yerl
əşir. Strotosferdə troposferdəki kimi havanın hərəkəti müşahidə olunmur. Odur ki, bir
qayda olaraq strotosferd
ə bulud yaranmır. Mezosfer - strotosferdən yuxarıda yerləşir.
Onun yuxarı sərhədi 80-90 km hündürlükdən keçir.Mezosferdə t 0 - r –70, -800 -yə
q
ədər enir. Termosfer - mezosferdən üstdə yerləşərək 800 km – ə qədər çatır.
Termosferd
ə hava güclü ionlaşmışdır, ona görə burada elektrik keçirmə troposferə
nisb
ətən milyardlarla yüksəkdir. Termosferdə yüksəkliyə doğru t0 -r qalxaraq onun
yuxarı sərhədində təxminən 2000 0 - yə qədər çatır. Qeyd etmək lazımdır ki, belə
yüksək t0 – r qaz malekullarının hərəkətinin kinetik enerjisini səciyyələndirir . Kosmik
g
əmilər termosferdə olduqda , burada havanın olduqca seyrək olması ilə əlaqədar belə
yüksək t 0 - run mənfi təsirinə məruz qalmır. Ekzosfer və ya səpələnmə sferi –
atmosferin xarici qatı. Buradan yüngül atmosfer qazları sayılan hidrogen və helium
planetl
ərarası fəzaya keçə bilər. Bu qat 2000-3000 km – ə qədər yayılır və tədricən
kosmosa keçir. Yuxarıda göstərilən sferalar arasında keçid aralıq qatlar yerləşir. Onlara
tropopauza, stratopauza v
ə s. deyilir. Məs. Trapopauza troposferi strotosferdən ayırır.
8.2.
Atmosferin t
ərkibi və onun həyatın mövcudluğunda rolu Atmosferin 10 9 hissəsi
troposferd
ə yerləşir. Strotosferdə isə atmosfer kütləsinin cəmi 1000 1 hissəsi yerləşir.
Göründüyü kimi canlı aləmə daha zəruri sayılan hava təbəqəsi əsasən troposferdədir.
Atmosfer havası – müxtəlif qazların qarışığından ibarətdir. Onun tərkibinin 78,08 % - i
azot, 20,95 % - i oksigen , 093 % arqon , 0,03 %
– i karbon qazından ibarətdir.Qalan
qazların payına (neon, helium,metan, ksenon, rodon və b.) təxminən 0,01 % düşür.
Atmosfer oksigenl
ə nəfəsalmanın əsas mənbəyidir . İnsan bir dəqiqə ərzində 5 l – dən
100 litr
ə qədər hava udaraq sutka ərzində 12-15 kq hava qəbul edir. Yəni insanın sutka
ərzində qida və suya olan tələbatından artıq hava qəbul edir. Atmosfer insanı
kosmosdan t
əhlükə yaradan bir sıra hadisələrdən xilas edərək meteoiritləri yerə daxil
olmağa qoymur. Yalnız il ərzində Moskva şəhəri üzərində 200 – ə qədər meteoritin
yanması müşahidə olunur. Atmosfer Yerin həddindən çox qızmasının qarşısını alır. Belə
ki, atmosfer olmasa gündüzlər Yer səthi günəşdən + 100o – yə qədər qızar, gecələr isə
əksinə - 100o – yə qədər soyuyardı və planetimiz də Ay kimi həyatsız olardı. Atmosfer
olduğuna görə Yerdə to – r təxminən 15o təşkil edir. 111 Təbiətdə havanın əsas
istehlakçıları (sərf ediciləri) flora və fauna sayılır. Hava Yer üzərindəki bütün canlılar
üçün lazımdır. İnsan qidasız 5 həftə, susuz 5 gün, havasız isə 5 dəqiqə yaşaya bilər.
Lakin insanların normal həyat fəaliyyəti üçün yalnız havanın mövcudluğu deyil, həm də
havanın müəyyən dərəcədə təmizliyi vacibdir. İnsanın sağlamlığı havanın
keyfiyy
ətindən, bitki örtüyü və heyvanat aləminin vəziyyətindən, istənilən evin, həmçinin
qurğuların konstruksiyasından asılıdır. Çirklənmiş hava su, quru, dəniz, torpaq insan
üçün zərərlidir. Atmosferin qaz örtüyü Yerdə yaşayan bütün canlıları
ultrabənövşəyi,
rentgen v
ə kosmik şüaların məhvedici təsirindən qoruyur. Atmosferin yuxarı qatları bu
şüaları qismən udur, qimən isə səpələyir. Atmosfer bizi «ulduz qırıntılarından» qoruyur.
Bel
ə ki, xırda meteoritlər Yerin cazibə qüvvəsi nəticəsində böyük sürətlə (11/64 km/san)
planenitin atmosferin
ə girdikcə, orada hava ilə sürtünərək parçalanır, təxminən 60-70
km yüksəklikdə onların çoxu yanır. Atmosfer, Yeri həmçinin iri kosmik qırıntılarından
mühafizə edir. İşığın paylanmasında (yayılmasında) da atmosferin böyük əhəmiyyəti
vardır. Atmosfer havası günəş şüalarını milyonlarla xırda şüalara parçalayır, bu şüaları
s
əpələyir və bizə vərdiş etdiyimiz qədər bərabər ölçüdə işıqlanma yaradır. Hava
örtüyünün mövcudluğu göyə mavi rəng verir, belə ki, havanın əsas elementlərinin
molekulları və onda olan müxtəlif qarışıqlar əsasən qısa dalğalı şüalar, yəni bənövşəyi,
göy və mavi şüalar yayır (saçır). Yerdən uzaqlaşdıqca havanın sıxlığı
və çirklənməsi
azaldığından göyün rəngi tündləşir, hava örtüyü sıx göy rəng, strotosferdə isə qara
b
ənövşəyi rəng alır. Atmosfer səsin yayıldığı mühitdir. Yer üzərində hava olmasaydı
orada s
əssizlik hökm sürərdi, insan danışığı olmazdı (eşidilməzdi).
Qeyd etdiyimiz kimi havanın tərkibi müxtəlif qazların qarışığından ibarətdir. ( azot,
oksigen, karbon qazı, arqon, hidrogen, ksenon , rodon və s ). Lakin təbiətdə belə
t
ərkibdə təmiz havaya rast gəlmək qeyri mümkündür. Həqiqətdə isə havanın qaz
mühitində çoxlu xırda bərk və maye hissəciklər mövcuddur . Beləliklə, hava areozol və
ya dispers sistem halında olur . Bu çirkləndiricilər havaya biosferdən daxil olur. Ona
görə ki, hər şeydən əvvəl hava biosferin bir hissəsidir, orada rast gəlinən bərk və maye
hiss
əciklər havanın biosferin digər
komponentləri, yəni su, torpaq və canlı orqanizimlərlə
qarşılıqlı əlaqəsinin nəticəsidir (təzahürüdür). Təbiətdə baş verən təbii proseslər dispers
hiss
əciklərlə havanın təchiz ediciləridir .Güclü vulkan püskürmələri zamanı xırda bərk və
maye hiss
əciklərin böyük kütləsi havaya qalxır. Qazlarla birlikdə bu hissəciklər 20 km -
d
ən də çox yüksəkliyə qalxaraq həftələrlə havada qala bilir. Məsələn, 1883- cü ildə
İndoneziyada Krakatau vulkanı püskürən zaman vulkan tozu 24 km hündürlüyə qədər
qalxaraq 5 il
ə yaxın havada qalmışdır . Havada qalan hissəciklər un və süd tozundan da
xırda olub diametri orta hesabla 0,002 mm olmuşdur . 1912- ci ildə Alyaskada Katmay
vul
kanı püskürən zaman 20 miliyard m3 toz 50 km yüksəkliyə qədər qalxmışdır. 1975 –
ci ilin iyul
– sentyabrında Kamçatkada püskürən Tolbaçik vulkanının məhsullarından biri
olan tozun gün ərzində miqdarı antropogen toz tullantılarının 30 % - ə yaxınını təşkil
edirdi. Vulkan püskürmələri zamanı havaya CO 2 –dən başqa CO , H2, SO 2 , H 2S ,
karbohidrogen qazları və s. buraxılır . Akad . V.İ.Vernadski göstərirdi ki , atmosfer tozu
planetin kimyasında olduqca böyük rol oynayır . Hər il Amerika , Afrika , Avstraliya və
dünyanın başqa ölkələrində yüzlərlə baş verən meşə yanğınları nəticəsində tüstünün
xırda bərk hissəcikləri 10 və 100 km – lə ərazilərdə yayılır . Bozqır və torf yanğınları da
mineral tozların əmələ gəlməsinə səbəb olur. Dağ süxurlarının aşınması və dağılması ,
torpaq eroziyası və onunla əlaqədar baş verən qum tufanları zamanı
da hava xeyli
miqdarda xırda hissəciklərlə dolur . Xüsusən karbonatlı süxurların aşınması zamanı
onun t
ərkibindən CO 2 ayrılır və atmosferə daxil olur. Sahili çırpan dalğalar zamanı
d
əniz «tozları» bir neçə km – lərlə havaya qaxır, havada quruyaraq orada dəniz duzları
qalır. Hətta dənizlər arasında qalan Tasmaniya adalarında atmosferdə dəniz səthindən
2000 m yüksəkliyə qədər xırda hissəciklərə təsadüf olunur. Onların tərkibində müxtəlif
elementl
ər, o cümlədən mis müşahidə olunmuşdur . Sutka ərzində Yer səthinə 10 min
tonlarla kosmik tozlar düşür. Kosmosdan gələn bu tozların mənşəyi hələ o qədər məlum
deyil. Ola bil
ər ki , Günəşin fəalliyyəti nəticəsində əmələ gəlmişdir. Bu tozlar
meteoritl
ərin yanmış qalıqları da ola bilər. Havada üzvi tozlara da rast gəlinir. Bu tozlar
atmosferd
ə yaşayan aeroplanktonlardan , bakteriyalardan , göbələklərin sporlarından ,
bitkil
ərin tozcuqlarından , bitki və heyvanların çürümə, qıcqırma və parçalanması
m
əhsullarından ibarətdir . Bitkilərin böyüməsi, çiçəkləməsi zamanı da havaya tozcuqlar
buraxılır. 112 Dəniz səthindən 1600 m yüksəklikdə havada göbələk və ayıdöşəyilərin
sporlarına təsadüf edilir . Nəhayət duman , bulud və yağışlar da aerozol sayılır, onları
«su aerozolları» adlandırmaq olar . Bu təbii aerozollardan başqa havaya küllü miqdarda
süni aerozollar da qarışır . Bunlar əsasən sənaye və nəqliyyatın fəaliyyəti zamanı əmələ
g
əlir.