İxtisas: Amerikaşünaslıq Şöbə:Əyani Kurs: III qrup: 036 Tələbə: Moon Lee Kafedra: Həyat fəaliyyətinin təhlükəsizliyi Fərdi iş Kafedra müdiri



Yüklə 48,55 Kb.
səhifə6/8
tarix19.12.2022
ölçüsü48,55 Kb.
#76225
1   2   3   4   5   6   7   8
referat 2802

Elektromaqnit impulsu - nüvə partlayışı anında ətrafa külli miqdarda qamma kvantlar və neytronlar yayılır. Bunlar ətraf mühitin atomları ilə qarşılıqlı təsirə qoşularaq elektromaqnit sahələri yaradır, nəticədə hava və ya yeraltı rabitə-kabel xətlərində, siqnal, elektrik xətlərində, radiostansiyaların antenalarında və s. qısa müddətli, lakin güclü cərəyan və gərginlik əmələ gətirir. Buna elektromaqnit impulsu deyilir. Elektromaqnit impulsları radio-elektron cihazlarını sıradan çıxarır, xarici xətlərə qoşulmuş elektrik qurğularının işini pozur. İmpulslar, həmçinin yarımkeçirici cihazları, qazboşalma, vakuum cihazlarını, kondensatorları da xarab edib sıradan çıxarır. Bu cihazlarla işləyən adamların təhlükəsizliyi üçün tədbir görülməyibsə elektromaqnit impulsu yüksək elektrik gərginliyi ilə adamları zədələyə bilər. Elektromaqnit impulsundan mühafizə vasitəsi kimi qoruyucu avtomat tərtibatlarından istifadə edilir (ildırımdan mühafizədə olduğu kimi).

Mövzu III
MM təbliğatının məzmunu və vəzifələri
Mülki müdafiənin təbliği, “Mülki Müdafiə” haqqında Azərbaycan Respublikasının 30 dekabr 1997-ci il 420-1Q saylı qanunu,Azərbaycan Respublikasının Prezidentinin “Mülki müdafiə” haqqında Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” 18 aprel 1998 tarixli 700 saylı Fərmanı və “Mülki müdafiə”haqqında Azərbaycan respublikasının qanununun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə” 15 iyul 2000 tarixli 375 saylı fərmanı ilə bu qanunun 11-ci maddəsinə edilən düzəlişlər nəzərə alınmaqla,Azərbaycan Respublikasında Mülki Müdafiənin hüquqi əsasını və prinsiplərini müəyyən etməklə yanaşı,mülki müdafiə sahəsində ictimai münasibətləri nizama salır.
Beləki,Azərbaycan RespublikasıPrezidentinin 18 aprel 1998-ci il tarixli 700 və 15 iyul 2000-ci il tarixli 375 saylı fərmanları ilə “Mülki Müdafiə” qanununa edilən düzəlişlər nəzərə alınmaqla,qanunun Maddə 11 : “Əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində biliklərin təbliği”1-ci və 2-ci abzasında qeyd olunduğu kimi, “Əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində biliklərin təbliği mülki müdafiə sisteminə daxil olan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyi və Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verlişləri Şirkəti həyata keçirirlər.
Əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində biliklərin təbliği üçün kütləviinformasiya vasitələrindən istifadə edə bilərlər”
Beləki,MM üzrə Respublikamızın mövcud qanunvericilərinə əsaslanaraq,mülki müdafiənin təbliğatından danışarkən,öncə onun məqsəd və mövzusunu müəyyənləşdirməli və bu təbliğat qarşısında əsas iki məqsədi nəzərdən keçirmək lazımdır:
1).Mülki müdafiə sistemi,onun cəmiyyətin həyatındakı rolu barədə əhali arasında düzgün təsəvür yaratmaq lazımdır ki,ölkənin hər bir vətəndaşı bilsinki,canının və malının mühafizəsi ona konsititutsiya ilə verilmiş əsas sosial hüquqlarından birincisidir və buna dövlət tərəfindən təminat verilir.Dövlətin bütün orqanları(hərə öz sahəsində) mühafizə tədbirlərində fəal iştirak etməklə yanaşı,bunun üçün qanun qarşısında cavabdehdirlər.MM tədbirlərinin yerinə yetirilməsi MM rəhbərlərinin əsas vəzifə borclarının ayrılmaz tərkib hissəsinin təşkil edir.MM qərargahları isə,MM rəhbərlərinin göstərişləri əsasında əhalini mükəmməl mühafizə sistemi ilə təmin etməli,müdafiə qaydaları ilə təlimatlandırılmalıdır.Bir sözlə,əhalinin müdafiəsi,habelə,təsərrüfatın normal iş fəaliyyətinin təmin olunması məqsədi ilə,hərə öz səlahiyyəti çərçivəsində bütün imkan və vasitələrdən tam istifadə etməklə,işlərini düzgün təşkil etməlidirlər.
2). MM təbliğatının məqsəd və vəzifələrindən digəri,əhalinin MM sahəsində aldığı bilikləri möhkəmləndirməkdən ibarətdir.MM təbliğatının məqsəd və vəzifələrindən danışarkən,belə birvacib cəhətə diqqəti cəlb edəkki,mühafizə biliklərinin təbliği hərbi vətənpərvərlik tərbiyəsinin ayrılmaz tərkib hissəsidir və bunlar kompleks təbliğ edildikdə,nəticə daha səmərəli olur.Xatırladaqki,MM bilikləri ilə gənclərimiz hələ əsgərlik yaşından çox erkən,ibtidai siniflərdə oxuyarkən tanış olmalıdırlar.Bu halda,yəni məktəblərimizdə MM dərsləri mükəmməl keçilsə bu sahəyə maraq hələ uşaq vaxtlarından başlayar.Buna görə də təbliğat işi elə təşkil edilməlidirki,MM biliklərinin öyrənilməsi hərbi vətənpərvərlik biliklərinin təbliği ilə üzvi surətdə vəhdət təşkil etsin.Göründüyü kimi,dövrün tələblərinə müvafiq olaraq,MM təbliğatının mövzuları dəyişir,lakin bütün hallarda aşağıdakı şərtlər əsas götürülməlidir :

  • Əhalinin mühafizəsi və mühüm obyektlərdə işin hərbi vəziyyət dövrünün tələblərinə uyğun qurulması üçün MM sistemi üzrə işlənib hazırlanmış tədbirlərin təbliği;

  • MM tədbirlərinin zəruruiliyində,onun xilasedici imkanlarına əhalidə möhkəm inamın yaradılması,MM tərəfindən müəyyən olunmuş qaydalara dəqiq əməl etməklə,ən mürəkkəb şəraitdə belə itkinin minumuma endirmək imkanını barədə əhalidə inam yaratmaq;

  • Əhali arasında siyasi sayğınlığın artırılması,ən çətin şəraitdə belə yeksək mütəşəkkilliyin göstərilməsi,fövqəladə hallarda müəyyən edilmiş bütünn qaydaların qeyri-şərtsiz yerinə yetirilməsinin vacibliyini hər bir adamın şüuruna çatdırmaq;

  • Föqəladə hadisə zamanı adamların mənəvi-psixoloji cəhətdən hazırlanmasınını təmin etmək.

Mənəvi-psixoloji təbiyə dedikdə isə :

  1. Hər şeydən əvvəl qorxu hissinə qalib gəlmə bacarığı

  2. Təhlükə zonasında müəyyən olunmuş normalara riayət etmək,mütəşəkkillilik göstərmək və təmkinli olmaq.

  3. Cəsarətli,fədəkar,iradəli və sədaqətli olmaq kimi nəcib hissləri,adamlar arasında ünsiyyətin möhkəmləndirilməsi,mehribançılığın yaradılması və digər müsbət cəhətlərin tərbiyyə olunması nəzərdə tutulur.

Bütün bunlar-yəni mənəvi-psixoloji hazırlıq adamların təbii fəlakətlərdən,qəzalardan,kütləvi qırğın silahlarından müdafiə olunması və xilasetmə işlərinin müvəffəqiyyətləyerinə yetirilməsinə müsbət zəmin yaradır.
Beləliklə,mülki müdafiə təbliğatının başlıc istiqamətlərini müəyyənləşdirərkən əsas götürülən şeylər bunlardır- respublikaının ümumi müdafiə sistemində MM yerini,mövqeyini və əhəmiyyətini aydınlaşdırmaq,istər müharibə dövrünün fövqəladə şəraitində,istərsə də təbii fəlakətlər və texnogen qəzalar zamanı əhalini mənəvi və psixoloji cəhətdən hazırlamaq,səfərbər etmək.

Mövzu IV

Yüklə 48,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin