İxtisas: Amerikaşünaslıq Şöbə:Əyani Kurs: III qrup: 036 Tələbə: Moon Lee Kafedra: Həyat fəaliyyətinin təhlükəsizliyi Fərdi iş Kafedra müdiri



Yüklə 48,55 Kb.
səhifə5/8
tarix19.12.2022
ölçüsü48,55 Kb.
#76225
1   2   3   4   5   6   7   8
referat 2802

Nüfuzedici radiasiya - nüvə partlayışı anında qəza partlayış yerindən ətrafa yayılan, gözə görünməyən y - şüalar və neytron selindən ibarətdir.Nüfuzedici radiasiyanın təsiri ondan ibarətdir ki, qamma-şüalar və neytronlar canlı toxumaların molekullarını ionlaşdırır. Bu isə insan və heyvan orqanizmində maddələr mübadiləsinin pozulmasına, hüceyrələrin və müxtəlif üzvlərin həyat fəaliyyətinin dəyişməsinə, yoluxucu xəstəliklərə qarşı orqanizmin mübarizə qabiliyyətinin zəifləməsinə səbəb olur. Şüa alan adam bunu hiss etmir. Xəstəliyin əlamətləri müəyyən müddətdən sonra aşkara çıxır, xəstəliyin gedişi orqanizmin aldığı şüanın dozasından asılı olur.Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndirilir və Qrey (Qr), rentgen (R), rad ölçü vahidləri ilə ölçülür: 1 qr = 100 rad; 1 r = 0,95 rad.
Müxtəlif sıx və qalın materiallardan keçərkən nüfuzedici radiasiyanın təsiri zəifləyir. Məsələn, poladın -2,7 sm, betonun -10 sm, (torpağın -14 sm, suyun -23 sm, ağacın -30 sm qalınlığı nüfuzedici radiasiyanı 2 dəfə zəiflədir (bunlara yarımzəiflətmə qatı deyilir). Nüfuzedici radiasiyadan mühafizə məhz materialların bu xüsusiyyətinə əsaslanır. Belə ki, radiasiya dozasını üstü örtülmüş xəndək 40 dəfə, mühafizə üçün uyğunlaşdırılmış zirzəmi 400 dəfə zəiflədir. Neytron seli tərkibində hidrogen olan maddələrdə (suda, parafində, betonda) daha çox zəifləyir.
Radioaktiv zəhərlənmə - yerdə nüvə partlayışı baş verdikdən sonrakı anlarda radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə buxara və tüstüyə bürünərək hündürə qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir. Hündürə qalxan hava axınları yerdən toz-torpağı göyə qaldırıb onları radioaktiv buludla birlikdə aparır.Yuxarı qalxan toz-torpaq radioaktivləşir. İri toz buludlarının bir hissəsi bilavasitə partlayış rayonunda yerə çökür. Qalan hissəcikləri isə buludun tərkibində qalıb hava axınları vasitəsilə partlayış mərkəzindən kilometrlərlə məsafələrə aparılır. Radioaktiv zəhərlənmənin dərəcəsi - partlayışın növündən və gücündən, partlayışdan sonra keçən müddətdən, partlayış mərkəzinə qədər olan məsafədən, meteoroloji şəraitdən, yerin relyefindən asılı olur.Radioaktiv zəhərlənməyə məruz qalmış ərazi (radioaktiv zəhərlənmiş izi) formaca ellipsə bənzəyir. Zəhərlənmənin gücünə görə radioaktiv zəhərlənmə zolağını adətən dörd zonaya ayırırlar; çox təhlükəli, təhlükəli, güclü və mülayim (zəif) zəhərlənmə zonaları. Əgər zəhərlənmə izini en kəsimi üzrə götürsək, radiasiyanın səviyyəsi izin kənar hüdudundan mərkəzə tərəf artmağa başlayır və izin oxunda maksimum dərəcəyə çatır.Adamları radioaktiv zəhərlənmələrdən mühafizə etmək üçün onları ümumi xarici şüalanmadan qorumaq, həm də radioaktiv maddələrin dəri səthinə, burunun, gözlərin selikli qişalarına düşməsinin və hava, ərzaq, su ilə orqanizmə keçməsinin qarşısını almaq lazımdır. Bu məqsədlə radiasiya əleyhinə daldalanacaqlardan, sığınacaqlardan istifadə olunur. Fərdi mühafizə vasitələri (əleyhqaz, respirator, tozdan qoruyan parça maska, habelə pambıqlı tənzif sarğı) tənəffüs üzvlərini zəhərlənmədən etibarlı surətdə qoruyur. Bədənin səthini adi paltarlarla da mühafizə etmək mümkündür.

Yüklə 48,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin