1919-cu il 17-ci nömrəsində seçkiləri ifşa edən Ə.Qəmküsarın
«Əlaman» satirasına diqqəti yönəldir.
Şeirdəki siyasi aydınlıqla onun bədii qüvvəsinin «həma-
həng» olması, şairin kontrast, təkrir, məcaz, habelə bədii sual
və nidalardan çox yerli yerində istifadəsi, kəskin siyasi fikir-
lərini ifadə etmək üçün uyğun forma və əruz vəzninin müvafiq
bəhrini seçə bilməsi dəyərləndirilir. Tədqiqatçı onun yaradıcı-
lığının «proletar ədəbiyyatı sıralarına inamla gələn inqilabçı-
xırda burjua sənətkarının yaradıcılığı kimi qiymətləndirmək
lazım» gəldiyi fikrindədir (29, s.330).
Qeyd etmişdik ki, C.Xəndanın bəzi tədqiqatlarında müsa-
vatçılara mənfi münasibət hegemon kommunist senzurasının
diktəsindən irəli gəlir. Sovet dövründə rəsmi sənədlərdə, tarix
və ədəbiyyatşünaslığında «Müsavat» sözünə «mənfi çalarlar
hopdurulmuş, düşmən donu geydirilmiş və yaranan yeni nəsil
müsavatçılara qarşı xoflu, ürkək havada köklənmiş, onlara
millətin düşməni kimi yanaşmaq öyrədilmişdir» (8, s.108).
O dövrdə dərsliklərdə də, hətta tarixi, ədəbi mənbələrdə
belə müsavat ancaq bu aspektdə şərh edilirdi. Müsavatın fikir
Gülxani Pənah
114
və ideyalarının Azərbaycanın səadəti üçün nə demək olduğunu
gənc nəsil bilmirdi, onun «tam obyektiv inkişaf tarixi, müba-
rizələri və nailiyyətlərini əks etdirən» vəsait yox idi.
Bu məsələlərə münasibətdə C.Xəndan sosializm ide-
yaları ilə silahlanmış tədqiqatçı alim kimi çıxış edir. Əliqulu
Qəmküsarın həyat və yaradıcılığı, onun əsərlərinin ideya-
məzmun xüsusiyyətləri, Mollanəsrəddinçi kimi fəaliyyəti,
Azərbaycan ədəbi prosesində tutduğu yeri müəyyən edən
araşdırmaları, təhlil və tədqiqatları ədəbiyyatşünaslıq nöqteyi-
nəzərindən təqdirəlayiqdir.
Cəfər Xəndan, o cümlədən Mir Cəlal XX əsr Azərbaycan
ədəbiyyatının ən görkəmli nümayəndələri arasında Nəriman
Nərimanovun həyat və yaradıcılığını geniş təhlil və tədqiq
etmişlər.
C.Xəndan M.F.Axundov yolunu davam etdirən «ədəbiy-
yatdan ictimai-siyasi mübarizələrdə kəskin bir silah kimi is-
tifadə edən» realist bir yazıçı kimi dəyərləndirdiyi N.Nə-
rimanovun həyat və yaradıcılığını tədqiq edir.
Ə.Haqverdiyev kimi o da rus və dünya ədəbiyyatına,
Puşkin, Qoqol, Lermontov, Tolstoy yaradıcılığına böyük «ma-
raq» göstərir və «Qoqolun «Müfəttiş» komediyasını birinci dəfə
Azərbaycan dilinə» tərcümə edir, «bununla çar üsul-idarəsinin
eybəcərlikləri haqqında öz xalqında təsəvvür oyatmağ»a çalışır,
ucqar bir kənddə «maarifpərvər fikirlərini həyata keçirməyin
məhdudluğunu görüb» 1891-ci ildə Bakıya gəlir, 1894-cü ildə
Bakıda kitabxana-qiraətxana açır, bu qiraətxananı «mədəni bir
mərkəzə» çevirir, «dövrün qabaqcıl ziyalıları»nı ətrafına
toplayır, burada «müxtəlif məsələlərə dair fikir mübadiləsi»
aparılır, «dünagörüşündə mütləqiyyətə qarşı mübarizə meyli
güclənən» N.Nərimanov məşhur «Nadir şah» pyesini yazır,
tamaşaya qoyulmasına icazə verilmir, buna səbəb çar
senzorunun «burada xalqdan çıxan qəhrəman hakimiyyətə qarşı
qoyulur və şahlığa keçir» fikridir, bu hadisənin tarixi həqiqət
olduğunu qeyd edən tədqiqatçı dramaturqa «hər tarixi
Gülxani Pənah
115
həqiqiqəti səhnədə göstərmək olmaz» cavabı» verildiyi, belə-
liklə, 1905-ci il inqilabına qədər əsərin tamaşaya qoyulmadığı,
1905-ci ildə çarın verdiyi bəzi «azadlıqlar»dan istifadə edərək
senzorun əsərin oynanılmasına «mane olmadığı» bildirilir.
Azərbaycan ədəbiyyatını qabaqcıl ideyalarla zənginləş-
dirən N.Nərimanov tədqiqatçıların araşdırmalarında «müəllim
idi, dramaturq idi, həkim idi, nasir idi, publisist idi... O, öz
müasirləri Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Mirzə Ələk-
bər Sabir, C.Məmmədquluzadə, Əbdürrəhimbəy Haqverdiyev
kimi istismarçı cəmiyyətə, ağalar və qullar dünyasının mərhə-
mətsiz, vicdansız qanunlarına, ictimai zülm və cəhalətə, ayrı-
seçkilik dünyasına, millətləri əzən çar Rusiyasının alçaq, iki-
başlı siyasətinə qarşı qələm mübarizəsinə» başlamış vətəndaş-
yazıçı idi» (55, s.147).
Bakı demokratik mühiti «yazıçı üçün təsirsiz» qalmır,
«proletariatın mütləqiyyətə qarşı apardığı mübarizədən ruhla-
nır», proletar Bakısı onun sonrakı fəaliyyətinə daha geniş təsir
edir, 1902-1903-cü illərdə Novorossiysk-Odessa universitetinin
tibb fakültəsinə daxil olur, ali məktəbdə ikən ədibin «inqilabi
fəaliyyət dövrü» başlanır, tələbələr arasında çarizmə qarşı
mübarizələrə «rəhbərlik» edir. «1905-1907-ci illərdə o, tələbə
tətillərinin başında durur, köhnə Odessa tələbələri çarizm əley-
hinə tələbə hərəkatının rəhbəri kimi Nərimanovun inqilabi
fəaliyyətini «unutmur» (3; 1-230). 1905-ci il inqilabından sonra
İran sosial-demokratlarının inqilabi təşkilatı olan, «İran zəhmət-
keşləri arasında iş aparan ilk inqilabi təşkilat» «İctimaiyyun-
amiyyun»unun yaranmasında aktiv» («İzvestiya» qəzeti, 20
mart, 1925-ci il redaksiya məqaləsi-C.Xəndan) iştirak edir (29,
s.230-231).
İnstitutu bitirəndən sonra «onun həkim kimi Bakıda
fəaliyyətinə» mane olunur, ictimai fəaliyyətinə görə 1908-ci
ildə Tiflisin Metex zindanına salınır, dövrün bir sıra ziyalıları
«onun həbs olunmasına» etiraz edir. Yeddi ay həbsdə qaldıqdan
sonra 5 illik sürgün edilir, «Qafqazda yaşamasına icazə veril-
Gülxani Pənah
116
mir», sürgün illəri Həştərxanda keçir, «Astarxan ölkəsi»
qəzetində əməkdaşlıq edir, məqalələr yazır, yığıncaqlarda nitq-
lər söyləyir. «Pir» povestini də burada yazır. Burada Həştərxan
zəhmətkeşlərinin arasında xüsusi hörmət qazanır, «beş illik
sürgündən sonra Qafqaza dönüb Qara şəhər rayonunda xəstə-
xanada həkim işləməklə yanaşı ictimai-siyasi fəaliyyətini də»
davam etdirir, «yoxsullara pulsuz qayğı göstərir», daima «dok-
tor» kimi hörmətlə adı çəkilir. 1918-ci ildən publisist yazıları
ilə bolşevik mətbuatının, xüsusən «Hümmət» qəzetinin səhi-
fələrində çıxış edir, Azərbaycanda sosialist inqilabının qələbəsi
uğrunda gedən «tarixi mübarizələrdə» fəal iştirak edir (29,
s.232).
C. Xəndan sosializm ideyalarının hökm sürdüyü, onun
senzurasının hakim olduğu bir dövrdə Çaparidze, Şaumyan
kimi «bolşevik, humanist» kimi tanıtdırılmış, əslində daşnak-
sütun partiyasına xidmət edən, xalqımızın qatı düşməni, xalqı-
mıza qarşı yeridilən milli qırğın siyasətinin tərəfdarlarını N.Nə-
rimanov kimi bir şəxsiyyətin silahdaşları kimi verir. Bu da
təbiidir. Əslində Şaumyanın-həmin dövrlərdə Bakıda qırğın
törədən, minlərlə azərbaycanlının-türkün qanına həris bir qüv-
vənin simasını yalnız Azərbaycan bir dövlət kimi müstəqil
olub, oz demokratik hökumətini yaradıb, arxivləri açdıqdan
sonra xalqa tanıtdıra bilmişdir. C.Xəndan isə bunlardan
xəbərsiz olmaqda günahkar deyildi. O sadə xalqın tərəfdarı
olub, onların qurduğu dövlətin ideyaları ilə formalaşmış bir
alim, xalqını, millətini, torpağını, onun vətən uğrunda mübariz
oğullarını, N.Nərimanovun da yaxından iştirakı ilə qurulan
fəhlə-kəndli hökumətini sevdiyindən M.Əzizbəyov, N. Nəri-
manov kimi oğullarını, onların ideoloji mübarizəsini düzgün,
ədalətli bilirdi. Tədqiqatlarında da N.Nərimanovu sosializm
ideyalarına sədaqətli, fəhlə-kəndli, yoxsul, ziyalı təbəqəsini,
xalqının mənafeyini düşünən, istismarçı siniflərə nifrət bəslə-
yən, xalqını əsarətdə saxlayan, öz məqsədləri üçün xalqın
avamlığından istifadə edən mövhumatçı molla, mülkədar, xan,
Gülxani Pənah
117
bəy siniflərinin qatı düşməni kimi ədalətli bir yolun yolçusu idi.
Tədqiqatçı onun qələmi ilə bu mübarizədə bir ömür sərf edən
yazıçı, maarifpərvər xadim kimi fəaliyyətinin araşdırılmasına
daha geniş yer ayırır: bunda da haqlı idi. «Geniş xalq kütlələri
içərisində böyük hörmətə malik olan N.Nərimanovun şöhrəti
bütün Azərbaycana və Şərqə yayılırdı. Heç təsadüfi deyil ki,
Bakıda qurulan Sovet hökumətinin Azərbaycanın uzaq
kəndlərində də qurulmasını arzu edən zəhmətkeşlər N.Nəri-
manov haqqında yaranan folklor nümunələrini təkrar edir,
aşıqlar sazda çaıb oxuyurdular» (29-233). Səhhəti ilə bağlı
1918-ci ildə Həştərxana göndərilən, «sağalıb orada vilayət
maarif komissarı» işləyən, burada Qafqaz xalqlarına kömək
üçün mübarizə aparan yazıçının ədəbi fəaliyyətini də davam
etdirdiyi qeyd edilir.
«Pir» povestində «ruhanilərin iç üzünü» ifşa edir, 1919-
cu ildə Moskvaya gedib orada «Xalq Xarici İşlər Komissarlı-
ğının Şərq şöbəsi müdiri, sonra isə xalq milli komissarının
müavini» işləyir, Şərq xalqlarının «oyanması uğrunda» müba-
rizə aparır, 1920-ci ildə Şimali Qafqaza inqilab komitəsinin
üzvü kimi, oradan da Azərbaycana İnqilab Komitəsinin sədri
kimi gələn «N.Nərimanov bu vəzifədə olduğu müddətdə Azər-
baycanın bütün rayonlarını» gəzir, «yenicə qurulmuş sovet hö-
kumətini möhkəmləndirmək»də böyük səy göstərir: «1920-ci
ilin 30 sentyabrından 14 oktyabrınadək bir neçə məsul işçi ilə
Ucar, Göyçay, Gəncə, Qazax, Poylu, Tavus (indiki Tovuz-G.P),
Yevlax, Ağdam, Şuşa və Kürdəmir rayonlarını gəzən N.Nə-
rimanov»un iqtisadiyyatı bərpa etmək yolları haqqında «çıxış-
ları» xalq yığıncaqlarında «alqışlarla qarşılanır», xalq «onun
məsləhətlərini dinləyir», Azərbaycan Xalq Komissarları Sove-
tinin sədri, Zaqafqaziya Sovet Respublikaları İttifaqı sədri,
1923-cü ildən SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri kimi
ictimai fəaliyyətini araşdıran tədqiqatçı onun ictimai xadim,
dramaturq, nasir, publisist kimi 30 illik fəaliyyəti dövründə
dövri mətbuatda, ayrıca kitab şəklində çap olunan əsərlərini
Gülxani Pənah
118
araşdırır: «Nadanlıq», «Şamdan bəy», «Nadir şah» kimi dram-
ları, «Bahadır və Sona» romanı, «Pir» povesti, «Müfəttiş»,
«Edam» kimi tərcümələri, məqalə, felyeton və publisist yazıla-
rından başqa «Tibbi-islam», «Xolera», «Hamilə arvadlara nə-
sihət», «Türk sərf-nəhvi», «Türk dilinin müəllimi», «Tra-
xoma», «Çexotka» və s. elmi əsərləri»ni də tədqiq edir (29,
s.238).
Tədqiqatçı böyük sənətkar, ictimai xadim N.Nərimano-
vun ədəbi ictimai fəaliyyətinin 30 illiyi münasibətilə keçirilən
təntənəli xatirə gecəsini, onun fəaliyyətinə dövlətin, xalqın yük-
sək qiymət verməsini, ölümündən sonra ədəbi irsinin nəşri,
müxtəlif dillərə tərcümə olunması, külliyyatının nəşrini araş-
dırır.
Nərimanovun ədəbi-bədii yaradıcılığını araşdıran təd-
qiqatçı onun ədəbiyyatımızın realist cəbhəsinə daxil olduğunu,
«Azərbaycan ədəbiyyatı tarixində roman janrı və tarixi dra-
mının ilk yaxşı nümunəsini» yaratdığını qeyd edir. Dini möv-
humata, mütləqiyyətə qarşı mübarizə aparan, «xalqlar temasını
də ilk dəfə yeni, müasir məzmunda» işləyən N.Nərimanov
«realist və tendensiyalı yazıçıdır»: «O, əsərlərinin mövzusunu
görüb tanış olduğu, dərindən öyrəndiyi həyatdan alır, həyatda
ölümə məhkum olan qüvvələrlə gələcəyi olan, qaranlıq mühitdə
parlaq ulduzlar kimi görünən qüvvələri, onların mübarizəsini
göstərir.... Yazıçı haqq işi uğrunda mübarizə aparan qəhrəman-
larını sevir, onların işindəki böyük gələcəyi qabaqcadan görür.
Məhz buna görə də realizmindəki tendensiyaçılıq açıq-aydın
nəzərə çarpır. Bu tendensiyaçılıq oxucularda tərəqqiyə mane
olan bütün mürtəce qüvvələrə qarşı kin və nifrət hissi doğurur»
(29, s.242).
N.B.Vəzirov, Ə.Haqverdiyev kimi teatr sənətinin inkişafı
üçün çalışan yazıçının dram əsərlərini araşdıran tədqiqatçı
«Nadanlıq» əsərini onun ilk bədii əsəri, dramı kimi araşdırır.
Burada əsas könflikt «yeni ilə köhnənin mübarizəsi»dir. Ha-
disələrin cərəyan etdiyi dövrü xarakterizə edən tədqiqatçı
Gülxani Pənah
119
bildirir ki, «bu elə bir dövrdür ki, (XIX əsrin axırıncı rübü)
Azərbaycanda yeni tipli məktəblər açılır, maarifçilik ideyaları
güclənir, yerli ziyalılarımız Rusiyada təhsil alır, yerlərdə mək-
təblər açır, yeni tipli məktəblər kəndlərdə də yaradılır. Amma
bu məktəbləri açan, ölkəyə savadla qayıdan gənclər kənddə
hələ də hökm sürən feodal-patriarxal şəraitdə fəaliyyət göstər-
məli olurlar, «ictimai həyatda özlərinə lazımi mövqe tuta bil-
mirlər. Habelə əhalinin mədəni səviyyəsi dövrün inkişafa başla-
yan mədəni tələbləri səviyyəsindən aşağı olduğundan maarif-
çilik tədbirlərini lazımınca başa düşmürlər» (29, s.244).
Məktəbə şagird yığa bilməyən Məhəmməd Ağa iki aydan
artıq vaxt keçməsinə baxmayaraq məktəbə uşaq cəlb edə bilmir,
tanınmış ağsaqqallar belə onu başa düşmür. Burada dramaturq
bir tərəfdən kənddəki cəhalət və nadanlığın dərin kök saldığını
göstərirsə, digər tərəfdən də kəndlilərin ehtiyac içərisində do-
landıqlarına işarə edərək uşaqlarını kənd təsərrüfatında çalış-
dıqları üçün məktəbə buraxmadıqlarından danışır. Yazıçı nü-
munə üçün ağsaqqallardan birinin sözlərini verir: «Sən qarı
gözlə. Elə ki, qar yağdı, gündən-günə şagirdlər çoxalacaq, çün-
ki o vaxt işləri olmayıb və evdə qalıb şuluqluq etməsinlər deyi-
bən, sənin yanına göndərəcəklər. Elə ki, yenə yaz açıldı, hamısı
yenə kənd işlərinə gedəcəklər. Xülasə, başını nə ağrıdım, bu
şkolda ildə üç ay qışı oxuyurlar» (29, s.244).
«Nadanlıq» dramında «köhnə kəndin dəhşətli mənzərə-
ləri, kənd müəlliminin çəkdiyi ağır əzab-əziyyətlər, zülmət, cə-
halət içində boğulan yoxsul kəndlilərin vəziyyətinin inandırıcı
təsvirini verdiyini, burada «maariflə cəhalət, tərəqqi ilə irtica,
yeniliklə köhnəliyin üz-üzə gəldiyini, maarifçilik arzusu ilə
kəndə gələn müəllim Məmmədağanın cəhalət və mövhumatla
üz-üzə gəlməsi və əsərdə maariflə cəhalətin mübarizəsini və
cəhalətin hələ güclü olduğunu göstərməsi səbəbləri tədqi-
qatçılar (Mir Cəlal), o cümlədən C.Xəndan tərəfindən araşdırılır
(68, s.151).
Gülxani Pənah
120
Tədqiqatçı C.Xəndan dramaturqun burada həm ictimai
həyatda, həm ailə məişətdə nadanlığın təsvirini verdiyini, «cə-
halət dünyasının əsas sütunlarından olan ruhaniliyin ifşası»nı,
qurtuluş yolunu «savadlanmaqda, maariflənməkdə» gördüyünü
bildirir. Əsərdəki yumorda duyulan «kədəri» diqqətə çatdıran
tədqiqatçı gənc ədibin «öz xalqının avam olmasına gülməkdən
çox təəssüf» etdiyini, onun bu nöqsanlarına «göz yaşları
arasından güldüyünü» qeyd edir.
M.F.Axundovun «Hacı Qara», N.B.Vəzirovun «Pul düş-
künü Hacı Fərəc», «Pəhləvani-zəmanə», Ə.Haqverdiyevin «Da-
ğılan tifaq», S.S.Axundovun «Tamahkar», C.Cabbarlının
«Solğun çiçəklər», «Aydın» əsərlərində olduğu kimi bu əsərdə
də N.Nərimanovun «öz dövrü üçün xarakterik olan» bu möv-
zuya toxunduğunu, «ailə-məişət planında ictimai həyatın tipik
hadisələrini işıqlandırmış» olduğunu bildirir.
«Dilin bəlası, yaxud Şamdan bəy» əsərinin təhlilini verən
C.Xəndan yazır: «Yusif və Xədicə bir-birini sevirlər. Bu
mədəni və savadlı gənclər öz dövrləri üçün xoşbəxt, nümunəvi
bir ailə qurmaq istəyirlər. Ancaq qızın atası Yusifin kasıblığını
nəzərə alaraq bu işə mane olmaq istəyir. Qızını varlı adama
vermək istəyən Hacı İbrahim arvadına deyir: «Nəyimə lazımdır
ki, kimin oğludur, kimdir və ulu babasının adı nədir. Pulu ki,
var, hamısından yaxşıdır. Zəmanəmiz pul zəmanəsidir» (29,
s.248).
«Dilin bəlası və yaxud Şamdan bəy» komediyasında Mir
Cəlal da bildirir ki, burada burjua-mülkədar ziyalılarının əxlaq
pozğunluğu, pul, şöhrət ehtirası, mənəvi boşluğu, lovğalığı, sat-
qınlığı və xəyanəti ifşa olunur. «Sadə və dramatik münaqişə
əsasında yazılmış bu komediyanın «ənənəvi komediyalarımız-
dan» fərqli cəhətləri üzə çıxarılır: «Şamdan bəyin iddiası ilə
vəziyyəti arasındakı uçurum komik münaqişənin əsasını təşkil
edir. Yusif də, Xədicə də təbiətləri etibarilə saf, təmiz, alicənab
adamlardır. Onlar Şamdan bəyin fitnə və fırıldaqları əyan olan-
dan sonra da onu ifşa etmək istəmirlər. Xaini onun öz xəyanəti,
Gülxani Pənah
121
vəhşi ehtirası və pozğun əxlaqı ifşa edir… Göründüyü kimi, bu
əsərdə müsbət qəhrəmanlar əksəriyyət təşkil edir, hadisələrə
istiqamət verir və qələbə qazanırlar. Halbuki bu cəhət ənənəvi
komediya üçün xas və xarakter deyil. Ədib, müstəqim ifşa yolu
ilə belə bir nəticəyə gəlir ki, xoşbəxtliyə, səadətə mütərəqqi
qüvvələrin birliyi, ittifaqı ilə çatmaq olar» (10, s.151). Bu əsər-
də köhnə cəmiyyətin, onun qayda-qanunlarının, pulun hökm-
ranlığının güclü tənqid olunduğu söylənir.
Əsərdə eyni zamanda tənqid hədəflərindən biri C.Xən-
danın fikrincə, «burjuamülkədar cəmiyyətinə xas olan lovğalıq,
şöhrətpərəstlik və tüfeylilikdir». Şamdan bəy surətini təhlil
edən tədqiqatçı «avantürist ziyalı», «mahir dil pəhləvanı»,
«xəyanətkar», «yalançı», «lovğa», xudpəsənd, istəyinə çatmaq
üçün min dona girən bir surət kimi iç sifətini açır. Dostunun
sevgilisinə göz dikən Şamdan Yusifin ona etdiyi yaxşılıqların
(evində saxlaması, bütün gəlirini ona yedirtməsi, qulluğa dü-
zəltməsi, ən yaxın bir dostu kimi yoldaşları ilə tanış etməsi və
s) əvəzində öz «fəlsəfəsi əsasında (harada əlinə nə düşdü ovla)
hərəkət edir», burada bir «xəyanət» görmür. «Mənə bir ay
çörək verib ki, bu qədər dövləti əlimdən çıxardım» sözləri ilə
tip özünü daha da ifşa edir, yazıçı «bu avantürist obrazı kifayət
qədər ifşa etdikdən sonra» faciə ilə bitən «aqibətini» göstərir:
«Şamdan bəy Xədicənin Yusifə verilməsinə dözməyərək dəli
olub özünü öldürür» (29, s.242).
Burada «Müsibəti-Fəxrəddin», «Solğun çiçəklər», «Bəxt-
siz cavan» əsərlərindən fərqli olan bir xüsusiyyət özünü
göstərir. Belə ki, adlarını çəkdiyimiz əsərlərdə gənclərin aqibəti
faciə ilə bitirsə, bu əsərdə gənclər öz məqsədlərinə çatırlar:
«Nadanlıq» pyesindəki ziyalılardan fərqli olaraq burada oxu-
muş adamlara belə münasibətin təsvirində yazıçı, həm də
göstərmək istəmişdi ki, zaman keçdikcə xalq irəliləyir, yaxşını
yamandan seçə bilir. Avantürist şamdan bəylərin ifşasında
xalqın şüurlu hərəkətinə yüksək qiymət verən ədib əsərini
təsadüfi olaraq aşağıdakı sözlərlə bitirməmişdir: «Bu zavallının
Gülxani Pənah
122
məhv olmasına səbəb nə oldu? Camaatın ittifaqı! Belə bir
ittifaqla yaman vücudlardan topsuz, tüfəngsiz xilas olmaq
həmişə mümkündür» (29, s.249).
C.Xəndan «Dilin bəlası, yaxud Şamdan bəy» və «Na-
danlıq» əsərlərini müqayisə edərkən belə bir qənaətə də gəlir ki,
buradakı Şamdan, Yusif, Xədicə kimi dolğun surətlər yara-
dılması dramaturqun «gələcəkdə daha qüvvətli dram əsərləri
yazacağına şübhə yeri qoymur. Bunu sonrakı dram əsəri təsdiq
etməkdədir». Bu «Nadir şah» dramıdır ki, C.Xəndan «fikri-
bədii dəyəri etibarilə bu əsəri onun ən qüvvətli dramı adlandırır
(29, s.249).
Tədqiqatçı burada dramaturqun Nadir şahın həyatından
bəzi epizodlar götürsə də, onu eynilə vermədiyini, «ölkələr isti-
la edərək, günahsız qanlar axıdan Nadir şahı deyil, despotizmə
qarşı duran bir hökmdar surəti yaratmaq» istədiyini, «bir sözlə
demokratik dövlət quruluşu haqqında öz fikirlərini əks etdirmək
üçün bu tarixi temadan bir vasitə kimi» istifadə etdiyini bildirir.
Hüseyn İsrafilov yazır: «Nərimanovun nəzərini Nadir şah
təsadüfi olaraq cəlb etməmişdi. Beynəlxalq hadisələrin, feodal
çəkişmələrinin böhranlı dövründə hakimiyyət başına gəlmiş
Nadir, çox dərin şəxsi ziddiyyətlərinə baxmayaraq, sadə xalq
içərisindən çıxmış, mütərəqqi bir dövlət yaratmaq uğrunda
mübarizədə tarixi izlər qoyub getmişdir. Nadirin şəxsiyyətində
və o dövrün tarixi hadisələrində Nərimanovun öz müasirlərinə
aşılamaq istədiyi ideyaya qovuşan cəhətlər var idi». Bununla
belə Nərimanovun Nadiri və onun hakimiyyəti dövrünün dəqiq
xronikasını «təsvir etmədiyi», «xalq və hökmdar, hakimiyyət
arasında qarşılıqlı münasbət, milli münasibətlər, din və dövlət
məsələlərində öz görüşlərini də obrazların dili ilə» şərh etdiyi,
«kamil bir bədii əsər yaratdığını» deyir və C.Xəndanın fikir-
lərini təsdiq etmiş olur (58, s.8).
Nəriman Nərimanovun ən kamil və yetkin əsəri «Nadir
şah» (1899) faciəsinin Azərbaycan ədəbiyyatında tarixi dramın
ilk nümunəsi olduğu açıqlanır və «tarixi hadisələri müasir və-
Gülxani Pənah
123
zifələr nöqteyi-nəzərindən mənalandırmaq, senzura şəraitində
müasir mətləblərə tarixi don geyindirmək meyli M.F. Axun-
dovun ədiblərə verdiyi məşhur məsləhətdir»,-deyir (29, s.250).
Mir Cəlal da yazıçının Nadir şahın həyat və mübarizəsinə
müraciət etməsinin səbəblərini geniş araşdırmışdır. Onun
hakimiyyətə gəlməsinin «İran mütləqiyyət qayda-qanunlarına
zidd» olduğunu, onun şah sülaləsindən çıxıb, taxt-tac varisi
kimi qəbul edilən şah olmadığını, «xalq içərisindən gələn,
quldurluqda ad çıxaran, sonralar dayısının təhriki ilə dövlət,
vətən yolunda vuruşmalara gedən, qəhrəmanlıqları ilə şöhrət
qazanan tarixi bir şəxsiyyət» olduğunu göstərir və bildirir ki
«Tarixi hadisənin özü, yəni belə bir adamın dövlət, hökumət
başına gəlməyi ədibin mütləqiyyətə qarşı mübarizə arzularına,
ictimai görüşlərindəki demokratizmə çox müvafiq idi. Nərima-
Dostları ilə paylaş: |