İxtisas: Məktəbəqədər təlim və tərbiyə Qrup: 505 Kurs: lll Tələbənin adı: Hüseynova Rəqsanə


Sərbəst iş № 5. Qan və onun tərkibi. Qan xəstəlikləri



Yüklə 34,14 Kb.
səhifə5/5
tarix29.12.2021
ölçüsü34,14 Kb.
#48327
1   2   3   4   5
Tibbi Biliklərin Əsasları

Sərbəst iş № 5. Qan və onun tərkibi. Qan xəstəlikləri

PLAN

  1. Qanın tərkibi və bioloji funksiyaları

  2. Qanın laxtalanmasının fizioloji mexanizmi

  3. Limfanın fizioloji əhəmiyyəti

Qan orqanizmin normal fəaliyyətini təmin edən əvəzedilməz anatomik – funksional sistemdir. Qan sisteminə qan. sümük iliyi, qaraciyər, dalaq, limfa düyünləri aiddir. Qan, limfa və toxamaarası maye orqanizmin daxili mühitini təşkil edir. Buraya həmçinin onurğa beyni mayesi, göz almasının daxilindəki maye, sinovial maye və s. aiddir.

Qan və limfa orqan və toxumalar arasında humoral əlaqə yaradır. Qan qırmızı rəngə boyanmış maye halında toxumadır. Onun rəngi eritrositlərdə olan hemoqlobinin hesabına yaranır. İnsan orqanizmində qan qapalı damar sistemində hərəkət edir.

İnsanın qanı plazmadan və qanın formalı elementlərindən ibarətdir. Qan bədən çəkisinin orta hesabla 7,5 faizini təşkil edir ki, bu da yaşlı insanda 5-6 litrə bərabərdir. Orqanizmdə qanın 45 – 50%-i qan depolarında – dalaqda, qaraciyərdə və dərialtı kapilyarlarda olur. Qanın üçdə iki hissəsinin itirilməsi ölümlə nəticələnir. Qanın aktiv reaksiyası zəif qələvidir. Onun kişilərdə 47 faizini, qadınlarda isə 42 faizini formalı elementlər təşkil edir.

Formalı elementlər çökdürüldükdən sonra qanın plazması alınır.

Plazmanın 90-92 faizini su, qalan hissəsini quru maddə təşkil edir. Quru maddənin çox hissəsi üzvi maddələrin payına düşür.

Qanda həll olmuş ion və molekullar onun osmotik təzyiqini, zülallar isə onkotik təzyiqini əmələ gətirir. Osmotik təzyiq qanla hüceyrələr arasındakı maddələr mübadiləsində, onkotik təzyiq isə su balansının tənzimində mühüm rol oynayır.

Qanın formalı elementləri eritrositlər, leykositlər və trombositlərdir.



Eritrositlərin və ya qırmızı qan hüceyrələrinin əsas bioloji funksiyası qaz mübadiləsində iştirak etməsidir. Eyni zamanda onlar öz üzərlərində toksinləri, hormonları və s. birləşmələri adsorbsiya etmək qabiliyyətinə malikdir.

Eritrositlər qırmızı qan iliyində yaranır. Omrü insanda orta hesabla 126 günə bərabərdir. Olmüş eritrositlər əsasən qaraciyərdə və dalaqda dağılır və ya faqositoz yolu ilə udulur. Bu zaman hemoqlobin parçalanaraq bilirubinə çevrilir ki, bu da ödün tərkibində öd kisəsindən onikibarmaq bağırsağa keçir.

Normal şəraitdə insanın hər kub mm qanında 4,5-5 milyon eritrosit və 14- 15 faiz hemoqlobin vardır. Normal şəraitdə kişilərin qanında eritrositlərin çökmə sürəti 1 saat ərzində 3-9 mm, qadınlarda 7-12 mm, körpələrin qanında 1-2 mm olur.



Leykositlər və ya ağ qan hüceyrələri, daha doğrusu, onların bəzi növləri qana düşmüş mikrob və digər yad cisimləri faqositoz yolu ilə məhv edir.

Leykositlər müxtəlif xəstəliklərin törədicilərinə və orqanizm üçün uyğun zülal molekullarma qarşı antitellərin (əks-cisimlərin) əmələ gəlməsində iştirak edir. Leykositlər həmçinin qanın laxtalanmasmda, qidalanmadan sonra həzm orqanlarından qana keçən zülal təbiətli toksinlərlə rabitəyə girərək onların xaric olunmasında iştirak edir.

Leykositlərin ümumi sayı qanın hər kub ııım-də 4-9 mindir. Onların ömrü orta hesabla 2-15 gündür. Leykositlər limfa vəzilərində, dalaqda, timus vəzisində, qırmızı sümük iliyində və selikli qişa toxumasında əmələ gəlir.

Leykositlərin sayının artmasına leykositoz, azalmasına leykopeniya deyilir.

Trombositlər dalaqda və sümük iliyində əmələ gəlir. Qanm 1 kub mm-də onların sayı 200-400 minə bərabərdir. Trombositlərin ömrü 3-5 gün təşkil edir. Onlar əsasən qanm laxtalanmasmda mühüm rol oynayır. A və B qrup vitaminləri çatışmadıqda trombositlərin sayı azalır.

Qan orqanizmdə dövr edərək, bir çox funksiyaları yerinə yetirir:



  1. Orqanizmin daxili mühitinin əsas hissəsini təşkil edir və onun sabitliyini saxlayır.

  2. Orqanizmin qaz mübadiləsində iştirak edir.

  3. Qida maddələrinin, oksigenin, həmçinin lazımsız mübadilə məhsullarının və karbon qazının daşınmasım təmin edir.

  4. Orqanizmdə humoral tənzimedici sistemin fəaliyyətinə kömək edir.

  5. İfrazat funksiyasında iştirak edir.

  6. Bədən temperaturunun tənzimini yaxşılaşdırır.

  7. Orqanizmdə su mübadiləsinin tənzimində əsas rol oynayır.

  8. Orqanizmdə toxumaların bərpa olunmasına xidmət edir.

  9. Orqanizmin mühafizə funksiyalarının təşkilində (immunitet və faqositoz) qan xüsusi rol oynayır. Qanın tərkibindəki qamma-qlobulin zülalları yoluxucu xəstəliklərin törədicisi olan mikroorqanizmlərə və viruslara qarşı antitellər kimi çıxış edir, onların zəhərlərini neytrallaşdırır.

Qanitirmə zamanı bəzən insana qan köçürmək lazım gəlir. Köçürülən qanın qrupu xəstənin qan qrupuna uyğun olmalıdır. İlk dəfə 1900-cü ildə Vyana alimi K. Landşteyner insanların qanım üç qrupa bölmüş¬dür. 1907-ci ildə çex alimi Y. Yanski 4-cü qrupu əlavə etmişdir.

İnsanda qan qrupu sabitdir, həyat fəaliyyətində dəyişmir, irsi olaraq müəyyən sxem üzrə valideynlərdən övladlara keçir.

Qan qrupları eritrositlərin tərkibindəki yapışan hissəciklərdən – aqqlütinogenlərdən (A və B) və plazmada olub, eritrositləri yapışdıran hissəciklərdən – aqqlütininlərdən (a və p) hansılarının şəxsin qanında olmasından asılıdır.

Eyni şəxsin qanında oxşar, aqqlütinogen və aqqlütinin (A və a yaxud B və /3) ola bilməz. Qanköçürmə nəti¬cəsində donorun (qan verən şəxsin) eritrositlərindəki aqqlütinogenlər resipiyentin (qan köçürülən şəxsin) qan plazmasmdakı oxşar aqqlütininlərlə görüşdükdə, aqqlütinasiya törənir ki, bu da ölümə səbəb olur. Ona görə də qan köçürərkən diqqətli olmaq zəruridir. Belə ki, hər bir qan qrupuna uyğun gələn, yəni köçürülməsi mümkün olan qan qrupu müəyyənləşdirilmiş və cədvəl şəklində verilmişdir.

Qanın laxtalanmasını sxematik olaraq, 3 əsas mərhələdə, bundan əlavə, başlanğıc və yekun mərhələlərində təsvir etmək olar.

Əvvəlcə qan damarının mənfəzi daralır, oraya qanm formalı elementləri yığılır, trombositlər parçalanaraq, bəzi amillərin və kalsium ionlarının iştirakı ilə tromboplastini əmələ gətirir. Bu isə kalsium ionlarının iştirakı ilə qeyrifəal protrombini fəal trombinə çevirir. Trombin yenə kalsium ionlarının iştirakı ilə plazmadakı fibrinogeni fibrin tellərinə çevirir. Fibrin torcuq əmələ gətirir ki, formalı elementlər orada yığılıb qalır.

Orqanizmdə bəzi maddələr qanm laxtalanmasınm qarşısım alır. Bunlardan biri qaraciyərdə və ağciyərlərdə hazırlanan heparindir. Xarici mühitin temperaturu və həyəcan, qorxu hissi isə qanm laxtalanmasını sürətləndirir. Laxtalanma amillərinin biosintezi pozulduqda insanda hemofiliya xəstəliyi baş verir.

Qanın maye halından həlməşik hala keçmə qabiliyyəti çoxdan məlumdur. Eləcə də yaralanmalar, travmalar və s. zamanı qanitirmə ilə mübarizədə qanm laxtalanma qabiliyyətinin həyati əhəmiyyətə malik olması da bəllidir. Eyni zamanda qanm laxtalanmasınm pozulması, xüsusilə onun laxtalanmasınm sürətlənməsi ciddi fəsadlara səbəb olur.



Yaralanma nəticəsində damar divarının tamlığı pozulduqda, qan laxtasının – trombun əmələ gəlməsi qanı damar mənfəzi hüdudlarında saxlamağa və qanaxmanı dayandırmağa yönəlmişdir. Böyük damarlardan qanaxma ani ölümə səbəb ola bilər. Daxili qanaxma daha təhlükəlidir, çünki xəstə və həkim onu hiss etmir, faciəli nəticə qəflətən baş verir. Bir sözlə, qanitirmə həyatdan ölümə doğru gedən vəziyyətdir.

ƏDƏBİYYAT SİYAHISI

  1. Əliyev S.C.Tibbi biliklərin əsasları. Dərslik. Bakı, 2004

  2. Ocaqov H.O. Fövqəladə hallarda təhlükəsizlik (Defensiologiya) (Ali məktəblər üçün dərslik). Bakı, 2012, 368 s.

  3. Musayev A.H. Mülkü müdafiə tibbi xidmətinin təşkili. Dərslik.Bakı, “Təbib” nəşriyyatı, 2011, 165 s.

  4. Feyzullayeva T.Ə., Ələkbərova S.Ə., Məmmədova F.Ə. Mülki müdafiə və tibbi biliklərin əsasları. Dərslik. Bakı, 2006.

  5. Əzizov A. Əməyin mühafizəsi. Bakı, 2008

Yüklə 34,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin