Жяфяр хянданын aзярбайжан ядябиййатына



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə27/35
tarix03.04.2017
ölçüsü4 Mb.
#13209
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

cəsarət etdiyini» bildirir: «Heç təsadüfi deyil ki, o, xalqa ən çox 

yaxın olan əfsanəvi Molla Nəsrəddinin adını təxəllüs seçmişdi. 

Onun bütün Şərqə, cəmi islam aləminə səs salan məcmuəsi də 

bu adla məşhur olmuşdu» (2, s. 155). 

 «Sabir  yaradıcılığında folklordan və canlı xalq ifadələ-

rindən istifadə yolları» fəslində ilk öncə folklorun dəyərindən 

bəhs edir.  

Sabir folklordan yerli-yerində istifadə edir. C.Xəndan  

Sabirin yaradıcılığında folklor mənbələrini araşdırarkən onun 

folklordan istifadəni qarşısına «məqsəd» qoymadığı, bunun 

Sabirin yaradıcılığının «tərkib hissəsi» olduğu, yaradıcılığını 

onsuz təsəvvür etməyin qeyri-mümkün olduğunu deyir: «Sabir 

folklordan o qədər yerli-yerində istifadə edir ki, misralardakı 

folklor nümunələri mətnin özündən doğduğu  kimi maraqlı bir 

fikir meydana gətirir. Məsələn, «köhnə qapı bu tezliyə tazələşə 

inanmıram» deyən  şairin «köhnə hamam köhnə tas» məsəlin-

dən istifadə etdiyi aydın görünür. Lakin bu misrada haman 

məsələ o qədər orijinal işlədilmiş  və cüzi müvəffəqiyyətdən 

məst olub başı gicəllənən tiplərə  şamil edilmişdir ki, təşbihin 

folklordan gəldiyi belə yada düşmür» (107, s. 389). 

Şair bəzi hallarda xalq məsəllərindən sözün təsir qüv-

vəsini artırmaq («Çığırma yat, ay ac toyuq, yuxunda çoxca darı 

gör») üçün istifadə edir, onları  bəzən folklorda olduğu kimi, 

bəzən  əruz vəzninin tələbinə uyğun cüzi dəyişikliklə istifadə 

edir, bəzən  əsərinin mövzusunu xalq yaradıcılığından alır, 

folklordan istifadəsi «mexaniki deyil, yaradıcılıq priyomu»dur. 

Fikrini faktlarla sübut edir: 

«Folklorda: 

Çaxçaq başın ağrıdır, dəyirman işini görür. 

Ac toyuq yuxusunda darı görər. 

Harda aşdı, orda başdı. 

Əyri otur, düz danış. 


                                                                                      Gülxani Pənah 

 

 



486

Bu dünya beş gündür, 

Bazar belə qızğın olmaz. 

Nə gözüm görsün, nə könlüm bulansın. 

Bir gül ilə bahar olmaz. 

El üçün ağlayan kor olar... 

Sabirdə: 

Çaxçaq başın ağrıtdı, kefin çəkdi dəyirman. 

Çığırma yat, ay ac toyuq, yuxunda çoxça darı gör. 

Harda aş olsaydı, ora baş idik. 

Əyri otur düz danış, vazeh edək söhbəti. 

Beş gündür ömri-dünya, yoxdur onun bəqası. 

Zənn etmə ki, daim belə qızğın qala bazar. 

Nə görməsin gözüm və nə könlüm bulanmasın. 

Bir gül açılmaq ilə fəsli bahar olurmu ya? 

Millətdən ötrü ağlayan axırda olur kor.... (107, s. 390) 

Burada folklordan yararlanan şair onları yerli-yerində 

işlədir, eyni zamanda «siyasi məzmunla bağlayır», öz ten-

densiyalı münasibəti üçün də istifadə edir. Məsələn, «ac toyuq 

yuxuda darı görər» kimi məsəli ilə Sabirin böyük siyasi 

məsələləri açması, irtica illərində  dövlət dairələrinin xalqa zidd 

ictimai siyasətlərini ifşa etmək məqsədiylə  işlətlməsi, «ac 

toyuq» obrazının çar siyasətini lazımınca başa düşməyən 

adamları təmsil etdiyi dəyərləndirilir: «Sabir ona xitabən kinayə 

ilə «sus, ay yazıq, fəzadakı üqabi-canşikarı gör» deyir, 

yiyəsinin  əlindəki bıçağı göstərir, «bəyin, xanın  əlindəki 

ehtikardan» danışır, beləliklə  də, zidd siniflərə ayrılmış 

cəmiyyətin real mənzərəsini çəkir» (107, s. 391.). 

C.Xəndan atalar sözlərinin yüksək bədii təsir qüvvə-

sindən bəhs edir: «Baxın, atalar sözlərində rast gəldiyimiz, iki 

sözdən ibarət olan «işləməyən dişləməz» cümləsində nə qədər 

lakonizm-yığcamlıq, ideya saflığı, məna dərinliyi, həyatilik və 

məntiqi qüdrət vardır. Hansı  sənətkar istəməz ki, bu keyfiy-

yətləri öz yaradıcılığında əks etdirməsin?» (107, s. 387). 



Gülxani Pənah 

 

 



487 

C.Xəndandan sonra yetişən alimlərimiz də Sabirin 

əsərlərində xalq hikmətlərindən yararlanma imkanlarını araşdır-

mışdı. Əli Saləddin yazır: «Sabir şeirlərində atalar sözlərindən 

də çox istifadə edilmişdir.  Şair işlətdiyi atalar sözünü şüurlu 

surətdə dəyişdirir, onların üzərində ixtisar aparır, əlavələr edir-

di. Beləliklə də, onlara təzə məna, təzə mündərəcə verir, onların 

yeni məzmun, yeni mahiyyət, yeni rayihə almalarına nail 

olurdu: 

Çaxçax başın ağrıtdı, kefin çəkdi dəyirman» (132, s. 

256). 

Sabirin yaradıcılığında «lay-lay bala lay-lay»ı beşik 



mahnısından çıxardıb («yat qal dala lay-lay») kəskin satiraya 

çevriməsi, «bu dünya beş gündür» deyib sabaha ümidi 

olmayanlara («indi bir az dincəl, baş qoy yatağa millət») 

istehza etməsi, dörd misralıq epiqramda iki misranın folklordan 

götürülüb satirik tipin dililə verilməsi («əlli arxın suyunu gündə 

bir arxa calaram//... mən dəxi mixi, gəhi nəli döyüb tapda-

laram»), burada rəzalətlər törətməyə qadir olan min bir fırıldaq 

sahiblərinin, xalqa xeyir verməyən tiplərin ümumiləşdirilmiş 

obrazlarını yaratması, bir sözlə, folklorun sadə görünən nümu-

nələrinin mürəkkəb fəlsəfi-siyasi dərinliyi ilə  oxucunu heyran 

etməsi, xalq qüdrətinin tərənnümü, folklor nümunələrini yeni 

dövrün tələbləri səviyyəsinə qaldırması (folklordan müasir 

məqsədlər üçün istifadə meyli) dəyərləndirilir.  Şairin  şeir-

lərində müasir tələblər əsas götürüldüyündən oxucuda xalqdan 

gələn fikrin yalnız müasir məqsəd üçün hətta indi yarandığı 

təsəvvürü oyatdığı qeyd edilir: «misal üçün, «Əyri otur, düz 

danış..» misalını götürək. Sabir bundan istifadə edərək yaz-

mışdır: «əyri otur düz danış, vazeh edək söhbəti!», «Bircə bu 

məşrutəni şah neçin verməyir?» deyə fikrə dalan, öz suallarına 

heç  bir qanedici cavab tapa bilməyən çox sadəlövh, dar düşün-

cəli tipin köməyinə çatan şair: «əyri otur, düz danış...» deyə bə-

zi məsələləri başa salır, izah edir ki, şah «milləti həftədəbir 

aldadır» və ondan azadlıq gözləmək lazım deyildir. Belə bir 


                                                                                      Gülxani Pənah 

 

 



488

vəziyyətdə  «əyri otur...» məsəlinin müasir hadisəyə  nə  qədər 

uyğun gəldiyi, nə  qədər yerinə düşdüyü aydındır. Adama elə 

gəlir ki, bu sözlər min il bundan qabaq yox, lap elə bu vəziy-

yətdə, bu zəmanədə yaranmışdır» (107, s. 393). 

Sabirin satiralarında folklor deyimlərinə verdiyi qiymət 

də tədqiqatçının fikrindən yayınmır. 

«Millətdən ötür ağlayan axırda kor olur» 

Məzmunlu məsəldir bu ibarət, uçitellər! (107, s. 393.). 

C.Xəndan: «Aydın məsələdir ki, folklor ümumxalq yara-

dıcılığı adlansa da, ona «xalq yaradıcılığı», «el ədəbiyyatı» 

deyilsə  də, bunun həqiqətdə yaradıcıları ayrı-ayrı  şəxslərdir. 

Keçmişdə yazı-pozu olmadığı üçün bu şəxslərin adı qalmamış, 

fərdi yaradıcılıq ümumxalq malına çevrilmişdir. Bu mənada 

Sabir də vaxtilə bu və ya başqa bir folklor yaradıcısı kimi nü-

munələr yaratmışdır» (107, s. 394). 

Sabirin folklordan istifadə xüsusiyyətlərindən olan bu 

istifadə  nəticəsində  şairin özü tərəfindən yaradılan və folkloru 

xatırladan nümunələr təhlilə cəlb edilir. 

Sabirin  yaratdığı, yaşadığı cəmiyyətin ən tipik hadisələ-

rini ifadə edən aforizmləri araşdırılır.  

Adəmi adəm eyləyən paradır, 

Parasız adəmin üzü qaradır 

-beytini nümunə gətirir və «burjua mülkədar cəmiyyətində pu-

lun fetişləşdiyini və beləliklə, oynadığı  mənfi rolu göstərmək 

üçün bu beyt nə qədər böyük sənət qüdrətinə malikdir» (107, s. 

394).  

C.Xəndan yazır: «Həyatın min illik ağır imtahanından 



çıxan folklor aforizmlərlə çox zəngindir. Atalar sözü, məsəl, 

zərb məsəllərin çoxu aforizmdən ibarətdir». 

Sabirin «haqq sözü derkən utana bilmirəm», «mən günəşi 

göydə dana bilmirəm», «mən gedərəmsə, məramım yenə 

dünyada durar», «yaxşıdan bir kəsə ziyan gəlməz», «qanan 

mütləq ali sanar haqqını» kimi, ictimai kədərin motivlərinin və 

təəssüf hissinin çox qüvvətli olduğu «bir bədən min cəfaya tab 


Gülxani Pənah 

 

 



489 

edəməz», «doğru deyən olsaydı yalançı utanardı», «söz qanma-

yana zor ilə qandırmaq olurmu», «bir ər ki, vəfadar ola aləmdə 

tapılmaz» aforizmləri, onlarda «bədbinlik» olmadığı diqqətə 

çatdırılır.  

M.Qorkinin «Qeyd olunması lazım gələn mühüm məsələ-

lərdən birisi də budur ki, folklor yaradıcılığının ağır yaşamala-

rına, əziyyətli qul zəhmətlərinin istismarçılar tərəfindən məna-

sız hala salınmasına, şəxsi həyatlarının isə hüquqsuz və müda-

fiəsiz olmasına baxmayaraq, folklora pessimizm tamamilə 

yaddır» (107, s. 396) fikrini yada salır. Sairdəki bu nikbinliyi 

tədqiqatçı belə  dəyərləndirir: «Sabirin nikbinliyi, onun xalqa 

möhkəm bağlı olması, onun qüdrətinə inanması, gələcəyə bö-

yük ümidlərlə yanaşması ilə əlaqədar idi. Sabirin yaratdığı folk-

lor nümunələri və aforizmlərdə dediklərinə inam hissi çox qüv-

vətlidir... görünür şairin dərin müşahidə qabiliyyəti və tipik 

hadisələri seçmə iqtidarı burada da onun köməyinə çatmışdır» 

(107, s. 396). 

Folklorda xalqa zidd, mənfi münasibətin olmadığı, Sa-

birin də bu «ənənəni» gözləməsi dəyərləndirilir. 

Orijinal və dərin mənalı Sabir yaradıcılığında adi fikirlər-

lə aforistik fikirləri ayırmağın «çətin» olduğunu deyən tədqi-

qatçı fikrini təsdiqləmək üçün «Ağladıqca kişi qeyrətsiz olur», 

«Bu çərxi-sitəmkarın aman məsxərəsindən», «Bu canlı  dəyir-

manlarına  şükr, xudaya», «Ağ günlərimi etmə qara Allah, 

amandır», «Sən beləsənmiş balam, ay bərakallah sənə» və s . 

misralarını nümunə gətirir. 

Xalq yaradıcılığındakı  rəvanlığı Sabir yaradıcılığında da 

görən tədqiqatçı onun 

Ömr ötüşüb, baş ağarıb un kimi, 

Diş tökülüb, saqqal olub yun kimi, 

Sinə çöküb, bel bükülüb nun kimi, 

Gərçi olubsan qoca meymun kimi, 

Leyk yenə rübəhi məlun kimi, 

Tez götürüb tiryakını at, kişi! 


                                                                                      Gülxani Pənah 

 

 



490 

Qəlyanını çağla, xoruldat, kişi! 

Bir qədər öz sinəni toxdat, kişi! 

Çək başına yorğanını, yat, kişi! (107, s. 398). 

«Kişi»  satirasındakı son bəndi yada salır və  şairin sati-

ralarının xalq yaradıcılığı ilə bağlanan bir sıra xüsusiyyətlərini 

araşdırmağa imkan verdiyini qeyd edir.  Buradakı  təşbihləri 

nəzərdən keçirir, «ömrün ötüşməyi» xalq ifadəsinin «oyatdığı 

təsəvvür başın ağarması, həm də un kimi ağarması sözləri ilə» 

çox mahiranə bir şəkildə tamamlandığı, həm də bu təşbihin 

satiraya «uyğunluğu» qeyd edilir: «beləliklə, xalq yaradıcılığın-

dakı yığcamlıq burada o qədər mənalı bir şəkildə öz bədii ifa-

dəsini tapmışdır ki, bir misra tipin portretini çəkməyə imkan 

verir». Şairin bir cizgisi ilə «kifayətlənmədiyi», sonrakı misra-

larda onu «tamamladığı», «yenə orijinal təşbihlər, satiranı qüv-

vətləndirən, tendensiyaçılığı bildirən sözlərin oxucunu heyran 

etməsinə diqqəti çəkir: «Diş tökülüb» cümləsi, «saqqal olub 

yun kimi» sözlərinin  əlavəsi ilə beytin ilk iki misrasında tipin 

cizgilərinin canlandırılması, beytin satirik ahənginin artması 

üçün sonrakı misralar açılır: «üçüncü  misrasız portret tam ola 

bilməz. Dördüncü misra isə mənalı yumorla gülüşü dolğunlaş-

dırıb  şairin tipə qarşı çox mənfi münasibətini aydınlaşdırır, 

tipin meymuna, həm də qoca meymuna bənzədilməsi bu müna-

sibətin klassik ifadəsidir. Sonrakı misralarda olan xalq ifadələri, 

xüsusən «məlun tülkü», «çağla», «xoruldat», «toxdat», «yorğa-

nı başına çək» kimi sözlər satiranı sözün həqiqi mənasında 

xalqın malı edir» (107, s. 398). 

Tədqiqatçı onlarca belə  xəlqiliyi, bədii təsir qüvvəsinin 

üstünlüyü ilə diqqəti çəkən misraları açır və  gəldiyi qənaət 

budur ki, şair xalq irsindən istifadə, onları yenidən işləmə yolu 

ilə orijinal əsərlər yaratmışdır. 

Ə.Dəmirçizadə «Sabirin satira texnikası» məqaləsində 

şairin texnikasını «tənqidi gülüş texnikası» adlandırır: «Sabir 

bu texnika ilə, gülünc olanları göstərmiş, oxucularını bunlara 

güldürmüş  və  bəzən gülüncləri olduqları  vəziyyətdən xilas 


Gülxani Pənah 

 

 



491 

etməyə, bəzən də daha eybəcər bir vəziyyətdə göstərməklə 

nüfuzdan, hörmətdən salmağa çalışmışdır» (108, s. 54).  

Folklor mövzularının yenidən işlənməsi Sabirin uşaqlar 

üçün yazdığı  əsərlərdə  nəzəri cəlb edir. Satiralardan fərqli 

olaraq belə əsərlərdəki təlimi-didaktik motivlərin güclü olması 

nəzərə çatdırılır. «Satiralarında oxucunu düşündürən, düşünüb 

nəticə çıxarmağa vadar edən şair belə əsərlərində nəticəni özü 

çıxardır. Belə  nəticələr çox zaman hikmətamiz sözlər, zərbi-

məsəllər və atalar sözü üzərində qurulur» (107-400). Nümunə 

üçün «Qarınca», «Təbib ilə  xəstə»,  «Qoca bağban», «Molla 

Nəsrəddinin yorğanı», «İskəndər və  fəqir», «Molla Nəsrəddin 

və  oğru», «Hörümçək və ipəkqurdu», «Azarlı  kəndli» və s. 

əsərlərini nümunə göstərir. Bu mövzuların müasir cəmiyyətdə 

də öz tərbiyəvi təsirini göstərə bilməsi, folklor materallarını 

şairin müasirləşdirmək meyli, folklordan istifadənin  şairin ya-

radıcılığının poetikası ilə üzvi surətdə bağlı olduğu, bunun 

təsvir-ifadə vasitələri, poetik təfəkkür və  bədii dilin bütün 

sahələrində aydın göründüyü bildirilir. 

Sabirin qarğışlardan yararlanma imkanları da araşdırılır. 

C.Xəndan: «qarğış tipin daxili aləmini, dünyagörüşünü, psixo-

loji həyəcanlarını və s. daxili portretini açdığı kimi, şairin ten-

densiyaçılığını da öyrənmək üçün xarakterikdir» (107-402) 

deyir, bütün qarğışların xalqdan gəldiyi, onların həyat təcrübəsi 

əsasında yarandığı, «ürəyini boşaltmaq üçün insanın psixoloji 

aləmini açan ən tipik idiomatik, lakonik və hissi ifadələr» oldu-

ğu,  əksəriyyətinin «ən gözəl bədii yaradıcılıq nümunəsi» 

olduğunu söyləyir: «Xalqla üzvi surətdə bağlanan Sabir yaradı-

cılığındakı qarğışlar, söyüşlər, nalə, təəssüf və danlaqlar, 

habelə, etnoqrafik sözlər-geyim, mərasim, adət-ənənə, xörək, 

çərəz,  əşya və s təsviri onun folklordan geniş istifadə etməsi 

haqqındakı fikrimizi bir daha təsdiq edir» (107, s. 403). Onun 

istifadə etdiyi qarğışlara  şairin öz leksikonunda rast gəlinmə-

diyi, tipləri xarakterizə etmək üçün onların dilində  işlədildiyi 

söylənir. «Torpaq başıma, çıxdı bütün izzət əlimdən!», «Torpaq 


                                                                                      Gülxani Pənah 

 

 



492

başıma, indi də tüccarı ayıldı», «Gəlməsən imanə, gəlmə, gəl-

mə, gəl lənətlərə», «Çörəyim səni tutsun», «Yansın iranlıların 

arxası, yandı ciyərim» kimi ifadələr, ordakı qarğışlar tipin öz 

diliylə verilir, tipin psixoloji aləmini açmaq, satirik gülüş 

doğurmaq üçün dəyərlidir. 

Şairin el içində işlənən «çörəyim səni tutsun» qarğışından 

şairin istifadə imkanları araşdırılır. Burjua-mülkədar cəmiyyə-

tinin «aktiv» qarğışı olan bu qarğışın birinci şəxsin ikinciyə xi-

tabı  şəklində yayılmasının bu cəmiyyət üçün «xarakterik» ol-

duğu, «ikincini özündən asılı hesab edən «şəxsin bu yolla öz 

sözünün kəsərini artırdığı qeyd edilir. Eyni zamanda şairin bu 

qarğışın «çörək səni tutsun» kimi nisbətən yüngül formasından 

da yararlanması imkanı açılır. Dərs oxuyan oğlunun 

oxumağından bezən avam, cahil ata hirsini arvadını döyməklə, 

acığını arvada tökdüyü qarğışlarla soyutmağa çalışır: 

 

Tutsun çörəyim gözlərinin ağu-qarasın, 



Ey həmsəri-bədxah! 

Haşa, oda yaxmaz ana istəkli balasın, 

Kəssin səni allah! 

Tədqiqatçı burada bir neçə qarğış görür: «Tutsun çörə-

yim...» kifayətlə deyilmiş kimi «ey həmsəri-bədxah!» deyir, 

bununla da qane olmayaraq «kəssin səni allah» sözlərilə ən kəs-

kin  və tutarlı qarğışa əl atır. Tip üçün bu qarğışlar nə qədər kə-

sərli olsa da, oxucu üçün tipin gülünclüyü mənasında bir o qə-

dər gülməlidir» (107, s. 405.) 

Bəzi satiralarında şair qarğışlardan istifadə edərkən tipin 

psixoloji aləmini açmaq, satirik gülüş doğurmaq üçün xalqdan 

gələn qarğışlardan müəyyən dəyişikliklər etməklə yararlanır. 

Tədqiqatçı bu mənada onun «Yansın iranlıların arxası, yandı 

ciyərim» misrasında «ciyərin yansın», «kürəyin od tutub yan-

sın» kimi qarğışların iranlılara şairin özü tərəfindən edilməsin-

də gizlənən sətiraltı mənanı görür. Çünki bilir ki, humanist bir 

şair heç vaxt bu qarğışı ürəkdən xalqına etməz: «Satiranı diq-


Gülxani Pənah 

 

 



493 

qətlə oxuyanlar bilirlər ki, bu qarğış  şairin dilindən çıxsa da, 

müəyyən mənada Məhəmmədəli  şahın ürəyindən gələn sözlər 

kimi verilir. Sabir Məhəmmədəli  şahın müdafiəçisi kimi çıxış 

edərək «bir də yahu nə gərək el qarışa şah işinə» desə də, bu və 

buna bənzər sözlərin, daha doğrusu, satirada şahı müdafiə 

naminə  tərs mənada deyildiyinə heç bir şübhə yeri qalmır» 

(107, s. 405). 

Sabirin satiralarında sözün tərs mənada deyilmə xüsusiy-

yətini diqqətə çatdıran tədqiqatçı onun nə demək istədiyini 

oxucunun dərhal başa düşdüyünü söyləyir. Həmin satiradakı 

«Dedi çıxsın dəxi qoy canları iranlıların!» və «Bilmirəm andıra 

qalmış bu nə hürriyyət idi?!» qarğışları da «müstəqim mənada» 

işlənib, satirik tipi gülünc vəziyyətə salmaq, tipin daxili aləmini 

açmaq üçün bədii priyomdur. 

El içində  ən kəskin qarğışların  ən kəsərsiz  şəkildə  işlə-

dildiyi, onlar olduğu kimi işlədilsə  də, bunların mülayim 

intonasiya  ilə deyildiyi, bununla da təsir qüvvəsinin  şüurlu 

surətdə zəiflədildiyi, Sabirdə də belə qarğışların tipin özü tərə-

findən özünə edildikdə «zəiflədiyi» açılır. «Dilim-ağzım quru-

sun  şəkkə düşərsəm də bir az», «Deyirəm ay kişi, bir gəl 

özünə,//Bu nə işdir, a kül olsun gözünə!» misralarında qarğışın 

zəif  şəkildə ifadə olunduğu, danlağa daha çox oxşadığı qeyd 

edilir. 


C.Xəndan yazır: «Qarğışlardan istifadənin bir kiçik 

faydasını da qeyd etmək lazımdır ki, o da nitqin kitab dilindən 

uzaqlaşıb, canlı danışıq dilinə yaxınlaşmasında onların oynadığı 

roldur» (107, s. 408). 

Şairin əruz vəzninin tələbinə görə bu qarğışlarda sözlərin 

yerini dəyişsə də («Çörəyim tutsun» əvəzinə «tutsun çörəyim» 

və s.) xalqdan götürdüyü, ondan mənəvi qida aldığı  tamamilə 

aydındır. 

Sabi qarğışlarla yanaşı s ö y ü ş l ə r d ə n  də satirik tipin 

dilində istifadə edir.  Tədqiqatçı  şairlərin söyüşlərdən iki 

şəkildə istifadə etməsini göstərir. «Satira-həcv yazan  şairlərin  


                                                                                      Gülxani Pənah 

 

 



494

bir qism həcvlərinə «həcvi-məlih», digər qisminə isə «həcvi-

qəbih» demişlər. «Həcvi-məlih»dəki söyüşlərdə  həmişə  ədəb 

gözlənilmişsə, «həcvi-qəbih»də bu prinsipə riayət edilməmiş, 

elə söyüşlərdən istifadə olunmuş ki, onları  mətbuat 

səhifələrində yazmaq belə mümkün olmamış, yerlərinə nöqtələr 

(...) düzülmüşdür» (107, s. 408. ). 

Sabirin yaradıcılığını geniş  şəkildə araşdıran tədqiqatçı 

şairin bu kimi söyüşlərdən istifadə etmədiyini, geniş xalq kütlə-

lərinin ictimai həyatda istifadə etdikləri söyüşləri «işlətdiyini» 

görür. 

Satirik  əsərlərdə söyüşün kim tərəfindən deyilməsiylə 



onun ictimai mənasını müəyyənləşdirmək olduğu, bəzən kəskin 

söyüşlərdən istifadə edildiyi, bununla şairlərin tipin daxili 

aləmini açmaq üçün boyaları «tündləşdirdiyi» açılır. Sabirin 

«Fəhlə, özünü sən də bir insanmı sanırsan?» misrasındakı sö-

yüşü «həddini aşan təhqirə keçən söyüşlərdən» biri bilir: 

«Kapitalist tərəfindən deyilən  bu sözləri doğuran tarixi  şəraiti 

xatırladıqda görürük ki, fəhlə  hətta hər «məclisi-alidə araya 

soxulmağa», «azğınlıq etməyə» başlamış, kapitalisti sayma-

mışdır.  Şübhəsiz belə  işlərə adət etməyən kapitalistin kəskin 

söyüşü çox təbiidir» (107, s. 409). Sabir yaradıcılığında sinfi 

mübarizəni göstərən belə misraların çoxluğunu qeyd edən 

tədqiqatçı bunlardan mübarizənin çox gərgin olduğunun məlum 

olduğu, fəhlə-kəndlinin oyanmasının burjua-mülkədar cəmiy-

yətini təkcə narahat etmədiyi, dəhşətə saldığı, bir sözlə, «bir-

birilərinə düşmən olan zidd siniflərin psixologiyası»nın bu 

söyüşlərdə «çox real, aydın və həyatı faktlar əsasında» verildiyi 

fikrindədir. «İranlı, itil get, yaxanı bitdə  həmişə» 

(Məhəmmədəli  şah), «sənə dinmədikcə,  əbləh, azıxıb yolun 

çaşırsan», «hanı  nəşəyi-xumarın, a qalın qafalı  fəhlə», 

«vaqqıldama bayquş kimi idbar, dilənçi», «dikmə gözünü 

mətbəxə biar, dilənçi», «əl çək yaxamızdan, itil idbar, dilənçi!», 

«qoyma özünü tülkülüyə adə,  əkinçi», «heyvan kimi ömr 

eyləmisən sadə,  əkinçi» misralarındakı söyüşləri açan 


Gülxani Pənah 

 

 



495 

tədqiqatçı  zidd siniflərin toqquşmasında bu söyüşləri 

istismarçıların işlətdiyi, fəhlə, kəndli, dilənçi nitqində 

işlədilmədiyi qeyd edilir və  tədqiqatçı bunların «təsadüfi» 

olmadığını bildirir: «şair bəzən təhqirə keçən söyüşləri yalnız 

tipin daxili aləmini açmaq üçün işlətmir. O, eyni zamanda fəal 

tendensiyaçılığını bildirmək, nifrət bəslədiyi adamları hörmət-

dən salmaq üçün də, bundan məharətlə istifadə etməyi bacarır. 

Əkinçiyə heyvan deyən mülkədar, dilənçiyə bayquş deyən 

dövlətli və s. öz qanacağını ortalığa qoyduğundan, oxucu onlara 

şairin istədiyi qiyməti verməyə bilmir» (107, s. 411). Bunu 

sənətkarlıqda «böyük və  çətin hadisə» adlandıran tədqiqatçı  

oxucunun tipə, həyati hadisələrə özü kimi qiymət vermək istək-

lərini, buna hamının nail ola bilmədiyini, Sabirin isə «öz 

ecazkar sənətilə oxucunu istədiyi istiqamətə yönəltməyi, ağın 

ağ, qaranın qara olduğuna onu inandırmağı bacaran bir sənət-

kar» olduğu qənaətindədir: «Yuxarıdakı misallarda xalq şairi 

kimin tərəfində durursa, oxucu da onu müdafiə edir. Şairin 

məhəbbəti və nifrəti oxucunun məhəbbət və nifrəti kimi təsir 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin