«İxtisasa giriş»



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix23.11.2022
ölçüsü1,12 Mb.
#69987
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   22
M.Sunay-İxtisasa-giriş

7. Litosfer. Litosfer
ə antropogen təsirlər 
Yer Planetinin b
ərk hissəsinin əsas kütləsi Yerin nüvəsi (mərkəzi), mantiyası və Yerin 
qabığından ibarətdir. Daxili nüvənin radiusu 1250 km, Yerin həcminin 0,7%, kütləsinin 
1,2%-ni t
əşkil edir. Onun bərk cisim olub ərimə vəziyyətinə yaxın olduğu ehtimal edilir. 
Nüvənin xarici (kənar) qatı 2900-5000 km dərinlikdə yerləşib bütün Yerin həcminin 
15,2%, kütləsinin 29,8%-ni tutur. Onun ərimiş-maye halında olması güman edilir, Yer 
nüvəsinin temperaturu 50000 -yə, sıxlığı 12,5 t/m3 -a yaxındır. Yerin mantiyası Yer 
qabığı ilə yerin nüvəsi arasındakı təbəqədir, onun aşağı sərhədi təxminən 2900 km 
d
ərinlikdə yerləşir, qalınlığı 2 min km-ə yaxındır, əsasən maqnezium və dəmir, ağır 
metallardan ibar
ətdir. Yuxarı 199 mantiyanı 60-250 km dərinlikdə ərimiş hala yaxın 
bazalt t
əşkil edir. 500 km dərinlikdə temperaturu 15000 , 2900 km dərinlikdə təzyiq 
1,35milyon kq/sm2 b
ərabərdir. Yerin qabığı onun xarici bərk qatına deyilir. Üstdən 
atmosfer v
ə hidrosferlə, altdan seysmik məlumatlarla müəyyənləşdirilmiş daha sıx 
ultra
əsaslı substratla (Moxoriviçiç səthi ilə) hüdudlanır. Yer qabığı materiklərdə və 
okeanların altında müxtəlifdir. Materikdə yer qabığının qalınlığı adətən 35-45 km, dağlıq 
ərazilərdə 75 km-ə qədərdir. Okeanda Yer qabığının qalınlığı 5-10 km-dir (su qatı ilə 
birlikd
ə 9-12 km). Yer qabığının orta sıxlığı 2,8 q/sm3 -dir, onun kütləsi Yerin bütün 
kütləsinin 0,8%-ni təşkil edir. Yer qabığında yuxarıdan aşağı üç qat ayrılır: çökmə, qranit 
v
ə bazalt qatları. Yuxarı qatda gillər, gil şistləri, qumlucalar, karbonatlı və vulkanik 
suxurlar üstünlük təşkil edir. Çökmə qatının qalınlığı çökəkliklərdə 20-25 km, kristallik 
şistlərdə (qalxanlarda) isə praktiki olaraq sıfıra qədər ola bilər. Yer qabığının orta qatı öz 
xass
ələrinə görə qranitə yaxındır (qranitlər, qneyslər, qranodioritlər, dioritlər, kristallik 
şistlər, amfibolitlər). Bu qat okeanlarda olmur, kontinentlərdə isə onun qalınlığı bir neçə 
on kilometrl
ərə çatır. Bazalt qatı kristallik süxurlardan təşkil olunub qranit qatına 
nisb
ətən sıx (bərk) olur. Okeanın altında onun qalınlığı 2-7 km, kontinentlərin altında isə 
15-40 km-
ə çatır. Yer qabığının quruluşu olduqca müxtəlifdir, lakin əsas 2 qabıq tipi 
ayrılır: kontinental və okean. Kontinental qabığın tipik kəsiyində yuxarıda orta qalınlığı 3 
km, sıxlığı 2,5 q/sm3 olan çökmə süxurlar yerləşir. Daha dərində orta dərinliyi 17 km, 
sıxlığı 2,6-2,8 q/sm3 olan qranit – metamorfik qatı yerləşir, onun altında isə orta dərinliyi 
15 km v
ə sıxlığı 2,9-3,3 q/sm3 olan bazalt qatı yerləşir. Okean qabığının tipik kəsiyində 
yumşaq çöküntülərin orta qalınlığı 0,7 km təşkil edir, bu qat bilavasitə bazaltın üstündə 
yerl
əşir. 


Yer qabığı və ona birləşən yuxarı mantiyanın bir hissəsi litosferi əmələ gətirir. 
Z
əlzələlərin əksəriyyət mənbəyi litosferdə, əsasən yuxarı 30 km-də yerləşir. Litosferin 
ən üst qatları digər geosferlərlə birlikdə və qarşılıqlı əlaqədə olur. Belə qarşılıqlı təsir 
n
əticəsində litosferin üst qatında suyun, havanın və canlıların birgə məhsulu olan 
aşınma qabığı yaranır. Aşınma qabığında torpaq inkişaf edir. Aşınma qabığının qalınlığı 
v
ə quruluşu bütövlüklə coğrafi zonallıq qanununa tabedir. Nival və arid qurşaqlarda 
aşınma qabığının qalınlığı adətən 10 metrə çatmır və quruluşu nisbətən sadə olur. Lakin 
ekvator qurşağında aşınma qabığı çox mürəkkəb quruluşlu, inkişaf tarixi uzun müddətli, 
qalınlığı isə 60 m-i keçə bilər. Litosferin üst horizontları adətən bilavasitə atmosfer və 
hidrosferl
ə əlaqədə olur. Quruda litosfer torpaqla (pedosfer), bitki ilə (biosfer) və ya 
soyuq şəraitdə buz və qarla (kriosfer) örtülü olur. Yalnız səhrada litosfer bilavasitə 
(aşınma qabığı ilə) atmosferlə əlaqədə olur. Eyni zamanda torpaq və aşınma qabığı ilə 
atmosfer v
ə litosfer arasında aktiv qaz mübadiləsi gedir. Litosfer və təbii sular arasında 
q
arşılıqlı əlaqə daha yüksək dərəcədə gedir, belə ki, yeraltı sular həm hidrosferin, həm 
d
ə litosferin bir hissəsidir. Beləliklə, litosferin ən üst horizontları digər sferlərlə aktiv 
sur
ətdə qarşılıqlı əlaqədə olur. Bu qarşılıqlı əlaqə yer səthində maksimum intensivliyə 
çatır, ondan yuxarı və aşağıda isə azalır. Bu əlaqə insanın rolu artdıqca daha da 
güclənir. Bəşəriyyət yer qabığı ilə min il qabaq əlaqəyə girmişdir. Arxeoloq və tarixçilərə 
m
əlumdur ki, hələ neolit dövründə əcdadlarımız faydalı mineralları, dağ süxurlarını, 
külçələri yer səthindən yığmaqla kifayətlənməmiş, onları yerin alt qatlarından da 
çıxarmışlar. Neolitdə, tunc və daş dövrlərində yerin alt qatlarında silisium, mis, dəmir 
filizi v
ə duz çıxarılmışdır. Onların yerində lağım, süni quyular və yeraltı yollar aşkar 
edilmişdir. İnsan nəsillərinin bütün bu fəaliyyətləri yer qabığına real təsir göstərə 
bilm
əmişdir. Min illər keçdikdən sonra insanın yer qabığına təsiri qlobal miqyas almışdır. 
Hazırda bəşəriyyət yerin dərinliklərindən səthinə 10 milyon kubmetrlərlə dağ süxurları 
çıxarır. İnsan Yer qabığının həyatına aktiv qarışır, onun fəaliyyəti qlobal geoloji faktora 
çevrilir. Yerin səthinə və təkinə ən çox dağ –mədən sənayesi, xüsusən faydalı 
qazıntıların açıq üsulla çıxarılması təsir göstərir. Bu zaman yerin səthinin yatması 
müşahidə olunur, çoxlu təsərrüfat sahələri sıradan çıxır, ətraf mühit müxtəlif 
toksikantlarla çirklənir. Texnogen relyef formaları – çalalar, çuxurlar, oyuqlar, təpələr, 
karxanalar, töküntülər, terrigenlər və s. əmələ gəlir. İlk dəfə faydalı qazıntılar çıxarılması 
il
ə əlaqədar səthin çökməsi köhnə İngiltərədə müşahidə edilmişdir. Orta Çeşirdə yerin 
altından duzun çıxarılmasına eramızdan əvvəl başlanmışdır, XVII əsrin sonundan isə 
70-110 m d
ərinlikdən yeraltı üsulla duzun iri istehsalına başlandı. Duz istehsal olunan 
ərazidə səthin ilk dəfə çökməsi (batması) 1880, sonralar isə 1893 və 1912-ci ildə baş 
verdi. Bunun n
əticəsində diametri 3 km-ə yaxın ərazidə yer deformasiyaya uğradı, oranı 
su basaraq istifad
ə üçün yararsız hala düşdü. Burada torpağın üstündəki su boruları 
parçalandı, kanallar və dəmiryolu kommunikasiyası dağıldı, evlər zədələndi. Uzun illər 
Parisd
ə evlər və kilsələrin tikilməsi üçün şəhərin altından əhəng çıxarılmışdır. Əgər XVII 
əsrin sonunda şəhər küçələrinin altından daş istehsalı dayandırılmasaydı şübhəsiz 
Paris şəhəri «batıb» dağılmışdı. İnsanın aktiv fəaliyyəti (karxanalar, şaxtalar, yeraltı 
anbarlar, mülki və hidrotexniki obyektlər, zibilxanalar və s.) litosferdə əsasən üst bir 
neçə 10 metrlikdə aparılır, lakin tək-tək xüsusi dərin karxanalar, şaxtalar və quyular da 
mövcuddur. Dünyada mis istehsal olunan ən dərin karxana ABŞ-da Yuta ştatında 
Binqem Kenyondadır. Karxananın dərinliyi 774m, sahəsi 7,2 km2 , karxanadan çıxarılan 
qruntun kütləsi 3,4 mlrd. ton təşkil edir. Rusiyada Uralda Korkin kəsiyində karxananın 


d
ərinliyi 520 metrdir. Ayrı-ayrı şaxtaların dərinliyi 4 km təşkil edir. Buruq quyularının 
d
ərinliyi də bir neçə min metrə çatır, dünyada ən dərin quyu (15km) Kola yarımadasında 
layih
ələşdirilmişdir. Daş kömür, dəmir və digər metalların külçələri, tikinti materialları və 
dig
ər faydalı qazıntıların karxanaları bütün kontinentlərdə yayılmışdır. Bütün dünyada 
litosferin üst qatından il ərzində 1 000 milyard tondan çox mineral xammal çıxarılır və 
emal olunur. Ağır sənayenin 90% -ə qədərini təmin edən 400 növə yaxın faydalı 
qazıntılar çıxarılır. Litosferdən çıxarılan materialların 98%-ə qədəri yararsız olub atılır, 
yalnız 2%-ə qədəri işlədilir. Beləliklə, litosferin üst qatında materialların həddindən çox 
antropogen 
qarışdırılması aparılır. Bu isə həm bütövlüklə ekosferə, həm də onun ayrı-
ayrı hissələrinə güclü dərəcədə toxunur. Faydalı qazıntıların çıxarılması həmçinin Yer 
qabığının geokimyəvi tərkibini dəyişdirir. Yer səthinin antropogen dəyişilməsi həmçinin 
iri hid
rotexniki qurğuların tikilməsilə əlaqədardır, 1988-ci ilə qədər bütün dünyada 
hündürlüyü 150-300 m olan 360-dan artıq bəndlər tikilmişdir. Bəndlərin çəkisinin təsiri, 
h
əmçinin süxurların yuyulması prosesində bəndin bünövrəsinin çökməsi və çatların 
əmələ gəlməsi müşahidə olunur. Belə ki, Sayan-Şuşinski SES-in bəndinin bünövrəsində 
20 m uzunluğunda çat qeydə alındı. Bratski, Ust-İlimski SES-nın bəndlərinin 
bünövrəsinin yatması (çökməsi) ildə 10 mm –dən çox təşkil edir. Kama su anbarının 
(sah
əsi 1915 km2 , suyun həcmi 12,2 km3 ) suyu böyük güclə yer qabığına təsir 
göstərdiyi üçün Perm vilayətinin çox hissəsində ildə 7 mm yatma (çökmə) müşahidə 
olunur. Aliml
ər tərəfindən aşkar edilmişdir ki, su anbarında suyun səviyyəsi 100 m-dən 
artıq olduqda zəlzələnin aktivliyi artır. Yer qabığının yatması bir çox iri şəhərlərin altında 
da baş verir. Binaların və qurğuların altında qrunt bərkiyir və səthi çökür. Müasir 
şəhərlərdə tikinti yükü o qədər böyükdür ki, ayrı-ayrı binalar altında baş verən çökmələr 
bir-biril
ə birləşir. Məsələn, Moskvada 15 il ərzində qruntun çökməsi 8 mm təşkil edir. 
Yaponiyanın Tokio və Osaka şəhərləri son illərdə yeraltı suların nasosla çəkilməsi və 
yumşaq süxurların sıxılması nəticəsində 4 mm çökmüşdür. Deməli, insanın təsərrüfat 
f
əaliyyəti təbii relyefəmələgəlmə və digər geoekoloji proseslərin gedişini kökündən 
d
əyişdirir, bu isə neqativ nəticələrə gətirib çıxarır. Antropogen geoloji proseslər ilbəil 
getdikc
ə güclənir və bütün bəşəriyyət üçün təhlükə yaradır. Minerallar. Yer qabığı 
müxtəlif süxurlardan təşkil olunmuşdur. Hər süxur isə özü mineraldan ibarətdir. Bəsit 
süxurun tərkibinə yalnız hər hansı bir mineral daxil olur. Mürəkkəb süxur isə bir neçə 
müxtəlif mineraldan ibarətdir. Kimyəvi cəhətdən eyni olub tərkibi dəyişməyən və 
müəyyən fiziki xüsusiyyətlərə malik olan cisimlərə mineral deyilir.Mənşəyinə görə 
minerallar 3 qrupa bölünür: maqmatik, çöküntü və metomorfik. Maqmatik (ilk) minerallar 
maqmada yüksək temperatur və təzyiq şəraitində əmələ gəlir. Çöküntü süxurların 
mineralları (törəmə) aşınma nəticəsində yaranır. Metamorfik süxurların mineralları 
süxurda yüksək temperatur və təzyiq şəraitində baş verən fiziki – kimyəvi proseslər 
n
əticəsində əmələ gəlir. 203 Minerallar əsasən siniflərə, siniflər isə qruplara bölünür. I 
sinif - Saf elementl
ər, bura təbii halda olan bütün bəsit minerallar daxildir: qızıl, gümüş, 
platin , metalloidl
ərdən: kükürd, qrafit, almaz. II sinif - Sulfidlər: pirit və ya dəmir, kükürd 
kolçedanı, halqopirit və ya kolçedanı III sinif - halloidlər: halloid turşuların duzları: kalit 
v
ə ya daş duz,karnallit, kainit. IV sinif - Oksidlər və hidroksidlər: kvars, çaxmaq daşı, 
boksit, qematit v
ə ya qırmızı dəmir filizi, maqnetit V sinif - Oksigen turşularının duzları: 
sulfatlar - mirabilit, gips, karbonatlar 
– soda, maqnezium, kaloit, dololit, sidert və ya 
d
əmir şpatı; fosfatlar- ftorapatiat, fosforitlər – vivianit; silikatlar – olivin, çöl şpatları: 
ortoqlaz, albit, inortit, gil mineralları – törəmə minerallar montmorillonit, kaolinit. VI sinif - 


üzvi birləşmələr: neft, dağ yağı, dağ mumu, asvalt, yantar və s. Dağ süxurları (ana 
süxurlar). Yer üzərində müəyyən massiv qaya və ya təbəqə şəkilində minerallar 
birl
əşmiş halda süxurları yaradır.Dağ süxurları torpaqəmələgətirən süxurlar üçün əsas 
sayılır, onların üst qatlarından torpaq yaranır.Süxurların xüsusiyyətləri torpağın kimyəvi 
v
ə fiziki xassələrinə müəyyən qədər təsir göstərir.Qranit üzərində əsasən az münbit 
torpaqlar 
əmələ gəlir.Bazalt süxurlar isə münbit torpağın yaranması üçün qiymətli 
material hesab olunur.Landşaftın, hidroqrafiyanın və bitki örtüyünün xüsusiyyəti dağ 
süxurlarının xarakteri və formasından asılıdır. Mənşəyinə görə massiv – kristial 
(püskürmə və ya maqmatik), çöküntü və metamorfik süxurlar ayrılır.Massiv – kristal 
süxurlar yerin dərinliklərindən püskürüb çıxan və soyuyan maqmadır. Bu süxurlar ilk 
olaraq yerin b
ərk qabığını yaratdığı üçün ilkin süxurlar adlanır. Çöküntü süxurlar ilkin 
süxurların parçalanmasından, parçalanan süxurların külək, su və ya buz vasitəsilə 
aparılaraq yer səthində və ya su hövzələrində çökməsindən yaranır. Bunlar törəmə 
(t
əkrar) süxurlar da adlanır. Metomorfik süxurlar yerin daxilində olduğu yerdəcə çöküntü 
süxurlarından yaranmışdır.Yüksək temperatur və təzyiq nəticəsində çöküntü süxurlar 
sıxılmış, bir hissəsi ərimiş və sementləşmişdir.Çöküntü süxurların belə dəyişmə prosesi 
birlikd
ə metomorfizləşmə adlanır. Göstərilən bu 3 qrup süxurlar bir – birindən kimyəvi, 
mineroloji v
ə fiziki xüsusiyyətlərinə görə ayrılır. Çöküntü süxurlar Yerin üst səthini 
dem
ək olar ki, bütövlüklə örtür.Bəzən onların qalınlığı kilometrlərlə, bəzən metrlərlə, 
h
ətta santimetrlərlə ölçülür, çöküntü süxurların yayılma forması təbəqələrlədir.(qat - 
qat). I. Massiv 
– kristallik püskürmə süxurlar iki böyük qrupa – effuziv və intruziv 
süxurlara bölünür. Maqma püskürüb yer səthinə çıxaraq aşağı temperatur və təzyiq 
şəraitində soyuduqda bu süxura effuziv (püskürmə) süxur, maqma yer səthinə çatmayıb 
yüksək təzyiq şəraitində müəyyən dərinlikdə yavaş – yavaş soyuyub kristallaşarsa buna 
intruziv (d
ərinlik) süxurları deyilir. Maqmatik süxurların xarakteristikası Qranit – dərinlik 
(intruziv) süxuru olub boz, çəhrayı, qırmızımtıl – qonur və hətta tünd qırmızı rəngdə ola 
bil
ər. Siyenit – tam kristallaşmış dərinlik süxuru olub ortoqlaz, biotit və piroksenitdən 
ibar
ətdir. Traxit – Siyenit tərkibli süxurdur, lakin kiçik dənəvaridir. Qabbro – dərinlik 
süxuru olub qara, boz və yaşılımtıl rənglidir. Diabaz - plaqioqlazdan təşkil olunub, 
t
ərkibində avqit də iştirak edir. Andezit – effuziv süxuru olub plaqioqlaz və biotitdən 
ibar
ətdir. Rəngi açıq – boz və ya qonur – qırmızıdır. Bazalt – Effuziv süxur olub 
qabbronun analoqudur, tünd – boz və qara rənglidir. Tərkibi plaqioqlaz, avqit və 
olivind
ən ibarətdir. II – Çöküntü süxurlar. Bu süxurların əmələ gəlməsində 4 mərhələ 
ayrılır: 1) aşınma nəticəsində materialların toplanması, 2) Aşınmış materialın 
aparılması, 3) Onların çökməsi, 4) Daşlaşması. Çöküntü süxurlar püskürmə 
süxurlarından tərkib və quruluşlarına görə fərqlənirlər. Onlar yumşaq, səpələnən və 
sementl
əşmiş olur.Çöküntü süxurların tərkibində dəmir oksidi çox olur, ümumi kalium 
natriuma nisb
ətən üstünlük təşkil edir. Çöküntü süxurlar mexaniki, kimyəvi və 
orqanogen olur (c
ədvəl 11.2). Genetik xüsusiyyətlərinə görə çöküntü süxurları elüvial, 
delüvial, prolüvial, alüvial və kolüvial süxurlara bölünür. Elüvi və ya elüvial çöküntü 
aşınmış dağ süxurlarının aşındığı yerində qalmasıdır. Delüvi - xırda hissəciklərin 
yamacların aşağı hissələrində toplanmasına deyilir. Belə çöküntülərin xarakterik cəhəti 
onun t
əbəqə – təbəqə olmasıdır. Prolüvi – yamac su axınlarının gətirmə konuslarında 
topladığı materiala deyilir. Allüvial çöküntülər nisbətən az sürətlə axan böyük və kiçik 
çayların gətirdiyi çöküntülərdir.Yaxşı çeşidləşmiş və yuvarlanıb hamarlanmış xırda 
hiss
əciklərdən ibarətdir.Çaybasar sahələrdə tipik allüvi çöküntüləri toplanır. Kolyuvi – 


dağlıq ərazidə yamacların aşağı hissəsində öz ağırlığı ilə və ya şaxtaların təsirilə 
toplanan qırıntı (parçalanmış) materiala deyilir. Aşınma məhsullarının külək vasitəsilə bir 
yerd
ən başqa sahəyə aparılması aşınma məhsulunun xüsusiyyətlindən və küləyin 
sürətindən asılıdır. Süxurların külək vasitəsilə uzaq məsafələrə daşınması səhra və 
yarımsəhra şəraitində daha intensiv gedərək eol mənşəli çöküntülər əmələ gətirir. 
Respublikamızın ərazisində torpaqəmələgətirən süxurlardan əsasən karbonatlı löslər, 
lösəbənzər gillicələr, karbonatsız gillicələr, allüvial gillicələr, qumlar, duzlu süxurlar və 
başqalarını göstərmək olar. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin