4. Atmosfer
ə olan antropogen təsirlər
Qara metallurgiya. çuqunun əridilməsi və ondan polad istehsalı zamanı
atmosfer
ə müxtəlif qazlar atılır. 1 ton polad istehsalı zamanı havaya 4,5 kq
toz, 2,7 kq kükürd qazı, 0,1-0,6 kq marqans atılır. Domna qazlarından
başqa atmosferə həm də az miqdarda arsen, fosfor, qurğuşun, civə və
nadir metalların buxarları, antimon ( sürmə ) və qətranlı maddələr atılır.
Marten v
ə poladəridən sexlərin tullantıları da atmosferi xeyli çirkləndirir.
Polad
əriyən zaman həm də metalın buxarı, şlak və metal oksidləri və
qazlar
ı ayrılır. Marten peçlərinin tozunun əsas hissəsi dəmir – 3 oksid (67
% ), alüminium – 3 oksid ( 6,7 % ) – dən ibarət olur. 1 ton marten poladının
oksigensiz
əridilmə prosesində 3000- 4000 m3 qaz ayrılır, onların
t
ərkibində tozun qatılığı orta hesabla 0,5 q/m3 təşkil edir. Müasir qara
metallurgiya zavodlarının çoxunda kömürün kokslaşdırılması peçləri vardır.
Kokskimy
əvi istehsalı atmosfer havasını tozla və uçucu birləşmələrin
qarışığı ilə çirkləndirir. İş rejimi pozulduqda isə atmosferə küllü miqdarda
t
əmizlənməmiş koks qazı atılır. V.Şaprinskiyə görə 1 milyon ton polad
istehsalı zamanı atmosferə 75 min ton SO2 ixrac edilir . Hər 1000 ton mis
piriti emalından atmosferə 600 ton sulfid anhidridi tullanır. Qara
metallurgiya sah
əsində sənaye qəzaları zamanı regionda ekoloji vəziyyət
daha da k
əskinləşir . Əlvan metallurgiya - Gil – torpaq alüminium – oksid ,
alyuminium, mis, qurğuşun, qalay, sink, nikel və digər metalların peçdə
istehsalı zamanı, materialların yüklənməsi, boşaldılması zamanı quruducu
aqreqatlarda
, açıq anbarlarda zərərli maddələr əmələ gəlir . Əlvan
metallurgiya atmosfer havasını əsasən kükürd anhidridi (75 % ), karbon
qazı, ( 10,5% ) və tozla çirkləndirir. Kimya və neft - kimya sənayesi Kimya
s
ənayesində turşuların ( sulfat turşusu, xlorid turşusu, fosforit turşusu, nitrat
turşusu və s .) istehsalı zamanı, rezin – texniki işlərində, fosforit, plastik
kütlələr, rənglər və yuyucu vasitələr, süni kauçuk, mineral gübrələr,
h
əlledicilərin (toluol, aseton, fenol, benzol ) istehsalı zamanı atmosferə
tull
antılar atılır. Çirkləndirici maddələrin tərkibində əsasən karbon qazı (28
%), kükürd anhidridi (16,3 % ), azot oksidi (6,8 % ) olur. Tullantıların
t
ərkibində amonyak (3,7 %), benzin ( 3,3 % ), hidrogen - sulfid, karbon -
sulfid, toluol ( 1,2 % ) aseton (0,95 %), benzol (0,7 %) , ksilol ( 0,3 % ) ,
dixloretan (0,6 % ) , sulfat turşusu (0,3 % ) da olur .Neft - ayırma sənaye
müəsissələri atmosferi karbohidrogen ( 23 %) , kükürd qazı ( 16,6 % ) ,
karbon qazı (7,3 %) , azot oksidi ( 2 % ) birləşmələrilə çirkləndirir. İstilik
elektrik stansiyaları ( İES ) İES –lərin ətrafı həmişə ziyanlı aerozolla daha
z
əngin olur. Pirogen mənşəli aerozolların miqdarı sərf olunan yanacaq
növündən asılı olaraq həm kəmiyyət, həm də keyfiyyətcə dəyişir.
Az
ərbaycanın böyük (iri) İES-ləri (1 mln.MVt) Abşeron rayonunda,
Ming
əçevir şəhəri yaxınlığında (Azərbaycan İES) və Əli – Bayramlı
şəhərinin 10 – 15 km – yində (Əlibayramlı İES) yerləşir.Azərbaycanın bütün
İES – ri yanacaqla (mazut) və qazla işləyir.Mazutun kükürdlülük dərəcəsi
2% t
əşkil edir.Tüstü borularından atmosferə sutkada 700-1000 ton kükürd
v
ə azot oksidləri atılır.Azərbaycanın iri İES - nin borularının hündürlüyü
100-
330m, kiçik İES və iri istixana borularının hündürlüyü isə 50-10 m olur.
Az
ərbaycan İES-i ətrafında 3-5km radiusunda havada CO2 - in qatılığı
yüksək həddə çataraq 0.4 – 0.6 mq/m3 təşkil etmişdir. Tədqiqatların
n
əticələri göstərdi ki, kükürd qazının, azot 2- oksidin və tozun qatılığının
zonal yayılması qanunauyğun olaraq stansiyanın yerləşdiyi mənbədən 2,5
– 3 km məsafədə maksimum çirklənmə müşahidə edilir. Azərbaycan İES –
d
ə (Mingəçevir) qaz işlədilərsə adambaşına ildə 250 – 300 kq his düşər,
mazutdan istifad
ə zamanı bu rəqəm 5 dəfə yüksək olar. Azərbaycan İES –
d
ə əsas yanacaq kimi qazdan (80 – 87 %), ehtiyat yanacaq şəklində
mazutdan istifad
ə (13 - 20 %) nəzərdə tutulur. Təəssüf ki, 1986 – cı ildən
b
əri yüksək kükürdlü (4 % - ə qədər) mazutdan istifadə edilir. Alternativ
enerji m
ənbələri (AEM) AEM – nə günəş və külək enerjisi, həmçinin termal
suları aid etmək olar. Günəş və külək enerjisi respublikamızda elektrik
enerjisini
əldə etmək üçün perspektivli və ekoloji cəhətdən səmərəli
m
ənbələrdir. Günəşdən yerə il ərzində 1500 trilyon kilovat saatdan çox
enerji g
əlir. Bu hazırda planetimizdə istehsal edilən bütün yanacaq növləri
enerjisi c
əmindən təxminən 150 min dəfə çoxdur. Günəş enerjisinin yalnız
0.2% - i bitkil
ər tərəfindən udulub fotosintez vasitəsilə enerji mənbəyinə
çevrilir.(Əzizov, Cəlilov, 2003) Respublikanın böyük potensial ehtiyatlara
malik enerji m
ənbələrindən biri də termal sulardır.Əlverişli təbii şəraitdə
geotermal sisteml
ər, ənənəvi yolla alınan enerjidən 2.0 – 2.5 dəfə ucuz
başa gələn enerji istehsal etməyə imkan verir. Yaponiyada XXI əsrin
əvvəllərində geotermal elektrik stansiyalarının gücünün 50 milyon kvt. saat,
ABŞ – da 400 milyon kvt saata çatdırmaq nəzərdə tutulmuşdur.
Az
ərbaycanda termal sular geniş yayılmışdır.Onların öyrənilməsinin hazırki
v
əziyyətində yalnız Abşeron , Gəncə , Lənkəran, Şirvan, Muğan, Xaçmaz
v
ə Naxçıvan rayonları praktiki əhəmiyyətə malikdir.Tədqiqatlar göstərdi ki,
(Əzizov, Cəlilov, 2003) respublika ərazisində termal sulardan isti su
t
əchizatında, istixanaların qızdırılmasında, balneoloji məqsədlər üçün,
kimy
əvi xammal kimi istifadə oluna bilər. Respublikada termal sulardan
istifad
əyə yalnız Kürdəmir rayonu ərazisində başlanılmışdır.1980 - ci illərdə
neft
– qaz axtarışı məqsədilə qazılan quyudan sutkada 6 – 10 min m3
q
ədər həcmdə, istiliyi 80 - 900 - yə çatan termal su çıxmışdır.İyirmi ildən
yuxarı müddət ərzində həmin sular istifadəsiz qalaraq ətraf ərazilərə ax mış
v
ə xeyli torpaq sahələrini yararsız hala salmışdır.Hazırda həmin sulardan
balneoloji m
əqsədlər üçün istifadə olunur. Termal sulardan xalq
t
əsərrüfatının müxtəlif sahələrində dünyanın bir çox ölkələrində, o
cümlədən Gürcüstan və Dağıstanda geniş istifadə olunur. Külək enerjisi.
Külək enerjisindən (KE) istifadə haqqında məlumatları N.Ş.Hüseynov və
E.P.Yusifovun (2002) t
ədqiqatlarının nəticələrinə əsaslanaraq təqdim edirik.
Özünün ekoloji təmizliyi və tükənməzliyilə seçilən KE başqa alternativ enerji
m
ənbələrindən maya dəyərinə və effektiliyinə görə ən sərfəli hesab olunur.
İlk sadə külək mühərrikləri qədim Misir və Çin dövrünə təsadüf edir. İlk
q
ədim yel dəyirmanları İranda eramızın VII əsrində quraşdırılmışdır. XIII
əsrdən etibarən KE gəmilərin hərəkətində, quyulardan suyun vurulmasında
geniş istifadə olunmuşdur. Avropanın 20- dən artıq ölkəsində və Türkiyədə
ümumi gücü 18 Mw olan minlərlə külək Enerjisi Qurğuları (KEQ) fəaliyyət
göstərir. Fransanın şərq sahillərində hər biri 1.3 Mw olan 16 KEQ illik 64
miliyon kvt/saat enerji il
ə 25600 nəfəri elektirik enerjisi ilə təmin etməklə,
h
əmin ildə 32000 ton CO2 – nin atmosferə buraxılmasının qarşısını alır.
Az
ərbaycan özünün coğrafi mövqeyinə və təbii şəraitinə görə 800 MVT illik
külək enerji ehtiyatına malikdir. Bu ehtiyat ildə 4 milyard KVt/saat elektirik
enerjisi dem
əkdir, yaxud ildə 1 milyon ton şərti yanacağa qənaət etməklə
3700 ton karbon qazının atmosferə atılmasının qarşısı alınır. Qeyd etmək
lazımdır ki, Abşeron yarımadası, onun sahil zonası və ətrafdakı adalar
külək enerjisindən istifadə üçün əlverişli sayılır.Bu ərazilərdə küləyin orta
illik sürəti 5.5 – 7.0 m/san olduğundan KEQ sistemləri üçün tam yararlı və
yüksək rentabelli hesab olunur. KEQ sistemləri üçün Şərur, Culfa və Gəncə
– Daşkəsən rayonları da əlverişlidir.Bu ərazilərdə küləyin orta illik sürəti 3-5
m/san olduğundan orta güclü KEQ sistemlərinin qurulması üçün istifadə
edil
ə bilər. Abşeron arxipelaqlarında neft quyuları elektrik enerji təminatında
h
əm texniki, həm də iqtisadi baxımdan daha effektiv və sərfəlidir.
Danimarkanın Şimal dənizi sularında quraşdırılan hər biri 2MVt gücündə 80
ədəd turbinin illik elektirik enerjisi 600 QVt gücündədir. Dağ – mədən işləri
zamanı süxurların toplandığı ərazilər, xüsusilə plansız, pərakəndə istismar
edil
ən daş, qum, çınqıl karxanaları atmosferi daim çirkləndirən mənbələrdir.
Avropa
ərazisinin 7 %-i lazımsız dağ – mədən tullantıları ilə zəbt edilib.
Az
ərbaycan Respublikasında neft və qazdan başqa 450 – dən artıq qara,
əlvan metal filizləri, qeyri – filiz xammalı, tikinti materialları, yeraltı mineral,
termal v
ə yodlu – bromlu sənaye suları və s. yataqları vardır.Qara
metallurgiyanın mineral – xammal bazası Daşkəsən dəmir filizi yataqları,
Daşsalahlı betonit gilli və Xoşbulaq flyuz əhəngdaş yataqları olub
d
əyərlərinə görə respublikanın potensial ehtiyatının 10.4 % - ni təşkil edir.
(İsayeva, 2003). Əlvan metallurgiyanın mineral – xammal bazası əsasən
alunit, mis, qurğuşun, sink, molibden, kobalt, civə, sürmə və s.yataqları kəşf
edilmiş ümumi ehtiyatların dəyərinə görə respublikanın mineral – xammal
bazasının əsasını (43.7%) təşkil edir.(İsayeva,2003) 1991 – ci ildən sonra
başqa ölkələrlə əlaqələr zəiflədiyindən republikamızda filiz üzrə dağ –
m
ədən sənayesi tənəzzülə uğramışdır.Lakin, yeni sənaye sahələrinin
yaranması ilə əlaqədar mülki və sənaye obyektlərinin tikintiləri üçün vacib
olan qeyri
– filiz və inşaat materiallarına təlabat artdığından belə yataqların
geniş istismarına başlanmışdır.Hazırda bu yataqlarda 300 – ə yaxın təşkilat
v
ə firmalar istismar işləri aparır. Əvvəllər geniş həcmli istismar işləri
aparılan Daşkəsən rayonunda istismar sahələrində və filiz saflaşdırma
kombinatı yerləşən ərazidə, həmçinin Zəylik alunit yatağının istismarı
sah
əsində və Gəncə gil – torpaq kombinatı ərazilərində 100 mln.m3 – la
ölçülən istehsalat tullantılarının ətraf mühitə neqativ təsiri davam
etm
əkdədir.Abşeronda və Qobustanda əhəng daşı yataqlarının, Xəzər
sahilind
ə qum yataqlarının, çay vadilərində qum – çınqıl yataqlarının
kort
əbii istismarı nəticəsində ekoloji problemlər artmaqdadır.Bu regionlarda
quraqlıq iqlim və güclü küləklər şəraitində son illərdə karxanaların miqdarı
15
– 20 dəfə artmışdır.Ona görə də Abşeronun atmosferində toz xassəli
aerozolun miqdarı da son illər xeyli çoxalmışdır. Dağ - mədən sənayesinin
ətraf mühitdə problem yaradan istehsalat prosesləri və faktorları
aşağıdakılardır. (İsayeva,2003) - Faydalı qazıntıların açıq və yeraltı üsulla
çıxarılması; - Ətraf sahədə istehsalat strukturunun yerləşdirilməsi və onların
f
əaliyyəti; - Zənginləşdirmə və ya saflaşdırma qurğularının yerləşdirilməsi
v
ə fəaliyyəti; - İstehsalat tullantılarının yaranması, toplanması, təkrar
istehsalat tullantıları; - Ağır yüklərin nəqli; Yarımfabrikat məhsulların
hazırlanması üzrə qurğuların yerləşdirilməsi və onların fəaliyyəti.
Yuxarıdakı proseslərin hər bir mərhələsində çoxsaylı problemlər yaranır, bu
probleml
ərin əsas faktorları bunlardır:toz, səs, vibrasiya, istehsalat
tullantıları, texnogen sular, ağır metalların çökməsi, zərərli qarışıqlar, zərərli
kimy
əvi reaksiya məhsulları, toksiki tullantılar, atmosferə buraxılan
tullantılar, məişət tullantıları və s. Dağ - mədən sənayesinin ətraf mühitdə
yaratdığı problemləri aşağıdakı kimi qruplaşdırmaq olar: a) Ətraf mühitdə
baş verən dəyişmələr: torpaq və bitki deqradasiyası və çirklənməsi,
atmosfer havasının, səth sularının, yeraltı suların çirklənməsi, əsaslı
landşaft dəyişmələri. b) Geoloji mühitdə baş verən dəyişmələr: təbii - texniki
şəraitin, hidroloji rejimin və tektonik rejimin pozulması, geokimyəvi
d
əyişmələr. c) Törəmə problmlər:tədrici landşaft dəyişiklikləri, ekzogen
sgeoloji prosesl
ərin aktivləşməsi, seysmik aktivləşmə və s.
Dostları ilə paylaş: |