Жяфяр хянданын aзярбайжан ядябиййатына



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə28/35
tarix03.04.2017
ölçüsü4 Mb.
#13209
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

bağışlayır ki, bu işdə göstərdiyimiz söyüşlərin rolu böyükdür» 

(107, s. 411.). 

Söyüşlərin tündləşdirilib dərinləşdirilməsinin daha çox 

ictimai-siyasi satiralarda özünü göstərdiyi fikrini şairin Məhəm-

mədəli şah haqqında yazdığı satiralarının biri ilə isbata çalışan 

tədqiqatçı «Ümmi-Xaqan oğlu, bu qeyrət halal olsun sənə!» 

misrasını nümunə  gətirir. Burada ilk baxışda söyüş görünmə-

diyi (olsa-olsa «qeyrət halal olsun sənə» cümləsində kinayə və 

ya təriz vardır-C.X), amma diqqət yetirilsə burada söyüşə  əl 

atdığı açılır: «Bu söyüş «Ümmi-Xaqan»dır. Nə üçün? Azərbay-

canda və bütün Şərqdə kişiyə «anasının oğlu» demək ağır təh-

qirdir. Sabir satirik qəhrəmanına bu yolla hücum etmişdir» 

(107, s. 411). 

Sabirin tipləri ifşa edən söyüşdən istifadədə bir priyomu-

nu da tədqiqatçı açır ki, «o da tipin xalqa hücumu, söyüşü ilə 

əlaqədardır. Aydın məsələdir ki, «xalq», «el», «millət» kimi 


                                                                                      Gülxani Pənah 

 

 



496

məfhumlar mənfi ola bilməz. Məhəmmədəli  şahın bir qadına: 

«Millət qoyundur, gəl mənə!» deməsi söz yox ki, onun öz 

ifşasına çevrilir» (107, s. 411). Şairin özünün tipə mənfi müna-

sibətini, bu yolla onun ifşasına imkan yaratdığını qeyd edən 

C.Xəndan söyüşlərinin təsir qüvvəsini artırmaq üçün şairin 

idiomatik ifadələrlə söyüş yaratmasını  dəyərləndirir: «Bu 

ifadələr Sabir yaradıcılığında xüsusi tədqiqat mövzusu olmaqla 

onu folklorla bağlayan  başlıca amillərdən biridir. İdiomatik 

ifadələri yerli-yerində işlətmək, hansı şəraitdə hansı tipin leksi-

konuna daxil etmək işində isə  şairin sənətkarlığı, bu sənət-

karlığın qüdrəti, təsir qüvvəsi başqalarına nümunə kimi özünü 

göstərir». Tədqiqatçı söyüşlərdə şairin idiomatik ifadələri necə 

işlətməsini araşdırır. «Ağzına olsun qadam, ay barakallah sə-

nə!» misrasında «ağzına olsun qadam...» xalq yaradıcılığından 

alınmış idiomatik formalı «söyüş»dür. Dilimizdəki söyüşlərin 

məna və formasına görə müxtəlif cür ifadə edildiyini qeyd edən 

tədqiqatçı bir sıra söyüşləri ancaq qadınların dediyini, Sabirin 

mənfi kişi  surəti yaratdıqda  və ona qarşı gülüş doğurduqda qa-

dın söyüşlərindən də istifadə etməsi-bu priyomdan da yararlan-

ması dəyərləndirilir: «Satiranı oxuduqda məlum olur ki, mənfi 

tip çəkmə, qaloş geydiyi üçün, mənfi saydığı, əslində isə müs-

bət olan tipə «ağzına olsun qadam» deyir. Beləliklə, özü gülünc 

vəziyyətə düşür» (107, s. 413). «Töksün görüm Allah üzünün 

şərmü həyasın!», «Andıra qalmış nə yaman səslənir!» kimi mis-

ralardakı idiomatik ifadə ilə yaranmış söyüşləri təhlil edir. 

Sabirin dilindəki söyüşlə  əlaqədar olan ifadələrindəki incəlik-

lərin «çoxluğu», bunları dürüst qiymətləndirmək üçün xalqın 

adət-ənənəsi, dili, milli xüsusiyyətləri ilə bağlı yetərincə bilgilə-

rə malik olmağın gərəkliyi, ancaq bundan sonra şairin sənətkar-

lığındakı spesifik incəliklərin başa düşülə biləcəyi qeyd edilir. 

Nümunə üçün aşağıdakı bir parçanı verir: 

Dəxi bir başqa xəbər yoxmu? 

Tanırsan Qəfəri? 

Nə Qəfər? Hansı Qəfər? 


Gülxani Pənah 

 

 



497 

Mirzə Mənafın pədəri. 

Tanıram! 

Dün o da bir şübhəli kəslə danışıb... 

Kim deyirdi? 

Yedici Xansənəm arvadın əri! 

İlk baxışda həyatda baş verən hadisələrlə maraqlanan iki 

tip arasında gedən söhbətdə söyüş görünməsə  də, bu iki köh-

nəpərəstin söhbətində yeniliyə “laqeyd yanaşmadıqları, özlə-

rindən çıxdıqları, alışıb yandıqları, hücum etdikləri, qarğıyıb, 

söydükləri və s.” bu gətirilən parçada üstüörtülü söyüşdə özünü 

göstərir. Tədqiqatçı iki yerdə üstüörtülü söyüşü görür: «Mirzə 

Mənafın pədəri», «Xansənəmin  əri», atanın oğul vasitəsilə 

tanınması, «Nə Qəfər? Hansı Qəfər?» sualına «Mirzə Mənafın 

pədəri» cavabı verilməklə tipin bir güllə ilə iki dovşan vurmaq 

istəməsi, həm atanı, həm də  oğulu söyməsi açılır, burada 

«xalqın  ənənəsi, atanı  oğul vasitəsilə tanıtdırmağın incə 

mənasındakı söyüşü» başa düşən tədqiqatçı bu incəliyin 

«Xansənəm arvadın əri» (azərbaycanlılarda kişini arvad vasitə-

silə tanıtmaq ağır söyüşdür-C.X) ifadəsində  də göründüyünü 

bildirir. 

Sabir yaradıcılığında söyüşün bir formasının da  kinayə, 

təriz və lağa qoymaqla birləşməsində «özünü göstərdiyi» qeyd 

edilir. «Gündə bir arvad al, boşa qeyrətin olmur olmasın!»,  

Və yaxud: 

Axşam olanda çıx çölə, gəlmə sabahadək hələ, 

Neyləsən eylə, bir belə ismətin olmur, olmasın! 

İffətin olmur, olmasın! 

-misralarında söyüşləri mənfi tipin öz ifşasına çevrilir, öz 

övladına belə  tərbiyə verən qeyrətsiz atanı ifşa üçün şair 

qüvvətli kinayədən («bir, iki, üç övrəti düz yanına», «qeyrətdən 

uzaq ol») istifadə edir və  tədqiqatçı bu qənaətə  gəlməkdə 

haqlıdır ki, «Demək Sabir yaradıcılığında söyüş satiranı, satira 

da söyüşü qüvvətləndirməsi yardım edir ki, bunun nəticəsində 

şeiriyyət, fikir aydınlığı, məzmun dolğunluğu, lakonizm və 


                                                                                      Gülxani Pənah 

 

 



498

sənətkarlığın rəhni olan başqa xüsusiyyətlər üzə çıxırlar» (107, 

s. 415). Satiralarında söyüşlərin təşbihlərlə də yanaşı işlədildiyi, 

belə halda müstəqil məna ifadə etdiyi, söyüşün təsirinin söyüş 

hədəfinin başqa bir hədəfə  bənzədilməsilə daha da artırıldığı 

açılır, «hamısı kafirə bənzər o haramzadələrin», «əbləhin fikrilə 

cənnət bir Buxara şəhridir», «Bir kaftara dönübdü bu nikbət, 

gavur qızı» misraları nümunə  gətirilir, təhlil edilir, burada 

təşbih və söyüşlərin işlədilməsi açılır. 

Sabir yaradıcılığındakı  şərti olaraq adlanan «mədəni 

söyüş» («məndə ar olsaydı ölmək ixtiyar etməzmidim»- «arsız-

san»; «Abrunun nolduğun bilsəydim ar etməzmidim?»- «nə 

abrı var, nə arı»), alınma sözlərdən alınan söyüş nümunələri 

(«haydı, xəffaş-sifət (yarasa sifət), buncamı xulqanlıq olur?») 

təhlil edilir. Sabirin tənqid hədəfinə münasibətinin xarakte-

rindən, bu hədəfin qohumluq dərəcəsindən, qarşıya qoyulan 

məqsəddən asılı olaraq istifadə etdiyi söyüşün dərəcələrini 

özündə əks etdirən misraları («Bir də n a m ə r d ə m əgər etsəm 

səni yad-Ərdəbil!», «Dəftərin a n d ı r a q a l m ı  ş sözünü, 

eşidib görməmiş idik üzünü», «Ər olan yerdə g ö r ü m y o x o l 

a s a n», «O  q u r u m s a q  Cəbi də gözləməyir hörmətimi», 

Və yaxud: 

Ax, nə yaxşı kişidir qonşumuz Ağcanın əri, 

Oğlu söydükcə fərəhdən açılır balü pəri; 

Yoxsa, a y  h ə r z ə  k i ş i, bir quru sözdən ötəri, 

Darıxırsan, deməyirsən ki, uşaqdır, uşağım, 

Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım! 

-misralarında söyüşlər «yüngülləşdirilir», satiralarda söyüşün 

yüngülləşdirilməsi «məqsəd» deyil, tipin xarakterindəki 

reallığı, tipik şəraiti açmaq üçün “bir vasitə və priyomdur”. 

Sabir eyni zamanda quş, heyvan, həşərat (bülbül, qızıl-

quş, tərlan, yarasa, durna, kəklik, ahu, quzu, qarışqa, kərtənkə-

lə, arı, pərvanə) adlarından istifadə edir,  bu adları ictimai-

siyasi hadisələrlə bağlamaqla satiranın tələbləri  əsasında «mə-

nalandırır» («Əbləhin fikrincə  cənnət bir Buxara şəhridir// 


Gülxani Pənah 

 

 



499

Beççə  tək qılmanları bulduqca oynatmaq dilər»; «nikbəti var, 

səsin kəsin!// Qarğa dolaşdı qoymayın! // Çox pis ulaşdı, qoy-

mayın!»; «Qurd isə, şəğal isə biyabanda olurdu, // şəhr içrə bu 

heyvanlarına  şükr, xudaya!»;, «Səyyadi-cəfakarda rəhm olma-

yacaqmış,// ahuləri, ceyranları neylərdin, ilahi?!») «Beləliklə, 

böyük xalq şairi bu priyomlarında da xalqa sadiq qalmış, onun 

yaradıcılığına, nə isə, bir yeni söz əlavə etmək, bu yolla da öz 

səsini ucaltmaq istəmişdir. Quş, heyvan və  həşərat adları 

satiraya müəyyən bir məqsəd  üçün salınmış, başlıca olaraq 

ədəbiyyatın əsas predmeti olan insanın varlığını açmağa, daha 

yaxşı tanıtdırmağa kömək etmişdir» (107-450). Bu adlardan 

didaktik  şeirlərində, xüsusən uşaqlar üçün yazılan  şeirlərində 

(«Qarınca», «Camış və sel») istifadə etmişdir.  

Xalq həyatını, dilini, məişətini mükəmməl bilən şairin po-

etikası klassik ədəbiyyatdan daha çox canlı xalq dilindən gələn 

qida ilə «canlanmış, orijinal keyfiyyətləri ilə daha da büllurlaş-

mışdır» deyən tədqiqatçı  «şeirlərə milli etnoqrafik adlar (kisə, 

fərş, süfrə, marfaş, boxça və s), yemək-içməklə  əlaqədar olan 

adlar (fincan, cam, küpə, kasa, nimçə və s.), ziraətlə bağlı olan 

sözlər (xırman, çəltik, təzək, arpa, buğda, darı, cüt, xaşxaş, 

zəfəran, küncüd və s), bəzəklə  əlaqədar olan sözlər (gövhər, 

dürr, dürdanə, zər, üzük, ləl və s), habelə musiqi alətlərinin 

adları (ney, qaval, şeypur, tabil, zurna, sur və s.), təbiətlə bağlı 

olan sözlər (bağ, çəmən, dağ, yağış, bulud, yamac, gül, lalə, 

yasəmən və s.), dava-dərman adları, titullar, öz dövrünü təmsil 

edən xarakter adam adları və s. və i. a. (107, s. 452.) bu kimi 

yüzlərcə sözlərin da şairin poetik fikirlərini qüvvətli vermək 

üçün istifadə etməsi haqqında da ötəri də olsa məlumat verir, 

«bu sözlərin müəyyən qismi müstəqim mənada işlənsə  də, 

böyük  əksəriyyəti poetik yüksəkliyə qaldırılmış,  şairanə bir 

fikrin, dolğun bir məzmunun, hətta mürəkkəb bir hadisənin 

asan yollarla oxucuya çatdırılmasına kömək etmişdir. Xalq 

xəzinəsindən gələn sözlərin bir qismi yaradıcılıq sirlərini, şairin 

öyrənmə yollarını göstərsə də, öyrətmə yolları daha maraqlıdır. 


                                                                                      Gülxani Pənah 

 

 



500

Bu yollar şeirimizin inkişafı üçün böyük əhəmiyyətə malikdir» 

(107, s. 452)-deyir. 

Cəlil Məmmədquluzadə dilinin saflığı uğrunda, qorunma-

sı, saxlanması uğrunda mübarizə aparan ən fəal mübariz ziyalı 

idi. Cəfər Xəndan  əsərlərində bu mübarizliyi görür, onun təd-

qiqini ön plana çəkir. Böyük sənətkarın felyetonlarında, publi-

sist məqalələrində dil məsələsinin, millət məsələsinin, milli 

təəssübkeşlik hissinin gücünü görür: 

«C.Məmmədquluzadə yaxşı bilirdi ki, bir xalqın dilini 

məhv etmək, onun özünü məhv etmək deməkdir. Odur ki, milli 

mədəniyyətimizin, doğma Azərbaycan dilimizin məhvinə doğru 

yönəldilmiş çar və yerli-burjua-mülkədar siyasəti böyük xalq 

yazıçısını daha çox düşündürürdü» (2, s. 155) 

C.Xəndan onun vətəninə, xalqına, dilinə qayğısını, bir zi-

yalı kimi onların yolunda çəkdiyi əzabları əsərlərinin qayəsində 

axtarır, tapır. O, vətəninə bağlı, millətini sevən bir ziyalı idi. C. 

Məmmədquluzadə yazır: «Vətəni istəmək təbii bir şeydir. Və-

tən də ibarətdir vətəndaşlardan, yəni insanın öz millətindən» 

(4).  


 «O, cəhalət, mövhumat, nadanlıqla bir sırada Azərbaycan 

dilinin məhvinə yönəldilmiş siyasəti də amansız tənqid edirdi. 

O, sözün həqiqi mənasında bir vətənpərvər, bir xalq ədibi kimi 

çıxış edirdi»  (2, s. 155). 

Tədqiqatçılar bu böyük sənətkarı «məslək adamı» 

adlandırır: «Cəlil Məmmədquluzadə  məslək adamı olmuşdur. 

O, söz sənəti aləminə də ilk yazılarından, elə-belə bir ədəbiyyat 

maraqlısı kimi deyil, böyük bir məslək eşqi ilə  gəlmişdir.... 

Sadəcə yazı yazmamış, azadlıq üçün yollar axtarmışdır. Burjua-

mülkədar ağalığı, müstəmləkə zülmü şəraitində və özünün de-

diyi kimi, mövhumat, xurafat, şəriət zülmünün qatı qaranlı-

ğında xalqın qurtuluşu üçün çarələr düşünmüşdür» (49-177-

178). 

C.Məmmədquluzadə yazır: «...biz bir yazıçı millətik; bizə 



yağ və pendirdən, süd və qaymaqdan da əfzəl dünyanı yaxşıca 

Gülxani Pənah 

 

 



501 

tanımaq, təcrübə görmək lazımdır. Bizə gör-götür lazımdır. Bi-

zə tema və mövzu lazımdır. Yəni müxtəsər: bizim yazıçılıq kar-

xanasına həmişə xammal lazımdır ki, karxanamız işləsin, bikar 

qalmasın» (45, s. 569). Cəlil Məmmədquluzadə dilinin saflığı 

uğrunda mübarizə aparırdı, xalqını doğma dilini sevməyə, buna 

mane olan qüvvələrə müqavimət göstərməyə çağırırdı, bu yolda 

apardığı mübarizə tədqiqatçı Cəfər Xəndanın toxunduğu məsə-

lələrdəndir: «Bir saatlığa tutaq ki, hökumət qoymur məktəb-

lərdə ana dilimizi öyrənək. 

Tutaq ki, bunu hökumət qoymur. Bəs ana dilimizi istə-

məyi, ana dilimizə  məhəbbət etməyi, ana dilimizi xoşlamağı 

kim qoymur? 

... Bəs kim bizi öz dilimizdən utanmağa və öz dilimiz ilə 

danışmağı ar bilməyə vadar edir? 

Məgər bunu da hökumət edir?» (48).  

C.Məmmədquluzadənin ana dili, onun qorunması, saxlan-

ması  uğrunda apardığı mübarizə dolu yüzlərlə felyetonları ilə 

kifayətlənmədiyini deyən Cəfər Xəndan yazıçının bu mövzuda 

yazdığı «Anamın kitabı» dramını yada salır. Rusiya, Türkiyə və 

İranda təhsil alıb qayıdan üç qardaşın doğma ana dilinə müna-

sibəti, savadsız bacısı və anası Zəhranın qəlbini ağrıdır. Təhsilli 

olsalar da xalqının dilində danışa bilməyən, dedikləri başa dü-

şülməyən, xalqa fayda verə bilməyəcək bu savad sahiblərinin 

dil faciəsi, ana dilinin saflığı  uğrunda yazıçının apardığı mü-

barizənin genişliyi  əsərdə daha gərgin bir şəkildə verilir. 

«Anamın kitabı»nın son sətirləri xatırlanır: «Yer, göy, ay və 

ulduzlar göylərdə seyr edib gəzə-gəzə yenə  əvvəl-axır günün 

başına dolanırlar. Çünki bunlar hamısı  qədim,  əzəl, gündən 

qopub ayrılmış parçalardır. 

Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər 

yanı  gəzib dolansınlar, yenə  əvvəl-axır anaları  Zəhranın  ətra-

fında gərək dolanalar. Çünki ay və ulduz şəmsin parçaları olan 

kimi, bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halı-

na ki, təbiətin həmin qanununu pozmaq istəyə: onun insafı və 


                                                                                      Gülxani Pənah 

 

 



502 

vicdanı ona mudaməl-həyat  əziyyət edəcək, nə  qədər canında 

nəfəs var, peşiman olacaq». C.Xəndan yazır: «Bu sözlər 

C.Məmmədquluzadənin ürək sözləri idi. Təkcə dil məsələsi 

deyil, xalqın ümumən qəflət yuxusundan oyanması ədibin əsas 

mövzusu idi» (2, s. 156). 

«Anamın kitabı» dramında dilin qorunması, dəyəri haq-

qında həm bədii, həm nəzəri fikirlərini tədqiqata cəlb etmiş, 

özünün də canlı xalq danışıq dilində yazıb yaratmasını, avam 

xalqın başa düşəcəyi dildə fikirlərini ifadə etməsini yüksək 

qiymətləndirir,  ətrafına yığdığı Mollanəsrəddinçilərlə birlikdə 

dil məsələsində gördüyü böyük işi təqdir edir. C.Xəndan bir 

publisist, bir inqilabçı, maarifçi kimi onun dram əsərlərində 

qoyduğu problemlərin həlli məsələlərinə, yazıçının 

əsərlərindəki movzu, forma yeniliklərinə diqqəti yönəldir

üslubu, dili, istifadə etdiyi janrlar, obrazlar, əsərlərinin 

kompozisiya xüsusiyyətlərinin xalqa yaxın olduğunu, bunlara 

«Molla Nəsrəddin» jurnalının nəşrində ciddi yanaşıldığını  bil-

dirir.  

C.Məmmədquluzadənin  əsərlərində qoyduğu milli məsə-

lələr, Yaxın Şərq, xüsusilə İran, Türkiyə inqilabları, qadın azad-

lığı,  dini feodal görüşlərin tənqidi, burjua ideologiyasının tən-

qidi, zəhmətkeş xalqa xidmət edən mətbuatın gücü, ustalıqla, 

eyhamla məzlum kütlələri öz səadətini əldə etmək üçün müba-

rizəyə çağırışı, Azərbaycan kəndlərində hökm sürən özbaşı-

nalıqların, feodal-patriarxal adətlərin tənqidi, Azərbaycanın bir-

liyi məsələsi, din xadimlərinin özbaşınalığının ifşası, mürtəce 

mətbuata qarşı mübarizə, demokratik inqilab, beynəlmiləlçilik 

ideyalarının təbliği, bütün bu ideyaların xalqın başa düşəcəyi 

bir dildə sadə xalq dilində ifadə edilməsi, M.Cəlilin xalqın dili-

nin saflığı uğrunda da mübarizə apardığı C.Xəndanın tədqiqat-

larında bu və ya digər formada öz təhlil və tədqiqini tapmışdır. 

Cəfər Xəndanın geniş  şəkildə yaradıcılığını araşdırdığı  Cəlil 

Məmmədquluzadənin bədii irsi həmişə  ədəbi-tənqidin diqqət 

mərkəzində olub. 


Gülxani Pənah 

 

 



503 

Cəlil Məmmədquluzadənin bədii  ədəbiyyatın, mətbuatın 

dilini sadə xalq dilinə yaxınlaşdırmaq, daha doğrusu, yazıb-

yaradanların  əsas qayəsinin xalq dili uğrunda mübariz olmaq 

istəyini digər tədqiqatçılar da araşdırmışlar. Kamal Talıbzadə 

onun XX əsrdə  ədəbi dil sahəsində başlanan mübahisələrdə 

inqilabi-demokratik «cəbhəyə başçılıq etdiyini», «ona istiqamət 

verdiyini», onun dil məsələləri ilə bütün ədəbi fəaliyyəti 

dövründə «məşğul olduğunu», bununla bağlı  məqalə  və 

felyetonlarında, bədii  əsər və xatirələrində «təkrar-təkrar 

yazdığını, «günün vacib məsələlərindən biri» hesab etdiyini 

bildirir. 

«Molla Nəsrəddin» jurnalı ana dilinin inkişafında, mü-

hüm rol oynamışdır. C.Məmmədquluzadə yazırdı:»... məc-

muəmiz türk ölkələrinə çox asanlıqla dağılıb öz sözünü onlara 

çox asan vəchlə yetirə bildi. Bunun səbəbi məhz məcmuənin 

asan dilidir. Onunçün da bu yolda biz bərk durmuşuq və 

tərəddüd və şək-kşübhə etmirik» (C. Məmmədquluzadə. Dram 

və nəsr əsərləri. Bakı. 1958. s. 727). 

N.Nərimanov dilinin saflığı  uğrunda mübarizə aparan 

maarifpərvər ziyalı idi. Öz dilini sevməyənləri, bu dildə danış-

mağı özünə ar bilənləri tənqid edirdi: «... Heç çarəmiz yoxdur, 

dilimiz «loru»dur, kasıbdır. Yamaq lazımdır, «zinət» gərəkdir, 

deyirlər. Sözümüz yoxdur, əfəndim! Razılıq verib dilimizin qü-

surlarını «dəftərin bir kənarına yazarız». Lakin «qospodin pre-

dsedatelin mineniyası komissiya naznaçit eləməkdir», «isbal-

şim udovolstviyom, soqlasiya zayavit eliyoruz» kimi ləhcələri 

hansı  dəftərin kənarına yazmaq mümkündür. İmdi bu yerdə-

dəmi türk sözlərini unudubsunuz? Ya ruscamı elminiz artıq 

düşübdür? Ya rusca bilməyinizimi göstərmək istəyirsiniz?» 

(64). 

C. Xəndan hər hansı bir əsəri, yazıçının yaradıcılığını 



tədqiq edərkən onun dilini unutmur, birinci növbədə sənətkarın 

dil məsələsini araşdırır. Heydər  Əliyev yazıçıların  əsərlərini 

yüksək qiymətləndirərkən birinci növbədə onun dilini, mənsub 


                                                                                      Gülxani Pənah 

 

 



504 

olduğu xalqın dilini yüksək qiymətləndirirdi: «Azərbaycan 

dilinin formalaşmasında, inkişaf etməsində, bu günkü 

səviyyəyə çatmasında yazıçılarımızın, 

şairlərimizin, 

ədəbiyyatşünaslarımızın, dilçi alimlərimizin böyük xidmətləri 

var... Dil bizim ən böyük sərvətimizdir. Xalqı xalq edən, milləti 

millət edən onun ana dilidir. Layiqli ana dili olmayan, ana 

dilindən istifadə edə bilməyən, ana dilindən bəhrələnə bilməyən 

xalq, millət ola bilməz» (129; 130, s. 6). 

B.Nəbiyev yazır: «Yazıçı şirin dili, məlahətli təhkiyəsi ilə 

oxucunun ürəyini fəth edə bilir və ilk əsərlərində gözə çarpan 

bu keyfiyyət yazıçının fərdi yaradıcılıq üslubunu müəyyənləş-

dirən əsas amillərdən birinə çevrilmişdir»  (131).  

Maarifçi kütlənin nəzər-diqqətində olan N.Nərimanovun 

Zaqafqaziya müsəlman müəllimlərinin 1906-cı ildə Bakıda 

keçirilən qurultayına Həsən bəy Zərdabinin birinci, onun isə 

ikinci «sədr» seçilməsini, «qurultay» nümayəndələrinin onun 

təklifləri ilə «hesablaşdığı» bildirilir: «Belə bir fakt çox xarak-

terikdi.  İclasların birində N.Nərimanov sədrlik edərkən orta 

məktəblərdə ana dilinin tədrisi məsələsini müzakirəyə qoyur. 

Qurultay bir səslə onun təklifini qəbul edir. Bu məsələnin ciddi 

siyasi mahiyyətindən qorxuya düşən bəzi liberal nümayəndələr 

onu yüngülləşdirmək məqsədilə    təkrar müzakirəyə qoymaq, 

habelə bu barədə Bakı burjuaziyasının fikrini bilmək istəyirlər. 

Bu məsələ üzərində müəllimlər qurultayında Nərimanov əksin-

qilabi Bakı burjuaziyası ilə üz-üzə gəlir...» (65, s. 18-19). 

N.Nərimanov bu fikirdə idi ki, millətin dilini bilməmiş 

onun dərdinə  əlac etmək çətindir. N.Nərimanovu Azərbaycan 

dili, onun tədrisi və  tərəqqisi məsələsi də çox məşğul edirdi. 

Demokrat tənqidçilərin  əsərlərində bu məsələ çox zaman 

maarif, realizm cəbhəsindən işıqlandırılırdısa, N. Nərimanovda 

siyasi bir məsələ kimi, milli məsələnin bir hissəsi kimi həll 

olunurdu. O, dil məsələsinin maariflə,  ədəbiyyatla  əlaqədar 

cəhətlərini qeyd etməklə yanaşı, onun siyasi tərəfinə ayrıca 

əhəmiyyət verirdi. Çünki Nərimanov çox yaxşı bilirdi ki, ana 



Gülxani Pənah 

 

 



505

dili məsələsi çar Rusiyası  şəraitində  sırf siyasi məsələ  şəklini 

almışdır» (58). 

«N.Nərimanov ədəbi dili məhəlli qollara parçalayan, onu 

ümumxalq dilindən uzaqlaşdırmağa çalışan mühafizəkarlara 

qarşı həmişə ardıcıl mübarizə aparmışdır» (50, s. 155). 

Ə.Haqverdiyevin  əsərlərindəki qüvvətli «realizm», həyat 

həqiqətlərinin, insan obrazlarının bu əsərlərdə «tam reallığı və 

tipikliyi ilə» verilməsi, yazıçının ümumiləşdirmə  qabiliyyəti 

araşdırılır. 

Onun dramaturgiyasındakı «bədii dilin canlılığı və sadə-

liyi», «öz dövrü üçün çox sadə bir dildə yazılan bu əsərlər»in 

Azərbaycan dilinin bütün incəliklərini  əks etdirməsi, «məcazi 

ifadələr, təşbihlər, istiarələr, qüvvətli təsvir və ifadə vasitələri, 

eyni zamanda da xalq yaradıcılığı nümunələri ilə» zənginliyi, 

danışıq dili və folklora xas olan nümunələrlə tədqiq edilir. Ya-

zıçının «Dağılan tifaq» əsərindən gətirdiyi aşağıdakı «spesifik-

idiomatik  ifadələrə, obrazlı danışıq dil ünsürlərinə, aforistik 

ifadələrə diqqəti çəkir:  

«Gəlmişəm görüm səni bu xoruza yükləyə bilərəmmi?» 

«Yenə kimin qulağını kəsibsən?»,  

«Mal yeməyənin malını yeyərlər», 

«Çox kötüklər üstündə çırpılar doğrayıblar», 

«Axı sənin bu oğlundan heç mənim gözüm su içmir». 

«Mal yeyəsinə oxşamasa haramdır, ot kökünün üstündə 

bitər», 


«Varlığa nə darlıq», 

«El ağzı-çuval ağzı», 

«Kefinə soğan çırtarlar», 

«Hirsini bas a!», 

«Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu» və s 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin