Jurnal Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində qeydiyyatdan keçmişdir


ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ



Yüklə 14,92 Mb.
Pdf görüntüsü
səhifə4/20
tarix16.02.2017
ölçüsü14,92 Mb.
#8497
1   2   3   4   5   6   7   8   9   ...   20

ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ 
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
 
 
2015 - № 41
 
 
 
İNGİLİS DİLİNDƏ FELİN ŞƏXSSİZ  
FORMALARI İNFİNİTİV 
 
A.V.Səfərova 
Odlar Yurdu Universiteti 
e-mail: novruzova_099@gmail.com 
 
 
Açar sözlər: infinitiv, infinitivin ismi xüsusiyyətləri, infinitivin feli xüsusiyyətləri, 
infinitivdən əvvəldən to hissəciyinin saxlanması və ya atılması, Split infinitiv (parçalanmış 
məsdər) infinitiv tərkiblər    
Key words: the infinitive, the nominal character of the infinitive, the verbal character 
of the infinitive, the infinitive with the particle to or bare infinitive, the split infinitive, 
infinitive constructions. 
Ключевые  слова:  нeопределенная  форма  глагола  (инфинитив),  глагольные 
свойства  инфинитива  и  свойства  существительного,  использование  частицы-то-
перед  инфинитив  и  употребление  инфинитив  без  частицы-то,  Сплит  инфинитив, 
инфинитивный состав.  
 
Felin təsriflənməyən forması olan infinitiv (məsdər) özünəməxsus leksik, morfoloji 
quruluşuna, rəngarəng semantik-sintaktik xüsusiyyətləri və cümlədə üslub və vəzifələrinə 
görə ingilis dilinin qrammatik quruluşunda xüsusi yer tutur. 
Latın sözü olan infinitiv və ya “modus finitivus” hərfi tərcümədə “qeyri-müəyyən 
tərz”, “qeyri-müəyyən üsul” deməkdir.  İnfinitiv özündə  həm verbal, həm də nominativ 
xüsusiyyətləri cəmləşdirən zəngin morfoloji, semantik və sintaktik xüsusiyyətlərə malik 
olan qrammatik kateqoriyadır. Həm ismi, həm də feli xassəyə malik olduğuna görə bir sıra 
dilçilər infinitivin tarixən isimdən əmələ gəldiyini iddia edirdilər (1, səh. 150; 2, səh. 168). 
Digər dilçilər isə onu feli isim hesab edirdilər (3, səh. 219; 4, səh. 185; ). 
İngilis dilinin bəzi tədqiqatçıları, məsələn, Henry Levis infinitivi supin 
adlandırırdı. Supin mənşə etibarilə Latın dilinə  məxsusdur. Nəzərə alınmalıdır ki, 
infinitivin və ya supinin ikili təbiəti, yəni həm feli, həm ismi xüsusiyyət daşıması  hələ 
qədim latın dilində müşahidə olunurdu. Məsələn, miracle dictu-wonderful to relate-nəql 
etmək gözəldir (5, səh. 1072). 
İnfinitivin hansı kateqoriyaya daxil olmasının mürəkkəbliyi onun ikili təbiətdən, 
yəni həm ismi, həm də feli xüsusiyyət daşımasından irəli gəlir. İnfinitivin tarixən isimdən 
və ya feildən  əmələ  gəlməsi (yəni feli isim olması) məsələsi böyük maraq doğurur. 
T.A.Rostorquyeva və  İ.F.Jdanova bu haqqda yazır: “Qədim ingilis-dilində felin şəxsiz 
formaları (təsriflənməyən) infinitivdən və feli sifətdən ibarət idi. O vaxt onların ismi 
xüsusiyyətləri çox idi. Tarixən infinitiv feli isim olmuşdur. Artıq orta ingilis dövründə  
 
 
 

 
138
A.V.Səfərova
 
 
felin  şəxsiz formalarında ismi xüsusiyyətlər zəifləməyə feli xüsusiyyətlər artmağa 
başlamışdır” (6 səh. 101). 
Müasir ingilis dilində infinitiv spesifik formal əlaməti olan, verbal və nominativ 
xüsusiyyətlərə malik feli kateqoriyadır. İnfinitivin formal əlaməti onun qarşısında işlənən 
to hissəciyidir. Məsələn: 
 to live-yaşamaq, to smile-gülümsəmək və s. 
İsmi xüsusiyyət infinitivin ilkin xassəsi olub, əsasən onun sintaktik funksiyasında 
özünü biruzə verir. İsim kimi infinitiv aşağıdakı funksiyalarda işlənə bilir: 
a)
 
Mübtəda funksiyasında: 
məs: To know me is to love me-Məni tanımaq məni sevməkdir. 
b)
 
Predikativ funksiyasında: 
məs: To see is to belive-Görmək inanmaqdır
c)
 
Tamamlıq funksiyasında: 
məs: I let my music take me where my herat wants to go. (“wind lyrics” a song by Cat 
Stevens)-    Mən musiqimə məni ürəyimin getmək istədiyi yerə aparmağına icazə verdim.  
Tarixi inkişaf prosesində infinitiv ismi xüsusiyyətlərlə yanaşı feli xüsusiyyətlər də 
qazanmışdır. Qədim ingilis dili dövründə infinitiv fel sisteminin əhatəsində olmuş 
müəyyən dövr ərzində bəzi əlamətlərinə görə o, isimdən ayrılmış, müasir ingilis dövründə 
onun fel sistemində vəziyyəti müəyyən dərəcədə fərqlənmişdir (7, səh. 144).  
İngilis dilində infinitiv çox mürəkkəb paradiqmatik və sintaqmatik xüsusiyyətlərə 
malik kateqoriyadır.  İngilis dilinin qrammatik strukturunda tarixi inkişaf boyu iki 
tendensiya - sabitlik və dinamiklik özünü göstərmişdir.  İnfinitiv verbal xüsusiyyətlər 
daşıdığı üçün felə xas səciyyəvi semantik mənanı da qoruyub saxlayır. Bu baxımdan 
infinitivin semantik xüsusiyyətlərini aşkarlamaq, izah etmək, onların tərcümə prosesində 
üzə çıxan üslubi xüsusiyyətlərini nəzərə çatdırmaq olduqca çətin, lakin maraqlıdır. İngilis 
dilində infinitivin aşağıdakı feli xüsusiyyətləri var: 
a) İnfinitiv şəxsli fel kimi zaman, tərz, növ xassələrinə malikdir. 
O.Musayev tərz kateqoriyası ilə zaman kateqoriyasını  vəhdət götürərək, “müasir 
ingilis dilində felin dörd tərz formasının olmasını  (1.common aspect-adi tərz; 
2.continuous aspect-davam edən tərz; 3.perfect aspect-bitmiş  tərz; 4.perfect continuous-
davam edib bitmiş  tərz) qeyd edərək göstərir ki, eyni format hər iki kateqoriyanı ifadə 
edir.məsələn: 
1) I saw him come into the room. 
Mən onu otağa girərkən gördüm.  
2) She seemed to be listening.  
Görünür o, qulaq asırdı. 
3) I am glad to have taken your advice. 
 Şadam ki, sizin məsləhətinizə qulaq asmışam. 
4) Your eyes are red. You have been crying
Sənin gözlərin qızarıb. Sən ağlamısan”. 
b) Təsirli fellərin məsdəri, felin şəxsli forması kimi, növ kateqoriyasına malikdir. Bu o 
deməkdir ki, təsirli fellərin məsdəri həm məlum (1), həm də məchul növdə (2) işlənə bilir, 
məsələn: 
1) The wish to traviling is troubling me again. 
Səyahət etmək arzusu məni yenidən narahat edirdi. 
2) He doesn’t want to be scolded again. 

 
139
A.V.Səfərova
 
 
O yenidən danlanmaq istəmirdi. 
c) Felin şəxsli forması kimi, təsirli felin məsdərindən sonra tamamlıq işlənə bilir, 
məsələn: 
 Mrs  Strickland was glad to show me her children. ( Maugham)  
Xanım Striklənd uşaqlarını mənə göstərdiyinə görə şad idi. 
d) Məsdər, felin şəxsli forması kimi, zərflə təyin oluna bilir. məsələn: 
Even now I can hardly believe him. (Maugham)  
Hətta indi belə mən ona inana bilmərəm. 
Müasir ingilis dilində  tərz kateqoriyası ilə zaman kateqoriyası bir-biri ilə  əlaqəli 
şəkildə işlənir. Onların hər ikisi eyni bir cümlədə özünü göstərə bilir. Məsələn: She seems 
to be writing a book.  
-to be writing - davamedici zaman (continuous tense) və davamedən tərz (continuous 
aspect) bildirir. 
Yuxarıda dediyimiz kimi to  ədatı infinitivin əlamətidir. Buna görə  də müasir 
ingilis dilində infinitivin qarşısında to  işlədilir. Ancaq onu da qeyd etmək lazımdir ki, 
ingilis dilində  məsdərin  to ilə  və ya to- suz işlənən halları mövcuddur. M.Y.Box 
infinitivin to ilə və ya to-suz işlənməsi haqqında yazır: “infinitivin to ilə işlənməsi ənənəvi 
olaraq  to infinitive, bir sıra dilçilik ədəbiyyatında  marked infinitive (işarəli infinitiv) - 
adlandırılır. İnfinitivin digər forması isə to-suz işlənir ki, bu da zero-suffixed adı altında 
izah edilir. Bu formaya ənənəvi olaraq bare infinitive (işarəsiz infinitiv) adı verilmişdir”. 
İndi isə infinitivdən  əvvəl  to  hissəciyinin atılması  və ya saxlanılması hallarına 
nəzər salaq. 
1) Cümlədə həmcins cümlə üzvü olan bir neçə məsdər iştirak etdikdə to ədatı ancaq birinci 
məsdərin qarşısında işlədilir, məs: 
He wants to be a doctor and work in his nativeland.  
O, həkim olub öz doğma torpağında işləmək istəyir. 
2) Emosional nitqdə cümlədə olan hər bir məsdərin qarşısında to ədatı işlədilir,məs: 
To be or not to be- that is the question. (Shakespeare). 
 Olum və ya ölüm- budur sual
3) Ought modal felindən sora to işlədilir, məs: 
Children ought to respect their parents. 
Uşaqlar gərək valideynlərinə hörmət etsinlər. 
4)  Must, may, can modal fellərindən və  shall, will, do köməkçi fellərindən sonra 
infinitivdən əvvəl to işlədilmir, məs: 
You must tell them the truth.  
Sən onlara həqiqəti deməlisən. 
5)  “Help”-  kömək etmək felindən sonra infinitivin əsasən  to ilə  işlənməsi qəbul olunub, 
məs: 
helped her to finish this work.  
Mən ona bu işi qurtarmaqda kömək etdim. 
Lakin müasir ingilis dilində  help - kömək etmək  felinin  to-suz  işlənən formasınada rast 
gəlinir. məs: 
Will you help me (to) do this problem 
Siz mənə bu məsələni həll etməkdə kömək edə bilərsinizmi? 
Help felinin to ilə  işlənməsi Britaniya ingiliscəsinə, to-suz işlənməsi isə Amerikan 
ingiliscəsinə xasdır. 

 
140
A.V.Səfərova
 
 
6) Əgər to know -feli  bilmək,  müşahidə etmək, təcrübə aparmaq mənalarında işlədilirsə 
to hissəciyi işlədilmir, məs: 
know you respect your family.  
Mən bilirəm ki, sən ailənə hörmət edirsən. 
7) “Let”-  icazə vermək,  “make”-  məcbur etmək, “bid”-  həvəs oyatmaq  mənalarında 
fellərdən sonra, eləcə də “won’t have” ifadəsindən sonra to hissəciyi işlədilmir, məs: 
 His mother let him go out.  
 Anası ona çölə çıxmağa icazə verdi. 
 I’ll make you sweat for this.  
Mən səni buna görə tərləməyə məcbur edəcəm. 
won’t have you say this sort of thing. 
Mən qoymaram ki sən belə danışasan
To hissəciyinin atılması  və saxlanılması hallarının başqa bir nümunəsinə  nəzər 
yetirək. Do it if you want (to)- tipli cümlədə praktiki olaraq məna dəyişikliyi ifadə etmir. 
Lakin “like” felindən sonra to-nun atılması ciddi  məna dəyişikliyi əmələ gətirir, məs: 
Do it if you like to. 
Əgər xoşuna gəlirsə bunu et. 
Do it if you like.  
İstəyirsən bunu et, istəmirsə etmə. (8, səh.59) 
Dediklərimizdən belə bir nəticə çıxara bilərik ki, to hissəciyi ona ehtiyac duyulduqda, 
yəni konteksdən asılı olaraq işlənir. 
İnfinitiv haqqında danışarkən  parçalanmış infinitiv  (Split infinitive) haqqında 
məlumat vermək də məqsədə uyğun olardı. Parçalanmış infinitiv dedikdə, to ilə infinitive 
arasına bir və ya bir neçə sözün daxil olması nəzərdə tutulur. məs: 
I decided to quickly read her letter and to send her an answer immediately. 
Mən onun məktubunu cəld oxumağı və ona dərhal cavab yazmağı qərara  aldım. 
İngilis dilində fellərin predikativ tərkib əmələ gətirmə qabiliyyətinə malik olması da 
xüsusi qeyd olunur. Bu cür quruluşlar, tərkiblər müasir ingilis dilində çox geniş işlənir. Bu 
konsturuksiyalar aşağıdakılardır: 
1)
 
Tamamlıq infinitiv  konsturuksiyalar. (The objective with infinitive construction) 
2)
 
Mübtəda infinitiv konstuksiyaları. (The subjective with infinitive constructions) 
3)
 
For sözönlü infinitiv konstruksiyalar. (The for-to infinitive constructions) 
   
Tamamlıq infinitiv konstruksiyalar içərisində ən çox işlədilən konstruksiyadır. Bu 
konstruksiyanın ənənəvi adı “accustative”-təsirlik hal + infinitiv olmuşdur. 
Qədim ingilis dilində bu kostruksiya hiss-qavrayış bildirən və akuzativ fellərdən 
sonra işlədilir. XIV əsrdə bu fellərin sayı fransız və latın dillərindən keçən fellər hesabına 
genişlənmişdir. 
Müasir ingilis dilində bu konstruksiya bir sıra təsirli fellərdən sonra əsasən iki 
ünsürdən isim (ümumi halda ) və ya əvəzlik (obyekt halda) və infinitivdən ibarət olur. Bu 
birləşmə cümlədə mürəkkəb tamamlıq funksiyasını daşıyır. Tamamlıq infinitiv tərkibi 
adətən aşağıdakı fellərdən sonra işlədilir: 
1)icazə, xahiş, əmr, məcburiyyət  mənalarında to permit, to let, to command, to cause, to 
make, to ask, to request və s. fellərindən sonra. məs: 
made my son sleep immediately. 
Mən oğlumu dərhal yatmağa məcbur etdim. 
 

 
141
A.V.Səfərova
 
 
2) hiss-qavrayış ifadə edən to hear, to feel, to see, to notice fellərindən sonra. Bu halda 
həmin tərkibdəki məsdər to ədatsız işlədilir, məs: 
notice her leave the hause early in the morning .  
Mən səhər erkəndən onun evi tərk etdiyini hiss etdim. 
3)arzu, istək, niyyət ifadə edən  to want, to wish, to desire, to intend, to  mean  və s. 
fellərdən sonra. məs: 
want him to come back. 
Mən onun geri qayıtmasını istəyirəm. 
Müasir ingilis dilində bəzən birinci ünsürlə (yəni mübtəda ilə) ikinci ünsür arasında 
(yəni infinitiv) arasında xəbər işlənir. Bu tərkib mübtəda-məsdər tərkibi adlanır, məs: 
He was considered to be an honest man. 
Onun vicdanlı adam olmağı güman olunurdu
For-to  infinitiv tərkibi üç ünsürdən ibarətdir, -for sözönü, isim (ümumi halda) və 
ya əvəzlik (obyekt halında), infinitiv, məs: 
It is important for me to learn English.  
İngilis dilini öyrənmək mənim üçün əhəmiyyətlidir. 
İngilis dilində infinitiv cümlədə  işlənərək ona əlavə ekspressiv-emosional çalar, 
lakoniklik, emfatik məna verir. 
İnfinitivin ingilis dilində inkişafı ingilis dilinin qrammatik quruluşunun inkişafı ilə 
həmahəng olaraq sintetik formalardan analitik  formalara doğru getmişdir. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Jespersen. O. A Modern English Grammar on Historical principles. Part v. Syntax. 
G.B.  London 1961 
2.
 
Rəhimov.  İ. Hidayyətzadə. T. İngilis dilinin praktik qrammatikası. “Maarif” 
nəşriyyat. Bakı , 1966 
3.
 
Ganshina. M. Vasilevskaya. New English Grammar,Foreign Language. Publishing 
House Moscow,1951. 
4.
 
Kaushanskaya B. L, Kovner R. L, and others; A Grammar of the English 
Language. Lelingrad, Istdatelstvo 1973. 
5.
 
The concise Oxford Dictionary of Current English. Edited by, I. B. Sykes Oxford 
University Press 1987. 
6.
 
Расторгуева Т. А. Жданова И. Ф. Курс лекций по истории английского языка, 
Москва 1972. 
7.
 
Kopнeeвa E. A. Koбрина  Н.  А.  Гузеева  К.  Ф.  Оссовская  М.  И.  Пособие  по 
морфологии английского языка. Москва, “ Высшная школа”  1974. 
8.
 
Bейxмaн Т. А.  Новое английской  грамматике.  Москва,  1990 
9.
 
Musayev O.İ İngilis dilinin qrammatikası Bakı: Qismət, 2007, 608 s. 
 
 
 
 
 
 

 
142
A.V.Səfərova
 
 
 
THE NON-FINITE FORMS OF THE VERB.THE INFINITIVE 
 
A.V.Safarova 
 
SUMMARY 
 
The Infinitive  one of the non-finite forms of the verb  has a very ancient history and 
along with this, summarizing in itself lexical-grammatical, as well as contextual 
meanings.The development of the Infinitive in the English language shows that this 
category has been pretty tolerant and managed to maintain the stability and main features 
of the typology. 
Processing the Infinitive in the sentence  gives it additional expressive-emotional 
undertone, laconic, emphatic meaning.   
 
НЕЛИЧНЫЕ ФОРМЫ ГЛАГОЛА. ИНФИНИТИВ 
 
А.В.Сафарова 
 
РЕЗЮМЕ 
 
Инфинитив  являясь  грамматической  категорией  одной  из  неличных  форм 
глагола, наравне с этим обладая древней историей заключает в себе как лексико – 
грамматические,  а  так  же  контекстуальные  значения.  Развитие  инфинитива  на 
английском  языке  показывает  что,  это  категория  была  очень  толерантной, 
стабильной и сохранил её основные типологические свойства. 
Употребляямребя  инфинитива  в  предложении  он  даёт  ему  дополнительно 
экспрессивное эмоциональное, лаконичное, эмфатическое значение. 
 

 
133
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ 
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
 
 
2015 - № 41
 
 
 
AZƏRBAYCANDA ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİNDƏ  
ƏRZAQ  BAZARININ TƏNZİMLƏNMƏ MEXANİZMİ 
 
İ.R.Sultanlı  
Odlar Yurdu Universiteti 
s_ilqar@mail.ru 
 
 Açar sözlər: ərzaq təhlükəsizliyi, ərzaq  bazarı,  tənzimlənmə mexanizmi, bazarın 
tənzimlənməsi  
Ключевые  слова:  продовольственная  безопасность,продовольственный 
рынок, механизмы регулирования, регулирования рынка. 
 
Key words: food security, food market, regulatory mechanisms, regulation of the 
market. 
 
 
 
XX  əsrin ilk onilliklərindən etibarən beynəlxalq münasibətlər sistemində 
reallaşdırılmasını obyektiv zərurətə iqtisadi modernləşmə, nəinki istehsal, ticarət və 
mübadilə sektorlarını, eləcə  də bütövlükdə istehsal-iqtisadi münasibətlər sistemini də 
əhəmiyyətli dərəcədə  əhatə etməkdədir. Belə ki, hər bir istehsal prosesinin həyata 
keçirilməsi və istehlakçıların normal keyfiyyətdə  məhsul  əldə etməsi geniş  təkrar 
istehsalın bütün mərhələlərində iqtisadi modernləşmənin tələblərinin reallaşdırılmasını 
özündə ehtiva edir. Dövlət tərəfindən həyata keçirilən tənzimləmə tədbirlərinin də dəyişən 
şəraitə adekvat şəkildə uyğunlaşdırılması vacibdir. Məhz bütün bunlar tənzimlənmənin və 
eyni zamanda iqtisadi siyasət tədbirlərinin zəruri təşkilati-iqtisadi mexanizmlərinin də yeni 
dəyişən  şəraitə uyğunlaşdırılmasını özündə  əks etdirir. Problemə  məhz bu aspektdən 
yanaşdıqda  ərzaq bazarının tənzimlənməsinə istiqamətlənmiş  tədbirlər və  həmin 
tədbirlərin iqtisadi əsasları  dəyişən  şəraitə adekvat olmalıdır. Məlum olduğu kimi ərzaq 
bazarı  cəmiyyətdə sosial sabitliyin qorunub saxlanılmasında  ən mühüm funksiyalardan 
birini yerinə yetirir. ərzaq bazarının formalaşdırılması  və inkişaf etdirilməsi, nəinki 
əhalinin ərzaq məhsullarına olan ehtiyaclarının ödənilməsində əhəmiyyətli rol oynayır və 
eyni zamanda bu sistem bütövlükdə ölkənin iqtisadi dayaqlarının formalaşdırılmasında və 
inkişaf etdirilməsində  də mühüm rola malikdir. Məhz bütün bunları  nəzərə alaraq belə 
qənaətə  gəlmək olar ki, müasir şəraitdə  ərzaq bazarının tənzimlənməsi və  təşkili 
bütövlükdə ölkənin iqtisadi və ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.  
Təsadüfi deyildir ki, müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasında ərzaq 
təhlükəsizliyinin təmin edilməsi istiqamətində  zəruri tədbirlər həyata keçirilməlidir. Bu 
baxımdan xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti ulu 
öndər Heydər  Əliyevin 02 mart 2001-ci il tarixli sərəncamı ilə Azərbaycan 
Respublikasının Ərzaq təhlükəsizliyi Proqramı qəbul olunmuşdur. Burada əsas məqsəd  
 
 
 

 
134
İ.R.Sultanlı 
 
ölkədə aparılan iqtisadi islahatların daha da dərinləşməsini, kənd təsərrüfatı  məhsulları 
istehsalının artırılmasına və  əhalinin  ərzaq məhsulları ilə  təminat səviyyəsinin 
yaxşılaşdırılmasını  həyata keçirməkdən ibarət olmuşdur. Bu Proqram Azərbaycan 
Respublikasının ilk ərzaq təhlükəsizliyi proqramı olmaqla, hökumətin ərzaq təhlükəsizliyi 
sahəsində öhdəlik və  məqsədlərini  əhatə etmiş  və dövlətin maliyyə öhdəlikləri, habelə 
büdcə imkanları çərçivəsində həyata keçirilməsini nəzərdə tutmuşdur. Ərzaq təhlükəsizliyi 
Proqramı ilk dəfə yoxsulluğun azaldılmasını  və insanların  ərzaq təminatını  və  ərzaq 
məhsullarından səmərəli istifadə edilməsini nəzərdə tutmuşdur  
.
(Səh. 16). Ölkədə qəbul 
edilən  ərzaq təhlükəsizliyi üzrə dövlət proqramına müvafiq olaraq bir sıra proqram və 
qanunvericilik aktları da qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasında 
yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət proqramları qəbul edilmiş, bundan 
əlavə regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı müvafiq 
qanunvericilik aktları  qəbul edilmişdir. Ölkənin  ərzaq təhlükəsizliyinin qorunub 
saxlanılması, kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsi və eləcə  də ölkənin 
mərkəzi ilə regionlar arasındakı sosial-iqtisadi uyğunsuzluğu aradan qaldırmaq məqsədilə 
dövlət tərəfindən zəruri tədbirlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikası 
Prezidentinin 24 noyabr tarixli Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi 
inkişafının sürətləndirilməsi tədbirləri haqqında fərmanına müvafiq olaraq regionlarda 
sosial-iqtisadi inkişafın sürətləndirilməsinə istiqamətlənmiş  zəruri tədbirlər həyata 
keçirilmişdir.  
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı ölkə başçısı  tərəfindən qəbul edilən 
silsilə proqramlar, bütövlükdə regionla ölkənin mərkəzi  şəhərləri arasındakı 
uyğunsuzluğun aradan qaldırılmasında, regionlarda bazar infrastrukturlarının inkişaf 
etdirilməsində, yeni iş yerlərinin açılmasında və  məşğulluğun səviyyəsinin 
yüksəldilməsində  əhəmiyyətli rol oynamışdır. Belə ki, Azərbaycan Respublikası 
Prezidentinin 11 fevral 2004-cü il tarixli “Azərbaycan Respublikası regionlarının sosial-
iqtisadi inkişafı Dövlət Proqramı 2004-2008-ci illər”, eləcə də 14 aprel 2009-cu il tarixli 
Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət 
Proqramına müvafiq olaraq regionlarda kənd təsərrüfatı  məhsullarının emalı ilə  məşğul 
olan emal müəssisələri yaradılmış, onların modernləşdirilməsi təmin edilmişdir.  
Azərbaycan Respublikası  ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində 
aqrar sahənin inkişafının sürətləndirilməsi də mühüm əhəmiyyətə malikdir. Bu baxımdan 
ölkə Prezidentinin 23 oktyabr 2004-cü il tarixli “Aqrar bölmədə idarəetmənin 
təkmilləşdirilməsi tədbirləri haqqında” və eləcə  də “Aqrar bölmədə lizinqin 
genişləndirilməsi sahəsində  əlavə  tədbirlər haqqında” sərəncamına müvafiq olaraq aqrar 
sahənin idarə edilməsinin strukturu təkmilləşdirilmiş, eləcə  də “Aqrolizinq” ASC 
yaradılmışdır. Həmin səhmdar cəmiyyətin regionlarda çoxsaylı filialları yaradılmaqla 
ölkəyə maddi-texniki resursların gətirilməsi və onların güzəştli  şərtlərlə  kənd təsərrüfatı 
əmtəə istehsalçılarına lizinqə verilməsi təmin edilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi 
ölkənin  ərzaq təhlükəsizliyinin qorunub saxlanılması bazar iqtisadiyyatı  şəraitində  təkcə 
daxili faktorlardan asılı deyildir. Belə ki, ölkə iqtisadiyyatının liberallaşdırılması, eləcə də 
iqtisadi sərhədlərin tam mənası ilə liberallaşdırılması xarici bazarda baş verən konyunktur 
dalğalanmalarının hər bir ölkənin iqtisadiyyatına təsirini daha da aktuallaşdırır. Bu 
baxımdan dünya bazarında yanacaq və enerji daşıyıcılarının qiymətlərinin sürətli addımı 
fonunda Azərbaycan Respublikasının daxili ərzaq bazarında da bu və ya digər destruktiv 
tendensiyalar müşahidə edilmişdir. Həmin destruktiv tendensiyaları önləmək məqsədilə  

 
135
İ.R.Sultanlı 
 
ölkə hökuməti və dövlət başçısı tərəfindən zəruri tədbirlər həyata keçirilir. Belə ki, ölkə 
Prezidentinin 28 avqust 2008-ci il tarixli “2008-2015-ci illərdə Azərbaycan 
Respublikasında  əhalinin  ərzaq məhsulları ilə etibarlı  təminatına dair” Dövlət Proqramı 
qəbul edilmişdir. Adı  çəkilən Dövlət Proqramında qeyd edildiyi kimi etibarlı  ərzaq 
təminatı  hər bir ölkənin iqtisadi sabitliyinin, sosial dayanıqlılığının başlıca  şərtidir. Ona 
görə də cəmiyyətin hər bir üzvünə əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi 
üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi çox vacibdir. 
Son bir neçə ildə ölkədə enerji daşıyıcılarının qiymətlərinin kəskin artımı, xarici 
ölkələrin maliyyə bazarlarında baş verən neqativ meyllər, habelə  əhalinin sayının 
çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi və 
su ehtiyatlarının məhdudluğu və digər səbəblərə görə ərzaq məhsullarının dünya bazarında 
qiymətləri artmağa başlamış, bəzi ölkələrdə ərzaq qıtlıqdan belə yan keçilməmişdir. Təbii 
ki, bütün bunlar ölkənin  ərzaq müstəqilliyinə öz destruktiv təsirlərini göstərir. Bu tip 
destruktiv tendensiyaların aradan qaldırılması ilə bağlı hökumət tərəfindən zəruri tədbirlər 
həyata keçirilsə  də, belə ki, 2003-2005-ci illər üçün Azərbaycan Respublikasında 
yoxsulluğun azaldılması  və iqtisadi inkişaf barədə Dövlət Proqramının, eləcə  də 
Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı 
(2002-2005-ci illər), fermerlərə maliyyə  və texniki dəstəyin göstərilməsi, sahibkarlığın 
inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində mütərəqqi 
tədbirlərin reallaşdırılmasına baxmayaraq bütövlükdə dünya ərzaq bazarlarında müşahidə 
olunan qeyri-sabitlik Azərbaycanda da əsas  ərzaq məhsullarının qiymətlərinə öz təsirini 
göstərmişdir. Beləliklə adı  çəkilən proqram, əslində bu tip tendensiyaların aradan 
qaldırılması və eləcə də daxili ərzaq bazarının idxaldan asılılığının maksimum qaldırılması 
və ölkədə ərzaq ehtiyatlarının yaradılması məqsədilə qəbul edilmişdi.  
Aparılan araşdırmalar göstərir ki, modernləşmə  şəraitində müxtəlif növ ərzaq 
məhsulları istehsalının artırılması potensial imkanlarının reallaşdırılması  və eləcə  də 
dövlətin  ərzaq ehtiyatlarının yaradılması  məqsədilə dövlətin tənzimləyici rolunun 
aktivləşdirilməsi vacib şərtlərdən biri hesab olunur. Belə  şəraitdə ölkənin  ərzaq 
təminatının yaxşılaşdırılması  kənd təsərrüfatı istehsalının artırılması  və eləcə  də  ərzaq 
bazarının sabitliyin təmin edilməsinə bilavasitə asılıdır.  Ərzaq təminatının mövcud 
vəziyyətinin təhlili göstərir ki, hazırkı şəraitdə dövlətin sənayeli və sosial təmayüllü aqrar 
siyasətinin reallaşdırılması olduqca vacibdir. Dövlət tərəfindən aqrar-ərzaq kompleksində 
və bazar strukturlarının formalaşdırılması  və struktur islahatlarının aparılması 
istiqamətində zəruri tədbirlər həyata keçirilməli və eyni zamanda tənzimləmənin iqtisadi 
mexanizmləri formalaşdırılmalıdır.  
Yuxarıda qeyd etdiyimiz kimi ərzaq bazarının dövlət tənzimlənməsi strateji 
məqsədə  ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət edir və bu baxımdan  ərzaq 
bazarının dövlət tənzimlənməsi istiqamətində  həyata keçirilən tədbirlər hər hansı 
tənzimləmə mexanizmi olmadan reallaşdırıla bilmir. Modernləşmə  şəraitində  ərzaq 
bazarının dövlət tənzimlənməsi sistemi mövcud ənənələrlə yanaşı, eləcə  də mütərəqqi 
vasitələrə də əsaslanmalıdır. Lakin bununla belə milli, tarixi, sosial-iqtisadi xüsusiyyətlər 
nəzərə alınmalı və ictimai inkişafın müasir tələbləri ön plana çəkilməlidir.  
 
Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin