ictimai görüşlərini meydana «qoymaqda» söyüş yolu ilə tərizlər
yaratmışdır. Şair mənfi qəhrəmanını və ya tipi öz dilinə söyüş
verməklə ifşa etməkdə də, misilsiz sənətkarlıq nümayiş etdirir.
«Tərbiyəsiz uşaq kimi boş-boşuna hırıldama» ifadəsiylə şairin
Gülxani Pənah
526
öz rəqibinə hücum edir, Məhəmmədəli şaha qarşı yazdığı
«Səbəb boynu yoğun oldu» adlı satirası diqqətə çəkilir:
«Satiranın sərlövhəsi çox şey deyir. Şaha «boynuyoğun» demək
tərizin əlaməti kimi qiymətləndirilə bilər. «Qarnıyoğun» köklük
əlaməti olduğu halda, «boynuyoğun» təkcə xarici görkəmi
deyil, eyni zamanda, bəlkə başlıca olaraq harın, qanmaz, müftə-
xor və başqa bu kimi mənaları əhatə edir. İnqilabi hərəkat qar-
şısında içdiyi andları, verdiyi fərmanları sonralar danan, irti-
caya keçən bu cəlladı ifşa etmək üçün bu sözü seçməsi bədii
kəşf kimi qiymətləndirilə bilər» (107, s. 115).
Adi bir «boynuyoğun» sözü ətrafında bütöv fəlakəti, icti-
mai dərdləri açan sənətkarın məşrutənin bağlanmasında, xalqın
fəlakətə düçar olmasında müqəssir olan «boynu yoğun» haqqın-
da ən «kinli və qəzəbli sözləri» deməsi, nəticədə gülüşün yük-
sək növünü yaratması dəyərləndirilir. Az sözlə dəyərli söz
demək üçün bu üsuldan istifadə edən Sabirin digər şeirlərində
də istifadə edilən söyüşlərin tipin daxili aləmini açmaqda mə-
harətli rolu açıqlanır.
Bədii ədəbiyyatda fikri məcazi yollarla ifadə edən yazı-
çıların yeni vasitələrə əl atması, eyhamın da bu vasitələrdən biri
olub Sabir yaradıcılığında ən maraqlı təzahür formaları olduğu
göstərilir. Örtülü surətdə, işarələrlə fikri söyləmək qabiliyyəti
Sabirdə güclüdür. Hər bir eyhamda gizli bir kinayə oduğunu
bildirən tədqiqatçı eyhamla fikri ifadə etməyin iki yolu haq-
qında məlumat verir: «Bunlardan biri bədii təsir qüvvəsini artır-
mağı güddüyü halda, digəri təqib edənlərdən, xüsusən senzura-
dan qorunma məqsədinə xidmət edir» (107, s. 117). Rusiyada
və Avropa ölkələrində simvolizm adlı bir cərəyan da olub, çar
senzurasından «materialları keçirmək üçün» bu yoldan istifadə
edilib. Dövrün ən mühüm ictimai-siyasi və inqilabi hadisələrinə
həsr olunmuş şeirlərdəki sətiraltı mənalar dəyərləndirilir.
İnqilabi hadisələrə işarə ilə işlətdiyi eyhamların zənginliyini
nəzərə çatdırır:
Bilməm arılar mənzilinə kim çöp uzatdı,
Gülxani Pənah
527
İllərcə təqafüldə yatan xalqı oyatdı,
Fitnə ağacın əkdi, hökumət yasa batdı,
Mən hərçi çalışdım ki, kəsəm, qol-budaq atdı,
Əhli-qərəz öz istədiyi mətləbə çatdı.
Əhkami-şəriət dəxi bir kar görərmi?
Bundan sonra bir buğdanı anbar görərmi?
bəndindəki «arı mənzilli», «çöp uzatmaq», «fitnə ağacı», «qol-
budaq atma», «əhli-qərəz» kimi eyhamla deyilmiş sözləri açır:
«Sabir «arılar mənzili» dedikdə geniş xalq kütlələrinə işarə
edir, həyəcana gələn xalq ilə qaynaşan arılar arasında bir ya-
xınlıq görən Sabir təşbih yolu ilə eyham yaratmışdır. Bu par-
çada və bütün satirada istifadə olunan bu kimi eyhamlar-
rəmzlər bədii təsir qüvvəsinin artırılması üçündür. Biz bu yolla
tipin psixologiyasını, ideyasını daha asan başa düşür, fikri,
məqsədi və amalı ilə tanış oluruq» (107, s. 119).
Şairin siyasi məsələlərə işarə edərək təşbih yolu ilə ma-
raqlı və mənalı eyhamları «Dastan», «Bürhani-həqiqət», «Hə-
miyyət», «İrşad», «Təkamül» kimi jurnal və qəzetlərin bağla-
nılması ilə bağlı yazdığı şeirdə də («Bir badi-xəzan əsdi, gülüs-
tan da qapandı» misrasında «badi-xəzan» və «gülüstana» mü-
nasibəti açıq aydın görünməkdədir) görmək olar.
«Mənimki belə düşdü» satirası, «məzlumların tutdu məni
ahı axırda», «məcburi-sükut oldu, mənimki belə düşdü» kimi
eyhamlı ifadələrdəki faktlarda tipin həyati hadisələrə bir cür
qiymət verdiyi, şairin və lirik qəhrəmanın isə başqa qiymətlə
oxucuda dürüst təsəvvür yaratdığı açılır. «Mənimki belə düşdü»
satirası Türkiyənin zalım hökmdarı Sultan Əbdülhəmidin
taxtdan salınması münasibəti ilə yazılıb: «Sultan guya
Məhəmmədəli şaha yazdığı məktubda bunun səbəbini belə izah
edir: «Məzlumların tutdu məni ahı axırda». Şair isə Sultana
dediyi bu ahla inqilaba işarə etmiş ki, bu, satiranın haman
bəndindəki aşağıdakı sözlərdən də məlum olur. «Məcburi-sükut
oldu, mənimki belə düşdü» (107, s. 120).
Gülxani Pənah
528
«Hophopnamə»ni diqqətlə oxuyan hər kəsin eyhamları
başa düşdüyünü söyləyir, bunu şairin «müvəffəqiyyəti və yara-
dıcılığındakı xəlqilikdə doğan bir keyfiyyət» kimi qiymət-
ləndirir. Eyhamla söylədiyi fikirlərdə yer, şəhər, ölkə adla-
rından da məharətlə istifadə etdiyini nümunələrlə verir:
Asudəlik bu saat yerdən göyə cahanda,
Var isə vardır ancaq İranda hər məkanda,
Təbrizdə, Sərabda, Xalxalda, Xançobanda,
Qeyrətli Şahsevəndə, hər anda, hər zamanda
Lorlarda, Şıx-gözəldə, Keşkanda, İsfahanda,
Tehranda, əndüməndə, qabnetdə, parlamanda,
İşlər bütün həqiqət, sözlər bütün güvara,
«Dərda ki, razi-pünhan, xahədşod aşikara»
«xalq şairi kinayənin təsirini daha da artırmaq üçün bu göstər-
diyimiz İran şəhər və mahallarının adını çəkir, onlar belə bir
təsəvvür oyadır ki, bu yerlərdə asudəlik doğrudan da yoxdur.
Şəhər və yer adları oxucuya məlum sahələri təmsil etdiyindən o
başa düşür ki, şair nəyə işarə edir» (107, s. 122). Eyham məna-
sında şairin adlardan (tarixi şəxsiyyətlər, yazıçılar və qeyri-
müəyyən adlar (Zalxa, Tükəzban, Fatma və s) istifadə edir bu
və ya başqa bir məsələni aydınlaşdırmaq üçün işlədir. Satirik
qəhrəmanın o zamankı bədbəxt və hüquqsuz Azərbaycan
qadınlığına («Neyləyirik Fatma, Tükəzbanları») öz mü-
nasibətini bildirdiyini deyir və əlavə edir ki, «demək buradakı
qadın adları Azərbaycan qadınlığının rəmzinə çevrilmişdir. Ey-
ni xüsusiyyəti Ərdəbildən Bakıya gəlib bulvarda açıq-saçıq
qadınları görüb məst olan Məşədinin eyhamında da görürük. O
deyir:
Zənn edirdim mən bütün aləmdə İrandan səva
Bir fərəh-abad yer yoxdur o samandan səva.
Övrət olmaz hüsndə Fatma, Tükəzbandan səva,
Var imiş Rusiyyədə min-min Pərizad, Ərdəbil!
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!»
Gülxani Pənah
529
(107, s. 122).
Onun şeirlərində mənfi qəhrəmanın müdafiə etdiyi adları
köhnəliyə, digərlərinin isə yeniliyə, tərəqqiyə, inqilaba «işarə»
bilən tədqiqatçı eyhamı qüvvətləndirib təsirli etmək üçün şairin
parodiyadan istifadə etdiyini, mənalı təkrirlər yaratdığını və öz
dövrü üçün ən məşhur və yayılmış olan adları işlətdiyi, bəzən
eyhamdan rəmz yolu ilə istifadə edib əsrlərdən bəri xalq içində
məşhur olmuş şəxslər, ifadələr və məfhumlar vasitəsilə fikrini
oxuculara çatdırması açıqlanır:
Məsələn:
Qeysə əbəs vermə günün namını,
Görməyərək surəti-Leylasını
Və yaxud:
Ki, nagah bir qara bayraq asıldı dor ağacında,
Yazılmış onda bir xətti-müsibətzayi-hürriyyət.
Bədbəxtliyin simvolu qara rəngdir. Bədbəxt bir hadisə
zamanı qara bayraq asılır. Sabirin də İranda hürriyyətin baş tut-
mamasına işarə edərək yazdığı yuxarıdakı misraları tədqiqatçı
təhlil edir: «Birinci misradan bədbəxtliyin olması qara bayraq-
dan aydınlaşır. Bəs ikinci misra nə üçündür? O birinci misranı
şərh etməklə göstərir ki, «müsibətzay» olan hürriyyətdir» (107,
s. 125).
Tədqiqatçının gəldiyi nəticə budur ki, «dediklərimizdən
belə bir nəticə çıxarmaq olar ki, eyham, rəmz və simvol sati-
ralarda əsasən siyasi məsələlərin şərhinə kömək etməklə şairin
sənətkarlığı haqqında da canlı təsəvvür doğurur, eyhamı təmsil
edən sözün harada necə işlədilməsində böyük qabiliyyətini
nümayiş etdirmişdir. Bundan başqa xalq şairi mövcud forma-
lardan istifadə çərçivəsində qalmamış, indiyədək şeirimizdə iş-
lənən eyham nümunələrini siyasi hadisələrlə bağlı olan ey-
hamlarla zənginləşdirmişdir».
Gülxani Pənah
530
Tədqiqatçı Sabirin eyhamlarını klassik şeirimizdəki köh-
nəlmiş eyhamlardan mütərəqqi görür, ictimai-siyasi hadisələrin
ifadəsi üçün yeni-yeni eyhamların, onun üçün yeni üsul, priyom
və ifadə vasitələri lazım olduğunu göstərir: «Bu həyati tələbin
böyük addımını xalq şairi atmaqla yazıçılarımızı yeniliyi cəsa-
rətlə qavramağa ruhlandırdı, xüsusən sovet şeirində daha əla-
mətdar işlər görüldü» (107, s. 126).
Tədqtqatçı Sabirin yaradıcılığında bədii təyin-epitet haq-
qında danışmazdan öncə məcazın ən sadə şəkli olan, təsvir-ifa-
də vasitələrində çox mühüm yer tutan bədii təyin haqqında mə-
lumat verir. Bədii təyindən istifadə edə bilmək sənətkarlıq qabi-
liyyəti tələb etdiyini deyir. Sabirin rolunu bu cəhətdən yüksək
dəyərləndirir. Sözün dəyərini bilən, ona lazım ola bilən mənanı
verə bilən sənətkar bədii təyinlərdən istifadədə «sərbəstdir»:
«O hətta məntiqi təyinləri də bəzi hallarda bədii təyin
səviyyəsinə qaldırıb sözləri mənalandırmışdır». Şairin «Qara
fəhlə olduğunda bəyü xanla çulğaşırsan» (qara sifətdir, məntiqi
təyindir) misrasında «qara» sözünü bədii təyin səviyyəsinə
qaldırmaqla hiss-həyəcan ifadə etdiyini deyir: «Çünki bu söz
fəhlənin düşməni, hirslənib özündən çıxan düşməni-kapitalist
tərəfindən deyilmiş və o, bu sözü bir növ təhqir mənasında ifa-
də edərək «bəyü xanla» qara fəhlə arasındakı ziddiyyəti qa-
bartmış, eyni zamanda öz hirsini, həyəcanını bu sözlə bir qədər
söndürmək istəmişdir. Buradan bir nəticə də çıxartmaq olur ki,
o da bədii təyinlərin ideya istiqamətində roludur. Hər hansı bir
bədii təyinin ideya istiqamətini müəyyənləşdirməsində çox
böyük və hətta, bəzi hallarda, həlledici rolu vardır» (107, s.
127).
Eyni sözə əlavə olunmuş bədii təyin müxtəlif dünya-
görüşlü adamlarda müxtəlif məna verə bilir. Sabirin «qara
fəhlə» ifadəsi kapitalistin dilində nifrət, kin mənasında, bir
kommunistin dlilində isə iftixar hissi ilə müsbət mənada işlənə
bilməsi fikrini söyləyən tədqiqatçı şairin bədii təyin seçərkən
tipin «spesifik cəhətini» nəzərə aldığını söyləyir. «Əsdi qara yel
Gülxani Pənah
531
çəltiyə, bostana nə borcum?» misrasındakı «qara» sözü bədii
təyindir, buradakı «qara yel» ifadəsi «qara fəhlə» ifadəsindən
fərqlidir («qara yel» ifadəsi olan cümləni heç bir kommunist
əkinçiyə xitabən deyə bilməz- C.X). Bu sözü əkinçiyə heç bir
dostun deyə bilməyəcəyi, bu sözü deyən tipin xarakterinin əsas
götürüldüyü bildirilir. «Qara yel» sözündəki bədii təyin
mülkədarın daxili aləmini açmaq üçün də mənalıdır. Təkcə şair
şəxsən ona mənfi əlaqə bəslədiyi üçün deyil, o həqiqətən buna
layiq olduğu üçün şair bu xarakteri epitet seçmişdir. Diqqət
edilsə bu sözü heç bir başqa sözlə əvəz etmək olmaz...
Sənətkarlıq elə burasındadır ki, işlənməsi mümkün olan onlarca
sözün eləsini seçəsən ki, onların hamısından tutarlı, mənalı və
dəqiq olsun» (107, s. 128).
Sadə, mürəkkəb sözlərlə, izafət tərkibləri, həmcins üzvlər
və s. vasitələrlə yaranan bədii təyinlərin də olduğunu bildirən
tədqiqatçı Sabirin bu kiçik təsvir-ifadə vasitələrinə böyük məna
verdiyini açıqlayır. Sadə təyinlərin təsirli çıxması üçün Sabirin
əlavə priyomlarını «maraqlı» bilir. Bunlardan biri “bədii təyinin
təzad-kontrast şəklində təzahürüdir”. Şairin «Doğru libasına
bürünüb min yalan dedin» misrasında «bədii təyin olan
«doğru», «yalan» sözü ilə təzad-kontrast təşkil edir. Doğru ilə
yalanın bir cümlədə qarşılaşdırılması fikri qüvvətləndirir,
tənqid hədəfi olan ruhanilərin iç üzünü açmaq üçün şairə
kömək edir» (107, s. 131). Şairin istifadə etdiyi sadə təyinləri
açır, təhlilini verir («Vermərəm bir qara pul da belə hədyanın
üçün»də «bir» ifadəsi, «Bir şübhəli pul kisəmə salmaram»da
«bir» ifadəsi və s), fikrin təsirli çıxması üçün şairin eyni bədii
təyinin təkrarından, yaxud onu başqa sözlərlə əvəz edən bədii
təyini təkrar etməsindən numunələrlə danışır:
«Məsələn:
Bunda gözəl niyyətimiz var bizim...
