Jan Pol Sartr Ürək bulantısı Roman



Yüklə 0,78 Mb.
səhifə10/11
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#2153
1   2   3   4   5   6   7   8   9   10   11
Axşam saat 7

Gün işdə keçir. Elə də pis getmir, altı səhifə yazmışam və hətta bundan zövq almışam. Özü də bu I Pavlın hakimiyyəti barədə mücərrəd fikirlər idi. Dünənki orgiyadan sonra bütün gün özümlə sərt davranmışam. Ürəyimlə danışmağa çalışmaq əbəs idi!Əvəzində böyük məmnuniyyətlə rus aristokratiyasının məqsəd və meylləri ilə bağlı araşdırma etdim. Amma bu Rolben məni qıcıqlandırır. O ən kiçik, ən boş şeylərdən sirr düzəldir. Yaxşı, bu adam 1804-cü  ildə Ukraynada nə ilə məşğul olub? O öz səfəri barədə qeyri-müəyyən ifadələrlə danışır:

“ Qoy gələcək nəsillər qərar versin; nə olsun ki, ürəyimdə mənə gülənləri susduracaq və onları qorxu burulğanına atacaq sirrlər daşıyıram və bütün cəhdlərim uğursuzluqla nəticələndi,  sakitcə daşıdığım ağır xəyanət və alçalmaq deyil, mükafata layiq idim ya yox?”

Mən bir dəfə bu qarmağa ilişdim: o çoxmənalı ifadələrlə 1790-cı ildə Buvilə etdiyi kiçik səfərini təsvir edirdi. Bütöv bir ayı onun hər hərəkətini izləmək üçün itirdim. Məlum oldu ki, nəticədə öz fermerlərindən birinin qızını hamilə buraxıb. Məgər o ən adi hiyləgər deyil?

Bu balaca, yalançı adama dəhşətli dərəcədə hirslənirəm, bəlkə də bu pərtlikdən irəli gəlir- onun başqalarını aldatmasını çox xoşlayırdım, amma istəyirdim ki, mənim üçün istisna olsun; ümid edirdim ki, biz- iki bazar fırıldaqçısı bütün bu ölülərin başı üzərindən əlbir olacağıq və o mənə həqiqəti deyəcək! Amma o heç nə, heç bir şey demədi, eynilə axmaq yerinə qoyduğu çar Aleksandr və XVIII Lyudovikə etdiyi kimi. Mənim üçün Rolbonun dəyərli olmağı önəmlidir. Əlbəttə ki, o bicdir, amma kim bic deyil ki? Amma baxır balaca yoxsa böyük hiyləgər. Yaşasa əlini sıxmağa layiq bilmədiyim adam haqqında taxiri araşdırmalar edib vaxt itirməyi sevmirəm. Markiz haqqında nə bilirəm? Onun yaşadığı həyatdan daha parlaq həyat təsəvvür etmək çətindir, amma o həyatı məgər özü yaradıb? Bircə onun məktubları bu qədər qəliz olmasaydı…

Ah, onun gözlərini görə bilsəydim, bəlkə də onun başını çiyninə söykəmək kimi möhtəşəm ədası varmış, ya da hiyləgər şəkildə uzun barmağını burnuna söykəyirmiş, ya da ola bilər iki yalançı iltifat arasında özünün həqiqi, tufanlı xarakterini açıb, o dəqiqə də söndürürmüş. Amma o ölüb- ondan ancaq “Strategiya haqqında trakta” və “Ləyaqət haqqında düşüncələr” əsərləri qalıb. Mənə qalsa onu elə aydın təsəvvür edərəm ki: çoxlarının qurban getdiyi parlaq istehza altında çox sadə, az qala saf ruh gizlənir. O çox nadir hallarda düşünür, amma bütün hallarda instinktinə əsaslanaraq necə lazımdır elə də hərəkət edir. Öz hiyləgərliyində o səmimidir, açıq ürəklidir, ləyaqətli insanlara sevgisi kimi təmiz niyyətlidir. Öz havadarlarını və dostlarını satandan sonra bütün fikirlərini baş verən hadisələrə istiqamətləndirib, oradan ibrət dərsi çıxarmağa çalışır. Hesab edir ki, başqalarının üzərində heç bir hüququ yoxdur, amma başqalarının onun üzərində haqqı var, həyatın ona bəxş etdiyi hədiyyələrə layiq deyil, amma əvəzində onlar qarşılıqsızdır. O hər şeyə ehtirasla həvəs göstərir, amma çox asanlıqla da soyuyur. Bütün məktublarını və yazılarını isə əslində özü yazmayıb- o bunları pulla tutduğu yazıçıya yazdırıb. Əgər bütün bunları ifadə etsəm, gərək markiz Rolbon haqqında roman yazam.

Axşam saat 11

“Dəmiryolçuların sığınacağı”nda nahar etdim. Sahibə yerində idi, onunla sevişməli oldum; amma bu sadəcə mənim tərəfimdən təmiz lütfkarlıq idi. O mənim nəsə xoşuma gəlmir, hədsiz ağdır və yeni doğulmuş körpə iyi verir. Sevişəndə başımı sinəsinə sıxır, elə bilir ki, belə lazımdır. Əllərim etinasız şəkildə yorğanın altında qurdalanırdı, sonra əllərim ağırlaşdı. Markiz de Rolbon haqqında düşündüm, axı mənə onun haqqında roman yazmağa nə mane olur? Əllərim sahibənin belindən aşağı sürüşdü və birdən birə alçaq və enli ağacların bitdiyi bir bağ gördüm, ağaclardan böyük, tüklə örtülü yarpaqlar sallanmışdı. Hər yerdə qarışqalar, qırxayaqlar, güvələr qaynaşırdı. Orada daha iyrənc heyvanlar da var idi, onların bədəni bişmiş çörək tikələrindən ibarət idi- belə çörək tikələrini adətən bişmiş göyərçinin altına düzürlər- bu heyvanlar xərçəng ayaqları üstündə yanakı yeriyirdilər. Yarpaqlar bu həşaratlardan qapqara olmuşdular. Şəhər parkında kaktusların və kolların arxasındakı Velleda heykəli barmağı ilə cinsi orqanını göstərirdi. “Bu bağdan qusmaq iyi gəlir!” mən qışqırdım.

-          Sizi oyatmaq istəmirdim,- sahibə dedi- amma mələfənin tikiş yerləri ayaqlarımın arasına sürtünür, həm də artıq aşağı düşüb Paris qatarından düşən müştərilərə xidmət etməliyəm.

 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin