Жяфяр хянданын aзярбайжан ядябиййатына



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə29/35
tarix03.04.2017
ölçüsü4 Mb.
#13209
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

(29, s. 198). 

Belə ifadələrin «tiplərin psixologiyası, xarakteri və 

fikrinin açılıb, aydınlaşmasında çox təsirli vasitələr» olduğunu 

deyir, yazıçının tiplərin «şüur, peşə və sənətlərinə görə spesifik 


                                                                                      Gülxani Pənah 

 

 



506 

sözlər, ibarə, ifadə  və jarqonlar işlətməsinə  də xüsusi əhəmiy-

yət» verdiyini nəzərindən qaçırmır: «Sadə, canlı danışıq dilində 

yazılan bu əsərdə şair və mömin şəxs olan, ruhani təhsili almış 

Mirzə Bayram olduqca qəliz və ibarəli bir dillə danışır. Nəcəf 

bəyin: «Əhvalınız necədir»-sualına qarşı onun «Lillahil-həmd, 

səlamət və  ağanın vücuduna peyvəstə duagu varıq»-deməsi 

həm dilindəki jarqonu, həm də  təbiətindəki yaltaqlığı başa 

düşmək üçün nə qədər xarakterikdir» (29, s. 199)

Kamran Məmmədov yazır: «Haqverdiyev hekayələrində 

böyük ümumiləşdirmə bacarığı göstərmişdir. Onun heka-

yələrinin məzmununu inqilabdan əvvvəlki ictimai həyatın bu və 

ya başqa dərəcədə ümumiləşdirilmiş, tipikləşdirilmiş hadisələri 

təşkil edir... Onun bir sıra hekayələrindəki («Bomba», «Şəbih», 

«Pir», «Qiraət», «Çeşmək», «Diş ağrısı» və s) bütün hadisələr 

«gülməli və kiçik görünsə də bir sıra acı həqiqətlərin ümumiləş-

dirilmiş tipik ifadəsidir»-deyir (55, s. 178). 

C.Xəndan  Ə.Haqverdiyevin epiqraflardan «gəlişi gözəl 

deyil, müəyyən bir məqsəd üçün» istifadə etdiyi açıqlanır. 

Ə.Haqverdiyevin əsərlərində xalq yaradıcılığından geniş istifa-

də etdiyini araşdırır, əsərlərində «doşab almışıq bal çıxıb», «çı-

raq dibinə  işıq salmaz», «yıxılan ağaca balta çalan çox olar», 

«kəsilsin iki əl ki, bir başı saxlaya bilmir», «yeyəsən qaz ətini, 

görəsən ləzzətini»  kimi «onlarca bu kimi xalq zərb məsəlləri, 

atalar sözü, bayatı və s.» işlətmiş olduğunu, bunlarla yanaşı ədi-

bin özünün gözəl aforizmlər, hikməli sözlər söylədiyini bildirir. 

Mir Cəlal onun fikirlərini təsdiq edir: «Ə.Haqverdiyevin 

nəsr dili, bu dövr realist nəsrimiz üçün çox səciyyəvidir. Bu 

dildə sünilik, ibarəçilik, zahiri bəzək,  əcnəbi təsir, demək olar 

ki, yoxdur. Canlı danışıq dilimizi, onun gözəl xüsusiyyətlərini, 

zəngin, əlvan söz ehtiyatlarını, xalq məsəllərini, həkimanə söz-

lərini bu qədər cəsarətlə yazıya, bədii  ədəbiyyata gətirən iki 

ədibimiz varsa, biri Haqverdiyevdir. Ona görə də ədibin dili əl-

van, söyləmə üsulu şirin,  ədası xoş, təsvirləri səlisdir» (68, s. 

176). 


Gülxani Pənah 

 

 



507 

C.Xəndan bu sahədə M.Ə.Sabirin yaradıcılığını daha 

zəngin görür. 

