İstifadə olunan ixtisarların siyahısı


Mühazirə 2. Qərar qəbulu prosesinin prinsipləri və metodları



Yüklə 388,52 Kb.
səhifə8/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   ...   4   5   6   7   8   9   10   11   ...   91
C fakepathMuhazireler

Mühazirə 2.

Qərar qəbulu prosesinin prinsipləri və metodları



2.1. Qərar qəbulu prosesi

2.2. Qərar qəbulu prosesinin əsas prinsipləri və mərhələləri

2.3. Qərar qəbulunun metodları
2.1. Qərar qəbulu prosesi
Qərar hər hansı problemin həlli məqsədilə qəbul edilir.Problemin həll prosesi üç pillədən ibarət olur (şəkil 1.1).

Qərar haqqında məlumat Qərarın reallaşdırılmasının




Qərar qəbulu

Nəticələrin qiymətləndirilməsi

Qərarın reallaşdırılması
nəticələri






Əks əlaqə

Şəkil 2.1.Problemin həll prosesinin pillələri

1-ci pillə-qərar qəbulu-texnoloji baxımdan müəyyən mərhələlərin və proseduraların ardıcıllığından ibarət proses kimi təsvir edilə bilər. Mərhələlər və proseduralar arasında iterativ dövri xarakterli asılılıqlar var. Qərar qəbulu prosesinin elementlərinin yerinə yetirilməsində iterasiyalar sonrakı prosedurların icrasından sonra verilənlərin dəqiqləşdirilməsi və təshih edilməsi tələb olunur.

İnformasiya nöqteyi-nəzərindən qərar qəbulu prosesində qeyri-müəyyənliyin azalması baş verir. Problem situasiyasının formalaşdırılması “nə etməli?” sualını qarşıya qoyur. Prosedurların ardıcıl yerinə yetirilməsi bu suala “nə və necə etmək lazımdır” cavabının formalaşdırılmasına gətirib çıxarır.

Qərarların qəbulu proseduraları qeyri-formal olaraq QQŞ-in və ekspertlərin təfəkkürü ilə və formal vasitələrdən–riyazi metodlardan və kompyuterdən istifadə etməklə yerinə yetirilə bilər.Formal prosedurlar qərarların variantlarını analiz etmək, lazım olan resursları qiymətləndirmək, qərar variantlarının sayını azaltmaq məqsədilə müəyyən alqoritmlərlə hesablamalar aparmaqla reallaşdırılır. Formal prosedurların icrası QQŞ, ekspertlər , texniki personal və texniki vasitələr tərəfindən yerinə yetirilir.

Qərar qəbulu prosesinin formal və qeyri-formal prosedurlarının məntiqi nizamlanmış toplusu kimi təsviri bu prosesin texnoloji sxeminin təsviri deməkdir. Bu cür təsvir qərar qəbulu prosesini struktur nizamlamağa və prosesin informasiya modelini qurmağa imkan verir.İnformasiya modeli əsasında tələb olunan informasiyanın toplanması, emalı və saxlanması səmərəli təşkil olunur.

Qərarların qəbulu prosesi məsələnin qoyuluşu, qərarlarların formalaşdırılması və optimal qərarın seçilməsini özündə birləşdirir. Məsələnin qoyuluşu zamanı aşağıdakı suallara cavab verilməlidir:hansı problemi və hansı şərtlərlə həll etmək lazımdır? nə vaxt həll etmək lazımdır? hansı vasitələrlə problem həll olunacaq?

Problem iki situasiyada yarana bilər: yeni çətinliklər situasiyasıyeni imkanlar situasiyası.Yeni çətinliklər situasiyası, adətən, obyektin qarşıya qoyulan məqsədə çatması üçün planlaşdırılan trayektoriyadan kənara çıxması ilə bağlı olur. Bu situasiyada problemin duzgun qoyuluşu və formalaşdırılması vacib əhəmiyyət kəsb edir. Bu problemlərə elmi, istehsalat, texniki və s. problemlər aiddir.

Yeni imkanlar situasiyası əsasən elmi-texniki tərəqqi ilə yaranır, belə ki, elmin, texnukanın və texnologiyanın nailiyyətləri əməyin təşkilinin , istehsalatın və idarəetmənin təkmilləşdirilməsi üçün yeni imkanlar yaradır.

Problem situasiyasının məyyənləşdirilməsi və təsviri zamanı yaranan problemin ilkin səbəbləri və ilkin mənbələri təyin edilməlidir. Bu isə böyük həcmdə informasiyanın toplanmasını və dərindən analizini tələb edir.

Vaxt nöqteyi –nəzərindən nəzərə almaq lazımdır ki, iqtisadiyyatda bütün idarəetmə qərarları “seytnot” vəziyyətdə qəbul edilir, yəni qərar qəbulu üçün problem situasiyası haqqında bütün biliklərdən və informasiyadan tam istifadə edilməsinə lazım olan vaxtdan az vaxt ayrılır. Bu faktor qəbul edilən qərarların keyfiyyətini aşağı sala bilər, çünki bu halda bütün alternativ variantlara baxmaq mümkün olmur. Odur ki, problem situasiyasının vaxtında aşkarlanması böyük rol oynayır.İdarəetmə qərarlarını problemin yaranmasının ilkin mərhələsində qəbul etmək lazımdır.

Qərar qəbulu üçün tələb olunan resursları (ekspertlər,eksperimental baza, sənədləşdirmə və digər informasiya mənbələri) təyin etmək və onları mövcud imkanlarla müqayisə etmək də vacib əhəmiyyət kəsb edir.

Qərarların formalaşdırılması zamanı aşağıdakı prosedurlar yerinə yetirilir: problem situasiyasının analizi, hipotetik situasiyaların formalaşdırılması, məqsədlərin formalaşdırılması, məhdudluqların təyini, qərarların generasiyası, qərarların üstünlük dərəcələrinin qiymətləndirilməsi. Bu prosedurlar haqqında ətraflı məlumat sonrakı paraqrafda verilir.

Qərarın seçilməsi aşağıdakı prosedurların icrasını nəzərdə tutur:mümkün qərarların təyini , qərarın seçim kriterilərinin formalaşdırılması,səmərəli qərarların təyini, vahid (son) qərarın seçilməsi.Bu prosedurlar haqqında da ətraflı məlumat sonrakı paraqrafda verilir.

Son qərarın seçimi fərdi QQŞ tərəfindən onun təklif etdiyi kriterilər əsasında, qrup QQŞ –də isə hesablanılan qrup üstünlük dərəcəsi əsasında aparılır.

İstənilən alternativin reallaşdırılması müəyyən mənfi aspektlərlə bağlı olur, odur ki, qeyd edildiyi kimi, bütün vacib idarəetmə qərarları kompromislə xarakterizə olunurlar.

Son qərar – daha məqbul ümumi nəticələr verən alternativ olur. Baxılan sxem qərar qəbulunun real prosesini sadə formada əks etdirir. Əslində isə bu proses daha mürəkkəb olub, həmişə göstərilən sxemlə icra olunmur. Məsələn, alternativ qərarlar çoxluğunun generasiyası zamanı QQŞ eyni vaxtda məhdudluqları və ya onların bir hissəsini nəzərə ala bilər və bu çoxluğa məhdudluqlara cavab verməyən qərarları daxil etməyə bilər. Real proses prosedurların paralel yerinə yetirilməsinə imkan verir. Bundan əlavə, bu və ya digər prosedurun icrası zamanı yeni informasiya verən nəticələr alınır, odur ki, əvvəlki prosedurlara düzəlişlər və əlavələr etmək, yəni onları təkrarlamaq zəruriyyəti yaranır. Qeyd edilənlər onu göstərir ki, təqdim edilən sxemi qərar qəbulu prosesində prosedurların yerinə yetirilmə ardıcıllığının dəqiq və dəyişilməz təsviri kimi qəbul etmək olmaz. Bu sxem əsasən qərarların formalaşdırılması və seçimi zamanı QQŞ-in hərəkətlərinin səmərəli ardıcıllığını ifadə edir.


Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin