Azərbaycan realist ədəbiyyatının yüksək pilləyə qalxma-
sında müstəsna rol oynamış, ədəbi-tənqidi məqalələri ilə ardıcıl
mübariz təbliğatçı və nəzəriyyəçi, Mirzə Fətəli Axundov ənə-
nələrinin davamçısı, «sənətdə mücərrəd romantizm, naturalizm,
formalizm təzahürlərinə, birtərəflilik, ideyasızlıq meyllərinə
qarşı kəskin mübariz» (47) olan Mirzə Cəlilin ədəbi fəaliy-
yətinin tənqidçi və ədəbiyyatşünaslar tərəfindən araşdırıl-
masına hələ keçən əsrin ilk dövründən başlanmışdır. Cəfər
Xəndan (XX əsr Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə. 2-ci
cild. Bakı. 1955), Mir Cəlal, Firudun Hüseynov («XX əsr Azər-
baycan ədəbiyyatı tarixi» Bakı.1982), M.İbrahimov («Böyük
demokrat». Bakı. 1957), M.Məmmədov («Cəlil Məmmədqulu-
zadənin bədii nəsri». Bakı. 1963), Ə.Sultanlı («Azərbaycan
dramaturgiyasının inkişaf tarixindən. Bakı. 1964), Mir Cəlal
(«Cəlil Məmmədquluzadə realizmi haqqında. Bakı. 1966),
Gülxani Pənah
83
H.İsrafilov («Ölülər». Bakı. 1966), Q.Məmmədli (Molla Nəs-
rəddin (Cəlil Məmmədquluzadənin həyat salnaməsi». Bakı.
1966), F.Bayramov («Cəlil Məmmədquluzadə». Biblioqrafiya.
Bakı. 1966; Cəlil Məmmədquluzadə. Məqalələr, xatirələr.
Bakı.1967), F. Hüseynov («Adi əhvalatlarda böyük həqiqətlər».
Bakı. 1977), Əli Nazim («Molla Nəsrəddinin realizmi, gülüşü
və «Ölülər» haqqında, onun «Seçilmiş əsərlər» kitabında. Bakı.
1979), X.Əlimirzəyev («Problemlər və xarakterlər dramatur-
giyası». Bakı. 1979), Ə.Hüseynov («Sənət yanğısı». Bakı.
1979), Y.Əliyev («Böyük yazıçı». Bakı.1979), Ə.Mirəhmədov
(«Azərbaycan Molla Nəsrəddini. Bakı.1980), H.Məmmədqulu-
zadə («Mirzə Cəlil haqqında xatirələrim». Bakı. 1981) və s.
tədqiqatçı alimlər yazıçının həyat və yaradıcılığının geniş elmi-
nəzəri təhlilini aparmış, dəyərli əsərlər yazmışlar.
Adlarını çəkdiyimiz tədqiqatçılardan öncə Cəfər Xəndan
yazıçının həyat və yaradıcılığı, ədəbi fəaliyyəti ilə bağlı dəyərli
tədqiqatlar aparmışdır. Yazıçının çoxlu sayda felyetonlarını,
hekayələrini, dram əsərlərini, povestini C.Xəndan təhlil və təd-
qiq etmiş, böyük sənətkarın ədəbi irsinin xalqın mədəni inkişa-
fında, maariflənməsində böyük rolunu araşdırmış, qiymətli
fikirlər söyləmişdir.
Cəlil Məmmədquluzadə XIX-XX əsr Azərbaycan ədəbi
prosesində dövrünün hakim sinfinin əleyhinə mübarizə aparan,
kəndli-fəhlə-xırda «burjua demokratizmini irəli sürən yeganə
ədib» (Əli Nazim) olub sadə, zəhmətkeş xalqın mənafeyini əsas
tutmuşdur: «ədəbi fəaliyyətə əməkçi xalqın həyat və məişətini
əks etdirməklə başlayan C.Məmmədquluzadə öz üslubu etiba-
rilə M.F.Axundovun açmış olduğu cığırla getmiş və XIX əsr
böyük rus realistlərinin və bilxassə Qoqolun yolunu davam
etdirmişdir» (35, s.162).
Onun Şərq aləmində yaratdığı qüdrətli Molla Nəsrəddin
məktəbi, nəşrinə nail olduğu «Molla Nəsrəddin» jurnalının
fəaliyyəti, milli mətbuatın inkişafındakı böyük xidmətləri hələ
keçən əsrin ilk illərində ədəbi-tənqidin diqqətini cəlb etmiş,
Gülxani Pənah
84
Azərbaycan realist ədəbiyyatının inkişafında xidmətləri araş-
dırılmış, böyük sənətkarın milli ədəbiyyatımızın inkişafındakı
rolunu dəyərləndirən çoxlu sayda məqalələr, monoqrafiyalar,
resenziyalar, publisist məqalələr, ədəbi əsərlər yazılmış, kinolar
çəkilmişdir.
Abdulla Şaiq Mirzə Cəlili XX əsrin «böyük ədəbi siması»
adlandırır: «O, Mirzə Fətəli Axundov məktəbini davam etdirən
yazıçılarımız içində dan ulduzu kimi parlamış, nüfuzedici
şəfəqlərlə yaxın və uzaq ölkələri işıqlandırmışdı» (1, s.196).
C.Məmmədquluzadə yaradıcılığı, onun ideya mənbələri,
yaradıcılığının inqilabi demokratik xarakteri araşdırılmış, bir
sıra tədqiqatçılar dəyərli fikirlər söyləmişlər. Mir Cəlal hələ
keçən əsrin 40-cı illərində onun inqilabi demokratizminə isti-
qamət verən mənbələrdən biri fəhlə mətbuatı, proletar hərəkatı
və dövrün inqilabi ideyaları» olduğunu, bunun onun redak-
torluğu ilə çıxan «Molla Nəsrəddin» jurnalına «başqa ruh və
başqa cəsarət» verdiyini deyirdi (50, s.123).
Cəfər Xəndan C.Məmmədquluzadənin ədəbi, ictimai
fəaliyyətilə ədəbiyyat tariximizdə tutduğu yeri geniş araşdır-
mışdır. Rus və dünya ədəbiyyatının qabaqcıl ənənələrini dərin-
dən öyrənən, M.F.Axundovla başlayan realist Azərbaycan nəs-
rini inkişaf etdirən, «ədəbiyyatın rolunu xalqa xidmətdə, ictimai
yaraları sağaltmaq üçün geniş fəaliyyətdə» görən, «bütün
varlığı ilə həyata bağlanan, ictimai-tərbiyəvi əhəmiyyəti olan
realist ədəbiyyatın tərəfdarı», «ictimai həyatda gördüyü tipik
hadisələri qələmə almağı» lazım bilən yazıçı zəngin materialı
həyatdan götürürdü: «Onun üçün böyük, kiçik mövzu yox idi.
Nəzərindən tipik hadisələri qaçırmayan, böyük ümumiləşdirmə
iqtidarına malik olan C.Məmmədquluzadə satiradan ən kəskin
bir silah kimi istifadə edirdi. Onun yaradıcılığında gülüş çox
rəngarəng, mənalı və məzmunludur. Böyük ədib bəzən yazıq və
avam adamların bu və ya başqa sifətini islah etməyə çağırır,
bəzən də amansız zərbəsilə yaramazlıqların külünü göyə sovu-
Gülxani Pənah
85
rurdu. Beləliklə, bu realist yaradıcılıqda satira ictimai, inqilabi
mahiyyət daşıyırdı» (29, s.80).
İllər keçdikdən sonra Məmməd Arif C.Xəndanın fikirlə-
rini təsdiq edir: «C.Məmmədquluzadənin realizmi amansız bir
realizmdir, bu realizmin atəşinə heç bir hədəf tab gətirə bilməz,
o yandırıcı, puçedicidir. Lakin eyni zamanda biz heç bir yerdə
ədibin əsəbləşdiyini, təmkinini itirdiyini görmürük... C.Məm-
mədquluzadənin dram əsərlərində məhz güldürmək xatirinə
yazılmış bir dialoqa, bir ifadəyə belə rast gəlmirik. Burada
gülüş çox vaxt təsvir olunan hadisələr və personajlar arasında
əmələ gələn ziddiyyətdən, təzaddan doğur. Daha doğrusu, bu,
gülüş deyil, dərin bir təəssüf, qəzəb hissidir ki, bəzən acı gülüş
şəklində ifadə olunur» (52, s.121).
C.Məmmədquluzadə realizmini araşdıran tədqiqatçılar
onun «həyat həqiqətini bütün ictimai dolğunluğu ilə əks
etdirmək qabiliyyətini dəyərləndirir. C.Xəndan onun realiz-
minin «təsviri», «seyrçi» olmadığı, «xidmət etdiyi idealın gec-
tez qələbə çalacağına inanan bir sənətkarın yaxın gələcəyi
görən qayələri ilə həmahəng» olduğu, buna görə də bu realizm-
də inandırıcılığın qüvvətli olduğu qənaətindədir: «O inandırırdı
ki, həyat bu şəkildə qala bilməz və qalmayacaqdır. Bunun üçün
köhnəliyə, mövhumata, nadanlığa, burjua mülkədar quruluşuna
və bunları dörd əllə tutub saxlayan çarizmə, mütləqiyyətə...
qarşı mübarizə aparmaq lazımdır» (29, s.80-81).
İnqilabçı-demokratik meyllərin hamıdan çox C.Məm-
mədquluzadə və M.Ə. Sabirin yaradıcılığında öz bədii ifadəsini
tapmış olduğunu görən C.Xəndan XX əsr ədəbiyyatımızda
«mövzu aktuallığı və orijinallığı» ilə diqqəti cəlb edən yazı-
çının povest, dram və hekayələrini təhlil edir, öz dövrünün bir
sıra yazarlarının sənətkarlığın gözəlliyini romantik duyğularda,
xəyallarda görüb, bu cəhətdən xalqdan uzaqlaşanların əksinə
olaraq gözəlliyi həyatda, həqiqi sənəti xalqa istinad edən
yaradıcılıqda axtarmasını qiymətləndirir.
Gülxani Pənah
86
Məmmədcəfər Cəfərov yazır: «C.Məmmədquluzadə sə-
nətə, bədii yaradıcılığa «sənət sənət üçündür» nəzəri ilə baxma-
mış, bədii sözü əyləncə vasitəsi hesab etməmiş, ona mübarizə
silahı kimi baxmış, sadəcə sözlər yazmamış, ümumxalq səadəti
uğrunda, azadlıq, demokratiya uğrunda, xalq maarifi, demok-
ratik mədəniyyət uğrunda canidildən döyüşmüşdür» (49,
s.178).
C.Xəndan onun yaradıcılığında dil sadəliyi məsələsinə
diqqəti cəlb edir. Bədii əsərlərin dilindəki sadəliyə birinici
dərəcəli məsələ kimi yanaşan C.Məmmədquluzadə «çox yaxşı
bilirdi ki, xalqa yabançı, anlaşılmaz jarqonlarla yazılan əsər,
qiymətli ideya təbliğ etsə də, təsir qüvvəsinə malik ola bilməz.
Təsirsiz ədəbiyyat öz müəllifini diri ikən ölümə məhkum edir»
(29, s.81).
C.Məmmədquluzadənin yaradıcılıqda mübarizə apardığı
sahələrdən biri olan, Şərq ədəbiyyatında geniş yayılan «ədəbiy-
yatda təqlidçilik» C.Xəndanın fikrincə, «hətta istedadı olan
yazıçıları da böyük sənət əsərləri yaratmaq imkanından» məh-
rum etmişdir, 400 ildən çox Füzulini təqlid edənlərin «aqi-
bəti»ni buna «canlı misal» çəkir. C.Məmmədquluzadənin öz
məqalə və felyetonlarında bu məsələyə toxunduğunu, bədii
əsərlərində isə orijinal yaradıcılığın ən yaxşı nümunəsini» ver-
diyini deyir və bir məsələni diqqətə çəkir ki, «bu yaradıcılıq
özünəməxsus xüsusiyyətlərilə ədəbiyyata gələn bir ədibin arzu
və istəklərilə əlaqədardır. Buna görə də biz C.Məmmədqu-
luzadə ilə M.F.Axundov, Qoqol, Şedrin və s. realist sənətkarlar
arasında ədəbi əlaqələrdən, münasibətdən, mövzu və stil ya-
xınlığından, hətta ədəbi təsirdən də danışdıqda ... orijinallığı
nəzərdə tutmalıyıq» (29, s.81).
«Mirzə Cəlil Azərbaycan nəsrində və dramaturgiyasında
satiranın və realizmin nadir nümunələrini yaratdı, real həyat və
məişətin, adi adamların dünyasını ədəbiyyatımız üçün kəşf etdi.
Rus nəsrində və dramaturgiyasında həm Qoqolun, həm də
Gülxani Pənah
87
Çexovun gördüyü işi bizim nəsrdə və dramaturgiyada o, tək-
likdə görməli oldu...» (53, s.89).
C.Xəndan yazıçının XX əsr ədəbiyyatımızda ən böyük
xidmətlərindən biri kimi «hekayə janrını» yaratmasını və inki-
şaf etdirməsini dəyərləndirir. Hekayə janrında yazılmış əsərlərə
«böyük ehtiyac hiss edildiyini» nəzərə alan C.Xəndan onun
hekayələrində hadislərin qəhrəmanları «xırda», «kiçik» adamlar
olsa da, «mənalarının böyüklüyünü», hekayələrində «oxucuları
düşündürən, onlara ibrət dərsi verən» məsələlərdən bəhs etdi-
yini, ədibin yüzlərlə gördüyü hadisələrdən, adamlardan «birini»
seçib «onun timsalında yüzləri, minləri əhatə etmək kimi ümu-
miləşdirmə yolu ilə» getdiyini tədqiqata cəlb edir.
Yaşar Qarayev: «Mirzə Cəlil nəsrin realist güzgüsünü elə
bil böyüdücü güzgüyə çevirir: burada adilər, xırdalar, kiçiklər
də görünməyə başlayırlar. Müdrik filosofdan, ideal qəhrəman-
dan daha çox, bir ədib kimi, onu məhz xalq nümayəndəsinin,
Kəblə Məmmədəlinin, Məşədi Qulamhüseynin, Məmmədhəsən
əminin taleyi, hissi, düşüncəsi narahat edir. Çünki ən yaxın
zaman, gələcək artıq bu adamlarınkı idi. Bu adi adam sabahkı
fəhlə hərəkatı, hürriyyət fədaisi demək idi. Zamanın çarxı artıq
adi adamsız dartına, tərpənə, hərəkət edə bilmirdi» (53, s.76).
Sonralar ən yaxşı mütəxəssislərin onun zəngin yaradıcılıq
təcrübəsindən yararlandığını qeyd edən C.Xəndan «sadə və
mənalı yazmaq, oxucuları cəlbedici yeni-yeni priyomlar tap-
maq, özünü təkrar etməmək, həmişə öz orijinallığı ilə seçilmək,
qüdrətli yazıçılar kollektivi toplayıb, onu daimi surətdə jurnal
ətrafında saxlamaq, oxucularn arzularına uyğun məzmunlu
yazılar buraxmaq, hər nömrəni fədakar yaradıcılıq əməyinin
məhsuluna çevirmək, hər cür çətinliyə baxmayaraq nömrələr
arasında fasilə verməmək, prinsipial olmaq və s. kimi xarakter
sifətlərdə» «Molla Nəsrəddin» jurnalının eyni xarakterli mət-
buat üçün nümunəvi orqana» çevirdiyini dəyərləndirir (29,
s.82).
Gülxani Pənah
88
Məmməd Arif Cəlil Məmmədquluzadənin jurnalistik fə-
aliyyətini bədii yaradıcılığından ayırmağın «çətinliyindən» bəhs
edir: «Ədibin bütün ədəbi-ictimai fəaliyyəti bir istiqamətdə, bir
böyük ideya uğrunda mübarizədə keçmişdir. Onun jurnalistliyi
də, bədii nəsri də, dramaturgiyası da bu ideyaya xidmət
etmişdir» (52, s.116).
Müəllim işlədiyi dövrdə Azərbaycan kəndinin feodal-
patriarxal həyatını yaxından öyrənən yazıçı «Kişmiş oyunu»
(1892), sonra «Danabaş kəndinin əhvalatları» (1894) məşhur
povestini yazır. C.Xəndan ikincinin «öz ideya məzmunu və
bədii dəyərilə» əvvəlki əsərlərindən fərqləndiyini, buradakı
qüvvətli realizmi, dolğun obrazları, tipik hadisələrin zəngin-
liyini, süjetin orijinallığını görüb bü qənaətə gəlir ki, «Güman
etmək olar ki, bu, onun ilk böyük povesti deyildir. Çünki belə
tamamlanmış bir süjet xətti qurmaq üçün mükəmməl yaradı-
cılıq təcrübəsinə malik olmaq lazım idi. O zaman belə əsərlərin
çapına icazə verilməyəcəyini bildiyi halda, tanış olduğu ha-
disələr böyük realisti o qədər narahat edirdi ki, yazmaya
bilmirdi» (29, s.84).
C.Xəndan 1906-cı ildən mühərrirlik etməklə yanaşı
pyeslərini, felyetonlarını, hekayələrini yazdığını, «Ölülər» pye-
sinin, «İrandakı hürriyyət», «Usta Zeynal», «Qurbanəli bəy»,
«Quzu» və «Nigarançılıq» hekayələrinin bədii gözəlliyini,
Ə.Haqverdiyev, Ə.Sabir, M.S.Ordubadi, Əli Nəzmi kimi ya-
zıçıların yetişməsində C.Məmmədquluzadə və «Molla Nəs-
rəddin»in böyük rolunu araşdırır.
Yazıçının hekayələrində süjet xəttinin konkretliyi, yığ-
camlığı ilə yanaşı fikrin bədii təsir qüvvəsini artırmaq üçün xü-
susi fikir verdiyi «haşiyələr»in «qısa və maraqlı» tərəfləri təhlil
edilir: «belə hallarda «burada yadıma bir əhvalat düşdü»-deyə
haşiyə çıxan ədibin, barəsində danışdığı belə əhvalatlar əsas
süjet xəttinin daha da aydınlaşmasına və yaxud xarakterin
açılmasına kömək edir» (29, s.90).
Gülxani Pənah
89
«Tip və xarakter» yaratmaqda çətinlik çəkməyən, «hər
tipi öz xüsusiyyətlərilə» verməyi «bacaran», «obrazın xarici
portretini, ruhi həyəcanlarını, daxili portretini, yaşadığı mühiti,
dil xüsusiyyətlərini təsvir etməklə oxucularında tam təsəvvür
doğurmağa» çalışan yazıçı «Danabaş kəndinin əhvalatları»
əsəri üzərində xüsusilə dayanır, Xudayar bəyin satqın, «ikiüzlü,
xain, şöhrətpərəst, təkəbbürlü, əxlaqca pozğun» bir adam kimi
verildiyini qeyd edir: «bu sifətləri yazıçı təkcə onun əhval-
ruhiyyəsinin təsviri ilə deyil, geyimi, hərəkəti, xarici görünüşü
və sairə xüsusiyyətlərinin təsviri ilə də tipin mənfi xüsusiy-
yətləri haqqında tam təsəvvür yaradır» (29, s.89).
Tədqiqatçı yazıçının Xudayar bəyin «xarici portreti»
haqqında yaratdığı tam, dolğun təsəvvürü diqqətə çəkir, bunun-
la onun əvvəldən işi, arzusu haqqında məlumatımız olmasa da,
hər halda mənfi bir tip olduğu haqqında təsəvvürümüz yarandı-
ğını qeyd edir, portretin daxili və xarici keyfiyyətlərinin birləş-
məsilə oxucu nəzərində «tam mənfi bir surət kimi» canlandığını
deyir, bu təsvirlərdəki «tendensiyaçılığı»n tam aydın görünmə-
si, yazıçının tiplərinə münasibətdə «bitərəf» qalmaması, bunun
C.Məmmədquluzadədə «qabarıq» göründüyünü bildirir. Tədqi-
qatçı bunun «Qurbanəli bəy» hekayəsində də göründüyünü, öz
rəisinə, onun arvadına yaltaqlanan bir çinovnikin miskin ob-
razının «nə qədər real və təbii» vermiş olduğunu, onun yaltaq
simasını sənətkarcasına oxucu təsəvvüründə yaratdığını deyir:
«Yazıçı: «Qurbanəli bəy yaltaqdır», deməsə də onun təsvirlə-
rindən bu aydın görünür, eyni zamanda bu işdə yazıçının da
«bitərəf» olmadığı mübahisəsiz aydınlaşır» (29, s.92).
Yazıçının «tip və xarakteri tamamlamaq üçün» vasitəli
səciyyədən də istifadə etdiyini, yəni tip haqqında əsərdəki baş-
qa surətlərin nitqi, onu əhatə edən mühitin təsviri yolu ilə də
təsəvvür doğurduğunu, bu detalların sadəcə təsvir xarakteri
«daşımadığını», tip barədə təsəvvürü daha da «canlandırdığını»
bildirir: «Məhz buna görə də C.Məmmədquluzadənin hekayələ-
rində rast gəldiyimiz bu kimi təfərrüatı uzunçuluq kimi qiy-
Gülxani Pənah
90
mətləndirmək olmaz. Bunlar əsərin ana süjet xətti ilə bağlanan
detallardır» (29-92).
«Danabaş kəndinin əhvalatları» əsəri onun əsərləri içəri-
sində «ən mühümü»dür, «dövrünün sinfi ziddiyyətlərini açıb
göstərən»dir, «feodal patriarxal Azərbaycanında dərin kök sal-
mış dini, mövhumatı və avamlığı qamçılamaqla çar idarə-
lərindəki süründürməni, ikiüzlüyü ifşa»dir, «bədii bir sənəd»
kimi dəyərlidir. «Hakim siniflərə qarşı çevrilmiş kəskin bir
satira»dır, bu əsəri sonrakı yaradıcılığında olan əsas xüsusiy-
yətlərin başlanğıcı»dır, ictimai-siyasi hadisələrə «üzdən və ya
birtərəfli» yanaşılmır, o dövrdə «Azərbaycan kəndində «sinfi
fərqləri, təbəqələşməni birinci dəfə nəsrdə» C.Məmmədqulu-
zadə göstərir: «Müasirlərindən bir çoxu XX əsrdə, proletariatın
həyat meydanına atıldığı zaman belə, kənddəki sinfi ziddiy-
yətləri görmədiyi halda C.Məmmədquluzadənin X1X əsrin
sonlarında bunu görməsi-həyatı yaxşı bilməsi və realizminin
üstünlüyü ilə izah edilə bilər» (29, s.95).
Ə.Nazim yazır: «C.Məmmədquluzadə «Danabaş kəndinin
əhvalatları», «Danabaş kəndinin məktəbi» (nəsr və komediya)
adlı əsərlərində kəndi, «danabaşlar dünyasını» ahəngdar bir
idilliya aləmi deyil, bəlkə barışmaz ziddiyyətlər dünyası kimi
təsvir edir. Bir tərəfdən, Məmmədhəsən əmilər, kəndlilər, Zey-
nəblər, Şərəflər, digər tərəfdən isə Xudayarbəylər, qazılar,
qlavalar, «nəçərniklər» kimi istismarçı sinif və qruplar təsvir
olunur. Bu təsvirlər, bu lövhələr, tablolar gah incə bir yumorla,
gah kəskin bir satira ilə verilməklə bərabər, dərin mənası ilə
realist, həyati, həqiqidirlər» (35, s.164).
Qadın hüquqsuzluğu, insan hüququnun tapdanması, yazı-
çının yoxsul kütlənin müdafiəçisi kimi çıxış etməsi, yaratdığı
«ağıllı insan, namuslu bir qadın obrazı» olan Zeynəbin sima-
sında qadın hüququnun tapdanması, onun qul kimi alınıb satıl-
ması, zamanın, dövrün əzdiyi simalardan biri olan Məmməd-
həsən əmi surətinin simasında onların avamlığının, sadəlövh-
lüyünün «tənqidi», onları cəhalət aləmindən uzaqlaşdırmağa,
Gülxani Pənah
91
gözlərini açmağa çalışan yazıçı qayəsi, amalı ictimai-siyasi
mühitə nifrət C.Xəndanın təhlil və tədqiqatında mühüm yer
tutur.
Əsərin maraqlı kompozisiyaya malik olduğu, «üç xəttin»
(Bir tərəfdən Xudayar bəy-Zeynəb xətti, ikinci tərəfdən
Xudayar bəy-Məmmədhəsən əmi xətti, üçüncü tərəfdən isə
Xudayar bəy-Şərəf xətti) əsərdə bir bədii «vəhdət» təşkil etməsi
araşdırılır: «Altı çap vərəqi həcmində olan böyük həcmli bu
əsər»in maraqlı kompozisiyada olması, bir hadisənin digərini
tamamlaması, «arada başqa bir hadisədən danışılıb sonra
yarımçıq qalan məsələyə qayıdılması» və s. «povesti oxunaqlı
etmək üçün» yazıçının nağıl üsulundan istifadə etməyə
çalışdığı, hadisələrlə əlaqədar işlətdiyi ifadələrdən sonra
(«Günlərin bir günü Məmmədhəsən əmi sübh tezdən yuxudan
durdu...»; «Xudayar bəy şəhərdə qalmalı olsun, keçək Danabaş
kəndinə»; «İş ki, bu cür oldu gərək əhvalatı başdan başla-
yaq...», «Məmmədhəsən əmi eşşəyini itirməkdə olsun, görək bu
şəxs kimdir və nəçidir...» və s.) başlanan maraqlı əhvalatları
oxucunun izləməsi, süjet xəttindəki hadisələrin necə bitəcəyini
səbirsizliklə gözləməsi, oxucuları həmin hadisələr ətrafında
düşündürməsi, oxucu hafizəsində «silinməz iz» buraxması
təhlil edilir (29, s.98).
«Qurbanəli bəy» hekayəsinin təhlili zamanı yazıçının
hekayəçilik fəaliyyətində rus realist yazıçılarından daha çox
yararlandığını, bu hekayəni Qoqolun «Kolyaska» adlı povestin-
dən götürdüyünü, bir-birinə yaxın olsa da, olduqca fərqlən-
diyini, ədibin hekayəsinin «orijinallığını», burada Azərbaycan
bəy və mülkədarlarının «xarakter sifətləri toplandığını», bu he-
kayədəki böyük yazıçılara xas olan «ümumiləşdirməni» qeyd
edən tədqiqatçı ədibin «Qurbanəli bəy hekayəsini gözəl sənət
nümunələrindən biri kimi qiymətləndirir: «Ədib öz qəhrəma-
nının real portretini elə məharətlə çəkmişdir ki, biz onun
simasında yaltaq çar çinovniklərinin ən tipik nümayəndələrinin
xarakter sifətlərini görürük» (29, s.100).
Gülxani Pənah
92
C.Xəndan yazıçının ifşa üsullarının «müxtəlif» olması
məsələlərini araşdırır. «Usta Zeynal» hekayəsini bu cəhətdən
«Qurbanəli bəy», «Danabaş kəndinin əhvalatları» əsərləri ilə
müqayisəli şəkildə tədqiq edir, təhlilini verir. Avam, tənbəl,
dindar Zeynalın vəziyyətinin doğurduğu gülüşlə bu gülüş ara-
sındakı fərqləri görür: «Əgər bu müftəxor bəylərə biz kin və
qəzəb bəsləyiriksə, usta Zeynala qarşı bizdə belə bir hiss oyan-
mır. Biz onun avamlığına nifrətlə gülmür, acıyır, təəssüf edirik.
Usta Zeynalı yazıçı düşmən cəbhədən deyil, dost cəbhədən
tənqid edir. O çalışır ki, bu zəhmətkeş adam onu yazıq və
bədbəxt vəziyyətə salan mürtəce təsirlərdən uzaqlaşsın. Buna
görə də tipin yazıq vəziyyətinə gülür. Belə hallarda yazıçı öz
tənqid hədəfini öldürmək deyil, islah etmək istəyir» (29, s.100).
Yazıçının «Xatiratım» əsərində də etdiyi qeydləri yada
salır. C.Məmmədquluzadə Usta Zeynalla bağlı olaraq yazır: «...
Axırda mən də götürdüm bir hekayə yazdım. Yazdım ki, bir
bədbəxt müsəlman zəhmətkeş ki, onun adı usta Zeynaldır, o
qədər dini-cəhalətə cumubdur ki, bu cəhalətin bərəkətindən
həmişə zəhmətdədir. Görürdüm ki, mollalar bu biçarə Zeynalı
başa salıbdır ki, dünyada bir təmiz var, bir də murdar. Təmiz
odur ki, bitli, sirkəli də olmuş olsa, ancaq etiqadca müsəlman
olsun. Əli şiəsi olsun. Və murdar odur ki, çox pakizə və təmiz
də olmuş olsa və bu dəqiqə təmiz bir hamamdan da çıxmış olsa, Dostları ilə paylaş: |