Ay bərəkallah bu gözəl niyyətə!
Gülxani Pənah
532
Göründüyü kimi, beytdə «gözəl niyyət» ifadəsinin təkrarı
fikri nə qədər aydın və təsirli etmişdir. «Gözəl niyyət»in ikinci
misrada təkrarı, eyni zamanda da onun öz dəyərini artırır, tipin
ona xüsusi əhəmiyyət verməsi haqqında təsəvvür doğurur»
(107, s. 132).
Bir bala qız al-boyu ər-ər kimi,
On-on iki sinnidə dilbər kimi.
beytinin birinci misrasındakı «bala qız» ifadəsindəki «bala»
təyini eyni məzmunu verən digər sözlərlə iki dəfə (boyu ər-ər
və on-on iki sinnidə) təkrar olunur.
Bir misrada bir neçə təyin ola bildiyini diqqətə çəkən
tədqiqatçı belə hallarda sözlərin seçilməsi, əlaqədar sifətlərin
təyin yerində işlədilməsinin zəruriliyini, yüksək sənət əsər-
lərində bu incəliyə xüsusi fikir verildiyini, Sabirin belə əsərlər
yaratmağa çalışdığını, əsərlərində «zəif misraların yaranması-
na» yol vermədiyini bildirir: «Dilənçini qapıdan qovan dövlətli
öz qonaqlarını sayıb deyir ki, mehmanlarımız
Kökdür, yekədir, boynuyoğundur, nücəbadır,
Bəydir, ağadır, ağzı dualı üləmadır.
Kök mehman, yekə mehman və s. kimi sözlərin təsadüfi
seçilmədiyini, bunların seçilməsində şairin tendensiyasının
rolunu görür: «Həm də məclis elə məclisdir ki, onun qonaqları
məhz belə adamlar ola bilər. Bu sözlər həm qonaqları, həm də
şairin onlara münasibətini xarakterizə edir» (107, s. 133).
Tədqiqatçı şairin əsərlərindən onlarla belə ifadələrin təh-
lini verir, onlardan şairin məharətlə istifadə etdiyini nümunə-
lərlə sübuta yetirir. Digər ifadə vasitələrində olduğu kimi
mürəkkəb bədii təyinlərdə də şair «sadəlik-aydınlıq prinsipinə»
sadiq qalır, anlaşılmayan ifadə vasitələrindən «qaçır». Bu xüsu-
siyyəti yalnız bir yerdə-izafət tərkibi vasitəsilə bədii təyin yara-
dıldıqda pozulduğunu görür və onu da qeyd edir ki, «Çünki
Azərbaycan dilinin milli xüsusiyyətinə uyğun gəlməyən fars
izafət tərkibləri, istər-istəməz anlaşılmayan söz, ibarə və tərkib-
ləri tələb edir ki, öz dövrünün bu ədəbi ənənəsini böyük şair
Gülxani Pənah
533
tamamilə qıra bilməmişdir» (107, s. 134). Şair bu sahədə xalqın
başa düşəcəyi izafət tərkibləri (nüfuzi-millət, əhli-səfa, əhli-
cəfa, aşiqi-sadiq və s) «seçməyə cəhd göstərir», Azərbaycan
sözlərindən yaranan «bədii təyinlərdə isə aydınlıq və sadəlik
pirnsipi tam gözlənilir». «Alçaq, ufacıq daxmanı samanmı sa-
nırsan?» misrasında «ufaq» sözünün «ufacıq» kimi işlənməsi,
kiçiklik məfhumunu ifadə edən «ufaq» sözünə əlavə edilən
«cıq» şəkilçisinin onun «lap kiçikləşdirdiyini», «alçaq» sözü ilə
birlikdə təsəvvürün tamamilə «aydınlaşmasında çox mühüm
rol» oynadığını göstərir. Tədqiqatçı şairin əsərində əvvəlki
misrada nəzərə çarpan «ali evlər» məfhumu ilə «alçaq, ufacıq»
daxmanın yan-yana qoyulmasında da «bir incə məna» görür:
«Şair alçağın müqabilində «uca», «hündür», «yüksək» və s.
işlədib «uca evlər» də deyə bilərdi. Lakin ali daha əzəmətli ol-
duğundan onu işlətmiş ki, alçaq, ufacıq daxma «bu» ali evlərin
yanında bir az da kiçik görünsün. Nəhayət, bir incəliyə də nəzər
salmamaq olmaz ki, o da kapitalistə xas olan evin cəm (ali
evlər), fəhləyə xas olan daxmanı isə tək (alçaq, ufacıq daxma)
işlədilməsidir ki, bu ən böyük və az malikanə arasında kontrast
təşkil edir. Demək mürəkkəb bədii təyin onu əhatə edən söz-
lərlə birlikdə şairin istədiyi fikri canlandıra bilmişdir. Bunlarsız,
yəni başqa sözlərlə əlaqə olmadan bədii təyin istəyən mənanı
ifadə edə bilməz» (107, s. 135).
Şairin mürəkkəb təyinlərinin təhlini verən tədqiqatçı
mürəkkəb bədii təyindəki sözlərin bir-birini qüvvətləndirmək
üçün seçildikdə «daha təsirli» olduğunu deyir. Sabirin:
Biz qoca qafqazlı igid ərlərik,
Cümlə hünərməndlərik, nərlərik
beytində «igid» sözünü «hünərmənd» və «nər» sözləri ilə daha
da qüvvətləndirmək üçün yazmış olduğu qənaətindədir. Burada
tipi həddindən artıq mübaliğəli göstərməkdə şairin məqsədi
«onun həqiqi simasını açmaqdır» deyir və əlavə edir ki, «son-
rakı misralardan aydın olur ki, bu «igid», «hünərmənd» və
«nər» qoca qafqazlı lazım gəldikdə «asta qaçıb xəlvətə dürtü-
Gülxani Pənah
534
lür». Göründüyü kimi, bədii təyinlər əsl həqiqəti açmaq üçün
satirik məqsədə kömək etmişdir» (107, s. 137).
Şairin satiralarındakı izafət tərkiblərini, onların bəziləri-
nin çətin başa düşüldüyünü, tipin leksikonundan irəli gələn bu
sözlərdən yararlanmalı olduğunu bildirən tədqiqatçı «Hophop-
namə»dəki belə qəliz ifadələrə haqq qazandırmır, şairin yaradı-
cılığında bunları «böyük bir nöqsan» sayır, bu nöqsanların bə-
dii təyinlərdə «açıq» nəzərə çarpdığını, fikri aydınlaşdırmağa
xidmət edən bədii təyinlərin belə tərkiblər nəticəsində öz və-
zifələrini ifa edə bilmədiyini söyləyir. İzafət tərkiblərinin və
onların geniş oxucu kütləsi üçün anlaşılmaz olan nümunələrinin
satiralara nisbətən lirikasında «çoxluğu», bunun başlıca səbəbi-
nin şairin farsca və ərəbcə köhnə təhsil görməsində, klassik
şeirin bəzi köhnəlmiş qanunlarından «azad ola bilməməsində»
görür. Bununla belə, Sabirin yaradıcılığındakı bədii təyinləri
öyrənmək təkcə tarix naminə deyil, «bugünkü ədəbiyyatımızın
inkişafı naminə maraqlıdır».
Sabirin satiralarında mübaliğədən də geniş istifadə et-
məsi, bədii ədəbiyyatda, xüsusilə realist planda yazılan əsərlər-
də mübaliğənin «həyat həqiqətini daha qabarıq nəzərə çat-
dırmaq üçün» əlverişli olduğu, Sabirin bu sahədə «orijinal bir
yol» tutduğu araşdırılır. Məhəmmədəli şahı tənqid yolu ilə de-
yil, tərif vasitəsilə ifşa etmək üçün mübaliğədən istifadə etmə-
sinə diqqəti yönəldir:
Altı min ildən bəri mövcud olan bir məmləkət,
Görməmişdi sən kimi bir şahi-vala-mərtəbət:
Niyyətin saf, etiqadın pak, qəsdin məsədət,
Millətin şad, ölkən abad, ümdə fikrin mərhəmət.
«Bu satirik mübaliğədir, çünki burada sayılan keyfiy-
yətlərin heç biri Məhəmmədəli şaha xas deyil. Əksinə, İranın
altı min illik tarixində azadlıq hərəkatına düşmən kəsilən belə
bir şah olmamasıdır. Odur ki, belə bir tipə «niyyətin saf...
millətin şad....» və s. sözlərlə xitab edən şair onu sarsıtmış olur.
Asanlıqla sarsılmayan adamları sarsıtmaqda satirik mübaliğə-
Gülxani Pənah
535
nin rolu belədir» (107, s. 139). Şair bu mübaliğəylə inqilabi
hərəkata qarşı mənfi münasibət bəsləyən şahın simasını açır.
«Qorxuram» satirasında da tədqiqatçı heç bir şeydən
qorxmayan, «hətta vəhşi heyvandan, dini-əfsanəvi xortdan-
lardan belə qorxmayan lirik qəhrəmanın «Harda müsəlman
görürəm qorxuram» deməsində mübaliğə vardır. Şair müsəl-
manın «fikrini qan-qan» gördüyü üçün bunun ağır nəticələrini
belə bir mübaliğəli analogiyada göstərmişdir»-deyir (107, s.
140).
Müsəlmanın fikrini qan-qan görən lirik qəhrəmanın təkcə
müstəqim mənadan danışmadığı «bu qan-qan» ifadəsinə bəlkə
adam öldürməkdən başqa, mənəm-mənəmlik, çox axmaq fikrini
qəbul etdirmək cəhdi, tərslik-düşünülməmiş qərar çıxarmaq,
zorakılıq, başqa millətlərə kafir deyib xor baxmaq, təriqət və
məzhəb ziddiyyətləri, qohum-əqrəba çəkişmələri və
müsəlmanlıq naminə davam etdirilən, bəzən də iftixar hissi ilə
davam etdirilən bu kimi yaramazlıqlar daxildir» (107, s. 142).
Mübaliğələrində təbiiliyi saxlamaq üçün şairin xalq
danışıq dilindəki mübaliğə bildirən söz və ifadələrdən geniş is-
tifadə etdiyini nümunələrlə izah edir. «Dindarlarıq, gündə bir
arvad alırız biz»də «gündə bir arvad almaq» mübaliğədir. «Yüz
elm oxusan axırı avarə qalarsan», «həmdulillah, necə
görmüşdüsə Nuh öyləcədir», «Dədəm vay, məgər böylə də
cəng olur?», «top atıldı», «dünya alt-üst oldu», «sur düdüyü
çalındı» kimi mübaliğəli ifadələrlə şairin yaratdığı mübaliğə
təkcə hiss-həyəcan doğurmaq və ya tipin ötəri bir keyfiyyətini
ifadə etməklə qalmayır, eyni zamanda «böyük ictimai, siyasi
hadisələrin ümumiləşdirilməsi yolu ilə daha geniş vüsət kəsb
edir.
Sabirin sözlərdən mübaliğəli lövhələr, tiplər, səhnələr
yaratması açıqlanır. Onun mübaliğələrindəki təzahür formala-
rının «rəngarəngliyinə» diqqəti cəlb edir. Ətaləti tənqid edən,
ictimai dərdləri verən satiralarındakı iki mübaliğəyə diqqəti
çəkir. «Bunlardan biri «yat!», digəri «yatmarıq» məzmununda
Gülxani Pənah
536
olsa da, hər iki məzmunu doğuran mübaliğənin məzmunu bir-
dir: sən yatıbsan, ayılmaq lazımdır» (107-143).
Hər nə var-xabdə var, yoxsa bu dünyada nə var?
Yaxşı yat, qol-qanad aç, uç, gör o məvada nə var?
(107, s. 143).
-misralarında lirik qəhrəman «satirik tipin ətalətindən təngə
Dostları ilə paylaş: |