Жяфяр хянданын aзярбайжан ядябиййатына



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə17/35
tarix03.04.2017
ölçüsü4 Mb.
#13209
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

 

 

 

 

 

 

 

Gülxani Pənah 

 

 



283 

 

 

 

 

 

IV FƏSİL 

 

C. Xəndanın Cənubi Azərbaycan ədəbiyyatına 

dair elmi-nəzəri-tarixi araşdırmaları 

 

XIX  əsr Azərbaycan xalqının həyatında, mədəni inkişa-



fında ziddiyyətli, kəskin münaqişəli bir dövr kimi yadda qalıb.  

Azərbaycanın xarici işğalçılar tərəfindən zəbtinə maraq, bu sa-

hədə atılan siyasi addımlar, Bakı, Şamaxı, Quba, Gəncə, Qara-

bağ, Təbriz, Urmiya, Qazax, Car-Balakən, Naxçıvan kimi kiçik 

feodal dövlətlərə parçalanması ucbatından zəifləməsi ölkəmizi 

bərbad vəziyyətə saldı. Hələ XVIII əsrdən Rusiya, İran və Tür-

kiyə arasında çəkişmələr, iqtisadi gerilik və daxili çəkişmələr, 

ölkədə hökm sürən cəhalət və gerilik  onu tamamilə zəiflətmiş-

di. XVIII əsrin sonlarında Fətəli xan Azərbaycanda vahid bir 

dövlət quruculuğu uğrunda mübarizə aparsa da, müəyyən xan-

lıqları birləşdirməyə nail olsa da, imperialist dövlətlərin apar-

dığı  məqsədyönlü siyasət nəticəsində iflasa uğradı  və Azər-

baycan Rusiya və İran arasında bölüşdürüldü. Azərbaycanın bir 

hissəsi Rusiya, digər hissəsi İran tərəfindən ilhaq edildi.  

Çar Rusiyası Gürcüstanı zəbt etdikdən sonra Azərbaycan 

xanlıqlarını öz hakimiyyəti altına aldı, «1804-cü ildə Car-Ba-

lakən camaatlığı, həmin ildə Gəncə, Qarabağ, 1805-ci ildə Şa-

maxı, 1806-cı ildə Bakı, Quba, Dərbənd xanlıqları Rusiyaya 

ilhaq edildi. Azərbaycan xanlıqlarının Rusiyanın əlinə keçməsi 

İran hökumətini narahat etdi. İran şahlığı əldən gedən xanlıqları 

geri qaytarmaq məqsədi ilə Rusiyaya hərb elan etdi. Müharibə 

1805-ci ildə başlandı  və 1813-cü ildə  İran hökumətinin 

məğlubiyyəti ilə nəticələndi» (119, s. 12).  


                                                                                      Gülxani Pənah 

 

 



284

1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində 

Rusiya ilə  İran dövlətləri arasında sülh müqaviləsi bağlandı. 

«Gülüstan» sülh müqaviləsinə görə  İran hökuməti: Gəncə, 

Qarabağ,  Şəki, Quba, Bakı, Talış xanlıqlarına,  Şərqi Gürcüs-

tana və Dağıstana olan iddialarından  əl çəkdi» (120, s. 2). 

Rusiyanın qalib gəlməsi,  İranın məğlubiyyətinin  İngiltərə  və 

Fransa dövlətlərinə təsir etdiyi, Rusiyanın bölgədə nüfuzundan 

qorxduğu «Qraf Paskeviçin 1 Nikolaya göndərdiyi yazılı müra-

ciətlərindən birində qeyd edilirdi: «Əgər Azərbaycan bütün 

əsaslara görə  İngiltərənin olmasa, o zaman onların  İrandakı 

qüdrəti dağılar» (121, s. 571-572). İngiltərənin «Gülüstan» 

sülhündən sonra İrana hərbi köməyi, 1826-da yenidən  İranın 

Rusiyaya müharibə elan etməsi, iki il çəkən müharibədən sonra  

1828-ci fevralın 10-da Rusiya və  İran dövlətləri arasında 

«Türkmənçay» sülh müqaviləsi bağlanması bununla nəticələndi 

ki, bu müqaviləyə əsasən «Azərbaycan Araz çayı ilə iki hissəyə 

bölündü. Azərbaycanın cənub hissəsi  İran  şahlığının hakimiy-

yəti altında qaldı, şimal hissəsi isə Rusiya dövlətinin tərkibinə 

daxil edildi» (119, s. 13-14). İki hissəyə parçalanan Azərbaycan 

xalqı ədəbiyyatını, mədəniyyətini bu şəkildə inkişaf etdirməyə 

məcbur oldu və bu böyük müsibət, ikiyə parçalanmış torpağın, 

xalqın faciəsi bu gün də onun ədəbiyyatında vardır. 

Cəfər Xəndanın ədəbiyyat tariximizdə ən böyük xidmət-

lərindən biri kimi 1828-ci il Türkmənçay müqaviləsindən son-

rakı dövr ədəbiyyatımız, xüsusilə  Cənubi Azərbaycan  ədəbi 

prosesinin geniş şəkildə tədqiq etməsidir. O haqlı olaraq  giley-

lənir ki, bir sıra siyasi-ictimai hadisələr üzündən XX əsrin əv-

vəllərinə, hətta ortalarına qədər  Cənubi Azərbaycanda yaranan 

ədəbiyyat və  mədəniyyət haqqında  yetərincə bilgilər toplan-

madığından 1943-44-cü illərdə nəşr olunan ikicildlik müxtəsər 

Azərbaycan  ədəbiyyatı tarixində Türkmənçay müqaviləsindən 

sonra Cənubi Azərbaycanda yaranan ədəbiyyat «öz əksini tapa 

bilməmişdir». 



Gülxani Pənah 

 

 



285 

C.Xəndan 100 ildən artıq bir dövrü əhatə edən siyasi, 

ədəbi və elmi məxəzləri araşdırarkən bu qənaətə  gəlir ki, bu 

dövr ədəbiyyatı bütün təfərrüatı ilə elmi şəkildə, «hətta ümumi 

şəkildə belə  təhlil edilməmişdir. «Azərbaycan  ədəbiyyatı 

tarixində 1828-ci il «Türkmənçay» müqaviləsindən sonrakı 

dövr mühüm əhəmiyyət kəsb edir. Təəssüflə qeyd edilməlidir 

ki, ictimai-siyasi hadisələr üzündən Cənubi Azərbaycanda 

yaranan  ədəbiyyat və  mədəniyyətlə uzun müddət tanış ola 

bilməmişik. Bəlkə  də bunun nəticəsi idi ki, 1943-1944-cü 

illərdə Elmlər Akademiyasının Nizami adına  Ədəbiyyat 

İnstitutunun nəşr etdirdiyi ikicildlik Müxtəsər Azərbaycan 

ədəbiyyatı tarixində  «Türkmənçay» müqaviləsindən sonrakı 

dövrün ədəbiyyatı öz  əksinin tapmamışdı. 

Ədəbiyyatımızın tarixindəki bu boşluğu ilk  dolduran 

alim C.Xəndan oldu» (10, s.33). İki yerə parçalanmış xalqın 

ziyalı  oğulları A. Bakıxanov, M.F.Axundov, C.Məmmədqulu-

zadə, M.Ə.Sabir və digər bir sıra şair və yazıçıların bədii əsərlə-

rində Cənubi Azərbaycan həyatına və ədəbiyyatına dair kifayət 

qədər material olsa da, ədəbiyyat tarixi «nöqteyi-nəzərindən» 

sistemə salınıb  öyrənilməsi C. Xəndana nəsib olmuşdur. 1906-

1946-cı illər Cənubi Azərbaycanda yaranan ədəbiyyatı  tədqiq 

edən tədqiqatçı onu 5 fəsilə bölərək tədqiq etmişdir. 

1.

 



fəsil. Türkmənçay müqaviləsindən sonrakı illər və 

ədəbiyyata ümumi bir baxış. 

2.

 

fəsil. 1905-ci il rus inqilabı və Cənubi Azərbaycanda 



inqilabi-ədəbi hərəkat. 

3.

 



fəsil. Böyük Oktyabr Sosialist inqilabı  və  Cənubi 

Azərbaycanda inqilabi ədəbi hərəkat. 

4.

 

fəsil. Milli Azadlıq Hərəkatının yeni mərhələsində 



(1941-1946) ədəbiyyat, mətbuat və incəsənət. 

5.

 



fəsil. Azərbaycan  ədəbiyyatında Cənub mövzusu və 

İran İrticasının ifşası. 

Bu dövr ədəbiyyatı  tədqiq edərkən «onu doğuran siyasi, 

ictimai  şəraiti» öyrənir. Dövrün ictimai-siyasi vəziyyətini 



                                                                                      Gülxani Pənah 

 

 



286

öyrənmək üçün «Novıy Vostok» məcmuəsi nömrələri, SSRİ 

EA-nın «İran» adlı  məqalələr məcmuələri, «İmperializm döv-

ründə beynəlxalq münasibətlər» adlı sənədlər məcmuəsi, SSRİ 

EA-nın «Müstəmləkə  və asılı ölkələr tarixi» adlı külliyyatı, 

yeddi cildlik «1906-1911-ci illərdə İrana aid diplomatik sənəd-

lər», Bakı  və Zaqafqaziya bolşeviklərinin Cənubi Azərbay-

candakı inqilabi hərəkata yaxından yardımını göstərən arxiv 

sənədlərini toplayıb nəşr edən «Krasnıy Arxiv» və başqa 

onlarca bu kimi məxəzlər, habelə Hacı  Məhəmməd Bağırın 

«İnqilabi-Azərbaycan», G.Smirnovun «İranlılar», Mamontovun 

«Müasir İran haqqında oçerklər», İ.Medvedyevin «İran», Mirzə 

Məhəmməd Nazim Kermaninin «Tarixi-bidariye İranyan», 

V.Şitovun «İran Qacar sülaləsinin son nəsli səltənətində», 

M.İbrahimovun «Cənubi Azərbaycanda demokratik hərəkat 

haqqında»,  Ə.Kəsrəvinin «Tarixe hicdəh saleye Azərbaycan», 

Pavloviç və  İranskinin «İran istiqlaliyyət mübarizəsi uğrunda 

kitabları», bu mövzuda yazılmış onlarca məqalə  və disser-

tasiyalar tədqiqatçıya dövrün ictimai-siyasi hadisələrini 

öyrənmək üçün «material vermişdir» (122, s. 3-4). 

Cəfər Xəndan göstərilən məxəzlərin bəzi qüsurlarına bax-

mayaraq İran və Cənubi Azərbaycandakı hadisələri tarixi elmi 

cəhətdən öyrənmək üçün kifayət qədər material versə də, filolo-

giya elmi sahəsində bu qədər zəngin materiala rast gəlinmə-

diyini bildirir. Rus şərqşünaslarının bu sahədə gördüyü işləri 

dəyərləndirən tədqiqatçı bu köhnə  şərqşünasların da Cənubi 

Azərbaycan  ədəbiyyatını ayrıca təhlil etmədiyini, onu İran 

ədəbiyyatı kimi izah etdiyini, həm də  əsasən fars dilində ya-

zılan  əsərlərdən danışdığını yazır və «beləliklə, bizim tədqi-

qatımızın əsasını təşkil edən milli ədəbiyyat öyrənilməmiş qal-

mış, xalqı İran mürtəceləri ilə mübarizəyə çağıran, lakin farsca 

yazan Azərbaycan yazıçıları isə İran ədəbiyyatı nümayəndələri 

kimi tanıtdırılmışdır» (4, s.4). Tədqiqatçı bununla belə rus 

şərqşünaslarının (A. Y. Krımskinin «İran tarixi və onun ədəbiy-

yatı» (1909), SSRİ EA-nın müxbir üzvü prof. Y.E.Bertelsin 


Gülxani Pənah 

 

 



287 

«İran teatrı» (1924), «İran ədəbiyyatı tarixi xülasələri» (1928), 

«İranda tarixi roman» (1932), «Lahuti» (1939), V.V. Bartoldun 

«Dərbəndnamə»nin mənşəyi məsələsinə dair» (1926) və s.) 

əsərlərindən də istifadə etdiyini qeyd edir. Bunların  İran  ədə-

biyyatını öyrənmək üçün «maraqlılığını» dilə gətirən tədqiqatçı 

Cənubi Azərbaycanda yaranan ədəbiyyatı öyrənən Azərbaycan 

alimlərindən Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azər-

baycan» (1314 hicri) əsərinin ümumən Azərbaycan, xüsusən 

Cənubi Azərbaycanda yaşayıb yaradan şair və yazıçılardan 

bəhs etdiyini, F.B.Köçərlinin «Azərbaycan  ədəbiyyat tarixi 

materialları» (1925-1926) kitabında da rast gəlindiyini bildirir. 

F.Köçərlinin azərbaycanca yazılmış  əsərlərinə, Qövsi Təbrizi, 

Əbülqasim Nəbati, M.Ə.Ləli, M.B.Xalxali, M.Ə.Dilsuz haqqın-

da rast gəlinən materiallara toxunur. 

1905-ci il rus inqilabından sonra Azərbaycan mətbuatında 

Cənub mövzusu mühüm əhəmiyyət kəsb edir. Cənubi Azər-

baycandakı inqilabi hərəkat və ondan «ilham alan» ədəbiyyat 

haqqında «dolğun və ardıcıl» məlumata «Bakinski raboçi», 

«Bakinski proletari», «Kavkazski raboçi listok», «Hümmət», 

Cənubi Azərbaycan inqilabçılarının nəşr etdirdiyi «Azərbay-

can» qəzetləri və İran sosial-demokratlarının orqanı olan «Bey-

rəqi-Ədalət» məcmuəsi, Cənubi Azərbaycada çıxan satirik 

«Azərbaycan» məcmuəsi, «Fəryad», «Söhbət», «Təcəddüd» və 

s. qəzetlərdə, «Molla Nəsrəddin» məcmuəsi səhifələrində rast 

gəlinir: «Bu qəzet və məcmuələr ədəbiyyat haqqında elmi-təd-

qiqat materialı verməsələr də, hadisələri düzgün işıqlandırır, 

xalqın azadlığı  uğrunda bədii  ədəbiyyatdan istifadə edir, Zey-

nalabdin Marağayi, Səid Səlmasi, M.Ə. Möcüz kimi yeni ədə-

biyyatın nümayəndələrini təbliğ edir və  tədqiqatımız üçün 

zəngin bədii material  verirlər...» (122, s. 6). 

 Cəfər Xəndan XX əsrin əvvəllərindən başlayaraq Cənubi 

Azərbaycan  ədəbiyyatının tədqiq və  təhlili işində  ədəbiyyat-

şünaslığımızın keçdiyi yolu iki dövrə «bölür»: 

1. Böyük Vətən müharibəsinə qədərki dövr; 


                                                                                      Gülxani Pənah 

 

 



288

2. Böyük Vətən müharibəsi və ondan sonrakı dövr. 

 Birinci dövrdə C.Cabbarlının Cənuba aid şeirlərini, M. S. 

Ordubadinin «Dumanlı Təbriz» romanını, S.Vurğunun «Təbriz 

gözəlinə»  şeirini, S.Rüstəmin «Yaxşı yoldaş», M.Rahimin 

«İran»  şeirini, M.İbrahimovun «İran qızı» hekayəsini, «Molla 

Nəsrəddin»də  dərc olunan felyeton və s. nümunə  gətirir. 

H.Araslının, F.Qasımzadənin, H.Səmədzadə  və başqalarının 

Cənubi Azərbaycan  şairlərinin  əsərlərinə yüksək qiymət ver-

məsi, F.Qasımzadənin Nəbati, Xalxali, H.Səmədzadənin  Ən-

dəlib Qaracadağı  əsərləri ilə bağlı  tədqiqat  əsərlərimiz kimi 

dəyərləndirilir.  

İkinci dövrün daha böyük əhəmiyyətə malik olduğu 

bildirilir. Bu dövrdə Sovet Silahlı Qüvvələri sırasında  İrana, 

Cənubi Azərbaycana gedən alim və yazıçılarımızın tədqiqat iş-

ləri apardığı bu dövr ədəbiyyatşünaslığımızda Cənubi Azər-

baycan ədəbiyyatının öyrənilməsi işində «yeni mərhələ təşkil» 

etdiyi qeyd edilir. Yeni tədqiqat  əsərlərinin yaranmasında bu 

dövrdə nəşr olunan əsərlərin rolu dəyərləndirilir. «... təkcə Təb-

rizdə 1944-1946-cı illər  ərzində klassik və müasir yazıçıların 

onlarca yeni əsəri nəşr edilmişdir ki, onların sırasında Reyhan 

xanım, S.Təbrizi, M.Ə.Möcüzün «Seçilmiş  əsərləri», «Bəxti-

yarnamə», Ə.Ləlinin «Divan»ı, Etimadın «Şanlı Azərbaycan»ı, 

Fitrətin «Şeirlər»i, F.Məhzunun «Qəzəllər»i, B. Azəroğlunun 

«Şeirlər»i, Hejarın «Laylay»ı, Yəhya Şeydanın «Odlar vətən»i, 

M. Dəfşinin «Təbrizim» kitabı ilə yanaşı Təbrizdə çıxan «Şair-

lər məclisi», «Şəfəq», «Azərbaycan», «Vətən yolunda», «Azad 

millət», «Qələbə» və «Xavəre nov», I-IV siniflərin dərslikləri 

və başqa mətbuatda da bədii ədəbiyyata aid kifayət qədər yeni 

material olduğunu göstərir (122, s. 7).  

İkinci dünya müharibəsi dövründə  Cənubi Azərbaycanı 

öyrənmək üçün yeni imkanlar yarandığı, Cənubi Azərbaycan 

ədəbiyyatı  və incəsənətinə aid məqalələr yazılmağa başladığı, 

bu cəhətdən Mir Cəlalın yazılarını, tədqiqatlarını dəyərləndirir. 

Onun C.Məmmədquluzadə, M.Ə. Sabir, Ə.Qəmküsar, A.Səh-


Gülxani Pənah 

 

 



289 

hət, Ə.Haqverdiyev, M.Hadi, Ə.Cənnəti və başqa sənətkarların 

yaradıcılığında cənub mövzusuna xüsusi fikir verdiyi, Səid Səl-

masi, Z.Marağayi kimi Azərbaycan yazıçıları haqqında ilk dəfə 

elmi-tədqiqat işi apardığı, xüsusilə «M.F.Axundovun farsca 

yazan şagirdləri» adlı tədqiqatını dəyərləndirir: «bu tədqiqatda 

Mirzə Mülkümxan, Hacı  Əbdülrəhim Talıbov və Zeynalabdin 

Marağayi kimi yazıçı və alimlərin yaradıcılıqlarına aid bir sıra 

yeni və maraqlı  məlumatlara» rast gəlindiyini, Mir Cəlalın 

«özündən  əvvəl bu mövzularda yazan alimlərdən fərqli olaraq 

həmin yazıçı  və alimləri Azərbaycan mühiti, Rusiya təsiri və 

M.F.Axundovla bağlamış» olduğu, Möcüz Şəbüstəri yara-

dıcılığı da dəyərləndirilir (122, s. 8).  

M.  İbrahimovun «Böyük demokrat» əsərində «Molla 

Nəsrəddin» məcmuəsi və M.Cəlilin Cənub mövzusunda yazdığı 

əsərlərin təhlilini, «Nakam məhəbbət», «Cənub hekayələri», 

«Gələcək gün» kimi romanları ilə yanaşı elmi-publisist 

əsərlərində bu mövzuya xüsusi yer verdiyini, Heyran xanımla 

bağlı  tədqiqatını, Cənubi Azərbaycanın müasir şairlərindən 

bəhs edən «Vətənpərvər şairlər» məqaləsini, 1945-46-cı illərdə 

«Cənubi Azərbaycanda demokratik hərəkat haqqında»  əsərini 

yüksək dəyərləndirir: «Bu əsər nəinki siyasi, ictimai, hətta 

ədəbi hadisələri başa düşmək üçün də gözəl mənbə sayıla bilər» 

(4, s. 8).  

Qulam Məmmədlinin Cənubi Azərbaycan  şairlərindən 

M.Ə.Möcüz, Heyran xanım, Heydəci, Zünuzi, Hammal və 

başqalarının  əsərlərini toplaması, müqəddimə yazaraq nəşr 

etdirməsi, Xiyabani, Təbriz və  təbrizlilər haqqında məqalələri 

dəyərləndirilir: «Onun topladığı materiallar ədəbiyyatşünas-

lığımıza və bizim elmi-tədqiqatımıza çox kömək etmişdir» 

(122, s. 8).  

Eyni zamanda C.Xəndan M.Mübarizin «Cənubun səsi» 

(«Ədəbiyyat» qəzeti, 1945, №49), «Azadlıq aşiqi» (Bayraməli 

Abbaszadə Hammal. Seçilmiş  əsərləri, Bakı. Azərnəşr. 1948), 

M.S.Ordubadinin «İran mədəniyyəti» («Ədəbiyyat qəzeti», 


                                                                                      Gülxani Pənah 

 

 



290 

1941, № 36), «Farsca yazılmış klassik Cənubi Azərbaycan ədə-

biyyatında azadlıq ideyaları» («Ədəbiyyat qəzeti», 1943. №8), 

«Təbrizlilərin mübariz tarixindən» («Azərbaycan» məcmuəsi, 

№5, 1945), Rza Quliyevin «Təbrizin  Şairlər Məclisi» («Azər-

baycan» məcmuəsi,  №2/7, 1946), Qılman Musayevin «Vətən 

dili» və onun müəllifi» («Azərbaycan» məcmuəsi,  №7/12, 

1946), «Kommunist» qəzetinin 1947-ci il dekabr və 1948-ci il 

yanvar aylarında nəşr etdiyi B. Azəroğlu, Aşıq Hüseyn Cavan

İbrahim Zakir, Hökümə Büllurinin və başqalarının məqalələrini 

qeyd edir (122, s. 9).  

 Əvəz Sadıqovun Təbriz teatrının yaradıcılıq yoluna həsr 

etdiyi «Təbriz teatrı» əsəri dəyərləndirilir. 

C.Xəndan Cənubi Azərbaycan  ədəbiyyatı haqqında Bö-

yük Vətən Müharibəsi illərində yerli alim və yazıçıların fəaliy-

yətində olan böyük dönüşə  əhəmiyyət verir, ana dilində  təd-

qiqat əsərləri yazanların sayının getdikcə artdığını yazır: «Bun-

ların sırasında M.Kaşğarının «Divani-lüğət-it türkü», Füzulinin 

lirikası vardır, Azərbaycan folkloru haqqında məqalələr yazan 

M.Ə.Qövsinin, müasir yazıçılardan yazan Mir Rəhim Vilayi, 

T.Haşimi və F. Xoşginabini göstərir və  tənqidi və elmi məqa-

lələri ilə Məhəmmədluyi-Abbasinin yaradıcılığını dəyərləndirir: 

«Onun «Azərbaycanda mətbuat tarixindən» («Azərbaycan» 

məcmuəsi, №2, №3, 1946), «Qırx il bundan əvvəl nəşr olunan 

«Azərbaycan» məcmuəsi haqqında» («Azərbaycan» məcmuəsi, 

№5, 1945), «Azərbaycan dili haqqında» («Azərbaycan» məc-

muəsi, №5, 1945), habelə bir sıra klassik və müasir yazıçıların 

yaradıcılığına tarixi sənət abidələrinə dair yazdığı  məqalələr 

qiymətlidir» (4, s. 9)-deyir.  

C.Xəndan xalqımızın milli və  mədəni ehtiyaclarından 

doğan bu tədqiqat işlərini genişləndirmiş, nisbətən geniş təhlil 

etmişdir. C.Xəndan yazır: «1944-cü ilin yazında «Vətən 

yolunda» adlı qəzetin əməkdaşları ilə Təbrizə getdiyim zaman 

böyük xalq şairimiz M.Ə.Sabirin yaradıcılığı haqqında on il 

əvvəl yazdığım dissertasiyada bəhs etdiyim Cənubi Azərbaycan 


Gülxani Pənah 

 

 



291 

xalqının taleyi məni düşündürdü. Tarixlərdə oxuduğum, vaxtı 

ilə bir milyondan artıq əhalisi olduğunu eşitdiyim böyük Təbriz 

şəhərinin pərişan görünüşü Cənubi Azərbaycan və orada 

yaşayan beş milyondan artıq (əslində 30 milyondan çox-G.P) 

xalqın acınacaqlı  vəziyyəti məndə  dərin bir kədər doğurdu...» 

(122, s. 10). Şahidi olduğu hadisələr, fars şovinistlərinin azər-

baycanlılarda milli hissi öldürmək üçün apardığı siyasət, xalqın 

acınacaqlı taleyi, «çılpaq, yoxsul, ömrü boyu ərbaba borclu 

olan kəndlilərin ağır vəziyyəti», Tehranda çıxan «Ayəndə» 

məcmuəsinin 10-cu nömrəsində xalqının tarixinə atılan böh-

tanlar (guya azərbaycanlılar müstəqil bir xalq olmayıb, monqol 

tör-töküntülərindən əmələ gəldiyi, heç bir mədəni, ədəbi, bədii 

abidələri olmadığı haqda uydurmaları) Cəfər Xəndanı «Monqol 

istilasına qədər Azərbaycan dili və  ədəbiyyatı» mövzusunda 

məruzə etməyə vadar edir: «Belə bir məruzəni Təbrizdəki sovet 

məktəbi binasında yerli ziyalı  və müəllimlər üçün oxudum. 

Mən Midiya dövründə  Cənubi Azərbaycanın Urmiya gölü 

yaxınlığında Zərdüşt tərəfindən yazılmış «Avesta»dan, ərəb 

istilaçılarına qarşı mübarizə aparan Cavanşir, Babək və bu 

dövrdəki mədəni həyatdan, XI əsrdə yaşamış Azərbaycan alim 

və  şairlərindən, ana dilində danışdığını tarixin təsdiq etdiyi 

Xətib Təbrizidən, «Kitabi-Dədə Qorqud»dan, şair Nəsir Xosrov 

Ələvinin Tehranda çap olunmuş «Səfərnamə» əsərindən misal-

lar gətirərək söhbət zamanı XI əsr  şairi Qətran Təbrizinin ana 

dilini farscadan yaxşı bildiyini təsdiq etməsindən, nəhayət 

monqol istilasına qədər XII əsrdə yaranan zəngin  ədəbiy-

yatımızdan danışdıqca, bu sözləri dinləyənlər üçün çox maraqlı 

olduğunu hiss edirdim. 

Mən məruzəmi Təbriz mətbuatında çap etdirdim və son-

ralar bir çox məruzə oxudum. Sonrakı məruzə və məqalələrim-

də XV-XVI əsrlərdə Təbrizdə ədəbiyyat, XVII-XVIII, XIX-XX 

əsrlərdə  Təbrizdə  ədəbiyyat mövzularının seçilməsi bu 

məqsəddən irəli gəlirdi» (122, s. 12).  



                                                                                      Gülxani Pənah 

 

 



292

C.Xəndanın bu sahədəki fəaliyyəti ondan sonra gələn 

tədqiqatçılar tərəfindən öz qiymətini alır: «XX əsr Azərbaycan 

satirasının İran zəhmətkeş kütlələrinə və İran satirik ədəbiyyatı 

və  mətbuatının inkişafına təsiri haqqında sovet ədəbiyyat-

şünaslarından V.B.Klyaştorina, A.T.Tahircanov, C.Xəndan, 

M.Əziz, M.Əlizadə,  Ə.İ.  Şəmidə, X.M. Hacıyeva və başqala-

rının faydalı tədqiqatları vardır» (32, s. 45). 

C.Xəndanın «Ədəbiyyatımızın şah budağı»-Cənubi Azər-

baycan  ədəbiyyatına dair elmi-nəzəri-tarixi araşdırmalarının 

ədəbiyyatşünaslıq elmində öz yeri var. Tədqiqatçı I fəsildə-

»Türkmənçay müqaviləsindən sonrakı illər və ədəbiyyata ümu-

mi bir baxış» bölməsində iki yerə parçalanmış Azərbaycanın 

şimal bölgəsində «çar Rusiyası  ağır, dözülməz müstəmləkə 

şəraiti çevrəsində  qədim mədəniyyəti olan xalqı istismar edib, 

milli mədəniyyətinin parlamansına maneçilik törətsə də, şimallı 

qardaşlar açıq fikirli rus maarifçilərindən az şeylər öyrənmə-

mişlər» (122-14)-deyir. Tədqiqatçı şimalda yeni üsullu məktəb-

lərin açılması, rus, Avropa ədəbiyyatından tərcümələr, maarif-

çiliyin genişlənməsi, Bakının kapitalizm inkişafı yoluna qədəm 

qoyması  və  Cənubi Azərbaycanla müqayisədə irəliləyişləri, 

geridə qalmış İran feodal-patriarxal mühitinin xalqı zülm altın-

da əzməsinə dözməyən bu taylı ziyalıların narahatlıqları diqqətə 

çatdırır. 

Tədqiqatçı iki yerə parçalanmış xalqın yollarının bağlan-

masının, qardaş-bacıların bir-birindən ayrı düşməsinin doğur-

duğu qəm-kədəri, həsrəti, iqtisadi əlaqələrin pozulmasının tö-

rətdiyi gərginlikləri, xüsusilə el həsrəti, ayrılığın, hicranın xalq 

ədəbiyyatında daha güclü olduğunu söyləyir: 

Arazı ayırdılar, 

Qum ilə doyurdular. 

Mən səndən ayrılmazdım, 

Zülm ilə ayırdılar 

-kimi yüzlərlə kiçik həcmli  ədəbiyyatda daha dolğun «siyasi 

fikirlər», ziyalıların düşüncələri, xüsusilə M.F.Axundovun bu 


Gülxani Pənah 

 

 



293 

xalqın taleyini çox düşündüyü qeyd edilir. İran mürtəcelərinin 

zülmü  əleyhinə yazılan  əsərləri nəzərdən keçirən tədqiqatçı 

M.F.Axundovun yaradıcılığında bu mövzunun «qırmızı bir xətt 

təşkil» etdiyini, komediyalarında Cənubi Azərbaycan həyatını 

verdiyini, «Mürafiə  vəkilləri» komediyasında «məişətdəki 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin