İxtisas: Amerikaşünaslıq Şöbə:Əyani Kurs: III qrup: 036 Tələbə: Moon Lee Kafedra: Həyat fəaliyyətinin təhlükəsizliyi Fərdi iş Kafedra müdiri



Yüklə 48,55 Kb.
səhifə2/8
tarix19.12.2022
ölçüsü48,55 Kb.
#76225
1   2   3   4   5   6   7   8
referat 2802

Dəri səthini mühafizə vasitələri - bədənin açıq sahələrini, paltarları, sursatı və ayaqqabıları onların səthinə ZM damcıları, yoluxucu xəstəliktörədiciləri, radioaktiv toz düşməsindən, həmçinin qismən də işıq şüalanmasının tə­sirin­dən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Bunlar tabel vasitələrinə (ümum­qo­şun mühafizə komplekti - OZK, yüngül mühafizə kostyumu L-1 və əlaltı vasitələr məişət paltarlarının ünsürləri) növlərinə ayrılır. Mühafizə prinsipinə görə tabel vasitələrinin süzücü (havakeçirən) və təcridedici (havakeçirməyən) növləri olur. Süzücü materialdan tikilən mühafizə paltarları ya həmişə, ya da vaxtaşırı istifadə üçündür. Belə paltarlar adi parçadan tikilib xüsusi kimyəvi məhlul hopdurulmuş geyimdən ibarətdir, Özünün sanitariya-gigiyenik xassələrinə görə belə paltarlar hər gün geyilmək üçün yararlıdır.Dərini mühafizə edən süzücü vasitələr-ə ZFO-58 markalı süzücü mühafizə paltarı komplekti (dəsti) aiddir: Bu paltar dəsti: xüsusi biçimli və xüsusi kimyəvi maddə - pasta məhlulu hopduruldulmuş parça kombinezondan, habelə kişi alt paltarından (tuman və köynək), parça şlemaltlıqdan, iki cüt portyankadan (ayağa sarınan parça zolaqları) ibarətdir ki, bunların bir cütünə də kombinezona hopdurulmuş pasta hopdurulur. Hopdurucu pasta məhlulu ya zəhərləyici maddə buxarlarını tutub saxlayan (adsorbsiya tipli), ya da bu buxarları neytrallaşdıran (xemosorbsiya tipli) kimyəvi maddələrdən ibarətdir. All paltarlar, şlemaltlıq və hopdurulmuş bir cüt portyanka adamın bədəninə kombinezonun sürtünməsinin və kombinezona hopdurulmuş məhlulun dərini qıcıqlandırmasının qarşısını almaq üçündür. Süzücü mühafizə paltarı komplektindəki kombinezonların ölçüləri: birinci ölçü - boyu 160 sm-ə qədər, ikinci ölçü - boyu 160 sm-dən 170 sm-ə qədər və üçüncü ölçü - boyu 170 sm-dən artıq olan üçündür.
Dərini təcridedici mühafizə vasitələri - havakeçirməyən materialdan hazırlanır, həm tam hermetik (adamın bütün bədənini örtüb ZM damcıları və buxarlarından qoruyan kostyum və kombinezonlar),həm də qismən, yaxud tamamilə qeyri-hermetik (plaşlar, bürünclər önlüklər və s.) ola bilər. Qismən qeyri-hermetik vasitələr (ümumqoşun mühafizə komplekti OZK, yüngül mühafizə komplekti L-1,mühafizə kombinezonu və ya kostyumu), əsasən maye damcıları halındakı ZM-dən mühafizə edir.Ümumqoşun mühafizə komplekti OZK - mühafizə plaşından mühafizə corablarından və mühafizə əlcəklərindən ibarətdir, adətən hopdurulmuş üst və alt paltarların üstündən geyilir. Yüngül mühafizə kostyumu L-l (şəkil 6.7) rezinləşdirilmiş parçadan hazırlanan başlıqlı köynəkdən, corablı şalvardan, ikibarmaqlı əlcəklərdən və şlemaltlıqdan ibarətdir.Tədricedici mühafizə vasitələri sırf MM dəstələrinin şəxsi heyəti üçün nəzərdə tutulmuşdur.Bunlardan ZM-in yüksek konsentrasiyası şəraitində zəhərli sahələrdə iş aparılarkən,habelə dezenfeksiya,dezaktivasiya işləri yerinə yetirilərkən istifadə olunur.Radioaktiv tozdan mühafizə olunmaq üçün əhali adi paltarları uyğunlaşdıra bilər.Bunları təmin etmək üçün onlara-sinəbənd,başlıq,şalvarın yanda düymələnən xişteklər tikmək lazımdır.Yadda saxlanılmalıdırki,bu paltarlarda qalmaq müddəti məhduddur.
Mövzu II

Yüklə 48,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin