FÜZULİNİN QEYRİ-MƏTBU BİR ŞERİ
Elmlər Akademiyası şöbəsi Füzulinin külliyyatını çapa hazırlayır. Bu külliyatın təmam çıxmasına yardım olaraq, Füzulinin imdiyə qədər çap olunmamış bir şerini burada dərc edirik. Bu parça, Həsən Çələbi təzkirəsinə görə, Kərbəlada bir çeşmə üzərində yazılmışdır:
Guya bu çeşmə bir səqqa durur,
Rahi-həqdə teşnə eylər çustuçu.
Lüləsi anın dəhəndir su dolu,
Dil dökər hər kim ki, olsa rubəru.
Su kibi əzbərləmiş oxur rəvan,
Macərayi-dəhri hər dəm subəsu.
Önünə kim gəlsə, var tarix üçün,
Hüseyn ilə Həsən eşqinə su".
Yusif Vəzir
Dostları ilə paylaş: |