Жяфяр хянданын aзярбайжан ядябиййатына


Tərifləmə yolu ilə kinayənin



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə14/35
tarix03.04.2017
ölçüsü4 Mb.
#13209
1   ...   10   11   12   13   14   15   16   17   ...   35
Tərifləmə yolu ilə kinayənin  kinayənin ən çox yayılmış 

formalarından olduğunu söyləyir. Kinayənin tərifindən  tipin 

ifşası müəyyənləşir. Tədqiqatçı  Məhəmmədəli deyil «Məmdə-

li» adına diqqəti yönəldir. Onu işinə,  əməlinə layiq olmayan 



Gülxani Pənah 

 

 



219 

(millətə azadlıq verən, el qayğısından başqa bir şey düşünmə-

yən, vicdanla işləyən və s ) sifətlərlə tərifləməsi, şeirin sonuna 

yaxın bu tərifi  mübaliğəli  şəkildə yüksəklərə qaldırması  şeir-

dən gətirilən aşağıdakı misralarla təhlil edilir: 

Altı min ildən bəri mövcud olan bir məmləkət, 

Görməmişdi sən kimi bir şahivala-mərtəbət: 

Niyyətin saf, etiqadın pak, qəsdin məsədət, 

Millətin şad, ölkən abad, ümdə fikrin mərhəmət. 

Qoyduğun tad, örtdüyün xələt həlal olsun sənə! 

Verdiyin məşruteyi-millət həlal olsun sənə! 

Burada satirada kinayənin «ən yüksək» formasını görür: 

«Tərifin bu forması da bundan ibarətdir ki, qəhrəman öz-özünü 

tərifləsin. Bu, daha təsirli kinayə və ümumən satira üçün daha 

əlverişli bir formadır. Bu tərif kinayə yolu ilə, yəni qəhrəmanın 

özünə layiq olmayan sifətlərilə öyünməsi ilə verildikdə gülüş 

daha təsirli və mənalı çıxır». Sabirin bacarıqsız adamları gülünc 

vəziyyətə salmaq üçün bu üsuldan digər satiralarında da istifadə 

etdiyi məlumdur. 

Tədqiqatçı tərif yolu ilə yaranan kinayələrdə bəzən satira 

müəllifinin hədəfinin dolayı yollarla deyil, açıq-aydın mənfi 

olduğunu göstərdiyini və  mənfi olmasına baxmayaraq tərif-

lədiyini bildirir: 

Bimərhəmət əyanlarına şükr, xudaya! 

Bu sahibi-milyonlarına şükr, xudaya! 

... aydın məsələdir ki, «şükr xudaya!» burada kinayə ilə 

deyilmişdir.  Şairin tənqid hədəfinə münasibəti satiranın lap 

birinci sözündən («bimərhəmət») görünməkdədir. Bu üsulla 

tənqid və kinayə xalq dilindən gəlir» (107, s.83)-deyən tədqi-

qatçı söyüş əvəzinə xalq içində işlənən «ay sağ ol» narazı ifa-

dəsini «şükr xudaya» ifadəsi ilə bir qəbildən olduğunu bildirir. 

Kim nə deyər bizdə olan qeyrətə? 

Qeyrətimiz bəllidir hər millətə! 

-misralarında oxucuya təsir edən məqamlar var: «millətin adına 

ləkə vuran hər hansı bir hərəkət, onu təşkil edən fərdi düşündür-


                                                                                      Gülxani Pənah 

 

 



220 

məyə bilməz. Bu beytdəki kinayə milləti bütünlüklə, hər fərdi 

ayrılıqda sarsıtmaq üçün düşünülmüş, satiralardakı kinayənin 

ən gözəl nümunəsi kimi qiymətləndirilə bilər» (107, s.83). 

Sabirin bu üsuldan istifadə etməklə yaratdığı satirik şeir-

lərin təhlil və tədqiqatını verən tədqiqatçı dili, həyatı, insanların 

psixologiyasını  və satiranın tələblərini yaxşı bilən  şairin «söz 

dəryasından dürr seçməkdə» çətinlik çəkməməsini dəyər-

ləndirir. 

Yaxşıya pis deməklə kinayə yaratmaq ustalığını araşdırır. 

Burada tənqid hədəfindən asılı olaraq gülüşün xarakterinin 

dəyişdiyini görür. Yaxşıya bilə-bilə pis deyənlə, avamlığı üzün-

dən yaxşını pisdən ayıra bilməyənə olan kinayənin zərbəsinin 

dərəcəsini fərqli  görür. Tənqidin dost cəbhəsindən edildiyinə 

şübhə etməyən tədqiqatçı bu üsulla xalq şairinin «mövhumat, 

cəhalət və nadanlığa zərbə vurmaqla, həyatın inkişafından geri 

qalan adama» güldüyünü deyir. 

Avam ata elmi, maariflənməni pisləyir, oğluna «bundan 

sonra qıl tövbə, məktəbə getmə»-deyir, təkcə öz oğlunu deyil

başqalarını da təhsil, elm yolundan uzaq olmağa çağırır, mək-

təbi «dağılmış», «qəfəs», «virana» kimi sözlərlə hörmətdən 

salmağa çalışır.  

Biçarə kişi, qanmağa başın hələ keydir, 

Axır mənə bir söylə görüm elm nə şeydir: 

Bilmək nə gərək kim, bu əlifdir, bu da beydir? 

Həvvəz, sora hüttü, bu nə heydir, o nə heydir? 

Qoy pul qazanıb sədri məqam eyləsin oğlun! 

Bəy, xanlar ilə dəxli-kəlam eyləsin oğlun! 

Tədqiqatçı «öz-özlüyündə gülünc olan bu dəlillər qəhrə-

manı o qədər məşğul edir ki, axırda biz onu nəinki gülünc, hətta 

yazıq vəziyyətdə görürük. Humanist şair bu avamın tale-yinə 

acıyır. Çünki bu dərd bir fərdinbir avamın dərdi deyil, xalqın və 

millətin dərdidir, sağalmasa daha müdhiş nəticələr verə bilər», -

deyir.  


Gülxani Pənah 

 

 



221 

«Ata nəsihəti» əsərində avam atanın təkcə məktəb məsə-

lələri ilə «nitq və  nəsihətlərini məhdudlaşdırmayıb siyasətə, 

sosial-demokratına da əl atıb, oğlunu bu yola düşməkdən də 

uzaqlaşdırmaq istədiyi, onun şahı  bəyənməyənlərə, «zakona» 

əməl etməyənlərə» də toxunduğu qeyd edilir və «beləliklə xalq 

şairi göstərmək istəyir ki, qəhrəman təkcə öz məhdud ağlı ilə 

hərəkət etmir, ona təsir edən, onu yoldan çıxaranlar da vardır. 

Bu «mürəbbilər» xoşbəxtliyi gələcəkdə deyil, keçmişdə axtaran 

və XX əsrdə ölümə məhkum olan adamlardır. «Müstəqbəli gör-

mək nə  gərək ömürdü fani» deyən bu adamların özləri dedik-

lərinə  əməl etmir, bunu avam adamlara məsləhət görürlər» 

(107, s.87). 

Xalqın savadlanmasına qarşı çıxan bəy, ruhani, mollaların 

avam insanların həyatına,  şüuruna təsrini yaxşı bilən  şair 

onların savadlanmasına qarşı mübarizə aparan bu qüvvələri gö-

rürdü. «Sabir satiralarında «ömür fanidir» «fəlsəfə»sini alt-üst 

edib göstərir ki, bu sözü yayan ruhanilərin  əsas məqsədləri 

avam camaatın gözünü pərdələməkdən, bu yolla onu daha çox 

soymaqdan ibarətdir» (107, s.87).  

«Vah!. Bu imiş dərsi-üsuli cədid?» deyərək təlaşlı, həyə-

canlı nitqi ilə özünü gülünc vəziyyətə salan  tipin aşağıdakı  

Mən dəyişib şiveyi-əcdadımı, 

Böylə oda salmaram övladımı. 

Eyləmərəm dinsiz öz əhfadımı! 

At çölə getsin, nə dəbistandı bu! 

Elm adına bir quru böhtandı bu! 

Nifrətə şayandı bu! 

Hərzəvu hədyandı bu! 

Müslimi kafir qılan 

Xaneyi-küfrandı bu! (107, s.88). 

sözlərinə diqqəti yönəldən tədqiqatçı «burada bir fərdin müla-

hizəsi deyil, yeniliklə köhnəlik arasında gedən gərgin mübari-

zənin real və tipik bir sahəsi» verildiyini, yeniliyin hücuma mə-

ruz qalsa da, gələcəyi təmsil etdiyindən qalib olduğunu bildirir. 


                                                                                      Gülxani Pənah 

 

 



222

Yeniliklə köhnəlik arasında gedən gərgin mübarizə döv-

ründə bu üsulla yaranan kinayə «çox mühüm psixoloji, fikri 

sarsıntılarla, siyasi məsələlərlə, ictimai dərdlərlə bağlı olan 

həyat həqiqətlərinə» toxunur, öz qəhrəmanına gülsə də  huma-

nist  şair onu gülünc vəziyyətə salanları  qılınclayır, kin, nifrət, 

qəzəb hissi ilə onları ifşa və biabır edir. 

Pisə yaxşı deməklə yaranan kinayə Sabir yaradıcılığında 

çoxdur: «Ümumiyyətlə, xalq şairi sözü tərs mənada ifadə et-

məklə öz gözəl  əsərlərini yaratdığı kimi, burada tərs mənada 

yaxşıya pis deməklə çox mənalı kinayələr yaratmışdır. Ən yaxşı 

həqiqətlərə pis deyən qəhrəman, indi ən pis keyfiyyətlərə yaxşı 

demək yoluna düşmüşdür» (107, s.90). Tədqiqatçı yanlış yolda 

olan bu adamların ikisinin də «gülünc» olduğuna, gü-

lünclüyünün dərəcəsinə görə  pisə yaxşı deyənin daha «əcaib» 

olduğuna, qəhrəmanını daha gülünc vəziyyətə salmaq üçün da-

ha maraqlı keyfiyyətlər seçdiyinə, pisə yaxşı deyən adamın sa-

tirik qəhrəman olmasına diqqəti yönəldir: 

Çıx dağa -daşa, yol kəsibən qarətə başla, 

Axırda qaçaq ol! 

Sal bir beşatan boynuna, bu adətə başla, 

Həmmali-yaraq ol! 

Tədqiqatçı bu qəhrəmanın da kimliyini araşdırır, o da ha-

man yaxşıya pis deyən, məktəb haqqında «ağlasığmaz böh-

tanları» sadalayan, indi oğluna bu cür yolu yaxşı bilən, «ən pis 

yolu  ən yaxşı yol kimi göstərməklə özünü gülünc vəziyyətə» 

salan avam atadır. «Sabirdə kinayənin bu iki təzahür forması 

üzvi surətdə bir-birilə bağlıdır. Yaxşıya pis demək eyni za-

manda da pisə yaxşı deməkdir. Məktəbi nəzərdə tutaraq: «qoy-

ma o dağılmışda məqam eyləsin oğlun»-deyən avam yaxşıya 

pis münasibət bəsləyirsə, elə oradaca: «Qoy küçədə daz ilə  

xuram eyləsin oğlun» deməklə pisə yaxşı münasibətini nümayiş 

etdirir» (107, s.90)  

Uşaqlarına belə zərərli tərbiyə verənləri tənqid edən şairin 

satira, yumor, kinayə, təriz və s. yollarla onları  tərbiyə etmək 


Gülxani Pənah 

 

 



223 

istəyi, bu gülüşdəki istehza ilə yanaşı kədər hissinin də duyul-

duğu açıqlanır: «Gülüş, kinayə kütləvi xarakter daşıdıqda, yəni 

dərd ictimai planda təsvir olunduqda, kədər hissi daha qabarıq 

şəkildə gözə çarpır» (107, s.91). C.Xəndan şairin  

Təsxiri ədinnə ilə et kəşfi-kəramət, 

Əhsən deyə millət! 

-misralarındakı  «Əhsən deyə millət» sözlərindəki təəssüfdən 

doğan kədər hissinin «əhsən» kimi sevinc hissini ifadə edən 

sözlə birləşdiyindən qüvvətli kinayə  çıxdığını deyir: «Əcinnə 

ilə «kəşfi-kəramət» edən millətə «əhsən» demək əsl kinayə pri-

yomudur. Hücum millətə-kütləyə olduğu üçün, gülüşün ictimai 

dəyəri aydındır» (107, s.91). Burada işlənən «millət» sözü 

«şərti işlənir», əsl tənqid hədəfi xalq və millət deyil, «ayrı-ayrı 

fərdlər»dir, oxucu bunu başa düşür, onların «millət» kimi 

təqdimi təsir qüvvəsini artırmaq üçün şairin priyomlarından biri 

olduğunu göstərir: «Kütlə simasında fərdi tənqid və ya alqışla-

maq satiralarda tez-tez nəzərə çarpan xüsusiyyətlərdəndir»-

deyən tədqiqatçı belə ifadələrin hər yerdə xarakterik olmadığını  

da deyir.  

Şairin «Etmə qəmi millət» misrasındakı «millət» sözünün 

həqiqətən xalqı, milləti təmsil etdiyini, pisə yaxşı demək yolu 

ilə gedib «etmə qəmi-millət!» deyənlərə şairin istehza etdiyini 

görürük. 

Tədqiqatçı Sabirin satiralarında  öz «ağıllı» məsləhətləri 

ilə gülünc vəziyyətə düşən qəhrəmanları təhlil edir. Öz xarak-

teri, ideya istiqaməti və məzmunu etibarilə gülünc olan bu məs-

ləhət və nəsihətlərlə qəhrəmanın özünü lağa qoyması, hətta ifşa 

olunmasına gətirib çıxardığı  şairin  əsərlərindən gətirilən 

sitatlarla verilir: 

Qoyma, balam, oğlunu sən uşqola, 

Qorxusu var, axırı kafir ola. 

Satirada «oğlunu məktəbə qoyub peşman olan və yaxud 

qoymaqda tərəddüd edən, «Məsləhət» satirasında oğlunu evlən-



                                                                                      Gülxani Pənah 

 

 



224

dirmək  əvəzinə öz evlənməsi haqqında düşünən atalar tənqid 

olunur: 

Oğlun uşaqdır, hələ xamdır, naşı, 

Ancaq igirmi beşə çatmış yaşı, 

Çıxmaz onun bir para işdən başı, 

Neyləyir evlənməyi, atsın daşı, 

Öz kefinə bax, kişi, dad ver, dad al! 

Qoy babalın boynuma, get, arvad al! 

Burada tərizə yaxın bir kinayəni görən tədqiqatçının 

gəldiyi qənaət budur ki, «görünür, yaşadığı cəmiyyətdə tez-tez 

təsadüf etdiyi və çox yayılan bu halı kinayə yolu ilə lağa qoyub 

islah etməyi şair daha münasib saymışdır» (107, s.94). 

Şairin satiralarında nəsihət və  məsləhət verən «avam» 

kəslərin oz fikirləri ilə gülüşə səbəb olduğunu deyən tədqiqatçı 

«məhz buna görə avamların kinayəli gülüş yolu ilə islah 

edilməsi xalq şairini çox düşündürmüş  və o, bu mövzuda o 

qədər yazmışdır ki, biz şairin kinayə priyomlarından danışarkən 

bu sahəni də ayrıca qeyd edə bilərik» (107, s.94). 

Avamlığın geniş xalq kütlələrini  əhatə edən ictimai bir 

dərd olması, onun icraçılarının da xalq içindən çıxan adamlar 

olması  ağırdır, «şairin bu adamlara qarşı  əsas gülüşü kina-

yədir». «Tək səbir» şeirinin təhlilini verən tədqiqatçı tək səbrin 

vura bilən zərərlərindən xalqı uzaqlaşdırmaq istəyən  şairin 

kinayəsini konkret bir şəxsə deyil, ümumən avamlara qarşı 

çevrildiyini deyir. Savadlı  ərindən gileyli avam gəlinin («nə 

bilirdik nə zəhirmardı kitab?//Biz olan evdə haçan vardı kitab?) 

«Ay Xansənəm» müraciəti ilə başlayan satirasında  şairin ya-

ratdığı avam və savadsız qalıb nalayiq işlərlə məşğul olmasını 

iftixar hissi ilə dilə  gətirən avam atanın portreti, şairin tipin 

daxili portretini məharətlə  çəkməsi sənətkarlığı, aldadılıb  ərə 

verilən qız ilə, onu aldadıb  ərə verənləri ifşa edən «Qoyma 

gəldi» satirasında gülüş hədəfinə şairin bəslədiyi məhəbbətdən 

doğan kədər hissi, gəlinə humanist şairin hüsn-rəğbəti göstərir. 

Tədqiqatçı Sabirin kinayələrindəki gülüşün ayrı-ayrı adamların 


Gülxani Pənah 

 

 



225 

tənqid və ifşasına deyil, çox zaman onları gülünc vəziyyətə sa-

lan dövrə, zəmanəyə və ictimai quruluşa qarşı çevrildiyini söy-

ləyir. «Bilməm nə görübdür bizim oğlan oxumaqdan?» misrası 

ilə başlanan satirasında qəhrəmana qarşı çevrilmiş kinayədə 

dövranın da payı olduğunu aşağıdakı misralarla göstərir: 

Bir vəqtidir indi ki, olub Rüstəmi-dövran

Bir ad qazanaydı; 

Qarətlər edib ta ki, tapaydı sərü saman, 

Bir şey də qanaydı (107, s.98). 

Eləcə  də «Hürriyyət» rədifli satirasında «bir tərəfdən 

hürriyyətin  şirinliyindən məst  olan «Yesəm bir loqmə ondan, 

eyləsəm: oxsay, hürriyyət!»-deyən avam və sadəlövh adamın 

istehzaya qoyulmasına təsadüf etdiyimiz halda, digər tərəfdən 

də azadlığın qabağını alan qüvvələr, işığın görünməsinə mane 

olan qara  qüvvələr oxucunun nifrətinə səbəb olur: 

Bu səsdən səksənib durdum, götürdüm saətə baxdım, 

Hələ ördüm ki, şəbdir, söylədim: lay-lay hürriyyət» (107, 

s.98). 

Tədqiqatçı apardığı çoxlu sayda təhlil və tədqiqatlara əsa-



sən Sabirin satiralarının çox mühüm sahəsini kinayə  təşkil 

etdiyini, sənətkarlığını aydınlaşdırmaq üçün zəngin material 

verdiyini deyir. 

Sabir satiralarındakı tərizi araşdırmazdan öncə tədqiqatçı 

bədii  ədəbiyyatda tip yaradarkən və yaxud münasibətlərini 

aydınlaşdırarkən yazıçıların müxtəlif gülüş formalarından (yün-

gül, ağır, adi, şirin və s gülüş) istifadə etdiyini, tərizin də bu 

gülüşün təzahür formalarından biri olduğunu, onun da bir növ 

kinayə olsa da, «kinayəyə nisbətən daha kəskin və ağır və adi 

gülüş» olduğunu bildirir. Satiralara diqqəti çəkən tədqiqatçı 

tərizlə kinayə arasında bir «yaxınlıq, üzvi əlaqə» görür və xü-

susən satirik şairlərdə bunun daha «möhkəm» olduğunu söylə-

yir. Bu əlaqənin yaranmasını mövzudan və  tənqid hədəfinin 

seçilməsindən asılı bilir. Satirik şair «gülüş yolu ilə islah etmək 

istədiyi adamları lağa qoyub kinayəyə müraciət etdikdə, bəzən, 


                                                                                      Gülxani Pənah 

 

 



226

haman tipin elə ciddi bir nöqsanı haqqında söz deməli olur ki, 

onu yüngül deyil, ağır və adi gülüşlərlə ifadə etmək lazım gəlir. 

Belə halda təriz yaxud öldürücü gülüş daha təsirli və faydalı 

olur» (107, s.101). Satirik sənətkarlın eyni zamanda nifrət etdi-

yi düşmən tiplərə qarşı da tərizdən istifadə etməsi söylənir. 

Sabirin qoçulara, quldurlara, xalqın dincliyini pozanlara qarşı 

olan satirik şeirləri yada salınır. Satiralarının birində bunları 

axıradək ifşa etmək üçün istinad etdiyi real faktı verir: 

Həmmamdə övrətlərə quldurluq edən bu 

Qeyrətli müsəlmanlarına şükr, xudaya! (107, s.101). 

Bu satirada əyandan, dövlətlidən, sahibi-vicdandan və s. 

danışıb kinayəli gülüşlə öz münasibətini bildirdiyi, bu kinayə-

nin çox yerdə tərizə keçdiyi qeyd edilir: «əvvəla quldurluq ən 

alçaq bir işdir, ikinci qadına qarşı quldurluq əclaflıqdır, üçüncü 

tərəfdən hamamda çimən qadınlara hücum edəndən söhbət 

gedir ki, buna qiymət vermək üçün əclaf, namussuz və ya «bi-

şərəf» kimi sözlərdən zərbə azdır. Xalq şairi bu qiyməti ikinci 

misrada vermiş, acı gülüşlə belələrini «qeyrətli» adlandırmışdır. 

Oxucu bu qeyrətlinin «qeyrətsiz» demək olduğunu dərhal başa 

düşür» (107, s.102). 

Tədqiqatçı burada işlənən «Şükr xudaya», «müsəlman», 

«Allah bəndəsi» kimi ifadələrin tərizdə oynadığı  rolu    açır: 

«Əslində müsbət mənada işlənən bu sözlərin burada mənfi bir 

hadisə ilə bağlanması dərhal elə təsir buraxır ki, cümlədəki fikir 

tərsinə başa düşülməli, digər tərəfdən, bu gülüşün dərəcəsini, 

yəni şiddətli olduğunu təyin edir» (107, s.103). 

Şairin sözü, ifadəni, cümləni ölçüb biçməsi, məntiqi əla-

qəyə fikir verməsi, kinayələrdə olduğu kimi tərizlərdən istifa-

dədə də qazandığı bədii uğurlar araşdırılır. Kinayə kimi tərizin 

də  təzahür formalarının müxtəlifliyini deyən tədqiqatçı burada 

ictimai dərdləri ön plana çəkən, sinfi mübarizənin bu yolla təza-

hürünü göstərən  şairin xidmətini dəyərləndirir: «Sabir şeiri-

mizdə sinfi mübarizənin geniş  təsvirini verən və kapitalizmə 

qarşı proletariatın apardığı mübarizənin ilk bədii lovhələrini 


Gülxani Pənah 

 

 



227 

yaradan şairlərimizdəndir. O, kapitalistlə fəhlə, kəndli ilə mül-

kədar arasında və s. gedən mübarizələrdən sadəcə olaraq təsviri 

xarakterdə yazmamış, öz tendensiyalı mübarizəsini də bil-

dirmiş, kimin tərəfində durduğunu gizlətməmişdi» (107, s.103). 

Tədqiqatçı şairin ictimai dərdləri öz yaradıcılığında geniş 

əks etdirdiyini bildirir. O, bu ictimai dərdlərə qarşı mübarizə 

aparan, onları sağaltmaq üçün tərizdən yararlanan, «bəzən hissə 

qapılaraq mətbuat üçün  yazılması lazım gəlməyən mövzulara 

«əl atan», yaraların qartmağını böyük cəsarətlə «qopardan», 

«kinayə ilə bu dərdlərin sağalmayanlarını sağaltmaq üçün təri-

zin  əhəmiyyətini bilən sənətkar kimi qiymətləndirir. Sabirin 

gənc nəslin sağlam ruhda yetişməsini, şeirlərinin böyük hissəsi-

ni bu mövzuya həsr etməsini, «uşaqlarını özbaşına buraxan, 

onların yanında nalayıq hərəkətlər edən, uşaq psixologiyasına 

zidd işlər görən ata-analar, xüsusən ataların Sabir  satiralarının 

başlıca tənqid hədəfi olduğunu, tərizlərinin müəyyən qismini bu 

mövzuya həsr etdiyini, «insanı ağladacaq qədər güldürdüyünü» 

bildirir.  

Bütün ailələri bürümüş, bütün dindarlarda «Allaha təvək-

kül» şüuru doğurmuş, xalqın böyük hissəsini ən aktual mübari-

zələrdən uzaqlaşdırmış, hətta «qiyamətədək səbr et» fəlsəfəsinə 

qarşı  çıxan, bu böyük ictimai dərdin kök salmış yaralarını sa-

ğaltmaq imkanı olmasa da, «üstündəki qartmağı qoparıb çox 

çirkin, ürəkbulandırıcı, könülküsdürücü və iyrəndirici yaralarını 

böyüdülmüş  şəkildə» göstərən  şair, beləliklə ona qarşı nifrət 

oyada bilir: 

Fəqət bir iş də görmək istər isən gör müsəlman tək, 

Təhəmmül eylə çövri-mülkədarə, işlə heyvan tək, 

Çalış ək, biç, aparsın bəy, evin qalsın dəyirman tək, 

Ayılma, haqqını qanma, xəbərdar olma insan tək, 

Darılma, incimə, tab eylə hər azarə, səbr eylə! 

Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə! (107, 

s.109). 


                                                                                      Gülxani Pənah 

 

 



228

Tədqiqatçı qısa da olsa bu misralardakı fikirləri şərh edir: 

«Müsəlman tək iş görənlər nə üçün acı gülüşlərə  səbəb olur? 

Çünki şairə görə müasir texnika və tərəqqi əsrində ən mühafi-

zəkar xüsusiyyətləri ilə gülünc görünən ictimaiyyət inqilabçı-

demokrat şairin nəzərindən qaça bilməzdi» (107, s.109). 

İkinci misradakı «təhəmmül» fəlsəfəsi də  tədqiqatçının 

fikrincə, «səbr eylə»dən geri qalmaz» (107-109). Bunu daha 

«dəhşətli bir ideya» bilən tədqiqatçıya görə bu «fəlsəfə» zülmə 

müqavimət göstərməməyə, biabırçılığa dözməyə çağırır. Odur 

ki, xalq şairi elə ordaca «mülkədar zülmünə» dözməyi və «hey-

van tək işləməyi» bura əlavə edib təhəmmül təliminin adi 

nəticələrini göstərir» (107, s.109)-deyir və əlavə edir ki, «son-

rakı misrada «Çalış ək, biç, aparsın bəy, evin qalsın dəyirman  

tək, ayılma, haqqını qanma, xəbərdar olma insan tək» kimi 

sözlərlə «təhəmmül»ün acı, ancaq real səhnələrini bir-bir çəkir. 

Çəkilən bu lövhələr acınacaqlı olsa da, bir həqiqətdirlər. Təriz 

bu həqiqətləri yaradan «təhəmmül» fəlsəfəsindən daha çox, 

bəlkə də buna əməl edən bədbəxt adamlara, müsəlman tək ona 

əməl edənlərə qarşı çevrilmişdir» (107, s.109). Tədqiqatçı Sabi-

rin «səbr eylə», «təhəmmül eylə» fəlsəfəsi ilə bağlı olan, onun 

başqa bir forması olan «darılma, incimə, tab eylə» təliminə də 

diqqəti çəkir: «Bunların hər üçü də (darılma, incimə, tab eylə) 

pambıqla baş  kəsmək, sığallaya-sığallaya dağlamaq, başına 

dolana-dolana soymaq kimi ifşa olunmuş siyasətin yeni forma-

larıdır.  Şairin bu dərdlərə dözən adamlara münasibətini başa 

düşmək üçün təkcə bir sözündəki mənanı yada salmaq lazımdır 

ki, o da «biçarə» sözüdür, bu söz səbir edənlərə  hüsni-rəğbət 

bəsləyən  humanistin ürək sözüdür»-deyir (107, s.110). 

Tərizin ifadə formalarından olan etiraf yolu ilə yazdığı 

satiraları  təhlil edir, onu əsas gülüş üsullarından biri kimi 

dəyərləndirir. 

 

Tədadi-nisa bir hünəri-sariyəmizdir, 



Tez boşluyuruz, çün bu libas ariyəmizdir

Gülxani Pənah 

 

 



229 

Övrət nə demək? Xadiməmiz, cariyəmizdir, 

Hərçənd alan vəqtdə azad alırız biz! 

Dindarləriz, gündə bir arvad alırız biz! (14, s.110) 

Tədqiqatçı qadına belə alçaq nəzərin «böyük biabırçılıq 

olsa da bir həqiqət» olduğunu deyir, «şair bu həqiqətin üzündən 

pərdəni götürmüş və adil bir prokuror kimi satirik qəhrəmanını 

divara dirəyib etirafa məcbur etmişdir. Gündə bir arvad alıb 

boşayan və özlərini dindar adlandıran bu əxlaq və məişət düş-

künlərinin rəzil simaları  nə  qədər miskin görünür!» (107, 

s.110). 

Satirik qəhrəmanın təsəvvüründə Qadının bir «əmtəyə» 

çevrilməsi, mal kimi alınıb satılması adidir. «Onun üçün adi və 

təbii görünsə  də, bizim nəzərimizdə insanlığa yaraşmayan bir 

sifətdir ki, bu sifətin real verilməsi ən gözəl ifşa üsulunun, ən 

xarakter təriz nümunəsinin yaranmasına səbəb olmuşdur» (107, 

s.110). 

Şairin satiralarında etirafın forma və üsullarının «eyni» 

olmadığı, tamamilə «məcburiyyət qarşısında olan etiraf»ların 

da olduğu nümunələrlə göstərilir. Zilli-Sultan haqqındakı satira-

nı nümunə  gətirir.  İnqilabın qızğın, gərgin dövründə Zilli-

Sultanı yaxalayırlar: 

C a m a a t: 

Birbə-bir yadına sal cümlə unutduqlarını, 

Millətin qanın alıb şişəyə tutduqlarını, 

Qış üçün axtalayıb, yayda qurutduqlarını, 

Gözlərin kəllənə də çıxsa, qus udduqlarını! 

Boş danışma, bura say öldürüb aldıqlarını!  

Bölüb aldıqlarını, böldürüb aldıqlarını! 

 Z i l l i - Su l ta n 

Tövbə, əttövbə xəta rahinə getdiklərimə! 

Bilib etdiklərimə, bilməyib etdiklərimə! 

Tədqiqatçı «məcburiyyət qarşısında tövbə edən Zilli-Sul-

tanın etiraflarını camaatın dili ilə bir-bir sayır. Camaat Zilli-

Sultanın çapıb, qapıb, satdırıb, basdırıb və s. yollarla aldıqlarını 


                                                                                      Gülxani Pənah 

 

 



230

tələb edir. Satiranın sanki hər sözü təriz gülüşü doğurmaq üçün 

düşünülüb seçilmişdir»-fikrindədir (107, s.111). 

Sabirin mövzu seçmək ustalığı, etiraf yolu ilə təriz yarat-

maq üçün müxtəlif mövzulara müraciət etməsi, bu  mövzular-

dan birinin də eşqlə bağlı olduğu bildirilir. Eşq və məhəbbətlə 

bağlı verilən vədlər, bir çox həqiqətləri etiraf etmək reallıqdır.  

Sabirin bu həyat faktlarını satiraya keçirməsi, bəzi yaramazlıq-

ları, ümumilikdə tipləri ifşa üçün bu priyomdan istifadə etdiyi 

şeirlərindən gətirilən iki nümunə ilə sübut edilir. Bunlardan biri 

bəzi tiplərdə insan ləyaqətinin unudulması, digəri Məhəmmə-

dəli şahın ifşasıdır. 

«Bir dilbərin qarşısında alçalan, ləyaqətini unudan bəyin 

sözlərini nümunə gətirir: 

Əmr qıldın mənə, şeyda ol, oldum, 

Eşqdə bisərü pa ol, oldum. 

Yəni sərdadeyi-sövda ol, oldum, 

Tərk namusa mühəyya ol, oldum, 

Şənini at çölə, risva ol, oldum, 

Nəzəri-xalqda ədna ol, oldum, 

«Gözəlim, şimdi nədir fərmanın? 

Canı qurban olsun sənə bu nalanın». 

«Cananın»  əmri ilə namusunu atan, xalq qarşısında 

alçalmağa, rüsvay olmağa razı olan tipin obrazı çox «canlı» 

verilir: «Təriz onu olduğu kimi oxuculara tanıtmaqla 

kifayətlənməyib, onları  həyəcanlandırmış, belə sifətlərə  dərin 

nifrət hissi doğurmuşdur ki, bu da şairin arzusudur» (107, 

s.114). 


Şahla madmazel arasında gedən söhbətə dair ikinci mi-

salda «Millət qoyundur, gəl mənə» deyib özünü öyən  şahın 

özünü biabır etsə də, tədqiqatçının fikrincə, «bu, hələ etiraf yo-

lu ilə təriz deyildir. Satiranın bir neçə bəndi isə məhz etiraf yolu 

ilə tərizə nümunədir ki, onlardan biri budur: 

Mən öz yerimdə şah idim, 

Şahi-fələk xərgah idim, 


Gülxani Pənah 

 

 



231 

Şənim, cəlalım var idi, 

Axır nə, zillülalah idim, 

İranda çox yerdə yenə, 

Şənim məsundur, gəl mənə, 

Eşqim füzundur, gəl mənə! 

«Şahın belə bir vəziyyətə düşməyi etiraf etməsi və ölkə-

dən qovulmasına baxmayaraq madmazel qarşısında özünü 

sındırmaması  mənalı bir tərizdir» (107, s.114). Tədqiqatçı 

şairin etiraf yolu ilə  tərizin müxtəlif formalarını yaratdığını 

(axmaq özünu ağıllı sayır: «Mən kimi aqil olsalar, süğl edələr 

oğurluğu»), mollanın səviyyəsiz gəncliyini xatırlaması («Əhli-

nəzəri valeh edə surətim idi»), bir ruhaninin təlaşla öz faciəsini 

danışması («Din gedir, məzhəb gedir, qədri itir mollaların»), bir 

xudpəsəndin «Yüzlərdə ziyan xalqa vur, öz xeyrini gözlə» 

deməsi tərizə misal gətirilir-G.P), «Hohhopnamə»də belə 

misallara çox rast gəlindiyini bildirir. Ümumilikdə Azərbaycan 

poeziyası tarixində satirik poeziyanın inkişafında misilsiz xid-

mətləri olan Mirzə  Ələkbər Sabirin yaradıcılığı  Cəfər Xəndan 

tərəfindən geniş şəkildə tədqiq və təhlil edilmişdir. Cəfər Xən-

dan Sabirin bir sənətkar kimi rolunu araşdırır, cəmiyyətdə gör-

düyü eybəcərlikləri, yaramazlıqları olduğu kimi qələmə aldığını 

söyləyir, düzü düz, əyrini əyri əsərinə mövzu seçdiyini bildirir, 

böyük bir quruluşa qarşı mübarizədə kimsənin onun ağzına qıfıl 

vura bilmədiyini, əsl mübariz, inqilabçı rolunu görür, xalqının 

azadlığını, müstəqilliyini, işıqlı, xoşbəxt gələcəyə yiyələnməsi 

üçün savadlanmasının  əsas olduğunu, buna görə  də xalqının 

gözünü açmağa çalışdığını alqışlayır, qələmi ilə mübarizə apar-

dığını, böyük amal və ideyalarla silahlandığını əsərləri əsasında 

sübut edir. Yaşadığı dövrün, mühitin bütün ictimai-siyasi zid-

diyyətlərini olduğu kimi görən şairin kəskin tənqidi, satirik, if-

şaedici  əsərləri tədqiqatçı kimi C.Xəndanın təhlil və  tədqiqat-

larında əsas obyektdir. Doğma dilinə səmimi münasibət bəslə-

yən şairin sadə, xalq dilində ictimai bərabərsizlikləri, avamlığı, 

cəhaləti, qoluzorluların çirkin əməllərini,  ətaləti, xalqın 


                                                                                      Gülxani Pənah 

 

 



232 

savadlanmasına qarşı  çıxan, din pərdəsi altında öz istəklərini 

həyata keçirməyə çalışan mürtəce qüvvələri, şah, çar üsül ida-

rəsinin eybəcərliklərini kəskin tənqid və ifşası geniş və əhatəli 

şəkildə C.Xəndanın tədqiqatlarında mühüm yer tutur. Azər-

baycan satira şeirinin inkişafında, zənginləşməsində istedadlı, 

qüdrətli bir şair kimi Sabirin yerini müəyyənləşdirən C.Xəndan 

onun öz qələmiylə böyük bir ordunun görə biləcəyi işin öhdə-

sindən təkbaşına gələ bilməsini yüksək qiymətləndirir. Satira 

yaradıcılığını, bir sənətkar kimi poetik istedadının gücünü 

araşdırır, lirik düşüncə  tərzini, obrazlar aləmini, özünəməxsus 

üslubunu, sənətkarlıq keyfiyyətlərini üzə çıxarır. 

Sabirşünaslığın inkişafında C.Xəndanın misilsiz xidmət-

ləri olmuşdur. Onun əsərlərinin təkcə Şimali Azərbaycanda de-

yil, həm də  Cənubi Azərbaycanda, Türkiyədə,  İranda, Hindis-

tanda, ümumilikdə Şərq xalqlarının oyanmasında, maariflənmə-

sində müstəsna xidmətlərini üzə  çıxarmışdır. Zamanın nəbzini 

tutan, xalqın faciələrini, dərdlərini, sosial, siyasi, ictimai, 

mədəni geriliyini «həzm edə bilməyən» mollanəsrəddinçilər 

məktəbinin  ən fəal üzvü olan M.Ə.Sabir xalqının acı taleyini, 

maarifpərvər qüvvələri narahat edən gerçəklikləri görürdü, çar 

üsul idarəsinin, ictimai bərabərsizliklərin doğurduğu problem-

ləri qələmə almaqla xalqını maariflənməyə çağırırdı. Xalqının 

öz müqəddaratını özü həll etməyə qadir olmasında elmin, 

maarifin əsas olduğunu göstərməyə çalışdığını tədqiqatçı şairin 

əsərləri  əsasında təhlilini verir. Tutduğu yoldan, əqidəsindən 

ömrünün sonuna kimi dönməyən Sabirin lirik, satirik, didaktik 

əsərləri tədqiqatçı  tərəfindən mövzu və ideya zənginliyinə, 

sənətkarlıq keyfiyyətlərinə görə  dəyərləndirilir. Zəmanəsinin 

oxucularını öz ideyaları ilə silahlandırıb onları qəflət yuxusun-

dan ayıldan M.Ə.Sabirin həyat və yaradıcılığı, poetikası, klas-

sik irsimizə münasibəti, milli-mənəvi dəyərlərimizdən istifadə 

metodları, xalq irsindən yaralanma imkanları C.Xəndan tərəfin-

dən ilk dəfə geniş və hərtərəfli təhlil və tədqiq ediliyindən, bü-

tövlükdə klassik Azərbaycan  ədəbiyyatının elmi-nəzəri, tarixi 


Gülxani Pənah 

 

 



233

problemlərinin geniş  şəkildə araşdırılması nöqteyi-nəzərindən 

Azərbaycan  ədəbiyyatşünaslığı tarixində adı yazılmış C. Xən-

danın əməyi, rolu yüksək qiymətləndirilməlidir. 



Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin