Mühazirə 3.
İDARƏETMƏDƏ QƏRAR QƏBULETMƏ MODELLƏRİ
Plan:
3.1. İdarəetmə qərarların qəbulunun əsas modelləri və reallaşdırma formaları
3.2. Qərar qəbulu məsələsinin formal modeli
3.1. İdarəetmə qərarların qəbulunun əsas modelləri və reallaşdırma formaları
Müasir idarəetmə texnologiyasında idarəetmə qərarlarının qəbulunun müxtəlif modellərindən istifadə edilir. Onlardan aşağıdakılar əsas sayılırlar:
-idarəetmə nəzəriyyəsinə əsaslanan model;
-Korneqi modeli;
-qərar qəbulunun inkremental prosesinin modeli;
-“zibil qutusu” modeli
Bu modellər çərçivəsində idarəetmə qərarların qəbulunun əsas mərhələlərinin təyinində və onun reallaşdırılmasında müxtəlif yanaşmaları ayırırlar. Bəzi modellərdə qərar qəbulunu beş mərhələyə bölürlər, lakin bu mərhələlər müxtəlif cür adlandırılır. Bəzi müəlliflər altı, bəziləri isə səkkiz mərhələ təklif edirlər (biz də yuxarıda qərar qəbulunu səkkiz mərhələyə ayırmışıq). İnkrimental proses modelində idarəetmə qərarlarının qəbulunda üç fazanı ayırırlar.
Bütün bunlarla yanaşı nəzərə almaq lazımdır ki, idarəetmə qərarlarının yaradılması adətən iki istiqamətdən biri üzrə aparılır:
-müəssisə üçün mövcud olan hazır qərarlar toplusunda alternativin axtarışı prosedurundan istifadə edilməsi ;
-kliyentə yönəlmiş idarəetmə qərarının layihələndirilməsi.
Bu istiqamətlər əsasında qərar qəbulu prosedurunun müxtəlif mərhələlərə bölünməsini aparmaq məsləhət görülür.Bir çox mənbələrdə idarəetmə qərarının hazırlanması və reallaşdırılmasının beş mərhələ üzrə aparılması optimal hesab olunur [2]:
-İlkin mərhələ: problem situasiyasının müəyyənləşdirilməsi və həllin məqsədinin təyini;
-İnformasiya mərhələsi: problem üzrə informasiyanın toplanması, emalı və analizi, həmçinin həm rəhbərdən, həm də konkret situasiyadan asılı olan məhdudluqların təyini;
-Qərarın hazırlanması və qəbulu mərhələsi:bu zaman alternativ qərarlar hazırlanır və qəbul olunmuş kriterilər üzrə onlar qiymətləndirilir və son qərar seçilir.
Qeyd edək ki, idarəetmə fəaliyyətində əsas çatışmazlıq qərarın yaxşı olmaması deyil, qərarın ümumiyyətlə olmaması hesab edilir. Pis qərarı müzakirə edib, yaxşılaşdırmaq olar. Qərarın olmaması isə vəziyyəti xeyli çətinləşdirir.
Reallaşdırılan idarəetmə qərarları rəhbərin idarəetmə təcrübəsini xarakterizə edir. Hər bir uğursuz qərar yeni biliklər və yeni informasiya verir. Mümkün səhvlərə baxmayaraq QQŞ problemin həlli yolunda sona qədər getməlidir.
Qəbul edilən qərarın keyfiyyəti təfəkkürün dərinliyindən, genişliyindən,çevikliyindən və tezliyindən asılıdır.Son qərar qəbul edildikdən sonra o, uyğun səviyyələrdə təsdiq olunmalıdır. Çox vaxt bu prosedur formal xarakter daşıyır, çünki qəbul edilən qərarın nəticəsinə məsuliyyət QQS-in üzərinə düşür. Lakin bəzi hallarda bu səviyyədə qərara müəyyən dəyişikliklər edilə bilər.
Dostları ilə paylaş: |