayıl qızı

Az.ETKTİ və Tİ, aparıcı elmi işçi,

i.ü.f.d.

Allahverdiyev Qasım Salman oğlu

şöbə müdiri
XÜLASƏ
Məqalədə iqtisadi inkişafın təmin olunmasında böyük əhəmiyyət kəsb edən istehsal infrastrukturunun mövcud vəziyyəti təhlil olunmuş, formalaşması xüsusiyyətləri və ona təsir edən amillər, habelə Azərbaycanın iqtisadi rayonları üzrə inkişaf meyilləri açıqlanmışdır. Bundan başqa kənd yerlərində istehsal infrastrukturunun bərpası, onun inkişaf etdirilməsi istiqamətləri göstərilmişdir.

Açar sözlər: istehsal infrastrukturu, sosial-iqtisadi inkişaf, iqtisadi rayonlar, kənd yerləri
Azərbaycan Respublikası XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermişdir. 1993-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqilliyin ilk illərində ölkədə baş alıb gedən siyasi və iqtisadi böhranı aradan qaldırmış, Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açmışdır.

Keçən əsrin 90-cı illərinin ortalarından başlanmış demokratik dövlət quruculuğu sahəsində genişmiqyaslı islahatlar nəticəsində ölkədə iqtisadi və siyasi sabitlik təmin edilmiş, beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmiş, iqtisadiyyatın dinamik inkişafının əsası qoyulmuşdur. Həyata keçirilən islahatların başlıca məqsədi demokratik və güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulmasından ibarət olmuşdur. İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə yerli və xarici investisiyaları müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəlmişdir.

Regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” təsdiq edilmişdir. Eyni zamanda, Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə olaraq 17 sərəncam imzalanmışdır.

İqtisadi rayonların sosial-iqtisadi inkişafı ilə yanaşı, Bakı şəhərinin ətraf qəsəbələrini abadlaşdırmaq, onların resurslarından daha səmərəli istifadəni təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 fevral tarixli 1338 nömrəli Sərəncamı ilə “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı’’ təsdiq olunmuşdur. Bu proqramda hər bir qəsəbə üzrə müxtəlif sahələri əhatə edən konkret tədbirlər müəyyən edilmişdir.

Hər iki proqramda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi nəticəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafı yeni müəssisələrin və iş yerlərinin yaradılması, regionlarda, eləcə də ölkə paytaxtında kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur. Odur ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, eləcə də “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” çərçivəsində başlanmış işlərin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir.

“Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının” icrası da müvəffəqiyyətlə davam etdirilir. Elə bunun nəticəsidir ki, respublikanın əsas sosial-iqtisadi göstəriciləri ilbəil yüksəlir.

Aparılan araşdırmalardan görünür ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2009-2013-cü illər)” uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynamışdır. Ötən dörd ildə Ümumi Daxili Məhsulun (ÜDM) real həcmi 2008-ci ilə nisbətən 13857,8 milyon manat və yaxud 34,5% artaraq 2012-ci ildə 53995,0 milyon manata çatmış, ÜDM-in adambaşına düşən nominal həcmi 1280,8 manat və yaxud 27,8% artaraq 5884,5 manat təşkil etmişdir. Ölkə sənayesində 16,1%, kənd təsərrüfatında isə 38.2% artım olmuşdur. Bu dövrlərdə respublikada iqtisadiyyatın sürətli inkişafı ilə yanaşı, son illər əhalinin rifahını səciyyələndirən göstəricilərdə də yüksək artım dinamikası müşahidə edilmişdir. Belə ki, 2008-ci illə müqayisədə 2012-ci ildə əhalinin gəlirləri 13988,5 milyon manat və yaxud 67,5% artmışdır. Bu dövrdə muzdla işləyənlərin orta aylıq əmək haqqı 124 manat və yaxud 45,2% artaraq 398,4 manata çatmışdır. 2012-ci ildə minimum əmək haqqının və pensiyanın minimum məbləğinin həddi 125 manata qaldırılmışdır. 2008-ci ildə ölkə əhalisinin təxminən 13,2% yoxsulluq şəraitində yaşayırdısa, 2012-ci ildə bu kateqoriyaya əhalinin yalnız 6,0%-ni aid etmək olar.

Ölkə üzrə təyin olunmuş aylıq pensiyaların orta məbləği 2008-ci ildəki 95,8 manatdan 56,2 manat və yaxud 58,7% artaraq 2012-ci ildə 152,0 manat olmuşdur.

Lakin, apardığımız araşdırmalar göstərir ki, Azərbaycan Respublikasının əsas iqtisadi göstəricilərinin tərkibində iqtisadi rayonların xüsusi çəkisi Bakı şəhərinə nisbətən xeyli aşağıdır. Bu da istehsal infrastrukturlarının çox hissəsinin Bakı şəhərində yerləşməsi və onların iqtisadi rayonlarda zəif inkişaf etdirilməsi ilə əlaqədardır.

Aparılan araşdırmalardan görünür ki, son dörd ildə Azərbaycan Respublikasında, eləcə də onun iqtisadi rayonlarında sosial-iqtisadi göstəricilər üzrə xeyli dərəcədə artım müşahidə olunmuşdur. Bu artım 2005 və 2008-ci ilə nisbətən daha yüksəkdir. Belə ki, 2012-ci ildə respublikada kənd təsərrüfatında ümumi məhsul istehsalı 4844600.0 min manat olmuşdur ki, bunun da 2458200,0 min manatı və yaxud 50.7%-i bitkiçilik və 2386400.0 min manatı və yaxud 49.3%-i isə heyvandarlıq məhsullarının payına düşür. 2012-ci ildə 2005 və 2008-ci illərə nisbətən kənd təsərrüfatında ümumi məhsul istehsalı müvafiq olaraq 2.6 dəfə və 38.2%, o cümlədən bitkiçilik məhsulları 2.5 dəfə və 17.9%, heyvandarlıq məhsulları isə 2.8 dəfə və 67.9% artmışdır.

2012-ci ildə sənaye məhsulunun həcmi 2005-ci və 2008-ci ilə nisbətən respublikada müvafiq olaraq 3,7 dəfə və 16,1%, o cümlədən Bakı şəhərində 4,0 dəfə və 12,8%, Abşeron iqtisadi rayonunda 2,3 dəfə və 20,8%, Gəncə-Qazax iqtisadi rayonunda 96,2 və 52,7%, Şəki-Zaqatala iqtisadi rayonunda 3,6 dəfə və 36,4%, Lənkəran iqtisadi rayonunda 3,6 dəfə və 60,7%, Quba-Xaçmaz iqtisadi rayonunda 2,0 dəfə və -3,7%, Aran iqtisadi rayonunda 2,2 dəfə və 6,5%, Dağlıq Şirvan iqtisadi rayonunda 2,2 dəfə və 10,7 faiz və Naxçıvan iqtisadi rayonunda isə 19,4 dəfə və 4,9 dəfə artmışdır. Təkcə Quba-Xaçmaz iqtisadi rayonunda 2008-ci ilə nisbətən sənaye məhsulunun həcmi 3,7% azalmışdır. Sənaye məhsulunun həcmi 2005-ci ilə nisbətən ən yüksək artım Naxçıvan iqtisadi rayonunda (19,4%) və Bakı şəhərində (4,0%), ən aşağı artım isə Gəncə-Qazax iqtisadi rayonunda (96,2%) olmuşdur.

2008-ci ilə nisbətən 2011-ci ildə ən yüksək artım Naxçıvan iqtisadi rayonunda (4,9%), Lənkəran iqtisadi rayonunda (60,7%) və ən aşağı artım isə Aran iqtisadi rayonunda (6,5%) olmuşdur. 2012-ci ildə sənaye məhsulunun həcminin artımının 2008-ci ilə nisbətən az olması (16,1%), əsasən respublikada fəaliyyət göstərən sənaye müəssisələrinin sayının 2008-ci ildən 2753 ədəddən 271 ədəd və yaxud 9,8% azalaraq, 2012-ci ildə 2482 ədəd, eləcə də orada işləyənlərin orta siyahı sayının 2008-ci ildəki 193330 nəfərdən 13831 nəfər və yaxud 7,2% azalaraq 2012-ci ildə 179499 nəfərə enməsi səbəb olmuşdur. Bu dövrdə fəaliyyət göstərən sənaye müəssisələrinin sayı Bakı şəhərində 191 ədəd və yaxud 13,5%, Abşeron iqtisadi rayonunda 44 ədəd və 17,1 %, Gəncə-Qazax iqtisadi rayonunda 25 ədəd və yaxud 8,5%, Quba-Xaçmaz iqtisadi rayonunda 8 ədəd və yaxud 9,2%, Lənkəran iqtisadi rayonunda 4 ədəd və yaxud 5,1 %, Aran iqtisadi rayonunda 5 ədəd və yaxud 1,4%, Naxçıvan iqtisadi rayonunda isə 1 ədəd və yaxud 0,7% azalmış və Şəki-Zaqatala iqtisadi rayonunda 4 ədəd və yaxud 3,7%, Dağlıq Şirvan iqtisadi rayonunda isə 3 ədəd və yaxud 8,1% artmışdır. Bu da onu göstərir ki, Azərbaycan Respublikasında və onun iqtisadi rayonlarında sənayenin inkişafı başqa sahələrə nisbətən ləng gedir.

Respublikada 2012-ci ildə 10194100,0 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bunun da 6645100,0 min manatı və yaxud 65,2 %-i Bakı şəhərinin və 3549000,0 min manat və yaxud 34,8 % isə iqtisadi rayonların payına düşür. Əvvəlki illərdə də istifadəyə verilmiş əsas fondların tərkibində Bakı şəhərinin xüsusi çəkisi yüksək olmuşdur. 2009-cu ildə bu rəqəm 57,4%, 2010-cu ildə 74,3% və 2011-ci ildə isə 81,7% təşkil etmişdir. Respublika əhalisinin əksər hissəsinin yaşadığı iqtisadi rayonlarda bu sahələrdəki vəziyyət günün tələblərinə cavab vermir. Yeni yaradılmış müəssisə və təsərrüfatların və digər sahələrin əksəriyyəti Bakı şəhərində yerləşir ki, bu da kənd yerlərində əhalinin Bakı şəhərinə miqrasiyasına səbəb olur. İşləmək üçün kənd yerlərində qeydiyyatda olub, Bakı şəhərinə gələnlərin sayı çoxalır və nəticədə əhalinin gizli miqrasiyası baş verir. Kənd yerlərindən Bakıya gələn əsasən, ailə-kəndli və ev təsərrüfatlarının üzvləri olan insanların əksəriyyəti heç bir əmək müqaviləsi olmadan tikinti-təmir, servis xidmətləri, ticarət və digər sahələrdə çalışırlar.

İqtisadi rayonlarda kənd təsərrüfatından başqa digər sahələrin zəif inkişaf etdirilməsi və istehsal infrastrukturunun lazımi səviyyədə olmaması işsizliyin tam aradan qaldırılmasına və qadın əməyindən geniş istifadə edilməsinə geniş imkan vermir, gənclərin kənd yerlərindən şəhər yerlərinə axınına səbəb olur.

2012-ci ildə 2008-ci ilə nisbətən əsas fondların istifadəyə verilməsi Azərbaycan Respublikasında 1851700,0 min manat və yaxud 22,2%, o cümlədən Bakı şəhərində 378900,0 min manat və yaxud 6,0%, Abşeron iqtisadi rayonunda 52716,7 min manat və yaxud 87,9%, Gəncə-Qazax iqtisadi rayonunda 261544,2 min manat və yaxud 2,3 dəfə, Şəki-Zaqatala iqtisadi rayonunda 457455,5 min manat və yaxud 4,5 dəfə, Lənkəran iqtisadi rayonunda 31928,0 min manat və yaxud 2,9 dəfə, Quba-Xaçmaz iqtisadi rayonunda 23548,7 min manat və yaxud 31,0%, Aran iqtisadi rayonunda 90923,6 min manat və yaxud 22,8%, Naxçıvan iqtisadi rayonunda 531500,0 min manat və yaxud 3,0 dəfə artmış və Dağlıq Şirvan iqtisadi rayonunda isə 18049,5 min manat və yaxud 19,6 % azalmışdır. İqtisadi rayonlar içərisində artımın yüksək həddi Şəki-Zaqatala (4,5 dəfə), ən aşağı həddi isə Aran iqtisadi rayonunda olmuşdur (22,2%).

Bunun da əsas səbəblərindən biri Bakı şəhərinə nisbətən iqtisadi rayonlara əsas kapitala yönəldilmiş vəsaitlərin az qoyulmasıdır.

Azərbaycan Respublikasında 2012-ci ildə əsas kapitala yönəldilmiş vəsaitlər 15407300,0 min manat təşkil etmişdir ki, bunun da 9502300,0 min manatı və yaxud 61,7%-i Bakı şəhərinin 5905000,0 min manatı və yaxud 38.3%-i isə iqtisadi rayonların payına düşür.

2012-ci ildə 2008-ci ilə nisbətən əsas kapitala yönəldilmiş vəsaitlər Azərbaycan Respublikasında 5463100,0 min manat və yaxud 54,9% o cümlədən Bakı şəhərində 3228900,0 min manat və yaxud 51,5%, Gəncə-Qazax iqtisadi rayonunda 399488,1 min manat və yaxud 2,1 dəfə, Şəki-Zaqatala iqtisadi rayonunda 5430887,0 min manat və yaxud 3,8 dəfə, Lənkəran iqtisadi rayonunda 84028,3 min manat və yaxud 60,0%, Quba-Xaçmaz iqtisadi rayonunda 11271,0 min manat və yaxud 1,9%, Aran iqtisadi rayonunda 637428,1 min manat və yaxud 2,1 dəfə, Dağlıq Şirvan iqtisadi rayonunda 47106,6 min manat və yaxud 39,9% və Naxçıvan iqtisadi rayonunda 672600,0 min manat və yaxud 3,2 dəfə artmış və Abşeron rayonunda isə 52034,8 min manat və yaxud 13,7% azalmışdır. Rəqəmlərin müqayisəsindən göründüyü kimi ayrı-ayrı iqtisadi rayonlarda artım səviyyəsi bir-birindən xeyli fərqli olmuşdur. İqtisadi rayonlar içərisində artımın ən yüksək həddi Şəki-Zaqatala iqtisadi rayonunda (3,8 dəfə), ən aşağı həddi isə Quba-Xaçmaz iqtisadi rayonunda (1,9%) olmuşdur.

Azərbaycan Respublikasında 2012-ci ildə pərakəndə ticarət dövriyyəsi 17559100,0 min manat olmuşdur ki, bunun da 8809391,1 min manatı və yaxud 50,2%-i Bakı şəhərinin və 8729708,9 min manatı və yaxud 49,8%-i isə iqtisadi rayonların payına düşür.

2012-ci ildə 2008-ci ilə nisbətən pərakəndə ticarət dövriyyəsi Azərbaycan Respublikasında 6973700,0 min manat və yaxud 65,8% o cümlədən Bakı şəhərində 3527722,5 min manat və yaxud 66,8% Abşeron iqtisadi rayonunda 261108,3 min manat və yaxud 56,9%, Gəncə-Qazax iqtisadi rayonunda 570578,9 min manat və yaxud 56,5%, Şəki-Zaqatala iqtisadi rayonunda 226241,2 min manat və yaxud 46,8 faiz, Lənkəran iqtisadi rayonunda 348213,6 min manat və yaxud 53,9%, Quba-Xaçmaz iqtisadi rayonunda 286161,3 min manat və yaxud 67,9%, Aran iqtisadi rayonunda 1032429,0 min manat və yaxud 67,2%, Dağlıq Şirvan iqtisadi rayonunda 128324,4 min manat və yaxud 55,5% və Naxçıvan iqtisadi rayonunda 546356,5 min manat və yaxud 2,4 dəfə artmışdır. Artımın ən yüksək həddi Naxçıvan iqtisadi rayonunda ( 2,4 dəfə), ən aşağı həddi isə Şəki-Zaqatala iqtisadi rayonunda (46,8%) olmuşdur.

Azərbaycan Respublikasında 2012-ci ildə əhaliyə göstərilmiş pullu xidmətin həcmi 5828100,0 min manat olmuşdur ki, bunun da 3716715,6 min manatı və yaxud 63,8%-i Bakı şəhərinin, 2111384,4 min manatı və yaxud 36,2%-i isə iqtisadi rayonların payına düşür.

2012-ci ildə 2008-ci ilə nisbətən əhaliyə göstərilən pullu xidmətin həcmi Azərbaycan Respublikasında 2435100,0 min manat və yaxud 71,7% o cümlədən Bakı şəhərində 1458168,4 min manat və yaxud 64,6%, Abşeron iqtisadi rayonunda 93037,4 min manat və yaxud 55,8%, Gəncə-Qazax iqtisadi rayonunda 277781,4 min manat və yaxud 2,1 dəfə, Şəki-Zaqatala iqtisadi rayonunda 76325,3 min manat və yaxud 83,8%, Lənkəran iqtisadi rayonunda 98177,6 min manat və yaxud 75,1%, Quba-Xaçmaz iqtisadi rayonunda 71298,0 min manat və yaxud 87,2%, Aran iqtisadi rayonunda 237925,1 min manat və yaxud 73,7%, Dağlıq Şirvan iqtisadi rayonunda 28454,3 min manat və yaxud 72,8% və Naxçıvan iqtisadi rayonunda isə 80435,2 min manat və yaxud 2,1 dəfə artmışdır. Artımın ən yüksək həddi Gəncə-Qazax (2,1 dəfə) və Naxçıvan (2,1 dəfə), ən aşağı həddi isə Abşeron iqtisadi rayonunda ( 55,8%) olmuşdur.

2012-ci ildə əhalinin hər nəfərinə düşən pullu xidmətlərin həcmi Azərbaycan Respublikasında 635,2 manat, o cümlədən Bakı şəhərində 1599,6 manat, Abşeron rayonunda 363,9 manat, Gəncə-Qazax iqtisadi rayonunda 417,7 manat, Şəki-Zaqatala iqtisadi rayonunda 280,8 manat, Lənkəran iqtisadi rayonunda 265,1 manat, Quba-Xaçmaz iqtisadi rayonunda 300,3 manat, Aran iqtisadi rayonunda 277,6 manat, Dağlıq-Şirvan iqtisadi rayonunda 224,7 manat və Naxçıvan iqtisadi rayonunda isə 353,3 manat olmuşdur. Rəqəmlərin təhlilindən görünür ki, əhaliyə göstərilən pullu xidmətin eləcədə hər nəfərə düşən pullu xidmətin həcminə görə iqtisadi rayonlar bir-birindən fərqlənir və Bakı şəhərinə görə xeyli geridə qalırlar.

Azərbaycan Respublikasında 2012-ci ildə nəqliyyat sektorunda yük daşınması 210900,0 min ton o cümlədən avtomobil nəqliyyatı ilə yük daşınması isə 115823,0 min ton olmuşdur ki, bunun da 48319,0 min tonu və yaxud 41,7%-i Bakı şəhərinin 67504,0 min tonu və yaxud 58,3%-i isə iqtisadi rayonların payına düşür.

2012-ci ildə 2008-ci ilə nisbətən nəqliyyat sektorunda yük daşınması Azərbaycan Respublikasında 27800,0 min ton və yaxud 15,2%, o cümlədən avtomobil nəqliyyatı ilə yük daşınması Bakı şəhərində 10893 min ton və yaxud 29.1%, iqtisadi rayonlarda isə 18793,0 min ton və yaxud 38.6% artmışdır.

Azərbaycan Respublikasında 2012-ci ildə nəqliyyat sektorunda sərnişin daşınması 1617300,0 min nəfər o cümlədən avtomobil nəqliyyatı ilə sərnişin daşınması 1388796,0 min nəfər olmuşdur ki, bunun da 626192,0 min nəfəri və yaxud 45,1%-i Bakı şəhərinin, 762604,0 min nəfəri və yaxud 54,9%-i isə iqtisadi rayonların payına düşür. 2012-ci ildə 2008-ci ilə nisbətən nəqliyyat sektorunda sərnişin daşınması Azərbaycan Respublikasında 375100,0 min nəfər və yaxud 30,2%, o cümlədən avtomobil nəqliyyatı ilə sərnişin daşınması Bakı şəhərində 147862,0 min nəfər və yaxud 30,9% və iqtisadi rayonlarda isə 229565,0 min nəfər və yaxud 43.1% artmışdır.

Azərbaycanın iqtisadi rayonları üzrə istehsal sahələrinin kontekstində istehsal infrastrukturlarının mövcud vəziyyəti və onların inkişafının regional problemlərinin araşdırılması belə deməyə əsas verir ki, ölkəmizdə istehsal sahələri qeyri-bərabər yerləşdiyindən, buna müvafiq olaraq istehsal infrastrukturu da müxtəlif istiqamətlərdə inkişaf etmişdir. Belə ki, Abşeron iqtisadi rayonunda yeyinti, yüngül və ağır sənaye sahələri inkişafına uyğun olaraq istehsal infrastrukturu - elektroenergetika, yanacaq, neft, qazçıxarma, rabitə, nəqliyyat və s. sahələr daha yaxşı inkişaf etdiyi halda, Lənkəran, Aran və digər iqtisadi rayonlarda kənd təsərrüfatı məhsulları, balıqçılıq sənayesi və onların emal sahələrinin inkişafını təmin edən istehsal infrastrukturu üstün inkişaf etmişdir.

Ölkəmizin bütün ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı və ona müvafiq olan istehsal infrastrukturunun mövcudluğu milli iqtisadiyyat üçün xarakterikdir. Respublikada dinamik iqtisadi inkişafın dəstəklənməsi üçün ayrı-ayrı iqtisadi sahələrin və onların infrastrukturlarının kompleks şəkildə innovasiyalı inkişafı təmin olunmaqdadır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın iqtisadi rayonlarında istehsal infrastrukturunun inkişaf imkanlarının ciddi tərəddüdü regional xüsusiyyətlərlə bağlıdır.

Belə ki, Abşeron iqtisadi rayonunda istehsal infrastrukturunun inkişafında paytaxta yaxınlıq amili mühüm rol oynayır. Respublikanın sənaye sahələrinin yarıdan çoxu, əhalinin isə üçdə biri bu ərazidə cəmləşdiyindən, burada istehsal infrastrukturu nisbətən yaxşı inkişaf etmişdir. Abşeron iqtisadi rayonunun ərazisində yerləşən yaşayış məntəqələri və sənaye müəssisələri müasir tipli rabitə və telekommunikasiya qurğuları ilə əhatə edilmişdir. Bu iqtisadi rayonda son on il ərzində maliyyə infrastrukturları inkişaf etmişdir.

Azərbaycanın Quba-Xaçmaz iqtisadi rayonunda da fəaliyyət göstərən istehsal sahələrinin inkişafına uyğun olaraq istehsal infrastrukturları mövcuddur. Burada iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı təşkil edir. İqlim və torpaq şəraitinin əlverişli olması bu iqtisadi rayonda taxıl, üzüm və meyvə-tərəvəz məhsullarının yetişdirilməsi və məhsuldarlığının artırılmasına öz təsirini göstərmişdir. Burada tərəvəzçilik - kartofçuluq, meyvəçilik, bağçılıq və heyvandarlıq sahələri də inkişaf etdirilmişdir. Kənd təsərrüfatı məhsullarının inkişafı Xaçmaz-Şabran rayonlarında, Giləzidə meyvə-tərəvəz, konserv, şərab və süd məhsulları emalı zavodları, taxıl məhsulları kombinatı, Xudatda balıq unu istehsal edən zavodun yaradılmasına şərait yaratmışdır. Bu emal sahələri iqtisadi rayon üçün böyük əhəmiyyətə malikdir.

Əlverişli nəqliyyat coğrafi mövqedə yerləşən Xaçmazın ərazisindən keçən Bakı-Dərbənd dəmiryolu, şose yolu, su və neft kəmərləri iqtisadiyyatın inkişaf etdirilməsində mühüm strateji əhəmiyyətə malikdir. Xəzər dənizinə birbaşa çıxışın olması rayonlararası əlaqələrin yaranması baxımından mühüm iqtisadi mahiyyət kəsb edir. İnkişaf etmiş nəqliyyat infrastrukturunun mövcudluğu kənd təsərrüfatı məhsullarının xarici ölkələrə daşınmasını sürətləndirmiş, nəticədə bölgə əhalisinin ümumi iqtisadi vəziyyətini xeyli yaxşılaşdırmışdır.

Azərbaycanın Kür-Araz ovalığında yerləşən Aran iqtisadi rayonunun, əlverişli iqtisadi-coğrafi mövqeyə və su ehtiyatına malik olması bu ərazidə kənd təsərrüfatı məhsulları istehsalı üçün zəmin yaratmışdır. Mingəçevir su anbarından çəkilmiş Qarabağ kanalı, Kür çayının sağ qolları Tərtərçay, Xaçınçay, İncəçay və digər kiçik çaylar burada suvarma sistemini əmələ gətirir.

Aqrar sahənin inkişaf etdirilməsi, emal sənayesinin müxtəlif sahələrinin inkişafına səbəb olmuşdur. İqtisadi rayonun mərkəzindən keçən yollar şəbəkəsi ölkənin ayrı-ayrı iqtisadi rayonlarını bir-biri ilə əlaqələndirir. Bazar iqtisadiyyatına keçid dövründə yaranmış olan çətinliklər ucbatından üzüm və pambıq istehsalı bir qədər azalmış, aparılan sistemli tədbirlər hesabına heyvandarlıq məhsulları, taxıl və bostan-tərəvəz məhsulları istehsalı artmışdır. Baş Muğan və Əzizbəyov adına kanalların su təchizatı hesabına bostan, tərəvəz və taxılçılıq inkişaf etdirilmişdir.

Kənd təsərrüfatının inkişafı ilə əlaqədar olaraq yüngül və yeyinti sənaye sahələrində tərəqqi əldə edilmişdir. Şirvan şəhərində yağ zavodu, Bankə qəsəbəsində balıq kombinatı, Qazıməmməddə ət, süd kombinatı, unüyütmə və çörəkbişirmə, qarışıq yem istehsalı, balıq yetişdirmə zavodu fəaliyyət göstərir. İqtisadiyyatın aparıcı sahəsi sayılan neft və qazçıxarma, elektrik enerjisi, maşınqayırma, kimya və yüngül sənaye sahələri region iqtisadiyyatının inkişafında önəmli yer tutur. Quru səthində neft hasilatı sahəsində respublikada istehsal olunan neft və yanacaq qazının üçdən biri, Kürsəngi, Qarabağlı, Şirvanneft, Salyanneft, Xılhneft, Neftçalaneft yataqlarından hasil olunur.

Şirvan İES-də istehsal edilən elektrik enerjisi respublikanın enerji ilə təchizatının xeyli hissəsini təmin edir.

İnkişaf etmiş nəqliyyat infrastrukturunun mövcudluğu, burada olan dəmir və avtomobil yolları Aran iqtisadi rayonunun inkişafına öz təsirini göstərmişdir. Bakı-Astara dəmir yolları və müxtəlif istiqamətlərdə uzanan avtomobil yolları ilə sənaye əhəmiyyətli yüklərin daşınmasında istifadə edilir. İpək yolunun bərpası respublikanın hər yerində olduğu kimi, bu iqtisadi rayonun da inkişafına öz təsirini göstərir və gələcəkdə də göstərəcəkdir. Ərazidən axan Kür çayı kiçik gəmilərdən nəqliyyat vasitəsi kimi istifadəyə imkan verir.

Lənkəran iqtisadi rayonu Azərbaycanın cənub-şərq hissəsində rütubətli-subtropik ərazidə formalaşmışdır. Buraya Lənkəran, Cəlilabad, Masallı, Astara, Lerik və Yardımlı inzibati rayonları aiddir. Əlverişli iqlim və relyefə malik olması respublikanın digər rayonlarına nisbətən burada əhalinin daha sıx məskunlaşması üçün şərait yaratmışdır.

Xəzər dənizi hövzəsinə aid olan Astara, Lənkəran, Göytəpə, Viləş və Tənəkürd çayları üzərində yaradılan süni göllər su təchizatı baxımından böyük iqtisadi əhəmiyyət daşıyır. Əlverişli iqlim-torpaq şəraitinin və bol su ehtiyatının mövcud olması burada kənd təsərrüfatının müxtəlif sahələrinin, eləcə də yeyinti və yüngül sənaye sahələrinin inkişaf etdirilməsinə səbəb olmuşdur.

Lənkəran iqtisadi rayonunun hərtərəfli inkişafı üçün mövcud nəqliyyat infrastrukturunun müstəsna əhəmiyyəti vardır. Hazırda fəaliyyətdə olan Bakı-Astara dəmir yolu və onunla paralel olan avtomobil yolu yükdaşımaların daha ucuz başa gəlməsini təmin edir. Ərazidə istehsal olunmuş məhsulların qısa müddətdə satış bazarına çıxarılmasına şərait yaradır. Buradan keçən avtomobil yolu İran İslam Respublikası ilə iqtisadi əlaqələrin inkişaf etməsi baxımından mühüm vasitə hesab olunur.

Dağlıq-Şirvan iqtisadi rayonuna Şamaxı, İsmayıllı, Qobustan, Ağsu inzibati rayonları daxildir. Ərazisinin relyefinin dağlıq və düzənlik olması, təbii şəraitin müxtəlifliyi istehsal infrastrukturunun müxtəlif istiqamətdə formalaşması və inkişafına öz təsirini göstərmişdir. İqtisadiyyatın əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil etdiyindən istehsal infrastrukturları sırasında su təchizatı sistemləri önəmli sahə hesab edilir. Ağsuçay, Girdmançay, Göyçay, Yuxarı Şirvan kanalı və Turyançay vasitəsilə isə ərazinin xeyli hissəsinin suya olan tələbatının ödənilməsi üçün tədbirlər həyata keçirilir. Lakin yay aylarında bu çayların suları kəskin sürətdə azaldığından əkin sahələrinin suya olan tələbatı ödənilmir. Ona görə də süni suvarma sistemləri Dağlıq-Şirvan iqtisadi rayonunda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında həlledici amil hesab edilir.

Ərazidə mövcud olan tikinti daşları, sənaye əhəmiyyətli gil və sair təbii ehtiyatlardan istifadə etməklə əhalinin inşaat materiallarına olan tələbatının daha yüksək səviyyədə ödənilməsi üçün, bu sahələrin inkişafı sürətləndirilir. Dağlıq-Şirvan iqtisadi rayonunda yerli xammalların köməyi ilə asfalt, əhəng və kərpic zavodları fəaliyyət göstərir. Lahıc və Basqalda misgərlik və xalça toxuculuq sexləri, dulusçuluq, sənətkarlıq, qalayçılıq, avtomaşın təmiri və elektroenergetika sexləri fəaliyyət göstərir.

Dağlıq Şirvan iqtisadi rayonunda mövcud olan nəqliyyat infrastrukturu ölkənin digər rayonları ilə iqtisadi əlaqələrin yaradılmasına və iqtisadiyyatın inkişaf etdirilməsinə öz təsirini göstərmişdir. Ərazidən keçən avtomobil və dəmiryol xətləri ölkənin rayonlarının xarici ölkələrlə əlaqələndirilməsinə köməklik göstərmişdir. Keçid iqtisadiyyatının mövcud çətinlikləri bu iqtisadi rayonun da inkişafına öz təsirini göstərmişdir. Emal sənayesi üçün əsas xammal olan üzümlüklər və pambıqçılıq sahələri xeyli azalmış, nəticədə emal sənayesinin fəaliyyəti zəifləmişdir. Əkinə yararlı torpaq sahələrinin və suvarma sistemlərinin mövcudluğu digər iqtisadi rayonlara nisbətən bu iqtisadi rayonda kənd təsərrüfatının intensiv inkişafı üçün əlverişli şərait yaratmışdır.

Gəncə-Qazax iqtisadi rayonunun ərazisindən keçən Gəncəçay, Kürənçay, Zəyəmçay, Gorançay, Korçay və İncəçay çaylar şəbəkəsi su təchizatı sistemini əmələ gətirməklə kənd təsərrüfatı məhsullarının istehsalının əsasını təşkil etmişdir. Kənd təsərrüfatı xammalları hesabına yeyinti sənaye sahələri inkişaf etdirilmişdir. Yaxın keçmişdə yağ-piy kombinatında pambıq çiyidindən istehsal edilən müxtəlif növ sabunlar, qliserin və tullantılardan alınan heyvandarlıq üçün qiymətli yem ölkə tələbatını ödəməklə yanaşı xarici ölkələrə də ixrac edilirdi. Gəncə şəhəri və Göygöl inzibati rayonunda şərab və konyak istehsal edilirdi ki, bu da respublikada müvafiq istehsalın xeyli hissəsini təşkil edir. Yeyinti sənaye sahələri ilə yanaşı yüngül sənaye sahələri, xüsusi ilə pambıq və yun parça, xalça, tikiş və toxuculuq məmulatları istehsalı inkişaf etdirilmişdir.

Gəncə toxuculuq kombinatı Goranboy və digər rayonların göndərdiyi pambıq məhsulu hesabına fəaliyyət göstərir.

Gəncə şəhəri bu iqtisadi rayonda sənaye mərkəzi hesab edilir Gəncə - Qazax iqtisadi rayonunun ərazisi respublika üçün böyük sənaye əhəmiyyətinə malik müxtəlif növ faydalı qazıntılarla zəngindir. Burada tikinti və inşaat işləri aparmaq üçün sement və başqa xammal ehtiyatları vardır ki, başqa yerlərə daşınaraq emal edilir. Yerli faydalı qazıntılar, təbii mineral xammal ehtiyatları və kənd təsərrüfatı məhsullarının xammalları Gəncə iqtisadi rayonunda sənayenin inkişafına təkan vermişdir. Burada olan kifayət qədər elektrik enerjisi, su təchizatı və digər istehsal infrastrukturlarının mövcudluğu xammal ehtiyatı ilə birlikdə əlvan metallurgiya sənayesinin inkişafına təkan vermişdir. Gəncədə Daşkəsənin zəiflik alunit yataqları hesabına işləyən alüminium zavodu tikilib istifadəyə verilmişdir. Zavodun istehsal çeşidi müxtəlifdir. Burada korund mineralından elektroliz üsulu ilə alüminium filizi, sulfat turşusu, onun duzları, kalium gübrələri, latun borular və s. istehsal edilir. Həmin zavodda istehsal edilən alüminium oksidi Sumqayıt alüminium zavoduna göndərilərək orada elektrik məftilləri, alüminium vərəqələri və s. məhsullar hazırlanır. Hazırda bu zavodun fəaliyyəti nisbətən zəifləmiş, istehsal edilən məhsullar isə yalnız yerli tələbatın ödənilməsinə kifayət edir.

Gəncədə maşınqayırma sənayesinin inkişafı ilə əlaqədar olaraq burada fəaliyyət göstərən kənd təsərrüfatı maşınlarının təmiri zavodunda bütün markalardan olan avtomobillərin təmiri həyata keçirilir. Mexaniki zavodda rabitə və texniki avadanlıqlar, Cihazqayırma zavodunda pnevmatik rele, müxtəlif nasoslar, sayğaclar və s. istehsal edilir. Gəncə avtomobil zavodunun yaradılması ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyətə malikdir. Yerli xammallar hesabına meşə və ağac emalı sənayesi, dəmir-beton məmulatları, kərpic-kirəmit və mərmər zavodları fəaliyyət göstərir.

İori və Kür çayının keçdiyi ərazilərdə bu çaylardan su kəmərləri çəkilmiş, nohur və göllər yaradılmışdır ki, bundan da əkin sahələrinin suvarılmasında istifadə edilir. Mülkiyyətin xarakterinin dəyişməsi, özəlləşmənin kənd təsərrüfatında başa çatdırılması və sahibkarlığın inkişafına göstərilən dövlət himayəsi son illərdə kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına öz təsirini göstərir.

Bu iqtisadi rayonun kompleks inkişafında nəqliyyat sistemi əhəmiyyətli rol oynayır. Rayon Azərbaycanı Gürcüstan və Qara Dənizin Sahilləri ilə birləşdirən Bakı-Tbilisi dəmir yolu və avtomobil yolları üzərində yerləşir. Mərkəzi hissədən keçən dəmir yolu Daşkəsənin filiz mədənləri ilə Quşçu körpüsü və ayrı-ayrı dəmiryol stansiyaları arasında asma kanat yolu iqtisadi inkişafda əhəmiyyətli rola malikdir. Bakı-Supsa, Bakı-Ceyhan neft kəmərlərinin bu ərazidən keçməsi iqtisadi rayonun əhəmiyyətini bir daha artırmışdır.

Şəki-Zaqatala iqtisadi rayonunda relyefin müxtəlifliyi, yağıntının bolluğu, əlverişli iqlim şəraiti kənd təsərrüfatının bütün sahələrinin inkişafına öz təsirini göstərmişdir. Alazan-Həftəran vadisində və Acı-Nohur ərazilərində kənd təsərrüfatı məhsulları istehsalı Balakən, Katex, Paja, Gümrük, Şin, Qaraça, Kiş, Mazım çaylar şəbəkəsini əmələ gətirərək, regionun su problemlərinin həllində mühüm rol oynayır. Gələcəkdə bu dağ çaylarından enerji mənbəyi kimi istifadə edilməsi məqsədəmüvafiqdir.

Kənd təsərrüfatının inkişafı, təbii ehtiyatların mövcudluğu burada yeyinti və yüngül sənaye sahələrinin inkişafı üçün əlverişli şərait yaratmışdır. Şəkidə yeyinti kombinatı, Balakən, Qəbələ və Qaxda meyvə-tərəvəz konserv zavodları, Zaqatalada fındıq zavodu, çay fabriki, Şəkidə ət kombinatı fəaliyyət göstərmişdir. Hazırda həmin müəssisələrin özəlləşdirilərək fəaliyyəti bərpa edilmiş və yüksək keyfiyyətli məhsul buraxılışı həyata keçirilir.

Şəkidə (Nuxa) 1827-ci ildə tikilən ipək kombinatı bu iqtisadi rayon üçün böyük iqtisadi əhəmiyyətə malik olmaqla yüngül sənayenin əsasını qoymuş və respublika üzrə istehsal edilən ipəyin yarıdan çoxunu vermişdir. Burada Şəki, Qəbələ, Balakən və Zaqatala tütün fermentasiya fabrikləri, Şəki tikiş fabriki, Zaqatala ətriyyat-kosmetika fabriki fəaliyyət göstərir. İqtisadi rayonun ərazisində xeyli miqdarda əhəng və gil yataqları mövcuddur. Gələcəkdə bu kimi xammal mənbələrindən istifadə edilməsi böyük iqtisadi əhəmiyyətə malik olacaqdır.

1995-ci ildən başlayaraq özəlləşdirmənin başa çatması və sahibkarlığın inkişafına dövlət himayəsi nəticəsində sənaye sahələrinin inkişafında irəliləyişlər hiss olunmaqdadır. 1985-ci ilədək nəqliyyat infrastrukturu aşağı səviyyədə olmaqla, yükdaşımalarda yalnız avtomobil yollarından istifadə edilirdi. Lakin 1985-ci ildə çəkilişi başa çatdırılan, 162 km uzunluğunda olan və iqtisadi rayonun bütün bölgələrini əhatə edən Yevlax-Balakən dəmir yolu iqtisadiyyatın inkişaf etdirilməsində böyük əhəmiyyətə malik olmuşdur.

Naxçıvan iqtisadi rayonuna Naxçıvan Muxtar Respublikasının tabeliyində olan Naxçıvan, Babək, Culfa, Ordubad, Şahbuz, Şərur, Kəngərli və Sədərək inzibati rayonlarının əraziləri daxildir. İqtisadi rayonun ərazisinin şimal və şərq hissələri Ermənistanla, cənub hissəsi 163 km məsafədə İran-İslam Respublikası ilə və qərbdə 11 km məsafədə Türkiyə ilə həmsərhəddir. Burada iqtisadiyyatın əsasını kənd təsərrüfatı məhsulları istehsalı, yeyinti sənayesi və yerli xammal mənbələrinə əsaslanan istehsal sahələri təşkil edir. Bu iqtisadi rayonda kənd təsərrüfatının bütün sahələri inkişaf etdirilmişdir Vayxır su anbarının tikilməsi burada suvarılan sahələrin genişləndirilməsinə və kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına səbəb olmuşdur. Burada kənd təsərrüfatı məhsulları istehsalının. əsasını bitkiçilik və heyvandarlıq məhsulları istehsalı təşkil edir. Son illərdə görülən tədbirlər sayəsində suvarılmayan sahələrin bir qismi su ilə təmin edilmişdir. Nəticədə məhsul istehsalının həcmi 1,8 dəfə artmışdır.

İstehsal amillərinin zənginliyi Naxçıvan iqtisadi rayonunun istehsal infrastrukturunun formalaşmasına öz təsirini göstərir. Lakin iqtisadi sistemin dəyişməsi, erməni işğalçıları ilə aparılan müharibə, blokada vəziyyəti və maliyyə çatışmazlıqları hələlik bu sahələrdən istifadəni ləngitmişdir. Belə ki, mövcud sənaye obyektlərinin çoxu, xammalın olmaması və istehsal infrastrukturunun inkişafının aşağı səviyyəsi ilə əlaqədar tam gücü ilə işləmir. Onların fəaliyyətinin bərpası üçün görüləcək iqtisadi tədbirlərlə yanaşı istehsal infrastrukturlarının inkişafı istiqamətləri də müəyyənləşdirilməkdədir.

Naxçıvan iqtisadi rayonunun inkişafında nəqliyyat sistemi əsas rol oynayır. Lakin Azərbaycanın digər regionlarına və Bakıya gələn yollar, Ermənistanın blokada səbəbindən kəsildiyindən bu məqsədlə İran və Türkiyəyə gedən yollardan istifadə edilir. Hazırda həmin yollar böyük iqtisadi əhəmiyyətə malikdir. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, görülən quruculuq işlərinin nəticəsi olaraq son illər Muxtar Respublika üzrə sənaye və kənd təsərrüfatının inkişafında mühüm nailiyyətlər əldə olunmuşdur. Ötən illərlə müqayisədə məhsul istehsalının həcmi artmış, enerji, nəqliyyat, rabitə və su təchizatının inkişafı sahəsində xeyli işlər görülmüşdür. Son illərdə rabitə sahəsində müasir tipli avtomat telefon stansiyalarının səmərəli fəaliyyəti, mobil telefon rabitəsinin aparıcı sahəyə çevrilməsi, internet şəbəkəsinin inkişafı sahəsində mühüm müsbət nəticələr əldə edilmişdir.

Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında suvarma və içməli su mənbələrinin yaradılması, artezian quyularının qazılması təmin edilmişdir.

Aparılan tədqiqatlardan zamanı məlum oldu ki, son illərdə kənd təsərrüfatının istehsal infrastrukturunda yaranmış olan problemlər aşağıdakı səbəblərdən irəli gəlmişdir:

- ölkənin müharibə vəziyyəti və ərazinin 20%-nin işğal altında olması;

- regionlarda kənd təsərrüfatı sahələrinin və ona uyğun infrastrukturun bazarın tələbləri əsasında yenidən qurulmaması;

- kənd təsərrüfatında maşın, mexanizm, avadanlıq və ehtiyat hissələrinin çatışmaması;

- fiziki və mənəvi aşınma, müasir texnologiyanın tətbiqi ilə əlaqədar innovasiya və maliyyə problemləri;


  • institutsional və iqtisadi islahatların vəhdətinin təminatı çətinlikləri və s.

Göründüyü kimi son illərə qədər Azərbaycanın iqtisadi rayonlarında istehsal infrastrukturları analoji iqtisadi problemlərlə üzləşərək yüksək səviyyədə fəaliyyət göstərmək imkanlarına malik olmamışlar. Regionların inkişafında mövcud olan problemlərin bir-biri ilə sıx əlaqədar olması onların sistemli həllini tələb edir. Buna görə də regionların potensialından daha səmərəli istifadəni, onların əlaqələndirilməsini təmin etməklə ümumilikdə ölkədə sosial-iqtisadi inkişafa nail olmaq üçün proqram - məqsədli yanaşmaya və regional inkişaf proqramlarına üstünlük verilir.

Azərbaycan Respublikası regionlarının mövcud potensialından səmərəli istifadə etməklə onların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsini və tarazlığın təmin olunması prioritet istiqamətdir. Respublikanın iqtisadi rayonlarında tarazlı sosial-iqtisadi inkişafın təmin olunması və kənd təsərrüfatının istehsal infrastrukturu sahəsində yaranmış problemlərin aradan qaldırılması üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur.

- regionlarda kənd təsərrüfatının istehsal infrastrukturlarının prioritet sahələrinin müəyyən edilməsi və həmin sahələrə maliyyə vəsaitinin ayrılması mexanizminin təkmilləşdirilməsi;

- kənd təsərrüfatında istehsal infrastrukturunun inkişafı məqsədilə investisiyaların fəal cəlb edilməsi, bununla bərabər həmin ərazilərdə yeni texnikanın, müasir texnologiyaların geniş tətbiqi;

- regionlarda mövcud olan aqrar sənaye sahələrinin günün tələblərinə uyğun yenidən qurulması və istehsal gücünün artırılması; fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlıqların, dəzgahların yeniləri ilə əvəz edilməsi və əlavə istehsal sahələrinin yaradılması;

- regionlarda müasir tipli elektrik stansiyaların, yolların, kommunikasiya xəttlərinin və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması və inkişafı layihələrinin həyata keçirilməsi;

- kənd yerlərində istehsal infrastrukturu obyektlərinin idarə olunmasında bələdiyyələrin rolunun artırılması; istehsal infrastrukturunun aqrar sahədə iqtisadi-ekoloji baxımdan müasir tələblərə uyğunlaşdırılması.

Regionlarda istehsal infrastrukturunun mövcud problemlərinin aradan qaldırılması və «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)» çərçivəsində nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi, 2009-2013-cü illər üzrə müvafiq proqramın icrası ölkənin iqtisadi inkişafında, əhalinin məşğulluğunun artırılması və rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin