«İxtisasa giriş»



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix23.11.2022
ölçüsü1,12 Mb.
#69987
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   22
M.Sunay-İxtisasa-giriş

 Əsas ekoloji qanunlar 
M a d d ə 1 .  Əsas terminlər və anlayışlar
 
Bu qanunda aşağıdakı əsas termin və anlayışlardan istifadə edilir: 
ətraf mühit - insan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız təbiətin 
məcmusu; 
ekologiya - ətraf mühitin tarazlığını və bu tarazlığın pozulmasına təsir edən təbii amillər və 
antropogen (insan fəaliyyəti) və fiziki proseslər öyrənən elm; 
təbii resurslar (ehtiyatlar) - insanların ehtiyaclarını ödəmək üçün ətraf mühitdə mövcud 
olan torpaq, faydalı qazıntılar, bitki örtüyü, flora, fauna, su və enerji mənbələri; 
ətraf mühitin mühafizəsi - ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət 
və keyfiyyətcə dəyişmələrə yol verilməməsi, qorunub saxlanması; 
təbiətdən istifadə - gələcək nəsillərin ehtiyacını nəzərə almaqla, cəmiyyətin sosial-iqtisadi 
tələblərini ödəmək məqsədilə ətraf mühitin ekoloji razılığının pozulmasına yol verilmədən təbii 
resurslardan səmərəli və qənaətlə istifadə edilməsi


ətraf mühitin monitorinqi - təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan 
zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi 
əsaslarla həyata keçirilməsi; 
ekoloji sistem - qarşılıqlı təsirdə olan ətraf mühitin tərkib hissəsini təşkil edən: bitki örtüyü, 
flora, heyvanlar aləmi, fauna, torpaq, su hövzələri və çaylar, mineral sərvətlər, hava və enerji 
mənbələrinin vəhdətidir; 
ətraf mühitin ekoloji tarazlığının normallaşdırılması - insan yaşayışı üçün ətraf mühitin 
yararlı olmasını müəyyən edən və bioloji müxtəlifliyin qorunub saxlanmasının, ekoloji 
sistemlərin sabit istifadəsini təmin edən ətraf mühitin keyfiyyət göstəricilərinin müəyyən 
edilməsi; 
ətraf mühitə zərərli təsir - ekoloji sistemin ayrı-ayrı komponentlərinin kəmiyyət və 
keyfiyyətcə dəyişməsinə, ekoloji tarazlığın pozulmasına səbəb olan kimyəvi və bioloji, zərərli 
fiziki, texniki, dağ-mədən işlərində texnologiyanın pozulması, təbii resurslardan israfçılıqla 
istifadə edilməsi ilə müşayiət olunan fəaliyyət; 
ətraf mühitin keyfiyyət göstəriciləri - səlahiyyətli dövlət orqanları tərəfindən təsdiq edilmiş 
insan sağlamlığını və ətraf mühitin mühafizəsini təmin edən normativ texniki sənədlərin və 
standartların tələblərinə cavab verən məhsullar və ətraf mühitin tarazlığının ilkin göstəriciləri; 
ekoloji ekspertiza – ekoloji ekspertiza obyektlərinin ətraf mühitə təsirini müəyyən etmək məqsədi ilə 
həmin obyektlərin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən 
olunmuş 
ekoloji 
tələblərə 
uyğunluğunun 
və 
realizəsinin 
mümkünlüyünün 
əvvəlcədən 
qiymətləndirilməsi;
[1]
 
dövlət ekoloji ekspertizası – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) 
tərəfindən bu Qanunla müəyyən edilmiş qaydada və hallarda aparılan ekoloji ekspertiza;
ictimai ekoloji ekspertiza – fiziki şəxslər, qeyri-hökumət təşkilatları, vətəndaşların təşəbbüs qrupları 
və bələdiyyələrin məhəllə komitələri (bundan sonra – ictimai ekoloji ekspertizanın təşkilatçıları) tərəfindən 
bu Qanunun tələbləri nəzərə alınmaqla aparılan ekoloji ekspertiza;
dövlət ekoloji ekspertizasının rəyi (bundan sonra – ekoloji ekspertiza rəyi) – dövlət ekoloji 
ekspertizasının nəticələrinə dair rəsmi sənəd;
ictimai ekoloji ekspertiza rəyi – ictimai ekoloji ekspertizanın nəticələrinə dair tövsiyə xarakterli sənəd. 
Bu Qanunda istifadə olunan digər anlayışlar “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, 
“Ekoloji təhlükəsizlik haqqında”, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 
qanunları və başqa normativ hüquqi aktlar ilə müəyyən edilmiş mənaları verir.

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin