Iv blok mövzu 1 İNCƏSƏNƏt və İCTİMAİ ŞÜurun diGƏr formalari



Yüklə 264,99 Kb.
səhifə5/10
tarix07.01.2024
ölçüsü264,99 Kb.
#209140
1   2   3   4   5   6   7   8   9   10
4 blok

Həyatın mənası problemi insandan asılı olmayaraq mövcuddur. Həyatın mənası və həyatın məqsədi anlayışları bir-biri ilə sıx bağlı olsa da eyniyyət təşkil etmir. Həyatın mənası – insanın istəyindən asılı olmayaraq obyektiv şəkildə mövcuddur. Həyatın məqsədi – daxili, şəxsi və konkret olub, insanın özü tərəfindən qoyulur. Bu, hər hansı peşəyə yiyələnmə, konkret bir işdə hansısa nəticəni əldə etmə və s. ola bilər. İnsanın bütün həyatının məqsədi ayrı-ayrı konkret hissələrdən ibarət ola bilər. Bütün tələbatları birdən yerinə yetirmək mümkün deyil. Böyük və kiçik məqsədlər mövcuddur. Kiçik məqsədlər yaxın, bilavasitə, birgünlük olduğu halda, böyük məqsədlərə çatmaq üçün insan bəzən bütün ömrünü həsr etməli olur. Məsələn, dissertasiya müdafiə etmək, milyon dollar toplamaq, Amerikaya getmək, özü üçün ayrıca ev almaq və s. Bunlar məqsəd-ideallardır.
Həyatın mənası anlayışı sosial amillərlə yanaşı şəxsi həyatda baş verən bəzi hadisələrlə də bağlıdır. Bura yaxın adamların itirilməsi, şəxsi həyatdakı qəfil dəyişikliklər və s. aiddir.
Həyatının mənasız olduğunu dərk edən insan mənəvi cəhətdən sarsılır, əsəbləri pozulur.


Əxlaqi şüur və əxlaqi fəaliyyət
Antik etikanın diqqət mərkəzində, həmçinin, əxlaqi şüurun əsas anlayışlarından olan şəxsiyyətin mənəvi keyfiyyətləri dururdu ki, bunlar da «fəzilət» və «qəbahət» adlanır. «Fəzilət» dedikdə, müsbət əxlaqi keyfiyyətlər – əməksevərlik, təvazökarlıq, nəzakət, xeyirxahlıq, səmimilik, vicdan, düzlük, cəsarət, mərdlik, öz səhvini etiraf etmək, başqasının halına yanmaq və s., «qəbahət» dedikdə isə mənfi əxlaqi keyfiyyətlər – xainlik, yalançılıq, yaltaqlıq, namərdlik, paxıllıq, vəfasızlıq, kobudluq, qorxaqlıq, cəsarətsizlik, ikiüzlülük, riyakarlıq, şöhrətpərəstlik və s. nəzərdə tutulur.
Əxlaqi şüur fərdi və ictimai olur.
Fərdi əxlaqi şüur insanın daxili aləmi ilə əlaqədardır. Hələ antik dövrdə insanın daxili aləmini 3 hissəyə bölürdülər: ağıllı, hissiyatlı, iradəli. Bununla əlaqədar, fərdi əxlaqi şüurun 3 komponenti var: 1) ağıl; 2) hisslər; 3) iradə.
Ağıl – fərdi əxlaqi şüurun rasional tərəfi olub, xeyir, şər, borc, vicdan, ali sərvətlər haqqında təsəvvürlər, ideya və ya anlayışlardır. İnsanın mənəvi həyatında ağılın mühüm rol oynadığını hələ Sokrat və Platon da qeyd edirdilər.
Hisslər insanın həyatında mühüm rol oynayır. İnsan hissləri müxtəlifdir: aclıq, susuzluq, yuxusuzluq, sevinc, kədər, məhəbbət, nifrət, qısqanclıq, təəssüf, peşmançılıq, qəzəb, fərəh, utancaqlıq və s. Yalnız insanlara məxsus olan ali hisslər də mövcuddur ki, bunlara da zehni hisslər, estetik hisslər və əxlaqi hisslər aiddir.
Əxlaqi hisslər cəmiyyətdəki əxlaq normalarına bəslənən subyektiv münasibətdir. Müsbət əxlaqi hisslər mövcud cəmiyyətin birgəyaşayış qaydalarına uyğun, müəyyən davranış normalarına müvafiq hərəkət etməyə xidmət edir. İnsanda olan utancaqlıq, vicdan, məhəbbət və s. hisslər də xeyirxah əməllərin əsas törədicisidir. Mənfi əxlaqi hisslər insanı mövcud əxlaq normalarına uyğun hərəkət etməməyə, öz mənafeyini cəmiyyətin mənafeyindən üstün tutmağa vadar edir. Bəzən insan məhz nifrət, acıq, qibtə, qısqanclıq, özünəvurğunluq, şöhrətpərəstlik hissləri ucbatından zərərli hərəkətlər törədir. Öz hərəkətlərinin ictimai əxlaqa uyğun gəlmədiyini dərk edərək iztirab keçirən zaman insanda təəssüf, peşimançılıq, utancaqlıq, xəcalət və s. kimi əxlaqi hisslər yaranır.
İradə – əxlaqi şüurun üçüncü elementidir. Onun 2 əsas funksiyası var: 1) təhriketmə və 2) ləngitmə. Birincidə insan öz arzu və tələbatlarından imtina edərək, daha vacib olanı seçir (məsələn, özü istirahət etmək əvəzinə xəstəyə baş çəkməyə gedir). İkincidə insan öz dünyagörüşünə, əqidə və ideallarına uyğun gəlməyən işləri görməkdən şüurlu surətdə imtina edir.
İctimai əxlaqi şüur fərdi əxlaqi şüurla qarşılıqlı əlaqədə formalaşır. İctimai əxlaqi şüurun strukturuna gündəlik əxlaqi şüur və nəzəri əxlaqi şüur aiddir. Gündəlik əxlaqi şüur hələ ibtidai icma dövründə kortəbii şəkildə yaranaraq müxtəlif əxlaq problemləri, onların qiymətləndirilməsi, əxlaqi hisslərlə əlaqədar gündəlik mülahizələri ifadə edir.

Yüklə 264,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin