İxtisas: Amerikaşünaslıq Şöbə:Əyani Kurs: III qrup: 036 Tələbə: Moon Lee Kafedra: Həyat fəaliyyətinin təhlükəsizliyi Fərdi iş Kafedra müdiri



Yüklə 48,55 Kb.
səhifə3/8
tarix19.12.2022
ölçüsü48,55 Kb.
#76225
1   2   3   4   5   6   7   8
referat 2802

Kütləvi qırğın silahları
Hal-hazırki dövrdə dünyanın ən öndə gələn dövlətləri öz hərbi gücünü artırmaq və daha da təkmilləşdirmək üçün kütləvi qırğın silahlarına xüsusi önəm verir.Beləki,nüvə silahları,kimyəvi silahlar və bioloji silahlar digər silahlara nisbətən öz gücünə görə müasir dövrümüzün ən təhlükəli silahları hesab olunur.Nüvə silahının bəzi xüsusiyyətləri nəzərə alınaraq,ondan ancaq döyüş zonalarında istifadə olunur.Nüvə silahı - məlum olan digər kütləvi qırğın silahlarına görə güclü zədə- ləmə xassəsinə malikdir. Nüvə silahında müxtəlif nüvə reaksiyaları nəticəsində ayrı- lan enerjidən istifadə olunur.Nüvə silahının partlayış gücü trotil ekvivalenti ilə xarakterizə edilir. Trotil ekvivalent-partlayış enerjisi bu nüvə sursatının partlaması nəticəsində alınan enerjiyə bərabər (ekvivalent) adi partladıcı maddənin (trotilin) tonla miq- darına deyilir. Müxtəlif nüvə sursatlarının gücü bir neçə milyon tona (meqatona) qədər olur. Nüvə partlayışı həm zədələyici təsirinin gücünə, həm də müxtəlif amillərin zərərli təsirinə görə adi döyüş sursatlarından fərqlənir. Nüvə silahı ilk dəfə 1945-ci ilin avqustunda ABŞ tərəfindən Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində tətbiq olunmuşdur. Nüvə silahını hədəfə çatdırmaq üçün müxtəlif növlü raketlərdən, təyyarələrdən, sualtı qayıqlardan, gəmilərdən, habelə artilleriya toplarından istifadə etmək mümkündür. Tətbiq məqsədindən və basqın hədəfinin xarakterindən asılı olaraq nüvə silahı kosmosda, havada, yerdə, yeraltında, suda və sualtında partladıla bilər.Nüvə partlayışı nəticəsində 5 cür zərərli təsir meydana çıxır. Bunlara nüvə partlayışının zədələyici amilləri deyilir. Bunlar aşağıdakılardır: zərbə dalğası; işıq şüalanması; nüfuzedici radiasiya; yerin radioaktiv zəhərlənməsi və elektromaqnit impulsu. Nüvə partlayışı enerjisinin təqribən 50%-i zərbə dalğasının, 35%-i işıq şüalanmasının, 4%-i nüfuzedici radiasiyanın, 10%-i yerin radioaktiv zəhərlənməsinin və 1%-i elektromaqnit impulsunun yaranmasına sərf olunur. İndi isə nüvə silahının zədələyici amillərini nəzərdən keçirək.

Yüklə 48,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin