yaramazlıqları, öz fırıldaqları ilə tanınan mürafiə vəkillərini ifşa
edirsə, sonrakı əsərlərində dövlət quruluşunu, böyük ictimai
məsələləri, xalqın geriliyinə səbəb olan dini, mövhumatı, cəha-
ləti və sairəni şiddətli tənqid atəşinə» tutduğu, «Aldanmış
kəvakib», «Kəmalüddövlə məktubları»nda, bir sıra ədəbi tənqi-
di məqalələrində əsasən Təbrizdən-Cənubi Azərbaycandan da-
nışdığını, «xalqda milli şüurun oyanmasına» çalışdığını yazır.
Azərbaycan xalqının milli dilini və mədəniyyətini məhv
etmək siyasəti aparan İran mürtəceləri xalqın milli iradəsini
«qıra bilməmiş», xalq üsyana qalxıb «öz iqtisadi və siyasi və-
ziyyətini yaxşılaşdırmağa çalışmış», XX əsrə qədər baş verən
kəndli üsyanları istənilən «nəticəni verməsə də» xalq İran mür-
təceləri və yerli mülkədarlar əleyhinə qeyri-mütəşəkkil çıxışlar
etmiş, bu çıxışlar xalq tərəfindən «sevinclə qarşılanmış»dır-de-
yən tədqiqatçı, XIX əsrin axırlarında dəstə düzəldib möhtə-
kirlərin anbarına hücum edən Zeynəb adlı qadına xalqın Paşa
ləqəbi verdiyini, haqqında mahnılar qoşduğunu qeyd edir:
Hökm elədi Zeynəb Paşa,
Cümlə ünasü fərraşa,
Siz bazarı basın daşa,
Dəyənəyi yağlayım gəlim,
Patavanı bağlayım gəlim (122, s. 16).
Tədqiqatçı Türkmənçay müqaviləsindən sonrakı dövrdə
Cənubi Azərbaycan xalqının yaratdığı ədəbiyyatda Əbülqasim
Nəbati, Mirzə Məhəmməd Bağır Xalxali ilə yanaşı haqqında
tədqiqat aparılmamış Heyran xanım, Hacı Mehdi Şükuhinin
fəaliyyəti haqqında məlumat verir. Tədqiqatçının bu məlumatı
verməkdə «məqsədi» özünün dediyi kimi «Türkmənçay müa-
hidənaməsi»ndən sonra da Cənubi Azərbaycan şairlərinin fars
Gülxani Pənah
294
şairləri ilə deyil, Azərbaycan şairləri ilə bağlı olduqlarını isbat
etmək və bunların simasında milli dil və ədəbiyyatın yaşadığı
haqda ümumi təsəvvür oyatmaqdır» (122, s. 16).
C.Xəndan Cənubi Azərbaycanda Füzuli şeir cərəyanını
davam etdirən Heyran xanımın həyat və yaradıcılığı haqqında
əldə məlumatların olmadığından əsərləri əsasında məlumat
toplanıldığını söyləyir. M.Tərbiyət «Danişməndani-Azərbay-
can» əsərində onun haqqında qısa söz deyir, Qulam Məmmədli
onun bir qəzəlini nəşr etdirir, M.İbrahimov haqqında məqalə
yazır. 1945-ci ildə SSRİ ilə mədəni əlaqə saxlayan İran cəmiy-
yətinin Təbriz şöbəsi tərəfindən Heyran xanımın «Seçilmiş
əsərləri» çap etdirilir, bundan sonra şairə haqqında tədqiqat
işləri genişlənir. Təbriz ziyalılarından M.Naxçıvaninin kitabxa-
nasındakı əlyazmaları əsasında tərtib olunmuş 137 səhifəlik bu
əsərə M.Ə.Səfvətin «iki səhifəlik kiçik bir müqəddimə»si, Qu-
lam Məmmədlinin «Heyran xanımın tərcümeyi-halı haqqında
bir neçə söz» adlı məqaləsi, şairənin Azərbaycan dilində yazıl-
mış 32 qəzəl, bir tərcibənd, iki müxəmməs, altı müləmmə, on
farsca qəzəl və iki məsnəvisi daxil edilmişdir» (122, s. 17)-
deyən tədqiqatçı bu əsərlərin şairənin bütün yaradıcılığını əhatə
etməsə də, onun haqqında fikir yürütmək baxımından dəyərli
bilir.
Tədqiqatçı Heyran xanımın həyat və yaradıcılığını öyrən-
məyin «əhəmiyyət»ini görür. O, bununla bizim Azərbaycan
ədəbiyyatı tarixində Məhsəti Gəncəvi, Aşıq Pəri, Xurşudbanu
Natəvan kimi istedadlı bir şairənin olduğunu sübut edir, ikinci
tərəfdən də İran istibdadı altında olan Cənubi Azərbaycanda qa-
dınlara qarşı aparılan siyasətə baxmayaraq klassik ədəbiyyatı-
mızın nəcib ənənələrini davam etdirən bir qadın sənətkarın
yaradıcılığı ilə də tanış oluruq, Rus-İran müharibələri (1826-
1828) dövründəki və ondan sonrakı tarixi hadisələr haqqında
«onun yaradıcılığından məlumat alırıq»-deyir.
«Seçilmiş əsərləri»nin müqəddiməsindən məlum olur ki,
«O, Nəsrəddin şah Qacar səltənətinin əvvəlinə kimi Təbrizdə və
Gülxani Pənah
295
Xoyda yaşamışdır. Azərbaycanca və farsca 4500 beytdən ibarət
bir divan qoyub getmişdir» (122, s. 17).
Tədqiqatçı M. Naxçıvaninin kitabxanasında saxlanan əl-
yazmaların şairənin özü tərəfindən yazılmasını, onun şeirlərinin
üzünü ağartmaq üçün kağıza ehtiyac hiss edib, Naibüs səltənə
Abbas Mirzənin arvadına müraciət edərək «haşiyəli kağız»
istəməsini, yazdığı bir rübaidə həmin kağızı almasını təsvir
etməsini, əlyazmaların ilk səhifələri tələf olsa da, bu kağızın ni-
şanələri saxlanıldığını, Naxçıvani tərəfindən Sovet Azərbay-
canına hədiyyə edildiyini, Azərbaycan SSR EA-nın Şərq kitab-
xanasında saxlanan nüsxənin «haşiyəli nüsxə» olduğunu bil-
dirir: «Əsərin Heyran xanımın əlyazmasından, şairənin öz
dövründə mahir bir xəttat tərəfindən köçürüldüyü Heyran xa-
nım tərəfindən yazılmış bir şeirdən məlum olur. Bu şeir də ha-
man haşiyəli kitaba daxil edilmişdir. Şairə burada xəttatın gözəl
xəttini tərifləyir, «nə yaxşı yazıbsan» (122, s. 20)-deyir.
Tədqiqatçı M.Tərbiyətin qeydlərinə istinad edir, Təbrizdə
doğulduğunu, 80 il yaşadığını qeyd edir. Əsərlərindən onun ata
tərəfindən Naxçıvanlı, ana tərəfindən isə Dünbülü tayfasına
mənsub olması, Təbriz, Xoy, Urmiya tərəflərdə yaşadığı, bu
yerlərin təbii mənzərəsinin yaradıcılığında «silinməz izlər» bu-
raxdığı, onun əsərləri əsasında XIX əsrin birinci yarısında ya-
şadığı müəyyənləşdirilir. Rus-İran müharibələrinin şahidi ol-
duğu, baş vermiş müharibənin xalqın iqtisadi vəziyyətinin ağır-
laşdırdığını görüb xalqın vəziyyətinə acıdığını, zəmanədən
şikayətini göstərən tədqiqatçı onun doğum, ölüm tarixini dəqiq-
ləşdirməyə çalışır: «Hətta şeirlərinin birində Nəsrəddin şahın
adını çəkməsi və anasına daha bir oğul arzu etməsi göstərir ki,
Nəsrəddin şah anadan olarkən, yəni, 1832-ci ildə, Heyran
xanım yaratmaq iqtidarına malik imiş. Onun bundan sonra han-
sı tarixi hadisəyə şeir yazdığı bizə bəlli deyildir. Sonralar əldən
düşdüyünü, bir neçə il yazmadığını nağıl edənlərin sözlərini və
80 il yaşadığını təxmin edən M.Ə. Tərbiyətin də fikrini nəzərə
alsaq, Heyran xanımın 1758-də anadan olub 1838-də vəfat
Gülxani Pənah
296
etdiyini təxmini olaraq müəyyənləşdirmək mümkündür» (122,
s. 18-19)-deyir.
Şairənin şeirlərində tədqiqatçı onun «ailə həyatından na-
razı», «sevgisinə çata bilməmiş» olduğu qənaətindədir. Bir
şeirində «ərindən bezar olmuş bir qadın surəti» yaratdığı, həya-
tında hüznlü hadisələrdən xəbər verən Azərbaycan dilində
yazılmış tərcibəndini araşdırır, təhlil edir, «hicran mövzusunda
yazılmış bu epik-lirik» əsərdə şairənin sanki öz həyatını təsvir
etdiyi, bu əsərində böyük bir ehtirasla «hicran mövzusunu»
qələmə aldığı, onu romantik yüksəkliyə «qaldırdığı», bu ro-
mantikanın real insan hisslərilə «bağlılığı» təhlil edilir: «İnsan
iztirablarından mövzu alıb epik əsərlər yaratmağa təşəbbüs
edən Heyran xanım heç şübhə yoxdur ki, Şərq ədəbiyyatının
standart yolundan uzaqlaşmaq üçün çalışmışdır. Lakin bu yeni-
liklər onda ardıcıl və fəal olmadığından o, klassik şeirimizin
ənənələri çərçivəsindən tamamilə çıxa bilməmişdir» (122,
s.20). Onun cəmiyyət hadisələrini romantik şəkildə versə də,
şəxsi həyatı ilə bağlı olan hicran mövzularında «real hiss və
həyəcanlardan daha canlı boyalarla» bəhs etdiyi, ümumiyyətlə,
bu mövzuda onun yaradıcılığında müxtəlif janr və şəkillərdə
yazılmış şeirlərin çoxluğu diqqətə çatdırılır. Bir sənətkar kimi
«yüksək təşbih, istiarə və mübaliğələr»lə zəngin yaradıcılığında
hər şeydən əvvəl orijinallığa «fikir verməsi», deyilmiş söz və
ifadələrdən qaçması təqdir edilir. Baxmayaraq ki, o Füzuliyə
nəzirələr yazmışdır, Füzulini təqlid edənlərin bədbəxtliyini
«bir yenilik əlavə etməmələrində» görən tədqiqatçı «Heyran
xanımın yaradıcılığı isə belə deyildir. O, əksinə Füzuliyə
yazdığı nəzirələrdə belə yüksək sənət əsəri yaratmaq prinsipinə
sadiq qalmışdır. Bizcə, belə hallarda Füzuli yaradıcılığı Heyran
xanım üçün bir ölçü meyarı olmuşdur»-deyir (122, s. 21).
Heyran xanımın Füzulidən istifadə şəkilləri araşdırılır. Heyran
xanımın Füzulidən vəzn və qafiyəni eynilə götürüb o şəkildə
istifadəsi tədqiqatçının fikrincə, «şairənin ilk yaradıcılıq
Gülxani Pənah
297
dövrünə aiddir» və bunlarda orijinallıq görmür, «bu təqliddir»
(122, s. 22).
Füzuliyə nəzirənin onun yaradıcılığında digər şəkli «vəzn
və qafiyəni saxlamaqla məna və məzmunu dəyişdir»məsidir.
Tutuşdu qəm oduna şad gördüyün könlüm,
Müqəyyəd oldu ol azad gördüyün könlüm
-beyti ilə başlayan qəzəlinin vəzn və qafiyəsini saxlamaqla
Heyran xanımın yazdığı
Olubdur qəm yatağı şad gördüyün könlüm,
Dağıldı qüssədən abad gördüyün könlüm,
-misralarını verir və bildirir ki, «Füzulidəki kontrast Heyran
xanımda başqa mənada ifadə olunmuşdur. Əgər Füzuli azad
könlün müqəyyədliyindən danışırsa, Heyran xanım azad könlün
dağılmasından bəhs edir» (122, s. 22). Burada təqlidçilikdən
uzaqlaşmaq, «böyük şairin fikirləri arasında yeni fikirlər söylə-
mək» təşəbbüsünü tədqiqatçı görür və ancaq bu qənaətdədir ki,
«hər halda Füzulinin hakim təsiri görünməkdədir» (122, s. 22).
Füzuliyə nəzirənin başqa bir növündə vəzn və qafiyənin
dəyişdirildiyi qeyd edilir. Füzulinin «Nitqim tutulur qönçeyi-
xəndanını görcək» misrası ilə başlayan qəzəlinə Heyran xa-
nımın yazdığı aşağıdakı misralar qeyd edilir:
Gedər əqlim sərimdən arizi-xıxsarını görcək,
Olur halım pərişan zülfi-ənbərbarını görcək.
Burada məna və məzmun deyil, forma yaxınlığı görən
tədqiqatçı «bədii ədəbiyyatda məzmun əsas sayıldığından» bu
yolu daha orijinal hesab edir. Sabirin də Füzulinin formal xü-
susiyyətlərindən istifadə etdiyi, onun qəzələ parodiya yazaraq
formal cəhətdən Füzuliyə oxşatmasının satiranın «original-
lığına xələl gətirmədiyi»ni deyən tədqiqatçı «çünki məzmun və
ideya başqadır. Eyni sözləri Heyran xanımın bu növ şeirləri
haqqında da deyə bilərik»-fikrindədir (122, s. 23).
Şairənin Füzulinin vəzn və rədiflərini saxlamaqla, onun
qafiyələrini dəyişdirməklə, «vəzn, qafiyə, ifadə tərzinin popul-
yarlığını nəzərə alaraq, onun şəkli xüsusiyyətlərindən istifadə
Gülxani Pənah
298
etməsini ümumilikdə Heyran xanımın yaradıcılığındakı Füzu-
linin təsiri və ruhu kimi qəbul edən tədqiqatçı şairənin ümu-
milikdə yaradıcılığının «çox orijinal» olduğunu bildirir: «o, öz
yaradıcılığı ilə sadəcə olaraq, Füzuli yolunu davam etdirmə-
mişdir, bəzi hallarda onun inkişafına, təkmilləşməsinə çalışmış-
dır. Şairənin buna iqtidarı da çatır» (122, s. 24). Nümunə üçün
yüksək təşbehlər yaratmağa qadir olan şairənin
Tuğyan eləyib dərdü-qəmim, bu dili-zarim,
Bir gəştiyə bənzər qala tufan arasında.
... Ay gör nə əcəb möcüzədir kim necə bitmiş,
Bir sünbüli-tər, atəşi-suzan arasında.
-misralarını nümunə gətirir və «göründüyü üzrə, dərdü qəmin
tuğyan etməsilə tufan arasında nə qədər uyğun təşbih, bir kişi
simasının təsviri nə qədər orijinal verilmiş, «sünbüli-tər»,
«atəşi-suzan» arasında onun ay bənizinə işarə edilmişdir» (122-
18-19).
Heyran xanımın yaradıcılığındakı realizm ünsürləri,
klassik ədəbiyyatımızda yayılmış təsvir və ifadə vasitələrindən
də yeni mənada istifadə etməsi, klassik ədəbiyyatımızın ən
yaxşı ənənələrini mənimsəmək və onlarla müqayisədə gözəl
nümunələr yaratmaq işi dəyərləndirilir. Mirzə İbrahimov yazır:
«Yaşadığı dövrün zehniyyət və şüuru Heyran xanımın qəzəl-
lərində əks olunmuşdur. Onun əsərlərindəki fəlsəfi ruh və məna
dolğunluğu da buradan doğur. Onun ənənəvi Şərq şeiri üslu-
bunda yazılmış qəzəlləri mövzu etibarilə klassik ədəbiyyatın
çərçivəsindən çıxmayıb «əzəli və əbədi məhəbbəti» tərənnüm
etsə də, öz ruhu, ifadə tərzi və hissiyyatı etibarilə realist
əsərlərdir. Onlarda real insan hissləri, insan gözəlliyi və varlığı
hər şeydən, təbiətin bütün nemət və gözəlliklərindən üstün
tutulur... Bu cəhətdən Heyran xanımın qəzəlləri hətta Vaqifin
qoşmalarını xatırladır. Bu qəzəllərdə həyat və təbiətə, gözəllik
və incəliyə qarşı sağlam və təbii zövqi əlaqə vardır. Onların hər
sətrində insan ürəyinin canlı duyğuları hakimdir. Vəzifə bu
Gülxani Pənah
299
böyük şairənin tam divanını tapmaq, onu oxucularımıza
çatdırmaqdır» (122, s. 30).
Onun
Uçar rəngim üzümdən vəslinə yetdikcə, ey dilbər,
Dizim titrər, dilim tutmaz, sənin didarını görgəc.
misralarında «sevgilisinin vəslinə yetişən bir gəncin psixoloji
əhvali-ruhiyyəsi»nin «real və təbii» verilməsi, «rənginin uç-
ması, dizinin titrəməsi, dilinin tutulması»nın tam mənası ilə
«insan psixologiyasının səciyyəvi cizgiləri» olması, şairənin
yaradıcılığında real insan gözəlliyini təsvir etməsi, onu təbiət
gözəlliklərindən üstün tutması Vaqif yaradıcılığı ilə müqayisə
edilir, Vaqiflə başlayan realist şeirimiz üçün səciyyəvi olan ifa-
dələrin şairənin şeirlərindəki ifadələrlə yaxınlığını görən
C.Xəndan Heyran xanımın «bu cərəyandan da müəyyən dərə-
cədə mülhəm olmuş» olduğu qənaətindədir (122, s. 25).
Yarın ləbi, gör, ləli-bədəxşanı bəyənməz,
Dürci-dəhəni qönçeyi-xəndanı bəyənməz.
...Yarın məhi-ruyunu görən ruyi-zəmində,
Göydə dolanan mehri-dirəxşanı bəyənməz (122, s. 25).
Klassik ədəbiyyatda geniş yayılmış təsvir və ifadə vasi-
tələrindən də şairənin «yeni mənada istifadəsi», «bir tərəfdən
aya, günə, buluda köhnə ədəbiyyatımızdakı təsvir-ifadə vasitə-
ləri kimi» yanaşdığı, ikinci tərəfdən onlara insan gözəlliyi və
psixologiyasını tətbiq etməsini araşdıran tədqiqatçı «görünür ki,
real həyati hissləri ifadə etmək üçün Heyran xanımın təsvirləri
romantik boyalarla verildiyi zaman belə, şairə inandırıcılıq
prinsiplərinə sadiq qalır. Lakin psixoloji halların təsvirində bu
qədər real səhnələr yaradan sənətkar tipin zahiri təsvirində
klassik ədəbiyyatın təsvir-ifadə vasitələrinin çərçivəsindən kə-
nara çıxa bilmir» (122, s. 26). Boyun yenə «sərvə», üzün «gü-
nə», qaşların «hilala» bənzədildiyi, bununla belə, bu təsvirlərdə
insanın psixoloji hallarının çox qüvvətli verildiyi diqqətindən
yayınmır: «oxucu vaxtı ilə Sabirin qəzəl şairlərinin bədii ifadə
vasitələrini tənqid etdiyi satirasındakı gülməli gözələ deyil, xə-
Gülxani Pənah
300
yalında asanlıqla canlandıra biləcəyi real insana rast gəlir.
Demək, Heyran xanımın yaradıcılığında insanın dəruni hiss və
həyəcanlarının təsviri birinci planda, xarici görünüşünün təsviri
isə ikinci planda verilir» (122, s. 26)- fikrinin daha aydın isbatı
üçün aşağıdakı misralarını nümunə gətirir:
Qıl tamaşa, gözüm, ol sərvi-xuramana bu gün,
Naz ilə əzm eləyib seyri-gülüstana bu gün.
Belə kim mən görürəm dilbərimin qəmzəsini,
Öldürür aşiqi -sərgəştəni mərdanə bu gün.
Vəslin ey şux, bizə eyddir, eydi-əkbər,
Eyləmə zülmü sitəm, batmayasan qanə bu gün (122, s. 26)
Heyran xanımın yaradıcılığındakı realizm ünsürlərinin
«məhdudluğu», dövrünün «ənənəvi bədii zövqünü» dəyişdirə
«bilməməsi», ifadələrindəki klassik ədəbiyyat üçün səciyyəvi
olan estetik görüşlərin «öz hakim təsirini göstərməsi», bu
zövqün və ya estetik görüşün «tarixi məhdudluğu» və ya «XIX
əsr üçün köhnəlmiş olduğu» şeirlərindən gətirilən misralarla
təhlil edir:
Şanə çəkibən çin-çin elə, sal üzə zülfün,
Qüllab kimi ucları rüxsarə qayıtsın.
... Əhd et, edəsən canüzi sən sidq ilə qurban,
Heyran! Yar əgər bir də bu gülzarə qayıtsın.
«Bu misralarda təsvir olunan gözəlin bədii surətini gözü-
müzdə canlandırsaq, onun Vaqifin real gözəllərindən nə qədər
fərqli olduğu dərhal nəzərə çarpar»-deyir (122, s. 26).
Heyran xanımın yaradıcılığındakı bədii xüsusiyyətləri
araşdırır və qeyd edir ki, «klassik ədəbiyyatımızın ən yaxşı
ənənələrini mənimsəmək və beləliklə də onlarla müqayisədə
gözəl nümunələr yaratmaq işində Heyran xanımın yaradıcılığı
diqqətəşayandır» (122, s. 26-27). Onun aşağıdakı misralarını da
təhlilə çəkir:
Səba zülfün dağıtdı, cümlə aləm müşgbar oldu,
Cəmali mehr tək guya buluddan aşikar oldu.
Tülu, etdi üzü zülfün arasından günəş asa,
Gülxani Pənah
301
Hər an kəs kim ona nəzzarə etdi biqərar oldu.
Könül oldu giriftari-nigahi-çeşmi-məxmuri
Nə möcüzdir bu, yarəb, şir ahuyə şikar oldu.
Onun burada təşbihin ən yüksək nümunələrindən istifadə
etmiş olduğunu deyir: «gözəlin zülfünü (buludu) səba üzündən
dağıtmaq ilə bulud (saç) altından gün (üz) aşikar olur. Bu günə
(üzə) tamaşa edənlər biqərar olur. Məlumdur ki, günəşə açıq
gözlə baxmaq mümkün deyildir. Özünü məğrur hiss edən aşiqin
məşuqəyə vurulmasındakı vəziyyətin üstünlüyünü isbat etmək
üçün Heyran xanım şirin ahuya şikar olması kimi çox təsirli və
orijinal təşbihə müraciət edir.
Şübhəsiz ki, ən gözəl təşbih nümunəsi kimi qiymət-
ləndirilə bilər» (122, s. 27).
Öz təşbih və istiarələrinin «təkrar»ı, burada da şairənin
«örijinallığa fikir verməsi», bu «təkrarlardakı» «yenilik, «daha
qüvvətli» bir ifadə olması tədqiqatçının diqqətindən yayınmır:
Açıldı sübh ruyun, şam zülfündən əyan oldu,
Xəcalət atəşinə mehr yandı, meh nihan oldu.
-misralarına diqqəti çəkir. Yuxarıda zülf (bulud), üz (gün)
sözləri burada təkrar edilsə də, göstərir ki, «lakin bu təkrarda
bir yenilik, daha qüvvətli bir bədii ifadə vardır. Gözəlin qara
saçlarının ağ üzündən ayrılması ilə gecənin çəkilib, sübhün
açılması nə qədər uyğun və mənalı verilmişsə, sübhün açılması
nəticəsində, yəni gözəlin üzünün görünməsi ilə günəşin xəcalət
atəşinə yanması və ayın gizlənməsi, yəni insan gözəlliyinin ay
və gündən qat-qat üstün olması da gözəl ifadə edilmişdir» (122,
s. 28).
Mirzə İbrahimov onun fikirlərini təsdiq etmiş olur. «Bö-
yük şairə-Heyran xanım» məqaləsində Heyran xanımın «His-
siyyat və duyğuları, fikir və düşüncəsi dar bir çərçivə içərisin-
də» hərlənmədiyini, «buna görə də şeirləri zəmanəsinə görə
açıq və aydın bir dildə yazılmış, təşbihləri rəngarəng boyalarla»
bəzənmiş olduğunu göstərir (6, s. 9).
Gülxani Pənah
302
Heyran xanımın yaradıcılığında mübaliğələrin gözəl nü-
munələri araşdırılır. «Şişirtmək, üstünlük vermək, böyütmək,
artırmaq» mənasını bildirən mübaliğə «bədii əsərdə nəzərə çat-
dırılacaq hadisənin, hiss, həyəcanın qəsdən əslində olduğundan
daha güclü, qabarıq verilməsinə-şişirdilməsinə»,-deyilir (107, s.
202).
O mahi-arizə çün zülfi-mişkinin hicab oldu,
Dedim əbri-siyəh pəs ruyi-xurşidə niqab oldu.
Təcəlla eyləyib nuri-camalın aləmi tutdu,
Onun bir zərrəsi getdi, afitab oldu.
«Şübhəsiz, burada gözəlin təcəlla edən camalından bir
zərrənin qopub günəşi yaratması mübaliğədir. Lakin bu müba-
liğə məcazi məna ifadə etdiyi üçün inandırıcıdır. Biz bu mis-
raları oxuyarkən şairənin nə dediyini başa düşürük. O, təsvir
etdiyi surətin çox gözəl olmasına işarə edir və oxucunu müna-
sib təşbehlərlə inandırmağa və yaxud qane etməyə çalışır»
(122, s. 28).
Şairənin estetik görüşlərində «şeirmiz üçün yeni olan kişi
surətlərinin təsviri»ni, bir qadın kimi «bu surətlərə və ya öz
sevgilsinə münasibətdə» şairənin «orijinal təsvir və ifadə vasi-
tələrindən» istifadəsini dəyərləndirir.
Şairənin dil məsələlərinə diqqət yetirir, «dildə sadəliyə
firik verməsi»nin şeirlərinin «şəkli xüsusiyyətlərinə də təsir»
etdiyi, əruz vəzninin «oynaq bəhrlərindən» istifadə etdiyi, yeri
gəldikcə əruz vəzninin hecaya yaxın şəkillərindən yararlandığı
qeyd edilir. İlk baxışda bu şeirlərin əruz və yaxud heca
vəznində olduğunu təyin etmək çətin olsa da, diqqətlə təhlil
etdikdə əruz olduğunun «anlaşıldığını» bildirir. Hecaya yaxın
əruzdan istifadə etməsini görən tədqiqatçı qəti qənaətdədir ki,
«o mütləq heca vəznində də şeirlər yazmışdır. Təəssüflə qeyd
etməliyik ki, bu parçalar bütünlüklə əlimizdə yoxdur» (122, s.
28).
Boyun sərvi-sühi zülfün müənbər,
Camalın Yusifi-Kənana bənzər.
Gülxani Pənah
303
Dilin bülbül, saçın sünbül, üzün gül,
Kəc olmuş kipriyin peykana bənzər.
... Vurub badi-səba zülfün dağıtmış,
Gül üzrə dəstəyi-reyhana bənzər.
-misralarında şairə Vaqif yaradıcılığına yaxınlığa «cəhd göstə-
rir», bu parçadakı dil sadəliyi və ahəngdarlığı Vaqif qoşmala-
rını «xatırladır». Şairənin fars dilində yazdığı qəzəlləri «gözəl
sənət əsərləridir», bu dili mükəmməl bilsə də, «o fars şairlərini
deyil, Füzulini izləmiş», «onun məktəbinə mənsub sənətkar-
lardan olmuşdur».
Tədqiqatçı fikirlərində haqlıdır. Onun ustad sənətkara
yazmış olduğu nəzirələr vardır və bu nəzirələr çox «şairanə»,
«mahiranədir»: «Füzulinin məşhur
Tutuşdu qəm oduna şad gördüyün könlüm,
Müqəyyəd oldu ol azad gördüyün könlüm»
mətləli qəzəlinə nəzirə yazmış onlarca şairlər arasında Heyran
xanımın da nəzirəsi vardır:
Olubdu qəm yatağı şad gördüyün könlüm,
Dağıldı qüssədən abad gördüyün könlüm
-beytlərini yazan Heyran xanım sanki öz ustadı ilə yarışır, şeir
sənətindən müəllimi qarşısında imtahan verir» (123, s. 8-9).
Q.Məmmədli yazır: «fars və ərəb kəlmələrinin ədəbi dilə
hakim olduğu bir dövrdə bu dərəcədə təmiz, aydın ana dilində,
belə bədii ifadələri izhar etməkdə Heyran xanım mahir söz us-
tadı olduğunu bildirir» (123, s. 9).
C.Xəndanın bir tədqiqatçı kimi gəldiyi nəticə budur ki,
«Heyran xanım ədəbiyyat tariximizdə özünəməxsus yer tutan,
xüsusi yaradıcılıq yolu olan bir sənətkardır. Yaradıcılığının bə-
dii qiyməti etibarilə o, Azərbaycan ədəbiyyatı tarixinin qısa
kursunda adı çəkilən şairlərdən heç də geri qalmır. Onun
yaradıcılığını öyrənmək, ədəbi irsini tədqiq etmək XIX əsr
ədəbiyyatımızı zənginləşdirmək, bu dövrdəki romantik şairləri-
mizin sırasına qüvvətli bir söz ustadını daxil etmək deməkdir»
(122, s. 30). Onun yaradıcılığının öyrənilməsini romantizm
Gülxani Pənah
304
cərəyanının «bəzi xüsusiyyətlərini öyrənmək üçün də səciy-
yəvi» bilir.
Heyran xanımın yaradıcılığının təhlil və tədqiqatını verən
tədqiqatçının gəldiyi əsas qənaət budur ki, «Bütün bu gös-
tərdiklərimizdən aydın olur ki, «Türkmənçay müahidənamə-
si»nin lap ilk illərindən Cənubi Azərbaycan şairləri öz doğma
dillərində əsərlər yazmaq, öz milli mədəniyyətlərini davam və
inkişaf etdirməklə İran mürtəcelərinin təbliğatına mənfi mü-
nasibət bəsləmişlər». Heyran xanım kimi XIX əsrin ikinci
yarısında yaşayıb yaradan Hacı Mehdi Şükuhinin yaradıcılığına
diqqəti yönəldir.
C.Xəndanın verdiyi məlumata əsasən Hacı Mehdi Şükuhi
uşaq yaşlarından yetim qalıb, gəncliyini Təbrizdə keçirib, ibti-
dai təhsil alıb, şəxsi mütaliə yolu ili Şərq və Azərbaycan
ədəbiyyatını dərindən öyrənib, «öz şeirlərində realizmə meyl
edən, feodal-patriarxal həyatın geriliyi ilə mübarizə aparan dini
mövhumat, cəhalət və nadanlıq əleyhinə» şeirlər yazıb, Təbriz
mürtəcelərinin hücumuna məruz qalıb. Sonralar Təbrizi tərk
edib Marağa yaxınlığındakı bir kənddə qohumlarının yanında
qalmış, ailə qurmuş, ailəsini «yüksək bir eşqlə» sevmiş,
sevgilisinə şeirlər ithaf etmiş, «qəzəl janrında yazılmış bu
şeirlərin çoxunda real insani hissləri» tərənnüm etmişdir.
Tədqiqatçı onun yaradıcılığını Vaqif yaradıcılığı ilə mü-
qayisə edir. Şükuhinin yaradıcılığındakı «real hisslərin tərənnü-
münü»n «hələ Vaqif realizmi» olmadığını, amma Vaqifin tə-
sirindən ayırmadığını deyir: «Əgər Vaqif öz qoşmalarında real
həyat, real hiss və duyğuları xalq şeiri şəkillərində tərənnüm
edirdisə, Şükuhi də bu cərəyanın təsiri altında həm xalq şeiri
şəkillərindən istifadə edir, həm də klassik şeir şəkillərində real
hissləri tərənnümə başlayırdı:
Gül olmaz bu nəzakətdə,
Gün olmaz bu vəcahətdə,
Nəsən bəs bu səbavətdə,
Ki, hüsnün aləmaradır?-
Gülxani Pənah
305
-deyərək, şübhəsiz insan gözəlliyini təbiət gözəlliyindən üstün
tutmuşdur ki, bu da realist sənətkarları romantiklərdən ayıran
şərtlərdən biri idi» (122, s. 32-33).
Şükuhinin əlimizdə olan şeirlərini «təcrübəli bir sənət-
karın yaradıcılıq nümunələri kimi» qiymətləndirilə bildiyini de-
yən tədqiqatçı onun yazıb-yaratdığı dövrdə Azərbaycan ədə-
biyyatında şeirdə üç cərəyan olduğunu bildirir. Onların bir
hissəsinin Füzuli ənənələrini davam etdirdiyini, qəzəl, qəsidə
yazdığını, «dövrün siyasi, ictimai tələblərinə» laqeyd baxdıq-
larını, bir qisminin «bunların tamamilə ziddinə olaraq Vaqiflə
başlanan realist şeir cərəyanını» davam etdirdiyini, xalq ədəbiy-
yatı şəkillərində «qoşmalar yazdığını», üçüncü qrupa daxil
olanların isə həm Füzuli, həm də Vaqif ədəbi məktəbindən «il-
ham aldığını» qeyd edir və Şükuhini üçüncü qrupa daxil edir.
Həm mərsiyə və mədhiyyələr, həm də qoşmalar yazmış,
mərsiyə və mədhiyyələri ilə ədəbiyyatımıza heç bir «yenilik
gətirməmiş», qəzəl və qəsidələrində nəzərə çarpan «əsas
yenilik» dildə «sadəlik, üslubda realizm ünsürləri» olmuşdur.
«Salma məni bu möhnəti-hicranə həmişə» qəzəlinin fars
tərkibləri olsa da, qəzəlinin dilinin sadə olduğunu, qəzəldə xalq
danışıq dilində işlənən ifadələr işləndiyini, orijinal fikirlər
söyləndiyini, təsvir və ifadə vasitələrinin bədiiliyinə «xüsusi
fikir» verildiyini, lirik əsərlərində gözəl təbiət təsvirləri olduğu-
nu, ictimai fikirlər də bu lirik əsərlərində yer tapdığını də-
yərləndirir.
Şükuhinin yaşadığı dövrdə M.F.Axundovun demokratik
ideyalarının təsiri altında ədəbiyyatda mənzum hekayə, epik
əsərlər, satira və sair kimi janrların inkişaf etməsi, S.Ə.Şirvani,
Mirzə Məhəmməd Bağır Xalxali kimi şairlərin bu yeni tələblərə
cavab verdiyini bildirən tədqiqatçı Şükühinin də bu yeniliklərə
biganə qalmadığını, əsrin tələblərinə cavab verən ictimai şeirlər
yazmasını, ictimai motivləri özündə əks etdirən epik əsərlər də
yazdığını bildirir. Epik əsərlərinin böyük bir qismini hekayələr
təşkil etdiyini, bu hekayələrin həcmcə qısa, bir səhifədən ibarət
Gülxani Pənah
306
olmasını qeyd edir: «Bunların məzmunu da hekayədən daha
çox lətifəyə yaxındır. Mövzunu ictimai həyatın müxtəlif sahə-
lərindən alan şair hər hansı bir hekayə-lətifəsinin axırında tərbi-
yəvi əhəmiyyəti olan bir nəticə verir. Bu hekayələrin bəzisi bir
neçə sətirlik lətifələrdən ibarətdir» (122, s. 36).
Azərbaycan dilində yazılmış hekayələrinin mənzum he-
kayələr olması, nağıl tərzində başlaması, Şirvaninin eyni janrda
yazılmış hekayələrini xatırlatsa da, bunların «daha qəliz» ol-
ması, onun öz başına gələn hadisələri «ümumiləşdirərək ma-
raqlı bir hekayəyə» çevirməsi, 500 misralıq «uzun bir mən-
zumədə Təbrizdəki ağır vəziyyətini və Marağaya köçmək əh-
valatını tam təfsilatı ilə» təsvir etməsini qeyd edir.
Həcvlərinin hamısını «ictimai satira nümunəsi» kimi qiy-
mətləndirmir, bəziləri ictimai səciyyə daşısa da, xoşuna gəlmə-
yən adamlara yazdığı həcvləri «ayrı-ayrı şəxslərə qarşı çev-
rilmiş parnoqrafik (həcvi-qəbih) səciyyədə yazılmış həcvlər-
dir» (122, s. 37)-deyir.
Mənzum hekayələrindən məzmun və bədii dəyəri ilə
seçilən «Münazireyi-əql və eşq» adlı dastanı “xüsusi yer tutur”,
burada əql ilə eşqin birləşməsi qayəsi irəli sürülür: «Atalar
bunu bacarmadıqları halda «oğullar» bacarırlar. Şair isbat edir
ki, Fərhad bu yol ilə getdiyi üçün, yəni həm əqli ilə Şirinin
məhəbbətini qazandığı, həm də eşqi ilə xariqələr yaratdığı üçün
tarixdə daha sərfəli ad çıxarmışdır» (4, s. 40).
Şükuhinin xalq şeirindən istifadə imkanlarını araşdırır,
onun bu sahədə Vaqif cərəyanını inkişaf etdirmiş olduğunu
qeyd edir: «məsələn, Vaqifdə, əsasən, iki hecalı şeirlərə təsadüf
etdiyimiz halda, Şükuhidə bunların növləri çoxdur. O, sonrakı
şeirimizdə az işlənən on hecalı şeirlər də yazmışdır» (122, s.
41). Heca vəznindəki şeirlərində Vaqif ruhu, Vaqif təsiri görən
tədqiqatçı şeirlərindən numunə gətirir və bu «yaxınlığı»
vurğulayır.
C.Xəndan XIX əsrin 90-cı illərinə qədər Cənubi Azər-
baycanda inkişaf etmiş Azərbaycan ədəbiyyatını səciyyələn-
Gülxani Pənah
307
dirmək nöqteyi-nəzərindən Şükuhinin yaradıcılığını dəyərlən-
dirir: «Bu, bir daha sübut edir ki, İran mürtəcelərinin müqavi-
mətinə baxmayaraq, xalq öz ana dilində gözəl şeirlərini yarat-
maqda davam etmişdir». Lakin bunun yaradıcılıq dövrünün
ümumi tələbləri nöqteyi-nəzərindən «məhdud» olması, bu
«məhdudiyyəti» dağıtmaq istəyi, tək-tək şairlərin cəhdlərinin
ədəbiyyatı lazımi yüksəkliyə qaldıra bilmədiyi qeyd edilir:
«Hər halda, Məhəmməd Bağır Xalxali kimi şairlərin 90-cı
illərdə bir az da qabağa gedərək ictimai məzmunlu «Sələbiyyə»
kimi əsərlər yaratmaları bu məhdudiyyəti pozmaq cəhdindən
irəli gəlmişdir» (122, s. 45).
Sonrakı dövrdə-XX əsrin əvvəllərində baş verən ictimai-
siyasi hadisələr, onun təsiri altında yaranan ədəbiyyat, yaranan
dram əsərləri, ana dilli mətbuatın əmələ gəlməsi, hekayə, felye-
ton janrlarının yayılması, Sabirin təsiri altında ictimai satiranın
güclənməsi, publisist romanların yazılmasını «bu məhdu-
diyyətin dağılması üçün atılan ilk addımlar» kimi dəyərləndirən
C.Xəndan bütün bu sadalanan sahələrdə fəaliyyət göstərən sə-
nətkarların Cənubi Azəbaycanda «az» olduğuna, irticanın orada
güclənməsindən bu meyllərin «kütləvi şəkil ala bilməməsin»ə
təəssüf edir: bununla belə, «Hər halda XX əsrin yeni siyasi,
tarixi və ictimai şəraitində başlanan yeniliklər klassik irsə qiy-
mət vermək fikrini də doğurmuş, bunun nəticəsində bu dövrdə
başqa sənətkarlarla birlikdə Şükuhinin divanının da Təbrizdə
nəşr edilmiş» olduğunu çatdırır (122, s. 45).
C.Xəndan 1905-ci il inqilabının Cənubi Azərbaycan və
İran həyatına təsirini, o dövrün tarixi-ictimai proseslərini təhlil
edir, xüsusilə Cənubi Azərbaycanda inqilabi hərəkatın iki isti-
qamətdə davam etdiyini bildirir: «Bunlardan biri XX əsr
şəraitində öz mürtəce səciyyəsi ilə daha çox nəzərə çarpan
feodal-patriarxal əleyhinə burjua demokratik inqilabi xarakte-
rində, digəri isə daha ciddi səciyyə daşıyan milli-azadlıq uğrun-
da mübarizə ruhunda olmuşdur» (122, s. 47). Bu iki şəkildə
gedən inqilabı hərəkatın 1905-ci il inqilabından sonra «qeyri-
Gülxani Pənah
308
mütəşəkkil və nəticəsiz» olduğu, hərəkata müəyyən plan da-
xilində mütərəqqi bir partiyanın rəhbərlik etməməsi, onu hərə-
kətə gətirən qüvvələrin müxtəlif olduğu, tərkibindəki inqilab-
çıların da buna «təsir etməsi» göstərilir. Bununla belə, İran
mürtəcelərinin zülmü Cənubi Azərbaycanda milli-azadlıq hə-
rəkatının gücləndirdiyini, xalqın qələbə naminə qalxdığı, Ru-
siya və Avropada gedən mübarizələr kimi qüvvətli olmasa da,
«hər halda islahat ideyası doğurmuş və bir sıra qeyri-
mütəşəkkil çıxışların baş verməsinə səbəb olmuşdur»-deyir
(122, s. 46).
Cənubi Azərbaycandan Şimali Azərbaycana və Rusiyaya
fəhlə axını, onların inqilabi təcrübələrdən keçib geri qayıdarkən
ona bənzər inqilabi çıxışlar törətməsi, bu mənada Cənubi
Azərbaycan və İran inqilabına Bakının güclü təsiri qeyd edilir.
1905-ci il dekabr ayında İranda mücahidlərin hərəkatının geniş-
lənməsi nəticəsində 1906-cı il avqustun əvvəllərində Şah fər-
manla məşrutə elan etməyə məcbur olur, həmin ilin oktyabrında
isə bir məclis açılır, məclisin əldə edilməsində Tehranın deyil,
Cənubi Azərbaycanın «həlledici rol oynadığı» bildirilir:
«birinci məclisdə Tehrandan cəmi bir vəkil (deputat) iştirak
edirdi. İran inqilabında azərbaycanlıların xüsusi rolundan
danışan A.K.Bartold aşağıdakı sətirləri yazır: «XX əsrdə İran
inqilabının əsas xadimləri Azərbaycandan çıxmışdır» (122, s.
47).
Tədqiqatçı İran inqilabı dövrüncdə yenicə formalaşan
fəhlə sinfinin «Əncüməni-əsnaf» adlı fəhlə hərəkatında birləş-
məsini və məşrutə həyatında fəal iştirak etməsini, onun proq-
ramında məqsəd və vəzifələrinin müəyyənləşdirilməsini diqqətə
çatdırır. Bu proqramda vəzifələr aşağıdakı kimi müəyyənləş-
dirilirdi: «1. İran məşrutəsi və Qanuni-əsasini mühafizə etmək.
2. Məclisə seçkilərdə sui-istifadəyə yol verməmək. 3. Əsnaf
sinfinin inkişafı üçün tədbirlər görmək.4. Ümumiyyətlə, əsnafın
mənafeyini müdafiə etmək» (122, s. 48). Bu həmkarlar
təşkilatını «xırda burjua səciyyəli bir təşkilat» bilir.
Gülxani Pənah
309
İran məclisinin ölkənin həyatında az-çox yeniliklər
etməsi, konstitusiyanı buraxaraq məclisin və əhalinin hüquq-
larını «müəyyənləşdirməsi», zəhmətkeş («avam») xalq kütlələ-
rinin heç bir nümayəndəsini təmsil etməməsi, burada ruhani-
lərin nüfuzunun kifayət qədər «güclü» olması, burada az da
olsa şah hüququnun «müəyyən dərəcədə çərçivəyə» alınması
(məclisin xaricilərə imtiyaz vermək məsələsini öz əlinə al-
mışdı), milli azadlıq uğrunda gələcəkdə «mübarizənin ilk
addımları» kimi dəyərləndirilir. Bu dövrdə nəzərə çarpan yeni-
liklərdən biri kimi özünü idarə təşkilatların (əncümənlərin)
yaranmasını göstərir. Təbrizdə 1906-cı ildə yaranan əncümənlər
yerli idarələrin üzərində nəzarət etdiyini, qiymətləri müəyyən-
ləşdirdiyini, bir sözlə, əncümənlərin ciddi fəaliyyətini görüb
şahzadə Məhəmmədəlinin onun fəaliyyətini dayandırmaq əm-
rini verməsi, xalqın narazılığı, xalqın kütləvi nümayişlər təşkil
etməsi nəticəsində Müzəffərəddin şahın öz oğlunun fərmanını
geri götürməyə məcbur etməsi açıqlanır.
Əncümənlərlə yanaşı, Təbrizdə, Rəştdə silahlı fədai dəs-
tələri yaranır, beləliklə, Səttarxan hərəkatı genişlənir, İran mür-
təceləri üçün qorxulu bir qüvvəyə çevrilir. Xalq içindən çıxmış
bir sıravi əsgər sərkərdə səviyyəsinə qalxır, «sərdari-milli ləqə-
bini alır, onun qəhrəmanlıq mübarizəsi «ədəbi mövzuya çev-
rilir». Səttarxanın inqilabi mübarizəsi Azərbaycan inqilabi
tarixi haqqında yazan yerli müəlliflərin əsərlərində «dərin izlər
buraxır», bu hərəkat inqilabın sonrakı dövrlərinə istiqamət
verir, sonradan baş verən hadisələr (Müzəffərəddin şahın
ölümü, Məhəmmədəli şahın taxta çıxması), tətillərin Makuda,
Culfada, Rəştdə, Ənzəlidə üsyanlara çevrilməsi, fəhlələrin tə-
tillərinin genişlənməsi, bir sözlə, Cənubi Azərbaycanda geniş-
lənməkdə olan inqilabi hərəkatın təsiri altında bütün İranda
böyük hərəkat»ın genişlənməsi xatırlanır. Şahın gözü
qabağında 114 əncümənin yaranması, ölkəni bölmək istəyən
İngiltərə və Rusiyanın gərgin vəziyyətdən təşvişə düşməsi, nəti-
cədə 1907-ci il 31 avqustda Peterburqda «İngilis-Rus» sazişinin
Gülxani Pənah
310
imzalanması araşdırılır: «Bu sazişə görə, İran torpağı üç hissəyə
bölünür: rus zonası, Azərbaycan da daxil olmaqla Şimali İran,
ingilis zonası Cənubi İran, arada da qalan üçüncü hissə isə
«bitərəf zona» adlanır» (122, s. 51). Xalqın bu sazişdən nara-
zılığı top-tüfənglə yatırılır. Güclənən xalq hərəkatı, bu hərə-
katın yatırılması üçün bütün irtica qüvvələrin Təbriz ətrafında
mərkəzləşməsi, Səttarxanın xaincəsinə öldürülməsi, onun
ölümündən sonra İranda irticanın daha da güclənməsi, xarici
müdaxiləçilərin öz siyasətini gücləndirməsi, Rusiyanın Azər-
baycanı, Xorasanı, Gilanı silah gücünə tutması, Təbriz əhlinin
Səttarxanın ölümündən sonra da silahı yerə qoymaması, həm
çar qoşunlarına, həm də Sücaüddövlə qoşunlarına qarşı «şəhə-
rin hər bir ev, küçə və məhəlləsi uğrunda» vuruşduğu bildirilir.
Belə gərgin mübarizələr dövründə 1911-ci ildə hakimiyyət İran
feodallarının əlinə keçir, birinci İran burjua inqilabı məğlub
olur, sonrakı hadisələr İranı müstəmləkə vəziyyətinə salır, bu
dözülməz vəziyyətə qarşı xalq üsyanları artır, partizan hərə-
katları genişlənir, bundan xarici və daxili irticaçılar narahatlıq
keçirir.
Türkmənçay müqaviləsindən sonra ikiyə parçalanmış
Azərbaycanın ədəbi prosesini tədqiq edən C. Xəndan bildirir ki,
bu müqavilədən sonra Şimali «Azərbaycan xalqının ədəbiy-
yatında M.F.Axundovdan sonra yeni ədəbiyyatın N.B.Vəzirov,
C.Məmmədquluzadə, Ə.Haqverdiyev, M.Ə.Sabir kimi nüma-
yəndələri XX əsr şəraitində bu məktəbi daha da inkişaf etdirib,
kütləviləşdirdikləri halda, Cənubi Azərbaycanda Axundovla
başlanan yeni ədəbiyyatın nümayəndələri görünmürdü. Ədəbiy-
yat aləmində çalışan sənətkarların çoxu köhnə ədəbiyyatın
çərçivəsindən kənara çıxa bilmirdilər» (122, s. 59).
Demokratik fikirlərin Cənubi Azərbaycanda yaranan ədə-
biyyatda «geriliyi», bu geriliyə baxmayaraq Şimali Azərbayca-
nın təsiri altında Cənubi Azərbaycanda yaranan yeni bir hərə-
katın başlanmasının «yeni ədəbiyyatın bünövrəsini» qoyması
tədqiqatçının diqqətini çəkir. Cənubi Azərbaycanda yeni ədə-
Gülxani Pənah
311
biyyatın yaranmasında M.F.Axundov və onun yaratdığı
«realizm ədəbi məktəbinin rolunu» xüsusi qeyd edir və bu yol-
da fəaliyyət göstərənləri «Axundovun şagirdləri» adlandırır.
Bununla belə fərqləri açır: «M.F.Axundovun Şimali Azərbay-
candakı şagirdləri ilə bunların arasında bir çox mühüm fərqlərlə
bir sırada dil məsələsi də nəzəri cəlb edir. Cənub şairlərinin fars
dilində yazmaları, onları geniş xalq kütlələrindən uzaqlaşdırdığı
halda, Şimal şairləri nəinki ədəbi Azərbaycan dilində, hətta
sadə ana dilində yazmağı öz qarşılarına məqsəd qoyaraq geniş
xalq kütlələrinə daha da yaxınlaşırdılar» (122, s. 59).
Tədqiqatçı Axundov və ondan sonra XX əsrdə yaranan
ədəbiyyatımızın «öz ideya məzmunu və şəkli yenilikləri ilə»
Cənubi Azərbaycan yazıçılarına «təsir»ini qeyd edir. Axun-
dovun ideyalarının XX əsr şəraitində «mütəşəkkil mübarizənin
başladığı bir dövrdə» daha geniş şəkildə İranda yayıldığı, 1872-
ci ildə M.M. Qaracadaği tərəfindən Axundovun külliyyatının
(komediyaları və «Aldanmış kəvakib» povesti-C.X) İran və
Cənubi Azərbaycan ədəbi mühitində «inqilab» yaratdığı söy-
lənir. Yazıçının «Aldanmış kəvakib» əsərini I şah Abbas döv-
ründən bəhs etsə də, «müasir İran hökumət dairələrinin da tam
ifşasına doğru yönəldilmiş bir satira» kimi dəyərləndirir: «Mü-
asir oxucu (XIX əsr oxucusu-G.P) şah Abbas dövründəki zülm
siyasətinin eynilə davam etdirildiyini gördükdə əsərə yalnız
tarixi bir əsər kimi yanaşa bilmirdi. Yusif Sərracın iş başına
gətirilməsi və onun simasında müəyyən dərəcədə xalqın qey-
dinə qalan bir hökmdarın təsvir edilməsi İran həyatında böyük
dəyişikliyin yaranmasını arzu edən sənətkarın qayə və əməlləri
idi» (122, s. 60).
M.F.Axundovun yaradıcılığında yeni əlifba uğrunda apar-
dığı mübarizə mühüm yer tutur. Əlifba haqqında ilk layihəsində
Axundov «ərəb əlifbasını islah etmək yolu ilə onu asanlaşdır-
maq fikrində idi» (119, s. 253). Bu layihənin Rusiya, İngiltərə,
Fransa, Almaniya, Türkiyə, İranda olan böyük mərkəzi şə-
hərlərdə dilşünas, şərqşünas alimlər arasında yayıldığı, təşəb-
Gülxani Pənah
312
büsün alqışlandığı, şərqşünas akademik Dorn Axundova yaz-
dığı məktubda bu layihəni «təqdir» etdiyi məlumdur (120, s.
252). Bu layihə İstanbulda qəbul olunmadıqdan sonra İstan-
buldan qayıdıb ikinci bir layihə tərtib edir: «bu layihə hərflərin
ayrı-ayrı yazılması yolu ilə erabi (saitləri) onlara daxil etmək
və nöqtələri tamamilə atmaqdan ibarət idi. Bu iki layihənin bir-
birindən fərqi ondan ibarət idi ki, birincidə hərflər bir-birinə
yapışıqlı yazıldığı halda, ikincidə ayrı-ayrı yazılırdı» (122, s.
253). M.F.Axundov məsələyə «ehtiyatla yanaşır”, hər ikisində
«köhnə müsəlman əlifbasının qrafikasını» saxlayır, bu layihə də
«rədd edilir». M.F.Axundov üçüncü bir layihə (avropalıların
qəbul etdikləri əlifbaya, yəni soldan sağa yazılıb oxunan və bü-
tün saitləri samit hərflər sırasına daxil olan, nöqtələrə ehtiyacı
olmayan bir əlifbaya keçmək üçün latın əlifbası qrafikası
əsasında yaratdığı layihə) tərtib edir, bu layihəyə də etinasızlıq
Axundovu “ruhdan salmayır” (119, s. 254).
Böyük maarifpərvər sənətkarın xalqın savadlanması üçün
ərəb əlifbasını dəyişdirmək istəyinə diqqəti çəkən C.Xəndan
onu ruhdan salmağa çalışan mürtəce qüvvələrə qarşı yönəl-
dilmiş, İran hakim dairələrinə, ölkədə kök salmış din, mövhu-
mat və mütləqiyyətə qarşı böyük zərbə vuran «Kəmalüddövlə
məktubları»nı dəyərləndirir.
Bu əsəri Axundov 1865-ci ildə Azərbaycan dilində yazıb,
Mirzə Yusif xanla fars dilinə tərcümə etmiş, 1874-cü il-də
Adolf Berje ilə birlikdə ruscaya çevirmişdir.
«Kəmalüddövlə məktubları»nın birincisində İranın
hazırki dövründən ətraflı «danışır», onun sosial şəraitinin
«bərbad bir vəziyyətdə» olmasını «tənqid» edir, eyni zamanda
«dövlət işlərinin hərc-mərcliyi, məhkəmələrin qanun adına
qanunsuz hərəkətləri, elm, ədəbiyyat və mədəniyyət» aləmin-
dəki «geriliyi» tənqid atəşinə tutur. Axundovun «Ey əhli-İran,
əgər sən nəşəyi-azadiyyətdən və hüquqi-insaniyyətdən xəbərdar
olsaydın, bizə übudiyyətə belə rəzalətə mütəhəmmil olmazdın,
kəsbi-elmə talib olub fəramüşxanalar açardın, məcmələr
Gülxani Pənah
313
yapardın, vəsaiti-ittifaqı dəryafət edərdin. Sən ədəddə və
istitaətdə despotdan bəməratib artıqsan, sənə ancaq yekcəhətlik
və yekdillik lazımdır. (Əvvəlcə revolyusiya edib übudiyyətdən
nəcat tapardın). Əgər bu həyət, yəni ittifaq sənə müyəssər ol-
saydı, özünə bir fikir çəkərdin və özünə puç əqaidin qeydindən
də, despotun zülmündən nəcat verərdin»-fikirlərini yada salır
(122, s. 61).
M.F.Axundovun Şərq və İran xalqlarının taleyi ilə maraq-
lanması «təsadüf» deyil, «ardıcıl» səciyyə daşıyırdı. Bədii
publisist yazılarından başqa yüzlərcə məktubunun böyük bir
hissəsi bu mövzuya həsr olunmuşdu. Məsləkdaşlarına yazdığı
məqalələrdə bu fikri «ardıcıl» idi, böyük mütəfəkkirin qızğın
fəaliyyəti «nəticəsiz qalmayır”, Cənubi Azərbaycanın qabaqcıl
nümayəndələri Axundovun əsərlərindən ilham alaraq feodal
quruluşu əleyhinə elmi, ədəbi əsərlər yazır, Mirzə Mülküm xan
(1833-1908), Ə.Talıbov (1855-1910), Zeynalabdin Marağayi
(1873-1910) M.F.Axundovun yolunu “davam etdirirlər”. Bu
şəxsiyyətlər haqqında sonrakı dövrlərdə tədqiqatçılar araş-
dırmalar aparırdı.
Mirzə Mülkum xan Parisdə şərqşünaslıq təhsili almış, M.
F.Axundovun yaxın dostlarından biri idi. «Şeyx və vəzir»,
«Məbdəi-tərəqqi», «Üsuli-təməddün», «Üsuli-adəmiyyət»,
«Politikahayi-dövləti» kimi əsərlərin müəllifi Mülkum xanı M.
F.Axundov «əsərlərinə görə qiymətləndirirdi» (119, s. 256).
Cəfər Xəndan Mirzə Mülküm xanın «Şeyx və vəzir» adlı
fəlsəfi əsərini M.F.Axundovun «Kəmalüddövlə məktubları»
üslubunda «mükalimə şəklində» yazdığını, İranın «geriliyini,
feodal-patriarxal həyatdakı ətaləti, hüquqsuzluğu şiddətli tənqid
atəşinə» tutduğunu açıqlayır.
Xalqın savadlanması üçün çalışan, rus dilindən bir sıra
elmi kitabları farscaya tərcümə etdirən, SSRİ EA-nın müxbir
üzvü Y.E.Bertelsin «yeni ədəbiyyatın banisi» adlandırdığı Əb-
dürrəhim Talıbovun «xalqı maarif və mədəniyyətə çağırmaq
işində» böyük işlər gördüyünü dəyərləndirir.
Gülxani Pənah
314
C. Xəndan böyük ictimai və elmi fəaliyyətlə məşğul olan
fars alimlərindən Şahzadə Cəlaləddinlə («Nameye Xosrovan»
adlı məşhur tarixi əsərin müəllifidir, əsərin əlyazmasını bir çox
alimlərə, o cümlədən M.F.Axundova da göndərmişdir)
M.F.Axundovun əlaqələrindən danışır. Müəllif bu kitaba yaz-
dığı müqəddiməsində müxtəlif ölkələrdə yaşayan alimlərə bu
kitabın bir nüsxəsini göndərib fikrini bilmək istəyir. Onlardan
biri də «əslən azərbaycanlı olub Tiflisdə yaşayan və Rusiya
məmləkətinin dövlət xadimləri, xüsusən, «Tiflis hakimləri ya-
nında böyük hörmətə malik olan Mirzə Fətəli Axundzadə» ol-
duğunu, ondan aldığı cavabı kitabın müqqədiməsinə əlavə etdi-
yini bildirir. «M.F. Axundov öz cavabında belə yazmışdı: «bu
kitabın mühəssanatı və gözəlliyi orasındadır ki, siz bu kitabda
fars dilini biganə sözlərdən tamamilə təmizləmişsiniz. Kaş
başqaları da sizin kimi etmiş olaydılar. Mən də çalışıram ki, öz
millətimi başqalarının cəngalından xilas edəm. Kaş üçüncü bir
qüvvə tapıla idi ki, neçə min illik ədalətli və yüksək keçmiş
olan və bu gün zavallı qalan xalqımızı bu yadellilərdən azad
edə idi, bir vaxt yer üzünün gülüstanı olub indi xərabazar olan
vətənimiz azad olaydı. Lakin bu azadlıq imamlıq və peyğəm-
bərlik adı ilə meydana atılanların əli ilə yox, hikmət və fəlsəfə
əsasında düşünən adamların fikri ilə icra edilə bilər» (122, s.
63).
Cəlaləddin M.F.Axundovun böyük dəyər verdiyi ziyalı
idi. Onun vaxtsız ölümündən mütəəssir olan M.F. Axundov ya-
zırdı ki, «Bir də cavan yaşlarında vəfat etmiş şahzadə Cəlaləd-
din mirzədir ki, mənimlə dostluq və yazışma binasını qoymuş-
du və məni sonsuz surətdə əziz tutardı. Əfsus ki, əcəl aman ver-
mədi ki, mənim bu fazil və yaxşı sifətləri, gözəl əxlaqı özündə
cəmlənmiş olan şahzadə ilə dostluğum bir az uzanaydı» (123, s.
9).
C.Xəndan M.F.Axundovun Cəlaləddinə ulu babalarımız
haqqında məlumat toplamağı məsləhət görməsini, İran aliminin
bu məsləhətə əməl etməsini, zərdüştilərin tarixi haqqında bir
Gülxani Pənah
315
alimdən aldığı məlumatı öz əsərinin müqəddiməsinə daxil et-
diyini bildirir.
Tədqiqatçılar 70-ci illərdə Axundovun bu fəlsəfi əsərin
nəşri ilə bağlı hind yazıçısı və alimi Manekçi-Limçi Sahib ilə
məktublaşdığını, «onun Tehranda yaşayan bu alimə iki məktu-
bu və şahzadə Cəlaləddin mirzənin vasitəsilə göndərilmiş bir
xitabı» olduğunu, xitabın 1971-ci ilin mayında, məktubların isə
1976-cı ilin yanvar və may aylarında yazıldığını, məktubların
xalqlar dostluğu ideyasını «təcəssüm etdirdiyini», Axundovun
Şərq xalqlarının tarixi ilə dərindən maraqlandığını, hind xalqına
məhəbbətini ifadə etdiyi bildirir. Axundovun «birinci məktu-
bunda Zərdüşt dinindəki məzhəbləri öyrənmək məqsədi ilə hind
aliminə bir neçə sual verib bunlara cavab göndərməsini ondan
xahiş edir...» (119, s. 258).
M.F.Axundov Cəlaləddinlə yaxın sirdaş idi. M.F.Axun-
dov «Nameyi-xosrovan»ı diqqətlə oxuyub əsəri yüksək qiymət-
ləndirir, «müəllifə əsərini daha da yaxşılaşdırmaq və təkmilləş-
dirmək üçün bəzi məsləhətlər» verir, o da məlumdur ki, «Cəla-
ləddin mirzə öz əsrinin məhz qabaqcıl fikirli ziyalısı olduğu
üçün M.F.Axundovun komediyalarının və «Aldanmış kəvakib»
povestinin azərbaycancadan farscaya tərcüməsini katibi
Məhəmməd Cəfər Qaracadağiyə tapşırmış və onun tərcümə-
lərini nəşr etdirmişdir» (119, s. 257).
Tədqiqatçı Axundovun cənub şagirdlərindən olan Zeyna-
labdin Marağayinin fəaliyyətinə diqqəti cəlb edir.
C.Xəndan İran inqilabının fars ədəbiyyatına təsirini, inti-
baha, yeniliyə səbəb olduğunu bildirir. Daima qəzəl-qəsidə yaz-
mış şairlərin ictimai mövzulara marağı, inqilabi hərəkatda
iştiraka meylliyini, xalqın mənafeyini müdafiə edən şairlərin
yaradıcılığında az da olsa satira və siyasi lirikaya üstünlük ver-
məsini, Əşrəf Gilani kimi klassik şeir çərçivəsindən çıxmağa
çalışan şairlərin vətənin «dərdlərini» qələmə alması, azərbay-
canlıların bu sahədə aktiv fəaliyyəti tədqiqatçı tərəfindən araş-
dırılır: «Bu dövr şairlərində mübarizə motivlərinin güclənməsi
Gülxani Pənah
316
kimi hallar da nəzər-diqqəti cəlb edirdi. Fars ədəbiyyatında
vəziyyət belə ikən İran inqilabının ələmdarları olan azərbay-
canlıların mütləqiyyətə qarşı nifrət və həyəcanı daha coşqun
idi» (122, s. 64).
İnqilabi hərəkatın şiddətləndiyi bir dövrdə şair Sərrafın
«Azərbaycan» məcmuəsinin səhifələrində nəşr etdirdiyi «Vəqti-
səhərdi» adlı şeiri «milləti-islamı» intibaha çağırırdı. Zansol
şəhərində çalışan Axundzadə Mərəndinin yaradıcılığına inqilabi
hərəkatın təsiri güclü idi. Cənubi Azərbaycanın kənd yerlərində
də Məhəmməd Heydəçi, Mirzə Qafar Zünuzinin «inqilabi
hərəkatdan ilham alıb, İran mürtəceləri və yerli mülkədarların
əleyhinə» yazdığı şeirləri vardır və C.Xəndan onları təhlil edir.
Zünuzinin:
Ərbaba bir deyən yox, bunlar nə macəradır,
Biz binəvaya axı bu zülm nə rəvadır,
Gəl, bir Zünuz içinə gör, nə xuda-xudadır,
Bir xərmənə ötürdün səkkiz supayi-xərman.
-misralarını bədii cəhətdən «zəif olsa da bu kimi şeirlərdə
mövzu və üslub cəhətdən bir yenilik duyulmaqdadır»,-deyir
(122, s. 65). Zünuzinin Təbriz inqilabçılarından Abbas Ağanın
xatirəsinə ithaf etdiyi, fədai dəstələrində iştirak etməyə, xalqı
qəti mübarizəyə çağırdığı şeirləri təhlilə cəlb edilir:
Arxadaşlar, qan tökün, ta cuşa gəlsin kainat,
Sabit olsun ta cahana bizdəki əzmü səbat.
Zillətə ümdə mürəccəhdir şərəfli bir məmat,
Millətə lazım deyildir beylə əfsürdə həyat.
Zülmü istibdad dövrü, dövri-yəc övhamıdır,
Arxadaşlar, qan tökün, qan tökməyin əyyamıdır
(122, s. 65).
Bu dövr mətbuatında Azərbaycan dilində satirik şeirlərin
dərci qeyd edilir. «Molla Nəsrəddin»ə məktub şəklində yazılan,
ruhanilərin iç üzünü ifşa edən «Suri-İsrafil»də çap olunan aşa-
ğıdakı misralar verilir:
Qafqazda dayan keçəndə bir az,
Gülxani Pənah
317
Məndən yetir, ey səba, be ezaz.
Çoxluca salam o biqərinə,
Tiflisdəki «Molla Nəsəddin»ə.
«Suri-İsrafil» (1907-1908) jurnalına «Molla Nəsrəddin»
jurnalının «güclü ədəbi təsiri» (68-53) olmuşdur.
Mir Cəlal yazır: «Tehranda Cahangir xanın (1877-1908)
redaktə etdiyi farsdilli «Suri-İsrafil» jurnalı C.Məmməd-
quluzadə və Sabirin təsiri ilə əsərlər yazan, Azərbaycan dilini
bilən və «Molla Nəsrəddin»i müntəzəm oxuyan Ələkbər Deh-
xudanın (1879-1956) yazdığı «Şeyxülislam əzasında «Molla
Nəsrəddin»ə təziyə» adlı azərbaycanca şeirini çap etmiş, İran
mətbuatına güclü ədəbi təsir göstərən bu məşhur gülgü
jurnalına səmimi məhəbbət duyğularını ifadə etmişdir» (68-85).
Yuxarıdakı misralar Dehxudanındır.
İran mürtəcelərinə qarşı «milli şüurun oyanması»nın ədə-
biyyatda «öz təsirini» göstərməsini araşdıran C. Xəndan Pərvin
xanım Etisaminin bu hissi ifadə üçün aradığı «yeni yollar» diq-
qətə çəkilir: «O, rəmzli, alleqorik şeirlər yaratmaqla öz
müasirlərindən fərqlənir. Onun məşhur «Eyb axtaran» şeiri mil-
li şüurun parlaq nümunəsi kimi qiymətləndirilə bilər. Bu şeirdə
öz doğma vətəni Azərbaycanı sevən bir sənətkarın ürək sözləri
oxunmaqdadır. Şairə Azərbaycanu tavus, İranı isə qarğa tim-
salında verir və çox mənalı bir tərzdə deyir:
Bir qarğanı yüz il aparıb Dəclədə yusan,
Bir şey dəyişməz onda, qalar rəngi qapqara.
Yolmaz sənin qanadını kimsə mənim kimi,
Etmiş gözəl qanad bizi min dərdə mübtəla.
Qarğa gözəl deyil, buna tavus neyləsin?
Cəhlin səni sürükləyir irad tutmağa (122, s. 66).
Çox az ömür sürən Pərvin xanımın farsca yazmış olduğu
şeirlərin bədii dəyəri, Əli Fitrət, Əbülqasim Lahutinin yaradı-
cılığı araşdırılır. 1887-ci ildə Kirmanşahda anadan olmuş Lahu-
tinin İranda, Cənubi Azərbaycanda Rza xan irticasına qarşı
yazdığı şeirlər, onun yaradıcılığının XX əsrdə baş vermiş «inqi-
Gülxani Pənah
318
lablardan qidalanmış və Şərq ədəbiyyatında yeni bir hadisə»
kimi qiymətləndirilməsi təbiidir: «Heç təsadüfi deyil ki, Böyük
Vətən müharibəsi dövründə Rza şah səltənəti tərk edər-etməz
Təbriz ədəbiyyatşünaslarından Məhəmmədluyi-Abbasi Lahuti-
nin seçilmiş əsərlərindən ibarət bir kiçik divanını nəşr etdir-
mişdir» (122, s. 67).
Cəfər Xəndan İranın inqilabçı şairi Mirzadə Eşqinin
(1893-1924) yaradıcılığını araşdırır, köhnə «dünyanı yıxmaq,
yeni dünya qurmaq istəyən şair», «İran ədəbiyyatında yeni
janrlar, yeni şeir növləri yaratmaqla» da yeniliyə səbəb şair
kimi dəyərləndirir. Eşqinin «Doğrudur, fars ədəbiyyatı bütün
dünyada öz gözəlliyi ilə məşhurdur. Lakin biz heç də məcbur
deyilik ki, əsrlər boyu çeynənmiş səbir və tərzdə yazaq. Bizim
ədəbiyyat nə qədər gözəl və bəyənilmiş olsa da, onu daha gözəl
etmək olar. Biz elə etməliyik ki, ədəbiyyatımız əvvəlkindən da-
ha da çox bəyənilsin» fikirlərini yada salır. Onu Azərbaycan
oxucularına sevdirən Axundovun «Molla İbrahim Xəlil kim-
yagər» komediyasından təsirlənib yazdığı «Həlvayi-füqəra»
komediyasını, Səttarxan hərəkatını öz əsərlərində tərənnüm
etməsini, 95 səhifəlik «Müntəxabatı»nın M.Mübariz tərəfindən
gözəl tərcüməsini, M.Soltanın kitaba yazdığı müqəddiməni,
ölümündən təsirlənən Azəroğlunun «Eşqi» şeirində həyəcanla
«yad edildiyini» bildirən tədqiqatçı «bütün bu göstərdiklərimiz-
dən aydın olur ki, inqilabi hərəkatın təsiri ilə İran və Cənubi
Azərbaycanda tamamilə yeni bir ədəbiyyat yaranmışdır. XX əs-
rin əvvəllərində bünövrəsi qoyulan bu yeni ədəbiyyat getdikcə
inkişaf edir, daha çox realizmə meyl edir. Şübhəsiz, İran şə-
raitində daha çox əzilən, milli hüququ tapdalanan Cənubi
Azərbaycan şairlərinin yaradıcılığında inqilabi hisslər daha
bariz şəkildə nəzərə çarpırdı» deyir (122, s. 68-69).
Ordubadinin «Farsca yazılmış klassik Azərbaycan ədə-
biyyatında azadlıq ideyaları» məqaləsindəki fikirlərə (Ordubadi
yazır: «Ümumiyyətlə, cənubi Azərbaycan ədəbiyyatı azadlıq
ideyaları əsasında qurulduğu üçün orada istismara qarşı etiraz,
Gülxani Pənah
319
üsuli-idarəyə qarşı ciddi, tənqidi münasibət, məmləkətin xəra-
bəliyindən şikayət, dövlətin və dövlət adamlarının zülmünə
qarşı ümümxalq nifrətini ifadə edən parçalara çox tez-tez rast
gəlirik») münasibət bildirən C.Xəndan «ümumi səciyyəsinə bu
cür qiymət verilən Cənubi Azərbaycanda yaranan ədəbiyyatda
sxolastik dini ədəbiyyatın da çox qüvvətli olduğu, bu ədəbiy-
yatın nəşrinin təqibə məruz qalmadığını, Kərbala hadisələri,
İmam Hüseynə həsr olunmuş şeirlərin «çoxluq təşkil etdiyini»,
onlarca şairin divanlarının «dini-sxolastik mövzulara» həsr
edildiyi, bununla belə nəşriyyat və hökumət tərəfindən dini ki-
tabların maneəsiz nəşrindən «istifadə edib dini başlıqlar altında
öz intim hisslərini bəzən də ictimai şeirlərini» nəşr etdir-
diklərini bildirir.
XIX əsrin birinci yarısında Cənubi Azərbaycanda mərsiyə
ədəbiyyatı geniş yayılmış, onun Raci, Qumri, Süpehri, Ahi,
Mirzə Həsib Qüdsi kimi nümayəndələri olmuş, çoxlu sayda
mərsiyə kitabları yazılmışdı: «Bunun əsas səbəbi odur ki,
cəmiyyətin hakim feodal-mülkədar sinifləri və ruhanilər öz
hakimiyyətlərini qorumaq, xalq kütlələrini məhkum vəziyyətdə
saxlamaq üçün mərsiyə ədəbiyyatından, məhərrəmlik təziyədar-
lığından geniş istifadə edir və bunları inkişaf etməkdə olan
yeniliyə, yəni demokratik mədəniyyətə qarşı bir irtica kimi
alovlandırmağa çalışırdılar. Məhərrəmlik təziyədarlığı və onun-
la əlaqədar yaranan mərsiyə ədəbiyyatı Azərbaycan xalqının öz
həyatından, onun milli zərurətindən doğmamışdır. Bu ədəbiyyat
onun ruhuna zidd və yabançıdır» (119, s. 18). Mərsiyəçiliyin
dini ayin olan məhərrəmlik təziyədarlığı ilə «əlaqədar» olduğu,
təziyədarlığı ilk dəfə şiə hökmdarlarının «öz siyasətlərinə»
uyğun olaraq ortalığa atdığını, onların əli ilə «süni surətdə
Azərbaycan xalqına» bağlanıldığını, ruhanilərin gəlir
mənbəyinə çevrildiyini, bu mərsiyəçiliyi Axundovun İranın
zərərli bir təsiri kimi pisləmiş olduğu, bu ədəbiyyatın realist
ədəbiyyata «zidd» mahiyyət daşıdığı, M.F.Axundovun,
H.B.Zərdabinin, N.B.Vəzirovun simasında maarifçilik və de-
Gülxani Pənah
320
mokratik ideyalar gücləndikcə mərsiyəçiliyin onlara qarşı öz
müqavimətini «gücləndirdiyi», buna görə də realistlərin «kəs-
kin tənqidi ilə qarşılandığı» məlumdur (119, s. 18).
C.Xəndanın araşdırmalarında Məhəmməd Ağa Hüsnanın
divanı da vardır. Divan «Mərsiyələr» adlansa da, «içərisində öz
zəmanəsindən şikayət əhval-ruhiyyəsini tərənnüm edən
misralar» diqqəti çəkir:
Yenə zəmanədə asari-qəm hüveydadır,
Qəmü müsibəti möhnət nişanı peydadır.
Yaxud: həmin şair qəzəllərinin sonunu dini mövzu ilə
bağlasa da, onlar bütünlüklə eşq və məhəbbətdən bəhs etmədə-
dirlər.
Həmişə bülbül edər arizu bahar olsun,
Gülün təravəti gülşəndə payidar olsun.
Yaxud:
Canıma salmış şərarə eşqi-pünhanın sənin,
Olmuşam pərvanə san nar içrə suzanın sənin.
Belə şairlərin qəzəlləri, yuxarıda gördüyümüz şəkildə yarı
dini, yarı lirik şəkildə olur» (4, s. 70). Dediklərinin isbatı üçün
Razi yaradıcılığına müraciət edir, dəlillər gətirir və gəldiyi təd-
qiqatçı qənaətini söyləyir: «belə şairlər dövlət və nəşriyyat ida-
rələrini kitabın adı ilə aldatmağa çalışsalar da, əsərlərində icti-
mai məzmun vermədikləri üçün XX əsr şəraitində elə bir böyük
qiymətə malik deyildilər. Şübhəsiz, bu kimi şairlər, bütün di-
vanlarını tamamilə dini mövzulara həsr edən Safi kimi şairlərə
nisbətən irəli doğru bir addım fərqlənirdilər» (122, s. 71).
Tədqiqatçı XX əsrdə bir sıra klassiklərin əsərlərinin də
nəşrinə (Şükuhi, S.Ə. Şirvani, Sabir, Dilsuz) «təsadüf» olundu-
ğunu deyir. XIX əsrin ikinci yarısında yetişən XX əsrdə də
sevilə-sevilə oxunan Aciz Sərabi və Dilsuzun adlarını xüsusilə
çəkir. Aciz Sərabinin 1856-cı ildə Təbrizdə nəşr olunan divanı
XX əsrdə «Neqaristane-Dara» təzkirəsindən gətirilən aşağıdakı
sözlərlə çap edilmişdi: «Ürəyi şövq və atəş ilə dolu, gülbəsi eşq
alovları ilə odlanmış, dimağı məhəbbət şurindən şöləvərdir. O,
Gülxani Pənah
321
pərişan sünbüllərlə oynar və xəyalı pərilər əlində pərişan olar»
(122, s. 71).
«Divanına əsas etibarilə qəzəl və qəsidələri daxil edilmiş,
aşıq şeiri səpkisində yazdığı əsərlərinə isə çox cüzi yer veril-
mişdir ki, bu da şairin həmin formada az yazmasından deyil,
divan tərtib edənin aşıq poeziyası tərzində yazılan şeirlərə əhə-
miyyət verməməsindən irəli gəlmişdir» (119, s. 79).
Acizin «səlis dil»inin və obrazlı təfəkkürünün XX əsr
şairlərinin çoxuna «təsirini» qeyd edir. Xalq ədəbiyyatı tərzində
yazdığı gəraylıları tədqiqata çəkir.
Yar niqabın salır yana,
Şövqi düşür bu cahana.
Deyin xurşidi-tabana,
Bu aradan qədəm çəksin.
İnsan gözəlliyini tərənnüm edən şeirlərin realist ədəbiy-
yatın başlanmasına «təsirsiz» qalmadığını bildirən tədqiqatçı
zəmanəsindən şikayət dolu şeirlər də «ictimai şeirlər yazan
şairlərə təsirsiz qalmırdı»-deyir.
Firidun bəy Köçərli Acizin həyatı və bədii fəaliyyəti ilə
bağlı məlumatlarında onun divanı, qəsidələri, qəzəlləri, mü-
xəmməs və mürəbbeləri haqqında məlumat verir, onun öz əs-
rində Azərbaycanın məhşur şairlərindən biri olduğunu deyir:
«Onun bir çox mətin və abdar şeir və qəzəlləri vardır ki, məna-
dan xali deyil...» (124, s. 252).
Dilsuz yaradıcılığına diqqəti cəlb edən Cəfər Xəndan
«Təbriz tarixi»nin müəllifi Şahzadə Nadir Mirzənin fikirlərini
yada salır. Nadir Mirzə yazır: «Dilsuzun divanının Azərbaycan
xalqı içərisində misilsiz bir yeri var. Onun divanı on bir dəfə
çap olunduğuna baxmayaraq, yenə də tapılmır. Tarixdə bədii
ədəbiyyat sahəsində ana dilində yazılan sənət əsərləri həmişə
belə gözəl, xoşbəxt və ali tale sahiblərinin olmuşdur».
Tədqiqatçı Cəfər Xəndan onun obazlı təfəkkürünü dəyər-
ləndirir. Divanından gətirdiyi
Ya rəb, bu nə qəmdi çarə olmaz,
Gülxani Pənah
322
Bir çarə bu ahi-zarə olmaz.
Aləmləri yandırıb bu möhnət,
Nərgiz əsəri-şərarə olmaz
parçasını Dilsuzun «obrazlı təfəkkürünün» bir nümunəsi kimi
dəyərləndirir (122, s. 72).
C.Xəndan XX əsr ədəbiyyatının inkişafında mətbuatın da
müəyyən rol oynadığını qeyd edir. Təbrizdə inqilab başlanan
dövrdə nəşrə başlayan satirik «Azərbaycan» məcmuəsini
yüksək qiymətləndirir.
Hələ keçən əsrdə Mir Cəlal 1906-cı ildə nəşrə başlayan
1907-ci ilin sentaybrına qədər fəaliyyətini davam etdirən jur-
nalın «birinci nömrəsində təsir və hörmət əlaməti kimi Molla
əminin şəklini» verdiyini, «Azərbaycan» jurnalının «öz qurulu-
şuna, bədii tərtibatı, üslubu və ideya-istiqamətinə görə» «Molla
Nəsrəddin»ə çox «yaxın» olduğunu deyir: «Çap etdirdiyi felye-
tonlarda Cəlil Məmmədquluzadənin, satirik şeir və mənzu-
mələrdə Sabir və Əli Nəzmi poeziyasının təsiri aydın hiss olu-
nur. Canlı mükalimə və müsahibə formasında yığcam yazılar,
xalq ədəbiyyatından istifadə üsulları baxımından «Molla Nəs-
rəddin»in mühərrirlik sənətkarlığı və satirik priyomları, gülməli
karikaturaları bu jurnalda xüsusilə diqqəti cəlb edir. İnqilabi
ideyaların təbliği, Səttarxan hərəkatının bədii əksi, mütləqiyyət
və şahlıq rejiminin kəskin tənqidi, dil-üslub sadəliyi baxımın-
dan da «Azərbaycan» öz ustadına bənzəyirdi» (68-58). C. Xən-
dan XIX əsrin ikinci yarısından Təbrizdə yeni üsullu mətbənin
«böyük bir yeniliyə» səbəb olduğunu, hələ əllinci illərdən bəzi
işlər görüldüyünü vurğulayır. Məşədi Rza Hacı Əhmədoğlunun
mətbəəsində 1856-cı ildə «Dərbəndnamə» və «Qarabağnamə»
adlı əsərləri çap edilir, «Əxlaqi hekayələr» adı altında dərc
edilən əfsanəvi təmsillər, tərbiyəvi hekayələr Cənubi Azərbay-
can «oxucularına çatdırılan ana dilində yazılmış ilk sadə nəsr
əsərləri» olur: «Cənubi Azərbaycanda əsrlər boyu əlyazması və
daş basması ilə nəşr edilən əsərlər mənzumələrdən ibarət oldu-
ğunu nəzərə alsaq nəsr ilə yazılmış əsərlərin nəşrini bir yenilik
Gülxani Pənah
323
kimi» qiymətləndirməkdə haqlıdır (73). Bu əsərlərin dili və
üslubu üzərində araşdırmalar aparır. XIX əsrin ikinci yarısından
etibarən dərs kitablarının yaradıldığı, mədəni-maarif sahəsin-
dəki yenilikləri araşdıran tədqiqatçı 90-cı illərdə Təbrizdə nəşr
olunan «Xəmseyi-ədəbiyyə» dərs kitabını dəyərləndirir. Amma
ana dilində Cənubi Azərbaycanda kitabların nəşrinin çətinliyi
ucbatından dövrün qabaqcıl adamlarının (dərs kitabı müəllifləri
Mirzə Kazım Əsgərzadə, Hacı Seyidrza Mirzəzadə, Mirzə
Həsən Rüşdiyyə) öz fikirlərini yaymaq üçün bu taya gəlib
fəaliyyət göstərdiyini yazır.
Mirzə Kazım Əsgərzadənin «Elmi-hesab», «Farsi sərfü
nəhvi», «Bəlağət elmi» və s. əsərlərinin adlarını çəkir, ibtidai
məktəb üçün tərtib etdiyi dərsliklərin «sadə parçaları» ilə nəzəri
«cəlb etdiyi», bu gün də dərsliklərimizə salındığı qeyd edilir:
«Mirzə Kazımın:
Oğlum, oğlum, naz oğlum,
Dərsindən qalmaz oğlum.
kimi dilcə sadə, ruhca ibtidai məktəbə uyğun parçaları onun
görkəmli pedaqoq olduğunu göstərir» (122, s. 74-75).
M.H.Rüşdiyyənin «ana dilində dərs kitabları yaratmaqla
yanaşı, həmçinin ictimai-pedaqoji fəaliyyəti də» dəyərləndirilir:
«fars dairələrinin ciddi müqavimətinə baxmayaraq, ana dilində
məktəb açmaq və dərs kitabları yaratmaq işində Rüşdiyyənin
mübarizəsi ardıcıl olmuşdur. Dövrünün qabaqcıl adamlarından
olan Rüşdiyyə M.F.Axundovun yeni əlifba təlimini öz
həmyerlilərinə nisbətən daha dərindən başa düşmüş, hələ gənc
yaşlarında ərəb əlifbasının tədris işinə böyük əngəl olduğunu
hiss etmişdi» (122, s. 75). Onun həyat və fəaliyyətini araşdıran
tədqiqatçı «Bidayətüt-təlim», «Kifayətüt-təlim», «Nəhsyətüt-
təlim», «Təkmilüs-sərf», «Təhsili-hesab», «Əlifbayi-sovti» ad-
larıyla tanınan 17 əsəri, mənalı nəsihətləri, tərbiyəvi əhəmiyyəti
olan hekayələrini təhlil edir, təmsilləri ilə bağlı araşdırma-
larında dilinin sadəliyi, mənaların aydınlığı haqqında dəyərli
fikirlərini söyləyir.
Gülxani Pənah
324
Təbriz teatrının 1945-1946-cı illərdə xüsusilə inkşaf et-
diyi, burada M.F.Axundovun, N.B.Vəzirovun, Ə.Haqverdiye-
vin, C.Məmmədquluzadənin, S.S.Axundovun, C.Cabbarlının
əsərləri, sonralar yerli dramaturqların əsərlərinin müvəffəqiy-
yətlə oynanıldığı bildirilir. Rza Vaizi patriarxal həyatı tənqid
edən «Cəhalət qurbanı», «Tükənməz xəzinə» dramlarını yazır.
İlk dəfə qızını səhnəyə çıxartdığı üçün təqib olunur, əsərləri
1919-1920-ci illərdə müvəffəqiyyətlə oynanılır. Tədqiqatçı
dramaturgiya ilə müntəzəm məşğul olan Rzaquluzadə Şərqlinin
fəaliyyətini yüksək qiymətləndirir: «O, 20-ci illərdə Bakıda
təşkil olunmuş Tənqid-təbliğ teatrında oynamış və tamaşaçılar
onun «Pul, yoxsa Allah» əsərini görmüşlər. Köhnə cəmiyyətin
çirkinliklərini, pula həris olan insanların faciəsini, ailələrin bu
üzdən dağılmasını göstərən bu əsər Təbriz səhnəsində ən çox
müvəffəqiyyət qazanan pyes olmuşdur» (122, s. 83). Şərqlinin
«Cinayət», «Quqquluqu», «Dəlilər yurdu», «Bərgün bəlası»
kimi pyesləri ilə yanaşı «Mirzə Rza Kermani» tarixi dramının
adını çəkir. Eyni zamanda dramnəvislərdən Mirzə Cabbar
Əsgərzadənin «Noi-Bəşər», «Çadranın mühəssənatı»,
«Müəllimlər həyatı», Məhəmmədəli Rüşdinin «Fərhad və
Şirin», Hilal Nasirinin «Mirzə Tağı xan əmiri-kəbir», Səməd
Övrənginin «Muğan gəlini» əsərləri, tiryək və köhnə adətlər
əleyhinə yazılan «Əyyaşlıq», «Mirzəbacı məktəbi» pyesləri də
nəzər-diqqəti “cəlb edir”: «Azərbaycan dilində yazılan və
müntəzəm surətdə səhnədə göstərilən bu əsərlər İran hökumət
dairələrinin nəzərini cəlb etməyə bilməzdi... Rza xanın iş başına
keçməsi Təbriz artistlərinin vəziyyətini daha da çətinləşdirir.
Onun hakimiyyəti dövründə teatrın binası alınıb anbara çevrilir.
Azərbaycan dilində əsərlərin oynanılmasına icazə verilmir.
«Arşın mal alan», «Məşədi İbad», «Əsli və Kərəm» kimi
məşhur əsərləri belə artislər fars dilinə tərcümə edib oynamağa
məcbur olurlar» (122, s. 83).
Gördüyümüz kimi, Cəfər Xəndan bu dövrdə Cənubi
Azərbaycan xalqının ictimai-siyasi həyatını, ədəbi mühitini,
Gülxani Pənah
325
mətbuatın inkişafını diqqətlə izləmiş, geniş araşdırmalar apar-
mış, dəyərli fikirlər söyləmişdir. Bu dövr maarifpərvər qüv-
vələrin Cənubi Azərbaycan xalqının ədəbiyyatına, həyatına
biganə qalmadığını göstərmişdir. Axundovdan üzü bəri yetişən
maarifpərvər qüvvələrin böyük ciddi-cəhdlə xalqın savadlan-
ması, elmin, təhsilin, mədəniyyətin, ədəbiyyatın, mətbuatın
inkişafında bütün çətinliklərə sinə gərərək fəaliyyət göstərməsi
araşdırılır, Şimali Azərbyacanda ədəbiyyat, mədəniyyət
sahəsində yetişən ziyalıların rolunu düzgün qiymətləndirmiş,
onların bu sahədə rolunu təsdiq edən böyük bir dövrün tarixi-
mədəni-ədəbi prosesini tədqiq etmişdir. İlk dəfə Axundovun
Yaxın Şərq, xüsusilə İran, İran Azərbaycanın inkişafı sahəsində
fəaliyyəti, o dövrün ədibləri olan yuxarıda adlarını çəkdiyimiz,
ədəbi ictimai fəaliyyəti araşdırılmış maarifpərvər qüvvələrin
həyat və yaradıcılığı, yetişdiyi mühit, onların inkişafında Şimali
Azərbaycan ziyalılarının rolu Cəfər Xəndanın tədqiqatlarında
geniş yer tapmışdır.
Dostları ilə paylaş: |