səlahiyyətləri Ətraf mühitin mühafizəsi sahəsində yerli özünüidarəetmə orqanları müvafiq
qanunvericiliklə onlara verilmiş səlahiyyətləri həyata keçirirlər.
M a d d ə 6 . Ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların hüquqları və vəzifələri 1. Ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və
əcnəbilərin (bundan sonra vətəndaşların) hüquqları:
1.1. hər bir vətəndaş həyatı və sağlamlığı üçün əlverişli ətraf mühitin olması, onun vəziyyəti
və vəziyyətinin yaxşılaşdırılması barədə tədbirlər haqqında dəqiq məlumat almaq;
1.2. ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində onların
sağlamlığına və əmlakına vurulan zərərə görə ödənc almaq;
1.3. sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq;
1.4. müəyyən edilmiş qaydada təbii resurslardan istifadə etmək, onların mühafizəsi və
bərpası üzrə tədbirləri həyata keçirmək, ətraf mühitin mühafizəsində və sağlamlaşdırılmasında
iştirak etmək;
1.5. qanunvericilikdə müəyyən edilmiş qaydada ətraf mühitin mühafizəsinə aid
yığıncaqlarda, mitinqlərdə, piketlərdə, yürüşlərdə və nümayişlərdə, referendumlarda iştirak
etmək;
1.6. ətraf mühitin mühafizəsinə dair dövlət hakimiyyət orqanlarına və təşkilatlarına
müraciət etmək;
1.7. ictimai ekoloji ekspertiza haqqında təkliflər vermək;
1.8. insan həyatına və ətraf mühitə mənfi təsir göstərən müəssisələrin, qurğuların və başqa
ekoloji zərərli obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi
haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini və həmçinin fiziki və
hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını, müvəqqəti dayandırılmasını və hüquqi
şəxslərin ləğv edilməsini tələb etmək;
1.9. ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində təqsirkar
təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətə cəlb edilməsi barədə müvafiq
orqanlar və məhkəmələr qarşısında iddialar qaldırmaq;
1.10. qanunvericilikdə nəzərdə tutulan başqa hüquqlarını müəyyən edilmiş qaydada həyata
keçirmək.
2. Ətraf mühiti qorumaq hər bir kəsin vəzifəsidir.
M a d d ə 7 . Ətraf mühitin mühafizəsi sahəsində ictimai birliklərin hüquqları və