Sabirin canlı xalq ifadələrindən  tipi xarakterizə etmək, 

onun daxili aləmini, psixologiyasını açmaq üçün istifadə etməsi 

araşdırılır: «Sabirdə  təkcə bu deyil, ümumən poeziyanı xalqın 

malı etmək mənasında bu mənbəyə    əl atılır, hətta  ən dövlətli 

bir şəxs də ən sadə adamın tələffüzündə olan canlı xalq ifadələ-

rini işlədir» (107, s. 418). Faktlara müraciət edir: «Nə rəva ba-

xam fəqirə ürəyim bulana, ya rəb!» («ürəyim bulana»), «Sənə 

nə, evin yıxılsın, füqəra üçün yanırsan»(«evin yıxılsın») 

nümunə  gətirilir. Sabirin yaradıcılığında bu xalq ifadələrinin 

«mexaniki işlədilmədiyi» qeyd edilir, bu ifadələr «gur bulaq 

kimi  şairin söz xəzinəsinə axıb gəlmiş, tükənməyən ehtiyat 

yaratmışdır»-deyir.  Şairin söz ehtiyatının zənginliyinə baxma-

yaraq, onları çox «ehtiyatla işlədib qədrini bildiyi», sənətkar-

lıqla işlətməklə oxucunu «heyran qoyduğu» qiymət-ləndirilir. 

«Əliflər döndü nun oldu, səbəb boynuyoğun oldu» («şaha qarşı 

«əclaf, yaramaz, zalım» və s. titulların hamısından təsirli real 

və canlı  təsəvvür doğuran «boynuyoğun»dur ki, bunu şairin 

kəşfi kimi qiymətləndirmək olar»-C.Xəndan), «Əqlin azıb, ay 

yazıq, boşlamısan karını» («əqlin azıb», «ay yazıq», «boşlamı-

san») «müasir paltar geydiyi üçün tipin ona «əqlin azıb» deməsi 

və  təəssüf hissilə «ay yazıq» ifadəsini də  əlavə etməsi istər-

istəməz gülüş doğurur»-C.X) (107, s. 420) misraları açılır, 

təhlil edilir, şairin canlı xalq ifadələrindən sənətkarlıqla istifadə 

etməsi dəyərləndirilir. 

Sabirin yaradıcılığında xalq ifadələri «təsadüfi deyil, 

geniş ölçüdə sistem halında» işlədilir. C. Xəndan nümunə üçün 

«Sən beləsənmiş  balam,  ay  bərəkallah sənə» misrası ilə 

başlanan satirada canlı xalq ifadələrini təhlilə cəlb edir. İyirmi 

üç misradan ibarət bir şeirdə «Əqlin azıb...» misrasında göstər-

diyimiz üç xalq ifadəsindən başqa aşağıdakılar da vardır: «Sən 

beləsənmiş balam», «ay bərəkallah», «şuğlu», «ay adama oxşa-

maz», «bom-boz olub saqqalın», «rəngi həna yaxsana!», «yox 


                                                                                      Gülxani Pənah 

 

 



508 

xəbərin binəva...», «lap malağanlıq yağır girdə gözündən sə-

nin»,  «doğrusu mən ürkmüşəm bəzi sözündən sənin», «vermə-

rəm artıq salam», «cümlə  dəyişdirmisən kürkünü, paltarını», 

«ağzına olsun qadam» və s. və i.a. göründüyü kimi, şeir baş-

dan-başa xalq ifadələri üzərində qurulmuş, beləliklə  də, onun 

məzmununa uyğun çox maraqlı bir forma yaranmışdır» (107, s. 

421). 


Xalq ifadələrindən məharətlə istifadənin Sabirin şeirlərin-

dəki xəlqiliyi daha da «canlandırdığı»nı bildirən tədqiqatçı 

bunun şeirlərinin dilindəki təbiilikdə aydın göründüyünü deyir. 

«Tək səbir» şeirində «Andıra qalmış nə yaman səslənir!» mis-

rasındakı xalq ifadələri olan «andıra qalmış» və «nə yaman» 

şeirin dilini o qədər canlı etmişdir ki, biz sanki şeir oxumur, 

canlı insanı-tipin özünü dinləyirik» (107, s. 421). Orijinal ifa-

dələrlə xalq ifadələrinin həmahəngliyinin ötəri bir hal deyil, 

«yaradıcılıq xüsusiyyətini təşkil edən amillərdən biri» olduğu 

və xüsusiyyətin  ədəbiyyatımızın sonrakı inkişafı üçün də çox 

maraqlı olduğu söylənir: «diqqət edilsə, əsl xəlqi şeir necə ol-

malıdır, o, xalq yaradıcılığı  xəzinəsindən necə istifadə etməli-

dir, buradakı orijinallıqla xalq ifadələri necə uyğunlaşmalıdır və 

s. bu kimi sənətkarlıq məsələlərilə əlaqədar olan suallara burada 

faydalı cavablar vardır» (107, s. 421). 

