sizliyə və zülmə qarşı amansız olan sənət əsərləri yaratmağı hər
bir sənətkarın müqəddəs borcu bilirdi. O, zəhmətkeş kütlələri
mənən yüksəldən, «ağlına qida, ruhuna ləzzət» verən əsərləri
yazmağı dönə-dönə tövsiyə edirdi» (58, s.168). N.Nərimanov
mədəniyyət məsələlərini xalqın azadlıq ideyaları ilə, hürriyyətlə
bağlamağın gərəkli olduğunu deyir: «Bir millət özünü
tanımayınca hüququnu düşünməz. Tanımaq üçün də milli dil,
milli məktəb, milli mətbuat, milli ədəbiyyat lazımdır. Bunların
da meydana gəlməsi və tərəqqisi bizim üçün hürriyyətə
bağlıdır» (73; 74, s.385).
N. Nərimanovun ədəbiyyatın sənətkarlıq, həyatilik, səmi-
milik, inandırıcılıq xüsusiyyətlərinə də böyük əhəmiyyət ver-
diyi, bədii əsərdən canlılıq, təbiilik tələb etdiyi bildirilir. Onun
Gülxani Pənah
134
irtica illərində zülm altında əzilən fəhlə və kəndlilərin
həyəcanlarını Sabirin bədii və canlı verməsini dəyərləndirdiyi
qeyd edilir. Böyük sənətkar Füzuli, M. V. Vidadi, M. P. Vaqif,
Q. Zakir, S. Ə. Şirvani, M. Ə. Sabir, C. Məmmədquluzadə,
«Molla Nəsrəddin» jurnalı, İ.A.Krılov, A. S. Puşkin, M.Y. Ler-
montov, İ.S.Turgenev, N.V.Qoqol, L.N.Tolstoy, V.Şekspir,
F.Şiller, E. Zolya, V. Hüqo, H. Heyne, V. Gete, H. İbsen,
C.Bayron kimi böyük sənətkarlardan «publisist əsərlərində bəhs
edir».
Nəriman Nərimanovun ədəbiyyatımızın inkişafına kömək
edən yazıçıların taleyi, yaradıcılığı ilə bağlı işləri də
tədqiqatçının diqqətindən yayınmır. Mirzə Cəlilin Təbrizdən
geri dönüb «Molla Nəsrəddin» jurnalını yenidən nəşrinə davam
etməsinə, F. Köçərlinin əsərlərinin nəşrinə, bir sıra yazıçıların
fəaliyyətinə «böyük qayğıkeşliklə yanaşır, kömək göstərir». O
zülm və zorakılığa qarşı barışmaz mübariz idi, inqilabi
publisistikasında «xalqını oyanmağa, oz hüquqları uğrunda
mübarizəyə səsləyirdi». «Hümmət», «Füqəra füyuzatı», «Ba-
kinski raboçi», «Astraxanski kray», «İzvestiya», «Tərcüman»,
«Kaspi», «Həyat», «İrşad», «İqbal», «Bəsirət», «Bürhani-
tərəqqi» və s. orqanların xalqların azadlığı, inkişafı məqsədinə
xidmət etdiyini göstərirdi, teatr tamaşalarında iştirak edirdi,
dərsliklər yazırdı, tərcümələr edirdi, müxtəlif millətlərin
zəhmətkeşlərini mübarizəyə səsləyən onlarla məqalənin müəl-
lifi idi və tədqiqatçı onun çoxşaxəli fəaliyyətini yüksək qiymət-
ləndirir: «Nəriman Nərimanov həm bədii əsərləri, həm də mə-
qalə və çıxışları ilə Azərbaycan dilinin inkişafı, tərəqqisi,
təmizliyi uğrunda fəal mübarizə aparan ədiblərdəndir. Onun dili
vaxtına görə ərəb, fars, osmanlı ibarə və tərkiblərindən təmiz,
sadə, aydın xalq dilidir» (29, s.234).
Onun Mollanəsrəddinçilər kimi «bədii əsərdə danışıq
dilinin təbiiliyini, canlılığını, əlvanlığını saxlamaq» tərəfdarı ol-
duğunu göstərir. Yazıçının xalqdan gələn sözləri öz əsərlərinə
çox cürətlə daxil edən, hər xalqın, öz ana dilində mədəniyyə-
Gülxani Pənah
135
tini yaratmaq istədiyini göstərməklə yanaşı, onun bədii əsər-
lərini Azərbaycan ədəbiyyatının qiymətli nümunələri kimi
dəyərləndirir.
M. Cəlal N. Nərimanovun əlinə qələm aldığı gündən
«gördüklərini, düşündüklərini yazmaq, bu yazıları ilə də tərəq-
qiyə xidmət etmək istəyirdi. Onun kəndliyə, kəndlinin cəhalət-
də boğulan uşaqlarına məhəbbəti doğma övlada olan
məhəbbətindən əskik deyildi. Gənc müəllim məktəbə qorxu,
vahimə ilə gələn uşaqların simasında gələcəyin qurucularını
görürdü. O, gözəl bilirdi ki, gələcək belə yeni, gənc qüvvələrə
möhtac olacaqdır»,-deyir (68, s.150).
Nəriman Nərimanov sonrakı dövrlərdə də tədqiqatçılar
tərəfindən çoxcəhətli yaradıcılığa malik olub, publisistikası,
ədəbi tənqidi görüşləri ilə tanınan, xalqı elmə, maarifə çağıran
bir ictimai xadim, yazıçı, dramaturq kimi dəyərləndirilir. Bir
çox tədqiqatçılar onun həyat və yaradıcılığını geniş araşdırmış,
bir sıra elmi monoqrafiyalar yazılmışdır: F.Bayramov
(«Nəriman Nərimanov (biblioqrafik göstərici). Bakı. 1972),
Dubinski-Muxadze (N.Nərimanov. Bakı. 1979), V.Məmmədov
(Nəriman Nərimanov. Bakı. 1957), M.Məmmədov (N.Nəri-
manov və ana dili. Bakı. 1971), F.Köçərli (Nəriman Nəri-
manov. Bakı. 1965), Ə.Sultanlı (Azərbaycan Dramatur-
giyasının inkişafı tarixindən. Bakı. 1964), T.Əhmədov (Nəri-
man Nərimanovun dramaturgiyası. Bakı. 1971: Nəriman Nəri-
manov. Bakı. 1977: Nəriman Nərimanov (həyatı, mühiti və
bədii yaradıcılığı. Bakı. 1981), Məmməd Cəfər (Seçilmiş əsər-
ləri. II cild. Bakı. 1974) və s.
Cəfər Xəndan nasir və dramaturqların içində özünün «üs-
lubundakı yumorun qüvvətliliyi» ilə fərqlənən, «hekayə və
dramları ilə realist Azərbaycan nəsrinin mütərəqqi cəbhəsinə
mənsub» Ə.Haqverdiyevin həyat və yaradıcılığını araşdıran
görkəmli tədqiqatçılardandır. Cəfər Xəndan Ə.Haqverdiyevin
həyatını, ictimai fəaliyyətini, «Molla Nəsrəddin»lə əməkdaşlı-
ğını, yazdığı hekayələri, felyetonları, dram əsərlərini, bütöv-
Gülxani Pənah
136
lükdə nəsr yaradıcılığını geniş şəkildə tədqiq etmiş, elmi-nəzəri
fikirlərini söyləmiş, böyük sənətkarın Azərbaycan ədəbiyya-
tında mövqeyini dəyərləndirmişdir.
Ə.Haqverdiyev 1870-ci ildə may ayının 4-də (17) Şuşa
yaxınlığında Ağbulaq kəndində, qəza idarəsində tərcüməçilik
edən Əsəd bəyin ailəsində doğulmuş, 3 yaşında atası vəfat
etmiş, əmisi Əbdülkərim bəy, sonra isə atalığı Sadıq bəy tərbiyə
etmiş, yazıçının tərcümeyi halına əsasən atalığının üzərində
böyük təsiri olmuş, oxudub tərbiyə və təhsil vermişdir.
Yazıçının tərbiyəsinə təsir edən Şuşa realnı məktəbinin
müəllimi Yusif bəy Məliknəzərov həvəskarlardan ibarət dərnək
«təşkil edir», gənclərdə teatra maraq «oyatmağa çalışır». 1884-
cü ildə ilk dəfə tamaşaya gedən Əbdürrəhim bəydə marağı
görüb «onun inkişafına çalışır», gənc ədib ilk yazılarını müəl-
liminə göstərib «məsləhətlər alır». Yusif bəy ona M.F. Axun-
dovun əsərlərini oxumasını «tövsiyə edir», Ə.Haqverdiyev bu
əsərləri «dəfələrlə» oxuyur, «Hacı Qara» komediyasının təsiri
altında «Hacı Daşdəmir» adlı «ilk səhnə əsərini» yazır (29,
s.190). Yazdığı əsəri Yusif bəyə göstərir, onu bəyənən müəllimi
ona yeni əsərlər yazmasını «məsləhət görür». Ə.Haqverdiyev
rus ədəbiyyatına gənc yaşlarından maraq göstərir, Krılovdan
tərcümələr edir, 1890-cı ildə Şuşa realnı məktəbini bitirib Tiflis
realnı məktəbində 7-ci sinfi də «bitirir». Zaqafqaziyanın
mədəni şəhərlərindən olan Tiflis yazıçının dünyagörüşünə təsir
edir: «O burada dramaturgiya ilə yaxından tanış olmuş, rus
ədiblərindən Saltıkov-Şedrin, Qoqol, Ostrovski, Çexov, Qərbi
Avropa yazıçılarından Şekspir, Dante, Molyer və Şilleri
oxumuş, 1891-ci ildə rus ədəbiyyatında mül-kədar quruluşu
əleyhinə yazılmış dramaların təsiri altında Azər-baycan
mülkədarlarının saxta yollarla varlanmaq cəhdlərini tənqid edən
«Nahaq qan» pyesini təbdil etmişdir» (29, s.192-193).
«Nahaq qan» əsərinin bədii yaradıcılıq kimi qiymət-
ləndirilməsinin əleyhinə olan tədqiqatçı ruscadan təbdil olun-
muş bir dram kimi tanınan əsərdə «gənc dramaturqun orijinal
Gülxani Pənah
137
yaradıcılıq xüsusiyyətlərinə» diqqəti çəkir: «Bu cəhət təkcə
personajların azərbaycanlılardan ibarət olması deyil, süjetə
daxil edilən hadisələrin milli zəminlə bağlanması, milli adət-
ənənələrin qabarıq şəkildə göstərilməsi və tiplərin psixolo-
jisində də özünü göstərir» (29, s.193). Digər tərəfdən bu əsəri
az-çox bədii təfəkkürə malik bir gəncin «yaradıcılıq məhsulu»
kimi dəyərləndirir.
1891-ci ilin avqustunda Haqverdiyev Peterburq Yollar
İnstitutunda oxumaqla yanaşı eyni zamanda «dinləyici sifətilə
universitetin şərq fakültəsində keçilən dərslərdə» iştirak edir,
mədəni həyat və teatrlar ona təsir göstərir, xüsusilə Aleksan-
drski teatrı onun «ən çox getdiyi mədəni ocaq» olur, məşhur
sənətkarlardan Savina, Davıdov, Varlamov, Pisarev, Dalski,
Dalmetov və başqalarının yaradıcılığı ilə» tanış olur, bu teatrda
gördüyü əsərlərin təsiri ilə ilk orijinal komediyası olan «Yeyə-
sən qaz ətini, görəsən ləzzətini» adlı əsərini» yazır, təhsil aldığı
illərdə «Dağılan tifaq» əsərini nəşr etdirir, bu əsər «təkcə
Ə.Haqverdiyev yaradıcılığında deyil, Azərbaycan dramaturgi-
yasında əlamətdar bir hadisə» kimi qiymətləndirilir, klasssik
dramaturgiyamızın «yaxşı nümunələrindən» sayılır (29, s.194).
Təhsilini bitirib Şuşaya qayıdan yazıçı 1899-cu ildə
«Bəxtsiz cavan» faciəsini yazır ki, tədqiqatçı bu pyesi
«dramaturqun yaradıcılığında siyasi fikir cəhətdən irəliyə doğru
bir addım» sayıla bildiyini qeyd edir. 1901-ci ildə «Pəri cadu»
əsərini yazıb, sonralar müəllimlik və rejissorluq fəaliyyətinə
başladığını, Şuşa şəhər idarəsinə, 1906-cı ildə Gəncə qəzasın-
dan Dövlət dumasına üzv seçildiyini bildirir. Peterburqa gedib
İran tarixinə aid arxiv materialları ilə tanış olan dramaturqun
yazdığı «Ağa Məhəmməd şah Qacar» (1907-ci il) adlı tarixi
dram əsərinin bəzi məziyyətləri barəsində tədqiqatçı sözünü
deyir.
Yazıçının bu dövrlərdə yazdığı «kiçik formalı pyeslər»inə
(«Millət dostları» (1907), «Kimdir müqqəsir» (1909), «Ac hə-
riflər» (1911) və s) tənqidçi gözüylə baxır, «bu əsərlərdə XX
Gülxani Pənah
138
əsrin müxtəlif mürtəce qüvvələrinin realist sənətkarın qüvvətli
qələmilə» ifşa edildiyini deyir, bununla belə, bədii və siyasi
cəhətdən dramaturqun ədəbi yaradıcılığında «böyük, müsbət
hadisə kimi» qiymətləndirmir.
1906-cı ildə nəşrə başlayan «Molla Nəsrəddin»in onun
yaradıcılığında «yeni bir səhifə» açması, «Xortdan», «Ceyran
Əli» və s. imzalarla hekayələr, felyetonlar çap etdirməsi, «qüv-
vətli demokrat yazıçılardan biri kimi aktiv və ardıcıl» fəaliyyət
göstərməsi açıqlanır.
Ə.Haqverdiyevin fəaliyyəti digər tədqiqatçıların da diq-
qətindədir. Nazim Axundov onu «Molla Nəsrəddin» jurnalının
ən qüvvətli nasirlərindən biri, XX əsr satirik ədəbiyyatının
mövzu, ideya-siyasi və bədii-səviyyəsini yüksəldən sənətkar-
lardan» bilir, «Molla Nəsrəddin»in səhifələrini satirik nəsr
əsərləri ilə «zənginləşdirdiyi»ni deyir, jurnalda «Xortdan»,
«Lağlağı», «Həkim nuni səğir», «Ceyranəli», «Mozalan» kimi
imzalarla çıxış etdiyini, «təsvirlərin genişliyi, hadisələrin inan-
dırıcı və maraqlı verilməsi, mənalı gülüş»ün «bu hekayələrin
əsas ruhunu» təşkil etdiyini qeyd edir (32, s.137-138).
Cəfər Xəndan onun ictimai fəaliyyətini araşdırır. 1911-ci
ildən 1916-cı ilə kimi «Ağdama köçüb yetim uşaq evinin»
müdiri, «Səfa» maarif cəmiyyətinin sədri, Dövlət dumasına
üzv olan, bununla belə «ədəbiyyatımızın demokratik cəbhə-
sindən» uzaqlaşmayan Ə.Haqverdiyev Sovet hakimiyyəti
qurulduqdan sonra Bakıda universitetdə müəllimlik etmiş, bu
dövrdə «Padşahın məhəbbəti» (1922), «Ağac kölgəsində»
(1926), «Vaveyla» (1926), «Köhnə duman» (1927), «Çox gö-
zəl» (1932), «Yoldaş Koroğlu» (1932) kimi əsərlər yazmış,
«Azərbaycan teatrı, heca vəzni, xalq aşıqları, M.F.Axundovun
həyat və yaradıcılığı, M.Qorki haqqında, Azərbaycan ədəbiy-
yatının bir çox klassikləri, o cümlədən Füzuli, Sabir, Vaqif
haqqında, teatr tarixi və ölkəşünaslıq məsələlərinə dair məqalə
və əsərləri» ilə elmi, publisist yaradıcılığını davam etdirmişdir
(29, s.195).
Gülxani Pənah
139
Tədqiqatçı onun tərcüməçilik fəaliyyətini diqqətə çat-
dırır. Qorkidən, Çexovdan etdiyi tərcümələri, Şekspirin «Ham-
let», Şillerin «Qaçaqlar», E.Zolyanın «Qazmaçılar»... kimi
Azərbaycan dilinə tərcümə etdiyi əsərləri qeyd edir. Yazıçının
ədəbi fəaliyyətinin 40 illik yubileyinin keçirildiyini, əsərlərinin
rus, gürcü və digər xalqların dilinə tərcümə edildiyini, dəfələrlə
çap olunduğunu, 1933-cü ilin dekabrında vəfat etdiyini
söyləyir.
C.Xəndan «qırxa qədər mühüm bədii əsəri» olan Ə.
Haqverdiyevin yaradıcılığını 3 dövrə bölür:
1.
1892-ci ildən-1905-ci il rus inqilabınadək.
2.
1905-ci il rus inqilabından 1920-ci ilədək.
3.
1920-ci ildən 1933-cü ilədək (29-197).
Ə. Haqverdiyev yaradıcılığının birinci dövründə «Hacı
Daşdəmir», «Yeyəsən qaz ətini, görəsən ləzzətini» kimi əsərləri
ilə yanaşı «Bəxtsiz cavan», «Pəri cadu», «Dağılan tifaq»ı yazır,
«Ağa Məhəmməd şah Qacar» əsəri üzərində «işləyir».
Bu dövr əsərləri məzmun, ideya etibarilə ədəbiyyat
tarixində görkəmli yer tutur, «dramaturq orijinal bir qələmə
malik olduğunu» isbat edir: «bu əsərlər keçən əsrin son
onilliklərindəki Azərbaycan həyatının çox mühüm ictimai
məsələlərindən bəhs edir. Yaşadığı dövr hadisələrinə realist bir
sənətkar kimi münasibət bəsləyən ədib tənqidi relizm
cəbhəsindən çıxış edib, öz dünyagörüşü dairəsində dövrün
yaramaz cəhətlərini tənqid edir. Bu əsərlərin əsas tənqid hədəfi
mülkədar həyatıdır. Yazıçı bu həyatın çətinliklərini görür, onu
yeniliyə mane olan mürtəce bir qüvvə sayaraq tənqid atəşinə
tutur» (29, s.197).
C.Xəndan onun əsərlərində yeniliyi təmsil edən gənc
mülkədarların və xalq içərisindən çıxmış yoxsul adamların
köhnəliyin «yaramaz» cəhətlərini görüb mübarizə aparsalar da
məğlubiyyətə uğradıqlarını, bunu yazıçının «böyük təəssüf
hissilə təsvir etdiyindən o, mənəvi qalibiyyət kimi» səsləndiyini
qeyd edir: «Çünki ədibin özü bu cəbhədədir, o, bu cəbhənin
Gülxani Pənah
140
gec-tez qələbə çalacağına inanır. Demək, bu əsərlərdə əsas
konflikt yeniliklə köhnəlik arasında mübarizədir» (29, s.198).
Ə.Haqverdiyevin nəsrini araşdıran, «Ayın şahidliyi» «Ata
və oğul» kimi nəsr əsərlərində «real təbiət təsvirləri, tipik həyat
səhnələri, xarakter adət və ənənələrlə zəngin olan bu heka-
yələrdə eyni zamanda qüvvətli lirika» olduğunu göstərən təd-
qiqatçı məcazi ifadələr, məzmun dolğunluğunun bu hekayələrin
təsir qüvvəsini artırdığını da diqqətə çatdırır. «Dolu sünbüllər
məzlum-məzlum başlarını aşağı salıb qətlinə fərman verilmiş
müqəssirlər tək cəlladları olan biçinçilərə müntəzir idilər. Tək-
tək boş sünbüllər başlarını yuxarı qaldırıb qürur ilə sairələrinə
baxırdılar». Bu təşbihlərdəki məzmun dolğunluğunun izaha
ehtiyacı yoxdur. Cəmiyyətdə də başlarını qürur ilə yuxarı qal-
dıran, lakin daxilən boş olan adamların olduğunu xatırladıqda
ədibin təşbihindəki məna dolğunluğu bir daha təsdiq edilə
bilər» (29, s.215).
«Mücərrəd təbiət təsvirlərini sevməyən» yazıçının təbiət
təsvirlərini cəmiyyət hadisələri ilə üzvi surətdə bağladığı,
ikinciləri daha aydın izah etmək üçün birincilərdən yerli-yerin-
də istifadə etdiyi qeyd edilir: «Ayın şahidliyi» hekayəsində
cəmiyyətdəki yaramaz hadisələrin şahidi olan ay deyir ki,
üzümdəki qara ləkələr millətin geriliyini düşündükcə qəlbim-
dən çıxan ahların tüstüsüdür. Adam öldürən, quldurluqla
məşğul olan, yetimlərin malına qəsd edib, minbir fəlakət törə-
dən adamların caniliyi ədib tərəfindən təsirli bir ürək yanğısı ilə
təsvir olunur» (29, s.215).
Onun hekayələrinin «dövrünün gözəl nəsr əsərləri» sayıl-
dığını təsdiq edir, «Şeyx Şaban», «Marallarım», «Xortdanın
cəhənnəm məktubları» kimi nəsr əsərlərini «hekayə janrının
yaxşı nümunələri» kimi qiymətləndirir: «Marallarım» adı al-
tında oxucuya tanıtdırılan mənfi tipləri müəllif qüvvətli satira
atəşinə tutaraq qamçılayır, onların çürük fikirlərini, inkişafa
əngəl olan mürtəce mahiyyətlərini, mədəniyyətsizliklərini
göstərir» (29, s.216).
Gülxani Pənah
141
Ə.Haqverdiyevi oxucularını öz əsərləri ətrafında
düşündürməyə çalışan, hafizələrində silinməz izlər buraxmağa
səy göstərən bir sənətkar kimi dəyərləndirir, «özünəməxsus bir
üslubla oxucu ilə yazıçı arasında rabitə» yaratmaqla, hadisələri
«nağıl şəklində söyləyib» onu oxucunun malı etməklə kifa-
yətlənmədiyini qeyd edir və fikirlərini davam etdirərək bildirir
ki, «onun sadə cümlələri, zarafatyana sözləri, mənalı gülüşü,
aydın təşbihləri və s. oxucunu ilk baxışda cəlb edir, onda canlı
təsəvvürlər doğurur. «Marallarım» hekayələrini nümunə gətirir,
geniş təhlilini aparır. «Marallarım»-dedikdə kimləri və nəyi
nəzərdə tutduğunu əsərindən gətirdiyi aşağıdakı parçayla diq-
qətə çatdırır: «Şükür olsun allaha, yer üzündə mənim maral-
larımın sayı üç yüz milyona çatıb, gedərsən İrana, Hindistana,
Türküstana, Ərəbistana, Buxaraya, Əfqanıstana, İrəvana,
Naxçıvana, Qarabağa, Lənkərana, Səlyana, Bakıya, Batuma,
Dərbəndə, Dağıstana hər yer mənim marallarım ilə doludur.
Gözəl marallarım, göyçək marallarım, kərbalayi marallarım,
məşədi marallarım, molla, rövzəxan marallarım, bəy, xan
marallarım» (29. s. 217). «Yazıçı «yalnız Azərbaycanda deyil,
bütün Şərqdə keçmişdə kök salmış olan patirarxal münasibətə
qarşı çıxır. «Yer üzündə mənim marallarımın sayı üç yüz
milyona çatmışdır»-deyən yazıçı, mövzu cəhətdən də öz
əsərlərini yalnız Azərbaycan deyil, bütün Şərq aləmi ilə
bağlayır.
Kiçik hekayələrinin, felyetonlarının, publisist əsərlərinin
yaranmasına «Molla Nəsrəddin»in təsirini, onun fəal iştirakçısı
olub bu jurnalın səhifələrində dərc etdirdiyini qeyd edir.
Hekayələrində feodal-patriarxal həyat, din, mövhumat əleyhinə,
köhnə ailə məişəti və s. kimi mövzular yer tutur. «Xortdanın
cəhənnəm məktubları» əsərini nə məqsədlə yazdığı barədə
yazıçının sözlərini yada salır: «Bu əsəri yazmaqdan məqsəd
mövhumatın avam türk (Azərbaycan) xalqının başında nə
dərəcədə möhkəm bir mövqe tutmasını göstərmək idi.
Gülxani Pənah
142
... Söz yox ki, cəhənnəm sözü bir mövhumi məkandır.
Amma bu əsərdə «cəhənnəm» sözü mənfi tiplər cəmiyyəti
mənasında düşünülməlidir» (29, s.217).
Ədib doğrudan da, «cəmiyyətdəki mənfi tipləri ifşa etmək
üçün cəhənnəmdən bir vasitə kimi» istifadə etmişdir. Tanışlıq
üçün cəhənnəmə getmək istəyən Xortdana «məsləhət görürlər
ki, Şuşadakı bir mollaya müraciət etsin. O, Tiflisdən çıxıb
Şuşaya gedir. «Beləliklə də əsər iki yolla cəmiyyətdəki mənfi
tiplərdən məlumat verir. Bunlardan biri cəhənnəmə gedənə
qədər real həyatda Xortdanın gördüyü hadisə və tiplər, digəri
cəhənnəmdir. Əsərin «müqəddimə» hissəsi birinci plana həsr
olunmuşdur. Yazıçı burada Yevlaxla Şuşa arasındakı yerlərdə
gördüklərini qələmə alır. Müftəxor seyidlər, insafsız alverçilər,
avantürist ziyalılar və s. ilə birlikdə tarixi abidələr, kənd və
şəhərlər oxucunun gözü qarşısından bir-bir gəlib keçir» (29,
s.217-218).
K.Məmədov yazır: «Deməli, burada mənfi tiplər, «qıl
körpüdən keçə bilməyənlər», «veyil quyusuna düşənlər»
«avam zəhmətkeşlərin canına, malına qəsd edən istismarçılar,
vətəni pula satan rüşvətxorlar, sultan Əbdülhəmidlər, çar İkinci
Nikolaylar, camaatın arasına ədavət salan din nümayəndələri,
keşişlər, müstəbid hakimlər, yetim malı yeyənlər, camaat
malına xəyanət gözü ilə baxanlar, çar məmurlarına yaltaqlanan
şeytan təbiətli qulluqbazlar, «imam evi yıxanlar», «şeytan əməli
işlədənlər», «hiyleyi-şəriyyə» ilə məşğul olan tüfeylilərdir» (55,
s.18).
C. Xəndan yazıçının sadəcə təsvirlə kifayətlənmədiyini
bildirir, nümunə üçün çarın milli siyasətini nifrət hissi ilə yad
edən yazıçının «Əskəran qalası» və Şuşa haqqında təsvirlərini
nəzərdən keçirir: «Bu hasara Əskəran deyirlər...
Bu mənhus hasarın 1905-ci sənədə oynadığı rol cəmi
dünyaya məlumdur. Bu, iki qonşu və qardaş milləti bölən bir
səddir. Nə qədərə bu hasar durub buna baxan türklərin
(azərbaycanlıların) və ermənilərin yaraları təzlənəcək. İxtiyar
Gülxani Pənah
143
mənim əlimdə olsaydı bu hasarı, qədim hasardan olmasına
baxmayaraq, kökündən qazardım. Bəlkə bayquş kimi göz
qabağında durub, keçmiş qanlı günləri, baxanların yadına
gətirməyə» (29, s.218). «Böyük realist və humanist sənətkarın o
dövrlərdə gördüyü həyat həqiqətinə münasibət belədir», deyən
C.Xəndan əsərin «Cəhənnəm» hissəsində daha kəskin satira
olduğuna diqqəti çəkir: «Burada mistik mövhumi hadisələr
deyil, real həyatda gördüyümüz hadisə və tiplərin canlı
portreti» verildiyi, «qudurmuş it qapan adamları öz tüpürcəyi
ilə guya sağaldan Cəfərqulu xan, kirli barmağının qaniylə eyni
xəstəliyi «müalicə» edən Topal Seyid, övladı olmayan qadın-
lara guya uşaq verən «Deşikli ağac» piri, «Öskürək piri», ilan
çalanlara «şəfa» verən «cicim ocağı» və s. haqqında bu fəsildə
məlumat verilib, avam camaatın gözünü pərdələyən bu «mü-
qəddəs» şəxs və yerlər kəskin satira atəşinə tutulur» (29, s.218).
«Sözlərinin doğruluğunu təsdiq edən bu şəxslərə və
pirlərə and içməklə onları tənqid hədəfinə çevirən» yazıçının
cəhənnəm təsvirləri, cəhənnəmdə gördükləri kimlərdir? «Bu
dünyada avam camaatın gözündə cənnətlik hesab olunan böyük
ruhanilərdən Fazil Dərbəndidən tutmuş, avam xalqın imam
kimi tanıdığı Hacı Mirzə Əhməd Ağa, allahın kölgəsi hesab
edilən «cənnət məkan» şahlar, habelə qardaşını öldürüb arva-
dını alanlar, 8 yaşlı qıza kəbin kəsənlər, elm dalınca gedənləri Dostları ilə paylaş: |