"Bədii məktəb" çox vaxt cərəyanın əyalət və ya milli xüsusiyyətlərə görə bölgüsünü bildirir. Məsələn, İntibah dövründə "Roma məktəbi", "Venesiya məktəbi", "Florensiya məktəbi", orta əsrlərdə Rusiyada "Novqorod məktəbi", Azərbaycanda "Molla Nəsrəddinçilər məktəbi" və s.
"Bədii qol" isə elə bədii hərəkata deyilir ki, burada sənətkarları nəinki müəyyən milli və tarixi şərait və onlara yaxın olan məşhur sənətkarların birləşdiyi qrup yaxınlaşdırır, bunlar həm də incəsənətin eyni növündə çalışaraq, qarşılarında olan bədii məsələlərin həlli yollarını daha konkret anlayırlar. Bu yaxınlıq hətta "bədii dilin" oxşar olması ilə də ifadə olunur. XX əsrdə Rusiyada "Qüdrətli dəstə" bəstəkarları, "Səyyar rəssamlar", Fransa kinosunda "Yeni dalğa", XX əsrin 20-ci illərində sovet yazıçılarının, rəssamlarının və bəstəkarlarının müxtəlif yaradıcılıq birlikləri buna misaldır.
Ədəbiyyat: 1. Şahhüseynova S. Estetika. B., 2015.
2. Şahhüseynova S. Etika. B., 2009.