Жяфяр хянданын aзярбайжан ядябиййатына



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə25/35
tarix03.04.2017
ölçüsü4 Mb.
#13209
1   ...   21   22   23   24   25   26   27   28   ...   35

 

 

 

VI. FƏSİL 

  

C.Xəndan sənətkarlıq, bədii dil, yazıçı və 

folklor məsələləri haqqında 

 

  Ədəbiyyatşünaslıq elmi humanitar elmlərdən olub bədii 

ədəbiyyatı öyrənir.  Ədəbiyyatşünaslıq sənətinin  ədəbiyyat nə-

zəriyyəsindən başladığını, «mədəni inkişafın sonrakı mərhələlə-

rində ədəbiyyat tarixi, daha sonralar ədəbi tənqid yarandığı fikri 

söylənir» (40, s. 3). 

Ədəbiyyatşünaslığın mühüm sahələrindən biri olan ədə-

biyyat nəzəriyyəsi «bədii ədəbiyyatın özünəməxsusluğunu, bə-

dii inikas qanunlarını  şərh edir. Bədii  ədəbiyyatın predmeti, 

məqsədi, vəzifələri: yazıçı şəxsiyyəti, onun istedadı; təxəyyülü 

və dünyagörüşü;  ədəbi metod və üslub, bədii  əsərin tamlığını 

təmin edən ideya-məzmun və forma xüsusiyyətləri  ədəbiyyat 

nəzəriyyəsinin obyektidir» (128, s. 3).  

C.Xəndan ilk dəfə ədəbiyyat nəzəriyyəsi haqqında dəyərli 

fikirləri ilə tanınan nəzəriyyəçi alimlərimizdən biridir. 

«Ədəbiyyatın nəzəri-estetik məsələləri də C.Xəndanın 

araşdırmalarında  əhəmiyyətli yerlərdən birini tutmaqdadır. 

Tədqiqatçının «Ədəbiyyat nəzəriyyəsi» (1948. 1958) adlı 

monumental tədqiqatı, həmçinin «Ədəbi stil, metod və cərəyan 

haqqında», Bədii  ədəbiyyatın predmeti», «Bədii  ədəbiyyatda 

tipiklik», «Ədəbiyyat nəzəriyyəsinin inkişaf yolları haqqında» 

və başqa məqalələri bədii düşüncənin nəzəri aspektlərinin 

səciyyələndirildiyi mühüm qaynaqlardan biridir» (10, s. 38). İlk 

dəfə C.Xəndan, M.Cəlal və sonralar P.Xəlilov, müasir 

dövrümüzdə N.Şəmsizadə  ədəbiyyat nəzəriyyəsi haqqında 

mükəmməl tədqiqat və təhlilləri ilə tanınmışlar. C.Xəndanın bu 

sahədə xidmətlərinin  əhəmiyyəti ondadır ki, o ilk dəfə 


Gülxani Pənah 

 

 



459 

ədəbiyyatşünaslıq elmi, onun bir sahəsi olan ədəbiyyat 

nəzəriyyəsi haqqında dəyərli fikirləri ilə  ədəbiyyatşünaslıq 

elmini zənginləşdirmişdir. 

 

 

6-1. C. Xəndan ədəbiyyat nəzəriyyəsi haqqında 



 

C.Xəndan  ədəbiyyat nəzəriyyəsini  ədəbiyyatşünaslığın 

«ən geniş sahələrindən biri» olub «bədii  ədəbiyyatın ictimai 

mahiyyəti, xüsusiyyətləri, inkişaf qanunları  və ictimai vəzifə-

lərindən bəhs edən bir elm» adlandırır: «Bu elm bədii yaradı-

cılığın metodları  və  ədəbiyyatın  əsas prinsiplərindən  də  bəhs 

edir» (2, s. 224). Ədəbiyyat nəzəriyyəsinin ədəbi tənqid və ədə-

biyyat tarixi ilə yanaşı tarix, coğrafiya, fəlsəfə  və s elmlərlə 

müəyən qədər  əlaqəsi olduğu fikrində olan C.Xəndan  onun 

yaranma tarixi ərzində keçdiyi inkişaf mərhələlərinə diqqəti 

yönəldir. 

Ümumiyyətlə, alimlərimiz  ədəbi tənqidlə  ədəbiyyat tari-

xinin bir-biri ilə «qarşılıqlı  əlaqədə» olması,  ədəbiyyatşü-

naslığın bu sahələrinin eyni zamanda ədəbiyyat nəzəriyyəsinə 

«möhtac» olması fikrindədirlər: «çünki hər ikisinin tədqiq 

metodunu və prinsiplərini  ədəbiyyat nəzəriyyəsi hazırlayır. 

Nəzəri biliklə silahlanmayan ədəbiyyatşünas yüksək səviyyəli 

ədəbiyyat tarixi yarada bilmədiyi kimi, nəzəri hazırlığı  zəif 

tənqidçi də müasir ədəbi prosesi layiqincə qiymətləndirib, onu 

saf-çürük etməkdə aciz qalacaqdır.  Ədəbiyyat nəzəriyyəsi bu 

mənada ədəbiyyatşünaslığın əsaslarındandır» (128, s. 6). 

 Ədəbiyyatşünaslıqla bağlı  «Ədəbiyyatşünaslığa giriş» 

(Q.L.Abramoviç, L.V.Şepilova), «Ədəbiyyat nəzəriyyəsinə gi-

riş» (M.Rəfili), «Ədəbiyyat nəzəriyyəsinin  əsasları» (L.İ.Ti-

mofeyev), «Ədəbiyyatşünaslığın əsasları» (M.Cəlal, P.Xəlilov) 

dərsliklər yazmışdır. C.Xəndanın «Ədəbiyyat nəzəriyyəsi» adlı 

dərslik kitabı ilk ədəbiyyat nəzəriyyəsi ilə bağlı yaranmış 

dərsliklərdəndir. 



                                                                                      Gülxani Pənah 

 

 



460 

Sovet dönəmindən alimlər bədii ədəbiyyata dair nəzəri fi-

kirlərin tarixini iki mərhələyə ayırırlar. 

Birinci mərhələ kimi «marksizmə qədər ədəbi-nəzəri fik-

rin inkişafı», ikinci mərhələ kimi «marksizm-leninizm inikas 

nəzəriyyəsinin və  ədəbiyyata dair fikrin yaranması» mərhə-

ləsini götürürlər (128, s. 6). Marksizmə qədər də ədəbiyyat nə-

zəriyyəsinin  bir neçə inkişaf dövrü keçdiyi, eramızdan  əvvəl 

fəlsəfi fikirlə birlikdə yaranıb estetik fikir tarixi ilə «bağlı» 

olduğu söylənir. 

C.Xəndan bu elmin inkişafının birinci dövrü kimi öz 

orijinal fikirləri ilə tanınan qədim yunan alimi Aristoteli 

(e.ə.384-322) dəyərləndirir: «Aristotel demişdir ki, ədəbiyyat 

obyektiv həyatı  əks etdirir, onun predmeti insandır, o, böyük 

tərbiyəvi əhəmiyyətə malikdir. Aristotel bədii ədəbiyyatın elm-

dən fərqlənən spesifik cəhətlərini də göstərmiş və bədii əsərləri 

epik, lirik və dramatik əsərlər kimi üç qismə ayırmışdır. Qədim 

yunan mütəfəkkirinin  ədəbiyyat haqqındakı  bəzi mülahizələri 

bu gün belə öz əhəmiyyətini itirməmişdir» (2, s. 224). 

Nizami, Füzuli, M.F.Axundov bədii yaradıcılıq xüsusiy-

yətləri haqqında nəzəri, orijinal fikirlərini söyləmişlər. 

C.Xəndan Aristoteldən sonra marksizmə qədərki ədəbiy-

yat nəzəriyyəsinin inkişafında fransız  şairi və  nəzəriyyəçisi 

Bualonun (1636-1711), M.Y.Lomonosovun (1711-1765), 

fransız filosofu Didronun (1713-1784), alman mütəfəkkiri, 

tənqidçi-yazıçı Lessinqin (1729-1781) adını çəkir. 

Onların Aristotelin «Poetika» əsərində irəli sürdüyü fi-

kirləri dərinləşdirməklə yanaşı  ədəbiyyat nəzəriyyəsi elmini 

«zənginləşdirən» dəyərli işlərini qiymətləndirir. Bədii yaradı-

cılıqda forma və  məzmun haqqında orijinal fikirlər söyləyən 

M.Y.Lomonosovun «Rus şeirinin qaydalarını» yazdığı, «stilis-

tika və kompozisiya sahəsində yeni mülahizələr yürütməklə, 

yazıçının vətəndaşlıq borcunu yüksək qiymətləndirmiş» olduğu 

söylənir. 



Gülxani Pənah 

 

 



461 

Rus inqilabçı demokratları Belinski, Çernışevski, Dobrol-

yubovun «bədii yaradıcılığın ictimai mahiyyəti və estetika sa-

həsində inqilabi-materialist fikirləri» açılır: «onlar həqiqi sənə-

tin, realist ədəbiyyatın ən böyük rolunu xalqa xidmətdə görmüş, 

sənətkarların yüksək ideyalı  əsərlər yazmaları üçün konkret 

yollar göstərmişlər. Belinskinin ədəbi tənqid haqqında qiymətli 

fikirləri, Dobrolyubovun satira, komediya və yumor haqqındakı 

mülahizələri, rus ədəbiyyatının inkişafında xəlqiliyin rolunu 

yüksək qiymətləndirən  əsəri, Çernışevskinin fəlsəfəyə,  ədəbi 

tənqidə  və estetikaya aid əsərləri C.Xəndanın fikrincə, «sənət 

sənət üçündür» nəzəriyyəsinin xalqa zidd mahiyyətini alt-üst et-

miş, bədii yaradıcılıqda məfkurə saflığı, xəlqilik və  vətən-

pərvərlik uğrunda mübarizəyə çağırmışlar.... onlar materialist 

cəbhədən çıxış edərək deyirdilər ki, həyat  ədəbiyyata deyil, 

ədəbiyyat həyata tabedir, yaradıcılığın  əsası  həyatdır. Bununla 

belə, həyatı  dəyişdirib inkişaf etdirməkdə  ədəbiyyatın rolu 

böyükdür» (2, s. 225). 

C.Xəndan  ədəbiyyat nəzəriyyəsinin sonrakı inkişaf döv-

rünün Marks və Engelsin adı ilə bağlı olduğu fikirləri araşdırır. 

X1X əsrin ortaları və ikinci yarsında kəskinləşən sinfi mübarizə 

şəraitində ədəbiyyat və incəsənətin bir sıra spesifik cəhətləri ilə 

bağlı «izahat»larının marksist-leninçi ədəbiyyatşünaslığın  əsas 

xüsusiyyətlərini təşkil etdiyini söyləyir. C.Xəndan sosializm 

ideologiyasına mənsub bir alim kimi onların bədii yaradıcılıqda  

«tendensiyaçılıq», «tarixilik prinsipləri» haqqında fikirlərini 

araşdırır.  

Onların ədəbiyyat nəzəriyyəsində irəli sürdükləri tarixilik 

prinsipinə görə  hər hansı bir yazıçıya qiymət verilərkən ona 

yaşadığı dövrün tələblərinə uyğun «yanaşmaq lazım gəlir». C. 

Xəndan bir tədqiqatçı alim kimi özünün gəldiyi nəticəni 

söyləyir: «Bu mənada, əlbəttə, biz keçən əsrlərin ən böyük sə-

nətkarlarına da müasir tələblər əsasında yanaşa bilmərik. Doğ-

rudur, öz dövrlərini qabaqlayan, daha uzaq gələcəyi görən 

böyük sənətkarlar vardır. Biz onların da yaradıcılıqlarını təhlil 


                                                                                      Gülxani Pənah 

 

 



462

etdikdə yaşadıqları dövrlə  əlaqədar olaraq qiymətləndirməli-

yik». Bir sıra yazıçıların tarixən məhdud cəhətlərinin marksiz-

min tarixilik prinsipindən istifadə edilməklə «aydınlaşdırıl-

ması» qənaətindədir. Yeni mədəniyyət yaradarkən bəşər mədə-

niyyəti tarixini dərindən öyrənməli olması haqqında marksist-

leninçi fikirləri araşdırarkən C.Xəndan sovet ədəbiyyatı 

nəzəriyyəçisi kimi çıxış edir: «Bədii əsərlərə qiymət verərkən, 

biz onları obyektiv real həyatın inikası, ictimai həyatın obrazlı 

ifadəsi kimi qiymətləndirməliyik. Bunun dürüstlüyünü isə 

təcrübədə, həyat həqiqəti ilə bədii əsərdəki həqiqətin müqayisə-

sində  aşkara çıxarmaq olar»-deyən C.Xəndan Sabirin «Bey-

nəlmiləl»  şeirində ermənilərlə azərbaycanlılar arasında salınan 

milli  ədavətə etirazı, xalqı birliyə çağırdığını qeyd edir və 

«Sabirə, beynəlmiləl tədbiri-ülfət etməli!»-deyir. Biz o dövrün 

həyat həqiqəti ilə tanış olduqda belə bir hadisənin doğrudan da 

baş verdiyini görürük» (2, s. 229). 