Sabir canlı xalq ifadələrini çox zaman satiranın  tələblə-

rinə uyğun  şəkildə  işlədir, ayrı-ayrı ifadələri  konkret mətnin 

tələbinə uyğun verir. Sabir satiralarının söz və ifadələrindəki 

incəlik araşdırılır və bildirir ki, «bu incəliyi başa düşmək üçün, 

bilmək lazımdır ki, onları tələffüz edən qəhrəman əsasən üçdür: 

lirik-müsbət, satirik-mənfi və avam-yazıq» (107, s. 422). 

Onların tələffüz formalarında olduğu kimi, məzmunlarında da 

ciddi fərqi qeyd edir. Yalnız «millət» sözünə  nəzər salınsa 

oxucunun təsəvvüründə bu «aydınlaşar»: «Qeyrətimiz bəllidir 

hər millətə», «Qaç oğlan, qaç at basdı, millət gəlir...», 

«Millətdən ötrü ağlayan axırda olur kor», «Millətdə olan 

büsbütün adət götürüldü», «İndi bir az da dincəl, baş qoy 


Gülxani Pənah 

 

 



509 

yatağa millət!», «Millət ayılıb talibi-hürriyyət olurmuş!», 

«Dağıldı  məclisi-milli», «Ey millətin ümmid gözü, canı  uşaq-

lar!», «Millət necə tarac olur olsun, nə işim var!», «Millət oyan-

dı, qoymayın» və s.» (107, s. 422) nümunələrdə hər qəhrəmanın 

öz dünyagörüşünə uyğun şəkildə bu sözü tələffüz etdiyi, «buna 

uyğun olaraq şair münasib sözlər kontekstində «millət» 

məfhumunu oxucuya çatdırdığı, özü də istədiyi kimi çatdırdı-

ğını bildirir: «Necə çatdırır?-sualına cavab verdikdə deyirik ki, 

istədiyi kimi çatdırır, hər üç qəhrəmanın fəaliyyətində, ifadə 

tərzində,  əsasən ideya istiqamətinin açılmasında xalq şairinin 

aktiv rolu görünsə  də, görünməsə  də, vardır ki, bu da onun 

tendensiyaçılığı ilə əlaqədardır» (107, s. 422-423). Sabirin «yüz 

ölçüb bir biçmək» fikrinə uyğun olaraq hər ifadənin necə, ha-

rada, nə məqsədlə  işlənməsini özü təyin etdiyi, sözlərin seçil-

məsi, satirik dona geydirilməsi, tipin psixologiyası ilə uyğun-

laşdırılması  işində  şairin rolunun «aktivliyi» dəyərləndirilir: 

«O, xalq ifadələrindən o qədər geniş istifadə etmiş ki, satira elə 

bunların üzərində qurulubdur» (107, s. 423). 

Sabir satiralarında folklor nümunələri ilə canlı ifadələrini 

“birləşdirir” («Ölkə  dərəbəylik deyə, qan-qanmı sanırsan»-

misrasında «dərə  xəlvət tülkü bəy», «ölkə  dərəbəylik deyil» 

məsəl və ifadələrindən istifadə edən satirik qəhrəmanın nə 

demək istədiyinin izahata ehtiyacı yox-C.X), təsvir etdiyi 

hadisə və insanı daha doğru və təbii vermək üçün yerli koloriti 

saxlayır, yerli şivəçilikdən istifadə edir və bu bütün 

azərbaycanlılar üçün başa düşülən olur. Bu sözlərin xalqımız 

tərəfindən başa düşülən və «beləliklə  də  ədəbi dilə daxil 

edilməsi üçün vətəndaşlıq hüququ qazanan və  bədii dili 

tipikləşdirmək üçün şüurlu surətdə istifadə olunan söz ibarə və 

ifadələr olması açılır. 20 satirasını diqqətlə gözdən keçirən şair 

«ölü-bə», «ərbab», «cünbüş», «biş-düş», «bişərəf», «silsiləcün-

ban», «bəcəhənnəm», «daduş», «pa oğlan», «pa atonnan!» kimi 

Təbriz dialektinə aid söz və ifadələrin hamısının oxucu kütləsi 

üçün anlaşıqlı olduğunu yazır. Sabirin yaradıcılığındakı canlı 


                                                                                      Gülxani Pənah 

 

 



510 

xalq ifadələrinin zənginliyinin  şairin xalqa bağlılığından irəli 

gəldiyini söyləyir. 

Sabirin geyimlə yanaşı («Bomboz olub saqqalın, rəngü 

həna yaxsana// Mömin olub bir üzük barmağına taxsana»; Sur-

tuklu müsəlmanları  təkfirə qoyan bu// Döşlüklü müsəlmanları 

neylərdin ilahi»; «Hanı taqə-taqə  şalın, a cırıq çuxalı  fəhlə!»; 

«Qoy börkünü kəc qaşının üstündə, fırılda!», «Başına qoyub 

gəzirsən yekə bir motalı, fəhlə?!» və s.) məişətlə bağlı sözləri 

də şeirlərində işlətməsi araşdırılır. Yataq şeyləri, musiqi adları, 

xörək, qab-qacaq, çərəz və s. adlarından da şairin poetik 

təfəkkür üçün istifadə etməsini «maraqlı» adlandırır: «Dudkeş 

kimi bir papaq başında» misrasında olduğu kimi, «dəyməz o bir 

paslı  dəmir  ərsinə» və yaxud «gürkani-cəfavü sitəmin çəngə-

liyəm mən» misralarında da məişət sözləri (ərsin, çəngəl) po-

etik fikrin aydınlaşmasına xidmət etmişdir» (107, s. 431) deyən 

tədqiqatçı  əlavə edir ki, «belə sözlərin təşbih, istiarə  və ya 

məcazın başqa növlərində istifadə olunması  ən sadə  və dar 

düşüncəli adamın da, poetik fikri qavramasına kömək edir» 

(107, s. 432). 

Sabirin yaradıcılığında yaraq adlarından (sapand, qalxan, 

xəncər, top, revolver, şrapnel və «Kirəm Ətabək öldü də, topu 

tüfənginiz hanı?// Bəhri-Əmiq hərbdə kəştiyn-cənginiz hanı?»; 

«Baxdıqca revolverinə-əndamım olur süst// Bağrım yarılır xən-

cəri-bürranını görcək»;) fikrin oxucuya çatdırılmasını «asanlaş-

dırmaq üçün» işlədildiyi, eyni zamanda «gəlişi gözəl» işlə-

dilmədiyi, («əsərdə irəli sürülən ideya ilə əlaqədar olaraq  müx-

təlif cəbhədən izah edilib, müxtəlif nəticələrə  gətirib çıxarır»-

C.X) bildirilir: «Milli-azadlıq mübarizəsinin tərənnümündə «to-

pu tüfənginiz hanı» deyə döyüşə ruhlandıran  şair, günahsız, 

məqsədsiz və nahaq qanların tökülməsini istəmir, «sülh-sülh!» 

deyə fəryad edir (107, s. 437). 

Din və mövhumatın güclü olduğu bir zamanda yazıb 

yaradan Sabirin dini-mövhumi sözlərin, ifadələrin («ilahi», «ya 

rəb», «cin», «xortdan», «ərdo», «sünni», «şiə», «molla», 


Gülxani Pənah 

 

 



511 

«seyid», «axund», «rind», «zahid», «mürid», «mür-şid» və s.) 

satirasında öz bədii ifadəsini tapdığını, bu və ya digər tipi, 

habelə hadisəni xarakterizə etməkdə poetik vasitəyə çevirməsi, 

bu sözlərin maraqlı və orijinallıq kəsb etməsi («Qoyma gəldi» 

satirası, «A molla», «Səbr eylə», «Beynəl-miləl» «Nuri 

çeşmanımmısan, ey pul, ya canımmısan?!» və s.), onun Sabir 

ədəbi məktəbinə daxil olan və onun ənənələrini davam etdirən 

sənətkarlara nümunə olması dəyərləndirilir. 

C.Xəndan ana dilindən, onun zəngin folklor mənbələrin-

dən yazıçı  və  şairlərin məharətlə yararlanmasını, xalq mədəni 

irsinə bağlı qüdrətli bədii təfəkkürün məhsullarını yüksək də-

yərləndirir. Araşdırdığı, tədqiq və  təhlilinə geniş yer ayırdığı 

böyük sənətkarların xalqa, onun dilinə bağlılğı, xalq ədəbiy-

yatının incəliklərindən istifadə mexanizmlərinin bədii irsə  gə-

tirdiyi bədii tutum diqqətə çəkilir. 

Tədqiqatçılar Sabirin dilindən danışarkən onun dilində 

xalq kütlələrinin çətin anladığı ərəb, fars sözlərinin çoxluğunu 

dilə  gətirirlər, bir sıra  əsərlərində  ədəbi dil məsələsini «həll 

edə» bilmədiyi, bununla belə, «Sabir dili öz ruhu, xarakteri, 

sintaksisi, intonasiyası  və quruluşu etibarilə öz dövrünün ən 

demokratik  dili olmuşdur. Sabir hər  şeydən  əvvəl hamı 

tərəfindən anlaşılmağa çalışmış  və buna nail ola bilmişdir» 

deyirlər (133).  

«Məktəb uşaqlarına töhfə» olaraq yazdığı kiçik 

şeirlərində ata-anaya məhəbbət, onları itaətə çağırır,  əməyə 

həvəs təbliğ edir. 

Uşaqlar üçün yazılan bu şeirlərin ahəngi səlis, musiqisi 

«oynaq», vəzni «qısa və yüngül»dür, «Uşaq və buz». «Yaz 

günləri» mənzumələri «nağıllardakı el mənzumələrini 

xatırladan müxtəsər, yığcam, dərin məzmun və unudulmaz 

hikmət ifadə» edən «ibrətli  şeirlər»dir, bu gün də  dərsliklərdə  

ən yaxşı  tərbiyəvi material, vasitə olan nümunə»lərdir. Sabiri 

milyonların qəlbini oxşayan əsl xalq şairi adlandırır. 



                                                                                      Gülxani Pənah 

 

 



512 

 «Xalq  məsəllərindən, danışıq dilinin zənginliklərindən 

istifadə üsul»u Sabir satirasının səciyyəvi cəhətlərindən biri ki-

mi qəbul edilir. Şairin tənqid etmək istədiyi məsələdə «xalq 

zəkasının silahı ilə «silahlandığını, hamıya aydın olan ifadələrlə 

danışdığını,  şeirlərində söz, ifadə  və  tərkibləri «canlı xalq 

dilindən» aldığını Mir Cəlal da təqdirəlayiq bilir: «Sabirə qədər 

heç bir şairdə canlı xalq dilinin, bu tükənməz xəzinənin qüd-

rətini tapmaq mümkün deyil. Sabirin şeirimizdə böyük xidmət-

lərindən biri də danışıq dili ilə kitab dili arasındakı  çərçivəni 

vurub yıxmaqdan ibarətdir». Sabirə  qədər kağıza, yazıya düş-

mək üçün «qəliz ifadələr» seçildiyi, Sabirin danışıq dilini şeirə 

gətirməsinin «kəşf» olduğu, bu xüsusiyyətin şairə yüz minlərlə 

insanlara müraciət etmək, «öz xalqının geniş kütlələri ilə danış-

maq imkanı» verdiyini, bədii dilimizdə «inqilab» yaratdığını, 

«şeirin mövzu və  məzmun dairəsini genişləndirdiyi kimi, şeir 

dilinin zinətlərini, vasitələrini də  zənginləşdirdiyi»ni (68)qeyd 

edir. 


Dilin sadəliyinin, təmiz və ahəngdarlığının tipin xarakte-

rizə edilməsi ilə yanaşı ideyanın açılmasına da «kömək» etdiyi-

ni, bu xüsusiyyətin Sabirin poetikasında «əsas yer tutduğunu», 

xalqın zəhmətkeş kütlələri ilə bağlı olan şairin aydın, səlis dildə 

yazmağa «adət» etdiyi, sonralar «vərdiş şəklini» aldığını bildi-

rən C. Xəndan bir məsələni də diqqətə çatdırır ki, dili bu qədər 

sadə şair bəzən tipi xarakterizə etmək üçün qəliz söz və ifadə-

lərdən də yararlanır. «Dəbistan» jurnalının qapanmasından se-

vinən tip «Əlminnətulillah ki, «Dəbistan» da qapandı» deyir. 

Tədqiqatçı  «əlminnətulillah» sözünün müəyyən ruhani təhsili 

görənlərin işlətdiyini, sadə  fəhlə, kəndli dilində  işlənmədiyini, 

bu jurnalın bağlanmasından kimin sevindiyini şairin açıq 

deməsə də, öz «satira hədəfini tanıtdırmağa çalışdığını» görür: 

«Canlı tiplər yaratmaq üçün Sabirin idiomatik ifadələrdən, canlı 

danışıqdan gələn çoxlu sözlərdən, folklordan, aforizmlərdən və 

s. mənbələrdən» geniş istifadə etdiyini qeyd edən tədqiqatçı  

«yeni söz demək, yeni təsvir yolu tapmaq, yeni tip yaratmaq 


Gülxani Pənah 

 

 



513 

Sabir poetikasının  əsas prinsiplərindəndir» deyir və onu da 

qeyd edir ki,  «şairin poetikasında bir xüsusiyyət də vardır ki, o 

da üslub sadəliyidir» (107, s. 20). Üslub sadəliyinin üslubiyya-

tın aydınlıq prinsipinə «riayət etmək» demək olduğunu bildirən 

tədqiqatçı aydınlığın fikrin daha tez çatmasına xidmət etdiyini, 

uzunmüddətli təsir bağışladığını bildirir. 

Dahiyanə fikirlərini sadə  və aydın  şəkildə yazan böyük 

sənətkarları yada salan tədqiqatçı Sabirin üslubunu araşdırır və 

gəldiyi qənaətinə görə onun satiralarında çətin başa düşülən 

sözlər olsa da, bütünlüklə yaradıcılığını  nəzərdən keçirdikdə  

«Sabir yaradıcılığında üslub sadəliyi və aydınlığı əsas» olduğu 

qənaətinə  gəlir. Bu mənada onun özünəməxsus bir üslubu ol-

duğu fikrindədir: «Bu üslub qəliz sözləri də cümlə daxilində 

başa düşülən  şəklə salır. Adi oxucu ola bilər ki, «məskəd», 

«dəkkey», «cəri» kimi sözlərin mənasını başa düşməsin» (107, 

s.  21). Fikrini sübut üçün aşağıdakı misraları nümunə gətirir: 

Qəsb edəli məsnədi-peyğəmbəri, 

Dəkkeyi-baqqal elədin minbəri. 

Lobya, noxud satmağa oldun səri, 

İndi dəxi xoşlamayır müştəri. 

Küncüdünü, xaşxaşını, Mir Haşım! 

Durma, götür qaç başını, Mir Haşım! (107, s.  21). 

Şeirlərində dilimizin qayda-qanunlarına uyğun gəlməyən 

izafət tərkiblərin, qəliz sözlərin işlədilməsinə  məcbur olsa da, 

Sabirin fikirlərini oxucuya çatdırmaq üçün «tərkibin bir tərəfinə 

hamının başa düşəcəyi» sözləri saldığını, beləliklə oxucunun 

fikri başa düşməkdə «çətinlik çəkmədiyini» deyir: «Məsələn, 

«kasıb deyiliz, sikkeyi-pulu tanırız biz» misrasındakı pul sözü 

«sikkənin» də aydınlaşmasına səbəb olur. Belə xüsusiyyətə mə-

naca yaxın olan sözlərin yan-yana işlədilməsi hallarında da rast 

gəlirik: «Bu müsibətlər bütün büğzü  ədavətdən törər» cümlə-

sindəki ədavət sözü «büğz» haqqında da təsəvvür yaradır» (1, s. 

25). 


                                                                                      Gülxani Pənah 

 

 



514 

«Onun sözləri məna ifadə etməklə  məhdudlaşıb qalmır, 

rəssam fırçasına çevrilib portret yaradır, bir tərəfdə «tir boyun-

lar», «şiş qarınlar», «qırmızı saqqallar», digər tərəfdə aclar, 

yoxsullar, «tarac olanlar», «möhtac qalanlardan» ibarət bir löv-

hə cızır, satirik fon arxasında tragik bir səhnəni insanın gözləri 

qarşısında canlandırır, nifrət, qəzəb oyadır, amansızcasına qam-

çılayır» (133, s. 162-163).  

Sabirin işlətdiyi sözlərin mənasının bəzən ancaq şeiri 

oxuduqdan sonra başa düşmək olur. Nümunə gətirir. «Ağzında 

ekstrenin kafir zavodu», «Ancaq iş gördü ləqəb fabrikası» kimi 

misralardakı «kafir zavodu» və «ləqəb fabrikası» sözlərin 

izahını  və  mənasını heç bir lüğətdə tapmaq olmaz. Satiraları 

oxuduqda anlaşılır ki, şair hər yetəni «kafir» sözü ilə 

damğalayan və hər cür ləqəbə (xan, əyan, seyid, molla, tacir və 

s) qiymət verən adamlara istehza etmişdir» (107-26). 

Aydınlığa, sadəliyə diqqət yetirən şairin folklordan, canlı xalq 

dilinin zəngin xəzinəsindən  istifadəsi, bir çox yaratdığı yeni 

sözlər tədqiqatçının təhlil və tədqiqatında öz əksini tapır. 

Sabir poetikasının ümumi prinsipləri ilə yanaşı Sabir 

yaradıcılığında təsvir-ifadə vasitələri, satirik ünsürlər və obrazlı 

təfəkkürün başqa təzahür formalarına da diqqəti yönəldir. 

Poetik hissin şairanə «verilməsi», təfəkkürün «obrazlı», fikrin 

təsirli çıxması üçün, hiss və həyəcanlarını daha qüvvətli bildir-

mək üçün şairlərin peyzajlardan istifadə etdiyi, Sabirin peyzaj 

məsələsində «müasirlərinə  bənzəmədiyi», onun bu sahədə  də 

sənətkarlığı vurğulanır. Onun gülə, çiçəyə, dumana, buluda və 

s. «yeni-yeni mənalar verməsi» dəyərləndirilir. Poetikasında 

peyzajları ən çox «ictimai mənaları ilə» nəzəri cəlb edir, cəmiy-

yətdəki siyasi hadisələri «böyük məharətlə aydınlaşdırır»:  

 

Neyləməli, göz görür, əqlim kəsir, 



Mən günəşi göydə dana bilmirəm. 

Şiddəti-seylan ilə baran tökür, 

Bir koma yox, daldalana bilmirəm. 


Gülxani Pənah 

 

 



515 

Bu misralarda təbiət təsvirlərindən «söhbət getməyir», 

buradakı günəş, sel, yağış «cəmiyyət hadisələrinə  işarədir. 

Şairin burada məqsədyönlü fəaliyyətini (peyzajlardan istifadə 

etməklə  həm fikrini «asan yollarla, daha təsirli  şəkildə 

çatdırılmasına» kömək edildiyi, həm də «çar senzurasından 

qorunmaq üçün əlverişli» yol olduğu) qeyd edir. Sabir dönə-

dönə “yeni priyomlara” əl atır, təbiət təsvirlərindən yarar-

lanmaqla çox münasib təşbihlər seçir, «mənzərə-peyzaj vasitə-

silə  cəmiyyət haqqında çox real təsəvvür» yarada bilir və bu 

«şairin sənətkarlıq qüdrəti kimi yüksək qiymətləndirilir. 

Sabirin peyzajlarının «orijinallığına», xalq yaradıcılığın-

dakı peyzajlardan yaralanma imkanlarına diqqəti yönəldir. «Su 

bulandırmaq» idiomatik ifadənin «aranı qarışdırmaq» mənasını 

bildirdiyini deyən tədqiqatçı Sabirin bu xalq ifadəsindən yarar-

lanaraq «Bu çeşməni bir növ bulandırmaq olurmu» misrasını, 

yaratdığını söyləyir: «göründüyü kimi, «su» məfhumu burada 

«çeşmə» ilə əvəz olunmuş, fikir daha da aydınlaşmış və nisbə-

tən konkretləşmişdir» deyən tədqiqatçı «Buzlu suyu qaynar 

qazanın aşına atma» misrasını da təhlil edir, burada «müstəqim 

mənada buzlu suyu qaynar qazanın içinə salmağın nə demək 

olduğunun izahata ehtiyacı olmadığını söyləyir, məcazi mənada 

isə bu «çox ciddi siyasi işlərlə məşğul olma» deməkdir» deyir: 

«Sabirdə, bu fikrin «xalqı ayıltma!» cümləsi ilə bağlandığını 

nəzərə aldıqda görürük ki, «buzlu su ilə qaynar qazanın aşı» 

məfhumundan doğan mürəkkəb kontrast nə qədər sadə və aydın 

təsəvvür yaratmışdır!» (107, s. 43-44). 

Tədqiqatçı şairin yaradıcılığında olan peyzajların təhlilini 

verir. Şairin şeirlərində həqiqi mənada da işlənən təbiətlə bağlı 

sözlərin olduğunu, bunların öz müstəqim mənasında işləndi-


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin