Жяфяр хянданын aзярбайжан ядябиййатына



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə20/35
tarix03.04.2017
ölçüsü4 Mb.
#13209
1   ...   16   17   18   19   20   21   22   23   ...   35

ədəbiyyatşünaslarının Möcüzə «Cənubi Azərbaycanan Sabiri» 

dediklərini, burada müəyyən qədər həqiqət olduğunu, onlar 

arasında «yaxın və uyğun» cəhətləri təsdiq etməklə yanaşı 

tədqiqatçı  Cəfər Xəndan «sənətkarlıq nöqteyi-nəzərindən» 

Sabiri Möcüzdən qat-qat yüksəkdə görür. Şimali Azərbaycanla 

Şəbüstərin yaşadığı ictimai-siyasi vəziyyəti müqayisə edən 

tədqiqatçı  «əsrin tələblərinə cavab vermək, dövrün qabaqcıl 

ideyalarını qavramaq işində  də Sabir müqayisə olunmaz 

dərəcədə qabaqda idi. Bilavasitə proletar Bakısı ilə  təmasda 

olan və sonralar burada yaşayan Sabir, inqilabi hərəkatın 

doğurduğu məsələləri  əks etdirmək, yaradıcılığında dövrün ən 

qabaqcıl sinfinin bədii surətini yaratmaq şərəfinə nail olmuşdu 

ki, bu cəhətləri biz Möcüzdə görmürük»-deyir və bunun səbəbi-


Gülxani Pənah 

 

 



337 

ni «Sabirin yaşadığı Şimali Azərbaycanın o zamankı siyasi-ic-

timai vəziyyətilə Möcüzün yaşadığı  vəziyyət»in  «eyni» 

olmadığında görür (29, s. 295). 

Mir Cəlal da onu «Molla Nəsrəddin» jurnalına, Sabirin 

şeirlərinə xüsusi diqqət göstərən, Cənubi Azərbaycanda Sabir 

ədəbi üslubunu davam etdirən, demokratik ruhlu, sadə ana 

dilində yazan qüvvətli bir şair kimi dəyərləndirir: «Möcüz Şə-

bustər kimi kənar, unudulmuş bir guşədə yaşasa da, əsərlərinə 

görə çox təkfir və təhqirə uğrasa da, iradəsi qırılmamış, həmişə 

Sabir cəsarəti və sayıqlığı ilə yazmışdır. Məişətin  ən xırda 

məsələlərindən (küçənin palçığı, samovar xərci, çiçək və qızılca 

xəstəliyindən  şikayət) tutmuş  ən böyük ictimai məsələlərə,  ən 

zəruri siyasi hadisələrə  qədər (Məhəmmədəli  şahın irticası, 

varlıların mədəni tədbirlərə qarşı durması, ağır vergilər, Birinci 

Dünya müharibəsində alman imperializminin törətdiyi qırğın və 

təcavüzlər…) geniş mövzu dairəsi Möcüzün əsərlərində xüsusi, 

məzəli bir üslubda əks olunmuşdur» (68). 

 Möcüzün  1945-ci  ilə  qədər yaradıcılığının «milyonların 

malı ola bilmədiyini», Möcüzün şeirlərinin xalq içində 

yaşadığını, şairin əsərləri çapa hazırlanarkən, oxucuların şeirləri 

çap üçün göndərdikləri Azərbaycanda Sabir kimi Möcüzün də 

«geniş xalq kütlələri tərəfindən sevildiyini göstərən bir dəlil» 

kimi tədqiq edilir. Hər iki şairin yaradıcılığında nəzərə çarpan 

ümumi cəhətləri qeyd edir, hər ikisinin ağır həyatı, yoxsulluq 

və ehtiyac içində yaşamalarına baxmayaraq «bədbin» 

olmadıqları», axıra qədər nikbinlik onları birləşdirən  əsas 

sifətlərdən biri» (9-296), hər ikisində «yumor və satira»nın 

«əsas», «kəskin satira ilə  dərin siyasi lirika»nın bu iki sənət-

karın yaradıcılığında nəzərə çaran «xüsusiyyətlər» olduğu, hər 

ikisinin satirasında  «az sözlə çox fikir ifadə etmək, kiçik epik 

səhnələr və tiplər yaratmaq» xüsusiyyətləri, «gələcəyə inam» 

kimi oxşar cəhətlər  araşdırılır və tədqiqatçı «bütün bu saydığı-

mız xüsusiyyətlər tarix etibarilə Sabirdə daha əvvəl başlan-

dığından, biz Möcüzü onun şagirdi kimi qiymətləndirə bilərik. 


                                                                                      Gülxani Pənah 

 

 



338

Heç təsadüfi deyil ki, Möcüz öz tərcümeyi halında: «Mən gərək 

xalqımı Sabir kimi ayıldam»-demişdi»-deyir (29, s. 296). 

Sabirin Möcüz kimi sənətkarlara təsiri, Sabirə nəzirə ya-

zan bu insanlar içində onun «Sabir təsirini daha geniş mənada 

tətbiq etmiş» olduğu, ondan daha çox, daha müntəzəm və 

mənalı bir şəkildə yararlandığı, Sabirə yüksək qiymət verdiyi, 

Şeyx Mahmud Şəbüstəri, Firdovsi, Xəyyam, Sədi, Nizami, 

Xaqani, Saib Təbrizi kimi klassik ustadlarla yanaşı Sabiri də 

yad etdiyi, Sabirə daha çox yaradıcılığında yer verdiyi açıq-

lanır. Bu mövzuda şeirini təhlil edir: «Möcüz üçün Sabir bu sə-

nətkarların bəzisindən daha yüksəkdir. O, həmin şeirində bun-

ların bəzisinə bir, bəzisinə iki misra həsr etdiyi və ya bəzilərinin 

ancaq adlarını  çəkdiyi halda, Sabirə xüsusi bir bənd ithaf edir 

və barəsində başqa şeirlər də yazır» (126, s. 297). 

Möcüzün Sabir yaradıcılığından istifadə  şəkillərini 

araşdırır. Onun Sabirin yaradıcılığına «qiymət verməsi», «nəzi-

rələr» yazması, öz satiralarını Sabir üsulunda, «lakin orijinal bir 

şəkildə» yaratdığı qeyd edilir: «Möcüzün nəzirələrində Sabir 

təsiri dərhal nəzərə çarpdığı halda, başqa hallarda bu təsiri açıq 

görmək mümkün deyildir. İlk baxışda oxucuya elə gəlir ki, belə 

hallarda Sabir təsiri yoxdur. Ancaq diqqətlə  tədqiq etdikdə bu 

təsiri tapmaq, hər iki şair arasındakı yaxınlığı görmək mümkün-

dür» (29, s. 297). 

Onların mövzu cəhətdən yaxınlıqlarını görən tədqiqatçı 

Sabirin «A şirvanlılar» rədifli  şeiri ilə onun «Şəbüstərlilər» 

şeirini yaxın görsə  də «vəzn, qafiyə, rədif, ifadə  tərzi, tənqid 

üsulu başqa-başqadır»,-deyir, onları «yaxınlaşdıran cəhətləri» 

araşdırır, təhlillər, müqayisələr aparır. Möcüzün «Sabirin bədii 

üsul, təsvir və ifadə vasitələri»ni də «öyrənmiş» olduğu qə-

naətinə gəlir.  

Tədqiqatçı Kamran Məmmədov Cəfər Xəndanın fikirlə-

rini təsdiqləmiş olur: «Şair bəzən də Sabirin «A şirvanlılar» 

şeiri ruhunda «şəbüstərli dadaşlar»ına «Sizə  mən neyləmi-

şəm»lə müraciət edir, təmiz adamlığını «isbata» çalışır, «xəl-


Gülxani Pənah 

 

 



339 

qidən rüşvət alıb, kisəmi doldurmamışam» söyləyir, fikri-

zikrini zəhmətkeş xalqın ayılmasına kömək olduğunu dəfələrlə 

bildirirdi və bu məqsəd üçün də  ən təsirli vasitəyə-gülüşə 

müraciət etdiyini yazırdı» (128, s. 215). 

 Möcüzün  yaradıcılığının  əsas xüsusiyyətlərini tədqiq 

edən C.Xəndan onda «rəngarəng» yaradıcılıq, «intim lirikadan 

siyasi lirikaya, qəzəldən satiraya doğru inkişaf» görür. Hansı 

ildə  ədəbi fəaliyyətə başladığı  məlum olmayan şairin 1907-ci 

illərdə  Təbrizdə  nəşrə başlayan satirik «Azərbaycan» jurnalı 

səhifələrində imzasız  şeirlər yazan şairlər sırasında olduğunu 

ehtimal edir: «Üslub etibarilə Möcüzün şeirlərini xatırladan və 

Sabirin qüvvətli təsiri altında qalan bu şairlərin  əsərləri «öz 

xalqını ayıltmaq üçün» vətənə qayıtmış, vətənə qayıdan gündən 

xalqın ağır vəziyyətini görüb «növhəxanlığa» başlamış bu 

şairin nəzərindən qaça bilməzdi. Bu jurnal Möcüzün üslubuna 

yaxın olduğundan ehtimal ki, ilk nömrələrindən ona şeirlər gön-

dərmişdir» (29, s. 301). 

Bununla belə, o, ədəbi fəaliyyətə “daha əvvəldən baş-

lamış”, lirik qəzəllər yazmış, klassik şeirimizdə  ənənə  şəklinə 

düşmüş olan təsvir ifadə vasitələri və mövzulardan «irəli gedə 

bilməmiş», bu janrın köhnəldiyini başa düşdüyü üçün ondan 

uzaqlaşmağa çalışmış, öz maarifçi-demokratik fikirlərini ifadə 

etmək üçün «yeni formalar» axtarmış, «Molla Nəsrəddin» və 

Sabir «ona kömək  əli» uzatmış, bu yeni yolda da o, tamamilə 

qəzəl şeir formasından «əl çəkməmişdi».  Onun yaradıcılığında 

«intim lirika ilə satiranın birləşməsi  şəklinə» rast gəlinmənin 

səbəblərini araşdırır. Cənubi Azərbaycanda M.F.Axundovun, 

Q.B.Zakinin, S.Ə.Şirvani kimi maarifçi-realist şeiri inkişaf etdi-

rən şairlərin çox az olmasını, orada qəzəl janrı ən çox yayılmış 

şeir növü olduğu, xalqın öz fikirlərini xalqa çatdırmaq üçün bu 

ənənədən istifadəsi (S.Rüstəmin Böyük Vətən müharibəsi 

dövründə  Təbrizdə olarkən bu formadan istifadə etdiyini 

xatırladır) qeyd edilir və Şəbüstəri yaradıcılığında da qəzəl for-

ması «şairin fikirlərini yaymaq üçün bir vasitə» olduğunu deyir: 


                                                                                      Gülxani Pənah 

 

 



340

«Belə «qəzəllərin» ilk misra və yaxud ilk beytlərini oxuduqda 

oxucuya elə gəlir ki, eşqdən, məhəbbətdən bəhs edən intim bir 

şeir nümunəsidir.  İlk misralardan sonra isə tamamilə başqa 

mənzərəyə rast gəlirik» (29, s. 302). Aşağıdakı misraları 

nümunə gətirir: 

Danışmaz bülbüli-şeyda, gülüstan olmayan yerdə, 

Könül şad olmaz hərgiz bağü bustan olmayan yerdə. 

...Deyirsən saqiya, hacı gülür Paris şəhərində, 

Məgər ağlar bəni-adəm, müsəlman olmayan yerdə?  

 

   (29, 


s. 

302). 


 

Göründüyü kimi, ilk iki beyt lirika, sonrakı isə satira 

nümunəsidir» (29-302). Sonralar bu üsulun da Möcüzü təmin 

etmədiyi, qəzəl janrında öz fikrini ifadə etmədiyi, «bu janrın 

tələblərini «pozduğu» 14-16 misradan ibarət qəzəlin Möcüz 

yaradıcılığında 40-50 misraya çatdığını deyən tədqiqatçı «belə-

liklə, o, qəzəl deyil, tamamilə başqa bir janr yaratmış olur». 

«Saqi,  əcəb zəmanədə  gəldik cahanə biz»-misrası ilə başlanan 

qəzəlində şairin «dünya xalqlarının sülhə həsrət qalmalarından, 

müharibə  nəticəsində yolların bağlanıb ticarətin dayanmasın-

dan, Rusiya malının birə on bahalanmasından, öz həmyerliləri-

nin dilənçi vəziyyətinə düşmələrindən, dövlətlilərin insafsızlı-

ğından və sairə bu kimi siyasi, ictimai məsələlərdən» danışdı-

ğını qeyd edir və bildirir ki, «bu şeir quruluşu etibarilə qəzələ 

oxşasa da, qətiyyən qəzəl deyildir. Bu, ictimai satiranın gözəl 

bir nümunəsidir. Yeni, satirik fikirləri ifadə etmək üçün Möcü-

zün tanış olduğu» və bir çox nümunələrini verdiyi ilk şeir 

şəkilləri bundan ibarət idi» (29, s. 303). 

Möcüz sonrakı  fəaliyyətində Seyid Əzim  Şirvani yara-

dıcılığının son dövrü üçün səciyyəvi olan mövzulara əl atdıqca 

«onun  şəkli xüsusiyyətlərindən də istifadə» etmişdir. Cənubi 

Azərbaycanda da tanınmış  şairlərdən idi, onun din nümayən-

dələrini, cəhaləti tənqid edən satiraları  Cənubi Azərbaycan 

şəraitində  də «aktual» olmuş, dövrün «bu mövzularını Möcüz 

də orijinal bir şəkildə ifadə etmişdi» (29, s. 303). 


Gülxani Pənah 

 

 



341 

Elmü sənət nə vaxdadək bizdən, 

Murği-ənqa kimi nihan olacaq? 

Cəhli təqdis edən axundlarımız, 

Nə zaman xalqa mehriban olacaq? 

Bu misralarda həm xalqını sevən lirik bir şairin arzu və 

həsrəti, həm də xalq düşmənlərinə nifrət bəsləyən bi satirikin 

qəzəbi duyulmaqdadır» (29, s. 303). 

Mirzə Əli Möcüz Şəbüstərinin dövründə mətbuat aləmin-

də ana dili məsələsi «ən aktual məsələlərdən» olub. «Mol-

lanəsrəddin»çilərin apardığı mübarizəyə biganə qalmadığından, 

«Molla Nəsəlddin»dən də qabaq ana dilində  şeirlər yazan şair 

dil məsələsinə böyük əhəmiyyət verir. Tədqiqatçı Möcüzün 

millətinin, xalqının savadlanmasını, ana dilində yazılan əsərlə-

rinin çoxluğunu, bununla xalqının başa düşdüyü dildə yazıların 

yazılmasının vacib olduğu fikirlərini yada salır: «... Mən mü-

lahizə etdim ki, Azərbaycanda yaşayanların çoxu türklərdir, 

farsca  şairlərdən bir mənfəət ala bilməyəcəklər. Məqsudum o 

idi ki, arvad və kişilər mənim yazılarımı oxuyub başa düş-

sünlər» (29, s. 288). 

Şair xalq şeiri formalarından istifadə edərək «fikrini zəh-

mətkeş xalqa asan yolla çatdırmaq istəyir», avam insanların 

şüuruna yaxından təsir etmək üçün «ən münasib yollar tapmış» 

olur. Qadınların savadlanması  uğrunda onlara müraciətlə yaz-

dığı şeirləri «maraqlı və təsirlidir», bu şeirlərində «daha sadə və 

təsirli ifadələrə» yer ayırır, bu şeirlərindəki vəzn oynaqlığına 

xüsusi fikir verir, «xalq şeirinin təsiri altında yüngül vəznli 

şeirlər» də yazır. Faktlara müraciət edir: 

Savadı yoxdu övrətin, 

Rəvacı çoxdur qeybətin, 

Nə hüsnü var əhalətin, 

Bir aç gözün oyan, bacı! (29, s. 305). 

Onun xalqın inkişaf və  tərəqqisinin «qadın azadlığı ilə 

bağlı olduğuna» inandığı üçün dediyi sözləri («Cəhalət pərdəsi 

ta var üzündə//tülu etməz bizə şəmsi-səadət»)  diqqətə çatdırır 


                                                                                      Gülxani Pənah 

 

 



342 

və bildirir ki, «Möcüz yaradıcılığında azadlıq ideyaları cəhalət, 

nadanlıq, mövhumat və ümumiyyətlə, feodal-patriarxal həyat-

dakı geriliyə qarşı mübarizə ilə bağlı idi. Şimali Azərbaycan-

dakı şairlərin də İran və Azərbaycan haqqında yazmış olduqları 

şeirlərdəki bu mövzuların  çoxluğunu nəzərə alsaq, Möcüzün nə 

üçün həmin mövzulara bu qədər çox müraciət etdiyinin səbə-

bini başa düşmək çətin olmaz» (29, s. 305). 

İfşa üsulunda «müqayisə  və kontrast» mühüm yer tutur, 

bu müqayisələrində «mədəniyyətlə cəhaləti, şairlə mollanı, elm 

ilə nadanlığı, hakimlə  məhkumu, günəşlə qaranlığı  və s» əsas 

götürür, belə şeirlərdə  boyalar «çox aydın və təsirli»dir. Onun 

satirasında «böyük ümumiləşdirmə qabiliyyəti» dəyərləndirilir: 

«O, bəzən bir fərdin simasında bir təbəqə və ya bir sinfin səciy-

yəvi cizgilərini toplaya bilir. Belə ümumiləşdirmədə  nəzərə 

çarpan ən müsbət cəhət xarakter cizgiləri seçib verə bilməkdən 

ibarətdir» (29, s. 306). Nümunə üçün «Şəbüstərdə»  şeirini 

götürür, təhlil edir. 

Möcüz yaradıcılığında «dialoq şəklindən» istifadə etmiş, 

iki tipin məktublaşmasını, söhbəti, sual-cavabı  şəklində «canlı 

məişət səhnələri» yaratmış, bu yolla da öz fikrini «oxuculara 

çatdırmağa» nail olmuşdur (29, s. 307). 

Yaradıcılığındakı nikbinlik, bu nikbin gülüşün xalq 

kütlələrinin zarafat tərzində ifadə etdikləri nikbin gülüş «təsi-

rini» bağışlaması «Məktublaşma» şeirində özünü göstərir. 

Əsərlərinin sadə dili tədqiqatçıların təhlilində geniş yer 

tapır. Onun əsas  əsərlərinin dilinin danışıq dilinə yaxın, «mə-

cazları xalq müdrikliyindən gəlmə, ifadələrinin xalq yumoru ilə 

həmahəng» olduğu söylənir və bunun səbəbləri açılır: «Möcüz 

çox yaxşı bilirdi ki, onun şeirlərinin avam camaat arasında 

yayılması üçün birinci şərt xalqın duyğularını  əks etdirmək-

dirsə, ikinci mühüm şərt dildə sadəlik, aydınlıqdır. Möcüzün 

təbi güclü, üslubu səlis, rəvan olduğundan bədii təsvir vasitələri 

çox zəngin, əlvan olmuşdur. O, şeirdə ən yığcam, ən müxtəlif 



Gülxani Pənah 

 

 



343

ifadələr yazmağı və bunlar vasitəsilə geniş lövhə təsvir etməyi 

bacarır» (68). 

Möcüz yaradıcılığında nəzərə çarpan mühüm xüsusiy-

yətlərdən biri olan «süjetli ictimai lirika»da təsirli lövhələrdə 

«ictimai həyatın canlı  səhnələrini» yaratması araşdırılır: «ən 

zəngin boyalarla təsvir etdiyi bu lövhələr öz-özlüyündə hüzn, 

kədər hissi doğurur. Bu kədər oxucunu düşündürən, onu ictimai 

bərabərsizliyə qarşı mübarizəyə çağıran və ruhlandıran ictimai 

bir kədərdir: 

Nagah gətirdi huşə onu taqqataq səsi, 

Açdı gözün yavaşca, məni saldı heyrətə. 

Bir baxdı həsrət ilə, yenə yumdu gözlərin, 

Əydi başın, üzün dayadı səngi-ibrətə. 

Möcüz bu səs nədir?-dedi, baxdım, dedim ki: heç! 

Dövlətlilərdi, gedirlər namazi-cəmaətə... 

Bir ah çəkdi, şöləsi yandırdı şairi, 

Ya rəb, olarmı çarə, bu biçarə millətə?!» (29, s. 308). 

Onun yaradıcılığında tədqiqatçının diqqətini çəkən «ciddi 

şeirlərə xas olan ifadələrin satirik ifadə  tərzilə birləşdiril-

məsidir». Oxucunun belə şeirləri oxuyarkən sanki ciddi üslubda 

yazılmış lirik bir şeir oxuduğunu düşündüyünü qeyd edir. 

«çəkil kənarə, hərarətlə, nura möhtacam» misrası bizdə «lirika 

təsiri oyadırsa», onun ardınca gələn «Çırağım aydı, günəş 

manqalım, səhab ölürəm»-misrasının  şeirin üslubunu «tamam 

dəyişdirdiyi» qənaətindədir: «Ayı çirağa, günəşi manqala bən-

zətmək ciddi şeirdə şairin sənətkarlığına dəlalət etməz. Burada 

isə satira tələblərinə uyğun olaraq yerində işlədilmiş təşbihdir» 

(1, s. 308). Böyük bir şeirin bir-iki misrasının ciddi, qalan mis-

ralarının gülməli olmasını, Möcüzün qəzəl şəklindən bu şəkildə 

istifadə etdiyini yada salan tədqiqatçı «belə bir üsul gülüş 

doğurmaq, buna həvəsi olan oxucunu cəlb etmək üçün də çox 

yararlıdır. Buna bəzi hallarda parodiya da demək olar» deyir 

(29, s. 309). 



                                                                                      Gülxani Pənah 

 

 



344 

Sabirin yaradıcılığında belə nəzirəyə rast gəlir, o, Füzuli-

nin «Könlüm tutulur zülfi-pərişanını görcək»-misrası ilə baş-

lanan lirik qəzəlini elə ilk misradan parodiya şəklinə salıb 

«Könlüm bulanır küçədə cevlanını görcək» şəklində parodiya-

satirasını yazır, Möcüzdə  də bu növ parodiyaları görür, o, Sa-

birdən fərqli olaraq «çox zaman birinci misralarda ciddi, son-

rakı misralarda isə parodiya şəklində satiralar» yaradır.  

Natəvanın «Varımdı sinəmdə  dərdü qəmi-nihan, ölü-

rəm»-misrası ilə başlanan  qəzəlinə Möcüz qəzəlin vəzn və rə-

difini saxlamaqla, ona bənzətmə  şəklində yazdığı satiranı 

göstərir: 

Dayanma saqi, amandır gətir şərab ölürəm, 

Təvəqqüf eyləmə bu kəşfü bi corab ölürəm. 

Çıxıb nalı, sökülüb altı, laxlayıb dabanı, 

Vurub ayağıma min yarə puşnəxab ölürəm. 

Zəmanənin sitəmi xar edibdi börkümü də, 

Tükü gedib, saralıb rəngi çün sədab ölürəm. 

İlk baxışda çox «məzəli» görünən bu şeirlər öz oxucuları 

üçün mənalıdır. Savadsız və az savadlı oxucuları  cəlb etmək 

üçün bu üsulun böyük əhəmiyyəti var idi. Şübhəsiz burjua 

estetikasında sənət nümunəsi sayılmayan belə əsərləri yazmaq o 

qədər də asan deyildir. Təkcə bunu demək kifayətdir ki, Sabirin 

çox sadə görünən misralarındakı dərin mənaları yarat-maq üçün 

illərlə  qələm çalan şagirdləri o səviyyəyə qalxa bilməmişlər. 

Çünki belə sadə  və  mənalı yazmaq daha çətindir... Möcüz 

satirası da belədir» (29, s. 309).  

Yuxarıdakı bir parçada tədqiqatçı  şairin öz bədii por-

tretində bütün ehtiyac içində olan insanların bədii surətini ya-

ratdığını dəyərləndirir. 

Möcüz yaradıcılığında eyni bir şeirin bəzən müstəqim, 

həm də  məcazi məna ifadə etməsi, şairlərin çoxunda bu xüsu-

siyyət olmasa da Sabirdə rast gəldiyini bildirən tədqiqatçı 

Möcüzün: 

 


Gülxani Pənah 

 

 



345 

Saqiya, çillə çıxıbdı, əriyir qar, ya yox? 

Həm mənə söylə görüm, şişədə mey var, ya yox? 

Bilmirəm, var nəfəsi, ya ki ölübdür Möcüz, 

Saqi qoy şişi oda, bas görək, anlar ya yox? 

....sənə qurban olum ey dəftəri-cümhuriyyət, 

Bu gözəl toxum bizim yerdə cocuqlar, ya yox? 

İstirəm kürkü satam, qorxuram əmma, ey bəxt, 

Bax, görək, göydəki ambarda qar var, ya yox?  

Şübhəsiz ki, bu misralarda həm müstəqim, həm də dərin 

məcazi məna vardır» (29, s. 310). 

Bununla belə, tədqiqatçı  şairin çox şeirlərində fikirlərini 

müstəqim mənada ifadə etdiyini deyir, soyuqdan və ya istidən 

şikayəti görür: 

Yetiş harayıma saqi ki, dik can dondu, 

Soyuq amanımı kəsdi, bədəndə qan dondu. 

Gedin deyin günəşə pincinə odun qoysun, 

Təvəqqüf eyləməsin kürreyi-cahan dondu. 

Aydındır ki, bu misralarda soyuqdan şikayət edən yoxsul 

şairin maddi ehtiyacı ifadə edilmişdir» (29, s. 310). Bu müs-

təqim yolun da şairin satira və parodiyalarında «əsas» olmadığı, 

onun çox böyük sənətkarlara xas olan «məcazi mənalardan 

istifadə» etdiyi qeyd edilir. 

M.Əli Möcüz Cənubi Azərbaycanda yazıb yaratmış, o 

mühitin ictimai həqiqətlərin açıb göstərən «Xəlqi bidar eylə-

rəm» satirasında Sabir kimi xalq mənafeyini müdafiə etmişdir: 

Çün vurar qamçı başından millətin sərbazlar, 

Türbeyi-Məhmud titrər naləyü fəryadidən... 

Sat mitil yorğanı ver sərbaza, qurtar canıvi, 

Ey Tükəz bacı, mürüvvət gözləmə cəlladidən. 

Doydu istibdadidən türkü firəngü, rumu rus, 

Doymayır bilməm niyə iranlı istibdadidən (12, s. , s. 51). 

T.Novruzov yazır: «İranın sosial gerçəkliyinin dərin 

ictimai bəlalarını,  əsrlərcə hökm sürən geriliyi kəskin tənqid 

atəşinə tutmaq Möcüz realizminin əsas ideya istiqaməti idi. Dil-


                                                                                      Gülxani Pənah 

 

 



346 

üslub etibarilə də Möcüz əsərləri xalqa, onun poetik şüuruna və 

zövqünə uyğun idi» (111, s. 46). 

Möcüzün yaradıcılığında portret yaratmaq xüsusiyyətinə 

toxunan C.Xəndan  şairin bir-iki sözlə istədiyi tipin bədii 

portretini yarada bilməsini, belə portretləri oxuyan rəssamın 

onu yaratmaqda çətinlik çəkməyəcəyini qeyd edir, «çünki şair 

təsvir etdiyi tipin ən səciyyəvi cəhətlərini seçdiyindən, oxu-

cunun nəzərində o tip öz varlığı ilə canlanır. Möcüz həm daxili, 

həm də xarici portret deyilən bədii surətlərin hər ikisinə öz 

yaradıcılığında yer verir» (29, s. 310). 

Şairin siyasi lirikasında belə portretlərə rast gəlindiyini 

bildirən tədqiqatçı «xarici cizgilərin təsviri ilə portret yaratmaq 

isə onun satiraları üçün daha səciyyəvidir»-fikrindədir. Onun 

sözlə canlandırdığı İran sərbazlarının portretinə diqqəti çəkir: 

Əyyami-sələf bizim diyarın, 

Sərbazləri nəuzbillah. 

Ortasını qırxdırardı başın, 

Həqqa ki, misal rahi-maşın. 

...Əyninə cit arxalıq geyərdi, 

Özü bişirib, özü yeyərdi (29, s. 312). 

Cənubi Azərbaycanda milli azadlıq uğrunda mübarizə 

yeni mərhələyə keçəndən M.Ə.  Şəbüstərinin həyat və yara-

dıcılığına aid məqalələr «yazılır», foto şəkillər «dərc edilir», 

ədəbi-bədii gecələr keçirilir, «Milli hökumət dövründə  nəşr 

olunan dərs kitablarında şairə yer verilir». Bütün bunları xalqı-

nın ona hörmət və ehtiramı kimi qiymətləndirən tədqiqatçı 

onun özündən sonra gələn yaradıcı gənclərə təsirini, ona yazı-

lan nəzirələri, zəngin yaradıcılığının öyrənilməsini, Təbrizdə 

təşkil olunan «Şairlər məclisi»nin  onun vətəni Şəbüstərə səfə-

rini qeyd edir, yaratdığı  məktəbə adının verilməsini, Milli 

Hökümət dağılandan sonra çap olunmuş  şeirlər kitabının  İran 

mürtəcelərinin toplayıb Təbrizdə od vurub yandırsa da, xalqın 

öz şairinin əsərlərini sinə dəfətərinə «yazmış olduğu» açıqlanır. 

«Azərbaycan demokrat firqəsinin orqanı olan «Azərbaycan» 


Gülxani Pənah 

 

 



347 

qəzeti səhifələrində Möcüz haqqında məqalələrə rast gəlindi-


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin