136
İ.R.Sultanlı
ƏDƏBİYYAT
1.
Abasov İ.D. Azərbaycanın kənd təsərrüfatı, Bakı-2010, 592 səh.
2.
2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları
ilə еtibarlı təminatına dair dövlət prоqramı
3.
Əhmədov I.V.Kənd təsərrüfatının idarə еdilməsi. Bakı 2006, 880 4.
4.
Алтухов A.И., Г.И. Макин, М.А Бабков. Развитие продовольственного
рынка России Москва 1999. 336 с
XÜLASƏ
Dövlət tərəfindən həyata keçirilən tənzimləmə tədbirlərinin də dəyişən şəraitə
adekvat şəkildə uyğunlaşdırılması vacibdir. Məhz bütün bunlar tənzimləmənin və eyni
zamanda iqtisadi siyasət tədbirlərinin zəruri təşkilati-iqtisadi mexanizmlərinin də yeni
dəyişən şəraitə uyğunlaşdırılmasını özündə əks etdirir.
ОБЕСПЕЧЕНИЕ МЕХАНИЗМА ПРОДОВОЛЬСТВЕННОЙ БЕЗОПАСНОСТИ
ДЛЯ РЕГУЛИРОВАНИЯ ПРОДОВОЛЬСТВЕННОГО РЫНКА
И.P.Султанлы
РЕЗЮМЕ
Адаптация
мер
к
адекватному
изменяющимся
обстоятельствам
государственного регулирования важны. Все это должно отражать в правилах и
необходимых организационных и экономических механизмов экономической
политики к меняющимся условиям.
ENSURING FOOD SECURITY MECHANISM FOR REGULATION
OF THE FOOD MARKET
I.R.Sultanli
RESUME
Adaptation measures to changing circumstances adequate government regulation
are important. All this must be reflected in the rules and the necessary organizational and
economic mechanisms of economic policy to changing conditions.
129
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
2015 - № 41
İNGİLİS DİLİNİN TƏDRİSİNDƏ QARŞILAŞDIĞIMIZ FONETİK VƏ
QRAMMATİK ÇƏTİNLİKLƏR
Z.C.Abbasova
Odlar Yurdu Universiteti
Açar sözlər: elm, araşdırma, dillərin müqayisəsi, ünsiyyət
Ключевые слова: наука,иследование,сравнение языков комюникация
Key words: science, research, comparing of the languages, communication
Elm son dərəcə güclü tərəqqi vasitəsidir. İnsanlar onun əsasında yeni – yeni zirvələr fəth
edirlər, irəliyə, gələcəyə doğru böyük inkişaf yolu keçirlər. Elmin qüvvəsi sənayenin,
texnikanın inkişafına təsir göstərdiyi kimi ideologiyaya, onun tərəqqisinə də xüsusi təkan
verir. Bütün dünyanın müxtəlif sahələrindəki elmi nəticə və kəşfləri öyrənmək, onlardan
bəhrələnmək üçün biz mütləq dünya dövlətləri üçün beynəlxalq vahid ünsiyyət vasitəsi
kimi qəbul edilmiş ingilis dilində mükəmməl öyrənib ondan bəhrələnməliyik. Amma
bunun yerinə yetirilməsində qarşımıza bir sıra çətinliklər çıxır.
Məlum olduğu kimi Ingilis və Azərbaycan dilləri istər genezis və istərsədə tipoloji quruluş
baxımından müxtəlif dil qruplarına daxildirlər: İngilis dili hind – Avropa dillərinin german
dil qrupuna daxil olub, analitik dil:Azərbaycan dili isə türk dilləri oğuz qrupuna daxil olub
aqlyutinativ dil hesab edilir. Məhz bu baxımdan da bu dillər arasında ciddi fərqlər
mövcuddur. İngilis dilini öyrənən hər bir azərbaycanlı həmin fərqlər əsasında meydana
çıxan bir sıra çətinliklərlə qarşılaşmalı olur.
Analitik dillər qrupuna daxil olan müasir ingilis dilində cümlələrdə sözlər
arasındakı qrammatik – sintaktik əlaqələr başlıca olaraq köməkçi sözlər və cümlədə
sözlərin sıralanması ilə ifadə edilir. Çox zaman sözün sintaktik mənası yalnız cümlədə
sözlərin müəyyən edilmiş yerinə əsasən aydınlaşdırılır. Bu ona görə mühüm əhəmiyyətə
malikdir ki, müəyyən nitq hissəsi üçün səciyyəvi olan suffikslərin az olması nəticəsində
ingilis dilində eyni bir söz müxtəlif nitq hissəsi ola bilir. Sözün əsl mənasına, onun hansı
nitq hissəsinə mənsub olduğunu cümlədə tutduğu yerinə görə, sintaktik vəzifəsinə görə
müəyyənləşdirmək mümkün olur.
Məs : 1. Smokecomesfromchimneys.----- Tüstü bacadan çıxır.
2.The chimneyssmoke.-------Bacalar tüstüləyir.
3.He likesasmokeafterdinner.------ O , nahardan sonra papiros çəkməyi xoşlayır.
1-ci cümlədə “smoke“ sözü cümlənin xəbərindən əvvəl gələrək cümlədə birinci yeri tutur,
deməli cümlənin mübtədası, 2-ci cümlədə “smoke“ sözü mübtədadan sonra işlənərək
cümlənin xəbəri, 3-cü cümlədə isə “smoke“ xəbərdən sonra işlənərək cümlənin tamamlığı
olur.
130
Z.C.Abbasova
İngilis dilində 26 hərf və 44 səs mövcuddur. Bu dildə hərflərlə səslər arasındakı
uyğunluq çox azdır.
Məs: “A“ hərfi “name“ sözündə [ei ] kimi, “mad“ sözündə [ ae ], “comrade“
sözündə [ ı ] , “water“sözündə [ o ], “ask“ sözündə [ a: ] kimi tələffüz olunur.
Bəzi hərflər müəyyən söz və ya hecalarda heç oxunmurlar.
Məs: “knock“ sözündə [ k ], “hour“sözündə [ h ], “wrong“sözündə [w ] –
oxunmur.
Çox vaxt eyni səs müxtəlif kəlmələrdə müxtəlif hərf yaxud hərf birləşməsi ilə ifadə
olunur.
Məs: “see [si:] , sea [si: ], believe [ bili:v ]
Ingilis dilində qarşımıza çıxan çətinliklərin ən mühümindən biri də yazı ilə tələffüz
arasında çox böyük fərqin olmasıdır. İngilis hərf və hərf birləşmələri hər yerdə eyni cür
oxunmur, onun üçün də onların oxunması üçün müəyyən qayda vermək olmur.
Məs: “height“ [ hait ] ----- “weight“ [ weit ]; nə üçün “ei“ hərf birləşməsinin
1-ci sözdə [ ai ], 2-ci sözdə isə [ ei ] kimi tələffüz olunduğuna dair müəyyən bir qayda
mövcud deyil.
Müasir ingilis dilində ismin hal kateqoriyası morfoloji baxımdan çox zəifdir Yəni
hal şəkilçilərinin ifadə etdiyi qrammatik mənalar söz önləri adlanan köməkçi nitq hissələri
ilə ifadə edilir.
Məs: otağın tavanı ----- theceiling of theroom
Sheis at work. ------- O işdədir.
Little girl goes to the nursery. --- - Kiçikqızuşaqbağçasınagedir.
İsiməxasolanmüəyyənlikkateqoriyası da analitikyollayəni “article“
adlananköməkçinitqhissəsiiləifadəedilir.Əgərhaqqındasöhbətedilənəşyavəyaşəxsbizimüçü
nqeyrimüəyyəndirsə, onunhaqqındaheçbiranlayışamalikdeyiliksəbuhaldahəminisimqeyri –
müəyyən “a vəya an“ artiklıilə, yox həmin əşya və ya şəxs haqqında hər hansı bir
məlumat olduqda isə həmin isimin qarşısında müəyyənlik “the“ artiklıişlədilir.
Məs: İ have a book. The book is very interesting.
Feləxasolanzamanformalarınınəksəriyyətianalitikyollayəniköməkçifellərvasitəsilədüzəldili
r, davamedicizamanlar “to be“ köməkçifeli , bitmişzamanformaları “to have“ köməkçi
felin gələcək zamanın qeyri müəyyən forması “shall, will“ köməkçi feli vasitəsilə
düzəldilirlər.
Məs: I am teaching English now.
She has learned English lately.
She will go on an excursion next year.
Azərbaycandilindənfərqliolaraqmüasiringilisdilindəişarəəvəzlikləriisimlərləkəmiyyətəgörə
uzlaşır.
Məs: this student ------ these students
That mistake-----those mistakes
Müasir ingilis dilində mövcud olan “cerund“-un öyrənilməsi də qarşıya çıxan
çətinliklərdən biridir.
Çünkifelinbuşəxssizformasıazərbaycandilininqrammatikasındamövcuddeyil.
Onundüzəlməqaydasıindikizamanfelisifətformasınındüzəlməqaydasıiləeynidir.
Yənihərikisiməsdərdən “to“ hissəciyininatılmasıvəəsashissəninsonuna “ing“ şəkilçisinin
131
Z.C.Abbasova
artırılması ilə düzəldilir. Cümlədədaşıdıqlarıfunksiyalarla da üst – üstədüşürlər. Məhz
bunöqteyi nəzərdən də onların öyrədilməsində bir çox çətinliklər qarşıya çıxır.
Məs: A dancing girl ( indikizamanfelisifət )
A dancing hall ( cerund )
“a dancing girl“ birləşməsini “for“ söz önü ilə ifadə etmək mümkün deyil və bu
birləşmədə “ing“ şəkilçisiiləolansözdahaçoxhərəkətbildirir, yəni “ing“ – li
sözindikizamanfelisifətdir.
“a dancing hall“ birləşməsini isə ing “----“ a hallfordancing “kimi ifadə etmək olur,
yəni “ing“- li söz hərəkətlilikdən çox isimlilik ifadə edir, yəni həmin söz cerunddur.
İsimin kəmiyyət kateqoriyasının düzəldilməsi də bu dilin öyrədilməsindəki növbəti
çətinlikdir. Beləki isimlərin bir qisminin cəm forması sintaktik yolla, yəni ismin sonuna
“s” və ya “es“ artırmaqla:
Məs: a chair ----- chairs
a bench ----benches
bir qismi isə sözün kökündəki sait səsləri dəyişməklə:
a goose ------ geese, a man ---- men, loose ---- lice,
bir qismi isə sözün kökünə “en və ya (r )en” şəkilçisi artırmaqla:
a ox ----- oxen, a child ----- children------düzəldilir.
Qarşıya çıxan digər çətinliklərdən biri də digər dillərdən fərqli olaraq müasir ingilis
dilində söz birləşmələrinin sintaktik əlaqələrindən yalnız yanaşma əlaqəsinin olmasıdır.
Məs: highmountain, stonewall, towalkslowlyetc.
Müasir ingilis dilində qrammatik mənaların bu tərzdə ifadə edilməsinə dair çox
misallar vermək olar. Verilən misallar göstərir ki, ingilis dilinin qrammatik quruluşunun
ümumi mənzərəsini təşkil edən başlıca cəhət analitizmdir. Bununla yanaşı qeyd etməliyik
ki, heç bir dili saf analitik və ya sintetikhesab etmək düzgün olmaz. Necəki ingilis dilinin
özündə də bir çox sintetik ünsürlər mövcuddur.
Məs: indiki zamanın qeyri müəyyən formasını düzəldərkən 3-cü şəxs təkdə felin
əsas hissəsinin sonuna “s “ və ya “es“,
Qaydalı fellərin keçmiş qeyri müəyyən zaman formasını düzəldərkən felin əsas
hissəsinin sonuna “ed“,
Canlı isimlərin yiyəlik halını düzəldərkən işimin sonuna “ ‘s “ --- -- artırılır.
Müasir ingilis dilində sintetik formaların xeyli dərəcədə az olması belə təsəvvür
yarada bilər ki, bu dilin qrammatikası çox asandır. Əslində hər hansı bir dildə o cümlədən
də ingilis dilində morfoloji -sintetik formaların azlığı dilin qrammatikasının
mürəkkəbliyinə, çətinliyinə gətirib çıxarır. Bu dillərdə sintetik əlamətə malik olmayan
qrammatik mənaları yerli yerində işlətmək çox çətin olur.
İngilis dilinin tədrisində qarşılaşdığımız çətinlikləri sadalamaqla heç də bu dilə
yiyələnə bilməyəcəyimizdən şikayətlənmək fikrində deyiləm, sadəcə bu dili yəni ingilis
dilini – öyrənməyə başlayanlara kömək məqsədi ilə onlara bu çətinliklərin öhdəsindən
necə gəlməyi başa salmağa cəhd etməkdir. Nə qədər çətinliklərləqarşılaşsaqda biz yalnız
dünyadakı sivilizasiyadan, texniki tərəqqidən bu dil vasitəsi ilə xəbərdar ola biləcəyik. Bu
dilin mühümliyini, vacibliyini və müasirliyini nəzərə alaraq hər bir müasir gəncə ona
yiyələnməyi tövsiyə edirəm , ona yiyələnmədən onlar bütövlükdə heç nəyə nail ola
bilməzlər .
132
Z.C.Abbasova
ƏDƏBİYYAT
1.
“ İngilis dilinin qrammatikası“ O. Musayev 2012
2.
“English grammarin Use”. Raymond Murphy .2000
3.
“Learn English Grammar. Learningtolearn English“. İnternet materialı.
4.
“Englishgrammarliterature and revisebooks”. GeoffBarton. 2001
5.
“English grammar rules “Stay posted whengrammar rules” Blog. 2003
6.
“The Practice of English Language Teaching“. Jeremy Harmer. 2012
THEPHONETIC AND GRAMMATICAL DIFFICULTIES
WECOMEA CROSSW HILETEA CHING ENGLISH
Z.C.Abbasova
SUMMARY
Whenteaching English wecomeacross somedifficuties as it belongsto an
analyticallanguage. Theanalytic allanguageshavegotsomepecularities. Such as
theselanguageshavegoteither a fewsuffixesornosuffix. Thusthemeaning of the sentenceis
express edby means of theexactword order. Inspite of the sedifficuties weha vetolearnthis
language as weneed it.
ФОНЕТИЧЕСКИЕ И ГРАММАТИЧЕСКИЕ ПРОБЛЕМЫ
ПРИПРЕПОДАВАНИИ АНГЛИЙСКОГО ЯЗЫКА
З.Ч.АББАСОВА
РЕЗЮМЕ
В связи с тем, что этот язык относится к аналитической группе языков, при
преподавании данного мы сталкиваемся с рядом проблем. Аналитические языки
имеют несколько характерных черт. Например, эти языки владеют или небольшим
количеством окончаний или вообще не имеют оканчания. Таким образом, значение
предложений определяется определенным порядком слов в предложении. Несмотря
на эти трудности, мы должны изучать этот язык по необходимости.
124
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
2015 - № 41
MALİYYƏ RESURSLARININ
DÜZGÜN İDARƏ OLUNMASININ SƏMƏRƏLİLİYİ
A.İ.Şirinova
Təfəkkür Universiteti
Bakı AZ1008, Təbriz rüçəsi 29
e-mail: arzushirinova97@gmail.com
E.E.Seyidov
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
Bakı AZ1000, Neftçilər prospekti 73
e-mail: elfaq.seyidov@socar.az
Açar sözlər: maliyyə sabitliyi, dövlət tənzimlənməsi, maliyyə resursları, Dövlət Neft Fondu,
maliyyə mexanizmi, maliyyə menecmenti, maliyyə kateqoriyaları
Keywords: financial stability, government regulation, financial resources, State Oil Fund, financial
mechanism, financial management, financial categories
Ключевые слова: финансовая стабильность, государственное регулирование, финансовые
ресурсы, Государственный Нефтяной Фонд, финансовый механизм, финансовое управление,
финансовые категории
Hər bir dövlətin və ya müəssisənin maliyyə resurslarını pul vəsaitlərinin qanunla
müəyyən olunmuş mənbələri təşkil edir. Bu mənbələr iqtisadi fəaliyyətin nəticəsi kimi
təzahür edir. Ona görə də özəl və dövlət müəssisələrinin iqtisadiyyatı müvafiq qaydada
tənzimlənməli, innovativ metodlar tətbiq edilməklə istehsalın həcminin artırılması və daha
çox gəlirin əldə edilməsi prioritet məsələlərdəndir. Pul vəsaitlərinin artması onun düzgün
idarə edilməsi problemini ön plana çıxarır. Çünki istənilən sektorda maliyyə
resurslarından səmərəli istifadə etmək uzunmüddətli dövr üçün iqtisadi sabitliyin
təməlidir. Bu baxımdan maliyyə menecmentindən istifadə çox mühümdür. Resurslar
ehtiyat, mənbə, vəsait kimi izah olunur. Maliyyə resursları əsasən mərkəzləşdirilmiş
fondlara - dövlət büdcəsi, büdcədənkənar fondlar və qeyri-mərkəzləşdirilmiş maliyyə
resurslarına - müəssisələrin pul vəsaitləri fondlarına bölünür. Bu resurslar ümumi daxili
məhsulun və milli gəlirin bölüşdürülməsi nəticəsində yaradılır. Makro səviyyədə
mərkəzləşdirilmiş maliyyə resurslarının formalaşmasının birinci və əsas mənbəyi milli
gəlirdir. Dövlət üçün maliyyə resurslarının formalaşmasında başlıca mənbələrdən biri kimi
istehsal sahəsində müəssisə və şirkətlərin pul gəlirləri çıxış edir. Onlara əsasən mənfəət
aid edilir. Maliyyə resurslarının əmələ gəlməsinin digər vacib mənbəyi amortizasiya
fondudur. Mərkəzləşdirilmiş maliyyə resursları xalis gəlirin vergi, vergi olmayan ödənişlər
və ayırmalar vasitəsilə yenidən bölgüsünün nəticəsidir. Bunlardan başqa, mərkəzləşdiril-
miş maliyyə resurslarının formalaşması mənbəyi mərkəzləşdirilmiş dövlət sosial sığorta,
əmlak və şəxsi sığorta fondlarına, digər büdcədənkənar fondlara müəssisələrin ayırmaları
da ola bilər.
125
A.İ.Şirinova, E.E.Seyidov
Müəssisənin maliyyə resurslarına isə hər hansı bir iqtisadi subyektin istifadəsində
olan bütün pul vəsaitləri və gəlirləri daxildir. Bu resurslara müəssisənin xüsusi vəsaitləri
və cəlb edilmiş vəsaitlər hesabına əmələ gəlir. Mənfəət müəssisədə maliyyə resurslarının
formalaşmasının əsas mənbəyidir. Dövlət və ya müəssisə səviyyəsində maliyyə
planlaşdırılması maliyyənin idarə edilməsinin əsas elementi kimi çıxış edir. Maliyyə
planlaşdırılmasının obyekti dövlətin və firmaların maliyyə fəaliyyətidir. Onun nəticəsi isə
maliyyə planlarının (ayrı–ayrı idarələrin smetalarından başlamış dövlətin icmal maliyyə
balansınadəkı tərtibidir. İstənilən planda müəyyən dövrə uyğun olaraq gəlir və xərclər,
maliyyə və kredit sistemində ödəniş və hesablaşmalar üzrə qarşılıqlı əlaqələr
müəyyənləşdirilir. Müəyyənləşdirilmiş məqsəddən asılı olaraq müəssisələrdə və
firmalarda maliyyə planları xüsusilə 5 illik, 1 illik və rüblük hazırlanır. Bəzən isə
perspektiv, cari və operativ strateji maliyyə planları da işlənib hazırlanır. Maliyyənin idarə
olunması üçün planın işlənib hazırlanması əvvəlki dövrlərin maliyyə hesabatları
məlumatlarından istifadə edilir. Bu zaman perspektiv layihələrin uğurla reallaşdırılması
imkanları artır. Maliyyə resurslarının mənbələri əsasən aşağıdakı kimi qruplaşdırılır:
Maliyyə menecmenti maliyyənin idarə edilməsi mexanizmi anlayışı ilə və yaxud
təsərrüfat mexanizminin tərkib hissəsi maliyyə mexanizmi ilə sıx qarşılıqlı əlaqədardır.
Onu bütün səviyyələrdə istehsal prosesinin idarə edilməsinin iqtisadi forma və
metodlarının kompleksi kimi müəyyən etmək olar. Maliyyə menecmenti hər bir təsərrüfat
fəaliyyətində yaranmış maliyyə vəziyyətinin qiymətləndirilməsinə çoxvariantlı yanaşmanı
nəzərdə tutur. Ekstremal şəraitdə maliyyə məsələlərinin idarə edilməsi modelinin işlənib
hazırlanması, maliyyə risklərinin dərəcələrinin heablanmasının, alınan nəticələrin düzgün-
lüyünün qiymətləndirilməsi və konkret idarəetmə qərarlarının qəbul edilməsində maliyyə
Müəssisənin gəlirləri
Əsas fəaliyyətdən
mənfəət
Sair fəaliyyətdən
daxilolmalar (əmlakın
satışından)
Maliyyə
əməliyyatlarından
mənfəət (qiymətli
kağızların satışı)
Təsərrüfat üsulu ilə
yerinə yetirilən tikinti
işlərindən mənfəət
Pul fondları
Nizamnamə fondu
Amortizasiya fondu
Ehtiyat və digər
fondlar
İstehsalın inkişaf
fondu
Cəlb edilmiş vəsaitlər
Pay əsasında cəlb edilmiş
maliyyə resursları və
kreditor borcları
Bankların və təşkilatların
uzunmüddətli kreditləri
Sığorta ödəmələri
Büdcə subsidyası
Müəssisənin maliyyə resursları
126
A.İ.Şirinova, E.E.Seyidov
menecmentinin xüsusi əhəmiyyəti var (1).
Azərbaycanda xüsusilə neftdən gələn gəlirin düzgün idarə olunması və gələcək
nəsillərə çatdırılması üçün Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılmışdır.
Bu fond bir sıra dövlətlərin təcrübəsindən yararlanaraq və ona əsaslanaraq yaradılıb.
Çünki digər dövlətlərin bu sahədə uzun dövrü əhatə edən iqtisadi təcrübəsi var. Bu gün
uğurla fəaliyyət göstərən Dövlət Neft Fondu özünü təsdiq edir. Pul vəsaitlərinin
xəclənməsi və idarə olunmasında şəffaflıq prinsiplərinə riayət olunur. Bu səbəb əsas
gətirilərək Azərbaycan bir sıra reytinq təşkilatları tərəfindən ön pillələrdə yer alır. Dövlət
Neft Fondu 29 dekabr 1999-cu il tarixli 240 nömrəli prezident fərmanı ilə təsis edilmişdir.
Hazırda neft fondu istitutsional baxımdan çox yüksək formalaşmaqla bərabər ölkə
daxilində və eləcə də beynəlxalq səviyyədə tanınmış vəsaitlərin idarə edilməsi, şəffaflığın
təmin edilməsi baxımından digər dövlətlərlə öz təcrübəsini bölüşdürməyə qadir olan bir
quruma çevrilmişdir (2). Neft fondunun maliyyə resursları hesabına ölkədə bir sıra
beynəlxalq və yerli əhəmiyyətli layihələr reallaşdırılmışdır. Bütün bunlar neft fondunda
pul vəsaitlərinin artımı ilə əlaqədar olmuşdur. 2009-2013-cü illərdə baş vermiş artmanı
aşağıdakı qrafikdən görmək olar.
Vəsaitlərin artımı (milyard ABŞ dolları ilə)(3)
2013
2012
5.12%
2011 14.53%
2010 30.89%
2009 52.79%
32.81%
Maliyyə sabitliyinin təmin olunması maliyyə mexanizmindən asılıdır. Pul
münasibətləri sistemi olan maliyyə qeyri ixtiyari formalaşır. Lakin maliyyə mexanizmi
mövcud iqtisadi siyasətin tərkib hissəsi olaraq iqtisadi rejimin, aidiyyati üzrə
mütəxəssislər qrupunun məqsədyönlü fəaliyyəti vasitəsilə maliyyənin idarə edilməsinə
xidmət edir. Maliyyə mexanizmi obyektivdir, çünki o iqtisadi qanun və qaydaların
tələblərinə uyğun olaraq formalaşdırılır. Digər tərəfdən isə maliyyə mexanizmi subyektiv
xarakterlidir. Ona görə ki, iqtisadi rifahın hər hansı bir mərhələsində qarşıya qoyulmuş
müəyyən bir öhdəliyi təsərrüfatçılığın fərqli forma və üsullarının tətbiq edilməsi ilə həll
edilməsinin əsas parametrləri dövlət tərəfindən tənzimlənir. Maliyyə kateqoriyalarının
(mənfəət, vergilər, kredit, dövriyyə vəsaitləri, amortizasiya, nağdsız hesablaşmalar),
normativlərin (rentabellik, büdcə ödəmələri) stimulların, sanksiyaların və müxtəlif
alətlərin köməyi ilə maliyyə münasibətlərinin təşkilinə və maliyyə sferasında faydalı
nəticəyə nail olunur.
Təsərrüfat fəaliyyətinin tənzimlənməsinin əsasını onun maliyyə nəticələrinin təhlili
təşkil edir. Pul vəsaitlərinin hərəkətini müəyyənləşdirmək üçün təhlilin birbaşa və dolayı
yollarından və metodlarından istifadə edilir. Birbaşa metod pul vəsitlərinin daxil olması və
istifadəsinin hesablanmasına əsaslanır, müəssisənin likvidliyini qiymətləndirməyə, cari
öhdəliklər üzrə ödənişlər, investisiya fəaliyyəti və əlavə xərclər üçün pul vəsaitlərinin kifa-
35.9
34.1
29.8
22.8
14.9
127
A.İ.Şirinova, E.E.Seyidov
yət qədər olması barədə operativ nəticə çıxartmağa imkan verir. Bu metodun nöqsanlı
cəhəti alınmış maliyyə nəticələri və müəssisənin hesablaşma hesabında pul vəsaitlərinin
dəyişilməsi arasında qarşılıqlı əlaqəni müəyyənləşdirə bilməsidir.(4) Pul vəsaitlərinin
hərəkətinə tam nəzarət müəyyən mənada maliyyə sabitliyinin əldə olunması deməkdir.
Hal-hazırda maliyyə sabitliyinə təsirlər artmaqdadır. Bu risk xarakterli təsirlər özünü
əsasən inkişaf etməkdə olan ölkələrin iqtisdiyyatında büruzə verir. Bir sıra Avropa
ölkələrində maliyyə böhranlarının baş verməsi maliyyə sferasında müəyyən boşluqların
olmasından irəli gəlir. Xüsusilə ABŞ-ın yumşaq pul siyasətini dayandırması və kreditə
ehtiyacı olan ölkələri daha sərt şərtlərlə maliyyə vəsaitləri əldə etməsi və hazırkı borclar
üzrə öhdəliklərin artması onların işini çətinləşdirir. Azərbaycana isə istər 2008-ci il dünya
böhranı istər, ondan sonrakı illərdəki böhranlardan yan keçməklə maliyyə resurslarının
düzgün istifadəsi və bölüşdürülməsi apardığı siyasətin düzgün olduğunu təsdiq edir. Son
bir neçə ildə Bank sektorunda ciddi islahatların aparılması iqtisadiyyatın mühərriki rolunu
oynayan banklara həm vətəndaşların, həm də müəssisə və şirkətlərin etibarının artmasına
səbəb oldu. O cümlədən bankların və kredit təşkilatlarının kredit siyasətinin hüquqi
cəhətdən tənzimlənməsi istiqamətində aparılan işlər əhali gəlirlərinin düzgün xərclənməsi
və daha çox səmərəli olması üçündür.Çünki əhalinin kreditlərdən asılı hala düşməsi
müəyyən mənada mənfi haldır.Təbii ki, kreditlərin verilməsi iqtisadi inkişafı dəstəkləmək
deməkdir, lakin verilən məbləğlər vətəndaşların aylıq maaşına və ya əmlakına nisbətdə
yüksək olmamalıdır. Azərbaycanda kreditləşmə sahəsində ən mənfi hal verilən kreditlər
üzrə faiz dərəcələrinin yüksək olmasıdır ki, bu da dövlət müdaxiləsinə ehtiyac olduğunu
deməyə əsas verir.
Azərbaycanda maliyyə siyasətini həyata keçirən, dövlət maliyyəsini idarə edən
orqan Azerbaycan Respulikasının Maliyyə Nazirliyidir. Makroiqtisadi dayanıqlığın
yüksək olmasının əsas göstəricilərindən biri də inflyasiyanın aşağı səviyyədə olmasıdır ki,
bu da dövlət büdcəsinin düzgün tərtib olunması və aidiyyatı üzrə xərclənməsindən və bu
xərclərə ciddi nəzarətin olmasından asılıdır. Respublika ərazisində düzgün müəyyən
olunan fiskal siyasət və pul-kredit siyasəti, onların həyata keçirilməsi inflyasiya
təzyiqlərinin neytrallaşdırılmasını və sabit aşağı səviyyədə saxlanılmasını təmin edir.
Dövlət yuxarıda qeyd edilən məsələləri Maliyyə Nazirliyi və Mərkəzi Bank vasitəsilə
idarə edir və müvafiq tənzimləmələr aparır.
Ölkə ərazisində maddi istehsalın keyfiyyətini müəyyən edən əsas amillərdən biri,
qeyri maddi istehsal sferasında düzgün maliyyələşməni reallaşdırmaqdan ibarətdir.
Xüsusilə elm, təhsil, səhiyyə və.s sahələrə ayrılan maliyyə vəsaitlərin miqdarı yüksək
olmalı və müafiq yerlərə xərclənməlidir.Çünki qeyri maddi istehsal sahəsi maddi istehsal
üçün bazis rolunu oynayır.
Maliyyə resurslarının idarə edilməsinin daha effektiv olması üçün mütləqdir ki,
xarici təcrübəyə müraciət edilsin. Xüsusilə iqtisadi sahədə inkişaf etmiş dövlətlərin
maliyyə siyasətini araşdıraraq uyğun maliyyə idarətmə modeli işlənib hazırlanmalıdır.
Dostları ilə paylaş: |