C.Xəndan «bədii  ədəbiyyatın predmeti» insan olduğunu 

bəşər tarixində yaranan əsərlərin də  təsdiq etdiyini bildirir: 

«Tarixin hər bir dövründə  ən görkəmli yazıçının  ən böyük 

idealı insan və onun taleyi ilə bağlı olduğu kimi, onun arzusu 

da insanlar-oxucular tərəfindən sevilmək olmuşdur» (2, s. 233). 

Bədii əsərin qayəsi, yazıçının  onda tərənnüm etdiyi məqsəd də 

«insan obrazları ilə əlaqədar»dır fikrindədir (2-233). «Ən gözəl 

duyğular, ən kəskin nifrət hissləri, sevinc, kədər, həyəcan və s. 

yalnız obrazlar vasitəsilə verilir. Məhz buna görə  də  bədii 

əsərlərin təhlilində insan obrazlarını düzgün şərh etmənin 

böyük əhəmiyyəti vardır» (2, s. 234). 

M.Cəlal yazır ki, «bədii  əsər surətlər aləmidir-ictimai 

varlığın yüksək  şəkildə canlandırılmasıdır. Hər bir əsərdə üç 

növ surət ola bilər: 

birincisi: insan və kollektiv surət-tip, ya xarakterlər, 

personajlar heyəti; 

ikincisi: duyğu, əhvali-ruhiyyə surəti-lirika, qəhrəmanlıq, 

romantika; 


Gülxani Pənah 

 

 



463 

üçüncüsü: təbiət və əşya surəti-peyzaj, mənzərə, lövhə. 

Varlığı geniş  əhatə edən iri həcmli  əsərlərdə (roman, 

dram, poema) bu surətlərin bəzən hamısı, yaxud bir neçəsi 

olur» (128, s. 25). 

M.Qorki də  «ədəbiyyat insanşünaslıqdır»-deyir.  Ədəbiy-

yat insanların varlığa münasibətini bu və ya başqa şəkildə əks 

etdirir: «M.F.Axundovun «Şərq poeması»nda təbiətin kədərini, 

bahar mənzərələrini, quşlar, çiçəklər aləminin məhzunluğunu, 

böyük  şairin ölümündən mütəəssir olmasını göstərməkdə 

məqsəd təbiət hadisələrində insanın mənəvi aləminin ifadəsini 

verməkdir» (128, s. 25). 

C.Xəndan ədəbiyyatın predmeti insan olsa da, elə əsərlər 

də vardır ki, orda insan əvəzinə heyvanlar aləmindən alınmış 

obrazların iştirak etdiyini deyir və Ə.Sabirin «Ağacların bəhsi» 

şeirindən bir parça misal göstərir.  M. Qorkinin «Fırtına quşu», 

«Şahin nəğməsi»  əsərlərini xatırladır, bunlarda nitqləndirilən, 

şəxsləndirilən heyvan və quşların simasında cəmiyyətdəki mən-

fi və müsbət xarakterli insanlar, onların mübarizəsi haqqında 

söhbət getdiyini anlamağın çətin olmadığını bildirir: «Demək 

bədii ədəbiyyatın hər hansı sahəsini götürsək, orada insanın özü 

və ya onun həyat həqiqətinə münasibəti nəzərə çarpır» (2, s. 

235). 

Hər hansı  bədii  əsərdə obrazın canlı  çıxması üçün yazı-



çının müxtəlif vasitələrə (geyimi, hərəkəti, mimikası, təbiət təs-

virləri, ricətlər, vasitəli və ya vasitəsiz nitqlərə) yer verməsi mə-

sələsinə diqqət yetirir. M.F.Axundovun «Puşkinin ölümünə 

Şərq poeması»nda böyük şairin ölümündən doğan kədərin 

dərəcəsini «bildirmək üçün təbiətlə özü arasında kontrast yarat-

mış, təbiətdəki  şənliyi-hər tərəfin gəlin kimi bəzənməsini, 

bülbüllərin nəğməsini, çiçəklərin parlamasını və s. göstərdikdən 

sonra «tək mənim qəlbim uzaq, nəşəli yerlərdən uzaq» demiş-

dir» (2, s. 235). S.Rəhimovun, C.Cabbarlının, M.Cəlilin, M.Cə-

lalın da əsərlərini diqqətə çəkir. 



                                                                                      Gülxani Pənah 

 

 



464

Bədii əsərlərin məfkurəvi-əxlaqi əhəmiyyətinin böyüklü-

yünü də  ədəbiyyatdakı insan obrazları ilə  əlaqədar  bilir. Bu 

məfkurəvi-əxlaqi təsiri həm müsbət, həm də  mənfi tiplər va-

sitəsilə «aşılanır»: «O, müsbət tiplərə hüsn-rəğbət doğurduğu 

halda, mənfi tiplərə qarşı nifrət hissi oyadır, beləliklə də, əsərin 

məfkurəvi-əxlaqi təsiri öz rolunu oynayır» (2, s. 237). 

M.Cəlal bildirir ki, «gənc nəslin ictimai-siyasi həyata, 

mübarizələrə kamil, hazır, mətin yetişdirilməsində, qabaqcıl 

ideyaların kütlələr arasında tez və geniş yayılmasında bədii 

ədəbiyyatın  əhəmiyyəti və imkanları çox böyükdür... yaxşı 

əsərlər, kamil əsərlər oxucunun zehnində həmişəlik qalır,.. də-

rin mənalı ifadələr xalq tərəfindən mənimsənilir,... canlı dilin 

malına çevrilir...» (128, s. 47). 

Sosializm ideyaları ilə silahlanmış C.Xəndan «klassik 

ədəbi irsin həqiqi varisləri» bildiyi sovet yazıçılarının dünyada 

«ən qiymətli kapitalı olan insana» əsərlərində geniş yer ver-

diyini, tarixin heç bir dövründə sadə xalqın bədii  ədəbiyyatda 

bu qədər geniş yer tutmadığını bildirir. Baxmayaraq ki, sovet 

dönəmində kommunist ideologiyası yazıçının arzu və istək-

lərini ifadə etmək imkanlarını  məhdudlaşdırırdı, bununla belə, 

həqiqətən sovet dönəmində yaranan əsərlər, bu əsərlərdə insana 

daha geniş yer verildiyi, ədəbiyyatın sağlam ruh aşıladığı 

faktdır. Və C.Xəndan bir-birindən maraqlı, insan həyatını özün-

də  əks etdirən bədii cəhətdən qüvvətli  əsərlərin yaranmasının 

şahidi idi və  bu əsərlərdə insanların zəngin daxili aləmini əks 

etdirildiyini görürdü. Böyük arzu və ideyalarını, sərbəst, azad 

düşüncə sahibi olan insanların obrazlarını yaratmaq üçün məhz 

sovet dönəmində böyük əsərlər yazılması üçün yollar açılmışdı. 

Məhz bu dövrdə sovet adamlarının kommunizm ideyaları  və 

kommunist  əxlaqı ruhunda tərbiyə edilməsini tələb edən 

əsərlərlə yanaşı  İ.Hüseynov «İdeal», B.Vahabzadə «Gülüstan» 

əsərlərini yaradırdı... 

C.Xəndan bədii yaradıcılıqda tipiklik məsələsini həm 

siyasi, həm də  sənətkarlıq hadisələri ilə əlaqədar olan bir «sa-


Gülxani Pənah 

 

 



465 

hə» bilir.  Hər hansı yazıçı qələmə aldığı həyatın ən xarakterik 

cəhətlərini  əsəri üçün mövzu götürür. Burada sənətkarın ümu-

miləşdirmə qabiliyyəti, səciyyəvi obraz, ifadə, fakt seçmə ba-

carığı, həyatı müşahidə qabiliyyəti tədqiqatçıların diqqət mər-

kəzindədir.  İctimai həyat hadisələrini seçərək ümumiləşdirmə 

və tipikləşdirmənin parlaq nümunəsi kimi Qorkinin «Ana» ro-

manındakı Pavel və onun anası Nilovnanın o dövrün fəhlə-

lərinin «ən xarakter sifətlərini» təmsil etdiyini bildirir. M. Qor-

kinin  bədii ədəbiyyatın təsadüfi faktlara əsaslana bilmədiyini

onun adi hadisə  və adamlardan yüksəkdə durmalı olduğunu, 

ədəbi hadisənin həyatdakı o cür hadisələrin ümumiləşmiş, tipik-

ləşdirilmiş forması olduğu, yalnız belə olduqda həyati faktın 

ədəbi fakta çevrilə bildiyi fikrini diqqətə çatdırır. 

«Yazıçı  həyatda tanış olduğu insanlardan birini götürüb, 

digərlərindən aldığı yardımçı sifətlərlə onu tamamlayır və belə-

liklə ümumiləşmiş tip yaradır. Buna görə  də  bədii  ədəbiyyat-

dakı tip həyatdakı prototipin eyni deyildir» (2, s. 175)-deyən 

C.Xəndan M. Qorkinin «Ana», Ə.Haqverdiyevin «Xortdanın 

cəhənnəm məktubları» əsərlərini nümunə gətirir. 

Bədii  əsərlərdə yazıçılar ümumiləşmiş tip əvəzinə öz 

portretlərini («Çapayev» romanında Klıçkovu, «Polad necə 

bərkidi»  əsərində Korçagini, «Ata və  oğul» povestindəki 

Qəhrəmanı) yaratdılar. 

Bir sıra  əsərlərdə konkret tarixi şəxsiyyətlərdən («I 

Pyotr»,  «Vaqif», «Nizami», «Ağa Məhəmməd  şah Qacar», 

«Xanlar») bəhs olunsa da «şübhəsiz, bunlardakı tiplər də proto-

tiplərin kopiyası olmayıb, yazıçının bilik, şüur, siyasi dünyagö-

rüşü nəticəsində yaranan bədii surətlərdir» (29, s. 177) və eyni 

tarixi  şəxsiyyətlərdən yazılan  əsərlər də “yazıçıların müxtəlif 

dünyagörüşlərinə uyğun olaraq eyniyyət təşkil etmir”: «Nizami 

ilə  Səməd Vurğunun Xosrovu, Ə.Haqverdiyevlə S.Vurğunun 

Qacarı, M.S.Ordubadi ilə M.Hüseynin Nizamisi və s. eyni 

deyildir. Bunlarda eyniyyət yox, tarixi cəhətlər vardır» (2, s. 

177). 


                                                                                      Gülxani Pənah 

 

 



466

Tipiklikdə ümumiləşdirmə və fərdiləşdirmə məsələləri ilə 

bağlı  nəzəri fikirlərini söyləyən C.Xəndan bildirir ki, bədii 

ədəbiyyatda çoxlu sayda tiplərin xarakterik keyfiyyətləri ilə 

seçilən nümayəndəsi olan ümumiləşmiş obrazlar eyni zamanda 

fərdi sifətlərlə verilir. Ümumiləşmiş obraz o zaman daha tipik 

olur ki, fərdi cizgilərlə orijinallığını saxlasın» (29, s. 177) 

J.B.Molyerin, A.S.Puşkinin, N.V.Qoqolun, M.F.Axundovun-

tipik  xəsis surətləri yaradan bu sənətkarların yaradıcılığındakı 

xəsislik kimi ümumi cəhətin öz fərdi cizgiləri ilə bir-birindən 

çox fərqləndiyini söyləyir və əlavə edir ki, «hətta eyni bir yazı-

çının eyni bir əsərində eyni məqsədə xidmət edən ümumi-

ləşdirilmiş tiplər belə fərdiləşdirmə prosesində fərqlənirlər. Bu 

fərdi xüsusiyyətlər tipləri canlı, həyati və orijinal edir» (2, s. 

177). Fərdiləşdirmə məsələsini yazıçının, şairin sənətkarlıq im-

kanlarını göstərən «əsas şərtlərdən biri» kimi götürən tədqiqatçı 

S.Vurğunun «Komsomol» poemasında yaratdığı  Bəxtiyar, 

Mirpaşa, Cəlal kimi obrazları nümunə gətirir, bunların hər üçü 

mübarizə meydanında mütləq qələbə çalacaqlarına inanan, vu-

ruşan, mübarizə aparan gənclərin ümumiləşmiş obrazları olsa 

da, öz fərdi sifətlərinə görə «Bəxtiyar Mirpaşa deyil, Mirpaşa 

da Cəlal deyildir». Bəxtiyarın təmkinliyi, Cəlalın romantik key-

fiyyətləri, Mirpaşanın onların ikisindən də fərqli xarakteri var. 

Ümumiləşmiş xüsusiyyətləri ilə bir-birinə yaxın bu surətlər 

“fərdi cizgiləri ilə bir-birindən fərqlənir, orijinal tiplər kimi 

yadda qalır”. 

Cəfər Xəndan tipiklikdə zaman və  məkan məsələsini 

araşdırır. Cəmiyyətin müəyyən ictimai qruplarını  təmsil edən 

ümumiləşmiş obrazların yaradılmasında zaman və  məkanın 

böyük  əhəmiyyət daşıdığı  qənaətindədir: «Əgər biz filan tip 

filan ictimai qrupun xarakter nümayəndəsidir deyiriksə, eyni 

vaxtda, nə zaman və harada suallarına da cavab verə bilməli-

yik» (2, s. 178). Nümunə üçün C.Cabbarlının Hacı Əhməd ob-

razını götürür və qolçomağın tipik nümayəndəsi olsa da, onu 

bütün zamanlar və bütün məkanlar üçün «tipik obraz saya bil-


Gülxani Pənah 

 

 



467 

mərik»-deyir: «Hacı  Əhməd kollektivləşmənin ilk dövründə 

Azərbaycan kəndi üçün tipikdirsə, başdan-başa kollektivləşmə 

əsasında qolçomağın bir sinif kimi ləğv edildiyi dövr üçün tipik 

deyildir. Bu dövrdəki qolçomağın tipik obrazını dramaturq 

«Yaşar» pyesindəki  İmamyar simasında yaratmışdır» (2, s. 

178). 

Başqa tiplərin də «belə» olduğunu, onların da həyatdakı 



prototiplərinin «dəyişdiyini», «zaman və məkanın dəyişməsi ilə 

əlaqədar olaraq bu və ya başqa bir sinfin özü kimi, onun 

nümayəndələrinin də» dəyişdiyini söyləyir, nümunə  gətirir. 

Feodalizmə qarşı mübarizə aparan Avropa burjuaziyası «bir 

sıra proqressiv görüşlərilə  çıxış edirdisə, hakimiyyət başına 

keçib imperializmə başladıqda dövrün ən mürtəce sinfi oldu. 

Azərbaycanda isə bu sinif feodalizmə qarşı  nəinki mübarizə 

aparmamış, hətta onunla ittifaq bağlamışdır. Odur ki, filan 

obraz burjuaziyanın tipik nümayəndəsidir deyərkən mütləq nə 

zaman və harada suallarını unutmamalıyıq» (2, s. 179). 

C.Xəndan zaman və məkan cəhətdən açıq-açığa fərqlənən 

məsələləri  əks etdirən  əsərlərlə yanaşı öz bəşəri xarakterinə 

görə zaman və məkanla məhdudlaşmayan əsərlərin də olduğunu 

bildirir. «Odur ki, tipiklikdəki bu xüsusiyyət bir dövrün tipi ilə 

ondan əvvəlki və ya sonrakı dövrün tipi arasında sədd qoymağı 

tələb etmir»-deyən tədqiqatçı Don Kixot, Hacı Qara, Oblomov 

kimi müxtəlif dövrlərdə müxtəlif ölkələrin yazıçılarının 

yaratdıqları bədii tiplərin olduğunu və onların zaman və məkan 

fərqlərinə baxmayaraq «bəzi insanların bəzi sifətləri ilə bunlar 

arasında yaxınlıq gördüyümüzdən, öz fikrimizi aydınlaşdırmaq 

üçün onlardan istifadə edirik» (2, s. 179) deyir. 

Bədii  əsərlərdə tipiklik və janr məsələsinə toxunan təd-

qiqatçı epik və dramatik əsərlərin tipik obrazlarla zəngin oldu-

ğunu, eyni zamanda lirik əsərlərdə də tipiklik olduğunu bildirir. 

Lirik  əsərlərdə tiplər silsiləsi, tipik hadisələrin geniş  təsviri 

olmasa da, «lakin burada şairin «mən» sözü ilə ifadə olunan elə 

ümumiləşmiş obraz var ki, biz bu obrazda onun təmsil etdiyi 


                                                                                      Gülxani Pənah 

 

 



468

sinfin və ya xalqın fikrini görürük» (2-180) deyir. S. Rüstəmin 

«Ələmdən nəşəyə» şeirindən aşağıdakı misraları nümunə gətirir 

və burada şairin fərdi sevinci ön planda olsa da, «biz burada 

«mən» sözündəki «biz» məfhumunu dərhal başa düşürük» (2, s. 

180). 


Könlüm gülər, şerim gülər, həyat gülər, el gülər, 

Sevinclərlə çırpınaraq sazımdakı tel gülər. 

Burada şair ələmdən nəşəyə yollarında təkcə özünün de-

yil, xalqının da «tipik vəziyyətini göstərir». Şairin böyüklüyünü 

xalqının arzu və istəklərini düzgün təmsil etməkdə, dövrləri 

üçün olduqca tipik hadisələri satirik və lirik qəhrəmanın diliylə 

də verə bilməsində görür və digər sənətkarları-M.Ə.Sabiri, 

S.Vurğunu, M.P.Vaqifi, M.V.Vidadini, Aşıq  Ələsgəri nümunə 

gətirir.  

Lirik  şeirlərdə eyni zamanda şairin öz şəxsi həyatını, 

kədərini, sevincini əks etdirən xarkterik cəhətlərin də olmasını 

açıqlayır. Natəvanın «Varımdı sinəmdə dərdü qəmü nihan ölü-

rəm» şeirini nümunə gətirir və bu şeir şairənin şəxsi həyatında 

baş verən bir kədərli hadisə ilə bağlıdır. Tədqiqatçı «belə şeir-

lərdə də tipiklik vardır. O kədərli hadisə ilə əlaqədar olan tipik 

vəziyyətini təsvir etmişdir» (2, s. 181) deyir. 

Tipikliyi yazıçının sənətkarlığı ilə  əlaqədar tədqiq edir. 

«Bu cəhət bədii əsərlərin mövzusu, üsubu, dili, ideyası ilə bağlı 

olmaqla, eyni zamanda yazıçının həyat həqiqətinə  şəxsi 

münasibətini də bildirir» (2, s. 181). Tədqiqatçı bir sıra ədəbiy-

yatşünasların  əksinə olaraq bu fikirdədir ki, «tipik hadisələrin 

bədii təsvirini verən  əsərlərdə müəllifin arzu və istəklərini 

əsərdəki bir tip və ya bir fəsil təyin etmir. Ola bilər ki, yazıçı bir 

tipi səhv işıqlandırsın və ya bir fəsildəki hadisələrdə tipiklik 

prinsipini də pozsun. Təhlil zamanı bir əsərdən çıxan ümumi 

nəticəni, ideyanı, bir sözlə,  əsərin ümumi istiqamətini»  əsas 

götürməli olduğumuzu bildirir. 

Əsərlərin təhlilində qeyri-tipik obraz və hadisələr məsə-

ləsinə toxunur. Bədii əsərlərdə tipik obraz və hadisələrlə yanaşı 


Gülxani Pənah 

 

 



469

qeyri-tipik obraz və hadisələrin də olmasını «sənətkarlıq bacarı-

ğı olmayan yazıçıların əsərlərində və yazıçının həyat həqiqətini 

yaxşı öyrənmədiyi təqdirdə» baş verdiyini deyir. Böyük 

sənətkarlarda nəinki hamının gördüyü, hətta çoxlarının görə 

bilmədikləri tipik həyat həqiqətini görüb ümumiləşdirə bilmək 

qabiliyyətini yüksək qiymətləndirir. 

Tipiklikdə çox böyütmə  məsələsinə diqqət verərkən 

tədqiqatçı yazıçının istər mənfi, istərsə də müsbət tiplərdəki bu 

və ya başqa sifəti  şüurlu surətdə daha qabarıq göstərməyə 

çalışdığını, bununla da tip haqqında təsəvvürümüzü (məsələn 

Axundovun «Xəsis»  əsərində) daha da genişləndirməsi bədii 

nümunələrlə  təhlil edilir. Hacı Qaranın «başına dönüm, naçal-

nik, Murovun yasavulları məni tutanda cibimdən yarım abbası 

çıxardıblar, buyur versinlər» sözlərin yada salır, yazıçının bura-

da  şüurlu surətdə çox böyütmədən istifadə etməklə  xəsis tipi 

haqqında təsəvvürümüzü genişləndirdiyini bildirir. Bununla 

belə, tədqiqatçı fikirlərində haqlıdır ki, «Bədii tiplərin yaradıl-

masında çox böyütmənin də  dərəcəsi vardır. Bu elə bir dərə-

cədə olmalıdır ki, obrazın tipik sifətlərində  təhrifə yol veril-

məsin» (2, s. 184-185). 

Fikirlərini yekunlaşdıran tədqiqatçı  bədii yaradıcılıqda 

tipikliyi «çox mühüm sənətkarlıq məsələsi» bilir. Bəzi 

ədəbiyyatçıların dünyada nə qədər yazıçı varsa o qədər də stil 

var fikrində müəyyən həqiqət olduğunu qəbul etsə  də bu 

fikirdədir ki, «biz öz əsərlərinin ideyası, mövzusu, kompozi-

siyası, dili, üslubu etibarı ilə bir-birinə yaxın yazıçılara rast gə-

lirik. Nümunə üçün Ə.Haqverdiyev, M.Ə.Sabir, M.Cəlilin adını 

çəkir, onların XX əsr Azərbaycan ədəbiyyatı tarixində inqilabçı 

demokratlar kimi burjua-mülkədar quruluşu, dini, mövhumatı, 

zülmü istibdadı qamçıladığını, xalqın arzu və istəklərini təmsil 

etdiyini deyir, belə yaxınlıqların digər sənətkarların arasında 

göründüyünü, amma bu yaxınlığın həmin yazıçılar arasında ey-

niyyət işarəsi qoymağa haqq vermədiyini də deyir. Bədii  ədə-

biyyatda stil müəyyən bir məzmunu ifadə edən ideya və bədii 


                                                                                      Gülxani Pənah 

 

 



470

sistem birliyi olsa da stilcə qruplaşdırılan yazıçıların öz fərdi 

xüsusiyyətlərinin inkar edilməsi əleyhinədir: «Yazıçıların dün-

yagörüşləri və sənətkarlıq cəhətdən inkişafı ilə əlaqədar olaraq 

onların bədii stili də dəyişir» (2, s. 198). A.Şaiqi, C.Cabbarlını 

nümunə gətirir. 

«Bədii yaradıcılıq fərdi xarakter daşıyır. Hər bir əsərdə 

cəmiyyət  əhval-ruhiyyəsinin, ictimai-siyasi münasibətlərin ifa-

dəsi ilə yanaşı, müəllifin öz fərdi aləmi-dünyagörüşü, elmi və 

mədəni səviyyəsi, cəmiyyətə münasibəti, təəssürat və  həyə-

canları da əks olunur. Yazıçı şəxsiyyətinin bu inikasını xüsusi 

bir möhürə  bənzətmək olar ki, onun hər bir əsərində, yaxud 

bütün yaradıcılığında həmin möhürə rast gəlirik» (128, s. 198). 

Stilcə yaxın olan yazıçıların müəyyən bir ədəbi istiqa-

mətdə birləşməsini  ədəbiyyatşünaslıqda yaradıcılıq metodu 

adlandırırlar. Burada «üç cəhət  əsasdır: 1. İdeya yaxınlığı. 2. 

Həyat həqiqətinə yanaşma üsulu. 3. Təsvir üsulu. Bu xüsu-

siyyətlərə görə  ədəbiyyat tarixində müxtəlif yaradıcılıq 

metodları  əmələ  gəlmişdir» (2, s. 198). Müxtəlif dövrlərdə 

klassisizm, romantizm, naturalizm, sentimentalizm, futurizm, 

sovet dövründə əsas metod olan sosializm realizmi metodunun 

adını çəkir. «Tarixdə naturalizm, futurizm, simvolizm, ameizm 

və s. yaradıcılıq metodları olmuşdur ki, bunların da çoxu cəmi 

bir neçə il ömür sürmüş, xalqa tamamilə zidd cəbhədən  ədəbi 

hadisələri qiymətləndirdiyi üçün iflasa uğramışdır» deyən (2, s. 

198) tədqiqatçı ədəbi cərəyan və metodlar içərisində realizm və 

romantizm üzərində xüsusi olaraq dayanır. Bəşər mədəniyyəti 

tarixini zənginləşdirən  ən gözəl sənət  əsərləri nümunələri 

içərisində bu cərəyanlara mənsub olan yazıçıların  əsərləri 

xüsusi ilə nəzəri cəlb edir.  

Realist sözü latınca «realist» sözündən olub «mənası 

olduğu kimi, həqiqət deməkdir... Bu metoda əsaslanan sənətkar 

hadisələri təsvir edərkən həyat həqiqətinə daha çox sadiq qalır. 

...M Qorki realist metoda belə  tərif verir: adamları  və onların 

həyat  şəraitini düzgün, bəzək-düzəksiz  əks etdirən metod 


Gülxani Pənah 

 

 



471 

realizm adlanır» (109-208). «Qorkinin belə bir sözü vardır: 

realizm varlığın obyektiv inikasıdır. Böyük ədib «obyektiv 

inikas» sözünü ona görə  işlədir ki, görkəmli realistlər ictimai 

qüvvələrə, müəyyən təbəqə və sinfə, ictimai quruluşa özlərinin 

rəğbət və nifrətindən asılı olmayaraq, varlığı olduğu kimi can-

landırmışlar. Həyat həqiqətinə sədaqət onları hər şeyə obyektiv 

münasibət bəsləməyə məcbur etmişdir» (128, s. 211). 

Realizmdə  əsas  şərtin «varlığın real təsviri» olduğu, 

detalların burada düzgün verilməsini, tipik xarakterlərin tipik 

şəraitdə göstərilməsini, obrazların təmsil etdikləri adamların ən 

xarakter cəhətlərinin ümumiləşdirilməsinin «əsas  şərt» oldu-

ğunu, bəzi yazıçıların realizmin bu əsas  şərtlərini unudub 

«həyat həqiqətlərini naturalistcəsinə» təsvir etdiyini, ümumiləş-

dirmə məsələsinə «fikir» vermədiyini deyir: «Həyat həqiqətinin 

eynən, bəzən lap fotoqrafcasına, təsvir olunması realizm deyil-

dir. Bu yolla gedən yazıçılar realizmin ümumiləşdirmə kimi 

əsas cəhətini yaddan çıxararaq, tək-tək təsadüfləri, qeyri-mü-

hüm hadisə və tipləri təsvir edirlər» (2, s. 199).  

Dünya  ədəbiyyatında tənqidi realizmin  çox böyük nü-

mayəndələri var. Onlar Fransada O.Balzak, Gi de Mopassan, 

Flober, İngiltərədə V.Tekkerey, Ç.Dikkens, Rusiyada M.S.Puş-

kin, Qoqol, L.Tolstoy, A.P.Çexov, Y.M.Lermontov, Belinski, 

Gertsendir. 

C.Xəndan sosializm realizminədək realizmin ən yüksək 

forması tənqidi realizmin olduğunu, keçmiş cəmiyyətdə ən qa-

baqcıl yaradıcılıq metodu olduğunu bildirir. Tənqidi realizmdən 

istifadə etmiş Puşkin, Qoqol, Turgenev, Vəzirov, Axundov, 

Sabir, Haqverdiyev, C.Məmmədquluzadə kimi sənətkarlar keç-

miş  həyatın yarıtmaz cəhətlərini ifşa etməklə «məhdudlaşma-

mış»lar: «Onlar ədəbiyyatda xəlqiliyə xüsusi fikir verir, əsər-

lərin ictimai məzmununu hər şeydən üstün tutur, öz dövrlərinin 

qabaqcıl ideyalarından ilham alır və qaranlıqlar içərisində 

parlayan işıqların böyük gələcəyinə inanırdılar» (2, s. 199). 



                                                                                      Gülxani Pənah 

 

 



472 

XIX əsrdə burjua münasibətləri getdikcə kəskinləşir, ka-

pitalizm inkişaf edir, feodalizm dağılır,  əməklə kapital 

arasındakı ziddiyyətlər artır, cəmiyyətin «ziddiyyətlərini və 

onların ictimai-siyasi səbəblərini açıb təhlil etmək» burjua 

münasibətlərinin törətdiyi ziddiyyətləri açıb göstərmək  əsas 

məqsədi olan ədəbiyyat ictimai varlığı olduğu kimi təsvir edir, 

burjua-mülkədar cəmiyyətinə  tənqidi münasibəti gücləndirir. 

«Bu ifşaedicilik qüdrətinə, burjua cəmiyyətinin astarını, onun 

eybəcərliyini açmaq, həmin cəmiyyəti inkar etmək meyilliyinə 

görə XIX əsrin realizmi bir çox xalqların ədəbiyyatında tənqidi 

realizm adlandırılır» (128, s. 242). 

C.Xəndan Qorkinin ədəbiyyatda  əsas iki cərəyanı-ro-

mantizm və realizmi gördüyünü və qüdrətli sənətkarlarda hər 

ikisinin birləşdiyini bildirir. Realizmə verilən tərifi məqbul 

saysa da romantizmdə bir-birindən fərqlənən iki istiqamətə 

diqqəti cəlb edir: passiv və aktiv romantizm. Passiv romantizm 

«insanı ya varlıqla barışmağa çağırır, varlığı bəzəyir, yaxud da 

varlıqdan uzaqlaşdırıb öz mənasız daxili aləminə qapılaraq 

«xəyallara-həyatın qəzavü qədərlə dolu tapmacalar»ından bəhs 

edən xəyallara, məhəbbətə, ölüm haqqındakı düşüncələrə.... 

aparıb çıxarır» (2, s. 200). 

Aktiv romantizmin isə insanın həyata qarşı iradəsini 

qüvvətləndirmək istədiyi, onda «varlığa, hər cür istismara qarşı 

üsyan hissi oyatmağa çalışdığı» göstərilir. 

C.Xəndan da romantizmi real həyatla bağlı bir yaradıcılıq 

metodu kimi qiymətləndirir. Passiv və yaxud mürtəce roman-

tizmdə real həyat çox dumanlı, təhrif olunmuş  şəkildə öz ifa-

dəsini tapsa da, cəmiyyətin inkişafını dayandırmaq, geriyə, orta 

əsrlərə dönmək, tarixi idealizə etmək, həyatın, yaşayışın mə-

nasız olduğunu isbata çalışsa da, insanlardan uzaqlaşmaq istə-

sələr də, «özlərini yerin yox, göylərin  şairi» adlandırsalar da, 

«belə hallarda da romantik yazıçını  həyat həqiqətindən uzaq, 

cəmiyyətdən kənar bir adam kimi təsəvvür etmək olmaz. Diq-

qətlə yanaşıldıqda mürtəce yazıçılarda göstərdiyimiz fikirlər 


Gülxani Pənah 

 

 



473 

həyatla bağlıdır. Daha doğrusu, bu fikirlər müasir həyatdakı 

siyasi, ictimai hadisələrə romantik yazıçının münasibəti ilə 

əlaqədardır» (2, s. 201). 

Bir çox yaranan fantastik əsərlərin («Qızıl xoruz», «Ayın 

əfsanəsi», «Sehrli çıraq» və s.)  də öz məzmunu etibarilə «real 

həyat həqiqətinin fantastik formada təsvirini» verdiyini deyir və 

onlar da realistik əsərlər kimi qiymətləndirilə bilər fikrindədir. 

Onlar da xəyal qüvvətli olmasına baxmayaraq kökləri ilə insan 

cəmiyyətinə bağlıdır. Ümumilikdə xəyalsız bədii ədəbiyyat, əsl 

sənət əsəri ola bilməz.  Bununla belə, xəyalın da iki cür oldu-

ğunu, birini cəmiyyətin inkişafına xidmət edən mütərəqqi, di-

gərini «tarixin təkərini döndərmək istəyən mürtəce» xəyal kimi 

qiymətləndirir. D.İ.Pisarevin «Kamilləşmiş fikrin səhvləri» adlı 

məqaləsini yada salır: «ziddiyyət var, ziddiyyət var. Mənim 

xəyalım hadisələrin təbii gedişini ötüb keçə bilər, ya da o 

büsbütün kənar yol tutaraq hadisələrin heç bir təbii gedişinin 

heç bir zaman gəlib çıxa bilməyəcəyi səmtə gedə bilər. Birinci 

halda xəyal heç bir zərər vermir: o hətta zəhmətkeş adamın 

ciddiyyətini artırıb onu qüvvətləndirə bilər. Bu cür xəyallarda iş 

qüvvəsini pozğunlaşdıracaq və sarsıdacaq heç bir şey yoxdur. 

Hətta tamamilə  əksinə.  Əgər insan bu cür xəyal etmək iqtida-

rından tamamilə  məhrum olsaydı,  əgər o hərdən bir qabağa 

qaça bilməsəydi və  əlinin altında yenicə  əmələ  gəlməyə baş-

layan yaradılışın bütöv və tamamlanmış  mənzərəsini öz xəya-

lına gətirə bilməsəydi, o halda mən əsla təsəvvür edə bilmirəm 

ki, incəsənət, elm və  əməli həyat sahəsində insanı geniş  və 

yorucu işlərə başlayıb axıra çatdırmağa məcbur edən nə kimi 

bir təhrikedici səbəb ola bilərdi. .. Əgər xəyal edən şəxs xəya-

lına ciddi inanırsa, hətta diqqətlə  nəzər yetirib öz müşahidə-

lərini öz xəyali planları ilə müqayisə edirsə və ümumiyyətlə öz 

xəyalını həyata keçirmək üzərində vicdanla çalışırsa, onda xə-

yalla həqiqət arasındakı ziddiyyətin heç bir zərəri olmur. Xəyal 

ilə həyat arasında bir təmas olduqda, hər şey yerində olur» (2, s. 

202). 


                                                                                      Gülxani Pənah 

 

 



474 

Bədii yaradıcılıqda xəyal məsələsinə sosializm realizmin-

də  də «böyük əhəmiyyət» verilməsi diqqətə  çəkilir. C.Xəndan 

ədəbi cərəyanı da yaradıcılıq metodu bilir. Qorki və bir sıra 

ədəbiyyatşünaslar yaradıcılıq metoduna “ədəbi cərəyan” deyir. 

«Molla Nəsrəddin» və «Füyuzat» jurnalları  ətrafında toplanan 

yazıçıların  ədəbi istiqamətlərini eyni jurnalların adları ilə 

«müəyyənləşdirmiş»lər. C. Xəndan Mollanəsrəddinçilərin 

tənqidi realistlər, füyuzatçıların isə burjua romantikləri 

olduğunu yazır. Amma S.S.Axundovun, N.Nərimanovun, 

C.Cabbarlı kimi yazıçıların inqilabdan əvvəlki fəaliyyətlərində 

tənqidi realizm cəbhəsində durduqları halda Mollanəsrəddinçi 

olmadıqlarını görür. «Molla Nəsrəddin» cərəyanı realist 

yazıçıların bir qismini öz ətrafında toplamış, jurnalın satirik 

istiqaməti ilə əlaqədar olaraq öz müəlliflərini eyni ruhda əsərlər 

yazmağa ruhlandırmışdı. Demək bütün, «Mollanəsrəddinçi»lər 

realist olduqları halda, bütün realistlər «Mollanəsrəddin»çi 

olmamışlar. Məhz buna görə də bir sənətkarın bu və ya başqa 

ədəbi cərəyana qoşulması onun bir və ya bir neçə əsərilə deyil, 

əsas əsərlərinin bədii fikri istiqamətilə təyin edilməlidir» (2, s. 

203).  

 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin