İxtisas: Amerikaşünaslıq Şöbə:Əyani Kurs: III qrup: 036 Tələbə: Moon Lee Kafedra: Həyat fəaliyyətinin təhlükəsizliyi Fərdi iş Kafedra müdiri



Yüklə 48,55 Kb.
səhifə4/8
tarix19.12.2022
ölçüsü48,55 Kb.
#76225
1   2   3   4   5   6   7   8
referat 2802

Zərbə dalğası- partlayış mərkəzindən hər tərəfə çox yüksək (səsdən iti) sürət lə yayılan çox güclü sıxılmış hava (torpaq və su) qatından ibarətdir.Proses belə baş verir:nüvə partlayışından elə ilk andan etibarən havada şar şəkilli işıq sahəsi əmələ gəlir.Əmələ gəlmiş şarın daxilində məhsulların istiliyi 10 mln dərəcəyə,təyziqi isə 1 mlrd atmosferə çatır.Buna görə də şarı əhatə edən hava sərhəddində təyziq və tempraturun kəskin fərqi əmələ gəlir.Partlayış məhsulları şarın səthindən ətrafa yayılmağa başlayır və havada zərba dalğası yaranır. Zərbə dalğasının zədələyici təsirini xarakterizə edən əsas parametrlər dalğanın ön həddindəki (cəbhəsindəki) izafi təzyiq, dalğanın sürət təzyiqi və izafi təzyiqin təsir müddətidir.İzafi təzyiq - yaranmış maksimal təzyiq ilə zərbə dalğasından əvvəlki normal atmosfer təzyiqinin fərqinə bərabərdir. Zərbə dalğasının zədələyici təsiri sursatın gücündən, partlayışın növündən və partlayış mərkəzindən (episentrədək) olan məsafədən, yerin relyefindən və s. asılı olur. Məsələn, 20 kilotonluq (kt) nüvə zərbə dalğası 1 km məsafəyə - 2 saniyə 2 km-ə - 5 saniyə, 3 km məsafəyə - 8 saniyə ərzində çatır; 3 meqatonluq partlayış zamanı isə bu müddətlər müvafiq surətdə 0,5; 2 ve 3 saniyə olur.Mühafizə olunmayan adamlar 0,2-0,4 kqq/sm2 (20-40 kPa) izafı təzyiq zamanı yüngül zədələnməyə, 0,4-0,6 kqq/sm2 (40-60 kPa) nəticəsində orta dərəcəli zədələnməyə, 0,6-1 kqq/sm2 (60-100 kPa) nəticəsində ağır dərəcəli zədələnməyə, 1 kqq/sm2 (100 kPa) artıq olan izafi təzyiq nəticəsində çox ağır dərəcəli zədələnməyə məruz qalırlar. Belə zədələnmələr adətən ölümlə nəticələnir. Nüvə silahından qorunmaq üçün düzəldilmiş sığınacaq və daldalanacaqlar adamları zərbə dalğasının təsirindən qoruyur. Bu məqsədlə xəndəkdən, yeraltı binalardan, habelə yerin relyefındən də (çala, dərə, meşə və s.) müəyyən dərəcədə istifadə etmək mümkündür. Zərbe dalğası özünün yayılması istiqamətində rast gəldiyi binaları və başqa yerüstü tikililəri dağıdır və zədələyir.
İşıq şüalanması - nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı gözə görünən, ultrabənövşəyi və infraqırmızı güclü şüalanma selidir. Təsir müddəti nüvə yükünün gücündən asılı olaraq 10-20 saniyə müddətində olur. İşıq şüalanmasının zədələyici təsiri işıq impulsundan, yəni işıq şüalarına nisbətən şaquli yerləşmiş səthin hər bir kvadrat santimetrinə bütün şüalanma ərzində düşən işıq enerjisinin miqdarından asılı olur. İşıq impulsunun ölçü vahidi olaraq kC/m2 və yaxud kal/sm2 qəbul edilmişdir. Müxtəlif sahələrdə yaranan işıq impulsunun kəmiyyəti nüvə partlayışının gücündən, növündən, məsafədən və hava şəraitindən asılı olur. Təsirinin qısa müddətinə baxmayaraq işıq şüalanması xeyli uzaq məsafələrdə bədənin açıq yerlərində yanmalara, gözlərin müvəqqəti və ya daimi korluğuna, müxtəlif materialların alovlanmasına, kömürləşməsinə və ya əriməsinə, yaşayış məntəqələrində, meşələrdə, mədənlərdə yanğınlara səbəb ola bilər. Məsələn, havada gücü 1 mln. tonluq nüvə partlayışı zamanı 4 kal/sm2 işıq impulsu 19 km; 10 kal/sm2- 15 km, 16 kal/sm2- 10 km məsafədə mövcud olur ki, nəticədə müvafiq surətdə bədənin açıq hissələrində yüngül (I dərəcəli), orta (II dərəcəli) və ağır (III dərəcəli) yanıqlar baş verə bilər. İşıq şüalanması qeyri-şəffaf materiallardan (divar, taxta, bi- na və s.) keçə bilmir. İşıq şüalanması yaşayış məntəqələrində, meşələrdə, tarlalar- da güclü yanğınlar törədə bilər. İşıq şüalanmasının təsiri meteoroloji şəraitdən çox asılı olur. Qatı duman, yağış və qar onun təsirini 10-20 dəfə zəiflədir. Sığınacaq və daldalanacaq işıq şüalanmasının təsirindən qorunmaq üçün ən etibarlı yerlərdir.

Yüklə 48,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin