İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq



Yüklə 324,66 Kb.
səhifə52/86
tarix25.04.2023
ölçüsü324,66 Kb.
#102551
1   ...   48   49   50   51   52   53   54   55   ...   86
stehlak i davrani inin idar edilm si m vzu stehlak t may ll

Subaylar. Əksər hallarda bu yaşı 30-35 qədər olan, ya valideynlərin ayrı ya da ki, valideynləri ilə birlikdə yaşayan gənc insanlar və qızlardır. Valideynləri ilə birlikdə yaşayanların istehlakçı üstünlükləri özlərinə qulluq üzrə vasitələr, əyləncə, istirahət predmetləri üzərində cəmlənmişdir. Öz növbısində, valideynlərindən ayrı yaşayan gənc insanlar isə daha çox ev təyinatı olan predmetlərə (məişət texnikası, bebellərə) üstünlük verirlər.
Uşaqsız olan gənc ailələr. Birinci mərhələdən olan gənc insanlar toy haqqında qərar qəbul etdikdə onlar ailə olurlar. Gəlirləri ikiqat artır. Uşaqlarının olmaması onlara ev rahatlığının qurulmasına, daha bahalı geyim predmetlərinin alınmasına daha çox pul vəsaitləri sərf etməyə imkan verir. Bir qayda olaraq, bu mərhələdə ailələrin bir çoxu xaricdə istirahət, səyahət barədə qərarlar qəbul edirlər.
«Dolu yuva 1». Uşaqlarının yaşı 6-ya qədər olan gənc ailələrdir. İstehlakçı davranışında üstünlükləri uşaq üçün pal-paltar, uşaq qidası məhsulları üzərində cəmlənmişdir. Pul vasitələrinin böyük hissəsi uşağa yönəlir. Istirahəti uşağa qulluq əvəz edir.
«Dolu yuva 2». Valideynlərin 35-60, uşaqların isə yaş seqmentinin 6 yaşdan yuxarı olduğu ailələrdir. Bu mərhələdə daha tez-tez yeniyetmə paltarları, saqqız, velosipedlər, idman malları alınır. Uşaq idman düşərgələrinə və istirahət düşərgələrinə göndərişlər daha çox yayılmışdır.
«Boş yuva 1». Buraya uşağı olmayan və ya olmasını istəməyən orta yaşlı insanlar, eləcə də təkrar nikaha daxil olan insanlar aid edilir ki, onların əvvəlki nikahdan olan uşaqları valideynləri ilə yaşamır. Vaxta qənaət etdirən məişət xidmətlərindən istifadə edirlər.
«Boş yuva 2». Buraya yaşlı ailə cütlükləri aid edilir. Ev təsərrüfatı başçısının yaşı 64-dən çoxdur, işləməyə davam etmək imkanına malikdir, lakin əksər hallarda ər-arvad təqaüdə çıxamağa üstünlük verirlər. Tibbi xidmətlər, dərmanlar, yaşayış şərtləri, qidalanma sahəsində təlabatlar yaranır. Bu qrup kifayət qədər zamana malikdir, lakin ödəniş qabiliyyəti aşağıdır.
Tənha valideyn 2: uşaqları ilə evdə yaşayan tək valideyn. Qrupu 35-64 yaşına qədər olan, əsasən 8 yaşdan böyük uşaqları ilə yaşayan tək valideynlər təşkil edirlər.
Təqaüdçülər. Tibbi xidmətlər, istirahət sahəsində yüksəl tələbata malik olurlar. Əksər hallarda həyat yoldaşlarından birinin vəfat etməsi səbəbindən tənha qalırlar.

Yüklə 324,66 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin