Жяфяр хянданын aзярбайжан ядябиййатына



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə16/35
tarix03.04.2017
ölçüsü4 Mb.
#13209
1   ...   12   13   14   15   16   17   18   19   ...   35
 

Cəfər Xəndan Sabir poetikasının ilk dəfə geniş  şəkildə 

ətraflı dərin təhlilini vermiş, bu sahədə sənətkarın yaradıcılığını 

araşdırmış, sabirşünaslığa dəyərli töhfələrini vermişdir. Bir 

sənətkar kimi onun poetikasını, istifadə imkanlarını, satiraların-

dakı tendensiyaçılığı görmüş, təhlilini aparmışdır. 

Sabirin sənətə,  şeirə münasibətini C.Xəndan dövrlə  əla-

qəli şəkildə tədqiq edir. Onun yaşadığı dövrdə -XIX əsrin sonu, 

XX əsrin əvvəllərində şeirə, sənətə romatik münasibətlə yanaşı 

realist münasibətinin də inkişaf etməsi araşdırılır. Romantizmin 

«öz bayrağı altına» Cavid, Hadi, Səhhət,  Şaiq, Səlmasi kimi 

kimi  şairləri topladığını, digər tərəfdən Sabir kimi qüdrətli bir 

şairin «sənətkarları öz tərəfinə» çəkdiyini deyir: «şeirdə Sabir 

ədəbi məktəbi getdikcə daha çox şöhrət tapırdı. Bu məktəbin 

tərəfdarları  nəinki Mollanəsrəddinçilərin, hətta romantizmin 



                                                                                      Gülxani Pənah 

 

 



262

yolundan qopub realizmə meyl edən bir sıra şairlərin hesabına 

da gündən-günə artırdı» (107, s. 304). 

Onun  Şərq xalqlarının  ədəbiyyatına, ictimai həyatına tə-

siri, Sabirin bu ölkələrdə geniş tanınması, əsərlərinin yayılması 

haqqında tədqiqatlar çoxdur. Azərbaycan ədəbiyyatında «Mol-

lanəsrəddinçilər» kimi tanınmış qüdrətli qələm sahibləri Yaxın 

və Orta Şərq xalqları arasında da tanınırdı. «Molla Nəsrəddin» 

jurnalının Şərq ölkələrinin «ictimai fikrinə qüvvətli təsiri»  var-

dı. Bu barədə 1960-cı ildə Londonda çap olunan «Mərkəzi Asi-

ya» icmalında, eləcə  də 3 nömrəsində Sabir, C. 

Məmmədquluzadə, «Molla Nəsrəddin» jurnalı, onun İran siyasi 

satirasına təsir etdiyi, eyni zamanda Türkiyə  mətbuatı  və  ədə-

biyyatında da böyük nüfuz qazandığı məlumdur  (114, s. 14-23; 

102). 

 Sabirin  bir  Mollanəsrəddinçi kimi Türkiyə, Yaxın  Şərq 



xalqlarına yaxşı tanış olduğu  (Parisdə nəşr olunan «Müsəlman 

xəbərləri» jurnalı, 1922-ci il, №40), Azərbaycan satiriklərinin 

Şərq ölkələrindəki nüfuzunun İngiltərə, Fransa, Almaniyada da 

«etiraf» olunduğu göstərilir (102, s. 336). 

Türkiyədə Nazim Hikmət, Hilmi Ucabaş, Məmməd Fuad 

Köprülü,  İbrahim Altay Qövsü, Hüseyn Kazım Qədiri, Səlim 

Rəfiq Rəfioğlu, Vahab Yurtsevər, dövri mətbuat orqanları, ədə-

biyyat tarixi kitabları «Molla Nəsrəddin», eləcə  də Sabir 

haqqında dəyərli araşdırmalar aparmışdır.  

Tədqiqatçılar Sabirin Orta və Yaxın  Şərqdə, Hindistan, 

Misir, Türkiyə və başqa ölkələrdə nə qədər tanındığının tədqi-

qatçılar tərəfindən yetərincə araşdırılmadığını (131-366)  bil-

dirirlər. Bununla belə burada bir faktı da xatırlatmağı lazım bi-

lirlər ki, «türk xalqını  təkcə Mollanəsrəddinçilərin  əsərlərində 

bilavasitə Türkiyəyə aid irəli sürülən fikirlər deyil, eləcə  də 

Azərbaycan,  İran və başqa xalqların həyatına aid yazılar da 

eyni dərəcədə maraqlandırırdı» (8, s. 336). 


Gülxani Pənah 

 

 



263 

 1953-cü  ildə  nəşr olunan «Türk ensiklopediyası»nda da 

«Molla Nəsrəddin»in tarixi rolu, Sabirin yaradıcılığı yüksək 

qiymətləndirilir. 

1946-cı ildə Ankarada çıxan «Türk məşhurları» («Turk 

Meshurlari» ansiklopedisi. Yazani İbrahim Alattin Gavsa. 

1946) kitabında Nəvai, Füzuli, Nəsimi kimi sənətkarlarla yanaşı 

Sabirin də adı  çəkilir, türk ədəbiyyatşünası  Səlim Rəfiq 

Rəfioğlunun «Azərbaycan  ədəbiyyatı» (1941. Bursa-Ankara 

kitab evi) kitabında 135 Azərbaycan  şairinin müxtəlif  əsərlə-

rindən lirik parçalar verilir, burada Sabirin də beytlərindən 

nümunələr verilir. N. Axundov yazır: 

Bəlakəş Sabirəm, səbrim tükənmiş hicri-ruyunda, 

Gözüm yaşına rəhm et, dutalım kim çox günahım var. 

kimi beytə «Hophopnamə»nin 1962-ci ilə  qədərki nəşrlərində 

rast gəlinmədiyini bildirir: «M.Ə. Sabirə aid olan həmin beyt 

uzun müddət «Hophopnamə»yə daxil edilməmiş bir qəzəlindən 

alınmışdır. Qəzəl ilk dəfə «Qurtuluş» jurnalında «Mərhum Sa-

birin təb olunmamış bir qəzəli» başlığı altında (115) çap 

olunmuşdur». 

C.Xəndan Sabir şerlərində şeirə və şairə şairin münasibə-

tini təhlil edir.  Onun əsərlərində şair «ən müsbət bir qəhrəman-

dır», öz simasında bu qəhrəmanın «parlaq obrazını yaratmış-

dır», bu obraz «bənzərəm bir qocaman dağa ki, dəryada durar» 

deyən «əzəmətli görünüşü ilə milyonların nəzərində qranit bir 

abidə kimi» yüksəlir,  şeirlərini vərəqlədikcə «qaranlıqlar 

içərisində nur kimi parlayan bu şairin başına nə müsibətlərin 

gəldiyinin» canlı «şahidi» oluruq. Din pərdəsi altında gizlənən 

mürtəcelərin hücumlarına məruz qalan, onu xalqla bağlayan 

telləri qırmağa çalışanların alçaq niyyətlərini başa düşən şairin  

Aldanmaram ki, doğrudur ayinin, ey əmu, 

Kəssin məni həqiqi isə dinin, ey əmu!» 

«deyə öz cəbhəsini müəyyənləşdirdikcə mürtəce ruhanilərin 

hücumları»nın daha da kəskinləşdiyini, cəbhələr-dəki ziddiy-

yətlərin «daha aydın» göründüyünü bildirir. Sabirin mürtəce 


                                                                                      Gülxani Pənah 

 

 



264

tiplərin, eləcə də mollaların qüvvətli təsiri altında olan avam ca-

maatın diliylə ona edilən hücumları  sənətkarlıqla verə bilməsi 

araşdırılır. Şair xalqın savadlanmasına, millətin inkişafına qarşı 

çıxanların iç sifətlərini açır.   

Deyilik biz nuxalı, gəncəli, ya kim bakılı, 

Belə boş işlərə vəqf eyləyək ehsanımızı 

misralarını nümunə  gətirir, «elmi-məktəbi «boş  iş» adlandıran 

avamların «nə  qədər gülünc olsa da, bir o qədər «yazıqlığını» 

görür, bu vəziyyət humanist şairin «ürəyini qanadıb, gözünü 

yaşartsa da, onu mübarizədəki əzmindən döndərib ruhdan» sala 

bilmir, avam və qaranlıq mühitdə hökm sürən eybəcərliklərlə 

«daha şiddətli və amansız mübarizə aparır». Sabir özüylə mür-

təcelər arasında müqayisədə onların «həqqin nuri-təcəllasını 

«görmək «istəmədiyini» anlayır, buna görə  də bu fikirli düş-

mənlərə qarşı «ardıcıl mıbarizə aparır», bu mübarizənin «parlaq 

nəticəsini» görür: 

Zahidin əksimə düşcək nəzəri-xudbini- 

Görür ayineyi-safımda o bir bidini. 

Zənn edər əqli-qəsirlə o mənhus mənəm. 

O mənə lənət edir, mən deyirəm amini. 

Gec-tez, əlbəttə, kəsər bir bu qədər lənət onu, 

Yerdə qalmaz mənim aminim, onun təlini (107, s. 306). 

Öz mübarizəsindəki qələbəyə inam hissinin şairin bütün 

yaradıcılığından «qırmızı bir xətlə» keçməsi, şairin həyat həqi-

qətlərini dərindən duyması, elin dərdini şəxsi dərdi kimi qəbul 

etməsi, gələcəyə nikbin baxsa da, kədərdən də xali olmadığı 

açılır: «Bu kədər istədiyini  əldə edə bilmək imkanına malik ol-

mayan böyük bir vətəndaşın ictimai kədəridir. Xalqın taleyi, 

arzu və istəklərilə bağlı olan hər bir namuslu vətəndaş bu kə-

dərdə öz payını görür, qəm buludlarını dağıtmaq üçün hər cür 

fədakarlığa hazır olacağını sanki bildirmək istəyir» (107, s. 

307). 

Sabir ictimai həyatın kədərli səhnələrini təsvir edərkən 



əzilən insanlar tərəfində durduğunun «isbat»ına luzum olma-

Gülxani Pənah 

 

 



265 

dığını, hər zaman ürəyini bir kitab kimi açdığını, bu kitabdakı 

sözlərin misilsiz təsir qüvvəsini, dərin mənasının oxucuları 

«sadə və orijinallığı» ilə də valeh etməsini, şairin öz məqsədinə 

çatmayınca ondan əl çəkmədiyini, məhz belə yerdə «sənətin 

xalqla, xalqın arzu və istəkləri ilə» bağlandığının göründüyünü 

açır: «xalqa arxalanan şairin kədəri bədbinlik  əlaməti kimi 

deyil, ictimai kədər təsirini bağışlayır, hətta göz yaşı ciyər 

qanına qarışıb axdıqda belə  şairi bədbin görmürük» (107, s. 

307)-deyən tədqiqatçı onun 

Etdikcə məni tamaşa, gördükcə işbu kari: 

Acizdə inkisari, saildə iztirari, 

Miskində intizarı, tacirdə ehtikari 

Əşkim olur gözümdən xuni-ciyərlə cari, 

Heyhat, olurmu çeşmim haiz bu iqtidari, 

Ta yanmadıqca könlüm, ey könlümün mədari! 

Əşari-atəşindən yaxdıqca qəlbi-zari, 

Təqlid edir təbiət mürğani-növbahari 

«Şair süxənsiz olmaz, 

Şeir isə sənsiz olmaz» 

misralarındakı «inkisar», «iztirar», «intizar», «ehtikar» kimi 

sözlərin misralardakı ahəngi ilə yanaşı, onların təmsil etdikləri 

insanların sinifli cəmiyyətdəki ictimai mövqeləri ifadə etmək 

üçün çox «mənalı» işlənməsini dəyərləndirir. 

Tədqiqatçı Sabiri ən qüdrətli söz ustadları ilə müqayisə 

edir, onun «əzəmətini» görür: «Həm olmadı könlümdəki nis-

gilli müəmma»-deyən şairin söz meydanında doğrudan da «bö-

yük bir aləm açdığına» heç kimin şübhəsi olmadığı qənaətində-

dir. «Bir misrada bu qədər dərin, dolğun və eyni zamanda 

ictimai fikrin, sözün həqiqi mənasında bədii ifadəsini vermək, 

dahiyanə sənətkarlıq tələb edir» (107, s. 308). 

Tədqiqatçı Sabirin satiralarına «səpələnən» lirik misra-

ların, lirik məzmunlu şeirlərin təhlilini verir və ondan qüdrətli 

bir lirik şair kimi «söz açır». Satira aləmində «xariqələr yara-

dan»  şairin lirik qəhrəmanını «bədii surət mənasında heç də 


                                                                                      Gülxani Pənah 

 

 



266

onun satirik qəhrəmanından» «zəif» görməyən, əksinə bu qəh-

rəmanı «daha əhatəli» görən tədqiqatçı onun geniş qəlbini, dü-

şünən beynini, humanist fikirlərini, xoş niyyətlərini, qayğıkeş-

liyini, səmimiliyini oxucu nəzərindən qaçmadığını bildirir. 

Satirik  şeirlərində bu qəhrəmanın lirik hissləri, lirik şeirlərin-

dəki qüvvətli satira da tədqiqata cəlb edilir. «Neylərdin, ilahi!»-

şeirindən olan 

Daş qəlbli insanları neylərdin, ilahi?! 

Bizdə bu soyuqqanları neylərdin, ilahi?! 

misralarındakı heyrətlə, həyəcanla verilmiş suallardakı «icti-

mai» mənanı görür: «İnsaniyyət hissini itirən «daşqəlbli», 

«soyuqqanlı» adamlara qarşı şairin kin və nifrəti bu misralarda-

kı sözlərin məzmunundan nə  qədər aydın duyulur» (107, s. 

309). Siyasi-ictimai lirikanın «ən gözəl nümunəsi» bildiyi bu 

misalda Sabirin özünəməxsus bir şəkildə zidd siniflərə bölün-

müş cəmiyyətin ictimai dərdlərini «kəskinliklə» nümayiş etdir-

məsi, buradakı bütün sözlərin, epitet, təşbih və qiyasların zidd 

cəbhələrə ayrılmış  cəmiyyətin ictimai həyat lövhələrini «göz 

qarşısında canlandırmağa» imkan verməsi dəyərləndirilir. 

Şairin lirikasının da «nikbin ruhlu» olduğu qənaətindədir. «O 

istəyir ki, xoşbəxt bir dünya qurulsun, zülm, istibdad olmasın, 

fitnə fəsadın yerini sidqü səfa tutsun və s. lirik bir həyəcan və 

nikbin bir pafosla deyilən bu fikirlər ona görə təsirlidir ki, onlar 

münasib formadadırlar» (107, s. 309). Forma və  məzmun 

arasındakı  vəhdətin «satira ilə lirikanın birləşməsində» də gö-

ründüyü, belə  əsərlərə «lirik-satirik» şeirlər demək mümkün-

lüyünü də qeyd edən tədqiqatçı «Ey dərbədər gəzib ürəyi qan 

olan çocuq» şeirinin fikrinin aydınlaşdırılması üçün «səciy-

yəvi» olduğunu deyir. Burada şairin məqsədinin çocuğun bir 

tikə çörək üçün qapı-qapı  gəzdiyini,  əl açıb diləndiyini təsvir 

etməkdən «ibarət olmadığını»-deyir,  əsl məqsəd «kimsəsiz 

uşaqlara», «gövhəri-səadətə», «nəxleyi-vətənə» qayğı ilə yanaş-

mayan, onlara «məktəbi-milli» açmayan camaatı tənqid etmək-

lə bu ictimai mənfəətli işləri görməyə çağırmaqdır: «Bax bu 


Gülxani Pənah 

 

 



267 

ideya  şeirin lirik ahəngini dəyişmiş, onu lirik-satirik janra 

çevirmişdir. Dilənçi vəziyyətə düşmüş  uşağın faciəsini böyük 

dərd hesab edən  şair millətin xəyalını  gələcəyə qanadlandır-

mağa, öz gələcəyi ilə maraqlanmağa ruhlandırır, yatanların 

ayılmadıqlarına bir vətəndaş kimi təəssüf edir: 

Olsun əsəf o millətə kim, bixiyaldır, 

Yaxud xiyalı kəndinə təksiri-maldır, 

Yavrum, quzum, yatanlar ayılmaz, mahaldır! 

Ancaq mənimki nalə, səninki sualdır... 

Ey mən kimi tənəffürə şayan olan çocuq! 

Ey dərbədər gəzib ürəyi qan olan çocuq!» (107, s. 310). 

Nizami, Füzuli kimi böyük sənətkarların yaradıcılıqların-

da xalqın istək və arzularını, humanist duyğularını ifadə etməsi, 

onların dövründən fərqli olaraq Sabirin lirik qəhrəmanının 

«bəşər tarixindəki bütün siniflərin hamısından daha mütərəqqi 

olan proletariatın burjua-mülkədarlara qarşı mütəşəkkil 

mübarizə apardığı bir dövrdə» yaşadığını, ağı qaradan 

«seçdiyini», düşündüyünü, «qanıb-qandırmağa çalışdığını», 

istismarçı sinfin isə onun bu xoş niyyətinə qarşı «çıxdığını», 

şairin burada «sübutedici» məntiqinin güclü olmasını açır: 

«Görmə!, Dinmə!, Eşitmə!, Gülmə!» deyənlərin zülmünə dözsə 

də, «Qanma!» əmri ilə heç cür razılaşa bilmir. «Qabili imkanmı 

olur qanmamaq?» deyən  şairin  əzəmətini sözdə  təsvir etmək 

mümkün deyildir. Onun sübutedici məntiqi də çox güclüdür. 

«Məcməri nar içrə düşüb yanmamaq» olarmı? Bu məntiq 

şairanə formada əsaslandırılmış,  şeirin siyasi dəyərini artırmış 

və «qabili imkanmı olur qanmamaq» fikri aforizmə çevril-

mişdir, sənətin qüdrəti də bundadır» (107, s. 310). 

Sabiri tam mənada satirik şair bilən tədqiqatçı lirikanın 

satirik şeirlərdə «xörəyə ləzzət verən bir duz kimi» duyulduğu, 

yeknəsəqliyin qarşısını aldığı fikrindədir. Sabirin iri həcmli 

poemalar yazmadığını, çox şeirləri olmadığını yazır, bununla 

belə, «hər kiçik satirasında böyük bir aləm açan bu orijinal 

sənətkar sözə  qənaətin klassik nümunələrini qoyub getmişdir» 


                                                                                      Gülxani Pənah 

 

 



268

(107, s. 312)-deyən C.Xəndan həqiqi şeirdə artıq sözün ola bil-

mədiyi ilə bağlı fikirləri yada salır, «bu müddəanın doğrulu-

ğuna inanmaq üçün Sabir yaradıcılığı  zəngin material verir. 

Doğrudan da böyük bir kitaba sığışması lazım gələn geniş bir 

mövzunu o, kiçik bir şeirə, hətta epiqrama yerləşdirə bilir. 

Məsələn: 

 

Öylə bir tərcümə kim, ruh-Şekspir görcək 



Ağladı ruh-Otelloyla bərabər özünə. 

«Ax, mütərcim!»-deyə bir odlu tüfürcək atdı, 

Şübhəsiz, düşdü o da tərcüməkarın gözünə. 

Bu epiqram «Otellonu» Azərbaycan dilinə keyfiyyətsiz 

tərcümə edən Haşım bəy Vəzirovun tənqidinə həsr olunmuşdur 

(107, s. 312). Burada təfərrüata ehtiyac görməyən tədqiqatçı 

əməli işdə «yığcamlığa» fikir verən Sabirin fikirlərində 

Füzuliylə «birləşdiyini» deyir. Füzulinin 

Gər çox istərsən Füzuli, izzətin, az et sözü, 

Kim çox olmaqdan qılıbdır çox əzizi xar söz 

-misralarını yada salır, Sabirin də Füzuli kimi yığcam yazmağın 

«misilsiz nümunələrini» yaratdığını,  ədəbiyyata tərif verərkən 

onu «söz sənəti» adlandırdığını diqqətə çatdırır. 

Növi-bəşərə tərbiyə bəxş olduğun üçün- 

Gər dönsə səzadır sənə ümmül-ədəbiyyat 

-misralarını nümunə  gətirir, onun «Söz» şeirində  Nizamidən 

S.Ə.Şirvaniyədək olan bütün klassiklərimizi nəzərdən keçirib 

gəldiyi «qənaəti»-»hər bir şairin  əsl sənətkarlıq qüdrətini bil-

dirən sözdür» yada salır. Şairin «Təraneyi-şairanə» şeirində də 

şeir və  şair haqqında  şairin «mülahizələri» dəyərləndirilir: 

«Sabir burada həqiqi şair-vətəndaş kimi çıxış edir və deyir: 

Süluki şairin eynən səfa deyil də, nədir? 

Vətənpərəstə bu məslək rəva deyil də, nədir? 

Nasıl da əsrə görə məzhər olmasın şair 

Füadı lövheyi-kiyti-nüma deyil də, nədir? 

Xiyalı məsədətu etilayi-əhli-vətən, 



Gülxani Pənah 

 

 



269

Şüarı millətə mehrü vəfa deyil də, nədir?» (107, s. 314). 

Belə  məslək, qayə  və ideyaya malik şairin hər cür məh-

rumiyyətə  vətən-xalq naminə dözməyə hazır olduğunu sübut 

etdiyi, bunun da onun şeirə, sənətə baxışında «bir novator oldu-

ğunu» nümayiş etdirdiyi qeyd edilir: «onun estetik zövqündən 

aydın olur ki, həqiqi sənət həyatla, xalqın mübarizəsilə bağlı 

olduqda,  şairin xəyalı  «əhli-vətənin səadəti və yüksəliş»inə 

xidmət etdikdə söz xariqələr yarada bilər» (107-314). Onun şeir 

və  şair haqqında mülahizələrini yeni dövrün tələblərinə cavab 

verdiyindən «novator bir sənətkarın mülahizələri» bilir. Yaltaq-

lığı şeirə və sənətkara yaraşmayan bir sifət bildiyindən Sabirin  

bu yolu tutduğu, pul üçün yazanlara gülür, şairin bir məsləkə 

xidmət etməli olduğu, bu yolla getdiyi üçün şeiri və məsləkinin 

«ölməz» olduğu açıqlanır. Sabir şeirə «qiymətli bir gövhər» 

kimi baxır: 

Şeir bir gövhəri-yekdaneyi-ziqiymətdir, 

Salmaram vəsfi-durur ilə onu qiymətdən. 

Deyərəm həcv, sözüm doğru, kəlamım şirin, 

Əhli-zəvqə verərəm nəşə bu xoş şərbətdən (107, s. 316) 

«Şirin söz» demək, bu ifadənin Şərq poetikasında «sənət-

karlıq rəmzinə çevrilməsi» açılır: «Çox geniş əhatə dairəsi olan 

bu məfhuma rəvanlıq, lakoniklik, şairanəlik, sadəliк-dərinlik və 

s. sənətkarlıq xüsusiyyətləri daxildir»-(107-316). Sabirin sözlə-

rini də şirin, yerinə görə «dadlı-duzlu» bilir və bunu poetik gö-

rüşləri ilə əlaqələndirir. Sabirin şair qarşısına qoyduğu vəzifələr 

(həyat həqiqətini tam reallığı ilə «pisi pis, yaxşını yaxşı»  şək-

lində yazmalı, uydurmaya, saxta tendensiyaçılığa, süniliyə yol 

verməmək),  şeirin «milli məişətin, xalq həyatının aynası» ol-

malı olduğu fikrinin əsərlərində öz əksini tapdığı söylənir: 

Şairəm, çünki vəzifəm budur əşar yazım, 

Gördüyüm nikü bədi eyləyim izhar, yazım. 

Günü parlaq, günüzü ağ, gecəni tar yazım, 

Pisi pis, əyrini əyri, düzü həmvar yazım. 

Niyə bəs böylə bərəldirsən, a qare, gözünü, 


                                                                                      Gülxani Pənah 

 

 



270

Yoxsa bu ayinədə əyri görürsən özünü? (107, s. 316) 

-misralarının  dillər  əzbəri olması, sənətdə  həqiqətçilik kimi 

əsərin ideya-bədii dəyəri  ilə bağlanan bir keyfiyyətə xidmət 

etməsi dəyərləndirilir: «Sabir nəinki gördüklərini ayna kimi -

bütünlüklə  əks etdirmiş, hətta böyüdücü ayna kimi bu həyat 

həqiqətinin adi gözlə görünməyən elə  dəhşətli eybəcərliklərini 

nümayiş etdirir ki, oxucu bu eybəcər xəstəlikdən yaxa qurtarma 

yollarını düşünməyə bilmir» (107, s. 317). Sabirin qorxmadan 

həyat həqiqətlərini oxucu gözü qarşısında açan «Yox, yazma-

ram» şeirinin də sənətkarlıq xüsusiyyətləri açılır, «Toxunmasa 

sözlə yazmaram» fikrində olan dərin məna açılır. «Şair yara-

dıcılığına xas olan satiradan, onun təsir qüvvəsindən danışır, elə 

buradaca  əlavə edir ki, «yazdığıma yalan-palan qatmaram» 

(107, s. 317). Bunun da həyat həqiqətinə «sədaqətdən» irəli 

gəldiyi, onun mərd («dalda qiybət, üzdə  səna etmərəm») 

xüsusiyyətləri açılır, şairin mərdanə keyfiyyətləri ilə yanaşı, bu 

üsulla sözünün təsir qüvvəsini artırdığı, mülahizələrinə inam 

hissi doğurduğu dəyərləndirilir. 

Xalqın mənafeyini  əsas tutan şairin fikirlərini başa düş-

məyən, göstərdiyi həqiqətlərə düşmən kəsilənlərin çoxaldığı 

(«dəhr bir müddət oldu mənzilimiz,//onda həll olmaz oldu 

müşkilimiz.//Yaşadıqca çoxaldı düşmənimiz,//Nə edək, doğru 

söylədi dilimiz..»), bir tərəfdən müşkül məsələlərin həll olun-

mamasından doğan kədəri, digər tərəfdən doğru danışdığı üçün 

düşmənlərinin çoxalmağından şairin «peşiman» olmadığı, onun 

doğru yol tutduğuna inamı, «nə edək doğru söylədi dilimiz» 

misrasındakı inam hissinin tərənnümü və buna xor baxanların 

tənqidi, fikrin aydın, tutarlı, yığcam ifadəsi, onun sözündəki 

qüdrətli təsir dəyərləndirilir: «Şeirə,  şairə Sabirin verdiyi yük-

sək qiymətdən məqsəd də elə bundan ibarətdir. Yəni o şeiri ötə-

ri hissləri ifadə edən təsadüfi bir hadisə deyil, yaşamış, dü-

şünülmüş, xəyaldan keçirilmiş, aydın və  mənalı bir məqsədə 

yönəldilmiş  həyati, ictimai və siyasi qayələrin qüdrətli  təsirə 

malik olan bir ruporuna çevirmək istəmişdir» (107, s. 319). 


Gülxani Pənah 

 

 



271 

Şairin  şeirlərinin məzmun və ideyasındakı humanizm 

parlaq  şəkildə «nəzərə çarpır».. Sabir «şairəm, hər kəsi 

tanıram»-deyir və  tədqiqatçı  şairin hamının dərdinə  bələd 

olması fikrini irəli sürür:  «...o bir fikri dönə-dönə təkrar edir və 

deyir ki: 

Şairə lütf olursa, ya yazar, 

Pisi pis, yaxşını da yaxşı yazar! 

Bunu belə başa düşmək olar ki, şairin humanizmi onun 

tendensiyaçılığını rədd etmir, «pisi pis, yaxşını yaxşı» yazmaq 

hüququnu əlindən almır» (107, s. 321). 

Sabirin yaradıcılığının ilham mənbələrindən biri kimi 

onun klassik irsə münasibəti araşdırılır. Klassik irsdən istifa-

dəsindəki «orijinallıq» da tədqiqatçı gözündən qaçmır. 

Tapdanmış yollarla gedən, Nizami-Füzuli-Vaqif kimi 

sənətkarların yolu ilə gedib yorulub yolda qalan, «itib batan və 

sürünən şairlərin» miskin vəziyyətinə düşənlərdən fərqli olaraq 

Sabirin  klassiklərdən öyrənmə, onlara arxalanma işində yeni 

yollar tapması açılır: «o, tapdı ki, klassiklərdən istifadə  onları 

yamsılamaq deyil, onlardan öyrənməkdir... Öyrənmə klassiki 

təkrar etmək, ona bənzəmə, onu tərifləmək deyildir. Bu hər 

şeydən əvvəl öz adına müvafiq məzmun daşımalıdır, yəni doğ-

rudan da öyrənmə olmalıdır. Nəyi öyrənməli?-sualına gəlincə 

Sabir tərəddüd etmədən sənətkarlığı-cavabını verə bilərdi?» 

(107, s. 328). Sabirin satiralarının bu sualın cavabını «açıq-ay-

dın» verdiyini, onun orjinal söz deyimini, dediyi sözlə ürəklərə 

yol tapıb «tarixdə yaşadığını», bunun üçün isə «yaradıcı  zəh-

mət»in, «yaradıcı xəyalı»n lazım gəldiyini deyir.  Nizaminin: 

Şeirimdən atsaydım bəzəkli donu, 

Azacıq zəhmətlə yazsaydım onu, 

Bu böyük fatehin sərgüzəştindən, 

Bir varaq yazmaqla bitirərdim mən 

-misralarını nümunə  gətirir və «demək bir varağa sığa bilən 

əhvalat ona görə  ən böyük bir dastana çevrilmiş ki, burada 

yaradıcı zəhmət, «bəzəkli don», yəni şair xəyalı vardır» (107, s. 


                                                                                      Gülxani Pənah 

 

 



272 

328). Sabirin klassiklərdən «bu sirri» öyrəndiyi, ona görə  də 

klassiklərin  əsərlərinə yazdığı    nəzirələrin «zəif» çıxmadığı, 

«öz təravəti və orijinallığı ilə» nəzəri cəlb etməsinin sirləri açı-

lır: «Sabirin nəzirə prinsipi tamamilə başqadır. O, çox zaman 

tərs mənada nəzirədən istifadə edir ki, bu bizim başa düşdü-

yümüz nəzirə olmayıb parodiya adlanan tərs mənada nəzirədir. 

Bu nəzirənin xüsusi prinsipləri vardır.  Əsas prinsip orijinal-

lıqdır» (107, s. 329). Nümunə üçün Füzulinin 

Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim, 

İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim. 

-misralarındakı sevgi yolunda min bir əzaba dözən nakam 

aşiqin sözlərinin «aydın» olduğu, Sabirin isə bu kədərli lirik 

motivi «satirik üsluba tətbiq edərək gülüş doğuran bir kədər» 

yaratdığı, Məhəmmədəli  şahın psixologiyasına və mövqeyinə 

uyğun gələn dildə ifadə etməsini açır: 

Məndə ar olsaydı ölmək ixtiyar etməzmidim? 

Abrının nolduğunu bilsəydim ar etməzmidim? 

Göründüyü kimi, satira Füzuliyə  nəzirə  şəkildə yazılsa 

da, burada Füzulidən yalnız şəkli cəhətlər (vəzn, qafiyə) qalmış, 

çox orijinal bir satira yaradılmışdır. Birinci misraya «ar 

olsaydı», ikinci misraya isə «abru» və «ar» sözlərinin salınması 

və bu beytdəki fikrin şaha istinad edilməsi  şeirin satirik üslu-

bunu təşkil etmiş,  şairin tendensiyaçılığını üzə  çıxartmışdır» 

(107, s. 330). Tədqiqatçı  şairin bu şəkildə yazdığı  əsərlərini 

təhlil edir, orijinal keyfiyyətlərini dəyərləndirir, Sabirin nova-

torluğunu araşdırır, onun klassiklərdən istifadəsində «dəyişil-

məz bir qanun» olmadığı,  əgər belə bir qanun axtarılsa, «hər 

istifadənin özünəməxsus ayrıca qanunu vardır» fikindədir. 

Füzulinin «Ah eylədiyim sərvi-xuramanın üçündür» qə-

zəlinə Sabirin yazmış olduğu parodiyadakı komik planda veri-

lən satirik surətlərə diqqəti cəlb edən M.Quluzadə də «Füzulidə 

lirik qəhrəman gözəl sevgilisinin eşqi və həsrəti ilə fəryad edir. 

Sabirdə isə satirik qəhrəman eşqdən, məhəbbətdən bir şey 



Gülxani Pənah 

 

 



273 

anlamayan, həyatın mənasını qazancda və yeyib-içməkdə görən 

vaizdir: 

Ay eylədiyim nəşeyi-qəlyanın üçündür, 

Qan ağladığım qəhveyi-fincanın üçündür. 

Vəz eylədiyim hədyəvü ehsandan ancaq 

Ümdə qərəzim kisəvü həmyanın üçündür. 

 

Sərgəştəliyim xirməni-buğdalar ucundan, 



Aşiftəliyim sərvətü samanın üçündür. 

....Sabir düşmənini-vaizi ifşa etmək üçün tutarlı surətlər, 

təşbih və epitetlər» tapdığını, bunların bir qismini hazır şəkildə 

«Füzulidən götürdüyünü», bununla bərabər  şairdən tapıb 

seçdiyi ifadə və surətlərin satirik qəhrəmanın səciyyəvi cəhətlə-

rini, onun riyakarlığını, xəbisliyini, acgözlüyünü və qarınqulu-

luğunu səciyyələndirmək üçün «çox münasib» olduğunu 

söyləyir (136, s. 171-172).  

Sabirin Hafiz, Xaqani, Firdovsi, Sədi, Xəyyam və başqa 

klassiklərdən iqtibas və  tərcümələri araşdırılır, onlara böyük 

məsuliyyətlə yanaşdığı bildirilir. 

Y.Qarayev fikirlərində haqlıdır ki, «poeziya tariximizdə 

Vaqif və Füzulinin timsalında davam edən iki müxtəlif üslubi 

istiqaməti üzvi vəhdətdə Sabir birləşdirir. Vaqif sadəliyi, 

C.Məmmədquluzadə demokratizmi, Füzulinin psixologizmi, 

Nizami epizmi -hamısı Sabirdə sintez təşkil edir»  (116, s. 214-

215) 

Tədqiqatçı şairin M.Hadi ilə ədəbi mübahisələrinin «ma-



raqlı» və «mənalı» məqamlarını açır. M.Hadinin «Şikufeyi-

maarif» adlı lirik şeirində oxumaq istəyən bir uşağa burjua mül-

kədar cəmiyyətində baxımsızlıqdan acı-acı  şikayətlənən 

M.Hadi yazır: 

Ey iktisabi-elmə şitaban olan çocuq! 

Ey talibi-şikufeyi-irfan olan çocuq! 

Sabirin Hadiyə yazdığı («Ey dərbədər gəzib ürəyi qan 

olan çocuq») şeirində lirika üstünlük təşkil etdiyindən tədqiqat-



                                                                                      Gülxani Pənah 

 

 



274 

çı bu nəzirəni «lirik-satirik» janr «hesab» edir. Onun bir 

fərqinin də Hadidən fərqli olaraq  uşağın təkcə məktəbdən kə-

narda qaldığını təsvir etməklə «kifayətlənməyib, eyni zamanda, 

onun «bir loğma nan üçün gözü giryan» olduğunu göstərməsini 

bilir. Eyni zamanda Sabirdə uşağı bu vəziyyətə salan cəmiyyətə 

qarçı  çıxma,  şairin üsyançı ruhu, ürəkdən gələn yanıqlı söz-

lərdəki satira-bir sözlə, bədii təsir qüvvəsinin özünəməxsuslu-

ğunun şeiri nəzirədən çox orijinal etdiyi qənaətində olan tədqi-

qatçı Sabirlə Hadi arasındakı ideya-üslubi fərqlərə də toxunur. 

Sabirin nəzirə, sual-cavab və ya parodiyaları, şairin dərin 

mütaliəsi, mətbuatı izləməsi, fikrini münasib yollarla oxucuya 

çatdırmaq üçün «kəşf etdiyi vasitələr», onun klassik və müasiri 

olan  şairlərdən «istifadə üsulları»,  axtarışları  dəyərləndirilir. 

Türk  şairlərindən Namiq Kamal, Rəçaizadə Mahmud Əkrəm, 

Abdulla Cövdət kimi şairlərin bəzilərinə  nəzirə, bəzilərinə 

parodiya, bəzisinin  şeirinə  təxmis etməklə «bir sənətkar kimi 

istifadəni lazım bildiyi, onun bu yazılarında hər bəndin qafiyə 

quruluşuna, hətta ritm-ahəng məsələrinə də «xüsusi fikir» ver-

diyi faktlarla açıqlanır. Nümunə üçün Rəcaizadənin «Atmış 

niqabi-hüsnün məhbubeyi-zər əfsər» misrasına Sabirin yazdığı 

parodiyanı (Atmış niqabı-hüsnün məcmuyeyi-təvangər)  götü-

rək. 

Hər iki şeirin eyni vəzndə yazıldığı, hər ikisində 8 



misradan sonra qısa bir beyt verildiyi, bu şeirlərin qafiyə quru-

luşunun «eyni» olduğu açılır: «misal üçün hər iki şeirin qafi-

yəsini təyin edən ilk misralarını göstərək. Bəndlər belə başlanır: 

Rəcaizadə Mahmud Əkrəmdə: 

I b ə n d 

Atmış niqabı-hüsnün məhbube-yi-zərəfsər. 

 S o n b e y t 

Quşlar çəmənsiz olmaz, könlüm də sənsiz olmaz! 

 

II bənd 


Bəqti- səhər ki, eşqin cuş etdiyi zamandır 

Gülxani Pənah 

 

 



275

S o n b e y t 

Sevda hüzənsiz olmaz

Könlüm də sənsiz olmaz. 

 

III b ə n d  



Etdikcə mən tamaşa hənkameyi-bahari 

 

S o n b e y t 



Şair süsənsiz olmaz, 

Könlüm də sənsiz olmaz. 

 

IV b ə n d 



Dəmdir ki, qaldı çeşmim həsrətkeşi-camalın 

 

S o n b e y t 



Firqət mühənsiz olmaz, 

Könlüm də sənsiz olmaz! 

 

M.Ə.SABİRDƏ: 



I b ə n d 

Atmış niqabı-hüsnün məcmuye-yi-təvangər 

S o n b e y t 

İş başbilənsiz olmaz, 

Sərsüfrə sənsiz olmaz! 

 

II bə n d 



Vəqti-qəza ki, nəfsin cuş etdiyi zamandır. 

 S o n b e y t 

Miskin hüzənsiz olmaz, 

Qəm, qüssə sənsiz olma! 

 

III b ə n d 



Etdikcə mən tamaşa, gördükcə işbu kari 

 S o n b e y t 



                                                                                      Gülxani Pənah 

 

 



276 

«Şair süsənsiz olmaz, 

Şeir isə sənsiz olmaz» 

 

IV b ə n d 



Ey əhli-fəqrü faqə, ver şairə salamın 

S o n b e y t 

Sail mühənsiz olmaz, 

Könlüm də sənsiz olmaz!»  (107, s. 350-351) 

Vəzn, quruluş, qafiyə, şəkil, ritm xüsusiyyətləri  oxşar ol-

sa da, məzmunla əlaqədar ideya istiqamətinə görə hər iki əsərdə 

yerlə göy qədər fərqin olduğunu adi oxucu da təyin edə bilər» 

(107, s. 351). 

Sabir ədəbi dilin saflığı uğrunda mübarizə aparan bir sə-

nətkar kimi də araşdırılır.  Ə. Qəmküsarın «Günəş» qəzetində 

(1910, 26 noyabr, №78) çap etdirdiyi qitəsində dil qaydalarının 

pozulduğunu görüb  Sabir («Günəş» qəzeti, 1910, 2 dekabr) öz 

dostunu kəskin tənqid edir:  

«Təhvili-ibarət» sözünü «tərcümə» qanmaq- 

Məktəbli cocuqlar da bilir kim, bu xətadır; 

Bir böylə xəta gəlmə mühərrir qələmindən 

Cari olur isə, ədəbiyyata bəladır! (107, s. 356) 

Bu tənqidin  Ə.Qəmküsarın özünə  də xoş  gəldiyi, belə 

faktların çox olduğu, şairin dövrünün ədəbi hadisələrində, mü-

bahisə  və münaqişələrdə «fəal» iştirak etdiyini, onlarla şair, 

ədib mühərrirlərlə yazışdığı, əsərlərinə ehtiram hissiylə yanaşıl-

dığı açıqlanır. Sabir milli mətbuatımızın tarixində «misilsiz rol 

oynayan, öz elmi, publisist əsərlərilə xalqımızın tarixində çox 

şərəfli yerlərdən birini tutan ictimai xadim» kimi yüksək 

dəyərləndirdiyi H.Zərdabinin  Şamaxı  zəlzələsi zamanı  zərər 

çəkmiş  əhaliyə yardım işində böyük rolunu əsərlərində verir: 

Məlikov o, Həsənbəyi-ziyşan, 

O əmini-xəzaneyi-ehsan, 

Elmü fəhmü kəmalilən mümtaz, 

Sineyi-safi kənzi-löleöi-raz, 

Hünəri fəzldir ədəb kari, 


Gülxani Pənah 

 

 



277 

Əqli pakizə, hüccət iqrari... (107, s. 357). 

Ölümündən doğan kədəri ifadə edən «Qoca bülbül, niyə 

savuldun sən?» (107, s. 357) misrasını xatırladır. Bütün bunlar 

şairin  ədəbi, mədəni və ictimai hadisələrə «düzgün» qiymət 

verdiyini  əsaslandıran, «Sabir haqqındakı  tədqiqi  əsərlər, xa-

tirələr, habelə  şairin məktubları haqqında yazılan məqalə-

lərdəki qeydlər də nəzərə alınsa klassik və müasir ədəbiyyatın 

xəzinəsindən çox qiymətli cəvahirat topladığı  və bu qiymətli 

sərvəti məharətlə xalqın istifadəsinə vermək üçün çox orijinal 

üsullara  əl atdığı haqqındakı  təsəvvürümüz bir az da aydın-

laşar»-(107-357)-deyən tədqiqatçı onun tərcüməçilik fəaliyyə-

tinə də toxunur, Firdövsinin «Şahnamə»sindən etdiyi («Tus və 

Kin pəhlivanları onlardan gözəl bir qız gətirmələri və Keyka-

vusun o qızı xatınlığa götürməyi», «Səyavuşun anadan olmağı 

və Rüstəmin ona Zabilistanda tərbiyə verməyi», «Rüstəmin Sə-

yavuşu İrana gətirməyi» və «Südabənin Səyavuşa aşiq olmağı». 

«Rəhbər» jurnalı. 1906) 500 misralıq tərcümələr, Sədi, Hafiz, 

Xəyyamdan etdiyi tərcümələr, onların yaradıcılığından 

satiralarında novatorcasına istifadəsi dəyərləndirilir. Həm 

klassiklərdən, həm də müasirlərindən  heç vaxt özünü «üstün 

tutmur», «etikada təvazökarlıq prinsipini» pozmur (107, s. 

359). 

C.Xəndan «Sabirin romantikası» ilə bağlı araşdırmala-



rında onu dövrünün bütün eyiblərinə qarşı mübarizə aparan 

«böyük realist sənətkar» kimi dəyərləndirməklə yanaşı «həyatla 

bağlı olan böyük realist sənətkarlarda» da romantikanın 

olduğunu söyləyir. Balzak, Tolstoy, Qorki, Cabbarlı, S. Vurğun 

kimi realist sənətkarların həm realist, həm də romantik üslubda 

yazılmış əsərləri olduğunu, sənət və ədəbiyyatın sonrakı inkişa-

fının da «realizm ilə romantizmin birləşməsi yolu ilə» getdiyini 

bildirir və sovet ədəbiyyatı  və incəsənətinin  əsas yaradıcılıq 

metodu olan «sosializm realizmində realizm inqilabi romantika 

ilə birləşir.  İnqilabi romantika sosializm realizminin tərkib 

hissəsidir»-deyir (107, s. 260). 


                                                                                      Gülxani Pənah 

 

 



278 

Həyatı realistcəsinə  təsvir etmək «birtərəfli» başa düşül-

məməli, ən qüvvətli sənətkarda ən yüksək yaradıcılıq xəyalı və 

romantika» olduğu, əsl sənət əsərlərində bunların «ayrılmaz bir 

vəhdət» təşkil etdiyi vurğulanır. Tədqiqatçı bütün varlığı ilə 

həyata möhkəm tellərlə bağlanmış Sabirdə romantika realizm 

ilə bağlı  şəkildə, «daha doğrusu, onun tərkib hissəsi kimi 

araşdırılmalıdır» (107, s. 361)-deyir. İnqilabın real zidd qüv-

vələrin toqquşması olduğu, onun romantikasının da bu toqquş-

madan ayrı «təsəvvür» edilməsinin qeyri-mümkün olduğunu 

bildirən tədqiqatçı: «belə olduqda, yəni real hadisələrdən təcrid 

olunmuş  şəkildə romantika yarandıqda, o mahiyyət etibarilə 

passiv, xarakterinə görə isə mücərrəd olur. Sabir bir çox şeirin-

də bağlanmayan  əsərlərə gülür və kinayə ilə  «İstiqbalımız 

lağlağıdır» deyirdi. Belə kinayələrdə  həyata möhkəm bağlılıq-

dan doğan inam var idi. Şair inanmırdı ki, inqilabın parlaqlığını 

bu günsüz təsəvvür etmək olmaz. O parlaqlıq bir gün qatı 

qaranlıqdan işıldayan çınqılların alovu, həm də gur alovu olma-

lıdır. Sabir alova çevrilə bilən çınqılların gələcəyinə, qüdrətinə 

inanır, onlardan danışarkən romantikasız keçinə bilmirdi» (107, 

s. 362).  

Bu çərxi-fələk tərsinə dövran edir indi, 

Fəhlə də özün daxili-insan edir imdi. 

-misralarında ilk baxışda romantika ilə əlaqəsi olmadığı görün-

sə də «burada yenini təsdiq, köhnəni inkardan doğan bir tərən-

nüm pafosu vardır» (14-362)- deyir: «diqqət edilsə  şairin se-

vinci yerə-göyə  sığmır. Kapitalistin bu etirafı onun üçün nə 

qədər acıdırsa,  şair üçün bir o qədər  şirindir. Bu şirinlikdə bir 

romantika vardır. Təkcə bu misralarda deyil, şeirin bütün bənd-

lərində  hər  əmrə  dəlalət edən, «dövlətli olan yerdə  cəsarət», 

«asudə  nəfəs almağa halət» və  nəhayət «hüquq üstə  ədavət 

edən» fəhlənin mübarizəsi tərənnüm olunur. Bu tərənnüm real 

varlığın doğurduğu  romantika olduğu üçün inqilabidir» (14, s. 

362). 


Gülxani Pənah 

 

 



279 

Tədqiqatçı Sabir romantikasının «ümumi xüsusiyyət-

lərini» araşdırarkən bu qənaətə  gəlir ki, onun romantik ruhlu 

şeirlərinin hamısında «romantika inqilabi xarakterdə deyil, 

onun satiralarında «möhkəm materialın bünövrəsi üstündə da-

yanan şair üçün romantika nə qədər doğmadırsa, idealizm  bü-

növrəsinə  əsaslanan bəzi  şeirlərində isə bu, yəni inqilabi ro-

mantika yoxdur. Realist şeirlərin mövzu  xüsusiyyətlərilə 

əlaqədar olaraq bəzən romantik hisslərin elə  təsvirlərinə rast 

gəlirik ki, onlarda romantika olsa da, bu, inqilabi ruhda deyil-

dir. Doğrudur, onun realist şeirlərində gözlənilməz ehtirasdan 

doğan pafosun romantikası yox deyildir, lakin realist əsərdəki 

bu romantik hissin inqilabi romantika ilə heç bir əlaqəsi 

yoxdur. Çünki inqilabi romantika müsbət ideallar və onların 

tərənnümü ilə əlaqədar  olan duyğu, hiss və arzuların təsvirində 

öz bədii ifadəsini tapır» (14, s. 364). Sabiri bu müsbət ideallarla 

yaşayan, onları axtaran, tapan və  tərənnüm edən bir sənətkar 

kimi «daha maraqlı» bilir və bu tərənnüm və  təsdiqi formalar 

Sabirdə «daha rəngarəng»dir-deyir (107, s. 362). 

Sabir satiralarında tiplərin seçilməsi, fərdiləşdirilməsi, 

cəmiyyətdəki ictimai-siyasi hadisələri düşünülmüş, lakonik  

şəkildə verə bilmə ustalığı  tədqiqatçıların təhlil və  tədqiqat-

larında dəyərləndirilir. Köhnəliklə yeniliyi üz-üzə qoyması, 

köhnəliyə diqqəti çəkməklə onun yeniliyə, tərəqqiyə vurduğu 

zərbəni diqqətə  çəkməsi, işıqlı, xoşbəxt bir cəmiyyətin qurul-

masına mane olan köhnəliyin acı  nəticələrini satirik bir dillə 

ifşa etməsi, sənətkarlığı diqqətimizdən yayınmır. Həyatı yaxşı 

müşahidə etməyi bacaran, canlı ictimai tiplər yaradan Sabirin 

yığcam, dinamik süjetə malik satiralarının dil sadəliyi, oynaq 

ifadələrlə  zənginliyi, gülüş, ifşa hədəfinə çevirə bildiyi canlı 

ictimai tiplərin zənginliyi diqqəti cəlb edir. Xalqının gələcəyi 

üçün çalışan, yazıb-yaradan Sabirin azadlıq uğrunda mübarizə-

də  kəskin gülüşü, öldürücü satirası, onun lirikanı gülüşlə  əvəz 

etməsinin daxili ehtiyacdan doğulduğu C.Xəndanın bir tədqi-

qatçı kimi diqqətini cəlb etmişdir. Sabirin mühitinin geriliklə-


                                                                                      Gülxani Pənah 

 

 



280 

rinin aradan qalxması naminə  cəmiyyətin mənfur qüvvələrinə 

qarşı satira silahından məharətlə istifadə etməsini, xırda, rəzil, 

qəddar, amansız  şah-üsul idarəsinə, çar məmurlarına və yerli 

patriarxal qüvvələrə meydan sulamasını  dəyərləndirir. Bir sə-

nətkar kimi Sabirin əsərlərinin mövzu zənginliyini, tip yarat-

maq qabiliyyətini, əsərlərinin bədii estetik keyfiyyətlərini açır. 

Sabirin poetikasını, onun yaradıcılığındakı tendensiya və ifşa 

üsullarını, şeir, sənət haqqında dəyərli fikirlərini araşdıran təd-

qiqatçı C. Xəndanın onun romantikası haqqında, folklordan, 

canlı xalq ifadələrindən istifadə yollarını geniş  şəkildə araş-

dırması dəyərlidir. Cəfər Xəndan Sabirin əsərlərinin sənətkarlıq 

xüsusiyyətlərinin ilk araşdırıcılarından olduğundan onun Sabir 

yaradıcılığı haqqında yazdığı monoqrafiya Azərbaycan ədəbiy-

yatşünaslığına dəyərli töhfədir. Oktyabr inqilabının çətinlikləri, 

ölkədə baş verən müharibə və dağıntılar, onların aradan qaldı-

rılması  uğrunda mübarizə getdiyi bir zamanda xalqının mədə-

niyyəti,  ədəbiyyatının böyük dühaları haqqında dəyərli  əsərlər 

yazmaq, təhlil və tədqiqatlar aparmaq C.Xəndan kimi bir alimin 

də üzərinə düşmüş, bu çətin dövrdə o bir tədqiqatçı kimi xal-

qının milli-mənəvi sənətinin araşdırılması, onun müasir 

oxucuya çatdırılması, Sabir, C.Məmmədquluzadə... kimi böyük 

maarifçi  şəxsiyyətlərin  ədəbiyyatımızın inkişafında tutduğu 

yeri, mövqeyi göstərmək üçün çalışmışdır. Sabirin ustalıqla 

yaratdığı portretlər, istifadə etdiyi priyomlar, üsullar geniş 

şəkildə onun tərəfindən araşdırılmış, onun «kiçik dərdlərin 

böyüklüyünü göstərən, həqiqətə-haqq işə hücum yolu ilə 

ifşadan istifadə edən, dialoqlar vasitəsilə gözəl satira üsulu 

yaradan, tipin özünü öymə yolu ilə gülüş doğuran, qabaqcıla 

xitabən geridə qalanları ayıltmağa çalışan, oxucuya bəzən 

rəvayət, bəzən  əfsanə, bəzən də yuxunu təbir yolu ilə  təsir 

etmək istəyən «bu kimi üsullara əl atan şairin yeni-yeni təsvir 

vasitələrindən də» (107, s. 302) bəhs edən C.Xəndan 

zamanında Sabirin böyük satira ustası, qüdrətli sənətkar, 

inqilabçı  şair, maarifçi xadim kimi Azərbaycan  ədəbiyyatında 


Gülxani Pənah 

 

 



281 

tutduğu mövqeyi, yeri müəyyənləşdirmişdir. Mir Cəlal, Mikayıl 

Rzaquluzadə, Məmməd Arif, Həmid Araslı kimi böyük 

tədqiqatçılarla çiyin-çiyinə verərək Azərbaycan  ədəbiyyat-

şünaslığını inkişaf etdirmişdir. XX əsr Azərbaycan  ədəbiyya-

tının maarifpərvər şəxsiyyətlərinin həyat və yaradıcılığını araş-

dırmış, onların sənətkar kimi rolunu müəyyənləşdirmiş, gənc 

nəslin təlim-tərbiyəsində onların  əsərlərinin dəyərini vermiş, 

böyük bir ziyalı, maarifpərvər insanların xalqımızın bədii 

ədəbiyyatını inkişaf etdirməklə onların cəmiyyət, xalq, dövlət 

üçün gördükləri böyük işlərin  əhəmiyyətini, onların tarixi 

rolunu göstərmişdir. C. Xəndan bu böyük şəxsiyyətlərdən biri 

kimi Sabirin yaradıcılığını xüsusilə geniş şəkildə araşdırmışdır. 

Onun həyat və yaradıcılığı ilə yanaşı  sənətkarlıq xüsusiyyət-

lərinin də geniş elmi-nəzəri təhlilini vermişdir. Klassik Azər-

baycan  ədəbiyyatının elmi-nəzəri tarixi problemlərinin araş-

dırılması sahəsində C.Xəndanın da bir tədqiqatçı kimi böyük 

rolu olmuşdur. O, «XX əsr Azərbaycan  ədəbiyyatının tarixi» 

adlı  dərslik yazmış, bu böyük sənət adamlarının, o cümlədən 

M.Ə Sabirin rolunu, əsərlərinin bədii elmi nəzəri əhəmiyyətini 

araşdırmış, hərtərəfli bir sənətkar, ictimai xadim kimi dəyərini 

vermişdir. 

Seyid Hüseyn yazırdı: «Sabirin hansı  mənzuməsini alır-

sınız alınız, o, sizin üçün tarixi sənəddir. O, elə bir sənəddir ki, 

1906-1911-ci illərdəki xalqımızın  əhval-ruhiyyəsi, ictimai 

həyatı, düşüncəsi onda nəzərimizə çarpacaqdır. Sabir şairliyi, 

sənətkarlığı xalqın intibahı  uğrunda çalışmaqdan, onu qəflət 

yuxusundan ayıltmaqdan ibarət bilmişdir» (117, s. 9; 8, s. 33). 

Klassik  sənətkarlarımızın, o cümlədən, Sabirin poetikası 

tədqiqatçılar tərəfindən geniş  şəkildə araşdırılmış, tədqiq edil-

mişdir. Sabirin sənətkarlıq xüsusiyyətlərinin dərin elmi təhlili 

verilmişdir. İlk dəfə C.Xəndan Sabirin poetikasını, onun yaradı-

cılığındakı  sənətkarlıq məsələlərini,  şairin yaradıcılığının folk-

lorla bağlılığını, dil-üslub xüsusiyyətlərini əhatəli, geniş şəkildə 

araşdırmış, sabirşünaslığın inkişafına böyük töhfələrini ver-


                                                                                      Gülxani Pənah 

 

 



282

mişdir. Sabirin şeir texnikası, sözə, sənətə, sənətkara münasi-

bəti, xalq irsindən yaradıcı surətdə  sənətkarlıqla bəhrələnməsi 

məhz C.Xəndanın tədqiqatlarında ilk dəfə öz yerini tapmışdır. 

Sabir ədəbi məktəbi onun gərgin əməyi sayəsində elmi, nəzəri 

təhlil və tədqiqatını tapmışdır. Ali və orta məktəb dərsliklərində 

Sabirin həyat və yaradıcılığı haqqında geniş  məlumat verən 

C.Xəndan XX əsr Azərbaycan  ədəbiyyatı tarixi dərsliyində 

onun Azərbaycan ədəbiyyatı tarixinin inkişafında rolunu, yerini 

göstərmişdir. Sabirin böyük sənətkarlıq imkanlarına malik 

olduğunu bilən C.Xəndan «Sabirin sənətkarlıq xüsusiyyətləri» 

kimi böyük, dəyərli elmi monoqrafiyasını da yazmış, Sabir ya-

radıcılığının  Azərbaycan  ədəbiyyatında rolunu, yerini müəy-

yənləşdirən ilk Azərbaycanlı  tədqiqatçı alim kimi tanınmışdır. 

Klassik Azərbaycan ədəbiyyatının tədqiqində onun elmi-nəzəri 

təhlilini verən, tarixi proseslərə şairin yaradıcılığı əsasında ay-

dınlıq gətirən C.Xəndanın sabirşünas kimi ədəbiyyatşünaslıq 

elmində rolu danılmazdır. Sabirin irsinə verdiyi düzgün qiymət 

C.Xəndanın  elmi-nəzəri araşdırmalarının nəticəsidir, tədqiqatçı 

kimi böyük müvəffəqiyyətidir.  

 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin